Press "Enter" to skip to content

Meydan Əsgərov – Qızıl Gül 2014 mp3

Reklam email: [email protected]

Qızılgülün adı

“Qızılgülün adı” intellektual postmodernizmin və XX əsr romançılığının ən parlaq nümunələrindən biri, Umberto Eco yaradıcılığının kulminasiyasıdır. Bu romanda müasir fəlsəfi fikrin bəşəriyyətə bəxş etdiyi bir çox düşüncə nemətləri, – ikili qiymətləndirmədən, Mərkəzin kənar üzərində, Mütləqin nisbi qarşısında, Həqiqətin həqiqətlər üzərində, əminliyin şübhə qarşısında, ehkamın təhlil üzərində ağalığından imtina, patiş, intertekstuallıq, semiotika və s. kimi anlayışlar əyaniləşərək, “Biz buyuq!” dedi.

https://www.qanun.az/blog/325

Oxşar kitablar

Əbuhübb

Aydın Talıbzadə

Cild : Yumşaq

İki ölü üçün mazurka

Kamilo Xose Sela

Cild : Yumşaq

Qar – Orhan Pamuk

Orhan Pamuk

Cild : Qalın

Heyvanıstan

Corc Oruell

Cild : Yumşaq

Maktub – Paulo Coelho

Paulo Coelho

Cild : Yumşaq

Stokda yoxdur

Türkiyədə danışır Bakı

Gülnar Əhməd

Cild : Yumşaq

Yad

Albert Camus

Cild : Yumşaq

İstanbul bir nağıldı – Mario Levi

Mario Levi

Cild : Yumşaq

HALİÇDƏN OLAN QIZ – Qurban Səid

Qurban Səid

Cild : Yumşaq

Difai fədailəri

Sabir Rüstəmxanlı

Cild : Yumşaq

Səssiz Ev – Orhan Pamuk

Orhan Pamuk

Cild : Yumşaq

MAKTUB – Paulo Coelho

Paulo Coelho

Cild : Yumşaq

Aeroport – Artur Hailey

Artur Hailey

Cild : Yumşaq

Sadəlövh – Qustav Flober

Qustav Flober

Cild : Yumşaq

Hərflərin vahiməsi

Aqşin Yenisey

Cild : Yumşaq

Səndən öncə Mən

Jojo Moyes

Cild : Qalın

Çağırdığın yerdə olacağam

Şin Qyonq-Suq

Cild : Yumşaq

Ağrılı tariximizin yaddaş salnaməsi

Böyükağa Məmmədov

Cild : Qalın

Stokda yoxdur

Rio-Pyedranın sahilində oturdum və ağladım

Paulo Coelho

Cild : Yumşaq

Albalının cinsiyyəti

Cenet Vinterson

Cild : Yumşaq

Stokda yoxdur

Последнее cлово aкадемика

Sabir Rüstəmxanlı

Cild : Yumşaq

İqlimlər

Andre Morua

Cild : Yumşaq

Hakimə açılan atəş

Kənan Hacı

Cild : Yumşaq

Stokda yoxdur

Zolaqlı pijamalı oğlan

John Boyne

Cild : Yumşaq

Rəylər

Eco 23 March 2020

“Qızılgülün adı” – roman, yoxsa film Məşhur italyan yazıçısı, Boloniya Universitetində semiotika professoru olmuş Umberto Ekonun “Qızılgülün adı” romanı çap olunduğu gündən etibarən həm dünya oxucusunun, həm də ədəbiyyat tənqidçilərinin diqqətini çəkdi. Orta əsrlər kilsə həyatından dəhs edən romanın başqa bir tərəfi isə onun ənənəvi detektivçilikdən uzaq, fərqli, maraqlı və deyərdim ki, intellektual təqdimatı idi. Sözün gerçək mənasında romanın detektiv xətti onun özəyini təşkil etsə də, tarix, teologiya paralelləri diqqətdən yayınmırdı və yəqin, elə bu səbəbdən roman kinematoqrafın da marağına səbəb olmuşdu. 1986-cı ildə rejissor Jan-Jak Anno (söhbət “Yeddi il Tibetdə” və “Qara qızıl” ekran işlərinin rejissorundan gedir) ilk dəfə bu məsuliyyətin altına girir. Dörd peşəkar ssenaristin işi 5 il çəkir və 17 variantda ssenari yazılır. Film bir sıra nüfuzlu mükafatlara layiq görülsə də, Umberto Eko özü romanın ekran variantını bəyənmir və o gündən sonra əsərlərinin ekranlaşdırılmasına razılıq vermir. Hətta Stenli Kubrikin də təklifinə etiraz edir. Filmin əvvəlindən vurğular qarışır, müəyyən düyünlər dəyişdirilir və bunlar da əlavə konfliktlər yaradır. Ekran işi kəskin