Press "Enter" to skip to content

Mövzu 1.4 Radioverici və qəbuledici qurğular

3.1 Tövsiyə olunan ədəbiyyat

Gsc “Azərbaycan Hava Yolları”

“Radioverici, radioqəbuledici və antena qurğuları” fənni üzrə fənn proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən «____» _________20___ ildə təsdiq edilmiş Baza Təhsil Standartı və MAA-nın Elmi Şurası tərəfindən «____» _________20___ ildə (Protokol № _____ ) təsdiq edilmiş ( 05.04.01) “Elektronika, telekommu­nikasiya və radiotexnika mühəndisliyi” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur.

Fənn proqramını tərtib edənlər :
“Aviasiya radiotexnikası və elektronikası” kafedrasının professoru ____________ A.R. Həsənov

Fənn proqramı “Aviasiya radiotexnikası və elektronikası” kafedrasının iclasında müzakirə olunmuş­dur:

( “____”____________201 ci il tarixli iclas “_____” №-li protokol)
Kafedra müdiri, t.e.d., prof._________________ A.R. Həsənov

Fənn proqramı MAA-nın “Hava nəqliyyatının uçuş texniki istismarı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir

( “____”____________2011- ci il tarixli iclas “_­____” №-li protokol)

Dekan, t.e.n., dos.__________________________ T.İ. Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir

( “____”____________2011-ci il tarixli iclas “____” №-li protokol)

Sədr, tədris işləri üzrə prorektor, t.e.n., dos._________________________Ə.S. Səmədov

1. Ümumi qaydalar

1.1 Fənnin tədrisinin məqsədi

1.2 Fənnin tədrisinin əsas vəzifələri

1.3 Fənn üzrə bilik və bacarıqlara tələblər

1.4 Fənnin digər fənlərlə əlaqəsi

2. Fənnin məzmunu

2.1 Fənn üzrə saatların bölüşdürülməsi

2.2 Fənnin mövzular üzrə planı

2.3 Fənnin dərs növləri üzrə paylanması

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi

2.3.2 Məşğələ dərslərinin mövzuları və həcmi

2.3.3 Laboratoriya dərslərinin mövzuları və həcmi

2.3.4 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi

2.3.5 Tələbələrin sərbəst işlərinə nəzarət növləri

3. Fənn üzrə tədris-metodiki materiallar

3.1 Tövsiyə olunan ədəbiyyat

3.2. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı

3.3 İmtahan suallarının nümunələri

Fənn proqramı kredit sistemi üzrə tədris prosesinin təşkili və tələbələrin biliklərinin reytinq cədvəli üzrə qiymətləndirilməsi metodikaları əsasında işlənib hazırlanmışdır. Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Proqrama fənnin tədrisinin mərhələləri üzrə məzmunu və həcmi daxil olunur. Qiymətləndirmənin reytinq sistemi (QRS) tələbənin hər növ auditor və sərbəst tədris işinin, onun tərəfindən əldə edilmiş bilik və bacarıqların səviyyəsinin cari və semestr nəzarəti vasitəsilə ballar ilə qiymətləndirməni nəzərdə tutur. İmtahandan sonra ənənəvi şkala əsasında ballarla ifadə olunmuş qiymətlər ECTS (European Credit Transfer System) şkalasına çevrilir.

  1. Ümumi qaydalar.
    1. 1.1. Fənnin tədrisinin məqsədi.

    Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları

    • radioverici qurğuların əsas keyfiyyət göstəricilərini, iş prinspini və texniki, istismar, konstruktiv parametrlərini;
    • kənardan həyəcanlanan generatorların iş rejimlərini və onların qurulma prinsiplərini;
    • böyük güclərin və yüksək faydalı iş əmsalının təmin olunması problemlərini;
    • radioverici qurğuların oyadıcılarını;
    • tezliyin stabilləşdirilməsi məsələlərini;
    • bir yan zolaqlı rəqslərin formalaşdırılması məsələlərini;
    • yüksək tezlik gücləndiricisinin dayanıqlığı, etibarlığı məsələlərini;
    • bloklama və soyutma sistemlərinin xüsusiyyətlərini;
    • radioqəbuledici qurğuların qurulma sxemlərini, əsas keyfiyyət göstəricilərini, iş prinspini və texniki, istismar, konstruktiv parametrlərini;
    • radio və aralıq tezlikli gücləndiricilərin xüsusiyyətlərini;
    • tezlik çevirmə nəzəriyyəsini;
    • amplitud, tezlik və impuls detektorlarının xüsusiyyətlərini;
    • radioqəbuledicilərdə tənzimləmələri, avtomatik kökləmə və axtarış sistemlərini;
    • antena nəzəriyyəsinin əsaslarını;
    • dar istiqamət diaqramının alınma metodlarını;
    • antenaların sintezi və optimal istiqamət diaqramının alınması üsullarını;
    • yarıqlı, televiziya, direktorlu, spiralvarı, səthi dalğalı və güzgülü antenaların quruluş xüsusiyyətlərini və konstruksiyalarını.
    • radioverici qurğuların və onların funksional bloklarının sxemlərini tərtib etməyi və layihələndirməyi;
    • radioqəbuledici qurğuların və onların funksional bloklarının sxemlərini tərtib etməyi və layihələndirməyi;
    • optimal istiqamətlənmə diaqramına malik antena seçməyi və layihələndirməyi;
    • radioverici, radioqəbuledici və antena qurğularına aid tədris və elmi-texniki ədəbiyyatla sərbəst işləməyi.
    1. Fənnin məzmunu.

