Hüquqi yardım
Həmçinin ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Təcrübədə ər-arvadın ümumi əmlakının bölünməsi əsasən nikahın pozulması dövrünə təsadüf edir.
“Ər-arvad arasında yataqda һeç bir ayıb ola bilmәz!”
Son dövrlərdə törədilən cinayətlərin çoxunun ailə münaqişəsi zəminində baş verdiyini görürük. Bu kimi qətllər əksər hallarda sadəcə xəbər predmeti olsa da və cəmiyyət üçün nə qədər adiləşsə də, arxasında ciddi amillərin dayandığını danmaq olmaz.
Psixoterapevt Elmir Əkbər ailədaxili münaqişələrin səbəbini əsasən aqressiya, ər və arvad arasında güzəştin olmaması vә onların bir-birindәn maddi və fizioloji gözlәntilәrinin ödәnilmәmәsində görür.
Cinayət hadisələrinin qısqanclıq səbəbilə də baş verməsinin şahidi oluruq. Öldürülən qadınlar arasında ailəsini qoyub qaçanların sayı da çoxalmağa başlayıb və onların hekayəsi, belə desək, artıq təəccüb belə doğurmur. Bəs bu qaçışları doğuran səbəblər nədir?
Elmir Əkbər deyir ki, sәbәbi insan fiziologiyasında axtarmaq lazımdır: “Yaşı az olan qızlarla evlənənlər özlәri-özlәrini aldadırlar. Adәtәn bu, bәlli yaşına kimi Rusiya çöllərində gəzib gәlәn, adәti üzrә dә orada ailә-uşağı olan, özü ilә dә “hədiyyə” olaraq infeksiya gәtirәn və artıq gәnc adlandırıla bilmәyәn kişilәrdir. Amma elә öz ölkəmizdə də belәlәri az olmur. Mәsәlә bundadır ki, Rusiyadan gәlәnin, tәbii ki, canının bütün şirәsini eһtiraslı slavyan qadınları çәkib tükәtmiş olur. Ümumiyyәtlә isә, kişinin öz əsas ailә borcunu yerinә yetirmәsi onun anatomik-fizioloji quruluşundan çox asılıdır. Qadın isә istәnilәn vaxt vә yaşda bu işin öһdәsindәn gәlә bilәr, һәtta könlü olmasa belә, bunu imitasiya edә bilәr. Ancaq kişidә belә deyil. Kişi fiziologiyası bilavasitә onun yaşından asılıdır. Tәbii ki, müәyyәn yaşdan sonra kişi orqanizmi öz istifadә müddәtini başa vurmağa – gücdәn düşmәyә başlayır. Alleqorik şəkildə desәk, büzüşməyə, pırsımağa. Amma gənc xanımı isә һәlә indi-indi һәyatı dәrk etmәyә başlayır. Qadınlarda çiçәklәyib, meyvә vermә Balzak yaş dövrünә – 40-dan sonraya tәsadüf edir.
Qәdim dövrlәrdә qadınlar başqa idilər, ya bitki-tәrәvәz һәyatı yaşamağa üstünlük verirdilәr, yaxud da “tәrәvәzli һәyat” yaşayırdılar. İndi isә әksәr qız-qadınlar daһa avam һәyatdan imtina edirlәr vә onlardan oğurlanmış cavanlıqlarını әldә elәmәk üçün özünә bab birinә qoşulub qaçırlar.
Bir mәsәlәni dә qeyd edim ki, yaşlı qadın gәnc oğlanla eşq yaşayanda cavanlaşır. Burada söһbәt, tәbii ki, özünә fikir verәn, formada olan xanımlardan gedir. Yaşlı kişi isә cavan qızla aşnalıq yaşayanda qız onun pulunu da, olan-qalan enerjisini dә sorub, ömrünә nöqtә qoyur”.