təqdimatla başlayır, heç bir şərh verilmir və bu səbəbdən romandan xəbərsiz olan seyrçi “tapmaca” tapmağa məcbur olur. Bu, çox çətin tapşırıqdır, çünki kitab çoxsaylı qəhrəmanları ilə diqqət çəkirdi. Hadisələr, sadəcə, monax Adsonun məhdud təhkiyəsi ilə təqdim olunur, onun daxili monoloqları hadisələri çərçivəyə salır, qəhrəmanın özü isə filmdə çox az danışır. Lakin 17 yaşı olmasına baxmayaraq, gənc və hər şeyi bilmək istəyən monax obrazını canlandırmış aktyor Kristian Sleyterin oyununa yaxşı demək olar. Bu gənc aktyor gözləri ilə heyrət, maraq, qorxu və nifrət məqamlarını ustalıqla təqdim edir, çünki bu mimikalar onun demək istədiyi fikirlərin ifadə həllidir. Əsas qəhrəmanlardan bəhs edərkən başqa bir məqama diqqət çəkmək istəyirəm: Eko personajlarının Konan Doyl qəhrəmanları ilə özünməxsus paraleli. Məncə, filmdə bu məqam itib. Əsəri oxuyarkən adamı özünə cəlb edən hadisələrin rəngarəngliyi, həyəcan anları filmdə son dərəcə bəsit təqdim edilir. Doğrudur, Vilhelm müəyyən nəticələr çıxarır, lakin bəzən bu nəticələr adama göydəndüşmə kimi görünür. Romandakı əsas qəhrəmanlar, demək olar, istintaq aparmır, Adsonun bu istintaqdakı rolu isə dəfələrlə azaldılıb. Bəzi hallarda bu gənc monax Uilyam Baskervilskinin köməkçisi kimi deyil, psixoloji və ruhi tərəddüdlərin nümunəsi kimi təqdim olunur. Lakin filmdə Şon Konnerinin yaratdığı əsas obraz – Uilyam təqdirəlayiqdir. Ssenari filmdəki baş qəhrəmanları nə qədər mənfi tərəfə dəyişsə də, bu iki aktyor kitabdakı personajların mahiyyətini aça bilir və görünür, bu da adıçəkilən aktyorların istedadından irəli gəlir. Ekran işində görüntü, qrim möhtəşəmdir, lakin Ekonun romanda təsvir etdiyi tablonu görmək olmur. Bir məqam da məni heyrətə gətirir: eybəcər hala salınmış obrazlar. Təbii, filmdə ideal gözəllərlə qarşılaşacağımı gözləmirdim, amma bəzən mənə elə gəlir ki, bu monastırda eybəcər hala salınmış adamlar (ümumiyyətlə eybəcərliklər, çirkinliklər, üfunət və s.) ifrat dərəcədə çoxdur və yaradıcı heyətin bu addımını anlaya bilmirəm: qəhrəmanların zahiri görkəmini elə hala salıblar ki, bəzən adam onlara baxarkən iyrənir. Bilmirəm, bəlkə də bu yolla onların ruhi keyfiyyətlərini təqdim etmək istəyirlər, amma, məncə, bu, yanlış təqdimatdır, çünki film həm də estetika hadisəsidir, ifrata varmaq olmaz. Qayıdaq süjet xəttində edilən dəyişikliklərə: əlbəttə, belə bir ekran həlli müəllifin özünü heç cür qane edə bilməzdi. Eko romanda təqdim etdiyi dövrün gerçək təsvirini yaradıb, fəlsəfi düşüncələrini kifayət qədər mənalandırıb və onları şifrələyib, filmin yaradıcı heyəti isə onun romana qoyduğu yükü bir tərəfə ataraq, sadəcə, detektiv xətti üstün tutub. Əslində, “Qızılgülün adı” romanı teoloji-fəlsəfi-detektiv paralelləri ilə möhtəşəmlik qazanmışdı və müəllifin uğuru posmodernizm azadlığında fəlsəfi düşüncələrini təqdim etməklə yanaşı, həm də xristian tarixinin qaranlıq səhifələrinə işıq tutmaq idi. Amma bir həqiqəti nəzərə almaq lazımdır: əgər film romandakı dialoqlarla yüklənsəydi, tamaşaçı yığa bilməzdi və kino ilə ədəbiyyatın fərqi də məhz budur. Əgər ədəbiyyat özünü sözlərlə ifadə edirsə, kinoda bu ifadə forması rəngarəng hadisələrlə təqdim olunur. Doğrudur, film üzərində işləyənlər müəyyən mənada əsərin