    2.1 Fənn üzrə saatların bölüşdürülməsi.

    050627- “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasının tədris planı­na uyğun olaraq “Radioverici, radioqəbuledici və antena qurğuları” fənni üzrə tədris yükü 200 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 60 saat mühazirəyə, 15 saat laboratoriya, 15 saat məşğələ və 42 saat kurs işi dərslərinə ayrılmışdır.

    Tələbələrin sərbəst işi (TSİ) 118 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 20 balla qiymətləndirilir.

    Tədris planına uyğun olaraq fənn üzrə qalan 50 bal imtahana ayrılır.

    Tədris yükünün 6-cı semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə yekunlaşır. Fənn üzrə kreditlərin sayı – 6.

    TSİ* Sİ**

    Mövzu 1.4 Radioverici və qəbuledici qurğular

    Verici antena yüksək tezlikli cərəyanın şüalandırılması mümkün olan elektromaqnit dalğalarına çevrilməsi və fəzaya şüalandırılması vəzifəsini yerinə yetirir. Verici generator yüksək tezlikli elektrik cərəyanının alınmasına xidmət göstərir. Bu qurğuda qida mənbəyinin enerjisi radiotezlik enerjisinə çevirir. Güc gücləndirici verici antenada yüksək tezlikli lazımi gücə malik siqnalın olmasını təmin edir. Məlumatın ötürülməsi zamanı əsas vəzifələrdən biri də radio tezlikli rəqslərin idarə edilməsidir. Məsələ burasındadır ki, məlumat siqnalları (səs, teleqraf və s.) elektromaqnit dalğaları şəklində uzaq məsafələrə göndərilə bilməz. Çünki belə siqnalların tezliklərinin aşağı sərhəddi 50 – 30 Hs hüdudunda yerləşir (Meqa metrlik diapazon) və radio dalğalarının uzaq məsafələrə effektiv ötürülməsi bu tezlikdən çox – çox yüksək tezliklərdə mümükün olur. Ona görə də şüalandırılmamışdan əvvəl məlumat siqnalları yüksək tezlikli siqnallara ( rəqslərə) çevrilməlidir. Bu proses radio tezlikli rəqslərin modulyasiyası adlanır və modulyator adlanan qurğunun köməyi ilə yerinə yetirilir. İstənilən radio texniki sistemin əsas elementlərindən biri də radio radio qəbuledici quruluşdur. Radio qəbuledici quruluş daxil olan radio dalğalarını yüksək tezlikli elektrik rəqsləri enerjisinə çevirmək və həmin enerjini qəbulediciyə ötürmək, əsas siqnalın optimal işlənməsini ( maneələrin azaldılması, gücləndirmə, detektorlama) və ilkin elektriki siqnalın məlumata çevrilməsini təmin edir. Qeyd edilən funksiyalarına uyğun olaraq radio qəbuledici quruluşun sadə funksional sxemi aşağıdakı kimi olacaqdır.

    Sxemdən göründüyü kimi radio qəbuledici quruluş qəbuledici antenadan qəbuledicidən və son quruluşdan (telefon, teleqraf aparatı və s.) ibarətdir. Göründüyü kimi radio qəbuledici quruluşun qeyd olunan I funksiyasını antena, II funksiyasını qəbuledici, III funksiyasını isə son quruluş geniş tətbiq edilmişdir.