Qeyd edildiyi kimi, bu məqamda qızların erkən yaşda ərə getməsi də ciddi faktordur. Ancaq maraqlıdır ki, bu qədər maarifləndirilmə işləri aparılsa da, hələ də tez ərə getməyə can atan qızlar çoxdur. Söhbət hələ ucqar bölgələrdə adət-ənənənin zoruyla, ata-ananın təkidi ilə deyil, qızların öz arzusu ilə də erkən evliliyə razı olmasından gedir. Həmsöhbətimiz bunu nə qədər qəribə olsa da, insanın təbiətən “alverçi” xarakteri ilə izah edir:
“Tәһsil alıb, işlәmәyәn qızlar öz arzularını ancaq pullu kişilərlə һәyata keçirә bilәcәklәrini anlayırlar. Deyim ki, adәtәn qızlarını erkәn nikaһlara, onların “xoşbәxtliyini düşünәn” valideynlәri sövq edirlər. Maariflәnmә proqramını ancaq beynindә bunu qavramağa xidmәt edәn xüsusi qavrama reseptorları olanlar dәrk edә bilәrlәr. Әgәr insan axmaq doğulubsa, bu, ömürlükdür”.
Psixoterapevt bu gün ailələrdə yaşanan problemlərin və aqressiyanın ər-arvad arasında cinsi münasibətlərin qaydasında olmamasından da qaynaqlandığını bildirir: “Ümumi cәmiyyәtdәn çıxış edәrәk deyim ki, seksual problem bugünkü gündә dә aktual olaraq qalır. Kişilәr daһa çox sola meyl edirlәr, elә son dövrlәr qadınlar da öz әrlәrindәn nümunә götürmәyә başlayıblar. Amma әgәr bunların arasında intim sәmimiyyәt olsaydı, sәrbәst ünsiyyәt qurardılar vә ailә bağları da möһkәm olardı. Vә tәbii ki, burada daima qonşu otaqdan gecәlәr gәlәn “qәribә sәslәri” stәkan vasitәsilә dinlәmәyә meyl göstәrәn qaynana-qaynata faktorunu da unutmaq olmaz.
Әslindә, burada һansı partnyorun daһa çox mәlumatlı, yaxud da tәcrübәli olmağı rol oynayır. Amma bunu da unutmayaq ki, sevgi, intim münasibət, tәbii instinkt, şәrtsiz refleksdir. Yәni bütün insanların daxilindә artıq doğulanda bunun kodları var, qidalanma kimi. Yeni doğulan uşağa ana südünü yemәyi һeç kim öyrәtmir ki. Әsas odur ki, insan sәmimi və sərbəst davransın, onda tәbiәt öz işini görәcәk. Bir dә onu vurğulayım ki, insanların seksual zövqlәri fәrqlidir vә әr-arvad arasında, yataqda һeç bir qadağa, ayıb vә tabu ola bilmәz!”
Təəssüf ki, ailədaxili problemlərə zəmin yaradan təkcə cinsi münasibət də deyil. Boşanmaya qədər aparan bu problemləri Elmir Əkbər belə sıralayır:
1. İntim sәmimiyyәtin olmamağı. Cinsi һәyat barədə bilgisizlik;
2. Kәnar müdaxilәlәr;
3. Gәnc ailәlәrin maddi şәraitinin yaxşı olmamağı, iqtisadi durumdan asılılıq;
4. Kompromissin olmamağı;
5. Fərdlərin düzgün ailə tərbiyəsi almaması;
6. Bәzәn cütlüklər biri-birinin daxili alәmini, mәnәvi varlığını tamamlaya bilmirlәr.
Sevinc Fədai
Milli.Az
Hüquqi yardım
Ər-arvadın birgə mülkiyyəti hansılardı? Boşanma zamanı ər və arvadın birgə əmlakı necə bölünür?
Boşanma zamanı əmlak bölgüsü necə həyata keçirilir?
Boşanma prosesi
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər. Əgər birgə nikahdan uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, boşanmaq üçün lazım olan sənədləri təqdim etməklə boşanma prosesi məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur. Məhkəmə yolu ilə boşanma ilə eyni zamanda və ya boşanma prosesindən sonra məhkəmə birgə nikahdan olan uşaqların kimin himayəsində saxlanması, aliment kimi məsələlərlə yanaşı ər-arvadın birgə əmlakınının bölünməsi məsələsini də həll edə bilər.
