Press "Enter" to skip to content

Zü düzəlməyəcək. Qalxanvari vəzi yoxlamaq nə vaxt yoxlamalı

Bu sözlərlə özünüzü aldatmayın. Kekslər, piroqlar əla növ yağlı kabablar yemək sizin ən azı 1 həftə geri salacaq. “Can boğazdan gəlir” deməyin, eyni can məhz elə boğazdan da gedir. Zarafatlarla iştahınıza haqq qazandırmağa çalışmayın. Heç kim sizə tikənizin hesabını tutun demir. Yazda gözəl bədən quruluşuna sahib olmaq, mağazalarda “S”, “M” ölçülərdəki gözəl libaslara yaxınlaşmaq istəyirsinizsə, bu məhsullardan uzaq durun.

Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti on üçüncü video dərsliyimdə sizləri salamlayıram. Bugünkü dərsimizin mövzusu Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi olacaq. Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, mətndə bəzi sözlərin altından qırmızı dalğavari xətlər çəkilir. Xüsusən cümlələrin altından isə yaşıl dalğavari xətlər çəkilir. Bu onu göstərir ki, həmin və ya söz birləşməsi orfoqrafik və qrammatik cəhətdən düzgün yazılmayıb. Belə yoxlama yalnız düzgün yazılış-Правописание əmrinin aktivləşdirilməsi zamanı baş verir. Düzgün yazılış-Правописание funksiyası nəinki səhvləri qeyd edir. Həmçinin onları aradan qaldırmağa da kömək edir.

Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi

Word-ün parametrləri

Gəlin ilk növbədə Word 2010 proqramında bu funksiyanın aktivləşdirilməsi məsələsinə baxaq. Düzdür mənim

proqramımda bu funksiya cari anda aktivdir. Amma ola bilsin ki, sizin Word 2010 proqramında bu funksiya aktiv olmasın. Bunun aktiv olunması məsələsini araşdıraq. Bunun üçün biz Word 2010 proqramında Файл menyusuna müraciət edirik. Və açılan menyudan Параметры adlanan əmri seçirik. Beləliklə Параметры Word- Word-ün parametrləri adlanan pəncərə açılır. Həmin pəncərənin sol tərəfində Правописание sətri seçilir. Sonra isə При исправлении правописания в Word bölməsində Автоматически проверять орфографию-orfoqrafik səhvlərin avtomatik yoxlanılması sahəsinə və При исправлении грамматику- qrammatik səhvlərin avtomatik yoxlanılması sahəsinə işarələr qoyulur. Bu zaman Word 2010 proqramı avtomatik olaraq orfoqrafik və qrammatik səhvləri yoxlayır. Əməliyyatın təsdiqi üçün OK düyməsi sıxılır. Word 2010 proqramında orfoqrafik və qrammatik səhvləri yoxlamaq üçün nəzərdə tutulan dil paneli vəziyyət sətrinə bərkidilmişdi. Mövcud dil paneli üzərindən siçanın sol düyməsini bir dəfə vurmaqla Язык adlanan pəncərə açılır ki, bu

Dil paneli Dil pəncərəsi

pəncərədəki siyahıdan yoxlanış dili seçilir və OK düyməsi vurulur. Gördüyümüz kimi cari anda yoxlanış ingilis dilinin lüğəti ilə aparıldığı üçün Azərbaycan dilində yazılmış mətnlərin altından qırmızı və yaşıl dalğavari xətlər çəkilir. Bu onu göstərir ki, verilmiş mətndə səhvlər vardır. Ümumiyyətlə adi qaydada Word 2010 proqramında orfoqrafik və qrammatik səhvləri yoxlamaq üçün nəzərdə tutulan dil ingilis və ya rus dilidir. Buna görə də Azərbaycan dilində yazılmış mətnləri səhv qəbul edir. Yaxşı olardı ki, bu cür yoxlanışı ingilis və ya rus dilində olan mətnlər üzərində aparaq. Bunun üçün əvvəlcədən hazırladığım fayla müraciət edək. Sənəddə mətnlər ingilis dilində verilib. Bəzi sözlər səhv yazıldığı üçün onların altından qırmızı dalğavari xətlər çəkilir. Word 2010 proqramında orfoqrafik və qrammatik səhvləri yoxlamaq üçün nəzərdə tutulan lent Рецензирование lentidir. Bu lentə müraciət edək. Açılan lentin sol tərəfində Правописание adlanan bölmə vardır. Eyni adlı bölmənin düyməsi vasitəsilə mətndəki səhvləri yoxlamaq olar. Onu da qeyd edim ki, Word 2003 proqramında bu düymə Standart alətlər lövhəsində

