Press "Enter" to skip to content

İşığa can atan durna qatarı – Zahid XƏLİL yazır

Bir yoluq sərçəyə tay eləməyin!

Kitab

Bugünkü önəmli gündə sevgilisinin gözündə dəyərinin artmasını istəyən sevgilisinə kitab buketi alsın. Kimlərsə razılaşmaya bilər, ancaq kitab buketi məncə bir ilkdir! Kitabın ilk çap versiyasıdır. Yepyenidi və

Sizde bizi secerek oz hediyyenizle secilin. Daha cox mehsullarla taniw olmaq ucun bize donuw edin Malın növü: Kitablar Çatdırılma?: Bəli

İkinci əl kitablar və jurnallar satıram. Əla vəziyyətdədi. Öz şəxsi kitabxanama məxsusdu. Qoymət razılaşma yolu ilə

Hayvan Mezarlığı. İstifadə olunmayıb, öz qiyməti 14-15m. Qiymət aşağı salına bilər.

18 ədəd kitab satılır, aralarında 70-80-90cı illərə aid: Əli Kərim, Şah İsmayıl Xətai, Vaqif, İmadəddin Nəsimi, Məhəmmədhüseyn Şəhriyar, Walter Scott, Azərbaycan ədəbiyyatının seçilmiş qəzəlləri və s. kitablar var.

Burda YOS hazirligi ucun təməl ve imtahan tipli suallarin oldugu kitablardir. Bu kitablarla asanliqla qaydalari yadda saxlayib, daha cətin suallari asanliqla hell eleye bileceksiniz. Bu kitablar ile qizim Ankara Diş

Biologiya 1 hissse test ətraflı məlumat üçün nömrə ilə əlaqə saxlayın.

Mohtewem namaz setimiz. Sete daxildir qutu, Quran, seccade, tebseh, mohur, zikrimatik.werf Mehsul yalniz bize mexsusdur icazesiz goturene halalliq edilmir Malın növü: Digər Çatdırılma?: Bəli

Мировой бестселлер! Вся легендарная вселенная DC Comics под одной обложкой! Это уникальное издание впервые предоставит российским читателям возможность подробнейше погрузиться в невероятную реальность культовых героев и

Pisxoloji kitablar insanin ozunu tanimasi haqqinda

Akuşerstva və Ginekologiya. Təzədir 2 si bir yerdə 50 azn. Baha alınıb. Malın növü: Kitablar

Раритетный самоучитель по самбо Того самого Харлампиева Malın növü: Kitablar

Yenidir. Dubayda alinib. Yoga heveskari ve ingilis dilini orta seviyyede bilenler ucun gozel hediyye ola biler. Yoga kitabi ingilis dilinde Malın növü: Kitablar Çatdırılma?: Bəli

Добрый день.меня зовут Эльнара . Продаю книги по всеобщей истории и истории Азербайджана.книги в отличном состоянии. Звоните по указанному номеру ниже. Malın növü: Kitablar

Məlumatlar

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 TEZBAZAR.AZ | info [@] tezbazar.az | Bizimlə əlaqə

İşığa can atan durna qatarı – Zahid XƏLİL yazır

Uzun illərdən bəri tanıdığım şair Rafiq Yusifoğlunun poeziyasını bircə cümlə ilə belə ifadə etmək olar: Bu şeirlər işığa can atan durna qatarına bənzəyir. Və bu qatar yarım əsrdən çoxdur ki, poeziya səmasında yorulmadan qanad çalır, sərhəd tanımır, ölkədən-ölkəyə, ürəkdən-ürəyə uçur. Dünyanın çox ölkələrini gəzib-dolaşması, çoxlu bədii, elmi-fəlsəfi əsərlər oxuması, tədqiq və tərcümə etməsi həm onun əsərlərinin poetik xəritəsini əhəmiyyətli dərəcədə genişləndirmiş, həm də şeirlərinin fəlsəfi tutumunu, bədii dəyərini artıran vasitəyə çevrilmişdir. Onun şeirlərində təsvir olunan ən adi predmet, əşya belə, bədii obraz səviyyəsinə qaldırılır.

“Almır da vecinə çovğunu, çəni,

Vətəndə keçirir o, bütün qışı!” –

Bəsdir təriflədik bu boz sərçəni,

Bəsdir qoyduq onu durnaya qarşı.

