Rauf Hacıyev: “Karantin tədbirləri ətraf mühitin yaxşılaşdırılmasına kömək etdi” – MÜSAHİBƏ
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir [4] .
Refiqe Eliyeva – Wikipedia
Rəfiqə Əliyeva 20 sentyabr 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
- Fəxriyyə Xələfovanın anasıdır.
- Heydər Əliyevin bacısıdır.
- Rafiq Xələfovun həyat yoldaşıdır.
Rəfiqə Əliyeva 6 may 2017-ci ildə 85 yaşında vəfat etmişdir. Vida mərasimi AMEA-nın dairəvi zalında olmuşdur. Alim I Fəxri Xiyabanda torpağa tapşırılıb. [3]
1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirmiş, 1970-ci ildə “Germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyasını,1999-cu ildə “d-,f-elementləri və germaniumun tərkibinə N-,S-,O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əliyeva Rəfiqə Bakı Dövlət Universiteti “ Analitik kimya” kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edir. Bakı Dövlət Universitetinin nəzdindəki 02.00.02, 02.00.03,02.00.04 ixtisasları üzrə Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvüdür.
Təhsili, elmi dərəcə və elmi adları
- 1952-1956-tələbə BDU
- 1970-Kimya elmləri namizədi “Analitik kimya”
- 1999-Kimya elmləri doktoru “Analitik kimya”
Əmək fəaliyyəti
- 1956-kimya problemləri İnstitutunda elmi işçi
- 1960-1963-aspirant BDU
- Analitik kimya(bakalavrlar üçün)və Kompleksbirləşmələr kimyasi (magistrlar üçün)
- 450 məqalənin müəllifidir
- 2 monoqrafiyanın
- 20 dərs vəsaiti
- 3 tərcümə kitabının
- 17 patentin müəllifidir
- 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik etmişdir
Elmi nailiyyətləri
Professor R.Ə.Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif edilmişdir. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Professor R.Ə.Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparmışdır. O ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metadlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürmüşdür. O təcrübi faktların analizinə əsasən müəyyən etmişdir ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında əgər binar sistemə əlavə edilən üşüncü komponent metala koordinasiya edərsə, onda kompleks birləşmələrin davamlığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Professor R.Ə.Əliyevanın rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanmışdır. Bu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırılması üçün istifadə edilməsi təklif olunmuşdur.
Tədqiqat sahəsi
Fotometrik metod vasitəsi ilə üzvi reaktivlərdən istifadə etməklə metalların təyini metodikasının işlənilməsi və mürəkkəb obyektlərdə tətbiqi.Molein anhidridi və stirol əsasında sintez edilmiş sorbentlərdən istifadə etməklə bir sıra metalların sorbsiya imkanlarının oyrənilməsi
Elmi əsərlərin adları
- Əliyeva R.Ə., Hacıyeva S.R., Çıraqov F.M., Mahmudov K.T. Misin (II) təyinində 3-[2-hidroksi-3,5-disulfofenilazo] pentadion-2,4 analitik reagent kimi //Azərbaycan Kimya Jurnalı, 2003, №4, s.130-135
- Əliyeva R.Ə., Hacıyeva S.R., Çıraqov F.M., Mahmudov K.T. Funksional qrupların asetilasetonun azotörəmələrinin mis (II) ilə əmələ gətirdiyi komplekslərin davamlılığına təsiri // Bakı Universitetinin xəbərləri, 2004, №4, s.25-29
- Əliyeva R.Ə., Çıraqov F.M., Bayramov Q.İ., Mahmudov K.T. Mis (II) ionunun neft şlamlarında təyini // V Bakı Beynəlxalq “Məmmədəliyev Neftkimya” konfransı. Bakı, 2002, s. 115
- Əliyeva R.Ə., Hacıyeva S.R., Çıraqov F.M., Mahmudov K.T. Asetilasetonun azotörəmələrinin bir sıra metallarla kompleks-əmələgətirməsinin tədqiqi // AMEA-nın məruzələri, 2003, C.59, №5-6, s.146-151
- Алиева Р.А., Чырагов Ф.М., Бабанлы И.М., Махмудов К.Т., Бабанлы М.Б. Определение термодинамических характеристик реакций коплексообразования некоторых металлов с 3-[5-сульфонафтилазо] пентадионом-2,4 в водном растворе // Журнал неорганической химии, 2004, Т.49, №9, с.1580-1583
