Ər rəhman surəsi ərəbcə oxunusu
22 авг 2022
Cumuə Surəsinin ərəbcə oxunuşu və azərbaycanca tərcüməsi
1) Yusəbbihu lillahi ma fis sə-mavati və ma fil ərzil məlikil quddusil əzizil həkim.
2) Huvəlləzi bəəsə fil ummiyyinə rəsulən minhum yətlu ələyhim ayatihi və yuzəkkihim
və yuəllimuhumul kitabə vəl hikmətə və in kanu min qəblu ləfi zəlalin mubin.
3) Və axərinə minhum ləmma yəlhəqu bihim və huvəl əzizul həkim.
4) Zalikə fəzlullahi yu`tihi mən yəşau vəllahu zul fəzlil əzim.
5) Məsəlulləzinə hummilut Təv-ratə summə ləm yəhmiluha kəməsəlil himari yəhmilu
əs-fara bi`sə məsəlul qəvmilləzinə kəzzəbu biayatillahi vəllahu la yəhdil qəvməz zalimin.
6) Qul ya əyyuhəlləzinə hadu in zəəm-tum ənnəkum əvliyau lillahi min dunin nasi
fətəmənnəvul məvtə in kuntum sadiqin.
7) Və la yətəmənnəvnəhu əbədəm bima qəddəmət əydihim vəllahu əlimun biz zalimin.
8) Qul innəl məvtəlləzi təfirrunə minhu fəinnəhu mulaqikum, summə turəddunə ila
alimil ğəybi vəş şəhadəti fəyunəb-biukum bima kuntum tə`məlun.
9) Ya əyyuhəlləzinə amənu iza nudiyə lis səlati min yəvmil cumuəti fəs`əv ila zikrillahi
və zərul bəy`ə zalikum xəyrun ləkum in kuntum tə`ləmun.
10) Fəiza quziyətis səlatu fəntəşiru fil ərzi vəbtəğu min fəzlillahi vəzkurullahə kəsirən
ləəlləkum tuflihun.
11) Və iza rəəv ticarətən əv ləhvəninfəzzu iləyha və tərəkukə qaimən qul ma indəllahi
xəyrun minəl ləhvi və minət ticarəti vəllahu xəyrur raziqin.
Azərbaycanca tərcüməsi
Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün (yer-göy mülkünün) hökmdarı (sahibi), müqəddəs (pak), yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!
(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.
(Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir (kərəmdir). Allah çox böyük mərhəmət (kərəm) sahibidir!
Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!
(Ya Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı nemətlər, əbədi həyat övliyalara ancaq öləndən sonra qismət olar).
Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
(Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).
Saytın materiallarından istifadə edərkən halallıq üçün istinad vacibdir! Əks halda halallıq verilmir!
Ər rəhman surəsi ərəbcə oxunusu
55 – ər-Rahmən
ər-Rahmən (Rəhmli olan Allah) surəsi
(Məkkədə nazil olmuşdur, 78 ayədir)
1
Rəhman! (Mərhəmətli olan Allah!)
2
(Öz peyğəmbərinə) Quranı öyrətdi.
3
İnsanı yaratdı.
4
Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.
5
Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).
6
Otlar da, ağaclar da (Allaha) səcdə edər!
7
Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
8
Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz).
9
Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)
10
Yeri də (bütün) məxluqat üçün O döşədi.
11
Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları;
12
(Yaşıl ikən yarpaq, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.
13
(Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
14
İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.
15
(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.
16
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
17
İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.
18
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
19
(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).
20
Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).
21
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
22
Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.
23
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
24
Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
25
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
26
(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).
27
Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
28
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
29
Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıma zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
30
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
31
Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik).
32
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
33
Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)
34
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
35
(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz.
36
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
37
(Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!
38
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
39
O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol ancaq Cəhənnəmdir!)
40
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
41
Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir).
42
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
43
(Onlara belə deyiləcəkdir: ) “Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!”
44
Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar.
45
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
46
Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn və Nəim cənnətləri) gözləyir!
47
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
48
(O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir).
49
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
50
Orada (o cənnətlərdə) iki axar bulaq vardır.
51
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
52
Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır (möminlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).
53
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
54
Onlar (möminlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (möminlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər).
55
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
56
Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.
57
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
58
Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.
59
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
60
Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!
61
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
62
Onlardan (o iki cənnətdən) başqa (möminlər üçün) daha iki cənnət (Firdovs və Məva cənnətləri) vardır.
63
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
64
(O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır).
65
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
66
Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.
67
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
68
Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır.
69
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
70
Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır.
71
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
72
Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.
73
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
74
Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.
75
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
76
Onlar (möminlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar.
77
Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!
78
(Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)!