. Sönməz bahar eşqi, axsa da qanı,

Onun zəhmətini zay eləməyin.

Döşü buludları yaran durnanı,

Bir yoluq sərçəyə tay eləməyin!

Rafiq Yusifoğlunun əsərlərini oxuyanda bu qənaətimiz bir daha möhkəmlənir ki, həqiqi poeziya təbiətin özü kimidir, daim işıq axtarır, xoşbəxtlikdən söhbət açır, sabahı, gələcəyi tərənnüm edir. O, insanı səciyyələndirəndə poetik fikrin mərkəzində ağıl, kamal, intellekt dayanır. Bu zaman daxili zənginliyi, ağılı, harmoniyanı başlıca meyara cevirir. Lakin işığı, harmoniyanı, xeyirxahlığı daha qabarıq göstərmək üçün poeziya öz əbədi qanunlarından kənara cıxmır. İşıq-qaranlıq, ağıl-nadanlıq, xeyirxahliq-bədxahlıq, harmoniya-xaos qarşılaşmalarından bəhrələnir.

Kiçikliyini dərk eləmək

Ədəbi təcrübəsinin 50, yaşının 70-ini qeyd edən Rafiq Yusifoğlu da poeziyanın bu dədə-baba qaydasını müqəddəs tutan şairlərdən biridir. O, ədəbiyyatın həqiqi mahiyyətini yaxşi dərk edir. Başa düşür ki, ədəbiyyat insanlığı kamilliyə aparan, həyatın sirlərini obrazlı dilin möcüzələri ilə təlqin edən xüsusi bir sənətdir. O, insana naqislikdən xilas olmağın yollarını göstərir.

Seldən maya tutan cayın

Dibinin daşı bilinməz.

Çox qədimdi, çox uludu

Dünyanın yaşı bilinməz.

Milyard illərin dünyası

Yaşıddı körpə uşaqla.

Milyard illərin dünyası

Yoğrulub nurla, işıqla!

Ruhani həyat axtarışı Şərq şeirinin ənənəsi kimi, Rafiq Yusifoğlunun poeziyasının da ana xəttini təşkil edir.

Hər açılan çiçək deyil,

Hər parıltı şimşək deyil,

“Qoca” köhnə demək deyil,

Dünya hər an təzələnir.

İnsan bu həyatın əbədi yolcusudur. Bir nəsli başqası əvəz edir. Bu əvəzetmə prosesi inkişaf qanunlarına tabedir. Buna görə də poeziya ümumi bir ideala doğru irəliləyən insanın inkişafındakı zərrələri, elementləri göstərmək bacarığına nail olanda müasirləşir, həqiqi qiymətini alır.

Ömrümüzdə öz yeri var bəyaz güllərin,

Hər ağ çiçək təbiətin bəyaz sözüdü.

Dümağ saçlar üstümüzdən ötən illərin

Başımızda, üzümüzdə ayaq izidi.

Böyümüşük, dünya bizə dardı elə bil,

Qəlbimizi gizildədən həsrət dağıdı.

Bəyaz saçlar zirvədəki qardı elə bil,

Bəyaz saçlar qocalığın ağ bayrağıdı.

Poeziya şairin dünya ilə söhbətidir. Bu söhbətin əsas mövzusu böyük idealların tərənnümü, fərdi maraqların, cılız xarakterlərin ifşasıdır. Bu prosesdə yaxşını pisdən secmək bacarığı qələm sahibinin istedadının səciyyəvi cəhətidir. Rafiq Yusifoğlun ictimai-siyasi mövzuda yazılan şeirlərinin əksəriyyətində bir fəlsəfi dərinlik, düşüncə bənzərsizliyi sezilməkdədir. Məsələn, şairin “Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı” deyiminə istinadən qoşma formasında yazdığı şeiri bu misralarla bitir:

Sayrışır gözümdə qəm fişəngləri,

Titrədir ruhumu əcəl zəngləri,

Sozalıb, tükənib ömrün rəngləri,

Qaramız burdadı, ağımız orda.

Elim didərgindi, dağılıb obam,

Dərdimi açmağa çətin dağ tapam,

İndi biz neyləyək, Füzuli babam? –

Dərdimiz burdadı, dağımız orda.

