Uşaq ədəbiyyatı xəzinəsindən
Kitabda F.Köçərliyə həsr edilmış “Mənalı ömürdən səhifə-
Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin Türkiyə türkcəsində nəşri – gələcək uğurlara hədəflənmiş ədəbi əlaqələr – Mərziyyə Nəcəfova yazır
Hər işin ilki gözəldir, məsuliyyətli və önəmlidir. Belə ilklərdən birini akademik İsa Həbibbəyli 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ilk dəfə “Azərbaycan Uşaq ədəbiyyatı” şöbəsinin yaradılmasına imza atmaqla gerçəkləşdirdi. Çıxışlarında daim belə bir şöbənin yaradılmasının nə qədər önəmli olmasını vurğuladı, uşaq ədəbiyyatına dair məsələlərin vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirdi. Gözəl təşəbbüslərdən digəri o oldu ki, bu şöbəyə rəhbərliyi İnstitutumuzun əməkdaşı, filologiya elmləri doktoru, imzasına hörmətlə yanaşdığımız Elnarə Akimovaya həvalə etdi. Onun elmi gücünə və potensialına, əzm və bacarığına güvəndi. Zaman da verilən qərarın nə qədər doğru olduğunu isbatladı.
Bu illər ərzində “Uşaq ədəbiyyatı” şöbəsi bir çox uğurlu işlərlə seçilib. Müxtəlif təqdimatlar, tədqiqatlar, yeni çıxan uşaq ədəbiyyatı nümunələrinin təhlilini verən məqalələr, birgə əməyin nəticəsi olan “Xanımana Əlibəyli” monoqrafiyası, uşaq ədəbiyyatı tarixinin öyrənilməsi istiqamətində sistemli elmi araşdırmalar şöbənin az müddətdə seçilməsinin, prosesə aktiv müdaxiləsinin əsas hərəkətverici qüvvəsi oldu. Şöbənin imza atdığı uğurlardan biri də Türkiyə ilə birgə əməkdaşlıqların qurulması, bu istiqamətdə əməli fəaliyyətlə gündəmə gəlmək olmuşdur. Hələ 2019-cu ildə Çocuk və Genc Yazarlar Birliyinin Başkanı Bican Veysel Yıldız bəyin təşkilatçılığı ilə keçirilən “6.Uluslararası çocuk ve genclik edebiyyatı sempozyumu”nda İnstitumuzun (qeyd edim ki, simpoziumun Azərbaycan təmsilçisi mənəm – M.N.), xüsusi ilə başda şöbə müdiri Elnarə xanım olmaqla “Uşaq ədədbiyyatı” şöbəsininin fəal iştirakı və qatqısı bu konfransın mükəmməl şəkildə reallaşmasına səbəb olmuşdur. Daha sonra Türkiyədə “Çocuk ədəbiyyatı” bölümünün başkanı, şair Bican Veysel Yıldız “Ədəbiyyat qəzeti”ndə baş redaktor, hörmətli Azər Turan və Elnarə Akimovanın qonağı olmuş, hər iki ölkənin uşaq ədəbiyyatı ilə bağlı maraqlı diskusiyalar aparılmışdır.
Nəhayət, yeni bir iş qoyulub meydana. Türkiyədə Azərbaycan uşaq ədəbiyyatına dair, azadlıq, istiqlal, zəfər duyğularını tərənnüm edən şeir, hekayə və pyeslərdən ibarət “Azerbaycan Çocuk Edebiyatından Seçme Eserler” kitabı çap olunub. Kitabdakı mətnlərin tərtibçisi və “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Kitabın hazırlanmasında türkiyəli həmkarlardan Soner Sağlam, Yaşar Sözen, Özgür Koray Yılmaz da iştirak etmiş, kitabın ərsəyə gəlməsində zəhmətlərini əsirgəməmişlər.
Bu gün çox böyük qürur hissi ilə deyə bilərik ki, dövlət başçılarımızın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlığı bu birliyimizi daha da möhkəmləndirir. Elə kitabın ön sözündə türkiyəli alim Fikret Türkmenin Bəxtiyar Vahabzadədən gətirdiyi nümunə də dostluq və bərabərliyimizin hər zaman var olacağını gözəl ifadə edir:
Bir millət, iki dövlət,
Eyni arzu, eyni niyyət,
Dinimiz bir, dilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Elnarə Akimovanın kitaba yazdığı “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” başlıqlı dəyərli ön söz onun artıq professional uşaq ədəbiyyatı mütəxəsisi kimi formalaşmasından xəbər verir. Müəllif əvvəlcə qardaş Türkiyə ilə güclənən dostluq, əməkdaşlıq münasibətlərindən bəhs edir. Daha sonra Azərbaycan uşaq ədəbiyyatını dövrləşmə baxımından – yaranması, təşəkkülü və inkişafı istiqamətində üç əsas mərhələyə ayırır:
1) XIX əsrin sonu, XX əsrin əvvəllərində uşaq ədəbiyyatında məfkurə dalğası
2) Sovet dövrü uşaq ədəbiyyatında azərbaycançılıq
3) Müstəqillik dövrü uşaq ədəbiyyatı
Müəllif bu dövrləşdirmə sistemindən yola çıxaraq Azərbaycanda uşaq ədəbiyyatının keçdiyi yol haqqında dolğun fikir formalaşdıra bilir.
