Ərşad əzimzadə rədd olsun eynəklər
Düzgün qidalanmaq və sağlam yaşamaq haqqında Azərbaycan oxucularını ilk dəfə kütləvi məlumatlandıran yazıçı-publisist Ərşad Əzimzadə olub. 1996-cı ildə yazdığı məşhur “Möcüzəsiz möcüzə” kitabı insanlara Yaradanın bizə bəxş etdiyi nemətləri əlavə əziyyət çəkib bişirmədən, öldürmədən, olduğu kimi qəbul etməyi öyrətdi. Oxuduğuna əməl etməyə xeyli insan can atsa da, ənənəvi, zərərli vərdişlərdən əl çəkmək iradəsinə malik az insan tapıldı.
Ərşad əzimzadə rədd olsun eynəklər
Məhsul kodu: 11423
8 AZN
6.4 AZN
- Sifariş et
- 1-dən 5-ə qədər dəyərləndirin:
-
- 1
- 2
- 3
- 4
- 5
- 2.99
Qısa məzmun
30 il 8 ağır xəstəlikdən əzab çəkən, 60 yaşa çatanda sağlamlıq və xoşbəxtlik yolunu tapan 88 yaşlı yazıçı-jurnalist Ərşad Əzimzadə həyatının qalan hissəsini Sağlam Həyat Tərzinin təbliğinə həsr edib. Onun qələminin məhsulu olan Möcüzəsiz möcüzə , Rədd olsun eynəklər , Dilemma , Ot Ada do Raya odin Şaq , Sunami , Bolezn veka:mif i istina , Dərd əlindən havalandım , Tanrıya sualım var , Bizi yaşadan da qidadır, öldürən də əsərləri kimi əlimizdəki bu əsər də insanlara sağlamlıq və xoşbəxtlik yolunu göstərir.
Çatdırılma şərtləri
Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN
Ərşad Əzimzadə: “İnsanların nicatı sağlam həyat tərzindədir” – MÜSAHİBƏ
Düzgün qidalanmaq və sağlam yaşamaq haqqında Azərbaycan oxucularını ilk dəfə kütləvi məlumatlandıran yazıçı-publisist Ərşad Əzimzadə olub. 1996-cı ildə yazdığı məşhur “Möcüzəsiz möcüzə” kitabı insanlara Yaradanın bizə bəxş etdiyi nemətləri əlavə əziyyət çəkib bişirmədən, öldürmədən, olduğu kimi qəbul etməyi öyrətdi. Oxuduğuna əməl etməyə xeyli insan can atsa da, ənənəvi, zərərli vərdişlərdən əl çəkmək iradəsinə malik az insan tapıldı.
O vaxtdan indiyə nə dəyişib? Bəziləri bu yeniliyə uyğun zərərli vərdişləri tərk etsə də, yenə də nicat tapmadı. Buna səbəb nə oldu? Bu kimi suallarla hazırda “Ana Təbiət” Natural Gigiyena Mərkəzinə rəhbərlik edən, həkimdən, dava-dərmandan asılı olmadan sağlam yaşamağı xoşbəxtlik sayan, bunu özünün həyat prinsipinə çevirən Ərşad Əzimzadə ilə Bakıdakı Mehdi Hüseyn 65 ünvanında yerləşən “Fitoklub”da görüşdük.
“Cəhənnəmdən cənnətə bir addım var”
– 1995-ci ildən yapon alimi Nişinin sistemi ilə tanış olandan sonra öz-özümü müalicə etdim və 8 ağır xəstəlikdən xilas oldum. Bu nəticəyə gəldim ki, düzgün qidalanmayan adam mütləq xəstə olmalıdı, düzgün qidalanan isə sağlam. 1995-ci ildən məlum kitabı yazdım, 1996-cı ildə işıq üzü gördü. Kitabda pəhrizin əhəmiyyəti haqqında fikrim mətbuat, televiziya tərəfindən geniş təbliğ olundu və cəmiyyət tərəfindən yaxşı qarşılandı. Baxmayaraq ki, bu günə qədər bir neçə dəfə təkmilləşdirmişəm, o kitab bu gün də saxta şəkildə – icazəm olmadan satılır.