- Алиева Р.А., Чырагов Ф.М., Махмудов К.Т. Фотометрического определение меди (II) в нефтяных шламох // Журнал заводская лаборатория, 2004, Т.70, №9, с.22-25
- Алиева Р.А., Чырагов Ф.М., Махмудов К.Т. Азопроизводное 2-теноилтрифторацетона как реагент для фотометрического определения меди (II) // Журнал аналитической химии, 2005, Т.60, №2, с.157-161
- Алиева Р.А., Чырагов Ф.М., Махмудов К.Т., Бабанлы М.Б. Термодинамическая характеристика комплексообразования некоторых металлов с 3-[4-сульфофенилазо] пентадионом-2,4 в водном растворе // Журнал неорганической химии, 2005, Т.50 №1, с.137-140
- Гаджиева С.Р., Алиева Р.А., Чырагов Ф.М., Махмудов К.Т. Новый реагент для фотометрического определения меди (II) в горных породах / Материалы и тезисы докладов III региональной научной конференции “Проблемы теоретической и экспериментальной аналитической химии”. Пермь: Пермского Университета, 2004, с.103
- Alieva R., Hadjieva S., Chyraqov F., Mahmudov K. Azoderivative of benzoylacetone as an analytical raegent in the photometric determination of copper (II). / XVIII Ulusal Kimya Kongresi. Turtey: Kars, 2004, p.100
- Alieva R., Hamidov S.Z., Azizov A.A., Chiraqov F.M. Preparation of xelat adsorbent contains arsenate group and study of adsorbtion of this adsorbent with Cd (II) ion /XVIII Ulusal Kimya Kongresi, Kars, 2004, p.1191
- Əliyeva R.Ə., Həmidov S.Z., Alosmanov R.M., Əzizov A.Ə., Çıraqov F.M. Asetilaseton fraqmentli polimer sorbentin alınması və sorbsiya xassələrinin tədqiqi //Azərbaycan Kimya Jurnalı, 2004, №3, s.18-21
- Алиева Р.А., Гамидов С.З., Азизов А.А. Хелатообразующий сорбент для концентрирование ионов Cd (II) и Zn (II)/ V Республиканская конференция по химии. Тбилиси, 2004, с.134
- Алиева Р.А., Гамидов С.З., Чырагов Ф.М., Азизов А.А. Предварительное концентрирование кадмия и цинка на хелатообразующем сорбенте перед определением пламенным атомно-абсорбционным методом // Журнал аналит. химии. 2005, Т.60, №12, с.1251-1254
- Alieva R., Hamidov S.Z., Azizov A.A., Chiraqov F.M. Determination of ionzation constants of polymer sorbents by potentiometric titration method / International Congress on Analytical Sciences, Moscow 2006, p.665
- Алиева Р.А., Гамидов С.З., Чырагов Ф.М., Азизов А.А. Твердофазная экстракция с применением нового полимерного сорбента в анализе пластовых вод / III Международная конференция “Экстракция органических соединений”, Воронеж, 2005, с.241
- Алиева Р.А., Гамидов С.З., Чырагов Ф.М. Концентрирование и определение ионов Cd (II), Zn (II) и U (VI) полимерным сорбентом / Седмой международный конгресс “Вода: экология и технология”, Москва, 2006, с.979
- Əliyeva R.Ə., Həmidov S.Z., Çıraqov F.M. Kimyəvi modifikasiya olunmuş sintetik sorbentlə Zn(II) ionunun sorbsiyasının öyrənilməsi // BDU-nun xəbərləri, 2007, №2, s. 28-34
- Алиева Р.А., Гусейнов Ф.Э., Чырагов Ф.М. Спектрофотометрическое исследование комплексов РЗЭ с азопроизводными пирогаллола и хромотроповой кислотой. Аналитика России 2004, Всерос. конф. по аналит. химии. с.122
- Алиева Р.А., Алиева Ф.С., Чырагов Ф.М. Спектрофотометрическое определение комплексообразования галлия (III) с 2,3,4-тригидрокси-4-фторазобензолом в присутствии уротропина и дифенилгуанидина. Журнал цветная металлургия. Москва 2006, №3, с.24-28
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2000
Təltif və mükafatlar
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir [4] .
- Əməkdar elm xadimi – 2000,
- Akademik Y.Məmmədəliyev adına mükafat – 2000,
- “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” -2001,
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı” – 2003-2004,
- Bakı Dövlət Universiteti “İlin alimi” – 2005,
- Azərbaycan Respublikası Təhsil Nazirliyi Heydər Əliyev adına mükafatı – 2005,
- Dünya Azərbaycan Qadınları Birliyinin Fəxri sədri.