fəlsəfi yükünü qorumağa çalışıblar, lakin bu çox azdır. Çünki fəlsəfi əsərlərə meyilli oxucu “Qızılgülün adı”nı məhz daxilindəki fəlsəfi yükünə görə gözünə təpirdi, film isə, yuxarıda qeyd etdiyim kimi, maraqlı detektivdir. Eko xristian ordenləri, allahsızlıq, inkvizasiya kimi məqamları təqdim etməklə dövrün qarışıq və maraqlı təsvirini yarada bilmişdi, filmdə isə hər şey həyəcan doğuran istintaq xətti ilə həll olunur. Eko yazdığı əsərin bütün oxucular üçün maraqlı olmayacağını gözəl bilirdi, lakin tipik posmodernist təqdimatın əksər oxucu tərəfindən maraqla qəbul ediləcəyinə əmin idi. Çünki Eko usta yazıçı kimi qələmə aldığı mətnin nüfuz dairəsini dəqiqliklə hesablaya bilən müəlliflərdən sayılır. Əslində, möhtəşəm bədii əsərlərin möhtəşəmliyi onların söz sənəti incisi olmasındadır və belə əsərləri incəsənətin başqa növlərinə adaptasiya etmək mümkün olmadığı üçün yüksək ədəbi dəyər statusu alır. Dünya kinosu hər hansısa məşhur bədii əsəri ekranlaşdırarkən çox nadir hallarda uğura imza ata bilib. Çünki ekranın tələbləri ilə bədii mətnin tələbləri fərqlidir. Biz haqqında danışdığımız filmlə romana fərqli prizmalardan yanaşsaq, o zaman hər birinə ayrı-ayrılıqda qiymət verməliyik: 1) “Qızılgülün adı” – möhtəşəm əsərdir. 2) “Qızılgülün adı” – baxılan filmdir. Amma. Bəli, məsələnin amması odur ki, gərək bu iki bədii dəyər vasitəsinin birindən xəbərsiz olasan. Romanı oxuduqdan sonra film nə qədər bəsit görünürsə, romanı oxumadan filmə baxmaq son dərəcə maraqlıdır. Əgər bu iki məqama bir yerdə nəzər salsaq görərik ki, filmi yaradanlar romanı möhtəşəm edən hər şeyi bir kənara atıb, işlərini bir xətt üzrə aparıblar. Təbii ki, Eko bunu görüb bəyənə bilməzdi, çünki o, yazdığı romanı tam yükü ilə təqdim etmişdi, flmdə isə bu, çatmırdı. İndi isə filmə romandan kənar bir iş kimi, adi tamaşaçı qismində diqqət yetirək: qeyd edilən bütün qüsurları ilə bir yerdə möhtəşəm işdir. Mühit, monastır reallıqları son dərəcə ustalıqla işlənib. Qeyri-mümkün kitabxananın həlli isə sadəcə filmin uğurudur. Hətta bəzi məqamlarda inkvizasiya təsvirləri əsərin özündən dolğun verilir. Ən əsas və vacib məqam: tamaşaçı filmə birnəfəsə baxır. Filmin finalı ilə romanın sonluğu arasındakı fərq də müəllifin ürəyincə olmayıb, çünki sonluq bütünlüklə dəyişdirilib. Kitab müəyyən mənada maraqlı sevgi xətti ilə də diqqət çəkirdi və eyni zamanda tarixi, fəlsəfi, bədii və sevgi xətləri romanın vahid prinsipinə xidmət edən köməkçi vasitələr idi, final da bu pozitiv məqamlarla yüklənmişdi. Kinoçular isə finalı dəyişməklə həm də müəllifin demək istədiyi mesajı dəyişmişdilər və Ekonu qıcıqlandıran bu idi, çünki o, bir müəllif olaraq heç vaxt “Qızılgülün adı”na tamaşaçı kimi baxa bilməmişdi. Kitabdan xəbəri olan oxucu filmdə hər şeyi asanlıqla anlaya bilər, amma bundan xəbərsiz oxucu üçün film həyəcanla izlənən ekran işidir, lakin yenə öz fikrimdə qalıram: “Qızılgülün adı” XX əsr ədəbiyyatının ən möhtşəm uğurlarından biri, müəllifinə dünya şöhrəti gətirmiş monumental əsərdir. Oxucu azad bədii təsvirin rəngarəng çalarlarının sehrinə düşür və elə ilk səhifələrdən həm informasiya bolluğu, həm də hadisələrin həyəcanı ilqarşılaşır. “Qızılgülün adı” filmi isə 128 dəqiqəlik zaman içində əriməkdir.