O vaxtdan bəri sağlam həyat tərzi ilə bağlı təəssübkeşlər artıb, qidalara münasibət müsbət mənada xeyli dəyişib, “şəfa verən həkim xəstə ola bilməz” prinsipinə əməl edib özünü düzgün qidalanma ilə sağaldıb, xəstələrini də bu yolla müalicə edən həkimlər çoxalıb.
“Möcüsəsiz möcüzə”dən sonra mən “Rədd olsun eynəklər” kitabını yazdım və orada əsas xətt odur ki, insan eynək gəzdirməli deyil, göz nurunu özü qaytara bilər. Təzəlikdə isə rus dilində “От ада до рая один шаг” kitabını yazdım, yəni, “Cəhənnəmdən cənnətə bir addım var”. Öncə adını qoymuşdum “Bəşəriyyətin xöşbəxtlik düsturu”, amma düşündüm ki, bu ad rəsmi alınır, ona görə dəyişdim. Kitabda cəhənnəm, cənnət nədir onu göstərmişəm, həm də cəhənnəmlə cənnət arasında bir addımın nə olduğunu izah etmişəm.
– Niyə rus dilində?
– Çünki kitabda qoyulan mövzu daha bəşəridir. Mən istədim ki, bu mövzuya dünyanın diqqətini cəlb edim. Amma bu, Azərbaycan dili ilə mümkün deyil. İmkanım olan kimi kitabı ingiliscəyə də çevirməyi nəzərdə tutmuşam. Azərbaycan dilinə çevirməyi tərcüməçilərə həvalə edirəm. Hissə-hissə tərcümə edib, yaysınlar, xalqımız maariflənsin.
“Bəşəriyyətin xoşbəxtlik düsturu”
– Bəs bəşəriyyətin xoşbəxtlik düsturunu necə ifadə etmisiniz?
– Düstur odur ki, sağlam olmadan xoşbəxt olmaq mümkün deyil və sağlamlığı bizim əlimizdən pis vərdişlər alır. O vərdişlərin siyahısını vermişəm. Fikrimcə, tək narkotik alüdəçiləri narkoman adlandırılmamlıdır. Pis vərdişlər narkomaniyası çoxdur. Çörək narkomaniyası, dəb narkomaniyası və sair. Bəzən deyirik ki, bunu nənəmiz bişiribsə düz bişirib, babamız deyibsə düz deyib. Nağıllarımızda, dini kitablarda filan adət-ənənə varsa, biz mütləq bunu etməliyik. Nənəm, babam düz yolla getməyibsə, uçuruma doğru gedibsə, niyə mən də bu yolu getməliyəm? Biz ənənəçilikdən qurtarmalıyıq, amma dəyərləri saxlamaq şərti ilə. Necə ki, bu dəyərlər folklor nümunələrimizdə də var, dini kitablarda da. Yəni hər bir nüansa sağlam düşüncə ilə yanaşıb, saf-çürük edib, faydalı olanı özünə götürməlidir. Mənim həyat prinsipim budur: Yaradanın mənə verdiyi ömrü faydalı yaşayıb, başqaları üçün də fayda vermək. Nə qədər ki biz təbiət qanunlarına zidd gedirik, təbiət bizi cəzalandıracaq. Cəmiyyətdən fərqli olaraq təbiət heç bir cinayəti cəzasız qoymur. O cəzanın da adı xəstəlikdir, qardaş qırğınıdır, müharibədir, təbiət hadisələridir. Biz təbiətin tərkib hissəsiyik, necə ona qarşı çıxa bilərik? “Hücuma tanklarla keçir komsomol, Təbiət, təslim ol! Düşmən, təslim ol!” Biz artıq anlamalıyıq ki, Səməd Vurğunun bu devizi səhvdir. Təbiətə münasib olmalıyıq, təbiət yatanda sən də yat, təbiət oyandı sən də oyan, həyat üçün zəruri olan suyu, meyvə-tərəvəzi çiy şəkildə, canlı qida olaraq qəbul et. Çünki canlı qida sağlam qandır, sağlam qan isə sağlam candır.