Ümumiyyətlə, Rafiq Yusifoğlunun şeirlərinin mövzu və problematikası zəngindir, düşündürücüdür. Onun Amerikaya, Dubaya, Türkiyəyə və b. ölkələrə çoxsaylı səyahətləri zamanı qələmə aldığı şeirlərdə hər şeydən əvvəl, vətənpərvər bir şairin bədii obrazı göz önündə canlanır.

vətənin bir parçasıyam,

Vətəndən əsən yellərə qoşulub,

quş kimi qanad açasıyam –

Qəlbimdə Vətən eşqi

Ən qeyd olunası cəhətlərdən biri də budur ki, Rafiq Yusifoğlunun şeirləri dil və ifadə, bədii sənətkarlıq baxımından da mükəmməldir. Sözsüz ki, bütün bunlar onun bir nəzəriyyəçi alim olmasından qaynaqlanır.

Bənövşə arzular boynu bükülü,

Nəfəsin ayrılıq küləyi olub.

O ötən ayların, illərin külü

Arzu közlərimin bələyi olub.

Gözümdə bir eşqin şimşəyi çaxar,

Göylər qəm yağışı tökər dünyaya.

O köz kül altından sıyrılıb çıxar,

O kül duman olub çökər dünyaya.

Ədəbiyyatın ictimai xarakteri – cəmiyyətə xidmət etmək borcu var. Bir ölkədə yaranan əsər başqa diyarların da sevimlisi ola bilər. Lakin bu o zaman baş verir ki, qələm sahibi bəşəriyyətin marağında olan mətləblərə toxunsun. Belə əsərlər gec-tez başqa dillərə çevrilir və yeni həyatını yaşayır. Belə əsərlərdən bir çoxunu dilimizə çevirən şair həm poeziyamızı zənginləşdirir, həm də dünyanın mütərəqqi fikirlərinin yayılmasına xidmət edir. Rafiq Yusifoğlu dünya poeziyasından Qarsia Lorka, Bayron, Li Bo, Du Fu (Çin), Çon Çxol (Koreya), alman şeirindən Peter Şyut, Hans-Yurgen Hayze, Ulla Han, Roza Auslender, rus poeziyasından Sergey Yesenin, Konstantin Simonov və b. şairlərin əsərlərini dilimizə uğurla çevirmişdir.

Rafiq Yusifoğlunun yaradıcılığının əsas hissəsini uşaq şeirləri təşkil edir. Bu janrda yazdığı əsərlərin mövzusu çox rəngarəngdir. Lakin Vətən sevgisi onların içərisində xüsusı yer tutur.

Hamı fərəhlə baxır

Gördüyüm bu mənzərə

Azərbaycan ordusunun Lələtəpədə qazandığı qələbəni şair özünəməxsus şəkildə ifadə edir. Bəzən bu sevgi adi həyati hadisələrdə verilir. Məsələn, harasa uzaqlara getməyə hazırlaşan baba dəniz sahilinə gəlir, sanki Xəzər dənizi ilə sağollaşır. Amma qoca göz yaşını saxlaya bilmir. Bu mənzərə nəvənin gözündən yayınmır:

Bulud kimi dolubdur

Yaşaran gözünə bax,

Təkcə biz yox, dəniz də

Şairin uşaq əsərlərində təbiətin tərənnümü xüsusi yer tutur. Güllərin, cicəklərin ətri, onların bitdiyi fəsil, meyvələrin səciyyəvi cəhətləri, əhəmiyyəti, ağacların xüsusiyyətləri və s. və s. onun əsərlərinin mövzusuna cevrilir.

Açılıb ağ çiçəklər.

Elə bil budaqlara

Qonub ağ kəpənəklər.

O zərif kəpənəklər

Birdən qanad açdılar

Hərəsi öz yerində

Meyvə qoyub uçdular.

Burada həmərsin kollarının ağ cicəkləri təkcə gözəl olduğuna görə deyil, xeyirxah olduqlarına – ucub gedərkən hərəsi ağacın başında bir meyvə qoyduqlarına görə tərənnüm olunur.

Şübhəsiz ki, uşaq ədəbiyyatının əsas vəzifələrindən biri uşağa obrazlı bir dillə təbiətin sirlərini öyrədə-öyrədə onlarda xeyirxah hisslər oyatmaq, vətənə, ata-anaya, doğma torpağa sevgi duyğularını gücləndirməkdir. Bu baxımdan Rafiq Yusifoğlunun şeirləri çox səciyyəvidir.

Çəmən ana hirsləndi

– Niyə könül verirdin

Bir sərsəri küləyə?!

