Müasir Azərbaycan dili
Sonralar Qəzənfər müəllimi bir bəhanə ilə TQDK- ya � dəvət edə bildik . Seminar iştirakçıları Qəzənfər müəllimi alqışlarla qarşıladılar.Onun müəllifi olduğu dərsliyin müzakirəyə çıxarılması � yaddan çıxdı.Gündəlikdə professor Q.Kazımovundərslilərindən birinin müzakirəsi nəzərdə tutulmuşdu . � Seminardakı müəllimlərin çoxu oxuduqları ali məktəbdə omun tələbələri idi . Onlar öz sevimli müəllimi olan Qzənfər müəllimlə daha maraqlı dilçilik söhbətləri etdilər.Q.Kazımovun seminardakı � çıxışı � müəllimlərin gələcək inkişafı üçün çox gərəkli oldu .
Qəzənfər kazımov müasir azərbaycan dili
Təhsilimizin dostu ,
dilçiliyimizin generalı
Qəzənfər Kazımov
Filologiya elmləri doktoru, professor Qəzənfər Şirin oğlu Kazımov � 1937-ci ilmartın 3-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu � kənd məktəbinin � direktoru idi. O,1943-cü ildə cəbhədə həlak olmuşdur.
Q.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) tarix-filologiya fakültəsini bitirmişdir. � 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji İnstitutun əyani aspiranturasına daxil olmuşdur. Q.Kazımov 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur. Namizədlik dissertasiyasının mövzusu “Ə.Haqverdiyevin dramaturgiya dilinə aiddir. Doktorluq dissertasiyasının mövzusu da dilin üslubi imkanları haqqındadır: “Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)”.
Q.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir . 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur . Bir müddət Pedaqoji Universitetdə müdafiə Şurasının sədr müavini (1990-1994), Ali Attestasiya Komissiyasında ekspert Şurasının üzvü (1996-1999) olmuşdur . Uzun müddət (1979-2003) Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki Şurada fəaliyyət göstərmişdir .
Q.Kazımov 1999-2000-ci illərdə AMEA � Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır . 2001-ci ildən həmin institutda Azərbaycan dialektologiyası şöbəsinin müdiridir . Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür . Böyük Britaniya , Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır . Ədəbi tənqidlə � də məşğul olur . � Q ,Respublika Yazıçılar İttifaqının � və Azərbaycan � Jurnalistlər Birliyinin � üzvüdür .
Q.Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli Sərəncamı ilə
” Azərbaycan Respublikasının Əməkdar elm xadimi ” fəxri adına layiq görülmüşdür . Professor Qəzənfər Kazımovun filoloji fəaliyyəti geniş , hərtərəfli və məhsuldardır . O ,Azərbaycan dilinin tarixi,müasir Azərbaycan dilinin quruluşu,bədii əsərlərin dili , üslub və üslubiyyat , ədəbiyyatşünaslıq , ədəbiyyatşünaslıq məsələlərinə aid �� monoqrafiya və �� saysız-hesabsız elmi � məqalələrin müəllifidir . Q.Kazımov Azərbaycan dilinin metodikası də tədrisi � haqqənda da maraqlı � əyüksək elmi səviyyəli � əsərlərin müəllifidir . Onun Azərbaycan dili dərslikləri yuxarı sinif � şagirdlərinin � və dilimizin incəliklərini və gözəlliklərini öyrənən � hər bir ziyalının stolüstü kitablarıdır . Bu kişik tanıtma qeydlərindən sonra �� yaxından tanıdığım Qəzənfər müəllim haqqında � təəssüratlarımı � oxuculara
Elimizin ,dilimizin MƏNTİQ müəllimi – Qəzənfər müəllimi sərlövhəsi ilə � təqdim etməyi gərəkli bildim.Qəzənfər müəllim Azərbaycan dili müəllimidir . Onun professorluğa gələn yolu adi müəllimlikdən başlayıb.Bəlkə də tələbə olanda nə vaxtsa professor olacağına heç özü də inanmayıb . Oxuyub ,öyrənib,öyrənib oxuyub.Yaxşı müəllimlərdən yaxşı dərs alıb . Qəzənfər müəllimi Azərbaycana � daha çox tanıdan � işi ilk növbədə onun orta məktəb şagirdləri üçün yazdığı dərsliklərdir .