“Azerbaycan çocuk edebiyatından seçme eserler” toplusunda qeyd edildiyi kimi, şeirlər, hekayə və pyeslər toplanmışdır. Ən önəmli olan budur ki, tərtibatçı Elnarə Akimova yalnız müstəqillik illərində çıxan uşaq ədəbiyyatı nümunələri ilə kifayətlənməmiş, mövzuya daha geniş müstəvidə nəzər yetirərək XII əsrdə dahi Nizami Gəncəvinin yaratdığı uşaq ədəbiyyatı nümunələrini, daha sonra XX əsrin əvvəllərində, eləcə də sovet dövründə yaranmış vətən ruhlu uşaq mətnlərini bu topluya cəmləmişdir. “Azərbaycan himni” ilə açılan kitabda Əhməd Cavadın “Azərbaycan Bayrağına”, Əli bəy Hüseyinzadənin “Dardanel əzharı”, Cəfər Cabbarlının “Ölkəmin”, Hüseyn Cavidin “Qız məktəbində”, Almas İldırımın “Əsir Azərbaycanım”, Abdulla Şaiqin “Ana yurdum”, “Vətən yaxşıdır”, Səməd Vurğunun “”Azərbaycan”, Süleyman Rüstəmin “Təbrizim”, Rəsul Rzanın “Şuşa”, Mirvarid Dilbazinin “Azərbaycanım”, Fikrət Sadığın “Odlar yurdu”, Nigar Rəfibəylinin “Vətənim”, Bəxtiyar Vahabzadənin “Şəhidlər”, “Bayraq”, “Azərbaycan-Türkiyə”, İsa İsmayılzadənin “Vətən deyirəm”, Xanımana Əlibəylinin “Qurani-Kərim”, Teymur Elçinin “Gözəl vətən”, Xəlil Rza Ulutürkün “Azərbaycan”, Məmməd İsmayılın “Vətən”, Sabir Rüstəmxanlının “Vətən” və başqa onlarca yurda sevgi aşılayan nümunələr yer almışdır.
Bu kitabda Azərbaycanın ölkə kimi keçdiyi yolun həm uğurları, həm də ağrıları görünür. 20 Yanvar, Xocalı faciəsi, torpaq itkisi, müstəqillik qazancının hansı əziyyətlər hesabına başa gəlməsi müxtəlif şeir nümunələri əsasında sərgilənir. Ülvi Bünyadzadə, Məmməd Aslan, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Nəbi Xəzri, Məmməd Araz, Hikmət Mahmud, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Mina Rəşid, Kamil Araz, Sevinc Elsəvər, Allahşükür Ağa və digər şairlərin bu ağrını ifadə edən şeirlərində həm də tarixin özü görünür:
Qan axır, dönür gülə.
Ağla, qərənfil, ağla!
Məmməd Aslan
Sevinc Elsevərin “Xocalıdan sonra” şeirində balalara ismarladığı mesaj, uşaqları Xocalı faciəsindən uzaq tutmaq istəsə belə “cızza” kəlməsi ilə olanları anlatmaq ehtiyacı yaxın keçmişin sağalmaz yarası kimi bizi o günlərə qaytarır:
Sən baxma televizora,
Sən oyuncağınla oyna,
Televizorda gördüklərin səni qorxutmasın,
Xocalıda insanlar inanları öldürmədi ki,
Heç adam da adamı öldürərmi?
Sənin kimi mənə də
Öyrədilən ikl kəlmədi “cızza!”
Yəni, “əlin yanar, toxunma!”
Ürəyim od tutub,yanır, balaca.
Sən baxma televizora,
Üzünü o yana çevir.
Antologiyada ən yaxın tariximizlə bağlı yazılan poetik mətnlər, yaşadığımız qürur, Zəfər duyğuları ilə bağlı ərsəyə gələn şeirlər də yer almışdır. Zahid Xəlilin, Rafiq Yusifoğlunun, İbrahim Yusifoğlunun, Sevinc Nuruqızının, Qəşəm Nəcəfzadənin şeirlərində qələbə sevinci qabarıqlığı ilə seçilir. Zahid Xəlilin “İlham Əliyev-Dəmir yumruq” başlıqlı şeirində Ali Baş Komandana olan hörmət və sevgini görmək olur:
Dəmir yumruq – bu gözəl söz,
Dəmir yumruq dəmir kimi,
Bir kişinin əlindədir.
Rafiq Yusifoğlunun “Gözlərin aydın, Şuşa!” şeiri də bu mənada balalarımıza zəfər sevincini yaşadır, Türk birliyi və qardaşlığının verdiyi qürur və fəxarəti dünyaya bəyan edir:
Dost kimdir, düşmən kimdir,
Dur ayağa tanınar.
Türk qardaşınla qoşa.
Gözlərin aydın, Şuşa!
Antologiyada hekayə janrında onlarca hekayələr dərc edilmişdir. Nizami Gəncəvi, Əli bəy Hüseynzadə, Mehdi Hüseyn, Əli Səmədli, Zahid Xəlil, Reyhan Yusifqızı, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qaçay Köçərli, Qəşəm İsabəyli, Mina Rəşid, və digər yazarların kiçik, lokonik hekayələrini bir mövzu birləşdirir: vətənə bağlılıq, bayrağa sevgi, xalqın milli-mənəvi dəyərlərini uca tutmaq məramı, yurdu qorumaq məsuliyyəti. Elə topluda yer almış iki pyesdə – Aygün Bünyadzadənin “Narahat mələklər”, Arzu Soltanın “Qırmızı, yaşıl, mavi” əsərlərində də əsas məram bu ideyanı təqib etməkdir. Müharibədə körpələrə dəyən zərərlər, yaşanan faciələrin uşaqların psixologiyasına təsiri, müharibələrə yox nidası hər iki pyesdə əsas vurğu edilərək mənalanır.
Kitabın titul səhifəsində belə bir cümlə diqqətimi çəkdi: “Azerbaycan və Türk Dünyasının kültür başkenti, Karabağın atan kalbi Şuşanın kuruluşunun 270. Yılına ve Oğuzun alp yürekli çocuklarına. “. Demək, bu gözəl iş həm də “Şuşa ili” çərçivəsində həyata keçirilib, böyük sevgi və borc hissi ilə hasilə gəlib. Topludakı hər mətnin, hər nümunənin vətənə sevgidən qaynaqlanması da bu səbəbdəndir. Şübhəsiz ki, Azərbaycan uşaq ədəbiyyatının obrazının yaradılmasında kitabın böyük rolu olacaq. Amma başqa vacib məqam ədəbiyyatların yaxınlaşması, tanınması yönündə bu əlaqələrin faydalılıq keyfiyyətidir. Hər iki ölkədə türk məfkurəsinə sevgi ruhunda, öz ulusuna bağlı gəncliyin yetişməsində, dövlətinin və xalqının dəyərlərini uca tutub ona sadiq qalan yeni nəslin formalaşmasında və bütövləşməsində bu kimi qiymətli nümunələr qiymətli missiya daşıyıcısıdır.
