Press "Enter" to skip to content

Raiffeisenes nömrəsinə necə müraciət edə bilərəm

22. Black Edition kartına daxil olan sığorta xidmətlərindən xaricdə olarkən necə istifadə etmək olar?

Tez-tez verilən suallar

1. AZAL-Miles nədir?
– AZAL-Miles “Azərbaycan Hava Yolları” aviaşirkətinin tez-tez uçan sərnişinlər üçün nəzərdə tutulmuş proqramıdır. AZAL-Miles proqramının iştirakçıları “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin uçuşlarında səyahət balları və status balları toplaya bilərlər.

2. Azal Miles iştirakçı nömrəsi nədir?

– Azərbaycan Hava Yollarının Miles proqramı çərçivəsində təqdim etdiyi fərdi identifikasiya nömrəsidir. Azal Miles nömrəniz yoxdursa, bank kartının sifarişi zamanı o, avtomatik yaradılacaqdır.

3. Sifariş zamanı xarici pasport hansı səbəbdən lazım olur?

– Azal Miles nömrəniz xarici pasportunuz əsasında yaradılmalı və ya yoxlanılmalıdır.​

4. Black Edition və Platinum kartlarını fərqləndirən cəhətlər nədir?
– Kart tiplərinə görə əsas fərq millərin hesablanmasında fərqli əmsalların olmasıdır. Kartın statusu yüksək olduqda daha çox mil hesablanır. Həmçinin, kartlarda mövcud olan imtiyazlar fərqlənir. Ətraflı məlumatla http://www.premiumbank.az/az/for-life/plastic-cards/miles-kartlar/mastercard-black-edition-miles/ səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

5. Milləri necə qazanmaq olar?

a) Premium Bank Miles proqramının üzvü olmaqla nağdsız əməliyyat etdikdə (kartınızdan Azərbaycanda, eləcə də xaricdə istifadə edin. Dünyanın istənilən valyutasında məbləğ xərcləndikdə ballar manat ekvivalentində toplanılır);

b) Azərbaycan Hava Yolları və Buta Airways aviaşirkətləri ilə səyahət etməklə milləri qazana bilərsiniz.

6. Qazandığım millər barədə məlumatı haradan öyrənə bilərəm?

Mil balansınızı aşağıda göstərilən üsullarla izləyə bilərsiniz:

a) Bankın Əlaqə Mərkəzinə müraciət edərək;

b) Email vasitəsilə əməliyyatlar üzrə məlumat göndəriləcək Millərin toplam sayı ilə;

c) www.azal.az saytından şəxsi kabinetə daxil olaraq və ya Azal Miles Mobil əlavəsi vasitəsilə izləmək olar. Həmçinin +99 412-598-88-80 nömrəsi ilə AZAL-Miles proqramının əməkdaşları ilə əlaqə saxlaya bilərsiniz.

7. Əgər mən e – poçt ünvanıma bildiriş almıramsa, nə etməliyəm?
E–poçt ünvanınıza bildiriş almadığınız halda “AZAL-Miles” proqramının əməkdaşlarına +99 412-598-88-80 nömrəsinə zəng vura və ya [email protected] e–poçt ünvanına sorğu göndərə bilərsiniz.

8. Kart neçə gün ərzində hazır olur?

– Adi sifariş etdikdə kartınız 4 iş günü ərzində hazır olacaqdır. Həmçinin əlavə ödəniş etməklə təcili (növbəti iş qünü 16:00-17:00 radələri) sifariş vermək olar.

9. Kartın hazır olması barədə məlumatı necə əldə edə bilərəm?

– Kartınız hazır olduqda sifariş zamanı qeyd olunan mobil nömrənizə mesaj ilə məlumat göndəriləcəkdir.​

10. Ödənişdən sonra qazandığım millər nə zaman hesabıma əlavə olunacaq?

– Müvafiq ödəniş üzrə milləri ödənişdən asılı olaraq 10-14 gün ərzində Bankın mil hesabında görə biləcəksiniz. Hesablanmış millərin hesabınızda əks olunması əməliyyatların Bank tərəfindən emalı əsasında aparılır. Əlavə suallarınız yarandıqda Bankın Əlaqə Mərkəzilə əlaqə saxlaya bilərsiniz: 012931

11. Uçuşlara görə ballar nə vaxt hesabıma əlavə ediləcək?

– Əgər Siz aviabilet əldə edərkən və/və ya hava limanında qeydiyyatdan keçdiyiniz zaman AZAL-Miles iştirakçı nömrəsini bildirmisinizsə, Sizin ballarınız uçuş yerinə yetirildikdən sonra 7 iş günü ərzində AZAL-Miles iştirakçı hesabınıza əlavə ediləcək.