Azərbaycan dilində onun xidmətləri ilə ilgili maraqlı � yeni bir üçüncü növ təyini söz birləşməsi yaranıb :
QƏZƏNFƏR MÜƏLLİMİN DƏRSLİKLƏRİ
( Birinci tərəfi II növ təyini söz birləşməli mürəkkəb ad, ikinci tərəfi
III şəxsin mənsubiyyət şəkilçili isim ).
Qəzənfər müəllimin dərslikləri həm müəllimlərin ,həm də şagirdlərin ən çox sevdikləri 2-3 dərsliyin birincisidir.Bunlar ��� 8-ci və 9-u siniflərə aid Azərbaycan dili dərslikləridir .
( bütün nəşrlərini nəzərdə tuturam ). Doğrudur ,son illərdə bu siniflər üçün yeni dərsliklər yazılıb .
Şəxsən mən Qəzənfər müəllimin dərsliklərindən sonra həmin siniflər üşün dərslik yazmağa cəhd etməzdim . Kimlərinsə bunu � kurikulum ifadəsi ilə bəzəməsi də � inandırıcı görünmür .
Qəzənfər müəllim bizə bildiyimiz dilin MƏNTİQİNİ öyrədib.Bu dərsliklər �� dilimizin sintaktik çevikliyi ,söz birləşməsi,cümlə və onun müxtəlif yanaşma üsulundan asılı olan növləri haqqında cəsarətlə danışmağa imkan verir .
Yazımın sərlövhəni də məhz buna uyğun olaraq seçmişəm . Mən TQDK- da Azərbaycan dili və ədəbiyyati fənni üzrə müvafiq � fənn komsiyasının sədri olanda (1994-1995) ilk işlərimdən biri dilimizin məntiqini yaxşı bilən AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi əməkdaşlarını və ali məktəb müəllimlərini komissiyanın işinə cəlb etmək oldu .
Hərəyə bir tapşırıq verdim.Qəzənfər müəllimin hüzuruna özüm getdim . Qəzənfər müəllim onda Pedaqoji İnstitutun dekanı idi .
Qəzənfər müəllim əməkdaşlıq � təklifini � qəbul etsə də , yəqin ki , ali məktəbdə işinin çoxluğundan � seminarlarımıza gəlmədi.Lakin hər seminarımızda biz onu gördük.Bu və ya digər məsələlərin izahında müəllimlər dilçilik ensiklopediyası olan � Qəzənfər müəllimin yazdıqlarına istinad edirdilər.Elə bu özü böyük qayğı və sayğı nümunəsi idi .
Sonralar Qəzənfər müəllimi bir bəhanə ilə TQDK- ya � dəvət edə bildik . Seminar iştirakçıları Qəzənfər müəllimi alqışlarla qarşıladılar.Onun müəllifi olduğu dərsliyin müzakirəyə çıxarılması � yaddan çıxdı.Gündəlikdə professor Q.Kazımovundərslilərindən birinin müzakirəsi nəzərdə tutulmuşdu . � Seminardakı müəllimlərin çoxu oxuduqları ali məktəbdə omun tələbələri idi . Onlar öz sevimli müəllimi olan Qzənfər müəllimlə daha maraqlı dilçilik söhbətləri etdilər.Q.Kazımovun seminardakı � çıxışı � müəllimlərin gələcək inkişafı üçün çox gərəkli oldu .
Onsuz da ,Qəzanfər müəllimin müzakirəyə çıxarılan dərsliyi alternaivi ilə müqayisədə birinci idi və bunu hamı bilirdi.Bu dərsliyin məziyyətlərini müəllimlərlə yanaşı , onların şagirdləri də təsdiq edirdilər . Qəzənfər müəllim mənim dostlarımdandır.Bu yazını isə dostluq xatirinə yox ,yubilyarı salamlamaq üçün yazıram . Mən � fəxr edirəmki,Azərbaycanın hər yerində � və onun � bütün təhsil oğaqlarında � Qəzənfər müəllimin mənim kimi on minlərlə dostu var. Bu, � böyük fəxarətdir.On min,iyirmi min � dost böyük bir ordudur . Deməli ,Qəzənfər müəllim general rütbəli 3-4 dilçimizdən biridir .