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Meydan Əsgərov – Qızıl Gül 2014 mp3

Meydan Əsgərov – Qızıl Gül 2014 mp3 yüklə pulsuz , Azeri mahnilar, Turk mahnilar ve En son Meydan Əsgərov mahnilar 2023 pulsuz yuklemek üçün Vol.az saytina daxil olun. Vol.az mahni sayti ilə mp3 formatında pulsuz mahnı yükləmək də asanlaşdı. Geniş bir musiqi arxivinə malik Vol.az saytinda onlayn musiqi dinləyə və ən yeni, zövqünüzə uyğun musiqi parçalarını səsli reklam loqoları olmadan və yüksək keyfiyyətdə istifadə etdiyiniz kompyuter və ya smartfonlarınıza pulsuz mp3 yukle bilərsiniz.

Seçilmiş ZengimCELL

Populyar mp3

  • Sizin Mp3 burada !
  • Tacir Şahmalıoğlu – Yolun Dushse Bu Dunyaya Birde Gel 2016
  • Zeng Ucun – Gozel Musiqi
  • Zeng Ucun – Gozel Musiqi Super
  • Zeng Ucun – Hezin Musiqi 2017
  • Mirelem Mirelemov – Tekce Menim Olaydi 2019 (feat Evez Xezer)
  • Mətanət İsgəndərli – Qardaş
  • Şöhret Memmedov – Şehidim 2020
  • Yeni İl Mahnıları – Jingle – Bells
  • Nurlan Ordubadli – Yaşa Azərbaycan
  • Zeng Ucun – Gozel Musiqi Gitara
  • Zeng Ucun – Gozel Musiqi
  • Zeng Ucun – Gozel Musiqi (мелодия для звонка 2015)
  • Şəhid Xudayar – adın dastana döndü
  • Zeng Ucun – Musiqi 2016
  • Sohret Memmedov – Darıxmışam Ay Omrum 2018
  • Yeni İl Mahnıları – Abba Happy New Year
  • Sevil & Sevinc – Can Yarim 2019
  • Zeng Ucun – Tutek
  • Sohret Memmedov & Sami Music – Opum Nefesinden ( Remix 2020)
  • Aydın Sani – Bu Gecə

Vol.az pulsuz Mp3 yükləmə saytı ilə Azərbaycan mahnıları, Türk mahnılar, meyxana, dini mahnilar, en son mahnıları asanliqla telefona yukleye bilersiniz. Saytda mahni yuklemek pulsuzdur. Musiqi portalında ən müxtəlif musiqiləri tapa bilərsiniz. Kataloq xeyli sayda Azərbaycan musiqiləri xalq mahnıları, toy mahnıları, muğam, meyxana,xarici mahnilar, Türk, Rus mahnıları, klassik, pop, rock, hip-hop, etno, disko, jaz, şanson və daha fərqli janrlarda musiqilər hər gün sayta yüklənir.

