Press "Enter" to skip to content

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Kitabdakı bir-birindən maraqlı, düşündürücü və öyrədici səciyyəli şeirlər ayrı-ayrı bölmələrdə toplanıb. �İşıq, su, torpaq, hava, bütün dərdlərə dəva� adlı bölmədəki şeirlərdə vətənpərvərlik motivləri güclüdür. Şair balaca oxucularını vətəni sevməyə, onun təbiətini qorumağa səsləyir.

Rafiq yusifoğlu uşaq dbiyyatı

Uşaq ədəbiyyatımıza yeni töhfə

Azərbaycan uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan qələm sahiblərindən biri də tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur. Bütün həyatını yeni tipli uşaq ədəbiyyatının yaranmasına, tədqiqinə, təbliğinə həsr edən Rafiq müəllimin yaradıcılığı çoxşaxəlidir. Onun poeziya, ədəbiyyatşünaslıq, tərcüməçilik sahəsində uğurları böyükdür. Yeni tipli dərsliklərin yaranmasında da Rafiq Yusifoğlunun xidmətləri danılmazdır. Onun ali məktəb tələbələri üçün yazdığı �Ədəbiyyatşünaslığın əsasları�, �Müasir ədəbi proses və ədəbi tənqid�, �Uşaq ədəbiyyatı�, �Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri�, �Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri� adlı sanballı dərslik və tədris vəsaitləri mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Rafiq Yusifoğlu eyni zamanda yeni təhsil sisteminin tələbləri əsasında yaradılan ilk �Ana dili� dərsliklərindən birinin də əsas müəlliflərindəndir (�Ana dili – 1�, Bakı, 2008).

Qırx beş ildən yuxarı pedaqoji staja malik Rafiq müəllim uşaq psixologiyasını yaxşı bildiyi üçün onun yaratdığı şeirləri və hekayələri uşaqlar maraqla oxuyurlar. Rafiq Yusifoğlunun bu il nəşr olunmuş �Bulud fayton� (ADPU, 2017) kitabına müəllifin son illərdə yazdığı bir-birindən maraqlı, vətənpərvərlik ruhu ilə yoğrulan əsərləri toplanıb. Bu şeirlərdə vətənimiz, onun son illərdə çiçəklənməsi, qazandığı uğurlar, təbiətimizin gözəlliyi məhəbbətlə tərənnüm olunur. Uşaqların qəlbində doğulduğu torpağa məhəbbət yaratmaq baxımından bu şeirlər xüsusi əhəmiyyət kəsb edir.

Mənə dayaq, mənə həyan olanım,

Pərvanə tək qoy başına dolanım!

İşıq olub gözlərimə dolanım,

Çiçək olub ürəyimdə bitənim! –

Kitabdakı bir-birindən maraqlı, düşündürücü və öyrədici səciyyəli şeirlər ayrı-ayrı bölmələrdə toplanıb. �İşıq, su, torpaq, hava, bütün dərdlərə dəva� adlı bölmədəki şeirlərdə vətənpərvərlik motivləri güclüdür. Şair balaca oxucularını vətəni sevməyə, onun təbiətini qorumağa səsləyir.

Kitabın �Küləyin nəğmələri�, �Bahara bax, qışa bax, qara bax, yağışa bax� bölmələrində şairin poetik tutumlu təbiət şeirləri yer alıb. Burada da öyrədici səciyyəli əsərlər üstünlük təşkil edir. Uşaq ədəbiyyatının məqsəd və vəzifələrini gözəl bilən müəllif təbiət hadisələri haqqında uşaqlara bədii şəkildə məlumat verir. Bu şeirlərdəki külək də, ot da, çiçək də, ağac da, bulud da bədii obraz səviyyəsinə qaldırılır.

�Gəzdim düzü, dünyanı, yurdumdan gözəl hanı� bölməsində şairin səyahət şeirləri toplanıb. Rafiq Yusifoğlu oxucuları dünyanın maraqlı ölkələrinə – Amerikaya, Dubaya, Ukraynaya səyahətə aparır. Bu şeirlərin balaca qəhrəmanları isə müvəqqəti xaricdə yaşayan, vətən üçün darıxan Azərbaycan övladlarıdır.