2018-ci ilin mayında qəbirüstü abidə kompleksinin açılışı olub. Qranitdən hazırlanan heykəlin müəllifi Natiq Əliyevdir. [5]
İstinadlar
- ↑”Arxivlənmiş surət”. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-07-01 .
- ↑A.Qorxmaz.“Fəxriyyə Xələfovanın anası akademik seçildi – DOSYE” (az.) . modern.az. 01.07.2014, 23:43. 2016-03-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-07-02 .
- ↑”AZƏRBAYCANIN TANINMIŞ ALİMİ RƏFİQƏ ƏLİYEVA I FƏXRİ XİYABANDA TORPAĞA TAPŞIRILIB”. 2017-06-02 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2017-05-07 .
- ↑”Bakı Dövlət Universitetinin əməkdaşlarının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI”. http://e-qanun.az (azərb.) . 30 oktyabr 2009. 27 fevral 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: 28 fevral 2016 .
- ↑APA TV.“Akademik Rəfiqə Əliyevanın məzarı üstündə abidəsi ucaldılıb” (az.) . Youtube.com. 05.05.2018 . İstifadə tarixi: 2018-05-05 .
Xarici keçidlər
Rauf Hacıyev: “Karantin tədbirləri ətraf mühitin yaxşılaşdırılmasına kömək etdi” – MÜSAHİBƏ
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev Oxu.Az-a müsahibə verib:
– 23 May – Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Bu gün münasibətilə sizi təbrik edirik və bilmək istərdik ki, bu tarix hansı vaxtdan qeyd olunur?
– Təbrik üçün çox sağ olun. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
23 May tarixi təsadüfən seçilməyib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli fərmanı ilə struktur islahatlarına uyğun olaraq, ölkədə ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə ilə bağlı fəaliyyətlərin tənzimlənməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Bu bayram yalnız ekologiya mütəxəssisləri, nazirliyin əməkdaşları tərəfindən deyil, ekologiya sahəsində fəaliyyət göstərən ictimai qurum və təşkilatların nümayəndələri, eləcə də, gələcəyimizi düşünənlərin hamısı tərəfindən qeyd olunur.
Bu gün ölkə sakinlərinin diqqətini ekologiya və ətraf mühit problemlərinə cəlb etmək üçün, adətən, müxtəlif tədbirlər keçirilir. Ənənəvi olaraq, bu gün ətraf mühitin, biomüxtəlifliyin, meşələrin qorunmasına, ekoloji və hidrometeoroloji təhlükəsizliyin təmin olunmasına, cəmiyyətimizdə yeni bir ekoloji mədəniyyətin formalaşmasına töhfə verən aparıcı ekoloq və ictimai xadimlər tərəfindən qeyd olunur.
Bu gün ölkəmizin üzləşdiyi ekoloji problemlərin həlli yolları görülən işlərə görə minnətdarlıq bildirilməklə müzakirə olunur.
– Son illərdə əhalinin ekoloji məsələlərə marağı artıb. Bu, doğrudurmu?
– Son illərdə ekoloji təhlükəsizlik məsələlərinə diqqətin artması tendensiyası müşahidə olunur, əhalimiz ekoloji problemlərin həllində sosial fəallıq və maraq göstərməyə başlayıb. Cəmiyyətdə getdikcə daha çox ekoloji cəhətdən məsuliyyətli vətəndaşlar meydana çıxır.
Ətraf mühitin könüllüləri Heydər Əliyev Fondu və İDEA ictimai təşkilatı ilə birlikdə nazirliyin keçirdiyi kampaniyalarda fəal iştirak edirlər. Şübhəsiz ki, erkən yaşlardan ekoloji mədəniyyətin formalaşması ilə məşğul olmaq lazımdır.
Ekoloji problemlər yalnız qüvvələrin birləşməsi yolu ilə həll edilə bilər. Buna görə də insanların dünya görüşündə ekoloji mədəniyyət öz layiqli yerini tutarsa, şübhəsiz ki, qarşımızda duran bütün vəzifələrin həll olunacağını nikbin şəkildə gözləyə bilərik.
Həqiqətən, ətraf mühitin vəziyyəti ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında mühüm rol oynayır. İnanıram ki, ekoloji təhlükəsizlik məsələlərinə diqqət xüsusilə ekoloqlarımızın fədakar əməyi sayəsində artıb.
– Ətrafımızı çirkləndirən əsas mənbələr hansılardır?
