Azərbaycanın Şöhrət ordenli alimi vəfat edib – FOTO
Tanınmış alim 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.
Ramin mahmudzadə olimpiada meseleleri
Azərbaycan elminə ağır itki üz verib
11.08.2022 / Mühüm xəbərlər
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Əlinazim oğlu Mahmudzadə 87 yaşında dünyasını dəyişib.
Ramin Mahmudzadə 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1958-1961-ci illərdə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirib. Çoxşaxəli əmək fəaliyyəti olan alim 1961-ci ildən 1968-ci ilədək BDU-nun Mexanika-riyaziyyat fakültəsində laborant işləyib.
1968-1973-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. 1973-cü ildə BDU-da fəaliyyətini davam etdirib, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs deyib. Baş müəllim, dosent, kafedra müdiri vəzifəsində işləyib.
Görkəmli alim Ramin Mahmudzadə uzun illər pedaqoji və ictimai fəaliyyət göstərib. Azərbaycanda proqramçıların yetiməsində müstəsna rolu olan R.Mahmudzadə informatikanın inkişafına əhəmiyyətli töhfələr verib, bu fənn üzrə olimpiada hərəkatının əsasını qoyub. O, respublika üzrə məktəblərarası informatika olimpiadalarının komissiya sədri, 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin “İnformasiya Texnologiyaları Təhsildə” Metodiki Şurasının sədri kimi çalışıb. Ramin Mahmudzadə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Tanınmış alim, dəyərli müəllim, səmimi və qayğıkeş insan Ramin Əlinazim oğlu Mahmudzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Azərbaycanın “Şöhrət” ordenli alimi vəfat edib – FOTO
BAKU.WS xəbər verir ki, R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, onun Azərbaycanda proqramçıların yetişməsində müstəsna rolu olub. R.Mahmudzadə informatikanın inkişafına töhfələr verib, bu fənn üzrə olimpiada hərəkatının əsasını qoyub.
Respublika üzrə məktəblərarası informatika olimpiadalarının, demək olar, hamısında jüri sədri olub. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin “İnformasiya Texnologiyaları Təhsildə” Metodiki Şurasının sədri idi. R.Mahmudzadənin 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb.
O, translyasiya üsulları, informatika, alqoritmik dillər fənlərini tədris edib. Alimin tədqiqat sahəsi paralel proqramlaşdırma, proqramlaşdırma dilləri və tədris metodikası olub.
Tanınmış alim 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.
Ramin Mahmudzadə vəfat etdi
Redaktor.az xəbər verir ki, bu barədə onun həmkarları məlumat verib.
R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, onun Azərbaycanda proqramçıların yetiməsində müstəsna rolu olub. R.Mahmudzadə informatikanın inkişafına töhfələr verib, bu fənn üzrə olimpiada hərəkatının əsasını qoyub.
Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar, hamısında jüri sədri olub. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin “İnformasiya Texnologiyaları Təhsildə” Metodiki Şurasının sədri idi. R.Mahmudzadənin 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb.
O, translyasiya üsulları, informatika, alqoritmik dillər fənlərini tədris edib. Alimin tədqiqat sahəsi paralel proqramlaşdırma, proqramlaşdırma dilləri və tədris metodikası olub.
Tanınmış alim 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.