Ər rəhman surəsi ərəbcə oxunusu
27 дек 2020
В группе 14 686 участников
ƏRRƏHMAN SURƏSİ ƏRRƏHMAN SURƏSİ ” بسم الله الرحمن الرحيم الرَّحْمَنُ (1)عَلَّمَ الْقُرْآنَ (2)خَلَقَ الْإِنسَانَ (3)عَلَّمَهُ الْبَيَانَ (4)الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ (5) وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ (6) وَالسَّمَاء رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ (7) أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ(8) وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ(9) وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ (10) فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ (11) وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ (12) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (13) خَلَقَ الْإِنسَانَ مِن صَلْصَالٍ كَالْفَخَّارِ (14) وَخَلَقَ الْجَانَّ مِن مَّارِجٍ مِّن نَّارٍ (15) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (16) رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ (17) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (18) مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ (19) بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ (20) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (21) يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ (22)فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (23) وَلَهُ الْجَوَارِ الْمُنشَآتُ فِي الْبَحْرِ كَالْأَعْلَامِ (24) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (25) كُلُّ مَنْ عَلَيْهَا فَانٍ (26) وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ (27)فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (28) يَسْأَلُهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ(29) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (30) سَنَفْرُغُ لَكُمْ أَيُّهَا الثَّقَلَانِ (31) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (32) يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانفُذُوا لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَانٍ (33)فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (34) يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ (35) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (36) فَإِذَا انشَقَّتِ السَّمَاء فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ (37) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (38) فَيَوْمَئِذٍ لَّا يُسْأَلُ عَن ذَنبِهِ إِنسٌ وَلَا جَانٌّ (39) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (40) يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ (41)فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (42) هَذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ (43) يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ (44)فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (45) وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ(46) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (47) ذَوَاتَا أَفْنَانٍ (48) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (49) فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ (50) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (51) فِيهِمَا مِن كُلِّ فَاكِهَةٍ زَوْجَانِ (52) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (53) مُتَّكِئِينَ عَلَى فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ (54) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (55) فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ (56) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (57) كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ (58) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (59)هَلْ جَزَاء الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ (60) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ(61) وَمِن دُونِهِمَا جَنَّتَانِ (62) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (63) مُدْهَامَّتَانِ (64) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (65) فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ (66)فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (67) فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ (68) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (69) فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ (70) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (71) حُورٌ مَّقْصُورَاتٌ فِي الْخِيَامِ (72) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (73) لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ (74) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (75) مُتَّكِئِينَ عَلَى رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ (76) فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ (77) تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ(78) Oxunuşu Bismillahir rəhmanir rəhim Ər rəhman 1. Əlləməl Qur`-an 2. Xələqəl insan 3. Əlləməhul bəyan 4. Əşşəmsu vəl qəməru bihusban 5. Vən nəcmuvəş şəcəru yəscudan 6. Vəs səmaə rəfəəha və vəzəəl mizan 7. Əlla tətğəv fil mizan 8. Və əqimul vəznə bil qisti və la tuxsirul mizan 9. Vəl ərzə vəzəəha lil ənam 10. Fiha fakihətun vən nəxlu zatul əkmam 11. Vəl həbbu zul əsəfi vər rəyhan 12. Fəbiəyyi alai rəbbikuma tukəzziban 13. Xələqəl insanə min səlsalin kəl fəccar 14. Və xələqəl cannə min maricin min nar 15. Fəbiəyyi alai rəbbikuma tukəzziban 16. Rəbbul məşri-qəyni və rəbbul məğribəyn 17. Fəbiəyyi alai rəbbikuma tukəzziban 18. Mərəcəl bəh-rəyni yəltəqiyan 19. Bəynəhu-ma bərzəxun la yəbğiyan 20. Fəbiəyyi alai rəbbikuma tu-kəzziban 21. Yəxrucu minhu-məl lu`luu vəl mərcan 22. Fə-biəyyi rəbikkuma tukəzziban 23. Və ləhul cəvaril munşəatu fil bəhri kəl ə`lam 24. Fəbiəyyi alai rəbbikuma tukəzziban 25. Kullu mən ələyha fan 26. Və yəbqa vəchu rəbbikə zul cəlali vəl ikram 27. Fəbiəyyi alai rəbbikuma tukəzziban 28. Yəs`əluhu mən fis səmavati vəl ərzi kullə yəvmin huvə fi şə`n 29. Fəbiəyyi alai rəbbikuma tukəzziban 30. Sənəfruğu ləkum əyyuhəs səqəlan 31. Fəbiəyyə alai rəbbikuma tukəzziban 32. Ya mə`şərəl cinni vəl insi inistə-tə`tum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu la tənfuzunə illa bisultan 33. Fəbiəyyi alai rəbbikuma tu-kəzziban 34. Yursəlu ələy-kuma şuvazun min narin və nuhasun fəla təntəsiran 35. Fəbiəyyi alai rəbbikuma tukəzziban 36. Fəizən şəqqətis səmau fəkanət vərdətən kəd dihan 37. Fəbiəyyi alai rəb-bikuma tukəzziban 38. Fəyəvməizin la yus`əlu ən zənbihi insun və la can 39. Fəbiəyyi alai rəbbikuma tukəzziban 40. Yu`rəful muc-rimunə bisimahum fəyu`xəzu bin nəvasi vəl əqdam 41. Fəbiəyyi alai rəbbikuma tukəzziban 42. Hazihi cəhən-nəmulləti yukəzzibu bihəl mucrimun 43. Yətufunə bəynə-ha və bəynə həmimin an 44. Fəbiəyyi alai rəbbikuma tu-kəzziban 45. Və limən xafə məqamə rəbbihi cənnətan 46. Fəbiəyyi alai rəbbikuma tu-kəzziban 47. Zəvata əfnan 48. Fəbiəyyi alai rəbbikuma tu-kəzziban 49. Fihima əynani təcriyan 50. Fəbiəyyi alai rəb-bikuma tukəzziban 51. Fihima min kulli fakihətin zəvcan 