12. Digər Miles kartına mil göndərmək mümkündür?

– Xeyr, digər karta millərin ötürülməsi mümkün deyil. Amma Azal Miles-a müraciət etməklə, Ailə hesabını yaratmaq mümkündür.

13. Ailə hesabını necə yaratmaq mümkündür?

“Ailə hesabı” yaradılması üçün sorğu www.azal.az saytında xüsusi qeydiyyat forması vasitəsilə göndərilməlidir. Ətraflı: https://www.azal.az/az/azal-miles/family-account

14. Milləri necə xərcləmək olar?

– Azərbaycan Hava Yollarının təqdim etdiyi qaydalara əsasən istifadə edilə biləcəkdir. Ətraflı: https://www.azal.az/az/azal-miles/spend-points

15. Millər hesabımda əks olunmadı. Kimə müraciət edə bilərəm?

– Müvafiq ödəniş üzrə milləri ödənişdən asılı olaraq bir neçə gündən 30 günədək Bankın mil hesabında görə biləcəksiniz. Əlavə suallarınız yarandıqda Bankın Əlaqə Mərkəzilə əlaqə saxlaya bilərsiniz: 012931

16. Uçuş biletinin tam qiymətini millərlə ödəmək olar?

– Hava limanı xərcləri müştəri tərəfindən ödənilməlidir.

17. Premium Bank Miles kartlarına vəsaiti necə mədaxil etmək olar?

– Miles kartına Bankın filiallarında, Premium Bank Cash in terminalları, PremiumPay və MilliÖn terminalları, bankın saytında online ödəmə səhifəsində və Hesab.az saytı vasitəsilə edilə bilər.

18. Mənim ballarımın etibarlılıq müddəti nə qədərdir?

– Hesaba köçürülən səyahət balları hesaba köçürüldiyi tarixdən 36 ay ərzində etibarlıdır.
24 ay ərzində “Azərbaycan Hava Yolları”nın və ya balların hesablanmasında iştirak edən tərəfdaş aviaşirkətlərin müntəzəm reysləri ilə heç bir uçuş həyata keçirilmədiyi halda Classic statuslu hesab ləğv olunur. Ləğv olunan ballar bərpa olunmur.​

19. Hansı əməliyyatlara görə millər hesablanmır?​

a) Bank və forex ödənişləri (kredit ödənişi, hesaba mədaxil, sığorta ödənişləri), ipoteka (istisna olaraq APUS vasitəsi ilə ödənilən ipoteka kreditləri);
b) Pul köçürmələri (card to card, elektron pul kisəsi).

20. Mükafatlandırıcı Miles aviabiletdə dəyişiklik etmək mümkündürmü?

a) Mükafatlandırıcı aviabiletin yalnız uçuş saatı və tarixi dəyişdirilə bilər. Uçuşdan əvvəl Azal Gold və Azal Platinum statuslarının iştirakçıları dəyişiklikliyi ÖDƏNİŞSİZ həyata keçirə bilərlər, Classic status iştirakçısına isə 50 avro (bir uçuş istiqaməti) rüsum ödəmək tələb olunacaq.
b) Uçuşdan sonra isə proqramın bütün iştirakçıları 75 avro (bir uçuş istiqaməti) ödəmək şərti ilə mükafatlandırıcı aviabiletdə qeyd olunan dəyişiklikliyi edə bilərlər.

21. Heydər Əliyev Hava Limanı Terminal 1-də A zonasında yerləşən Priority qeydiyyat masasından kimlər yararlana bilər?

– Bütün Premium Bank MC Black Edition sahibləri bu xidmətdən istifadə edə bilər. Qeydiyyatdan keçərkən kart sahibi ilə səyahət edən sərnişinlər də Priority qeydiyyat masasından faydalana bilərlər. Xidmət ödənişsizdir.

22. Black Edition kartına daxil olan sığorta xidmətlərindən xaricdə olarkən necə istifadə etmək olar?

– Sığorta hadisəsi zamanı, bu nömrə ilə əlaqə saxlayın: +7 499 270 35 00

23. “Premium Club” proqramı nədir və necə üzv olmaq olar?

– “Premium Club” cash back təklif edən unikal proqramıdır. Ödənişləri “miles kartları” ilə həyata keçirin – cash back əldə edin və çoxlu millər qazanın. Premium Bank Miles kartlarının sahibləri “Premium Club” proqramının avtomatik üzvləri olur.