– Hava çirklənməsi böyük problemdir, amma hər birimiz onun həllinə öz töhfəmizi verə bilərik. Müxtəlif çirklənmə növlərinin sağlamlığa və ətraf mühitə təsirlərini başa düşmək havanın keyfiyyətini yaxşılaşdırmaq üçün konkret addımlar atmağa imkan verir.
Karbon qazı tullantılarının yarıdan çoxu nəqliyyat sektorunun payına düşür və bu səviyyə artmaqda davam edir. Bir çox ölkələrdə çirklənmənin əsas mənbələrindən biri enerji istehsalıdır. Havanın çirklənməsinə sənaye prosesləri də təsir edir.
Kənd təsərrüfatında havanın çirklənməsinin iki əsas mənbəyi var: metan və ammonyak, eyni zamanda, kənd təsərrüfatı tullantılarının yandırılması. Dünyadakı istixana qazlarının təxminən 24 faizi kənd, meşə təsərrüfatı və digər torpaq istifadəsi ilə istehsal olunur. Tullantıların və üzvi maddələrin poliqonda açıq şəkildə yandırılması ilə atmosferə zərərli maddələr atılır.
– Karantin tədbirləri ətraf mühitə təsir göstəribmi?
– Ölkədə vaxtında həyata keçirilən karantin tədbirləri əhalinin sağlamlığının qorunmasına yönəldilib. Bununla yanaşı, ətraf mühitin vəziyyətində xeyli yaxşılaşma qeyd olundu ki, bu da ekoloji vəziyyətin yaxşılaşdırılmasının mümkünlüyünü bir daha təsdiqlədi. Ancaq məqsədimiz bu cür nəticələrə ümumi qadağalarla deyil, bütün sahələrdə ekoloji standartlara riayət etməklə nail olmaqdır.
İlhamə Əbülfət
Professor Sevinc Hacıyeva beynəlxalq elmi konfransda “Rəfiqə Əliyevanın elmi kimya məktəbi” mövzusunda məruzə ilə çıxış edib
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə Rusiyanın məşhur kimya tarixçisi N.A.Fiqurovskinin (1901-1986) 120 illik yubileyinə həsr olunmuş “Kimyanın və kimya təhsilinin tarixi: fənlərarası inikas” (İstoriya ximii i ximiçeskoqo obrazovaniya: mejdissiplinarnıye otrajeniya) adlı onlayn beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva “Rəfiqə Əliyevanın elmi kimya məktəbi” (Nauçnaya ximiçeskaya şkola R.A.Aliyevoy) mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Professor Sevinc Hacıyeva çıxışında Azərbaycanın ilk analitik kimyaçı alimi Rəfiqə Əliyevanın keçdiyi şərəfli ömür yolundan, onun kimya elminə verdiyi töhfələrdən bəhs edib.
Qeyd olunub ki, məşhur Azərbaycan alimi, kimyaçısı, kimya elmləri doktoru, akademik Rəfiqə Əliyevanın Azərbaycanda təhsilin və elmin inkişafında xidmətləri əvəzsizdir. Bütün həyatını kimya elminə həsr etmiş R.Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasında bilik və bacarıqlarını əsirgəməyib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin tədqiqatında əsas yeri analitik reaksiyaları xarakterizə edən parametrlər ilə kompleks birləşmələrin quruluşu arasında əlaqənin müəyyən edilməsi tutur.
Rəfiqə Əliyevanın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reagentlərdən istifadə etməklə metalların təyini və onların təcrid edilməsi üsullarının işlənib hazırlanmasına yönəlib. Onun aktual ekoloji problemlərlə bağlı əsərləri ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verib. R.Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və konsentrasiyası üsullarının öyrənilməsi sahəsində tədqiqatlar aparıb.
2001-ci ildə akademik Rəfiqə Əliyeva tərəfindən Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası yaradılıb. Alim 450 elmi əsərin, 25-dən çox dərs vəsaiti və dərsliyin, analitik kimya üzrə 6 tərcümə kitabının və 20 patentin müəllifi olub.
Rəfiqə Əliyeva universitet tələbələrinə kimyanın əsaslarını tədris edib, yeni elmi-pedaqoji kadrların yetişdirilməsi üçün bütün səylərini əsirgəməyib. Alimin rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanıb. O, “Əməkdar elm xadimi” Fəxri adına layiq görülüb, akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır. 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. “Şöhrət” ordeni və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Çıxış konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.
Konfransda Rəfiqə xanım Əliyevanın əziz xatirəsi hörmətlə yad edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.