Onun şeirlərində təkcə təbiət cisimlərinin yox, dünyaya, kainata maraqla baxan, onun sirlərini öyrənməyə çalışan uşağın bədii obrazı dayanır:

Baxmaqla doymaq olmaz

Bizim gözəl dünyaya.

Kaş bir nərdivan qoyub,

Qalxa biləydim Aya!

Onun parlaq üzünə,

Qulaq asa biləydim

Nağıllar Ay nurutək

Cəmiyyətin qanunauyğun inkişafını dəyişdirməyə haqqımız yoxdur. İnsan təbiətin bir hissəsidir. Hələ görən olmayıb ki, yazdan sonra qış, yaydan sonra yaz gəlsin. Təbiət öz qanunlarını qoruduğu halda, biz niyə onu pozmağa cəhd göstəririk? Körpə uşaqlığını da, gəncliyini də vaxtında keçirməli, elmi bilikləri də vaxtında almalıdır. Bunlar uşaq xoşbəxtliyinin atributlarıdır. Valideynin tələsməsi arzuolunmaz nəticələrə gətirib cıxara bilər. Rafiq Yusifoğlu isə bu mübahisələrə qoşulmadan uşağa həyatın sirlərini öyrətməkdə davam edir. “Meşədə yarış” şeirində olduğu kimi:

Meşədəki bu yarış

Bil ki, deyil havayı.

Ağac tez boy atmasa,

Əldən çıxar nur payı.

Hər biri çalışır ki,

Olsun bir az da uca.

Gəl-gəl deyən ağaca.

Rafiq Yusifoğlu təbiəti kitab kimi vərəqləyir. Hər bitkinin, ağacın, çiçəyin fərdi cəhətlərini mənalandırmaq üçün priyomlar axtarır. Şabalıd ağacının qoza bənzəyən qozalarını (qoz-qoza alliterasiya yaradır) uşağın gözü qarşısında canlandırmaq üçün kirpiyə bənzədir, tikanlarını isə onun silahı olduğunu deyir. Beləliklə, cansız qozanı canlı kimi təsvir etməyə nail olur. “Məhəbbət ağacı” şeirində də bu yolla gedir. Amma burda məhəbbətin möhkəmliyi anlayışını bir növ mücərrədlikdən cıxarıb əyaniləşdirir.

Rafiq Yusifoğlu bənzərsiz şəxsiyyət, bənzərsiz qələm sahibidir. Onun yaradıcılığı zəngin və çoxşaxəlidir. Bədii əsərləri səksəndən çox kitabda toplanıb. Onun nəsri də, publisistikası da diqqətəlayiqdir. Poeziya isə Rafiq Yusifoğlu yaradıcılığının şah damarıdır. “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Ocaq yeri”, “Aylı cığır”, “Qəm karvanı”, “Həsrət köçü”, “Təzə sevdalara doğru”, “Çiçək yağışı”, “Ayrılığın qəm hasarı”, “Həsrət sazağı”, “Sevdalı sabahlar”, “Eşqin qarlı yollarında”, “Dəniz, sən və mən”, “Arzular kəhkəşanı”, “Qızılı məktublar”, “Bulud fayton”, “Sabahın sorağında”, “Üçüncü qərinə”, “Nağıl qapısı”, “Sevdalı ömür yaşadım”, “Zamanın qatarı”,”Könül səltənətı” və sair kitabları geniş oxucu kütləsinə yaxşı tanışdır. Onun uşaq şeirlərində bir böyük müdrikliyi, böyüklər üçün şeirlərində isə bir uşaq səmimiyyəti, saflığı var. “Dəyirmanın nəğməsi” şeirində olduğu kimi:

Mən öpdüm, oxşadım arxı,

Dedim: – Boyun uzun olsun!

Köynəyimdən keçirtdim ki,

Dönüb mənim qızım olsun.

Sevdim, əzizlədim onu,

Heç məni salmadı saya.

Qovuşdu anası çaya.