Dalğavari xətlər Рецензирование lenti

verilmişdi isə Word 2010 proqramında bu düymə Рецензирование lentindədir. Mətndəki səhvləri yoxlamaq üçün səhv yazılan sözün üzərində siçanın sağ düyməsi bir dəfə vurulur. Açılan kontekst menyudan həmin sözün düz variantı seçilir və siçanın sol düyməsi bir dəfə onun üzərində vurulur. Beləliklə səhv avtomatik olaraq düzgün variantla əvəz edilir. Bundan başqa Word 2010 proqramında orfoqrafik və qrammatik səhvləri yoxlamaq üçün Правописание düyməsinin iş prinsipi ilə də tanış olaq. Bunun verilmiş mətn qeyd olunur. Sonra paneldə Правописание düyməsi sıxılır. Açılan pəncərə səhv yazılan söz qırmızı işarələnir. Bu həmin sözün səhv yazıldığın

göstərir. Səhv yazılan sözün yoxlanışı ingilis dilinin lüğəti ilə aparıldığı üçün aşağı pəncərədə

Yoxlanış və əvəzetmə

səhv sözə müvafiq olan düzgün variantlar təklif edilir. Səhv sözə uyğun düzgün variantı seçib pəncərədəki Заменить düyməsini sıxırıq. Gördüyümüz kimi səhv avtomatik olaraq düzgün variantla əvəz edilir. Sonra növbəti səhv söz qırmızı rənglə işarələnir. Əgər söz digər dildə yazılmışsa və o qırmızı işarələnirsə, onda sadəcə pəncərədə Пропустить düyməsi sıxılmalıdır. Пропустить все düyməsi vurularsa onda sözün altından çəkilmiş qırmızı xətti ləğv

etmək olar. Bundan sonra avtomatik yoxlama artıq həmin sözü yoxlamayacaq. Əməliyyat bitdikdən sonra Word 2010 proqramı qarşıya Проверка правописания завершена— adlanan mesaj çıxardır. Bu onu göstərir ki, düzgün yazılış əmri artıq sənəddə yoxlamanı bitirib. Əməliyyatın təsdiqi üçün OK düyməsi sıxılır.

Azərbaycan dilini lüğətinin Word 2010 proqramına instalyasiya edilməsi.

Yüklənməyib

Ümumiyyətlə dil parametrlərini müəyyən etmək üçün Рецензирование lentində Язык adlanan bölmə mövcuddur. Həmin bölmədə Язык düyməsini vursaq açılan siyahıdan dilin parametrlərini ( Языковые параметры) dəyişmək üçün əmri görəcəyik. Onu vursaq Параметры Word— Word-ün parametrləri adlanan pəncərə açılır. Həmin pəncərənin sağ tərəfində Выбор языков редактирования adlanan siyahı görsənir. Həmin siyahıda iki dilin lüğəti (ingilis və rus) kompüterdə mövcuddur. Tək Azərbaycan dilinin lüğətindən başqa.