“Qulaqda sırğa et qızıl qaydanı, qidada ləzzət yox, axtar faydanı”
– “Sağlam bədəndə sağlam ruh olar” məsəli var. Ruh sağlam deyilsə, deməli düşüncə sağlam deyil. Sağlam düşünməyən insan isə bayaq sadaladığınız narkomaniyanın əsarətindən qurtara bilməz. Bu baxımdan “Sağlam ruhda sağlam bədən olar” deyimi daha düzgün olmazmı?
– Biz nəzərə almalıyıq ki, mövcud həyatımız materiya ilə bağlıdır. Əvvəl materiyadır, sonra mənəviyyat, ruh. Hippokrat bu sualın cavabını çox gözəl deyib. “Biz nə yeyiriksə, oyuq” . Başqa bir cavab da budur: “Qulaqda sırğa et qızıl qaydanı, qidada ləzzət yox, axtar faydanı”. Düşüncəni formalaşdıran yoğun bağırsaqdır. Yapon alimi Nişi bunu tapdı ki, beyinlə yoğun bağırsaq arasında birbaşa əlaqə var. Əgər biz çürük qida yeyiriksə, çürük düşüncə sahibiyik, sağlam qida yeyiriksə, sağlam düşüncə. Yoğun bağırsaqdakı zəhərli qida şüurumuzda zəhərli düşüncə, mənəviyyatımızda zəhərli, çürük əxlaq formalaşdırır. Kitabda bütün bunlar açılıb. Orda göstərilib ki, zəhərli düşüncə müharibəyə, müharibə Yer kürəsinin pisləşməsinə necə təsir edir.
Zəhərsiz alma yeyə bilmirsənsə, zəhərsiz şirə iç!
– Bu gün sağlam qida qıtlığı yaranıb. Hava zəhərlənib, torpaq zəhərlənib, məhsuldarlıq zəifləyib, fermer bol gübrə verir, gen mühəndisləri meyvə-tərəvəzin genini dəyişdirir ki, məhsuldarlıq artsın. Çıxış yolunu nədə görürsüz, zəhərsiz meyvə-tərəvəzi necə əldə edək?
– Son kitabımda mən bu mövzuya da toxunmuşam. “Aqrar sahənin paradoksları” başlığı altında. Ekoloji sağlam qida problemi təzə deyil. Hazırda hər şey o dərəcədə zəhərlənib ki, bu böyük faciələrə gətirib çıxarıb. Bunun da cəzasını insan çəkir. Biz bu qidaları qəbul edirik və xəstələnirik. Amma bu işin bir vacib tərəfi var. Kolbasa dərmanlı almadan 10 qat artıq ziyandır. Dərmanlı olsa da alma canlıdır, amma bişmiş qidalar ölüdür. Bir məsələni unutmayın ki, şirəsi çəkilən meyvə-tərəvəzin tərkibindəki zəhər onun kütləsində qalır. Şirədə cüzi miqdarda zəhər olur ki, bu da ziyanlı deyil. Ona görə də mən xəstələrin hamısına məsləhət görürəm ki, gün ərzində meyvə, yaxud tərəvəz şirəsi için. Şirə həm zəhərsizdir, həm də daha çox vitaminlərlə zəngindir.
İnsan özünün ya həkimidir, ya qənimi
– Ərşad müəllim, bəzən insanlar çox böyük ümidlə, sevinclə yazdığınız qaydalara əməl etmək cəhdində olur, sizə pənah gətirir ki, tezliklə sağalacaq, amma nəticə ürəkaçan olmur, hətta məlumatımıza görə, erkən həyatını itirənlər də olub.
– Onlar o adamlardır ki, möcüzə axtarırlar. Onlar zənn edir ki, məndə möcüzəli çubuq var, qaldırıb, endirəcəm, onlar sağalacaq. O necə yeyirdisə elə yesin, necə yatırdısa elə yatsın, necə hərəkətsiz qalırdısa elə qalsın. Ona görə mən bəzilərini geri qaytarıram. Öz səhifəmdə də yazmışam: “İnsan özünün ya həkimidir, ya qənimi”. Özünə qənim kəsilənlər heç bir məsləhətə əməl etməz. Mən 30 il Rusiyadan, Bolqarıstandan belə gəzmişəm, nəticədə öz iradəm gücünə sağalmışam. Sağlam olmağa ağıl və iradə lazımdır. Hər insan öz-özünü öyrənməlidir. XIX əsrdə – 1835-1958-ci illərə qədər Amerikada ilk dəfə dünyanın natural gigiyena hərəkatı yaranıb, bu hərəkatın ardıclıları dərmanla müalicənin tam əleyhinədir.