Rafiq Yusifoğlu həm də tanınmış, nüfuzlu alimdir. Filologiya elmləri doktoru, professordur. Bir necə gənc alimin elmi rəhbəri, xeyli dissertasiya işinin opponenti, saysız-hesabsız əsərlərin rəyçisi olub. Dissertasiya şurasının üzvü kimi həmişə haqqın, ədalətin tərəfində dayanıb. Şeirlərində bir alim düşüncəsi, tədqiqatlarında isə şairanəlik özünü aydınca büruzə verir. Onun şairliyi elmi əsərlərinə, alimliyi isə şairliyinə yardımçı olub, yeni çalarlar gətirib. Müəllimliyi, naşirliyi də üstəlik. “Azərbaycan poeması: axtarışlar, perspektivlər”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri”, “Ədəbiyyatşünaslığın əsasları”, “Uşaq ədəbiyyatı”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri”, “Bədii söz – məna ocağının közləri” və s. kimi fundamental elmi əsərlərin müəllifidir.

Rafiq Yusifoğlu 70 yaşında da gənclik həvəsi ilə yazıb-yaradır. Sosial şəbəkələrdə şeirləri ilə fəal çıxış edir. Hər bir şeirini xüsusi tərtibatla təqdim etməsi göstərir ki, onun gənclik eşqi azalmayıb. 50 illik dostuma və qələm yoldaşıma uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ümid eləyirəm ki, onun durna qatarını xatırladan şeirləri işığa doğru uçuşlarını davam etdirəcəkdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Rafiq yusifoğlu ədəbiyyatşünaslığın əsasları

“Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” – Rafiq Yusifoğlu yaradıcılığının yeni bəhrəsi

Rafiq Yusifoğlu Azəbaycan milli poetik düşüncəsində özünəməxsus yeri olan şair olmaqla bərabər, həm də peşəkar ədəbiyyatşünas kimi ədəbi prosesi diqqətlə izləyərək bədii əsərlərin sənətkarlıq xüsusiyyətlərini ustalıqla, özünəməxsus tərzdə təhlil edən, dəyərləndirən, mətbuatda maraqlı yazıları ilə çıxış edən alimlərimizdəndir.

Ədəbi-bədii prosesə özünəməxsus tərzdə yanaşma və onu orijinal üslub fərdiliyi ilə seçilən elmi araşdırmalara cəlb etmək məharətini təmin edən isə Rafiq Yusifoğlunun şairliyidir. Bir tərəfdən poeziyanın inkişaf qanunauyğunluqlarını, kanonlarını mükəmməl bilməsi, poetik mətnə zərgər dəqiqliyi ilə qiymət verə bilmək bacarığı, digər tərəfdən poetik duyumu onun elmi araşdırmalarına da xüsusi bir ahəng, çalar verir.

Rafiq Yusifoğlunun ayrı-ayrı vaxtlarda nəşr olunub mütəxəssislərin, müəllim və tələbələrin istifadəsinə verilən “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı” dərslikləri, “Azərbaycan poeması: axtarışlar və perspektivlər”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” monoqrafiyaları onu deməyə əsas verir ki, Rafiq müəllim təkcə uşaqların və böyüklərin sevimli şairi deyil, eyni zamanda, həm ədəbi-elmi, həm də pedaqoji ictimaiyyətin nüfuzunu qazanan zəhmətkeş, bir alim və pedaqoqdur. Məhz buna görədir ki, Rafiq Yusifoğlu xeyli vaxtdır ölkəmizdəki mötəbər bir dissertasiya şurasının üzvüdür, gənc ədəbiyyatşünaslara elmi rəhbərlik, opponentlik missiyasını da ləyaqətlə yerinə yetirir, elmi-pedaqoji kadrların hazırlanmasında yaxından iştirak edir.

Uzun illərdən bəri universitetlərin Filologiya fakültələrində mühazirələr oxuyan Rafiq Yusifoğlu tələbə və magistrantların nəyə ehtiyacı olduğunu yaxşı bilir. Mühazirələr oxumaqla bərabər, bu sahədə elmi-nəzəri ədəbiyyata olan ehtiyacı ödəməyə çalışır və onun bu cəhdləri adətən uğurla nəticələnir və razılıqla qarşılanır. Akademik Rəfael Hüseynovun redaktorluğu altında yenicə çapdan çıxan “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” (Bakı, Elm və təhsil, 2016) adlı monoqrafiya Rafiq Yusifoğlunun gərgin axtarışlarının bəhrəsi olan sanballı bir əsərdir. Monoqrafiya universitetlərin magistr hazırlığı kurslarında tədris olunan eyni adlı fənnin proqramına əsasən yazılsa da, ondan təkcə magistrantlar deyil, ali məktəb tələbələri, müəllimlər, doktorantlar, gənc tədqiqatçılar, ümumiyyətlə, bütün ədəbiyyatsevərlər üçün dəyərli bir elmi mənbə kimi istifadə edilə bilər.