Burada Azərbaycan dilinin lüğəti qarşısında Не установлена sözü görsənir. Əgər Не установлена sözü üzərində siçanın sol düyməsi bir dəfə sıxılarsa bu zaman sözə bərkidilmiş hiperəlaqənin ünvanı səyyahımızda açılacaqdır. Və Microsoft şirkətinin rəsmi saytına daxil olacağıq. Burada Языковые параметры Office 2013 adlanan məqalə görürük. Yazının aşağısında dil seçmək üçün siyahı vardır. Həmin siyahıdan Azərbaycanli dili seçilir. Средство проверки правописания sətrinin aşağısında Загрузить düyməsi sıxılır. Təəssüflər olsun ki,açılan növbəti səhifədə biz yalnız Microsoft Office Yoxlama Aləti 2013 — Azərbaycan dili yazısını görürük. Bu o deməkdir ki, Microsoft Office Yoxlama Aləti 2010 üçün Azərbaycan dilinin lüğət paketi yoxdur. Bunu aşağıda verilən siyahıdan da görmək olar. Buna baxmayaraq internetdə axtarış etdikdən sonra Microsoft Office Yoxlama Aləti 2010 üçün Azərbaycan dilinin lüğət paketini tapdım. Bunu iş masamda yerləşdirdim. Məhz bu faylların köməyi ilə indi Microsoft Office üçün Azərbaycan dilinin lüğət paketini yükləyəcəm. Burada iki fayl təklif edilir.

  1. 64 bit əməliyyat sistemləri üçün https://yadi.sk/d/1EInyjVUc5PiE
  2. 32 bit əməliyyat sistemi üçün https://yadi.sk/d/NHIqD1oMc5Pjy

Bu faylların linklərini bu dərsdə və videonun aşağı hissəsində veriləcəkdir. Hər bir oxucum bu linklərdəki faylları kompüterinə endirərək onlardan istifadə edə biləcəkdir. Əlbəttə sual oluna bilər ki, sistemin 6432 bit olmasını haradan bilək? Bunun üçün siçanın sağ düyməsi Компьютер simgəsi üzərində sıxılır. Açılan kontekst menyudan Свойства sətri seçilir. Ekrana çıxan pəncərədə Тип системы sətrində 3264 bit yazını görməklə onu müəyyən etmək olar. Bizim nümunədə bu 32 bit əməliyyat sistemidir. Odur ki, iş masamda olan fayllardan yalnız 32 bit əməliyyat sistemi üçün nəzərdə tutulan faylı arxivdən çıxarmalıyıq. Faylı arxivdən çıxartdıqdan sonra iş masamızda eyni adlı qovluq yaranacaq. Həmin qovluğu açmaq lazımdır. Məsləhət görülür ki, proqramı yükləməmişdən qabaq aktiv olan proqramlar bağlansın. Sonra qovluqda yerləşən proqram faylı üzərində siçanın sol düyməsi iki dəfə sıxılmalıdır. Beləliklə proqramı quraşdıran usta pəncərəsi ekrana gələcək. Burada da Microsoft Proqram Təminatının Lisenziya Müqaviləsinin şərtlərini qəbul etmək üçün nəzərdə tutulan sahəyə işarə qoymalıyıq. Daha sonra isə davam et düyməsini sıxmalıyıq. Beləliklə proqramın kompüterə instalyasiyası prosesi başlayır və tez bir zamanda kompüterə quraşdırılır. Proqramın müvəffəqiyyətlə yüklənməsini bildirən mesajı görüb Ok düyməsini vururuq. Sonra isə Microsoft Word 2010 proqramında istənilən Azərbaycan dilində yazılmış sənədi ekrana çağırırıq. Davamı aşağıdakı videodərsdə…

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Sizə aşağıdakı mövzular faydalı ola bilər:

  1. Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi
  2. Word 2010 proqramında sənədin yadda saxlanılması
  3. Word 2010 proqramında sənədə müraciət
  4. Word 2010 proqramının interfeysi
  5. Word 2010 proqramında təkzib və təkrar düymələri

Özü düzəlməyəcək. Qalxanvari vəzi yoxlamaq nə vaxt yoxlamalı?