Qəzənfər müəllim son illərdə xalq təbabərinin maraqlı cəhətlərini Azərbaycan dilinin inşəlikləri ilə oxucularına çatdırmağa daha meyillidir.Bu cəhətdən , o həm dı böyük loğmandır .
Nazim Nəsrəddinov ,
Azərbaycan Respublikasının əməkdar müəllimi ,
Avropa Azərbaycan Məktəbinin sabiq
kafedra müdiri və müəllimi , türkoloq .
Olaylar . – 2017.- 7 mart.- S.10.
Müasir Azərbaycan dili
Müasir Azərbaycan dili
Prof. Qəzənfər Şirin oğlu Kazımov
Ali məktəblər üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir
Elmi redaktorları:
Nizami Cəfərov, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor
İsmayıl Əhmədov, filologiya elmləri namizədi dosent
Rə’yçilər:
Müseyib Məmmədov, filologiya elmləri doktoru, professor
Misir Səfərov, filologiya elmləri namizədi, dosent
Dərslik ümumi dilçiliyin və Azərbaycan dilçiliyinin son nailiyyətləri əsasında yazılmışdır. Ən’ənəvi sintaksis sahəsində görkəmli alimlərimizin tədqiq və araşdırmaları ilə yanaşı, söz birləşməsi, cümlə və mətn problemlərinin öyrənilməsinə yeni baxış əsas götürülmüş, mövzuların şərhinə nitqin aktuallaşdırılması imkanlarının öyrənilməsi mövqeyindən diqqət yetirilmişdir. Ona görə də dərslik nitqin funksional cəhətlərinin xüsusi nəzərə alınması baxımından əvvəlki dərslikdən fərqlənir.
Format | Size | |
---|---|---|
EXE | 939.0 KB | Download |
You may also like
Bahadır və sona
Füzulının farsca əsərlərinin tərcümələri
Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ
dəqiqləşdirərək yazır: «Azəri» sözü az işlənsə də, unudulmurdu.
Azərbaycan dilini ilk dəfə rəsmi dövlət dili elan edən Şah
İsmayıl… Anadolu türkləri ilə qarışmamaq üçün osmanlıların
sünni məzhəbi müqabilində şiəliyi genişləndirməklə yanaşı, döv-
lət dilini və onun adını da beynəlxalq aləmə tam fərqli şəkildə –
xalqın işlətdiyi kimi çatdırır və bu hal «azəri dili» termininin daha
çox məhdudlaşdırılmasına səbəb olur. Eyni anlayış haqqında iki
termindən «türk dili»nin üstünlük qazanmasında, həqiqətən,
Şah İsmayılın xidməti böyükdür».
Monoqarfiyada elmi şərhini tapan mühüm problemlərdən
biri də belədir: bütün türk xalqlarının dili türk dili olduğu halda,
nə üçün təkcə azərbaycanlılar – Azərbaycan türkləri öz dillərini
həmişə «türk dili» adlandırmışlar? Q.Kazımov bu məsələni xalqın
və dilin genezisi və ictimai-siyasi amillərlə izah edir: «Bütün ilkin
türk tayfaları Ön Asiyada doğulduğu kimi, türk sözü də Ön
Asiyada doğulmuşdur». Sonralar Şərqə yayılmış və yenidən
«güclü bir tufan kimi bütün Qərbə, o cümlədən Cənubi Qafqaza
və daha aşağılara» qayıtmışdır. XI-XII əsrlərdə Azərbaycanın
ərazilərində, demək olar, başdan-başa türklər yaşayırdılar. Onları
həm özləri, həm də xarici səyyah və tarixçilər türk, dillərini isə
türk dili adlandırırdılar.XIII əsrin sonlarında Anadoluda Osmanlı
dövləti yaranmışdı və bu dövlətin dili rəsmi olaraq «Osmanlı
dili» adlanırdı. Xəzərin cənub-şərqində və şərqində isə ümumi
halda türk adlanan hər bir xalqın xüsusi adı vardı və ona görə də
azərilər öz dillərini onlardan ayırmaq üçün «türk dili» adlandırır
və bu zaman heç bir rəqabətlə qarşılaşmırdılar.