Siğə(Mütə)

”Siğə” İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər. Əlbəttə ki, siğə etmək şəriətdə müəyyən olunmuş qaydalara və qanunlara əsasən olmalıdır. Biz sizə siğə qaydaları haqqında yox, sadəcə onun icazəsi barədə məlumat verəcəyik, daha dəqiq desək siğənin dini əsasları haqqında bilgilər söyləyəcəyik. (Siğə qaydaları ilə maraqlananlar isə şiə alimlərinin risalələrinə müraciət edə bilərlər.)
Siğə barədə olan Quran ayəsi və hədislərdən aydın olur ki, siğənin şəriətə uyğun olmasında heç bir şübhə yeri yoxdur. Qurani-Şərifdə, ”Nisa” surəsinin 24-cü ayəsində siğənin düzgün olmasını sübut edən dəlil vardır. ”İstifadə (yaxınlıq) etdiyiniz qadınların haqlarını lazımi qaydada verin.” Bu ayənin müvəqqəti evlənmə (siğə) haqqında nazil olması barədə məşhur sünnü alimləri öz təfsir kitablarında yazmışlar.
Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri öz təfsirində Sədi, Mücahid və ibni Abbasdan nəql edir ki, ”Nisa” surəsi 24-cü ayə müvəqqəti evlənmə barəsində nazil olmuşdur. Həmçinin məşhur Əhli-sünnə alimi Süyuti ”Əd-durrul-mənsur” (c. 2, səh.140) kitabında bu haqda qeyd etmişdir. Müvəqqəti evlənmə barədə nazil olan ayə haqqında və Peyğəmbər(s)-in dövründə müvəqqəti evlənmənin olması haqqında başqa Əhli-sünnə alimlərinin kitablarına da müraciət edə bilərsiniz, ”Səhihi Buxari”, ”Müsnədi Əhməd”, ”Sünnəni Beyhəqi” c. 7, səh.306, ”Təfsiri Təbəri” c. 5, səh.9, ”Səhihi Müslüm” c. 1, səh.395, ”Təfsiri Fəxri Razi” c. 3, səh.201.
Müslüm ibni Həccac Cabir ibni Abdullahın və Səlamət ibni Əkunun belə buyurduqlarını nəql edir: ”Allahın Peyğəmbəri sizə istimtanın (müvəqqəti evlənməyin) icazəsini verdi, yəni müvəqqəti evlənməni inayət etdi.” Peyğəmbərin carçısı bizim yanımıza gəlib dedi: ”Allahın Peyğəmbəri sizə istimtanın yəni müvəqqəti evlənməyin icazəsini verdi.” (”Səhihi Müslüm” c. 4, səh.130, Misir çapı) Bu ayə və hədislər Peyğəmbərin(s) vaxtında siğənin olmasını sübut edir və bizə aydın olur ki, həqiqətən də Peyğəmbər(s)-in zamanında müvəqqəti evlənmə var idi. Görəsən sonradan nə baş verdi ki, müvəqqəti evlənmə ixtilaflı məsələyə çevrildi və bir çox məzhəblər indi də bunu qəbul etmirlər. Gəlin yenə də Əhli-sünnə alimlərinin kitablarına müraciət edək. Müslüm ibni Həccac yazır ki, İbni Abbas və İbni Zübeyr, qadınları siğə etmək və həcc mütəsi (Həccidə Ömrə və Həcc əməlləri arasında insanın öz halalı ilə (istər müvəqqti, istərsədə daimi kəbindən olan əhli-əyalı ilə) yaxınlıq etməsi) barədə ixtilaf etdilər. Cabir ibni Abdullah bunları görüb dedi: ”Biz Peyğəmbəri Əkrəmin sağlığında onların hər ikisinə əməl edirdik. Amma sonra Ömər bizə o iki şeyi qadağan etdi və ondan sonra daha biz ona əməl etmədik.” (”Səhihi Müslüm” c. 1, səh.395, Misir çapı) (”Sünnəni Beyhəqi” c. 7 səh.206) ”Əgər Ömər müvəqqəti evlənməyi qadağan etməsəydi, bədbəxt və yaramaz insanlardan başqa heç kəs zina etməzdi.” (”Əd-dürrul-mənsur” c. 2 səh.140)
Əli ibni Quşçi isə yazır ki, Ömər ibni Xəttab minbərə çıxıb belə dedi: ”Ey camaat, üç şey vardır ki, Peyğəmbər(s) zamanında var idi, mən onları qadağan edirəm. Onlar qadınlarla müvəqqəti evlənmə, həcc mütəsi və azanda ”həyya əla xəyril-əməl”dən ibarətdir.” Belə hədislər həddindən artıq çoxdur. Maraqlanmaq istəyənlər Əhli-sünnə kitabları olan ”Müsnədi Əhməd” (c. 3 səh. 356 və 363), ”Zadul-məad” (c. 1 səh.444), ”Səhihi Müslüm” (c. 1 səh.395) və ”Sünəni Beyhəqi” kitablarına müraciət edə bilərlər.

Comments are closed, but trackbacks and pingbacks are open.