Sizi birbaşa endokrinoloqa yönəltmək üçün xüsusi simptomlarınız olduqda. Məsələn, qısa zamanda kökəlib və ya arıqladığınız təqdirdə, yorğunluq və davamlı olaraq zəiflik hiss edirsinizsə, yuxusuzluq, konsentrasiya problemi və zəif yaddaş müşahidə olunursa. Hər hansı bir orqanınızın ağrımağını gözləməyin. Qalxanvari vəzin ağrı siqnallarını vermir, buna görə problemin olduğunu hiss etməyə bilərsiniz. Bunun qarşısını necə alacağınız haqda danışırıq.

Bu gün “Özü düzəlməyəcək” layihəsində qalxanvarı vəzin necə işlədiyini, bədənimizdə nəyə təsir etdiyini və hansı simptomların bu orqanda problemin olduğuna işarə etdiyini anlamağa çalışacayıq. Yeri gəlmişkən, qadınlarda qalxanvarı vəz ilə əlaqədar problemlər kişilərə nisbətən 4-7 dəfə çoxdur. Heç vaxt qalxanvarı vəzlə probleminiz olmasa da, onu 2-3 ildən bir yoxlamağa dəyər. Buna görə qalxanvarı vəz haqqında daha çox məlumat əldə etmək hər kəs üçün faydalı olacaqdır. Layihə Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə ortaq şəkildə hazırlanıb.

Qalxanvari vəz haqda əsas məlumat

Qalxanvari vəz, boyunun ön və alt hissəsində yerləşən kiçik orqandır (cəmi 15-20 qram çəkisi var). O, qırtlağın qalxanvari qığırdağının qarşısında yerləşdiyi üçün belə adlandırılmışdır. Qalxanvari vəz kəpənəyə bənzəyir: bərzəx ilə birləşdirilmiş iki hissədən ibarətdir.

shutterstock.com

Vəzlə dərinin arasında yalnız incə fasya var (birləşdirici toxumadan “lövhələr”), demək olar ki, dərinin altında yerləşir, ona görə də toxunmaqla asan hiss olunur, əhəmiyyətli dərəcədə artdığı halda isə “gözlə” aydın görünür. Yetkinlik dövründə yeniyetmələrdə və hamilə qadınlarda ölçüsü arta bilər, lakin ümumiyyətlə bu cür dəyişikliklər kliniki baxımdan təhlükəli deyil.

Qalxanvari vəzin əsas vəzifəsi tiroid hormonlarının (tiroksin və triiodotironin) istehsalıdır. Bu proses yodun iştirakı ilə baş verir. Qalxanvari vəz yodu qan dövranından tuta bilən (bədəndə kifayət qədər olduqda) və hormonları sintez edən yeganə vəzdir. Yeri gəlmişkən, yodun həm artıqlığı, həm də çatışmazlığı eyni dərəcədə zərərlidir, buna görə də onun istehlak normalarına riayət etmək vacibdir.

Qalxanvari vəzin hormonları çox vacibdir, çünki bütün bədənə təsir edirlər, daha dəqiq desək, maddələr mübadiləsini tənzimləyirlər. Bu hormonlar bir çox həyati funksiyadan məsuldur: beyin, sinir və ürək-damar sistemlərinin, mədə-bağırsaq traktının fəaliyyətini tənzimləyir, reproduktiv funksiyanı, süd və cinsiyyət vəzlərinin işinə və digər proseslərə təsir edir.