E.ə. IV əsrdə Azərbaycanın şimalında Albaniya,
cənubunda Atropatena dövləti mövcud olmuş, bu dövlətlərin
ərazilərində yaşayan əhalinin əksəriyyətini türksoylu tayfalar
təşkil etmişdir. E.ə. III əsrdə böyük Hun imperiyasının meydana
çıxması ilə bağlı «türklərin Orta Asiyadan qərbə yeni axınları baş-
lamış, bütün 1-ci minillik boyu yerli əhali yeni türk tayfalarını
qəbul etməli olmuşdur».
Azərbaycan dilinin «lüğət tərkibi və qrammatik quruluşu
Aratta dövründən miladaqədərki aborigen və gəlmə türk tayfa
dillərinin lüğəti və quruluşu əsasında müəyyənləşmişdir». Müasir
Azərbaycan dilinin «fonetik sistemi, lüğət tərkibi və qrammatik
quruluşu 1-ci minilliyin birinci yarısının məhsuludur. İlkin
feodalizm dövründə (III-V əsrlər) ümumxalq dili kimi təşəkkül
tapan bu dilin qol-qanad açmasında qədim aborigen tayfalarla
yanaşı hun, savar, xəzər, qıpçaq, oğuz, kəngər, türk və s. tayfa
dillərinin böyük rolu olmuşdur». (
Qəzənfər Kazımov. Azərbaycan
) «Ərəblər Azərbaycana daxil olarkən artıq
vahid Azərbaycan xalqı və onun vahid dili inkişaf prosesi keçirirdi
– ümumiləşməkdə, müxtəlif türkdilli etnosların şivə xü-
susiyyətlərindən təmizlənməkdə, ədəbiləşməkdə idi və türk-azəri
dilinin ədəbiləşməsində ən böyük işi folklor nümunələri
görürüdü… Ayrı-ayrı qohum türk tayfaları min illər boyu yaratmış
olduqları əsatir, əfsanə, rəvayət, nağıl və dastanları böyük
məhəbbətlə bir-birinə ötürür və bu prosesdə dilin de-
mokratikləşməsi, ümumiləşməsi ilə yanaşı, folklor nümunələri də
ümumiləşir və bir tayfanın, bir etnosun yaradıcılıq məhsulu
olmaqdan çıxaraq, bütün xalqın mədəniyyət, ədəbiyyat abidəsinə
çevrilirdi. Ayrı-ayrı tayfaların adı ilə bağlı olan bayatı, varsağı,
əfşarı, qaytağı və s. də bu dövrün məhsuludur. Hazırkı atalar
sözlərinin, məsəllərin, alqışların, qarğışların, vulqar ifadələrin,
tapmacaların, bayatıların, nağılların böyük bir qismi kök etibarilə
həmin dövrün yadigarlarıdır».
Q.Kazımov folklorun ümumiləşməsini şifahi ədəbi dilin
formalaşmasının yekunu hesab edir; Dədə Qorqud boylarını VI-
VIII əsrlərdə Azərbaycan ədəbi dilinin zənginliyini və gözəlliyini
nümayiş etdirən misilsiz abidə kimi dəyərləndirir. Bu cür böyük
miqyaslı elmi gəzişmələr, tarixə obyektiv baxış isə ona öz
araşdırmalarını və düşüncələrini inamla tezisləşdirmək
səlahiyyəti qazandırır: «Azərbaycan ədəbi dili səlcuqların
gəlişindən bir neçə yüz il əvvəl təşəkkül tapmışdı. Səlcuqlar
Azərbaycana ayaq basanda artıq Azərbaycan ədəbi dili mövcud
Azərbaycan dilinin tarixi ilə bağlı Qəzənfər Kazımovun
elmi araşdırmalarının bir qismi müəyyən sözlərin etimoloji təhlili
istiqamətindədir. Hələ elmi fəaliyyətinin ilk dövrlərində o,
etimoloji tədqiqatın əhəmiyyətindən bəhs edib yazırdı:
«Etimologiya dilçiliyin çətin, lakin maraqlı sahələrindəndir. Qədim
tarixi və mədəniyyəti olan hər bir xalq öz tarixinin uzaq
keçmişindən gələn izlərini, qədim adət-ənənələrini, təsərrüfat