52. Fəbiəyyi alai rəbbikuma tukəzziban 53. Muttəkinə əla furuşin bətainuha min istəb-rəqin və cənəl cənətəyni dan 54. Fəbiəyyi alai rəbbikuma tukəzziban 55. Fihinnə qasi-ratut tərfi ləm yətmishunnə insun qəbləhum və la can 56. Fəbiəyyi alai rəbbikuma tu-kəzziban 57. Kəənnəhunnəl yaqutu vəl mərcan 58. Fə-biəyyi alai rəbbikuma tukəz-ziban 59. Həl cəzaul ehsani illəl ehsan 60. Fəbiəyyi alai rəbbikuma tukəzziban 61. Və min dunihima cənnətan 62. Fəbiəyyi alai rəbbikuma tu-kəzziban 63. Mudhammətan 64. Fəbiəyyi alai rəbbikuma tukəzziban 65. Fihima əynani nəzzaxətan 66. Fəbiəyyi alai rəbbikuma tukəzziban 67. Fihima fakihətun və nəxlun və rumman 68. Fəbiəyyi alai rəbbikuma tukəzziban 69. Fi-hinnə xəyratun hisan 70. Fəbiəyyi alai rəbbikuma tukəzziban 71. Hurun məqsu-ratun fil xiyam 72. Fəbiəyyi alai rəbbikuma tukəzziban 73. Ləm yətmishunnə insun qəbləhum və la cann 74. Fəbiəyyi alai rəbbikuma tu-kəzziban 75. Muttəkinə əla rəfrəfin xuzrin və əbqəriyyin hisan 76. Fəbiəyyi alai rəb-bikuma tukəzziban 77. Təba-rəkəsmu rəbbikə zil cəlali vəl ikram 78. Tərcüməsi Bağışlayan və mehriban Allahın adı ilə 1. Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:) 2. (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Qur’anı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi. 3. (Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. 4. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi). 5. Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər. 6. Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir. 7. Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi). 8. (Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız. 9. Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz. 10. Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı. 11. Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır. 12. Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər. 13. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 14. (İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı. 15. Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı. 16. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 17. İki şərqin və iki qərbin Rəbbidir. 18. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 19. Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar). 20. (Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.] 21. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 22. O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır. 23. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 24. Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.) 25. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 26. Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur. 27. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır. 28. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 29. Göylərdə və yer¬də olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir. 30. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 31. Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq. 32. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 33. (Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!» 34. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 35. Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndəriləcək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz. 36. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 37. Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman! 38. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 39. (Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır. 40. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 41. (Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar. 42. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 43. Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir. 44. Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar. 45. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 46. Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır. 47. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 48. Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır. 49. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 50. O iki cənnətdə daim axan iki bulaq vardır. 51. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 52. O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır. 53. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 54. Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar! 55. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 56. Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır. 57. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 58. (Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar. 59. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 60. Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir.) 61. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 62. (Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır. 63. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 64. Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar. 65. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 66. O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır. 67. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 68. O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır. 69. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 70. Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır. 71. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 72. Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər. 73. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 74. Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub. 75. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 76. (Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər! 77. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! 78. Calal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyirbərəkətlidir. ” via @Çərəkə
Комментарии 2
1 мая 2021
Mövzunu götürdüm halal edin..
Поделиться 0
22 авг 2022
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 25 января 2015 в 05:29
Hormetli qrup iwtirakcilari SALAM. Bir daha haminiz xow gelmisiniz her kesden xaiw edirem qrupa aid movzular paylawin.Bura SEVGI qrupu deyil..VETEN, ATA, ANA, AiLE UWAQ,DINI.IBRETI MOVZULAR PAYLAWAQ. caliwaq movzudan kenar cixmayaq.ViDEO klipleri qrupun video bolumu var orda paylawin.Her yuklediyiniz wekli uygun ALBOMA yerlewdirin.SEVGI pomantik wekiller statuslar qeti qadagandi.Her kesden bir daha qrupun bu qaydalarina riayet etmeyinizi xahiw edirem.Bu qrup mene cox ezizdi.Eger muqeddes varligin adina acilan qrupdayiqsa hormet namine deyilenlere emel etmeliyik.Allah her birinizden razi olsun.
Comments are closed, but trackbacks and pingbacks are open.