Zəngin elmi informasiyalarla dolu bu monoqrafiyanı oxuyanda ədəbi-nəzəri fikrin ayrı-ayrı zamanlarda, müxtəlif ölkələrdə formalaşması, onun inkişaf yolunun ümumi mənzərəsi göz önündə canlanır. Kitabın aşağıdakı bölmələrdən ibarət olması onun əhatə dairəsinin hansı dərəcədə genişliyinin göstəricisidir: “Ədəbi-nəzəri fikrin təşəkkülü”, “Orta əsrlərdə ədəbi-nəzəri fikir”, “XIX əsrdə ədəbi-nəzəri fikir”, “XX əsrdə ədəbi-nəzəri fikir”, “Sovet dövründə ədəbi-nəzəri fikir”, “Müstəqillik illərində ədəbi-nəzəri fikir”, “Müasir dünyada nəzəri-estetik fikir”.

Əlbəttə, bəri başdan deyək ki, bütün bölmələr eyni səviyyədə yazılmamışdır. Xüsusən, “Müstəqillik illərində ədəbi-nəzəri fikir” adlanan hissə əhatəli deyil, müəllif nədənsə, nəzəri mənbələrə istinadən geniş şərhlər vermək ağırlığını öz çiyinlərinə götürmək istəməmişdir.

Monoqrafiyada poetikanın mahiyyəti açılır, şərq və qərb poetikası maraqlı tərzdə müqayisə müstəvisinə çıxarılır, elmi qənaətlər müəllifin ədəbi faktları özünəməxsus bir şəkildə şərh etməsi maraq doğurur. Əsərin 26 və 27-ci səhifəsində oxuyuruq: “Bu danılmaz, təkzibolunmaz bir faktdır ki, Günəş həmişə Şərqdən doğduğu kimi, poeziyanın ilkin beşiyi də Şərq olmuşdur. Şərq poetikası çox qədim bir tarixə, mükəmməl bədii inikas qanunauyğunluqlarına malikdir. Lakin təəssüf ki, bir tərəfdən bizim özümüz babalarımızın yaratdıqlarına laqeyd münasibət bəsləmişik, digər tərəfdən isə tarixi-fəlsəfi, ədəbi-nəzəri abidələrimizin gözəlliyindən heyrətə gələnlər onları məhv etməklə özlərinin güclü, qüdrətli rəqiblərini aradan çıxarmağa çalışmışlar. Ədəbi zövqümüzün yüksəkliyinə belə qısqanclıqla yanaşmanın nəticəsidir ki, “Avesta” yandırılmış, adını bildiyimiz, bilmədiyimiz digər abidələr məhv edilmiş, digərləri isə plagiatlıq yolu ilə “özəlləşdirilmişdir”. Şərq isə yüksək əxlaqi nümunə göstərərək “Avesta”nı yandıranların, digər abidələri məhv edənlərin yaradıcılıq nümunələrini, o cümlədən, “Poetika” nı itib-batmaqdan xilas etmiş, yenidən bəşəriyyətin istifadəsinə qaytarmışdır. “Avesta”nı Makedoniyalı İsgəndər yandırtmış, onun müəllimi Aristotelin “Poetika”sına isə Əbdül-Bəşər Mətta, İbn-Rüşt, İshaq ibn Hüseyn, İbn-Sina kimi tərəqqipərvər Şərq mütəfəkkirləri yeni həyat bəxş etmişlər”.

Rafiq Yusifoğlunun “öz yaratdıqlarımıza laqeyd, təvazökar münasibəti yüksək səviyyəli əsərlərin Şərq ölkələrində çoxluğu” ilə əlaqələndirməsi də maraqlı qənaətdir.

Monoqrafiya boyu Aristotelin, Bualonun, Xətib Təbrizinin, V.Belinskinin, Jül Renarın, E.Zolyanın, V.Belinskinin və b. fikir və mülahizələrinə istinadən müəllif nəzəriyyənin, ədəbi-estetik fikrin mahiyyətini açmağa çalışır və əsasən öz məqsədinə nail olur. Ədəbi-nəzəri fakta yeni prizmadan baxmaq, onu özünəməxsus bir tərzdə mənalandırmaq cəhdi monoqrafiyanın elmi və fəlsəfi dəyərini, oxunaqlığını şərtləndirən amilə çevrilir. Sözügedən problemlə bağlı informasiya bolluğu, qaynaqlara istinad əsərin elmi aparaturasını əhəmiyyətli dərəcədə zənginləşdirir və oxuculara daha dərin biliklərə yiyələnmək üçün bir növ istiqamət göstərilir.