“Sehrbaz olmadığını görüb, qayıtdılar. ”
– Ötən əsrin son illəri insanlar sizin təbliğ etdiyiniz ideyaya daha çox maraq göstərirdi, amma son 10 ildə kütləvi marağın azaldığı müşahidə olunur. Səbəb nədir?
– Çünki bu gün televiziyaların sağlam yaşam tərzini təbliğ edən ideyalardan çox, biznesə maraqları çoxdur. Bir misal var: “Kim pul verir, o da musiqini sifariş edir”. Ərşad Əzimzadənin pulu yoxdur ki, efir vaxtı alsın, amma kolbasa istehsalçısı pul verir, vaxt alır, öz məhsulunu reklamla camaata sırıyır. İkinci bir səbəb odur ki, insanlar kortəbii inama çox meylləniblər, islam dinini dərk edənlər çox azdır, kor-koranə qəbul edənlər isə öz ağlını başqalarına tapşıranlardır. Onlar möcüzə axtarırılar, hər şeyi Allahın ixtiyarına buraxıb, ətalətdə olan həyat tərzi keçirilər və bütün ümidlərini kortəbii itaətə və kimyəvi müalicəyə bağlayıblar. Kütlə təfəkkürü ilə yaşayan həmin insanlar məndə sehrbazlığı görməyib, geri döndülər. Halbuki gerçək din sahibi təbiətə münasib olmalıdır. Ona görə də mən dini xurafatın əleyhinəyəm. Fanatizm hansı sahədə olur-olsun, cahillikdir. Futbol fanatiki ilə fanatik dindar arasında heç bir fərq görmürəm. Yeri gəlmişkən, mən idmanı da sağlamlığın düşməni hesab edirəm.
İdman sağlamlığa nə qədər zərərdirsə, bədən tərbiyəsi bir o qədər xeyirlidir
– Niyə?
– Çünki idman cismimizə dost kimi gəlir, düşmən kimi qalır.
– Bəs niyə “idman sağlamlığın rəhnidir” fikri var?
– Bu, səhv fikirdir. Bədən tərbiyəsi başqadır, idman başqa. İdman sağlamlığa nə qədər böyük ziyan vurursa, bədən tərbiyəsi bir o qədər fayda verir. Kitabımda da göstərmişəm idman ona görə belə inkişaf edib ki, biznesə xidmət edir.
– Oxuculara son sözünüz nədir?
– Sağlam həyat tərzinin təbliğinə, yaşamasına, yayılmasına dövlət də, cəmiyyət də, ayrı-ayrı fərdlər də maraqlı olmalıdır. Çünki insanların nicatı sağlam həyat tərzindədir. Kitabımda da göstərmişəm ki, necə etməliyik ki, sağlam həyat tərzini reklamın asılılığından qurtaraq. O şey ki, sağlam həyat tərzini təbliğ edir, onu geniş yaymalıyıq.
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
sh3r1fff
Bizim onu təkrar yaşaya bilməyəcəyimiz qədər sürətlə gəlib keçmişdir.
“Kaş ki…” sözünün yaranma səbəbidir.
Keçmiş – zamanın keçib getmiş hissəsidir, bugününə fokuslan.
Bugününə fokuslan ki, gələcəkdə bugününə dönüb baxanda peşmanlıq dolusu və heç bir şeyi dəyişdirməyəcək puç “kaş ki…” dolu cümlələr qurmaq yerinə “yaxşı ki … etmişəm” dolu fərəh hissi duyabiləcəyin cümlələr quraraq bu həyatdakı məhdud zamanlı missiyanın bütün imkanlarından maksimum istifadə etmiş olasan.
Bəzən gözəl şeylər bitər ki, daha gözəl şeylər başlasın.
Unutmayın ki. bugün gördüyünüz hər bir böyük uğurun arxasında adi bir fikir dayanır.