Reklam email: [email protected]

Umberto Eco – Qızılgülün adı

Mən 16 avqust 1968-ci ildə “J.Mabiyon atanın nəşr etdirdiyi, fransız dilinə tərcümə edilmiş, Melkli Adso atanın qeydləri” adlı bir kitab əldə etdim (Paris, Lasur abbadığının mətbəəsi, 1842) 1 . Tərcüməçi Balle adlı bir abbat idi. Olduqca yoxsul olan tarixi şərhdə deyilirdi ki, tərcüməçi, on yeddinci əsrdə benedik- tin ordeninin 2 tarixçəsini araşdıran məşhur alimin Melk monastırının kitabxanasında tapdığı XIV əsrə aid olan əlyazmasını hərfbəhərf tərcümə etmişdir. Beləliklə, Praqada sevdiyim birini gözlədiyim zaman əldə etdiyim nadir əsər (bu, xronoloji olaraq üçüncü tapıntım idi) məni yad ölkədə darıxmaqdan qurtardı. Bir neçə gündən sonra, sovet qoşunları talesiz şəhəri işğal etdi. Mən Lints civarmda Avstriya sərhədini keçə bildim; buradan isə asanlıqla Vyanaya gəldim və nəhayət, Praqada gözlədiyim həmin qadınla görüşdüm. Biz birlikdə Dunay çayı boyunca, yuxarı istiqamətdə səyahətə yollandıq. Adsonun qorxunc hekayəsini zehni gərginlik içində acgözlüklə oxuyurdum və kitaba o qədər aludə olmuşdum ki, yumşaq qələmlə üstünə yazı yazmaq çox xoş olan, “Jozef Jiber” firmasının gözəl və böyük dəftərlərindən bir neçəsini dolduraraq, tərcümə etməyə nə zaman başladığımı özüm də hiss etmədim. Beləcə biz Melk civarına gəlib çıxdıq; çay döngəsinin üstündəki bir təpədə yerləşən, yüz illər boyunca dəfələrlə yenidən tikilmiş Stift’ hələ də yerində dayanmışdı. Bir oxucu kimi, artıq anlamışdım ki, monastır kitabxanasında Adso atanın əlyazmasının izlərinə rast gəlinməmişdir. Zalsburqa az qalmış, Mondzeya sahillərindəki kiçik oteldə, lənətəgəlmiş bir gecədə bizim birliyimiz pozuldu, səyahətimiz yarımçıq qaldı və mənim yoldaşım Ballenin kitabını da götürərək yoxa çıxdı; əlbəttə, bu, bəd niyyətin nəticəsi deyildi, sadəcə bizim ayrılığımızın dəlicəsinə mənasız və qəfil olduğunun təzahürü idi. Beləcə, əlimdə yazılı dəftərlər, ürəyimdəsə böyük bir boşluq qaldı. Bir neçə aydan sonra Parisdə axtarışlarıma davam etdim. Fransızca orijinaldan götürdüyüm qeydlərdə, hər şeydən əlavə, ilkin mənbədən olan sitatlar da vardı.

Həm də təəccüblü dərəcədə dəqiq və ətraflı: Vetera analecta, sive collectio veteram aliquot operum & opusculorum omnis generis, carminum, epistolarum, diplomaton, epitaphiorum, &, cum itinere germanico, adnotationibus aliquot disquisitionibus R. P. D. Joannis Mabillon, Presbiteri ac Monachi Ord. Sancti Benedicti e Congregatione S. Mauri. — Nova Editio cui accessere Mabilonii vita & aliquot opuscula, 3 scilicet Dissertatio de Pane Eucharistico, Azimo et Fermentatio, ad Eminentiss. Cardinalem Bona. Subjungitur opusculum Eldefonsi Hispaniensis Episcopi de eodem argumento Et Eusebii Romani ad Theophilwn Gallum epistola, De cultu sanctorum ignotorum, Parisiis, apud Levesque, ad Pontem S. Michaelis, MDCCXXI, cum privilegio Regis’. Scnt-Jenevyev kitabxanasında dərhal “Vetera Analecta”nı sifariş etdim. Lakin titul vərəqində Ballenin təsvirindən fərqli olan ən azı iki cəhəti görüb, çox təəccübləndim. Birincisi, naşirin adı başqa idi: burada – Montalant, ad Ripam P.P.Augustianorum (prope Pontem S.