Əlaqələrimiz davamlı olsun, uğurlarımız tükənməsin, dostluğumuz əbədi olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Uşaq ədəbiyyatı xəzinəsindən
tı” bölməsində F.B.Köçərlinin fəaliyyətindən bəhs edilir.
294. Bayramoğlu, A. Azərbaycan Demokratik Respublikası
dövründə ədəbiyyat /Alxan Bayramoğlu.- Bakı: Elm, 2003.- 276 s.
Kitabın “Tənqid və ədəbiyyatşünaslıq” (qısa xülasə) bölmə-
sində F.B.Köçərli haqqında qısa məlumat verilmişdir [S.101-
295. Məhəmmədqızı, A. Bərdə /Afərim Məhəmmədqızı,
Ş.Çərkəzoğlu; red. Ə.Əlisəfaoğlu.- Bakı: Araz, 2003.- 263 s.
Kitabda F.B.Köçərli haqqında avtobioqrafik məlumat verilir
296. Əhmədov, T. XX əsr Azərbaycan yazıçıları: ensiklope-
dik məlumat kitabı /Teymur Əhmədov; red. N.Rüstəmli.- Bakı:
Nurlan, 2004.- 984 s.
Ensiklopedik məlumat kitabında Firidun bəy Köçərli haqqın-
da qısa məlumat verilmişdir [S.329].
297. Hacıyev, A. Azərbaycan uşaq ədəbiyyatı tarixi: dərslik
/Aydın Hacıyev; elmi red. Soltan Hüseynoğlu.- Bakı: Təhsil,
Kitabda Firidun bəy Köçərli yaradıcılığına geniş yer veril-
298. Kəngərli, A. İsmayıl bəy Qasprinski: monoqrafiya /Ay-
bəniz Kəngərli; elmi red. B.Həqqi.- Bakı: Nurlan, 2004.- 283 s.
Kitabda Firidun bəy Köçərlinin Qasprinski haqqında məqalə-
sindən söhbət açılır [S.72].
299. Qəniyev, T. Azərbaycan folklorşünasları /Tarıyel Qəni-
yev; elmi red. P.Əfəndiyev; AMEA, Folklor İnstitutu.- Bakı:
Nurlan, 2004.- H.I.- 148 s.
Kitabda F.B.Köçərli haqqında məlumat verilmişdir [S.13-
300. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917)
/Mir Cəlal; elmi red. və çapa haz. T.Mütəllimov.- Bakı: Ziya-
Nurlan, 2004.- 390 s.
Kitabın “Firidun bəy Köçərli” bölməsi ədibin maarifçilik
fəaliyyətindən bəhs edilir[S.211-219].
301. Köçərli Firidun bəy Əhməd Ağa oğlu /Azərbaycan
Xalq Cümhuriyyəti: ensiklopediya. 2 cilddə.- Bakı: “Lider” nəş-
riyyatı, 2005.- C.2.- S.84-85.
302. Qəhrəmanova, A. Azərbaycan Demokratik Respublika-
sında xalq maarifinin təşkili yolları /Aytən Qəhrəmanova.- Bakı:
Oka Ofset Azərbaycan-Türkiyə Nəşriyyat-Poliqrafiya Şirkəti,
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
lərinin ilk qurultayında iştirakından söhbət açılır [S.55-58].
303. Qəmbərqızı, R. Firidun bəy Köçərli və onun “Azərbay-
can ədəbiyyatı” əsəri /Ruqiyyə Qəmbərqızı //F.Köçərli. Azərbay-
can ədəbiyyatı: 2 cilddə.- Bakı: Avrasiya press, 2005.- C.I.- S.4-40.
304. Əhmədov, H. XIX əsr Azərbaycan məktəbi /Hüseyn
Əhmədov; elm red.: Əjdər Ağayev, Alxan Bayramoğlu.- Bakı:
Təhsil, 2009.- 580 s.
Kitabda Azərbaycan təhsilinin inkişafında Firidun bəy
Köçərlinin rolundan və fəaliyyətindən geniş bəhs olunur.
305. Məmmədov, X. XX əsr Azərbaycan ədəbiyyatı /Xeyrul-
la Məmmədov.- Bakı: CBS mətbəəsi, 2006.- 212 s. Kitabın “Ədə-
biyyat” bölməsində F.B.Köçərlinin yaradıcılığından bəhs edilir
306. Yusifoğlu, R. Uşaq ədəbiyyatı: dərs vəsaiti /Rafiq
Yusifoğlu.- Bakı: Təhsil, 2006.- 267 s.
Dərsliyin “XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyya-
tı” bölməsində F.B.Köçərlinin fəaliyyətindən bəhs edilir.
307. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan
/“Azərbaycan Milli Ensiklopediyası” elmi mərkəzi.- Bakı, 2007.-
Kitabın “Ədəbiyyatşünaslıq” bölməsində Firidun bəy Köçər-
linin “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabı haqqında
308. Cəfərov, T. Məktəblinin ədəbiyyat lüğəti /T.Cəfərov.-
Bakı: Ayna Mətbu Evi, 2007.- 220 s.
Kitabda F.Köçərli haqqında qısa məlumat verilir [S.96-97].
309. Çernyayevski, A.O. Vətən dili /tərt. ed., translit. və giriş
məqaləsi H.Əhmədov; ön söz V.M.Məmmədəliyev.- Bakı: ABU,
Kitabda dərsliyin tərtibində F.Köçərlinin rolundan bəhs olunur.
310. Nazir, A. Millətə xitab /A.Nazir; tərt. ed., ön söz və
şərhlərin müəl. Şəmistan Nəzirli, red. A.Ramazanov.- Bakı: Şir-
vannəşr, 2007.- 168 s.
Müəllifin “Xöştəb nazir” adlı ön sözündə F.B.Köçərlinin
A.Nazir haqqında fikirləri verilmişdir [S.3-19].
311. Üzeyir Hacıbəyov ensiklopediyası.- Bakı: Şərq-Qərb,
Kitabda F.Köçərli haqqında məlumat öz əksini tapmışdır
312. Bəşirov, V. Azərbaycan pedaqoji fikrində milli tərəqqi
ideyaları: (XIX əsrin sonu XX əsrin əvvəlləri): monoqrafiya
/Bəşirov Vidadi.- Bakı: Oka-Ofset, 2008.- 226 s.
