Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ola bilər
Yoxlamalar icra hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılır. Bu inventarlaşdırma BŞİH-in saysız-hesabsız qurumlarında yol verilən çox ciddi pozuntuları, korrupsiya və mənimsəmələri üzə çıxartmaq prosesinin başlanğıcıdır. Onun gedişində çoxsaylı meriya məmurlarının vəzifələrini itirəcəyi, hətta hüquq-mühafizə orqanlarında cavab verəcəyi istisna olunmur.
Rasim abutalıbovun idaretmnin sasları
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Unikal” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək Rasim Quliyevin səhhətində problem olduğunu, bu səbəbdən Penitensiar Xidmətinin müalicə müəssisində saxlandığını bildirib.
O, Rasim Quliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılmasını istəyib. Bundan başqa, vəkillər cinayət işi üzrə istintaqda dindirilməyən Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun və Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı vəsatət veriblər.
Vəkillər bildirib ki, iş üzrə onlarla bağlı epizodlar var. Bu səbəbdən onların dindirilməsi zəruridir. Rasim Quliyev vəkillərin verdiyi vəsatətlərlə razı olduğunu deyib, təmin edilməsini istəyib.
Prokuror Ramiz Mehdiyevin dindirilməsinə zərurət olmadığını, vəsatətin bu hissəsinin təmin edilməməsini, vəsatətin Hacıbala Abutalıbovla bağlı hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi dekabrın 9-da davam etdirilək.
Abutalıbovun kadrları işdən çıxarılır, həbslər də ola bilər
Noyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı təyin edilən Eldar Əzizov meriyada köklü kadr dəyişikliklərini davam etdirir.
BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, dekabrsn 26-da BŞİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsaslı tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib. Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb. İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.
Qeyd edək ki, vəzifədən azad edilən hər 3 şöbə müdiri keçmiş mer Hacıbala Abutalıov tərəfindən vaxtilə vəzifəyə təyin edilib. Sani Nəsibov isə H.Abutalıbov Suraxanının icra başçısı işlədiyi dövrdə onunla birlikdə işləyib.
Eldar Əzizov hələ BŞİH başçısının səlahiyyətlərini icra edəndə qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub. Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Vahid İsmayılov da vəzifəsindən azad olunub. Onun vəzifəsinə Coşqun Cəbrayılov təyinat alıb. Bundan başqa, BŞİH-in Aparat rəhbəri Rasim Quliyev səhhəti ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Onun yerinə Elgün Həbibullayev təyin olunub.
BŞİH-də işçilərin orta yaş həddi 60-dan yuxarıdır. Kadr dəyişiklikləri də İH-də yenilənmə və gəncləşmə siyasəti ilə bağlı olduğu iddia olunur.
Yada salaq ki, 2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov bu ilin aprelində prezident İlham Əliyev sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. Bir müddət əvvəl BŞİH-də inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb. Bununla bağlı BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb.
Yoxlamalar icra hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılır. Bu inventarlaşdırma BŞİH-in saysız-hesabsız qurumlarında yol verilən çox ciddi pozuntuları, korrupsiya və mənimsəmələri üzə çıxartmaq prosesinin başlanğıcıdır. Onun gedişində çoxsaylı meriya məmurlarının vəzifələrini itirəcəyi, hətta hüquq-mühafizə orqanlarında cavab verəcəyi istisna olunmur.
BŞİH-də korrupsiya və rüşvətxorluğun ən çox tüğyan etdiyi sahələrdən biri isə təmir-tikinti sahəsi olub.
Məlumata görə, Hesablama Palatası BŞİH-in yalnız bir qurumunun auidit nəticəsində külli miqdarda mənimsəmə faktı da Eldar Əzizova təqdim edilib.
Güman edilir ki, həyata keçirilmiş auditin nəticələri hüquq-mühafiə orqanlarına göndəriləcək və istintaq başlayacaq. Bu isə Hacıbala Abutalıbovun kadrları ilə bağlı ilk cinayət işinin başlanması demək olacaq. Bununla da Hacıbala Abutalıbovun məsuliyyətini gündəmə gətirəcək.
Ümumiyyətlə, BŞİH-də baş vermiş korrupsiyanın bir çox məmurların istintaqa cəlb olunması ilə nəticələnəcəyi iddia olunur. Hələlik Hacıbala Abutalıbov baş nazirin müavini kimi toxunulmazdır. Ancaq hər kəs bilir ki, onun bu toxunulmazlığına istənilən an son qoyula bilər. Digər tərəfdən, Hacıbala Abutalıbovun kadrlarının istintaqa cəlb olunması elə onun özünün də istintaqa cəlb olunması demək olacaq.