Məlumdur ki, ədəbi-nəzəri fikrin formalaşmasında filosoflarla, ədəbiyyat nəzəriyyəçiləri ilə yanaşı görkəmli şairlərin, yazıçıların da böyük rolu olmuşdur. Müəllif monoqrafiya boyu bu məsələni xüsusi diqqət hədəfində saxlayır. Ədəbiyyat tariximizin ayrı-ayrı dövrlərində yaşayıb yaradan, ədəbiyyat, söz sənəti haqqında maraqlı fikir və mülahizələr irəli sürən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Abbas Səhhət, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Cəfər Cabbarlı, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza kimi tanınmış sənətkarların ədəbi-nəzəri görüşləri təhlil predmetinə çevrilir. Müəllif eyni zamanda fikirlərini əsaslandırarkən görkəmli Azərbaycan ədəbiyyatşünaslarının zəngin və çoxcəhətli elmi-nəzəri irsinə də münasibət bildirir. Ədəbiyyat tariximizin yaradılmasında, ayrı-ayrı tarixi mərhələdə yaranan əsərlərin araşdırılmasında, tədqiqində möhtəşəm xidmətləri olan F.Köçərli, H.Araslı, M.Arif, F.Qasımzadə, M.Quluzadə, M.Cəlal, M.Cəfər, Ə.Mirəhmədov, K.Talıbzadə, R.Əliyev, M.Təhmasib, M.Seyidov, Ə.Ağayev, Y.Qarayev və başqa bu kimi görkəmli alimlərin xidmətlərinə dəyər verilir, ədəbiyyatşünaslıq elmimizin yaranmasında və yeni istiqamətdə inkişafında bu görkəmli ədəbiyyatşünasların ədəbi-nəzəri irsinin əhəmiyyətindən danışılır.

Azərbaycanda yaranan ilk nəzəriyyə dərsliklərinə həsr olunan hissədə həmin əsərlərin strukturu, məziyyət və nöqsanları haqqında söhbət açılır. Nəzəri fikrin istiqamətinin müəyyənləşməsində S.Vurğunun, Rəsul Rzanın, Cəfər Xəndanın, Mikayıl Rəfilinin, Mir Cəlalın, Pənah Xəlilovun və başqalarının xidmətləri ehtiramla xatırlanır, onların əsərləri təhlil predmetinə çevrilir.

Kitabın “Semiotika nəzəriyyəsi” və “Postmodernizm” haqqında yazılan bölmələrinin informasiya tutumu qənaətbəxşdir. İstər nəzəri, istərsə də ədəbi əsərlərə istinadən müəllifin öz fikir və mülahizələrini sadə və anlaşıqlı dildə söyləməsi, fikirlərini məntiqi şəkildə əsaslandırmağı bacarması razılıq hissi doğurur. Müəllif dünyanın müxtəlif ölkələrində postmodernzm haqqında söylənilən fikirlərin icmalını verəndən sonra öz münasibətini bildirir, fikrini əsaslandırmaq üçün təkcə nəzəri fikrə yox, həm də ədəbi materiallara istinad edir.

Postmodernizmin yaradıcılıq prinsiplərinə uyğun Azərbaycan ədəbiyyatından, xüsusən Mirzə Cəlilin əsərlərindən nümunələr gətirməsi son dərəcə maraqlı təsir bağışlayır. Rafiq Yusifoğlu U.Ekonun postmedirnizmdə kinayə oyunu ilə bağlı fikirlərini sitat gətirəndən sonra yazır ki, bizdə kinayə oyununu Sabir kimi, Cəlil Məmmədquluzadə kimi ustadları var. Onlar xortdanlar, xoxanlar, avamlar, ölülər, dəlilər mühitinə qəhqəhə çəkərək gülməyi bacarıblar, postmodernistlərdən qat-qat əvvəl. ������������ Müəllif fikrini davam etdirərək yazır ki, “Umberto Eko dünyaya gələndə dünyadan köçən bizim ustad, “postmodernist” Mirzə Cəlil məhz Ekonun dediyi həmin üsuldan çox-çox əvvəl, özü də dönə-dönə istifadə edib. O, birbaşa deyilməsi mümkün olmayanı görün nə şəkildə, necə ustalıqla təqdim edib: “Ay Dəmdəməki, sən lap dəlisən: kişi , necə qorxmadın o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri götürüb məcmuəyə yazaydım, onda canını hara qoyardın?