Kitabın “İctimai, mütərəqqi meyllərin yayılmasında vətən-
pərvərlik tərbiyəsinin yeri” bölməsində F.Köçərli haqqında danı-
313. Əliyev, H. Qazax müəllimlər seminariyasının yaradıl-
masının 80 illik yubileyinə həsr olunmuş ümumrespublika Elmi-
praktiki konfransın iştirakçılarına /Heydər Əliyev //Heydər
Əliyev. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar,
müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar.- Bakı:
Azərnəşr, 2008.- C.24.- S.115-116.
314. Süleymanlı, Ş. Azərbaycan ədəbiyyatı ensiklopediyası
(ən qədim dövrlərdən 1920-ci ilədək) /Ş.Süleymanlı.- Bakı: Nağıl
Ensiklopediyada Firidun bəy Köçərli haqqında geniş məlu-
mat verilmişdir [S.241-251]
315. Əsgərli, F. Azərbaycan uşaq ədəbiyyatının mərhələli in-
kişafı /Füzuli Əsgərli; elmi red. Zahid Xəlil.- Bakı: ADPU
nəşriyyatı, 2009.- 435s.
Kitabın “Milli uşaq ədəbiyyatımızın təşəkkülü və maarifçilik
dövrü inkişafı” bölməsində F.B.Köçərlinin öz dövrünün uşaq
ədəbiyyatı haqqında fikirləri verilmişdir.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
316. Nəbiyev, B. Əziz və mübarək kitab /Bəkir Nəbiyev. Se-
çilmiş əsərləri: 5 cilddə.- Bakı: Çinar-Çap, 2009.- C.I.- S.195-
317. Nəbiyev, B. Seçilmiş əsərləri: 5 cilddə /Bəkir Nəbiyev.-
Bakı: Çinar-Çap, 2009.- Cild I: Klassikləri oxuyarkən.- 492 s.
Kitabda F.Köçərliyə həsr edilmış “Mənalı ömürdən səhifə-
lər” adlı monoqrafiya verilmişdir [S.21-37].
318. Salamoğlu, T. Tarixi və çağdaş ədəbi prosesə dair araş-
dırmalar /Təyyar Salamoğlu.- Bakı: EL nəşriyyat və poliqrafiya
şirkəti MMC, 2009.- 216 s.
Kitabda “F.Köçərli və XIX əsrin sonu, XX əsrin əvvəllərində
ədəbi proses” başlıqlı məqalə verilmişdir [S.108-130].
319. Sultanlı, V. Azərbaycan ədəbi tənqidi /Vaqif Sultanlı.-
Bakı: Azərnəşr, 2009.- 202 s.
Kitabda F.Köçərlinin ədəbi-tənqidi fəaliyyətindən bəhs edilir
320. Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə /AMEA, Niza-
mi ad. Ədəbiyyat İn-tu; baş red. şurası M.Kərimov (sədr);red.
hey.: Bəkir Nəbiyev, və b..- Bakı: Elm, 2011.- C.4.- 856 s.
Kitabın “XIX əsrin II yarısında ədəbiyyat” bölməsində Firi-
dun bəy Köçərlinin əsərinə istinadlar verilib [S.253-594].
321. Mərdanov, M. Azərbaycan təhsil tarixi /Misir Mərda-
nov; elmi red. F.Rüstəmov.- Bakı: “Təhsil” nəşriyyatı, 2011.-
Kitabda Firidun bəy Köçərli haqqında da məlumat verilir
322. Mustafayeva, X. Azərbaycan uşaq ədəbiyyatı /Xanım
Mustafayeva; elmi red. N.Şəmsizadə.- Bakı: Elm, 2011.- 290 s.
Kitabda “Firidun bəy Köçərli” adlı yazı verilmişdir [S.91-93].
323. Salamoğlu, T. Ədəbi tənqid tarixinə dair portret-oçerk-
lər /Təyyar Salmanoğlu; elmi red. H.Qasımov, Z.Əsgərli; Azər-
baycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Peda-
qoji İn-ti.- Bakı: “EL” nəşriyyatı, 2011.- 262 s.
Kitabda “F.B.Köçərli” başlıqlı məqalə verilmişdir [S.29-52].
324. Yaqublu, N. “Kaspi” qəzetinin yaranması və fəaliyyəti:
Kaspi qəzetinin 130 illiyinə /Nəsiman Yaqublu.- Bakı: Qanun
Nəşriyyatı, 2011.- 211 s.
Kitabda Firidun bəy Köçərli haqqında da məlumat verilmiş-
325. Zeynalov, Ə. İrəvan məktəbləri /Əsgər Zeynalov; red.
T.Əhmədov.- Bakı: Mütərcim, 2011.- 53 s.
Kitabda F.Köçərlinin İrəvanda pedaqoji fəaliyyəti işıqlandırı-
326. Rəsulzadə, M.Ə. Əsərləri /Məmməd Əmin Rəsulzadə;
red. Ş.Hüseynov.- Bakı: Elm, 2012.- C.III: (1915-1916).- 596 s.
Kitabda F.B.Köçərlinin məktubuna aid məqalə verilmişdir
327. Şıxəliyev, H. Bir daha erməni riyakarlığı haqqında /Hacı
Həmdulla Şıxəliyev.- Bakı: MTR Group, 2012.- Hissə 1.- 256 s.
Kitabda Firidun bəy Köçərli haqqında da məlumat verilmiş-
328. Çingizoğlu, Ə. Qarabağda maarif (1750-1950): tarixi
ensiklopedik tədqiqat /Ə.Çingizoğlu.- Bakı: Zərdabi LTD, 2013.-
Kitabda Firidun bəy Köçərli haqqında geniş məlumat veril-
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
Məcmuələrdə və dövri mətbuatda
dərc olunan məqalələr
329. Əfəndiyev, R. Azərbaycan türklərinin ədəbiyyatı /Rəşid
bəy Əfəndiyev //Şərqi-Rus.-1903.- №89.- 29 oktyabr.
