Press "Enter" to skip to content

Radil fətullayev

Proqramda sınaq balansı, baş kitab, dövriyyə cədvəli, şahmat cədvəli, hesablar üzrə kartlar, hesablar planı verilibdir.

Radil fətullayev

A+ Kateqoriya

İATM mühasibatlığın parladığı mərkəzdir. İATM-də yetişdirdiyimiz hər bir tələbə mühasibatlıq sektoru üçün yetişdirilən savadlı kadrdır.

İş Təcrübəsi

  • => Qlobal İqtisadi Araşdırmalar Mərkəzi (NGO), Şöbə Müdiri (2004-2005)
  • => AtaKonsaltinq MMC, Əmlakın qiymətləndirilməsi üzrə Expert (2005-2006)
  • => Qlobal İqtisadi Araşdırmalar Mərkəzi (NGO), Baş Mühasib (2006-2009)
  • => İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (MMC), Vitse-Prezident (2009-2019)
  • => İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (MMC), Prezident (2019-İndiyədək):
  • – İATM-də mühasibat və vergi uçotu üzrə əsas təlimçilərindən biri;
  • – İATM nəşrlərinin əsas müəlliflərindən biri;
  • – İATM-in mühasibat və vergi xidmətləri üzrə konsaltinq bölməsinin rəhbəri.
  • => Azərbaycan Dövlət İqtisad Universiteti, “Qiymətin əmələ gəlməsi” ixtisası (bakalavriat, 1997-2001), (fərqlənmə diplomu ilə məzun olmuşdur)
  • => Azərbaycan Dövlət İqtisad Universiteti, “Qiymətin əmələ gəlməsi” ixtisası (magistratura, 2001-2003), (fərqlənmə diplomu ilə məzun olmuşdur)
  • => Azərbaycan Dövlət İqtisad Universiteti, “Mühasibat uçotu və audit” ixtisası (PHD, 2013-2018)

Universitetlər üzrə Tədris Fəaliyyəti (2006-cı ildən indiyədək)

  • => Azərbaycan Dövlət İqtisad Universiteti
  • => Azərbaycan Turizm və Menecment Universiteti
  • => Bakı Asiya Universiteti
  • => Bakı Mühəndislik Universiteti
  • => Xəzər Universiteti
  • => İqtisadi Araşdırmalar və Tədris Mərkəzi

İştirak etdiyi Layihələr

  • => CAPSAP (Corporate and Public Sector Accountability): Dünya Bankının “Korporativ və Büdcə sektorunda Hesabatlılıq” layihəsi çərçivəsində təlimçi (2012-2015). (2012-ci il üzrə – CAPSAP layihəsinin ilin ən yaxşı mühasibat uçotu təlimiçisi sertifikatı almışdır). Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 5000-ə yaxın büdcə təşkilatlarının, Nazirlik və baş idarələrin mühasiblərinə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi sahəsində təlimlər keçirilmiş, o cümlədən “Maliyyə uçotu və vergilər” adlı kitabın əsas müəllifi olmuşdur.
  • => TRACEKA HAK DK-nın Bakıdakı nümayəndəliyinin mühasibinə və bir sıra yerli şirkətlərin mühasib və maliyyə menecerlərinə Beynəlxalq Mühasibat Uçotu Standartlarının tətbiq edilməsi üzrə təlim layihəsi
  • => “Emile Woolf Group” şirkətinin mütəxəssisləri tərəfindən təşkil olunan “Təlimçilər üçün təlim” layihəsində iştirak etmiş və beynəlxalq dərəcəli sertifikata layiq görülmüşdür. (2012-ci il)
  • => Milli Mühasiblər Forumunun təşkilatçılarından biri olmuşdur.

Radil fətullayev

Artıq yeni formatda hazırladığımız “Mühasiblər üçün Trenajor” proqramının Pro Plus 2022 versiyası istifadə üçün hazırdır.

“Mühasiblər üçün Trenajor” – u sadəcə bir kitab qiymətinə 50.00 AZN-ə əldə edə bilərsiniz. Bütün növbəti lisenziyaları 50% (25 AZN) güzəştlə əldə edə bilərsiniz. Ramazan bayramı günləri endirimli qiymət ilə 35.00 AZN-ə (50 AZN) əldə edə bilərsiniz.–>

Mühasibat uçotunu öyrənənlər üçün MS Excel proqramında hazırlanmış TRENAJOR tez bir zamanda mühasibat uçotunun əsaslarını öyrənməyə və uçot sisteminin nə cür qurulduğunu anlamağa imkan yaradır.

Bu proqram ilə mühasibat uçotunu öyrənənlər müxabirləşmələri daxil edib, onların müəssisənin sınaq balansına, dövriyyə cədvəlinə, hesab kartlarına nə cür təsir etdiyini görə biləcəklər.

Proqramda sınaq balansı, baş kitab, dövriyyə cədvəli, şahmat cədvəli, hesablar üzrə kartlar, hesablar planı verilibdir.