Hər kəsin ağlına individual olaraq bir gündə yüzlərlə kreativ fikir və ideyalar gəlir.
İdeyanın gəlməyi kifayət etmir. İdeyanı reallaşdırmaq üçün həmin şeyə inanmaq böyük rol oynayır.
İnamla yanaşı siz əzmli, çalışqan, səbrli, iradəli olmasanız heç cür uğur əldə edə bilməzsiniz.
Yəni uğur qazanmaq üçün güclü iradəyə, güclü iradəyə sahib olmaq üçün güclü daxili intizama sahib olmaq lazımdır. Güclü daxili intizamı isə formalaşdırmaq lazımdır.
Posted on 14 Mart 2020 sh3r1fff tərəfindən
Şəxsi İnkişaf
- ALOMO13-Coşqun Kərimov
- Avropalılar-Simen Ekern
- Açıq ürək-Dalay Lama
- Bəhanələrə yox!-Brain Treysi
- Bircə nə istədiyimi bilsəydim-Barbara Şer
- Çempion kimi düşün-Donald Trump
- Çətin olsa da, həyat davam edir – Rövşən Abdullaoğlu
- Dan ulduzu-Elçin Əzimli
- Dünya linqivistikası-Sürətli oxu
- Davamlı Öyrən – Mümin Sekman
- Dayanma başla – Riçhard Branson
- David və Qoliaf – Malcolm Gladwell
- Dönüş anı – Malcolm Gladwell
- Fəallıqdan qorxma-Şeril Sendberq və Nell Skovel
- Feminizm hər kəs üçündür-Bell Hook
- Ferrarisini Satan Rahib – Robin Şarma
- Ferrarisini satmış Rahiblə öz taleyini öyrən – Robin Şarma
- Fərdi Ətalətlə Mübarizə – Mümin Sekman
- Ferrarisini Satan Rahibdən Həyat Dərsləri – Robin Şarma
- Ferrarisini Satan Rahibdən Həyat Dərsləri, Ailə Müdrikliyi – Robin Şarma
- Ferrarisini satmış rahibin gizli məktubları- R.Şarma
- Fəxri Yol – Fəxri Ağayev
- Futbolka və kostyum-David Parish
- Güc – Rhonda Byrne
- Gəncsən? Başla!-Nadir Adilov
- Heç vaxt təslim olma!-Donald Trump
- Hakimiyyətin 48 qanunu – Robert Qrin
- Hüdudsuz – Nik Vuyiçiç
- Həyata suallar – Rolf Dobelli
- Həyatım və işim – Henry Ford
- Hər şey səninlə başlar – Mümin Sekman
- Homo Deus – Yuval Noah Harari
- Hər şeyi kənara qoy Giriş və Et – Riçhard Brenson
- Həyat moziakasının 5 əsas fraqmenti – Jim Rohn
- İçindəki divi oyat – Antoni Robins
- Kapital-Karl Marx
- Kvan – Coşqun Kərimovkarlıq dərsləri
- Mən bir müəllim-Şəmil Sadiq
- Mənim dünya səyahətim-Tural Abbasov
- Məqsədlər – Brain Tracy
- Milyon dollarlıq vərdişlər – Brain Tracy
- Məntiqli Düşüncə Sənəti – Rolf Dobelli
- Məqsədin gücü – Valeri Sinelnikov
- Nikbinliyin gücü – Tom Rath
- Liderlik dərsləri – Qandi
- O qurbağanı ye – Brain Tracy
- Pendirimi kim oğurladı – Spencer Conson
- Sağlam cəmiyyət-Erich Fromm
- Saxla zamanı, gələr zamanı – Fəxri Ağayev
- Sevmək sənəti-Erich Fromm
- Sən ölüncə Kim ağlar? – Robin Şarma
- Sözünə Güvən – Rəşad Bayramov
- Sürətli oxu – Tony Buzan
- Sən həyatını yaxşılaşdıra bilərsən – Luiza Hey
- Talesizlər və Nəhənglərə qalib gəlmə sənəti-Malkolm Gladwell David və Qoliaf Autsayderlər
- Tənbəl oxucunu mütaliəyə həvəsləndirmək-Ceff Qunhus