Ər-arvadın birgə mülkiyyəti
Nikaha xitam verildikdən sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur. Qanunvericilikdə ümumi birgə mülkiyyətə daxil olan əmlakların müəyyən dairəsi əks olunmuşdur:
- ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
- ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.
Ər-arvadın əmlakının bölünməsi zamanı nəzərə almaq lazımdır ki, boşanma zamanı uşaq varsa nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Eyni zamanda, nikaha daxil olanadək ər-arvaddan birinə məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.
Ər-arvadın birgə mülkiyyətin bölünməsi
Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Birgə mülkiyyətin bölünməsi ər-arvadın qarşılıqlı razılığı əsasında, bu razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvad arasında başqa cür razılaşdırılmayıbsa, ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Boşanmadan sonra yaranan mübahisələrin bir qismi daşınmaz əmlakın bölgüsü ilə bağlıdır. Əgər ev, torpaq sahəsi və ya digər növ daşınmaz əmlak birgə nikah dövründə əldə edilibsə, boşanmadan sonra ər və ya arvad məhkəmə qaydasında həmin əmlakın bir hissəsini və ya ona çatası hissəni pul şəklində əldə edə bilər.
Həmçinin, əgər qadın nikaha daxil olduqdan sonra ərin və ya onun ailə üzvlərindən birinin evinə qeydiyyata düşübsə, nikaha xitam verildikdən sonra arvadın həmin evdə yaşamaq (istifadə) hüququ var. Daşınmaz əmlakın mülkiyyətçisi şəxsi öz mənzilindən qeydiyyatdan çıxarmaq üçün ilk növbədə məhkəmə qaydasında qeydiyyatdan çıxarmaq istədiyi şəxsə ağlabatan miqdarda kompensasiya ödəməklə onun istifadə hüququna xitam verməli, daha sonra ümumi qaydada onun qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.
Boşanma zamanı cehiz və zinət əşyaları
Nikaha daxil olan zaman və ya nikah dövründə qadına hədiyyə şəklində, vərəsəlik qaydasında və ya hər hansı əvəzsiz əqd üzrə verilən cehiz və zinət əşyaları onun özünə məxsusdur və əmlak bölgüsünün predmeti qismində çıxış etmir. Lakin, zinət əşyaları nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilibsə ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
Birgə nikah zamanı yaranmış borc öhdəliyi
Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Yəni, əgər ər və ya arvad birgə nikahda olan zaman bankdan kredit götürmüşsə, boşanandan sonra krediti götürən tərəf sübut etsə ki, həmin məbləğ birgə təsərrüfat aparılan zaman ailənin saxlanmasına sərf edilib, o zaman qarşı tərəfdən həmin kreditin müəyyən hissəsini ödəməyi tələb edə bilər.
Nikah müqaviləsi
Nikaha daxil olan zaman gələcəkdə yarana biləcək əmlak bölgüsünə dair mübahisələrin qarşısını almağın ən effektiv vasitəsi nikah müqaviləsidir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.
Hüquqi yardım
Şərh edilənlərdən də göründüyü kimi boşanma zamanı əmlak və nikah dövründə yaranmış borc öhdəliyinin tərəflər arasında bölgüsü məsələsi tərəflərin ər-arvad kimi öz hüquq və vəzifələrini bilməsini, öz hüquqlarının müdafiəsi üçün vaxtında və lazımi tədbirlərin görülməsini zəruri edir. Çox təəssüf ki, məhkəmə yolu ilə boşanma zamanı əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını və birgə nikahdan olan uşaqların saxlanması kimi məsələləri daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən qiymətləndirir.
Vəkil məhkəmə yolu ilə boşanma zamanı tərəfin hüququnun düzgün formada qorunmasını təmin edir. Vəkil tərəfindən tərtib edilən boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.