    Радиопередающие устройства

    1
    RADİOVERİCİ QURĞULAR

    RADİOVERİCİ QURĞULAR HAQQINDA ÜMUMİ MƏLUMAT

    1. Vericilərin struktur sxemləri
    Radioverici qurğu informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün isti-
    fadə olunur. Yüksək tezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiya-
    nın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir.
    Vericidə üç əsas proses baş verir:
    — yüksək tezlikli rəqsin generasiyası;
    — yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi;
    — yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazası-
    nın) ötürülən informasiyaya uyğun dəyişdirilməsi.
    Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı
    və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır.
    Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə
    olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə
    məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası
    (TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının
    xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur.
    Modulyasiya nəticəsində modulyasiya olunmuş yüksək tezlikli cərəyan, gərginlik və
    elektromaqnit sahə rəqsləri alınır. Modulyasiya olmadıqda vericinin antenasında yüksək
    tezlikli modulyasiyasız rəqs yaranır və o fəzaya şüalandırılır.
    Modulyasiyalı və ya modulyasiyasız yüksək tezlikli rəqslərin gücləndirilməsi üçün
    güc gücləndiricisindən istifadə olunur. Güc gücləndiricisini, həmçinin xaricdən təsirlənən
    generator da adlandırırlar. İş rejimlərinə nəzərən vericidə istifadə olunan gücləndiriciləri
    üç əsas qrupa bölmək olar: bufer gücləndiriciləri, gücləndirici-vurucular və çıxış
    gücləndiriciləri. Sadə vericidə birinci iki növ gücləndirici olmaya, çıxış gücləndiricisi isə
    həmdə tezlik vurucusu ola bilər.
    Bir çox radiolokasiya vericilərində gücləndirici olmur. Belə vericilər impuls rejimin-
    də işləyir. Bu halda avtogenerator kifayət qədər böyük gücə malik olur. Radiolokasiya
    vericisinin tipik güclü impuls avtogeneratoru maqnetrondur. Metal-keramik lampalar,
    xüsusi ifrat yüksək tezlikli (İYT) cihazlar və adi lampalar üzərində yığılmış güclü
    avtogeneratorlardan da istifadə olunur.
    Sadə AM rəqs radiovericisinin struktur sxemi şək.1.1-də təsvir olunmuşdur. Orada,
    həmçinin hər bir pillənin çıxışındakı gərginliyin diaqramı verilmişdir. Verici generatorda
    (VG) parametrləri dəyişməyən yüksək tezlikli rəqslər yaradılır. Güc gücləndiricilərində
    (GG) onlar gücləndirilir və amplitudaları modulyatorda (M) informasiya siqnallarının
    təsiri ilə dəyişdirilir. Nəticədə tələb olunan gücə malik amplitud modulyasiyalı siqnal
    alınır. Bu siqnal verici antenaya istiqamətləndirilir və fəzaya şüalandırılan AM radiodalğa
    yaradır.
    Sadə TM rəqs vericisinin sxemi şək.1.2-də təsvir olunmuşdur. Belə vericidə modul-
    yator (M) verici generatorun (VG) rəqs konturuna təsir edərək onun kökləmə tezliyini
    informasiya siqnalına uyğun olaraq dəyişdirir. Bu səbəbdən generasiya olunan rəqslərin
    tezliyi dəyişir. Bu dəyişmə orta qiymətə nəzərən kiçik intervalda həyata keçirilir.

    2
    Güc gücləndiricisində (GG) TM rəqslər gücləndirilir. Verici antena fəzaya TM dalğa
    şüalandırır. TM yalnız (ultraqısa dalğalı) UQD diapazonda tətbiq olunur. Digər
    diapazonda onun tətbiqi mümkün deyil.
    Şək. 1.1. Rabitə AM rəqs vericisinin struktur sxemi
    Verici
    Verici antena
    VG
    GG
    VG
    u
    GG
    u
    M
    u
    Şək. 1.2. Rabitə TM rəqs vericisinin struktur sxemi
    VG
    u
    Verici
    Verici antena
    VG
    GG
    GG
    u
    Sadə radiolokasiya vericisinin struktur sxemi şək.1.3- də verilir. Bu sxemdə
    modulyator (M) dövri olaraq təkrarlanan düzbucaqlı formalı gərginlik videoimpulsları
    formalaşdırır. Onlar güclü UQD avtogenerator üçün qida gərginliyi kimi istifadə olunurlar.
    Ona görə də onların amplitudaları kilovoltlarla ölçülür. Avtogenerator dövri olaraq
    yüksəktezlikli radioimpulslar generasiya edir və onları verici antenaya istiqamətləndirir.
    Şüalandırılan radioimpulsların davametmə müddəti adətən bir mikrosaniyə, təkrarlanma
    dövrü isə yüzlərlə və ya minlərlə mikrosaniyə ətrafında olur. Onları zondlayıcı
    radioimpulslar da adlandırırlar.
    Şək. 1.3. Radiolokasiya vericisinin struktur sxemi
    Verici antena
    G
    u
    Güclü UQD
    avtogenerator
    M
    u
    İmpuls radiorabitə vericilərində (o cümlədən radiolokasiya vericilərində) şüalandırı-
    lan radioimpulsların davametmə müddəti, onların amplitudaları və ya təkrarlanma tezliyi
    dəyişə bilər. Bundan əlavə radioimpulsların generasiya vaxtı müəyyən takt momentlərinə
    nəzərən də dəyişə bilər. Ona görə də impuls modulyasiyası ümumi şəkildə çox müxtəlif
    ola bilər.
    Əsas istifadə məqsədinə nəzərən radiorabitə, radioyayım, televiziya, radiolokasiya,
    radionaviqasiya və s. vericilərini fərqləndirirlər. Quraşdırılma yerinə nəzərən stasionar və

    3
    mobil vericiləri fərqləndirirlər. İşçi tezlik diapazonuna nəzərən uzundalğalı, ortadalğalı,
    qısadalğalı və UQD vericiləri fərqləndirirlər. Öz növbəsində UQD vericiləri metrlik,
    desimetrlik, santimetrlik və millimetrlik vericilərinə bölürlər. Optik diapazon (lazer)
    vericilərini xüsusi qrup kimi ayırırlar.
    Vericiləri həmçinin iş növünə, modulyasiya növünə, gücünə və digər əlamətlərinə
    nəzərən fərqləndirirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.