Michaelis) 4 5 . İkincisi, burada nəşrin tarixi iki il gec göstərilmişdi. Topluda nə Adsonun qeydlərinə, nə də onun adı keçən hər hansı mətnə rast gəlmədiyimi demək, məncə artıqdır. Ümumiyyətlə, bu nəşrin orta və kiçik həcmli materiallardan ibarət olduğunu görmək çətin deyildi. Ballenin mətni isə bir neçə yüz səhifədən ibarət olmalıydı. Mən ən məşhur mediyevistlərə 6 , xüsusən gözəl şəxsiyyət, unudulmaz alim Etyen Jilsona müraciət etdim. Lakin onların hamısı dedilər ki, mənim Sent-Jenevyevdə istifadə etdiyim Vetera Analecta mövcud olan yeganə nəşrdir. Passi rayonunda yerləşən Lasur abbatlığına gedib, dostum Ame Laaneştedt atayla söhbət etdikdən sonra yüz faiz əmin oldum ki, Balle adlı abbat Lasur abbatlığı- nın mətbəəsində heç zaman kitab nəşr etdirməmişdir. Fransız alimlərinin tərcümeyi-hallara aid izahatlarının səliqəsizliyi hamıya məlumdur. Lakin bu hal ən pis gözləntiləri də üstələmişdi. Aydın olurdu ki, mənim Praqada əldə etdiyim kitab uydurma imiş. Üstəlik, Ballenin həmin kitabı indi məndə deyildi (ümumiyyətlə, onu geri almağın yolunu görmürdüm). Əlimdə yalnız öz qeydlərim vardı, buna isə, çox az etibar etmək olardı. Böyük fiziki yorğunluğun gətirdiyi bəzi həyəcanlı anlar vardır. Belə anlarda keçmişdə tanıdığımız adamların ruhları gözümüzə görünür («en me retraçant ces details, j’en suis a me demander s’ils sont reels, ou bien si je les al reves») 7 .

Sonralar abbat Byukuanın gözəl əsərlərindən öyrəndim ki, yazılmamış kitabların da ruhları vardır. Yeni bir təsadüf baş verməsəydi, şübhəsiz ki, Melkli Adsonun hekayəsi üstündə hələ də baş sındırırdım. Lakin Tanrıya şükürlər olsun ki, 1970-ci ildə Buenos-Ayresdə, Korryentcsdə, bu böyük küçənin məşhur Patio del Tanqosunun yaxınlığında kiçik bir kitab dükanına göz gəzdirərkən Milo Temeşvarın ispancaya tərcümə edilmiş “Şahmat oyununda güzgülərdən istifadə edilməsinə dair” adlı kitabına rast gəldim. “Apokaliptiklər və inteqrə olunmuşlar” kitabımda bu müəllifin daha sonralar yazdığı “Apokalipsis satanlar” əsərini araşdırarkən, artıq bu kitaba istinad etmişdim. (Düzdür, ikinci əldən olsa da). Korryentesdəki dükandan aldığım kitab gürcü dilində yazılan itirilmiş orijinalın tərcüməsi idi (birinci nəşr – Tbilisi, 1934). Və bu kitabda mən, tamamilə gözləmədiyim halda, Melkli Adsonun əlyazmasından geniş hissələrə rast gəldim. Düzdür, qeyd etməliyəm ki, Temeşvar mənbə kimi nə abbat Balleni, nə də Mabiyon atanı göstərmirdi. Kirher ataya istinad edirdi (amma kitabın adı dəqiqləşdirilmirdi). Bir alim (onun adını burada çəkməyə lüzum görmürəm) qətiyyət və əminliklə bildirdi ki, böyük yezuit Afanasi Kirher ata heç bir əsərində (o, Kirherin bütün əsərlərindən əzbər sitatlar gətirirdi) bir dəfə do olsun, Melkli Adsonun adını çəkmir. Amma Temcşvarın yazdığı səhifələr gözlərimin önündəydi və burada sitat gətirilən epizodlar Ballcnin tərcümə etdiyi povestdəkilərlə eyni idi (xüsusilə də, labirintin təsvirlərini müqayisə etdikdən sonra heç bir şübhə qalmır). Sonralar Benyamino Plaçido 1 nə yazmış olursa olsun, abbat Balle və deməli, Melkli Adso da bu dünyada yaşamışdılar. O zaman düşündüm ki, Adsonun yazılarının taleyi onun hekayəsinin xarakteri ilə necə də oxşardır; bu hekayə başda müəllifin adı, ən sondasa hadisə yeri olmaqla, qaranlıq sirlərə bürünüb. Adso təsvir etdiyi abbadığın yerini inadkarlıqla göstərmir, mətnin müxtəlif yerlərinə səpələnmiş əlamətlər isə buranın Pompozadan Konka qədər geniş bir ərazidə istənilən yer ola biləcəyini fərz etməyə imkan verir; ehtimal ki, bura Apennin yüksəkliyində, Pyemonte, Liguriya və Fransa arasında bir yer idi (yəni Leriçi və Turbiya arasında). Təsvir edilən hadisələrin baş verdiyi tarix dəqiq göstərilmişdi – 1327-ci il, noyabrın sonları; amma müəllifin bunları nə zaman yazdığı məlum deyildi.