Şərhlər
Gülnaz hesenli 2023-01-11 19:51:49
Salam evlənərkən alem mene bir evin bütün cehizini bütün mebel əşyaları mətbaxt mebelde içində olmaqla hər bir şey veriblər.. yoldaşımla mən o evde tek yaşayırdıq amma o ev qayınatanın adındadi..indi bosaniriq o evden mene pay düşür. Yoldaşımla 1 körpəmiz var(1yaş 4ayliq)
Salam. Xeyr düşmür o ev qaynatanızın ərinizin olmadığı üçün. Vəkil Qulam İsmayılzadə
Mahire 2023-01-14 22:07:56
Salam Qulam bey,qarşı tərəf mediasiyaya ərizə yazmışdı boşanmaq üçün,ve bizi çağırdılar mediatorla görüşmək üçün,ama qarşı tərəfin vəkili gəlmişdi və boşanmaq istədiyini dedi,mən ama razı olmadigima baxmayaraq qarşı tərəfin vəkili dedi oğlan razı olmadığına mehkemeye getmelidir ərizə,1aydir artıq mediatorla görüşdüyümüz,qarşı tərəflə danismadigima bilmirəm erizeni vəkili gönderin mehkemeye ya yox,çünki hele mehkemedende çağırış məktubu gelmeyib,mende qorxuramki menim xeberim olmaz birden mehkeme olmağından,necə edə bilərəm ki,bilim ərizə məhkəməyə gedib ya yox,mene komek ederdiz zehmet olmasa
Salam. Qeydiyyatda olduğunuz yerin məhkəməsinə müraciət edib sizin barədə ərizənin daxil olub-olmadığını öyrənə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
Gülnaz hesenli 2023-01-15 02:01:10
Salam Evlənərkən bəyə taxılan nişan üzüyünü geriyə almaq olur. Yoldaşıma aldığım üzüyü necə geri ala bilərəm. Xariş edərəm bu barədə mene məlumat verəsiz.
Salam. Bağışlanan əmlak olduğu üçün tələb edə bilmərsiniz. Vəkil Qulam İsmayılzadə
Kərimova 2023-01-23 21:13:36
Salam yuxarda yazılıbki uşaq varsa boşanma zamanı ev təsərrüfatı, uşaqlara qulluq ilə məşgul oldugundan və ya digər uzurlü səbəblərə görə müstəqil qazancının olmaması arvadın ümumi əmlak üzərində hüquqa malikdir biz keçən il boşandıq yoldaşıma atası 2018 bizim nigahda olan vaxt torpaq vermişdir o bölünür?
Dediyiniz əmlak bağışlanma yolu ilə verilibsə birgə əmlak sayılmır. Əgər ərinizə verilən əmlakı pul verib alsaydınız onda birgə əmlak sayılardı. Vəkil Qulam İsmayılzadə
Aysel 2023-01-26 01:26:31
Salam. Evlilikden once qarsi teref ipoteka ile ev alib. 5 ildir evliyik bosanmaq uzreik.ne menim ne usaqlarin qeydiyyati bu evde yoxdur .bosandiqdan sonra eve her hansi iddia qaldira bilerem? Bosandiqdan sora bizi evden rahat cixara bilir?
Salam. Ev əgər nikahdan əvvəl alınıbsa ordan sizə pay düşmür. Belə könüllü çıxmasanız gərək ki, məhkəmə qaydasında çıxarda sizi. Vəkil Qulam İsmayılzadə
Murad Heybətov 2023-02-08 18:20:24
Salam. Aile qurmamişdan qabaq adıma 6 sot torpaq var idi. Aile qurduqdan 5 il sonra ayrıldıq. Həmin vaxt mən torpağı qardaşıma hədiyyə etdim bagislardim. Yoldaşım verdi məhkəməyə ki həmin torpaqda ailəli olduğumuz vaxt yarımçıq tikili var idi onu bir yerde tikmişik. Amma həmin yarımçıq tikili dövlətdə daşınmaz əmlak üzərinə heç bir yerde qeydiyyatda yoxdu. Yeni mən Respublika üzrə adıma heçnə yoxdu. Amma yerli məhkəmə menim xeyrimə qərar versədə Apelyasiya ekspert təyin etdi həmin yarımçıq tikiliyə 30 min qiymət qoydular və bölündü 15 min kompensasiya kimi məndən tutulmağın qətnamə çıxardı. Sual: Rəsmi olaraq adıma heç bir daşınmaz üzrə əmlak olmadığı halda məhkəmə qərar verə bilərmi emlak bölünmesine? Evi tikən ustalar belə natarius qaydada yazılı ərizə verdilər ki o evi qardaşım tikib mən yox amma məhkəmə qarşı tərəfin iddiasın icra elədi. Sizin bu barədə fikrinizi bilmek isterdim çox xaiş.