�Ömrün baharı, yayı, Tanrının sevgi payı� adlanan bölmədəki şeirlərdə maraqlı uşaq obrazları yaradılıb. Bu bölmədə toplanan şeirlərdə uşaqlar məzəli, qeyri-adi hərəkətləri ilə diqqəti cəlb edirlər.

�Xoşbəxtdi, bəxtəvərdi, Dünya deyil özündə. O ayrı bir aləmdi Uşaqların gözündə� adlı bölmədə şairin dünyaya uşaq gözü ilə nəzər salıb onu mənalandırması maraqlıdır.

�Çəmən çiçəyi ilə, insan əməyi ilə� adlı bölmədəki şeirlərin əsas ideyası isə uşaqları zəhmətə məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.

Sonuncu bölmə �Ağacın kökü torpaqda, insanın kökü eldədi� adlanır. Buradakı şeirlərdə uşağa təkcə vətənin təbiətini deyil, xalqımızın adət-ənənələrini, onun dilini də sevdirmək missiyası qarşıya qoyulur. Mövzusundan asılı olmayaraq bütün şeirlərin uşaq təfəkkürünə uyğunluğu və bədiiliyi onların təsir gücünü qat-qat artıran vasitəyə çevrilir. Üzünü kiçik qəhrəmanlarına tutan müəllif yazır:

Unutma ki, heç zaman

Bu torpağa bağlısan.

İstər mövzu və problematika, istərsə də bədii sənətkarlıq baxımından diqqəti cəlb edən nəfis tərtibatlı bu kitabdan təkcə uşaqlar deyil, müəllimlər, tərbiyəçilər, valideynlər də faydalana bilərlər.

Günel HÜSEYNOVA,

AMEA Folklor İnstitutunun doktorantı

Azərbaycan müəllimi.- 2017.- 18 mart.- S.14.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Döndərir”

Təmiz saxlayasan gərək ağzını,
Küləyə nə atsan, üzə döndərir…
Həyat bir sehrli bumeranq kimi
Kimə nə vermişik, bizə döndərir.

Gəzdim yamacları, yaşıl düzləri,
Düşübdür hər yana ömrün izləri,
Dağlar lalələri, tər nərgizləri
Yoluma dikilən gözə döndərir…

Güllər ətir qatır əsən küləyə,
Günəşdir dünyanı zərə bələyən,
Ən uca dağları dərə eləyən
Nəhəng kötükləri közə döndərir…

Elə ki, adlayır ömür yarıdan,
Ürək zillət çəkir köhnə yaradan,
Şairi öldürmür Ulu Yaradan,
Ömrünü nağıla, sözə döndərir…
16.04.2020

Son Yazılar

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • 21 Mart-Novruz bayramıdı!
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
  • 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
  • Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
  • Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
  • Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
  • Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
  • Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
  • Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023

Rafiq yusifoğlu uşaq dbiyyatı

Daha uca zirvələrə, qardaşım!