Onun 1327-ci ildə rahibliyə hazırlaşdığını və kitabı yazan zaman ömrünün sonuna az qaldığını nəzərə alsaq, əlyazmasının XIV əsrin son on, ya da iyirmi ili içində yazıldığını təxmin etmək olar. Etiraf edim ki, on dördüncü yüz ilin sonlarında bir alman rahib tərəfindən latınca yazılmış əsərin on yeddinci yüz il latıncasıyla olan nüsxəsinin, kifayət qədər aydın olmayan fransızca surətinin İtalyanca tərcüməsini nəşr etdirməyə çox az səbəblər vardı. Hər şeydən öncə, üslub məsələsini necə həll etməliydim? Tərcüməni o dövrün italyancasına üslublaşdırmaq fikrindən əl çəkdim; birincisi, Adso qədim İtalyanca yox, latınca yazmışdı; ikincisi, onun mənimsədiyi mədəniyyət (ya da ona təsir edən abbadığın mədəniyyəti) daha da arxaik idi. Bu mədəniyyət, gec orta əsrlər latın ənənəsinin qəbul etdiyi yüz illər boyunca formalaşan üslub və biliklərin cəmi idi. Adso yerli xalq danışığından fərqli olaraq, təsvir etdiyi kitabxanadakı dini və sxolastik 8 9 ədəbiyyatların üslubundan bəhrələnmiş bir rahib kimi düşünüb-danışır. Buna görə də onun povesti (əlbəttə ki, Adsonun tərəddüdlə bəhs etdiyi və yalnız eşitdiklərini anlatdığı XIV əsrin reallıqlarını nəzərə almasaq), dili və sitatları baxımından həm XII, həm də XIII əsrə aid ola bilərdi. Bundan başqa, öz tərcüməsini neoqotik fransızcada yaradan Balle, şübhəsiz ki, orijinalla sərbəstcə davranmışdı – həm də yalnız üslub baxımından deyil. Məsələn, qəhrəmanlar otlarla müalicə barədə söhbət edərkən “Böyük Albertin sirlər kitabı” 10 adlanan və məzmunu, məlum olduğu kimi, çoxlu dəyişikliklərə məruz qalan kitaba istinad edirlər. Adso, XIV əsrdə mövcud olan siyahılardan yalnız sitat gətirə bilərdi, həm də bu zaman bəzi ifadələr Paraselsin 11 formulları ilə, yaxud elə Albertin otlar haqqında olan həmin kitabının daha sonralar, yəni Tüdorlarm dövründə nəşr olunan variantının 12 mətni ilə şübhəli dərəcədə üst-üstə düşür. Digər tərəfdən, aydınlaşdıra bildim ki, abbat Balle Adsonun xatirələrinin üzünü köçürən (belə idimi?) zamanlarda, mətnləri tamamilə təhrif edilmiş şəkildə XVIII əsrdə nəşr olunmuş “Böyük” və “Kiçik” Albertlərə Parisdə rast gəlmək mümkün idi 13 . Lakin Adsonun və digər rahiblərin əldə etdiyi siyahılarda qlosslar 14 , sxoliyalar 15 və digər əlavələr içində itib batmış, amma sonrakı nəsil alimlərin istifadə etdikləri variantlar da mövcud ola bilərdi. Nəhayət, daha bir problem vardı: abbat Ballenin bəlkə də dövrün ab-havasını saxlamaq məqsədi ilə fransızcaya çevirmədiyi fraqmentləri latınca saxlamalıydımmı? Bu halda yersiz görünən akademik vicdanlılıq xatirinə onun kimi etməyə bir əsas yox idi. Bayağılıqdan qaçdım, amma yenə də latınca ifadələrin bəzisini saxladım və indi qorxuram ki, bu, “parbleu!” ya da “la femme, ah! la femme!” deməyə məcbur olan fransız qəhrəmanı təsvir edən ucuz romanlardakı kimi olsun. Nəticədə, tam bir aşkarsızlıq… İçim şübhələrlə dolu… Hətta cəsarətimi toplayıb, oxucuları Melkli Adsonun hekayəsinə nə üçün inandırmaq istədiyimi də bilmirəm. Buna sevginin qəribəliyi, ya da istərsəniz, zəhləmi tökən fikirlərdən qurtulmaq cəhdi deyək.