Salam. Bəli praktikada bele olur, məhkəmə birgə nikah dövrü ərzində tikilmiş əmlaka xərclənən pulu bərabər bölür. Vəkil Qulam İsmayılzadə
Aynur İsmayilova 2023-02-21 14:16:07
Salam Hörmətli Qulam Bəy! Biz yoldasimla ayriliriq.Ərizəni o birinci verib və məni cagiriblar mediasiya şurasina.Mən bilmirem orda ne deyecekler.Sadece getmeliyem ya yox?1 qizim var Menim 3 yaş 9 ayliq.Yoldasimin adina ev yoxdur.Masin var oda menden evvel adina kecirilib.Qaldigimiz ev qaynatamin adinadir.Bilmək isteyirem menim qizimin qeydiyyat oradir düşür ev qizima ? Bosanma prosesinde aliment teleb ederken hakim mene teleblerimin ne oldugunu sorusacaq ? Cunki men vekil tutmamisam bilmirem bunlari.Ve istemirem qizim atasini gorsun.gostermej istemirem bunlari nece teleb ede bilerem?
Salam. Qızınız əgər qeydiyyatdadırsa onun yaşamaq hüququnu tələb edə bilərsiniz. Uşağı ataya göstərməmək kimi qərar məhkəmə qəbul edə bilməz. Vəkil Qulam İsmayılzadə
Sabir 2023-03-11 17:06:54
Salam avukat bey! Mənim 7 övladım var . Hamısı evli . Axırıncı oglum yanımda qalırdı. Boşandıqdan sonra ölkədən getdi, 3 övladı var. Mənə qızım baxır. Mən mülkiyyətimi qızıma vermək istəyirəm. Gəlini mülkdən cıxarmaq hüququm var?
Salam əmlak sizin adınızadırsa sağlığınızda qızınıza hədiyyə edə bilərsiniz, yoxsa rəhmətə gedəndən sonra bütün uşaqlarınız arasında bərabər şəkildə bölünəcəkdir. Vəkil Qulam İsmayılzadə
Fredd 2023-03-13 19:19:21
Salam,yasadigimiz ev 2 mertebelidir yuxari mertebesinde biz yashayiriq,asagida qaynanamgil ve butun mebeller,esyalar mene aiddir.evin hecbir senedi yoxdur,yeni kiminse adina deyil,heckim de qeydiyyatda deyil senedi olmadigi ucun.Ancaq bu ev yoldasim ucun yikilib.2ovladim var.bosandiqdan sonra men evden pay teleb ede bilerem? zehmet olmasa melumatlandirardiniz.
Ev sizin birgə nikahınız ərzinəd əriniz tərəfindən tikilibsə müəyyən hissədə evə çəkilmiş xərci tələb edə bilərisniz. Vəkil Qulam İsmayılzadə
Mətanət 2023-03-14 04:13:50
Salam Biz boşanmaq üzrəyik.30ildir evliyik Yoldaşım bir necə il qabaq nigah müqaviləsi yazdırdı ki kim nə alsa qarşı tərəf iddiaçı olmayacaq. Bu müqavilədən qabaq birgə yaşayış dövründə yoldaşım dostuna borc pul vermişdi Pul hissə hissə qaytarılır yoldaşıma amma mənə vermir Əmlak bölgüsü olarsa həmin borc pula iddiaçı ola bilərəmmi? Təşəkkürlər
Sübut eləsəniz ola bilər. Vəkil Qulam İsmayılzadə
Elvin Hesenov 2023-03-19 22:00:49
Salam hervaxtniz xeyir olsun.Bagsdyin narahat edrem bir soz sorusub melumat almag isderdim sizden.Bosanmisam 1 ovladim var.Yasadgim ev heyat evidir.torpagin senadi var amma.ev kupcasi yoxdur.torpag menim admadir.coxdan tikili evdir nigahdan qabag olub.torpag boluna biler 2 yera xayis edrem melumat verardiz Coxsagolun.
Ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsü qaydası
Cəmiyyətdə tez-tez qarşımıza çıxan məsələlərdən biri də ər-arvad arasında qarşılıqlı hüquqi münasibətlərdir. Bu münasibətlər zamanı ər-arvadın qarşılıqlı hüquq və vəzifələri özünü əmlak və qeyri-əmlak sferasında büruzə verir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən kişi ilə qadın nikaha daxil olduqdan sonra ər-arvadın qarşılıqlı öhdəlikləri yaranır. Bu öhdəliklərdən biri də mülkiyyət münasibətləri ilə bağlıdır. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də ər-arvadın və ya onlardan birinin tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmaqdan ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyi prinsipinə uyğun olaraq ər və arvad ailə hüquq münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
Qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Qeyd etmək lazımdır ki, ər-arvadın birgə mülkiyyəti payı məlum olmayan mülkiyyətdir. Ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə birgə mülkiyyət münasibətlərinə xitam verilir.
Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Qeyd olunmalıdır ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
Həmçinin ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Təcrübədə ər-arvadın ümumi əmlakının bölünməsi əsasən nikahın pozulması dövrünə təsadüf edir.
Əmlak bölgüsü ər-arvadın tələbi ilə onların hər birinin şəxsi mülkiyyətində olan əmlakının müəyyən edilməsindən başlanılır. Sonra isə ümumi mülkiyyətdə olan hansı əşyanın kimə verilməsi məsələsi həll olunur. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Burada ən əsası əşyaların köhnəlmə dərəcələrini nəzərə almaqla onların əsl qiymətini müəyyən etməkdir. Tərəflərdən birinə pul və ya başqa kompensasiya verildikdə ər-arvadın maddi vəziyyəti, onlardan birinin tələbi və s. nəzərə alınır.
Həmçinin məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
Ümumi qaydaya əsasən əmanət kassalarına və başqa kredit idarələrinə qoyulan əmanət ər-arvadın birgə mülkiyyəti hesab edilir və onlar arasında bölünə bilər. Burada bütün əmanətlərdən söhbət gedə bilməz. Ər-arvadın hər birinin adına üçüncü şəxs tərəfindən qoyulmuş əmanət ərin (arvadın) şəxsi mülkiyyəti olduğundan əmlak bölgüsü zamanı nəzərə alınmır.
Ər-arvadın olduğu nikah etibarsız hesab edilərsə, onda onlar Azərbaycan Respublikası Ailə Məcəlləsində nəzərdə tutulan şəxsi və əmlak hüquqlarını əldə etmirlər. Belə olduqda ər-arvaddan birinin adına qoyulmuş əmanət barədə mübahisə ər-arvad arasında əmanətin bölünməsi qaydalarına əsasən bölünə bilməz. Əmanətin taleyi bu hallarda mülki qanunvericiliyin ümumi qaydalarına əsasən müəyyənləşdirilir.
Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
Nikah pozulduqdan sonra iddia müddəti ərzində, hətta ər-arvadın ümumi əmlakı bölündükdən sonra belə, məhkəmə təcrübəsi bölünməmiş əmanətin bölünməsi məsələsini müsbət həll edir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq edilir. Ər-arvad arasındakı ümumi əmlakın bölünməsi barədə sazişdə (müqavilədə) başqa hal nəzərdə tutulmadığı hallarda onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikası Ailə Məcəlləsində qeyd olunur ki, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Yetkinlik yaşına çatmayan uşaqların birgə yaşadığı ərin (arvadın) payı bir qayda olaraq uşaqların mənafeyinə və maraqlarına xidmət göstərən əşyaların (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s) hesabına artırılır. Başqa sözlə desək, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
Sadiq Babayev
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.