freepik.com

Qalxanvari vəz bətndaxili inkişafın üçüncü həftəsində yaranmağa başlayır, 10-12-ci həftədə ilk funksional fəaliyyət görünür, 12-14-ci həftədən sonra isə orqan tam olaraq hormon istehsal etməyə başlayır – fəaliyyət demək olar ki, hamiləliyin sonuna qədər böyüməyə davam edir. Dölün qalvanvari vəzi öz-özünə hormon istehsal etməyə başlayana qədər qadın orqanizmi onu ehtiyac duyduğu hər şeylə təmin edir. Bu səbəbdən hamilə qadında qalvanvari vəzin normal fəaliyyəti xüsusilə vacibdir, sağlam beyin və onurğa beynin formalaşması ilə yanaşı, gələcək uşağın zəkası da bundan asılıdır. Hamiləlik dövründə dölün və ya yeni doğulmuş uşağın qalxanvarı vəzlə problemi varsa, kifayət qədər yod əmələ gəlməmişdirsə, bu, kretinizmə (bu, bətndaxili inkişaf zamanı tiroid hormonunun inkişaf etməməsi ilə əlaqəli bir xəstəlikdir, buna görə beyin zəif inkişaf etmişdir) qədər zehni qabiliyyətlərə güclü təsir edə bilər).

Yeri gəlmişkən, qalxanvari vəzin tədqiqatı XIX əsrin sonunda yalnız kretinizmin öyrənilməsi ilə əlaqədar başladı. Dağ bölgələrinin sakinləri arasında bu xəstəlikdən əziyyət çəkənlərin sayının artdığını gördülər. Bunu yod olmayan suyu içdikləri ilə əlaqələndirdilər. Bu xüsusilə Alp bölgələrində, İsveçrədə və qonşu bölgələrdə nəzərə çarpırdı. Beləliklə, qalxanvarı vəzin normal işləməsi üçün qida ilə birlikdə bədənə yodun daxil olmasının vacib olduğunu kəşf etdilər.

Qalxanvari vəzin ən çox görülən xəstəlikləri

Hipotireoz. Bədəndə çox az T4 olduqda inkişaf edir. İlk simptom kökəlməkdir. Hipotireoz zamanı maddələr mübadiləsi ləngiyir, artıq maye və parçalanma məhsulları daha az xaric olur və insan kökəlir. Hipotireozun bir çox səbəbi var: həm yod çatışmazlığı, həm də otoimmün tiroidit (immunitet sistemi qalxanvari vəzi təhlükəli bir xarici cisim sayır və onu məhv etməyə başlayır; hüceyrələr azalır və tiroksin səviyyəsi azalır). Tiroidit hər yaşda inkişaf edə bilər, lakin 45 yaşdan sonra qadınlarda daha çox görülür, baxmayaraq ki, kişilər və uşaqlar da xəstəlikdən əziyyət çəkə bilər.

Hiperterioz (tirotoksikoz da deyilir). Bu, əks vəziyyətdə, tiroksin səviyyəsi artdıqda meydana gəlir. Hormonun çox olması orqanizmi zəhərləyir, metabolik proseslər ayrılır, hüceyrələr enerji saxlaya bilmir və bədən çəkisi azalır. Hipertireozun səbəbi Graves xəstəliyi ola bilər. Bu otoimmun xəstəlik qalxanvarı vəzi ehtiyac duyduğundan daha çox tiroksin ifraz etməsinə məcbur edir. Bəzən bədənin özünə qarşı işləməyi dayandırılır, T4 səviyyəsinin normaya düşür və insan sağalır, lakin bu, yalnız 30% hallarda baş verir. Hipertireozun qurbanları da əsasən qadınlardır: kişilərdən 10 dəfə daha çox xəstələnirlər. Xəstəliyə hər yaşda rast gəlmək olar, lakin çox vaxt 20-40 yaşda olur.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

Arıqlamaq istəyərkən yol verdiyiniz 5 SƏHV

Yay gəlir, çimərlik mövsümü açılır. İstər bəylər, istərsə də xanımlar əllərindən gələni edirlər ki, bir neçə kilo çəki itirərək mükəmməl görünüşə malik olsunlar.

Lakin bu zaman çox incə və diqqətdən qaçırdıqları 5 səhv onların tam əksinə, kilo almalarına xidmət edir. Bu səhvlərdən qaçmaq istəyirsinizsə, bu yazını diqqətlə oxuyun.