- Təqdimatlar-H.B.S
- Ted Nitqləri – Kris Anderson
- Titulsuz lider – Robin Şarma
- Uğurun 100 qanunu-Brain Treysi
- Uğur qazanmaq üçün 200 məsləhət – Robin Şarma
- Uğurun yeddi mənəvi qanunu – Dipak Çopra
- Xəyalımdakı gələcək-Pərviz Həsənov
- Xırda şeyləri dərd etməyin – Riçard Karlson
- Xarizmanın gücü – Brain Tracy
- Yaddaş haqqında bilmədiyimiz hər şey – Hilde Stby
- Yaradıcı düşüncə sənəti – Rod Cadkins
- Yoldançıxartma sənəti – Robert Qreen
- Yüksək effektli insanların 7 vərdişi – Stephen Covey
- Vaxtın idarə edilməsi-H.B.S
- Vaxtdır, Amerikanı yenidən gücləndirək-D.Trump
- Zənginliyə və xoşbəxtliyə çatmağın 7 strategiyası – Jim Rohn
- Zero limit – Joe Vitale
- XXI əsr üçün 21 dərs – Yuval Noah Harari
- 5İ uğur düsturu-Arzu Qafarlı
Posted on 14 Mart 2020 sh3r1fff tərəfindən
Sağlamlıq
- Dərmansız da yaşamaq olar-A.Savdulina
- Əbu Əli İbn Sina. Böyük loğman-Valeri Voskoboyn
- Kürək və bel üçün yoqa-Loren Fishman
- Möcüzəsiz möcüzə-Ərşad Əzimzadə
- Mən arıqlaya bilmirəm-Pyer Dukan
- Rədd olsun Eynəklər-Ərşad Əzimzadə
- Siqareti tərgitməyin asan yolu-Allen Karr
- Sağlamlığın gizli kodu-Anri Şino
- Yoqa hamı üçün-Bəhram Mustafabəyli
- Yoqa-Rasim Niyaz
Posted on 14 Mart 2020 sh3r1fff tərəfindən
Satış
- Dünyanın ən böyük satıcısı- Og Mandino
- Həyatımızdakı satış, Satışımızdakı həyat – Ənvər Yavəroğlu
- Real dünyada satış üzrə MBA kursu – Harvey Mackay
- Uğurlu satış üçün 55 məsləhət – Andrey Sizov
- SAT! Satış adamının kitabı – Azad Qəhramanov
- Satışın 21 qanunu – Brain Treysi
- 101 satış – Ziq ziqlar
Posted on 14 Mart 2020 sh3r1fff tərəfindən
Psixologiya
- Bədən dili-Allan Barbara Pease
- Bədən dili-Joe Navarro
- Beynəlxalq etiket-Leyla Qasimova
- Dostları necə qazanmalı və insanlara necə təsir etməli – Deil Karnegi
- Dzen buddizm və psixoanaliz-D.T Suzuki Erix
- Cəsarət – Osho
- Emosional Zəka – Daniel Goleman
- Həfizənə hökm et-toni Buzan
- Həyata hə demək! – Viktor Frankl
- Hər bir Qadının Kişilər haqqında bilməli olduğu Vacib Sirlər – Barbara De Anjelis
- Həyatdan və işdən necə həzz almalı – Deyl Karnegi
- Xalqların və kütlənin psixologiyası-Gustave Le Bon
- Kişilər marsdan, qadınlar Veneradandır – Con Qrey
- Kişiləri Kitabı – Osho
- İdeal yaddaş üçün 5 addım-Andrey Kesenko
- İncognito – David Eagleman
- İndinin gücü – Eckhart Tolle
- İnsanın məna axtarışı – Viktor Frankl
- İnsanın köləliyi-Nikolay Berdyayev
- Insanaların oynadığı oyunlar-Erik Bern
- İradə gücünün instinkti – Kelli Makqoniqal
- Meditasiya birinci və sonuncu azadlıq – Osho
- Mənəvi inqilab- Jiddu Krişnamurti
- Qadınlar nə istəyir? Kişilər nə istəyir? – Mustafa Kılınç