həyatını, məişətini, qonşu xalqlarla əlaqə və münasibətini,
mənsub olduğu xalqın təfəkkürünün bəsitdən mürəkkəbə doğru
inkişafını hərtərəfli öyrənmək üçün etimoloji araşdırmalardan da
bir vasitə kimi istifadə edə bilir. Etimoloji tədqiqat bir elm kimi,
xalqa onun keçmişini, qədim mədəniyyətini, ictimai həyatını və
məişətini öyrənmək üçün geniş imkanlar yaradır». (
Dilçi-etimoloq. V.İ.Lenin ad. APİ-nin «Elmi əsərlər»i, XI seriya,
Doğrudan da, sözün tarixi eyni zamanda cəmiyyətin,
xalqın, millətin, hətta bəzi baxışlara görə, dünyanın,
bəşəriyyətin, kainatın tarixidir. Hər hansı bir adın düzgün
etimoloji izahı təkcə dil tarixini araşdırmaq üçün deyil, xalqın et-
nik və siyasi tarixini öyrənmək üçün də faydalıdır. Ə.Dəmirçizadə
doğru deyir ki, «sözün törənişi və inkişafı bir çox sirlərin, izi itmiş
naməlum hadisələrin öyrənilməsi, çox zəruri olan məsələlərin
tədqiqində istifadə olunan ən mötəbər və zəngin
mənbələrdəndir… Söz sirlər xəzinəsinin açarıdır».
Ə.Dəmirçizadə. 50 söz. Bakı,1968, s.5.
«Azərbaycan dilinin tarixi» kitabında Q.Kazımovun bəzi toponim
və etnonimlərin sözaçımına diqqət yetirməsi həm dil tarixinə,
həm də ölkənin və xalqın tarixinə işıq salmaq, bəzi çətin
problemləri aydınlaşdırmaq baxımından lazımlı və əhəmiyyətlidir.
Belə sözlərdən biri «Azərbaycan»dır.
Orta çağlardan başlayaraq, elmi-filoloji fikirdə bu sözün
etimologiyasına dair kifayət qədər geniş söhbət açılmış, müxtəlif
xalqların alimləri onun mənşəyi və semantikası haqqında dürlü
fikir və mülahizələr söyləmişlər. Strabon, Müqəddəsi, Yaqut
Həməvi, Qrişman və b. «Azərbaycan» sözünü məşhur sərkərdə
Atropatın adı ilə bağlayırlar. X.Bortolomeo, M.N.Boqolyubov kimi
tədqiqatçılar «Azərbaycan»ı toponim hesab edir və «Avesta»dakı
od tanrısı Atarla əlaqələndirirlər. M.Azərli, T.Musəvi və
Z.Yampolski də «Azərbaycan» – «Atropaten» sözünün əslini-
kökünü od tanrısı «Atar»la bağlayır və onun iki hissədən ibarət
M.Azerlu, T.Musevi, Z.Əmpolğskiy. O slove
«Azerbaydjan». Dokladı Akademii Nauk Azerb. SSR, XXX t.,
Baku, 1974, s.81-82
«Azərbaycan» sözünün etimologiyası haqqında
İ.Əliyev, Y.Yusifov, Q.Qeybullayev, M.İsmayılov, M.Seyidov və
başqa tədqiqatçılar da söhbət açmış, bu kəlmənin ilkin variantını
müəyyənləşdirməklə onun etnik yiyəsini və leksik mənasını
axtarıb tapmağa çalışmışlar. Onların bir qismi «Azərbaycan» sö-
zünü mənşəcə iran dilləri, digər qismi isə türk dilləri ilə əlaqələn-
dirmişlər. Bu fikirlərin hamısını tənqidi surətdə təhlil edən Q.Kazı-
mova görə «Azərbaycan» sözü öz əsasını
Antarpatkanu/Andarpatkan məskən adından almış və bu
sözlər «Azərbaycan» şəklinə düşənə qədər uzun bir yol
keçmişdir. O da həmkarlarının çoxu kimi bu qənaətə gəlir ki,
«Andarpatianu» ölkə adı tərkib etibarı ilə bir neçə sözün
birləşməsindən yaranmışdır. Sözün sonundakı «u» yad ele-
ölkə deməkdir və o dövrdə Şərqdə geniş yayılmış,
o cümlədən türkcədə də işlənən
Comments are closed, but trackbacks and pingbacks are open.