Press "Enter" to skip to content

Rahim həsənov

Rahim Həsənov — pedaqoq-tarixçi, AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun doktorantı, Şəki şəhər 20 №-li tam orta məktəbinin tarix müəllimi, AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin müdiri.

Qubada “torpaq dələduzu” hakim qarşısına çıxarılır

Qubada “torpaq dələduzu” hakim qarşısına çıxarılır Dələduzluqda təqsirləndirilən Quba sakini Məmməd Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

11 Aprel , 2020 09:42

https://static.report.az/photo/617ff6a4-b9ed-4aef-9550-1f36d62362ba.jpg

Dələduzluqda təqsirləndirilən Quba sakini Məmməd Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. Hakim Rahim Həsənovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb. Qeyd edək ki, Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev bu ilin yanvar ayında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən M.Mustafayev ilkin dindirmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq onların ümumilikdə 33 000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib. Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.

Rahim həsənov

Həsənov Rahim Rafiq oğlu

Həsənov Rahim Rafiq oğlu 9 aprel 1981-ci ildə olmuşdur. 1998-2002-ci illərdə BDU-nun tarix fakultəsində təhsil almışdır. 2005-2007-ci illərdə SDU-nun politologiya fakultəsində “tarixi-politologiya” ixtisası üzrə magistr təhsilinə yiyələnmişdir.2003-cü ildən Şəki şəhər 20 № li tam orta məktəbdə tarix müəllimi, 2011-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində işləyir. 2012-ci ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun “ Azərbaycan Xalq Cumhuriyyəti” şöbəsinin dissertantıdır. 2009-cu il 30 sentyabr tarixində Azərbaycan Respublikası prezidentinin 505 № sərəncamı ilə “Tərəqqi” medalına, 2013-cü il 6 avqust 3044 № li sərəncamı ilə “ İlin Ən Yaxşı Müəllimi” adına layiq görülmüşdür. Yeni Azərbaycan partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.

Rahim Həsənov

Rahim Həsənov — pedaqoq-tarixçi, AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun doktorantı, Şəki şəhər 20 №-li tam orta məktəbinin tarix müəllimi, AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin müdiri.

Mündəricat

  • 1 Haqqında məlumatlar
    • 1.1 Təhsili
    • 1.2 Əmək fəaliyyəti
    • 1.3 Elmi fəaliyyəti
    • 1.4 İctimai-siyasi aktivliyi
    • 1.5 Təltif və mükafatları
    • 1.6 Ailəsi

    Haqqında məlumatlar [ redaktə | HTML redaktə ]

    9 aprel 1981-ci il tarixdə Şəkidə anadan olub.

    Təhsili [ redaktə | HTML redaktə ]

    1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr,

    2005 – 2007-ci illərdə isə Sumqayıt Dövlət Universitetinin politologiya fakültəsində magistr təhsili alıb.

    Əmək fəaliyyəti [ redaktə | HTML redaktə ]

    2003-cü ildən Şəki şəhər 20 saylı tam orta məktəbində tarix müəllimi,

    2011-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışır.

    Elmi fəaliyyəti [ redaktə | HTML redaktə ]

    2012-ci ildən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin doktorantıdır.

    30-dan çox elmi məqalənin müəllifidir. O cümlədən, 7 məqaləsi xaricdə çap olunub.

    İctimai-siyasi aktivliyi [ redaktə | HTML redaktə ]

    2004 – 2010-cu illərdə “Çağdaş İntibah Gənc Maarifçilər” İctimai Birliyinin sədri olub.

    Yeni Azərbaycan partiyasının üzvüdür.

    2019-cu ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülüb, lakin seçilməyib.

    Təltif və mükafatları [ redaktə | HTML redaktə ]

    • “Tərəqqi” medalı – Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə (2009) [1] ;
    • 5 min manat pul mükafatı – 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri olduğuna görə [2] .

    Ailəsi [ redaktə | HTML redaktə ]

    Ailəlidir, iki övladı var.

    İstinadlar [ redaktə | HTML redaktə ]

    1. ↑Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2009.
    2. ↑Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 2013.

    Ədəbiyyat [ redaktə | HTML redaktə ]

    1. “Həsənov Rahim Rafiq oğlu”. AMEA (azərb.). Şəki Regional Elmi Mərkəzi. https://shrem.az/. 9 Sep 2018 tarixində arxivləşdirilib.
    2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2013). “2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında”. https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 10 Mar 2014 – 9 Nov 2017 tarixində arxivləşdirilib.
    3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2009). “Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında”. http://frameworks.e-qanun.az (azərb.). E-qanun.az. 8 Apr 2021 tarixində arxivləşdirilib.
    4. “Həsənov Rahim Rafiq oğlu”. https://gencalimler.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası. 14 Sep 2016 – 30 Nov 2020 tarixində arxivləşdirilib.

    © 2019 – 2023 Şəki Ensiklopediyası
    Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

    • R
    • Şəxslər (familiya sırası ilə)
    • Şəkidən çıxmış alimlər
    • Şəkidən çıxmış pedaqoqlar
    • 113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)
    • AMEA Şəki Regional Elmi Mərkəzinin işçiləri
    • 9 apreldə doğulanlar
    • Apreldə doğulanlar
    • 1981-ci ildə doğulanlar
    • “Tərəqqi” medalı ilə təltif edilənlər
    • Alimlər
    • Şəxslər (ad sırası ilə)
    • Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə

Comments are closed, but trackbacks and pingbacks are open.