Press "Enter" to skip to content

F. Y. Səməndərov Cinayət hüququ

18 11 Mart

Cinayət hüququ

Cinayət hüququ, hüququn müstəqil bir sahəsi olub, xüsusiyyətləri özünün predmet və metodu ilə müəyyən edilir. Cinayət hüququnun tənzim edilməsinin predmetini yalnız cinayətin baş verməsi ilə əlaqədar olan ictimai münasibətlər təşkil edir. Cinayət hüquq pozuntusunun subyekti kimi cinayət törətmiş şəxslər və hüquq tətbiqedici orqanlar şəxsində dövlət çıxış edir.
Cinayət hüququnun ictimai münasibətlərin nizama salınması metodu qanunla cinayət hesab edilən əməllər və onların törədilməsi ilə tətbiq edilən cəzaların müəyyən edilməsindən ibarətdir.
Cinayət hüququnun xüsusiyyətləri həmçinin onun vəzifə və funksiyalarında özünü göstərir. Cinayət hüququnun əsas vəzifəsi-cəmiyyəti ən təhlükəli hüquq pozuntularından (cinayətlərdən) müdafiə (mühafizə) etməkdir. Buna görə də cinayət hüququnun əsas funksiyası – mühafizəedici funksiyadır. Bununla belə, cinayət hüququ ümumi və xüsusi xəbərdaredici, həmçinin, tərbiyəvi funksiyaları da həyata keçirir.
Cinayət hüququ hüququn bir sahəsi kimi mövcud ictimai münasibətlər sistemi üçün təhlükəli əməllərin cinayət olmasını və cəzalandırılmasını, həmçinin cinayət məsuliyyəti və ondan azad etməni müəyyən edən, ali hakimiyyət orqanları tərəfindən təsbit edilən hüquq normalarının məcmusudur.
Azərbaycan Respublikasının qüvvədə olan yeni Cinayət Məcəlləsi qəbul edilərkən ictimai həyatın son illərdə siyasi, iqtisadi və sosial sahələrində baş verən keyfiyyət dəyişiklikləri nəzərə alındı. Bu, xüsusilə, cinayət hüququnun mühafizə etdiyi sahələrdən hansının daha çox üstünlük təşkil etməsində özünü göstərdi. Şəxsiyyətin, onun hüquq və azadlıqlarının cinayət-hüquqi vasitələrlə müdafiəsi birinci yerdə durdu. Bundan başqa, mülkiyyətin, formalarından asılı olmayaraq bərabər qaydada mühafizə edilməsinə göstəriş verildi. Təbii mühit, ictimai və dövlət mənafeləri, hüquq qaydaları, bəşəriyyətin təhlükəsizliyi və sülhün təmini cinayət-hüquqi mühafizənin əsas obyektləri sırasına daxil edildi.
Cinayət hüququ cinayətkarlıqla mübarizədə strateji və taktiki cəhətləri müəyyən edən cinayət üzrə siyasətin həyata keçirilməsi vasitəsidir. Müasir mərhələdə bu siyasət iki əsas tendensiya ilə xarakterizə olunur. Birincisi, ağır cinayətlər törədən, yaxud cinayət qanununu dəfələrlə pozan şəxslərə (xüsusilə residivistlərə, peşəkar cinayətkarlara-mafiya strukturlarının, yaxşı təşkil olunmuş cinayət qruplarının rəhbərlərinə) sərt cəza tədbirlərinin tətbiqi. İkincisi, böyük ictimai təhlükə hesab edilməyən cinayətlərə görə cinayət məsuliyyətinin sferalarının məhdudlaşdırılması. Belə ki, cinayət qanununu ilk dəfə pozan şəxsə cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza tətbiq edilir. Bu, şərti məhkum etmə, hökmün icrasını təxirə salma, habelə cəzanı əvəz edən digər inzibati, tərbiyəvi və ictimai xarakterli tədbirlərlə həyata keçirilə bilər.

  • Teqlər:
  • cinayət hüququ

F.Y.Səməndərov “Cinayət hüququ”

Firudin Yusif oglu Səməndərov – Cinayət huququ, cinayət və cəza məsələləri, Baki Dovlet Universiteti nəsriyyati, Baki 1994, 384 s. Kitab Azərbaycan dilindədir. Maraqlananlar whatsapp-a yaza bilər.

Bakı 23 Fevral 2017 11347 dəfə Mənbə: tap.az
E

Elvin

Məhsul satılmışdır
Seçilmişlərə əlavə et

Oxşar Elanlar

Opel Astra F benzin nasosu

80 28 Fevral

Clopos Restoran Sistemi

Clopos Reklam

Cooling pad f 4

40 24 Fevral

“BMW F/G” açar qabı

30 13 Mart

Yanğın Siqnal Kabeli REÇBER J-Y(St)Y 1x2x0,80mm+0,40mm

0.79 27 Noyabr 2018

Cat 6 f/utp Kablosan

330 13 Mart

F-1908 telefon tutacağı

8 10 Mart

“F-102A Delta Dagger” qırıcı təyyarənin plastik model dəsti

95 Dünən

Obyektiv “Canon EF 16–35mm f/2.8L III USM”

3 100 12 Mart

LPR – OPEL (G,F) – Qabaq əyləc bəndləri

38 6 Fevral

Y 85 smart qol saatları

49 1 Mart

“BMW F 10” Qabaq bufer

70 13 Mart

Flaş kart “Sandisk 128GB Usb 3.0 Ultra Flair”