Rasim abutalıbovun idaretmnin sasları
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Quliyevin vəkili Ədalət Mövlanov vəsatətlə çıxış edərək D.Əliyeva küçəsi 141 ünvanında yaşayan sakinlərin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılıb.
Daha sonra keçmiş Aparat rəhbəri dövlət ittihamçısı Eldar Həmzəyevin suallarını cavablandırıb. Bildirib ki, həmin vaxt Bakı şəhər icra başçının səlahiyyətlərini icra etmək səlahiyyəti olmayıb:
-O ərəfələrdə Bakı şəhər icra başçısının müavini Rauf Pənahov xəstə idi, buna görə işlə bağlı ləngimələr olurdu. Rauf müəllim rəhmətə gedəndən sonra Hacıbala Abutalıbov üç nəfər idarə rəisinin müavinliyə təqdimatını hazırlamağı tapşırdı. Onların içərisində mənim adım yox idi. Təqdimatlarla bağlı hər üçündən ərizə almalı idim. Amma o üç nəfərin ərizə yazmaq üçün intelektual potensialları çox aşağı idi. Bu barədə Hacıbala müəllimə məlumat verdim.
Rasim Quliyev prokurorun növbəti suallarına cavab olaraq H.Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq icra etməyi ona həvalə etdiyini deyib:
-Bakı Şəhər İcra Hakimiyyətinin blankında sərəncam imzaladı. Sərəncamı araşdırdım, baxdım gördüm düzgün tərtib olunmayıb. Rauf Pənahovdan sonra onun rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Komissiyaya və Fövqəladə Hallar komissiyasına rəhbərlik etmişəm. Amma buna görə maaş almamışam, bu vəzifəni ictimai əsaslarla həyata keçirmişəm. Mən müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəndən sonra Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olundu. Amma buna baxmayaraq o həm də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə özü nəzarət edirdi.
R.Quliyev deyib ki, 1 saylı İqtisadi İnzibati Məhkəməyə daxil olan məktubda göstərilib ki, R.Pənahov rəhmətə getdiyi üçün tikintiyə nəzarət işləri və icazə rəhbərliklə razılaşdırılmaqla ona həvalə edilib:
-Özbaşıma heç bir sənədə imza ata bilməzdim. Bütün sənədlər rəhbərliklə razılaşdırmalı idim. Həmin vaxt ərizə yazıb işdən çıxa da bilmirdim. Çünki icra başçısı və müavin postu boş idi. Eldar Əzizov birinci müavin təyin olunandan sonra ərizəmi yazıb işdən azad olundum. Öz ərizəmlə BŞİH-in aparat rəhbəri vəzifəsindən azad olunmuşam, müavin vəzifəsindən yox.
Belə çıxır ki, mən hələ də müavin vəzifəsində işləyirəm? Mən bu vaxta qədər o Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini maaşını almamışam. Mənim müavin səlahiyyətlərini qeyri-rəsmi icra etdiyimi Ramiz Mehdiyev də bilirdi, digər aidiyyəti şəxslər də. Onu da deyim ki, icra başçısı səlahiyyətlərini icra etməyim barədə də nə sərəncam var, nə də hansısa başqa sənəd.
R.Quliyev bildirib ki, tikintiyə sərəncamı və digər sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayıb: ” Mən razılaşdırılmış halda sərəncama qol çəkmişəm. Başçı əvəzi kimi gələn məktublara, sənədlərə mən baxmışam. Bu, əsasnaməyə uyğun idi. Mən sərəncamı ekstremal şəraitdə imzalamışam, çünki həmin vaxt başçı başqa vəzifəyə təyin olunmuşdu, müavin isə rəhmətə getmişdi”.
Sabiq Aparat rəhbəri onu da deyib ki, sərəncam imzalanmamışdan əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbov D.Əliyeva 141 və 145 ünvanlarındakı binaların sökülməsi barədə sərəncam verib: “Sərəncamda göstərilib ki, həmin ünvanlarda söküntü-abadlaşdırma işləri aparılsın. Bu sərəncam məndən qabaq olub. Müqavilədə göstərilib ki, ərazidə abadlıq işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb”.
Məhkəmə prosesi sentyabrın 9-da, saat 16:00 -da davam edəcək.
Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.
Comments are closed, but trackbacks and pingbacks are open.