Eyni zamanda Proqramda “Hazır müxabirləşmələr” bölümü vardır. Burada siz tez-tez istifadə etdiyiniz müxabirləşmələri yaddaşda saxlayıb hər zaman onlardan istifadə edə bilrəsiniz.

Mühasibat uçotunu misallar ilə öyrənək!


  • Daxil edilən bütün əməliyyatlar “Sınaq balansı”-nda öz əksini tapır.
  • Tez-tez istifadə edilən və ya unutduğunuz müxabirləşmələri “Hazır nümünəvi müxabrləşmələr”də saxlaya bilərsiniz.
  • Misal və ya işə başlamazdan öncə ilkin qalılqarın daxil edilməsi.
  • Daxil edilən bütün əməliyyatlar “Baş kitab”-da öz əksini tapıb. İstədiyiniz əməliyyatı silib və ya düzəliş edə bilərsiniz.
  • “Hesablar planında” istədiyiniz hesabı yarada, ləğv edə və ya ona düzəliş edə bilərsiniz.
  • “Dövriyyə cədvəli” daxil edilən müxabirləşmələr əsasında avtomatik hazırlanır.
  • “Şahmat cədvəli” hesablar üzrə müxabirləşmələri əks etdirir və avtomatik hazırlanır.
  • “Hesab kartı” ilə seçdiyiniz hesab ilə bağlı bütün əməliyyatları görə bilərsiniz.

“Mühasiblər üçün Trenajor”-un quraşdırılması üçün video.

Trenajor Pro Plus Video Təlimat Sifariş etmək Məxfilik Strategiyası Pro Plus Demo Versiya Tərəfdaşlarımız Nailiyyətlərimiz FAQ Əlaqə Mühasiblər üçün Trenajor” proqramını mühasibatlığı öyrənən və bu sahədə işləyən hər kəsə tövsiyyə edirəm. Fikrimcə, excel bazasında hazırlanmış bu proqram sizə beynəlxalq mühasibat sisteminin daha asan və sürətli şəkildə dərk edilməsi və yeni üçrəqəmli hesablar planının işinizdə tətbiqinə böyük dəstək ola bilər. Tələbələrə xüsusi tövsiyyəm budur ki, “Beynəlxalq mühasibat uçotunun əsasları üzrə məsələ və testlər toplusu” kitabını əldə etsinlər və oradakı məslələri məhz bu proqram üzərində işləyərək qısa müddətdə maliyyə hesabat formalarının hazırlanma texnalogiyasını öyrənsinlər. Proqramda verilmiş hazır standart əməliyyatların müxabirələşmələrinin də xüsusi əhəmiyyətini hiss edəcəksiniz. Radil Fətullayev,
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti.

LAYİHƏ HAQQINDA MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib. Müəllif haqqında

MÜƏLLİFLƏRƏ: Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

VERGİLƏR

Milli Məclisdə qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. İqtisadçı ekspert Radil Fətullayev Azərbaycanda vergi ödəmə sistemi ilə bağlı iki əsas vergi rejiminin mövcud olduğunu xatırladaraq bildirib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq tikinti şirkətləri bu rejimlərin hər birində fəaliyyət göstərərək vergi ödəyicisi ola bilirdilər: “Bununla yanaşı, Vergi Məcəlləsinin sadələşdirilmiş vergi ilə bağlı hissəsində qeyd olunub ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər də bu verginin ödəyiciləri ola bilərlər. Əgər bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs sadələşdirilmiş vergi ödəyicisi olurdusa, o zaman vergi mənfəətdən tutulmurdu. Sadələşdirilmiş vergi tikinti aparılan binanın sahəsini 45 manata, alınan rəqəmi zona əmsalı və qeyri-yaşayış obyekləri üçün 1,5 yüksəldici əmsala vurmaqla hesablanırdı”.

Vergi Məcəlləsinə qəbul edilən son dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci ildən bina tikintisinə başlamış şəxslər yalnız gəlir (mənfəət) + ƏDV vergisi ödəyicisi olacaqlar. Bu halda bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən əldə edilən gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra yaranan fərqdən 20 faiz dərəcə ilə mənfəət/gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Qanunvericilikdə qəbul edilən yeniliyin tikinti bazarına müsbət təsir edəcəyini deyən R.Fətillayev tikinti şirkətlərinin mənzillərin qiymətlərini artıra biləcəyini də istisna etməyib.

Onu da deyək ki, gələn ildən vətəndaşlara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklərdə yaşayış və ya qeyri-yaşayış sahəsi alan vətəndaşlara güzəştlər də nəzərdə tutulub. Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva keçirdiyi brifinqdə bildirib ki, vətəndaş aldığı əmlakın dəyərini nağdsız qaydada təqdim etdikdə onun ödədiyi ƏDV-nin 30 faizlik hissəsi dövlət tərəfindən geri qaytarılacaq.

Fərqanə ALLAHVERDİQIZI

Comments are closed, but trackbacks and pingbacks are open.