35 10 Mart

Sony OSS 28-70mm f/3.5-5.6

350 13 Mart

“Opel Astra F Universal 1991-1999” yan pərdələri

20 12 Mart

DOGRU – OPEL (F) – Amortizatorun üst yastığı

25 22 Fevral

Obyekt Satılır

350 000 21 Fevral

“3D printer parts Belt tensioner along Y axis (S010051-N)” ehtiyat hissələri

28 13 Mart

Canon EF 100mm f/2.8L Macro IS USM

1 799 11 Mart

“Saela F-402” turniket sistemi

1 790 10 Mart

“ZK Teco F-22” finger print cihazı

270 20 Fevral

Linza “Canon EF 50mm f/1.8 STM”

299 11 Mart

Flaş kartlar (Ultra Flair)

18 11 Mart

NP F batareya

37 24 Fevral

Ödənişli xidmətlər

Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!

Ödənişli xidmətlər

Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!

Elanı sil

Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim

Telefon: (012) 566-74-58

Haqqımızda

Yardımçı linklər

Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır

© UcuzTap bir şirkət məhsuludur

Azərbaycan Milli Elmlər Akademiyası

R.Quliyev 1945-ci ildə Bakı şəhərində məşhur zi­ya­lı neftçi ailəsində anadan olmuşdur. O, 1967-ci ildə Azərbaycan Neft və Kimya İns­titutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini bitir­mişdir.

R.Quliyev 1971-ci ildə texnika üzrə fəl­­səfə doktoru, 1982-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1985-ci ildə profes­sor elmi adını almış, 2001-ci ildə Azərbay­can Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir.

Əmək fəaliyyətinə 16 yaşında Azər­bay­can Dövlət Neft Akademiya­sının Nəzarət ölçü cihazları kafedrasının preparatoru vəzifəsindən başla­mışdır. Neft elminə olan həvəsi hələ tələbəlik illərində (1963-1967) ona dərslərilə əmək fəaliyyətini uğurla əlaqələndirməyə imkan vermişdir. 1965-1969-cu illərdə “Leninneft” Neft Mədən­ləri İdarəsində operator, Azər­baycan Dəniz-Kəşfiyyat İdarəsində operator, Azər­bay­can Dəniz-Kəşfiyyat Trestinin qazma kontorunda laborant-kollektor, qazmaçı köməkçisi, böyük sahə mühəndisi vəzifələrində çalışmışdır. 1969-1983-cü illərdə Azər­bay­can Neftelmitədqiqat­layihə İnstitu­tun­da böyük mühəndis, kiçik elmi işçi, bo­yük elmi işçi və hidro­mexanika böl­məsinin müdiri olmuşdur. 1983-cü ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat, təşkilat və idarə­etmə kafed­rasının müdiri vəzifəsində çalışmışdır. 1988-ci ildən 2005-ci ilə kimi Neft və qaz quyularının qazılması kafedrasına rəhbərlik et­mişdir. O, 2006-cı ildən ömrünün sonuna qədər Neftqazelmitədqiqat­layihə İnstitu­tunun Beynəlxalq layihə­lər və xarici əlaqələr şöbəsində baş mütəxəssis vəzifə­sində çalışmışdır.

R.Quliyevin elmi tədqiqatlarının sahəsi quyunun qazılma məhlulunun hidro­dinamik göstəricilərinin idarə edilməsi və operativ nəzarət üsullarına işlə­nil­məsi; təşkilati idarəetmə nəzəriyyəsinə istinad etmək əsasında qu­yuların qazılmasının hidravlik proqramının optimallaşdırılması; dərin maili quyu­la­rın qazılması zamanı əyriliyin idarə edilməsi prosesinin optimallaş­dırıl­ması olmuşdur.

R.Quliyev görkəmli neftçi-alim kimi təkcə Azərbaycanda və keçmiş SSRİ-də deyil, həm də xarici ölkələrin də mütəxəssislərinə tanış idi. O, dəfələrlə BMT-yə ekspert kimi işə dəvət olunmuş, 1988-ci ildə Çin Xalq Respublikasında, 1990, 1993, 1994-cü illərdə Albaniyada elmi fəaliyyət gös­tərmişdir. Bundan başqa, xarici ölkələrdə keçirilən bir çox elmi simpozium və konqreslərdə məruzələrlə çıxış etmişdir.

R.Quliyev 1997-ci ildən ABŞ Mühəndis Neftçilər Cəmiyyətinin üzvü olmuş­dur. Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi­nin “Neft-qazçıxarma problemi” üzrə elmi şuranın, həmçinin “Neft və qaz quyuları­nın qazılması” seksiyasının sədri olmuşdur.

R.Quliyev 260-dan artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 20 təd­ris-metodik vəsaitin və 11 ixtiranın müəllifidir. Onun rəhbər­liyi ilə 14 fəlsəfə doktoru hazırlanmışdır.

R.Quliyev 1981-ci ildə “Əməkdə igidliyə görə” və 2001-ci ildə “Tərəqqi” medallarına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Rafiq Quliyev 2008-ci ildə Bakıda vəfat etmişdir.

(1945-2008)

Comments are closed, but trackbacks and pingbacks are open.