330. Əfəndiyev, R. Azərbaycan ədəbiyyatı /Rəşid bəy Əfən-
diyev //Tərcüman.-1903.- №45.- 17 noyabr.
331. Nərimanov, N. Qori Seminariyası nərədə olmalı /Nəri-
man Nərimanov //Həyat.- 1906.- №131.
332. Sultanov, E. Dilicandan: [F.Köçərlinin “Azərbaycan
türklərinin ədəbiyyatı” kitabı haqqında] /Eynəli bəy Sultanov
//Tərəqqi.-1908.- №30.- 14 avqust.
333. Kazımoğlu, S.H. Balalara hədiyyə, yaxud Qafqazda
birinci kitab: [F.Köçərlinin eyniadlı kitabı haqqında resenziya]
/Seyid Hüseyn Kazımoğlu //İqbal.- 1913.- №366.- 23 may.
334. Şaiq, A. Dilimiz və ədəbiyyatımız /Abdulla Şaiq
//İqbal.- 1913.- №482,485.- 18,21 oktyabr.
335. Səhhət, A. Bəradərim Firidun bəy Köçərli cənablarına
/Abbas Səhhət //İqbal.- 1914.- 13 mart.
336. Qafqasiya türk ədəbiyyatı tarixi: [F.Köçərlinin eyni-
adlı kitabının “Nicat” cəmiyyəti tərəfindən nəşr ediləcəyi barədə
xəbər verilir] //İqbal.- 1915.- №920.- 23 aprel.
337. Nərimanov, N. Hifzi-səhhət: [məqalədə Nəriman Nəri-
manovun “Nadanlıq” pyesi haqqında Firidun bəy Köçərlinin rəyi
getmişdir] /Nəriman Nərimanov //Yeni İqbal.- 1916.- 11 yanvar.
338. Rəsulzadə, M.Ə. F.B.Köçərli məktubuna aid /Məmməd
Əmin Rəsulzadə //Açıq söz.- 1916.- 23 sentyabr.
339. Səhhət, A. Məktəblərdə ana dili /Abbas Səhhət //Açıq
söz.- 1916.- №117.- 22 fevral.
340. Məhəmmədəminoğlu, S. Mühakimətül-lüğəteyn [F.Kö-
çərlinin kitabı haqqında] /S.Məhəmmədəminoğlu //Açıq söz.-
1917.- №502.- 20 iyun.
341. Vəzirov, Y. Milli və mədəni işlərimiz: [F.Köçərlinin
əsərləri haqqında] /Yusif Vəzirov //Azərbaycan.-1919.- №241.- 5
342. Qəmküsar, Ə. Azərbaycan tarixi-ədəbiyyatını toz-
torpaq basmaqdadır: [F.Köçərlinin kitabı haqqında] /Əliqulu
Qəmküsar //Gələcək.-1919.- №4.- 31 yanvar.
343. Cabbarlı, C. Azərbaycan türk ədəbiyyatının son vəziy-
yəti /Cəfər Cabbarlı //Kommunist.- 1924.- 1 may.
344. Hüseynzadə, M. Azərbaycan ədəbiyyatı tarixi material-
ları: [F.Köçərlinin eyniadlı əsəri haqqında resenziya]
/M.Hüseynzadə //Yeni Məktəb.- 1926.- №5,6, may-iyun.
345. Hüseynzadə, M. Azərbaycan ədəbiyyatı tarixi material-
ları: [F.Köçərlinin eyniadlı əsəri haqqında resenziya] /M.Hüseyn-
zadə //Yeni fikir.- 1926.- №138.- 15 iyul.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
346. Quliyev, M. M.F.Axundovun yaradıcılığı: [məqalədə
M.F.Axundovun yaradıcılığının öyrənilməsində F.Köçərlinin
rolundan bəhs edilir] /Məmməd Quliyev //İnqilab və mədəniy-
347. Dəmirçizadə, Ə. Ədəbiyyat tarixi: [F.B.Köçərlinin
“Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabı haqqında]
/Əbdüləzəl Dəmirçizadə //Ədəbiyyat qəzeti.- 1944.- 18 may.
348. Həsənov, O. F.Köçərli gürcü ədəbiyyatı haqqında
/O.Həsənov //Kommunist.- 1946.- №41.- 24 fevral.
349. Tofiq, A. Şair və ədiblərimiz M.Ə.Sabir haqqında:
[Ə.Haqverdiyev, M.S.Ordubadi, A.Səhhət, A.Şaiq, F.B.Köçərli,
A.Tofiq] /A.Tofiq //Ədəbiyyat qəzeti.- 1947.- 31 may.
350. Şərif, Ə. Xalq müəllimi /Əziz Şərif //Azərbaycan.-
351. İbrahimov A, Ə. F.Köçərlinin üç məktubu haqqında
/A.Ə.İbrahimov //Ədəbiyyat və incəsənət.- 1957.- 27 iyul.
352. Araslı, H. Füzuli irsinin öyrənilməsi tarixindən: [məqa-
lədə Füzulinin lirikası haqqında Firidun bəy Köçərlinin fikri ve-
rilmişdir] /Həmid Araslı //Ədəbiyyat və incəsənət.- 1958.- 1 mart.
353. Cəfərov, M. Şair haqqında xatirələr: [məqalədə S.Vur-
ğunun F.B.Köçərli haqqında xatirələri verilmişdir] /Məhbub
Cəfərov //Ədəbiyyat və incəsənət.- 1958.- 24 may.
354. İbrahimov, M. Qardaşlıq diyarı: [məqalədə Firidun bəy
Köçərlinin İrəvan şəhərində pedaqoji fəaliyyətindən danışılır]
/Mirzə İbrahimov //Ədəbiyyat və incəsənət.- 1958.- 25 oktyabr.
355. Nəbiyev, B. Görkəmli ədəbiyyatşünas: [F.B.Köçərli haq-
qında] /Bəkir Nəbiyev //Azərbaycan.- 1958.- №11.- S.248-256.
356. Seyidov, Ə. C.Məmmədquluzadənin pedaqoji görüşləri:
[məqalədə Firidun bəy Köçərlinin də pedaqoji fikirlərindən söh-
bət açılır] /Ə.Seyidov //Azərbaycan məktəbi.- 1958.- №10.