- Qadınların kitabı – Osho
- Qızıl Külçələr – Osho
- Psixoanaliz ilkin tanışlıq-Sigmund Freyd
- Psixopar Qarmağı- Aud Dalsegg
- Özünü tanı-Asəf Zamanov və Hökümə Əliyeva
- Öz xəstələyini sev-Valeri Sinelnikov
- Sirlər kitabı – Osho
- Sirr – Ronda Bern
- Stressə qarşı peyvənd – Valeri Sinelnikov
- Şüuraltının gücü – Joseph Murphy
- Tanrı illüziyası- Richard Dawkins
- Tale, Azadlıq və ruh həyatın mənası nədir? – Osho
- Uşaqla necə ünsiyyət qurmalı-Yuliya Qippenreyter
- Yeni Dünya – Eckhart Tolle
Posted on 14 Mart 2020 sh3r1fff tərəfindən
Marketinq
- A-dan Z-dək marketinq – Filip Kotler
- Bugünün marketinqi 3 – 42 müəllif
- Bənövşəyi inək – Seth Godin
- Bir brendin hekayəsi-Rəsul Həsənov
- Marketinq: İlk addım-Qari Armstronq,Filip Kotler
- Marketinqdə 10 ölümcül qüsur – Filip kotler
- Marketinqə dair 300 başlıca sual – Filip kotler
- Rəqəmsal marketinq – Pərviz əzimov
- Reklamçının etirafları-Devid Oqvili
- Sosial Media Marketinq – Qrant Kennedi
- 360 Brendinq – İlkin manafov
Posted on 14 Mart 2020 sh3r1fff tərəfindən
İdarəetmə
- Biznes İdarəçiliyi – Anar Bayramov
- Biznes planların hazırlanması-H.B.R
- Bir Dəqiqə İdarəçisi – Ken Blançard və Spensor Conson
- Faydalı rəy bildirməyin yolları-H.B.R
- Kütlə və hakimiyyət – Elias Canetti
- İclasların aparılması-H.B.S
- İş tapşırmaq-H.B.S
- İşdən çıxarmaq-H.B
- İşi tamamlamaq-H.B.S
- İşə necə qəbul etməli-H.B
- Layihələrin idarə edilməsi-H.B.S
- Millətlər niyə tənəzzül edir – Daron Acemoğlu, Ceyms Robinson
- Maliyyənin əsasları-H.B.S
- Mani və ya pul əlifbası-Bodo Şefer
- Necə böyük rəhbər olmaq olar – Jeff Foks
- Necə güclü rəqib olmaq olar-Jeff Foks
- Rəhbərliklə münasibətlər-H.B.S
- Siz dəyərlisiniz – Brain Tracy
- 55 dərsə excel-Nahid Nəsərov
Posted on 14 Mart 2020 sh3r1fff tərəfindən
Fəlsəfə və Siyasət
- Bertrand Russell-Fəlsəfənin problemləri
- Dünya Nizamı-Henry Kissinger
- Diplomatiya-Henry Kissenger
- Mifin qısa tarixi-Karen Armstronq
- Zamanın qısa tarixi- Stephen Havking
Posted on 14 Mart 2020 14 Mart 2020 sh3r1fff tərəfindən
Biznes
- Babilin ən varlı adamı-Corc Kleyson
- Biznes nə istəyir?-Anar Bayramov
- Böhrandan yeni dövrana-Rafiq Hunaltay
- Donald Trump və Robet Kiyasaki – Zengin olmanızı istiyoruz
- Daha ağıllı ol! – Readit
- Düşün və Varlan – Napoleon Hill
- Fərdi MBA biznes dərsləri – Josh Kaufman
- Həyat, biznes, uğur və sahibkarlıq dərsləri – Elon Musk
- Qənaətcil startap – Erik Ris
- Müştəri nə istəyir-Arzu Qafarlı
- Müştəri məmnuniyyəti-Arzu Qafarlı
- NLP-Maykl Holl
- Pul məktəbi – Randy Gage
- Pul axını kvadratı – Robert Kiyasaki
- Varlı ata, Kasıb ata – Robert Kiyasaki
- 80/20 prinsipi – Richard Koch