Publika.az arıqlamaq istəyənlərin yol verdiyi 5 səhvi təqdim edir:

Pəhriz zamanı doğru bilinən 5 səhvdən biri sürətli arıqlamaq üçün yeməkdən imtina etməkdir.

Ac qalım, mədəm kiçilsin

Gün ərzində orqanizm üçün ən mühüm olan, lakin ən çox laqeydlik göstərilən məhz qidalanmadır. Yuxu zamanı uzun sürən aclıqdan sonra tezdən səhər yeməyi yemək günə ac-susuz, dəli, gərgin vəziyyətdə başlamaqdan daha yaxşıdır. Heç kim sizə yağlı qidalar yeməyi tövsiyə etmir. Az-az yeyin, gündə 3 dəfə sağlam qidalanın.

Bu gün yeyim, sabahdan pəhrizdəyəm

Bu sözlərlə özünüzü aldatmayın. Kekslər, piroqlar əla növ yağlı kabablar yemək sizin ən azı 1 həftə geri salacaq. “Can boğazdan gəlir” deməyin, eyni can məhz elə boğazdan da gedir. Zarafatlarla iştahınıza haqq qazandırmağa çalışmayın. Heç kim sizə tikənizin hesabını tutun demir. Yazda gözəl bədən quruluşuna sahib olmaq, mağazalarda “S”, “M” ölçülərdəki gözəl libaslara yaxınlaşmaq istəyirsinizsə, bu məhsullardan uzaq durun.

“Light “məhsullar

Bir məhsulun üzərində “liqht” yazısını görürsünüzsə, bilin ki, siz onu görənə qədər bu məhsul çox sayda prosedurdan keçərək təbiiliyini itirib. Onun tərkibində sizə faydalı, orqanizmin ehtiyacı olan heç bir şey yoxdur. Hər zaman təbii olan məhsullara üstünlük verin.

Arıqlama çayı ilə gələn incəlik

Bazarda satılan arıqlama çaylarından uzaq durun. Müxtəlif marketinq texnikləri tərəfindən bazara təqdim olunan bu çaylar sizi arıqlatmır. Əksinə, böyrəklərinizi sıradan çıxarır. Sadəcə çay əvəzinə suya üstünlük verin, nanə dəmləyin, zəncəfil için, bu sizin 7 sm-ə qədər incəlməyinizə kömək edəcək.

Su içmək doğrudur, amma qədərində

Su həyat mənbəyidir. Bədənimizin böyük əksəriyyəti mayedir. İnsan orqanizminin suya olan tələbatı heç vaxt bitməz, xüsusilə də yaya aylarında bu daha da artır. Bol su istehlak etmək olduqca faydalıdır. Tez-tez su içmək metabolizmanı sürətləndirir və daha tez, rahat şəkildə kilo vermənizə kömək edir. Lakin bir səhv etdiyiniz məqam var. Bir dəfəyə orqanizmə 1 litr su istehlak etmək olmaz. Bu, zərərlidir. Gün ərzində ən azı 8-10 stəkan su için. Bu sutka ərzində çəkinizə uyğun suyun tələbatını qarşılayacaqdır.

Başqalarının pəhrizlərini tətbiq etməyin

Hər kəs üçün eyni nəticəni verəcək pəhriz yoxdur. Elə bir həkim də yoxdur. Hər kəsin fərqli orqanizmi olduğu üçün, yazılan pəhrizlər məhz sizə özəl olaraq seçilir. Ətrafınızdakı insanların sizdən tez arıqladıqlarını görüb onların pəhrizlərinə əməl etməyə qaçmayın. Aclıq və məhrumiyyət tələb edən pəhrizlərdən uzaq durun! Mütəxəssislərin sizə yazdığı pəhriz sizin bədəninizə ən yaxşı nəticə verəcək şəkildə hazırlanmışdır. Əmin olun. Sadəcə iradəli olun və artıq çəkilərdən qurtulun.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.