357. Talıbzadə, K. F.Köçərli böyük ədib haqqında /K.Talıb-
zadə //Ədəbiyyat və incəsənət.- 1958.- 8 mart.
yeni sənədlər /K.Talıbzadə //Azərbaycan müəllimi.- 1958.- 30
359. Qasımov, M. F.Köçərli Qoqol haqqında /Muxtar
Qasımov //Ədəbiyyat və incəsənət.- 1959.- 4 aprel.
360. Nəbiyev, B. Dostluğumuzun tarixini vərəqlərkən: [mə-
qalədə Firidun bəy Köçərlinin Zaqafqaziya xalqları arasında dost-
luğundan bəhs olunur] /Bəkir Nəbiyev //Azərbaycan gəncləri.-
1959.- 29 aprel.- S.4.
361. Nəbiyev, B. Firidun bəy Köçərli xalq müəllimi haqqında
/Bəkir Nəbiyev //Azərbaycan müəllimi.- 1959.- 7 may.
362. Nəbiyev, B. Firidun bəy Köçərlinin pedaqoji görüşləri
/Bəkir Nəbiyev //Azərbaycan məktəbi.- 1959.- 7 may.- №6.
363. Nəbiyev, F. Firidun bəy Köçərli və rus ədəbiyyatı
/F.Nəbiyev //ADU-nun Elmi əsərləri. Dil və ədəbiyyat seriyası.-
364. Sadıqzadə, F. Xətib Təbrizi: [Firidun bəy Köçərlinin
Xətib Təbrizinin ilk tədqiqatçısı olması haqqında] /F.Sadıqzadə
//Ədəbiyyat və incəsənət.- 1959.- 12 dekabr.
365. Cəmşidov, Ş. Firidun bəy Köçərlinin arxivi /Ş.Cəmşi-
dov //Kirovabad Kommunisti.- 1960.- 1 noyabr.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
366. Nəbiyev B. F.Köçərlinin tənqidçilik fəaliyyətinə dair
/B.Nəbiyev //Azərbaycan SSR EA-nın xəbərləri. İctimai elmlər
seriyası.- 1962.- №2.- S.637.
367. Ağayev, İ. F.Köçərlinin “Seçilmiş əsərləri” /İslam
Ağayev //Bakı.- 1963.- 19 aprel.
368. Cümşüdlü, H. Nişan üzüyü: [Azərbaycanda ilk uşaq ev-
lərində çalışmış Badisəba xanım Köçərliyə həsr edilmiş hekayə]
/H.Cümşüdlü //Azərbaycan qadını.- 1963.- №3.- S.14-15.
369. Əhmədov, T. F.Köçərlinin “Seçilmiş əsərləri” /Teymur
Əhmədov //Sovet Ermənistanı.- 1963.- 27 iyun.
370. Əlimirzəyev, X. “Firidun bəy Köçərli”: [B.Nəbiyevin
eyni adlı monoqrafiya haqqında] /Xalid Əlimirzəyev //Azərbay-
can.- 1964.- №6.- S.209-211.
371. Qasımzadə, F. Dəyərli monoqrafiya: [Bəkir Nəbiyevin
“Firidun bəy Köçərli” adlı monoqrafiyası haqqında] /Feyzulla
Qasımzadə //Kommunist.- 1964.- 2 fevral.
372. Məlikova, S. Azərbaycan yazıçılarının xatirə şeyləri:
[M.F.Axundov, C.Məmmədquluzadə, F.Köçərlinin] /Solmaz
Məlikova //Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin
Əsərləri.- 1964.- C.II.- S.89-97.
373. Məmmədov, X. Ədəbiyyatşünas haqqında monoqrafiya:
[B.Nəbiyevin “Firidun bəy Köçərli” monoqrafiyası haqqında]
/Xeyrulla Məmmədov //Ədəbiyyat və incəsənət.- 1964.- 18 aprel.
374. Məmmədov, N. Görkəmli ədəbiyyatşünas haqqında ilk
monoqrafiya: [B.Nəbiyevin “Firidun bəy Köçərli” adlı monoq-
rafiyası haqqında] /Nadir Məmmədov //Azərbaycan gəncləri.-
375. Novruzov, Ş. Bir imzanın tarixi: [F.B.Köçərlinin “Allah
bəndəsi” imzası ilə publisistik fəaliyyəti haqqında] /Ş.Novruzov
//Ədəbiyyat və incəsənət.- 1964.- 15 avqust.
376. Rəhimov, S. Tənqidçi məsuliyyəti: [məqalədə F.B.Kö-
çərlinin digər xalqların ədəbiyyatına münasibəti verilmişdir]
/Süleyman Rəhimov //Bakı.- 1964.- 27 iyun.
377. Seyidov, Ə. F.B.Köçərlinin pedaqoji görüşləri: /Ə.Seyi-
dov //Azərbaycan məktəbi.-1963.- №29.- S.22-30.
378. Zamanov, A. “Firidun bəy Köçərli” monoqrafiyası haq-
qında: Tənqid və biblioqrafiya /A.Zamanov //Azərbaycan SSR
EA-nınXəbərləri. İctimai elmlər seriyası.- 1964.- №1.- S.125-127.
379. Cümşüdlü, H. Badisəba: [Firidun bəy Köçərli haqqında
sənədli povest] /Həcağa Cümşüdlü //Azərbaycan.- 1965.- №1.-
S.130-152; №2.- S.23-52.
380. Göyüşov, Z. “Təlimati-Sokrat” əsəri haqqında: [Firidun
bəy Köçərlinin eyniadlı tərcüməsi haqqında] /Ziyəddin Göyüşov
//Bakı.- 1965.- 11 mart.
381. Qurbanov, Ş. XX əsr tənqidimiz: [məqalədə F.B.Köçər-
linin tərcüməçilik fəaliyyətindən də bəhs edilir] /Şıxəli Qurbanov
//Ədəbiyyat və incəsənət.- 1966.- 25 iyun.
382. Şükürov, S. Köçərlinin seminariya illəri /Sadıq Şükürov
//Bakı.- 1966.- 12 fevral.