Hekayəni yenidən yazarkən, müasirliyi saxlamaq qayğısı içində olmadım. Tale mənə abbat Ballenin kitabını göndərən zamanlarda belə bir fikir hökm sürürdü ki, yalnız müasirliyi hədəf almaqla və dünyanı dəyişmək niyyəti ilə yazmaq olar. Aradan on il keçdi və yazıçının sadəcə yazı prosesinə olan sevgisi üzündən yazmaq hüququnun olduğunu etiraf edərək, hamı sakitləşdi. Bu, mənə Melkli Adsonun hekayəsini tam sərbəstcə, sadəcə zövq almaq xatirinə danışmağa imkan verir. Və bu hekayənin, şüurumuzun yuxu içində olan zamanlarda yaratdığı əcaibliklərdən təmizləndiyi müasir dünyamızdan nə qədər uzaq olduğunu düşünmək həm təsəlliverici, həm də xoşdur. Burada günümüzlə, onun qayğıları və həyəcanlan ilə heç bir əlaqə yoxdur. Çünki bu, gündəlik qayğıların deyil, kitabların hekayəsidir və bunu oxumaq bizə böyük təqlidçi Kempli 16 ilə birlikdə “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə – küncdə, kitabla birlikdə tapdım” deməyə imkan verir. 5 yanvar 1980-cı il. Adsonun olyazması günlərin sayına görə yeddi başlığa, hər bir gün isə ibadət saatlarına uyğun gələn epizodlara bölünmüşdür. Üçüncü şəxsin dilindən yazılmış alt başlıqlar, ehtimal ki, cənab Balle tərəfindən əlavə edilmişdir. Amma, bu alt başlıqlar oxucunu istiqamətləndirmək baxımından yararlı olduğu və o dönəmin italyandilli yazı ənənəsindən fərqlənmədiyi üçün onları saxlamağı qərara aldım. Adsonun günü ibadət saatlarına bölməsi, müəyyən çətinliklər yaradırdı; birincisi, məlumdur ki, bu saatlar fəsillərdən və monastırın yerləşdiyi məkanlardan asılı olaraq dəyişilir; ikincisi isə Müqəddəs Benediktin yazdığı qaydalara XIV əsrdə də indiki kimi riayət edilməsi məlum deyildir. Bununla belə, oxucuya kömək etmək üçün kanonik və astronomik saatların münasibətini göstərən aşağıdakı cədvəli tərtib etdim. Bunun bəzi hissələrini mətndən çıxardım, bəzi hissələrini isə, Eduard Şnayderin “Benediktinlərin saatı” 17 kitabındakı ibadət cədvəli ilə Müqəddəs Benediktin yazdığı qaydalan müqayisə etməklə yazdım:

Comments are closed, but trackbacks and pingbacks are open.