İndi Bakı Dövlət Universiteti deyilən ali təhsil ocağının geoloji-coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdum. Hərbi dərs keçdiyimizdən bizi, yay tətili ərəfəsində – 1971-ci ildə Naxçıvanın Qıvraq kəndinə 3 aylıq təlimlərə apardılar. Bizimlə eyni qrupda Qubadlıdan İxtiyar adlı bir yoldaşımız da vardı. Yataqxanada qonşu otaqda qalırdı. Qıvrağın bal suyundan içib, istisindən kölgələnəcəkdə uzanıb dincəlirdik. Gərək ki, İxtiyar dedi, bizim də yerlimiz şairdi, şeir yazır.
–Adı nədir?
–Rafiq.
Mən əl atıb qoltuq cibimdən bir qəzet parçası çıxartdım və ona göstərdim:
–Budur Rafiq Yusifoğlu?
–Özüdür ki, var.
–Onun bu şeiri, özünü görməmişəm, çox xoşuma gəlib və kəsib cibimə qoymuşam, hərdən oxuyuram.
Rafiq Yusifoğlunu görməzə-bilməzə bəyənmişdim. Bu söhbətin üstündən on illər keçəndən sonra, dili qurtlamış kimi, bu faktı özünə də etiraf elədim. Gözləri güldü. O da, maşallah, malavandı (“mal-qara təsərrüfatçısı” deməkdi), qoyun-quzusunu (şeirlərini – Q.İ.) doğulduğu gününəcən əzbər bilir. Başladı məni sorğu-suala çəkməyə:
–Hansı qəzetdə çıxmışdı şeirim?
–Mən bilən “Sovet kəndi”ydi.
–Məncə filan şeirim olacaq.
Ha çək-çevir elədi, onu razı salası bir söz deyə bilmədim. Amma bu xəbərdən qələm dostum bərk həyəcanlandı. Hətta özünün təhsil aldığı Pedaqoji Universitetin böyük zalında tələbələrlə görüşümüz zamanı uca kürsüdən elan elədi ki, bəs Qəşəm İsabəyli mənim şeirimlə ədəbiyyata gəlib, sonra da sözünü malaladı – zarafat eləyirəm. Söz deyilmişdi. Nə zarafat?! İntiqamını almaq lazım idi. Sonralar yenidən bu söhbətin üstünə qayıtdı:
–Deyirsən, “Sovet kəndi”ndəydi?
–Mənə elə gəlir.
–Heç bir bəndi də yadında qalmayıb şeirimin?
–Yox, qalmayıb.
–Heç misrası da?
–Vallah, heç nöqtə-vergülünü də xatırlamıram.
–Niyə?
Məşhur Türkiyəli satirik yazıçı Əziz Nesinin bir hekayəsinin qəhrəmanı yadıma düşdü. Fikirləşdim, Pedaqoji universitetdə dediyi sözün hayıfını çıxmaq üçün girəvədi:
–Niyə qalmayıb?! – Deyirsən, dedim.
–Hə.
–Yaxşı olsaydı, qalardı ki! Sağ əlini açıb uzatdı qarşıma:
–Vur bura!
–Niyə?
– 1-1.
Vurdum və bu dəfə də mən uzatdım əlimi:
–İndi də sən vur.
–Niyə?
–Hələ bir vur.
Şappp.
–2-1 Baloğlanın xeyrinə! – Dedim.
Gülüşdük. Rafiq Yusifoğlu istedadlı şairdi. Eyni zamanda məhsuldardı həm də. Artıq 83-cü kitabını da nəşr eləyib. Onun gərək ki, 3-ü dövlətin payına düşür, 80-i özünün. Necə deyərlər, salavat gücə bağlıdı. Mən isə naşir ola-ola 30-32 kitab-kitabça çıxara bilmişəm. Onun da 6-nı canım Sovet Azərbaycanı nəşr eləyib. İndi yaş yetirib, iki bayramdı 70-i keçmişəm, Rafiq də məni qaraba-qara izləyir – 2 yanvar 2020-də 70-dən adlayır. Mübarək olsun! Çevrilib geriyə baxanda bəzi əlamətdar hadisələr diqqətimi çəkir. Rafiq Yusifoğluyla bir sıra yerlərdə yolumuz paralel olub. Birincisi o da uşaq şairidi, mən də. İntəhasi mən həm də nasirəm. O da “Göyərçin” jurnalının baş redaktoru və naşiridir. O, isə həm də alimdir. İkincisi hər ikimiz böyüklər üçün də yazırıq. O, şair kimi, mən şair və nasir kimi. Özü də üzü-üzümə, gözü-gözümə etiraf eləyir: “Əhsən, səndə nəsr alınır, məndə yox!”. Ürəyimdə etiraz eləyirəm: “Niyə alınır?!”. Üçüncüsü 1989-cu ildə Dövlət səviyyəsində keçirilən “İlin ən yaxşı uşaq kitabı” müsabiqəsində ustad şairimiz Zahid Xəlil, mən – Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Aləmzər Əlizadə qalib olmuşuq. Dördüncüsü, hər ikimiz mən 2015-ci ildə, Rafiq Yusifoğlu 2019-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülmüşük. Amma mən Beynəlxalq Andersen Şərəf Diplomuna layiq görülmüşəm. Rafiq Yusifoğlu isə Təhsil Nazirliyinin müsabiqəsində birinci yeri tutduğu müsabiqəni mənim diplomumdan üstün sayır.
–Niyə?
–Nə qədər pul veriblər sənə Andersen diplomundan?
–Heç nə!
–Deməli, “şərəf” sözündən başqa heç nə?!
–Elədir ki, var.
–Amma Təhsil Nazirliyi mənə 1500 manat mükafat verib!
Daha uca zirvələrə, qardaşım!

Qəşəm İsabəyli
Dalidag.az

Comments are closed, but trackbacks and pingbacks are open.