383. Bayramov, F. Firidun bəy Köçərlinin biblioqrafik fəa-
liyyəti: [klassik irsimizi öyrənirik] /Fərman Bayramov //Ədəbiy-
yat və İncəsənət.- 1967.- 14 oktyabr.- S.8.
384. Əlimirzəyev, X. Firidun bəy Köçərlinin ədəbi-tənqidi
görüşləri /Xalid Əlimirzəyev //Kirov adına ADU-nun Elmi Əsər-
ləri. Dil və ədəbiyyat ser.- 1967.- №1.- S.18-25.
385. Əzimova, S. Firidun bəy Köçərlinin həyatı və pedaqoji
fəaliyyəti haqqında /S.Əzimova //V.İ.Lenin adına ADPİ-nin Elmi
Əsərləri.- 1967.- ser. VI.- noyabr-dekabr.- S.24-32.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
386. Talıbzadə, K. Firidun bəy Köçərlinin Abdulla Şaiqə
məktubları /Kamal Talıbzadə //Azərbaycan.- 1967.- №6.- S.165-
387. Bəktaşi, İ. Firidun bəy Köçərli demokrat mətbuat uğrun-
da /İnayət Bəktaşi //ADU-nun Elmi Əsərləri. Dil və ədəbiyyat
seriyası.- 1968.- №5.- S.19-26.
388. Bəktaşi, İ. Firidun bəy Köçərli və “Molla Nəsrəddin”
/İnayət Bəktaşi //ADU-nun Elmi Əsərləri. Dil və ədəbiyyat
seriyası.- 1968.- №3.- S.45-56.
389. Məmmədov, X. Firidun bəy Köçərli nə vaxt inspektor
olmuşdur? /Xeyrulla Məmmədov //Ulduz.- 1968.- №12.- S.44-48.
390. Seyidov, Ə. Azərbaycanın görkəmli pedaqoqu Firidun
bəy Köçərli tərbiyənin amilləri haqqında /Ə.Seyidov //V.İ.Lenin
adına ADPİ-nin Əsərləri.- 1968.- ser. XI.- №4.- S.3-11.
391. Bəktaşi, İ. F.Köçərli ədəbi-bədii dil haqqında /İnayət
Bəktaşi //S.M.Kirov adına ADU-nun Elmi Əsərləri. Dil və
ədəbiyyat seriyası.- 1969.- №5-6.- S.9-17.
392. Əzimova, S. Firidun bəy Köçərli ana dili və onun tədrisi
haqqında /S.Əzimova //Azəri dili və ədəbiyyat tədrisi: metodik
məqalələr məcmuəsi.- 1969.- bur. 3.- S.51-58.
393. Əzimova, S. Firidun bəy Köçərlinin publisist fəaliyyəti
haqqında /S.Əzimova //Azəri dili və ədəbiyyat tədrisi: metodik
məqalələr məcmuəsi.- 1969.- bur.1.- S.80-85.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Rafiq YUSİFOĞLU.Həyatı və Yaradcılığı
Əliyev Rafiq Yusif oğlu (Rafiq Yusifoğlu) (d.2 yanvar 1950) – şair, yazıçı, tənqidçi, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. mükafatların laureatı.
Rafiq Yusifoğlu 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir (1966). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.
Yurdum-yuvam. Bakı: Gənclik, 1983, 72 səh.
Ətirli düymələr. Bakı: Gənclik, 1986, 88 səh.
Ocaq yeri. Bakı: Yazıçı, 1989
Aylı cığır. Bakı: Gənclik, 1992
Qəm karvanı. Bakı: Sumqayıt, 1997
Həsrət köçü. Bakı: Sumqayıt, 1998
Сладкий дождь (rus dilində). Bakı: Şuşa, 1998
Dünya xalqlarının nağılları. Bakı: Azərbaycan, 1998
Azərbaycan poeması: axtarışlar və perspektivlər. Bakı: Elm, 1998
Xatirə kəcavəsi. Bakı: Elm, 1999
Bahar qatarı. Bakı: Azərbaycan, 1999
Kitabi-Dədə Qorqud. Bakı: İşıq, 1999
Böyük arzuya gedən yol. Bakı: Azərbaycan, 2000
Möcüzəli xəzinə. Bakı: Azərbaycan, 2000
Təzə sevdalara doğru. Bakı: Şuşa, 2000
Çiçək yağışı. Bakı: Şuşa, 2000
Ədəbiyyatşünaslığın əsasları. Bakı: Sabah, 2001
Söz çəməni. Bakı: Azərbaycan, 2002
Uşaq ədəbiyyatı. Bakı: Təhsil, 2002
Ayrılığın qəm hasarı. Bakı: Təhsil, 2002
Günlərimiz, aylarımız. Bakı: Azərbaycan, 2003
Bir sevdalı ürəyim var. Bakı: Çaşığolu, 2003
Ədalətli hakim. Bakı: Azərbaycan, 2004
Şirin yuva. Bakı: Azərbaycan, 2004
Müasir ədəbi proses və ədəbi tənqid. Bakı: Çaşıoğlu, 2004
Min dovşan otaran çoban. Bakı: Azərbaycan, 2005
Zamanın qatarı. Bakı: Azərbaycan, 2005
Həsrət sazağı. Bakı: Şivannəşr, 2005
Ədəbiyyatşünaslığın əsasları. Bakı: Şivannəşr, 2005
Dəniz səviyyəsi. Bakı: Şivannəşr, 2005
Meymunlar ölkəsi. Bakı: Azərbaycan, 2006
Yollar. Bakı: Azərbaycan, 2006
Uşaq ədəbiyyatı. Bakı: Şivannəşr, 2006
Daha uşaq deyiləm. Bakı: Şivannəşr, 2006
Sevdalı sabahlar. Bakı: Şivannəşr, 2007
Namusu qoru. Bakı: Azərbaycan, 2007
Ana dilim. Bakı: Azərbaycan, 2007
Tanrının ömür payı. “Sumqayıt” nəşriyyatı, 2007
İlahi qazlar. Bakı: Azərbaycan, 2008
Sehrli üzük. Bakı: Azərbaycan, 2008
Ana dili (Əlifba, oxu). Ümumtəhsil məktəblərinin birinci sinifləri üçün dərslik. Bakı: Çaşıoğlu, 2008
Eşqin qarlı yollarında. Bakı: ADPU, 2008
Dəniz, sən və mən. Bakı: ADPU, 2009
Qızıl balıq (tərcümələr). Bakı: Lider-press, 2009
Ulu yurd yerlərimiz (məqalələr). Bakı: Lider-press, 2009
Azərbaycan dili 2. Bakı: Çaşıoğlu, 2009
Möcüzəli ağac (tərcümələr). Bakı: Azərbaycan, 2010
Elm və helm (hekayələr və nağıllar). Bakı: Azərbaycan, 2010
Qoruq və yasaqlıqlarımız (məqalələr). BAkı: Azərbaycan, 2010
Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri. Bakı: ADPU, 2010
TANRIM İLƏ ÜZ-ÜZƏ
Allahım,
çaya axma desən,
axarmı?