Posted on 14 Mart 2020 14 Mart 2020 sh3r1fff tərəfindən
Bədii Ədəbiyyat
- Adolf Hitler-Verner Mazer
- Aclıq Knut-Hamsun
- Atamın bavulu-Orxan Pamuk
- Açar-Joe Vitali
- Antixrist-Fridrix Nitsşe
- Böyük dördlük-Aqata Kristi
- Bozun əlli çaları-El Ceyms
- Bir gün-David Nikholls
- Böyük şahmat taxtası-Zbiqnev Bjezinski
- Bir-birimizə demədiyimiz sözlər-Mark Levi
- Buludların üzərində ölüm-Aqata Kristi
- Bəlkə də bu, həqiqətdir-Mark Levi
- Cinayət və Cəza-Fyodor Dostoyevski
- Cəhənnəm-Dan Broun
- Çərpələng uçuran-Xalid Hüseyni
- Da Vinçi şifrəsi-Dan Broun
- Endhauzun sirri-Aqata Kristi
- Eşq-Əlif Şəfəq
- Əli və Nino-Qurban Səid
- Əlifba sırası ilə qətl-Aqata Kristi
- Ətriyyatçı-Patrik Züskind
- Gündəlik-Anna Frank
- Heyvanıstan-Corc Oruell
- Xatirələr üçün təşəkkürlər-Sesellia Ahern
- Xəz paltolu madonna-Səbahəddin Əli
- Xaç atası-Mario Pyuzo
- İmam Əli-Corc Cordaq
- İtirilmiş simvol-Dan Broun
- Kimyagər-Paulo Coelh
- Qara qəhvə-Aqata Kristi
- Qolf meydançasında qətl-Aqata Kristi
- Qürur və Qərəz-Ceyn Ostin
- Qumarbaz-Fyodor Dostoyevski
- Qiraətçi-Bernhard Şlink
- Qadınlar-Çarlz Bukovskiy
- Məhkəmə-Frans Kafka
- Mark Levi-Haradasan
- Mən necə idiot oldum-Martin Paj
- Mavi qatarın sirri-Aqata Kristi
- Məhəbbət üç il yaşayır-Frederik Beqbeder
- Min möhtəşəm günəş-Xalid Hüseyni
- Martin İden-Cek London
- Mələklər və İblislər-Dan Broun
- Masumiyyet muzeyi-Orxan Pamuk
- Mənim payım Pərinuş Sənii
- Nadir şah-Lourens Lokkart
- Norveç meşəsi-Haruki Murakami
- Ovod-Etel Lilian Voyniç
- On bir dəqiqə-Paulo Koelyo
- Pul imperatorluğu. Dərin yəhudi dövləti-Corc Armstronq Rothschild
- P.S. Mən səni sevirəm-Sesilia Ahern
- Puaro istintaq aparır-Aqata Kristi
- Rio-Pyedranın sahilində oturdum və ağladım-Paulo Koelyo
- Rocer Ekroydun qətli-Aqata Kristi
- Rəqəmsal qala- Dan Broun
- Siçanlar və adamlar-Con Steynbek
- Sənsizlik-Cudit Maknot
- Səfillər-Viktor Hüqo
- Səhər yuxum-Əhməd Batmanr
- Səssiz ev-Orxan Pamuk
- Səhra çiçəyi-Varis Dirie
- Staylzda müəmmalı hadisə-Aqata Kristi
- Sofinin Dünyası-Jostein Gaarder
- Şərq Ekspresində qətl-Aqata
- Şerlok Holmsun macəralar-Artur Konan Doyl
- Şerlok Holms-Artur Konan Doyl
- Sevgili Con-Nikolas Sparks
- Tatar çölü-Dino Bussati
- Ürəyinin apardığı yerə get-Susana Tamaro
- Kristi
- Veronika ölməyə qərar verir-Paulo Koelyo
- Və dağlardan səda gəldi-Xalid Hüseyni
- Vəsiyyət-Frans Kafka
- Ye, dua et, sev-Elizabet Gilbert
- Yad-Alber Kamyu
- Yüz ilin tənhalığı-Qabriel Qarsia Markes
- Yalan nöqtəsi-Dan Broun
- Yaşıl Mil-Stefan Kinq
- Zərdüşt belə deyirdi-Fridrix Nitşe
- Zahir-Paulo Koelyo
- 1984-Corc Oruell
Comments are closed, but trackbacks and pingbacks are open.