Yəqin bil ki, bakılılar məni daş-qalaq edib mənim də məcmuəmə bilmərrə müştəri olmazdılar. Kişi, mən yaza billəm ki, Bakı qiraətxanalarında bayquşlar ulayır?! Mən yaza billəm ki, Bakı cəmiyyəti-xeyriyyəsinin fikrinə düşən yox, üzvləri çox cahil və iş görmək istəməyən?! Mən yaza billəm ki, Bakının küçələri dilənçilik edən müsəlman övrətləri və uşaqları ilə doludur?!

Ay Dəmdəməki, mən yaza billəm ki, aprelin doqquzunda iki məşhur müsəlman qlasnısı bir-birinə altıaçılan çəkib, olmayan sözləri bir-birinə dedilər?! Və mən buna inana billəm ki.

Ay Dəmdəməki, məcmuədə yaza billəm ki, səfər ayının iyirmi səkkizində qubalılar ilə bakılılar Bibi-Heybətdə elə şiddətli baş yardılar ki, bir neçə nəfərin başının qanı hələ yenə axır?!

Ay Dəmdəməki, sən dəlisən-nəsən?

Ay kişi , mən yaza billəm ki, dekabr ayında bakılılar qərib oğruları eşşəyə mindirib şəhəri gəzdirdilər, amma öz oğrularını tutduqda buraxırlar, çünki bu oğrular qlasnıların qohumudurlar?

Ay Dəmdəməki, bir fikir elə gör mən bu sözlərə məcmuəmdə yer verə billəm ki, sən məndən xahiş edirsən? Bəlkə mən bu sözləri yazaydım, canını hara qoyacaq idin?”

Böyük ədəbin 1906-cı ildə “Molla Nəsrəddin” 3-cü nömrəsində çap olunan “Ay Dəmdəməki” müraciəti ilə başlayan felyetonunu bütünlükdə nümunə verən Rafiq Yusifoğlu həmin mətnə belə şərh verir: “Bu yazını oxuyanda adam heyrətə gəlir. Ay aman, Cəlil Məmmədquluzadə postmodernist üslubun yaradıcısı imiş ki?! Hələ bu bir yana, insafla deyin, 1906-cı ildə gündəmə gətirilən bu problem bu gün də öz aktuallığını saxlayır, ya yox?! Onu da xatırladım ki, Umberto Ekonun “Postmodernizm, kinayə, həzz” məqaləsi 1983-cü ildə qələmə alınıb. Postmodernist görünmək xətrinə görkəmli yazıçılarımızı, alimlərimizi, o cümlədən, Cəlil Məmmədquluzadəni kinayə, rişxənd obyektinə çevirmək istəyən bəzi “postmodernist”lərimiz bunu unutmasınlar və öyrənmək istəyirlərsə, Mirzə Cəlilin əsərlərinə müraci ət etsinlər”.

Rafiq Yusifoğlunun əslində dərslik kimi nəzərdə tutulan “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” monoqrafiyasının ən yaxşı cəhəti ondan ibarətdir ki, ədəbi nəzəri fikrin təşəkkülü, ayrı-ayrı mərhələlərdə, dövrlərdə, ayrı-ayrı ölkələrdə ictimai mühitin təsiri ilə onun inkişafının ümumi mənzərəsini yaratmağa cəhd göstərilir və müəllif əsasən öz məqsədinə nail olur. Əsər boyu nəzəri fikrin görkəmli nümayəndələrinin düşüncə və mülahizələri diqqət mərkəzin ə çəkilir. Kitabın informasiya tutumu yetərincə əhatəlidir və ümid edirik ki, tələbələr, magistrantlar, gənc alimlər bu tədqiqat əsərindən çox şey öyrənə, ondan bəhrələnə biləcəklər. Kitabın müəllifinə, zəhmətkeş qələm dostumuza yeni-yeni uğurlar diləyirik.

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2016.-5 aprel.- S.7

Comments are closed, but trackbacks and pingbacks are open.