Şimşəyə çaxma desən,
çaxarmı?
Gözlərə baxma desən,
baxarmı?
Həvva nənəmizin
bir günahından ötrü
Adəm babamıza
bu zülmləri vermisən,
– Kişi də
arvad sözünə baxarmı?
Səni unutduğumuz üçün
Köksümüzdə həmişə
dağ olur, Allahım!
Bəlkə də elə ona görə
övladlarımız üzümüzə
ağ olur, Allahım?!
Allahım!
Sənin ürəyin,
sənin səbrin böyük…
Bizim ruhumuza
od ələmisən.
Qəlbimizi
elə yaratmısan ki,
ləzzət çəkməyə aludəyik, –
Bəs onu bizə
niyə qadağan eləmisən?
Açılan gül gözəl idisə,
sənin əmrinlə
niyə solurdu ki?!
Ləzzətin
nə demək olduğunu bilməyəni
elə daş, torpaq yaratsaydın,
nə olurdu ki?!
Bu qədər
haqsızlıq olar?! –
Bəbəklərimdə
şimşəklər çaxır.
Ancaq özümə təskinlik verirəm:
Allah təkcə mənim
Allahım deyil,
mənə kələk gələnlərin də
Allahıdı axı?!
Mən bu ölümlə
əvvəl-axır
barışmalıyam. –
Ancaq…
Yaratdığını
niyə öldürürsən? –
Ulu Tanrıdan
soruşmalıyam…
Həvva nənə!
Nəfsini saxlayıb,
buğda yeməsəydin,
indi Cənnətdə yaşayırdıq
hamımız.
Gözümüzdə qalmazdı
bu qədər
arzu-kamımız.
Buğda nədir ki,
indi sənin nəvə-nəticən
torpaq, daş yeyir.
Bir az artıq qazansın deyə
uf demədən
baş yeyir…
Elələri də var ki,
bir tikə buğda çörəyindən ötrü
dili qısa olub.
Haqqa, ədalətə
qahmar çıxmaq
onun üçün yasaq olub.
Bir buğdadan ötrü
bir nəsli cənnətdən
qovdurdun,
Həvva nənəmiz!
Belə getsə,
başımıza gələcək hava,
nənəmiz!
Nə qədər
Allaha yalvarsaq da,
nə qədər
getsək də minnətə,
yolumuz bir də düşəcəkmi
Cənnətə?
Həvva nənə!
Buğdanı yeyəndən sonra
sevişmək yamanca gəldi
xoşuna.
Bu nə oyun idi açdın
Adəm babamızın
başına?!
Bəlkə də sən haqlısan, –
Şükür eləməliyik
Allahın verdiyi paya.
Bəlkə də
buğda yeyib
yaratmaq eşqinə
düşməsəydin,
biz də gəlməzdik
dünyaya…
Həvva nənə!
Səni sevgi sevincindən
daşındıra bilmədi
nə mələklər,
nə içindən çaylar axan
Cənnət bağı.
Bir də ki,
oğul-uşaqsız,
nəvə-nəticəsiz
nə Cənnət axı?!
DİKTOFONA DEYİLƏN ŞEİR
Ayağımın altında
bəmbəyaz qar xırtıldayır,
Şaxta üzümdən,
yanaqlarımdan öpür…
Allahım elə bil
göylərdən başıma
noğul səpir…
Başımın üstündə
quşlar bəxtiyarlıqla ötür,
Ayaqlarım dovşanların
ləpirini örtür. –
Ovçulardan gizlədikcə
onların izini,
bəxtəvərlər bəxtəvəri
sanıram özümü…
Dinləyirəm həmişə
ürəyimin sözünü, –
O ürəyə görə
çox sağ ol, Allahım!
Sağ ol ki,
qəlbimdəki arzu güllərini
dərmisən.
Çox sağ ol ki,
bu ürəyi
mənə vermisən…
Gözəlliyə gedən yolu
biganələr üçün
bağlamısan.
Çox sağ ol ki,
quşların dimdiyindən
mənə həmərsin,
quşarmudu,
əzgil payı
saxlamısan…
Zirvəyə dırmanıb
yorulmuşam,
indi nəfəs dərirəm.
Yazda çiçəklərini
öpüb qoxladığım
həmərsinlərin
indi meyvəsini dərirəm…
Əlimə sancılsa da,
bu yerlərin tikanı,
ürəyimə necə doğmadı,
Allahım,
gözəlliklər məkanı….
Həmərsinlər budaqda
qırmızı işıq kimi yanır. –
Qarlı düzlərlə getdikcə
elə bil məni çağırır:
hara gedirsən,
dayan! – deyir.
Aç gözünü xabi-qəflətdən,
oyan! – deyir.
Allahın nuruna
boyan! – deyir.
Kollar ətəyimdən yapışıb,
getmə, dayan! – deyir.
Tanrının hikmətləri
olmadımı sənə əyan? – deyir…
…Bu dünyadan nə ürək,
nə də göz doyan deyil…
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
- 21 Mart-Novruz bayramıdı!
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Təqvim
| BE | ÇA | Ç | CA | C | Ş | B |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
- 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
- Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
- Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
- Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
- Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
- Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
- Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
- Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
- Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
- Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
- Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
- Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
- Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
- Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023
Comments are closed, but trackbacks and pingbacks are open.