Rasim kərimli
Vaxt ola, yol tapam, zirvədə duram,
Alçağa, satqına bir divan quram.
Düşməndən qorxmuram,”dost”dan qorxuram,
Məni yaxın dərdi öldürəcəkdir.
Ə. Məmmədov – Rasim Kərimli
Группой крупнейших российских правообладателей авторских и смежных прав, а именно: ООО «НЦА», ООО «ЛенГрад», ООО «Креатив Медиа», ООО «Новый мир», ООО «Медиалайн», ООО «Диджитал Прожект» и другими, в рамках заключенных с ООО «АдвМьюзик» лицензионных соглашений, вэб-сайту https://lightaudio.ru предоставлены разрешения на использование музыкального контента, принадлежащего данным Правообладателям, способом доведения до всеобщего сведения в цифровой форме через Интернет.
Вместе с тем, ООО «АдвМьюзик» не является владельцем, администратором или хостинг-провайдером сайта, не размещает, и не влияет на размещение на сайте любых авторских произведений и фонограмм.
По вопросам, связанным с использованием контента заявленных выше Правообладателей, просьба обращаться на support@advmusic.com.
По вопросам, связанным с использованием контента Правообладателей, не имеющих Лицензионных Договоров с ООО «АдвМьюзик», а также по всем остальным вопросам, просьба обращаться в службу технической поддержки сайта на mail@lightaudio.ru
© 2023 lightaudio.ru
Правовая информация
Описание услуг
Rasim kərimli
Rasim Kərimli 1 may 1932-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Uşaqlıqdan saz, zurna-balaban çalan, Bakı Dövlət Universitetində oxuyarkən qarmon və pianino çalmağı öyrənən Rasim Kərimli universitetin bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri idi. Hələ orta məktəbdə oxuyarkən şeir yazan Rasim bu vaxt artıq respublika mətbuatında çap olunurdu. Bir il Ağsu rayonunda müəllim işlədikdən sonra 1957-1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dİl və Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Lakin bədii yaradıcılığı elmi yaradıcılığa üstün gəlir və tezliklə o, M. F. Axundov adına Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasına müəllim keçir. Bu vaxt Rasim artıq tanınmış şair idi. Şairin əsərlərinin xalq ruhuna son dərəcə yaxın olması onların asanlıqla əzbərlənməsinə və xalq arasında yayılmasına şərait yaradırdı. Bu təsadüfü deyildir. Uşaqlıqdan qonşuları Aşıq Nağının yanında aşıq havalarını və el şairlərinin şeirlərini əzbər öyrənməsi onun gələcək yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu təsir o qədər güclü olmuşdur ki, həyatı boyu saz-söz adamlarının cazibəsindən kənara çıxa bilməmişdi. Bir neçə musiqi alətlərimizdə gözəl çalan Rasim Kərimli milli musiqimizin bilicilərindən idi. Həm buna, həm də şeirlərinə görə musiqiçilər və müğənnilərin əksəriyyəti onunla dostluq edirdi. Görkəmli sənətçilərimiz Habil Əliyev, Əlibaba Məmmədov, Teymur Mustafayev, Arif Babayev, eləcə də Mayis Salmanov, Mayis Məmmədov və başqaları şairə xüsusi ehtiram göstərirdilər. Elə bir konsert (dövlət tədbirləri daxil olmaqla), elə bir şənlik, elə bir toy olmazdı ki, Rasim Kərimlinin sözlərinə yazılmış mahnılar oxunmasın. Şairin “Səndən savayı”, “Biləydin kaş”, “Bir qız bir oğlanındır”, “Qurban olum”, “Sənsiz”, “Min yaşasın”, “Axtarar səni”, Zümrüd Məmmədova və Təhmurazın oxuduğu çox maraqlı, dərin mənalı “Deyişmə” və başqa şeirlərinə bəstələnmiş mahnılar dillər əzbəri olmuşdu. “Dostluq ilk sözümdür”(1969), Şəfqət bulağım”(1975), “Dünya mərdlər dünyasıdır”(1979), “Biləydin kaş”(1983), “İntizarda qoyma məni” ( 1991) və s. kitabların müəllifi olub. Rasim Kərimli 1996-cı il 24 iyunda vəfat edib.
Dalidag.az Rasim Kərimlinin şeirlərini təqdim edir:
SƏNDƏN SAVAYI
Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.
Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.
Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı.
Yetirin dərdimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən zərə
Misgər bazarında üz verilmədi.
İstəsən qəlbinə nur ələsin dağ.
Zirvəyə qartalın gözləriylə bax.
Günəşin nurunu sevməz yapalax.
Əzəldən bayquşa göz verilmədi.
Rasim, tək olanda hünər də laldı,
Yalqızın talehi gümana qaldı.
Qarğa qarıldadı, mükafat aldı.
Biçarə bülbülə söz verilmədi.
BİLDİRƏCƏKDİR
Məsəl var:”Dost olmaz qurddan qoyuna”,
Yadlar yadlığını bildirəcəkdir.
Xəbisin əlinə fürsət keçəndə
Adını hər yerdən sildirəcəkdir.
Vəfadar eşqiylə coşub çağlasan,
Gözünün yaşının silər ağlasan.
Vəfasız gözələ könül bağlasan,
Aləmi üstünə güldürəcəkdir.
Vaxt ola, yol tapam, zirvədə duram,
Alçağa, satqına bir divan quram.
Düşməndən qorxmuram,”dost”dan qorxuram,
Məni yaxın dərdi öldürəcəkdir.
Sarsılmaz dost dostdan aralanmasa,
Aslanlar oyanmır yaralanmasa.
Özü bölünməsə, paralanmasa,
Rasim, kim ürəyi böldürəcəkdir.
OLMUR
Çağlamaq eşqiylə coşur ürəyim,
Hər yanı bənd alıb çağlamaq olmur.
Qeyrətsiz deyirlər ağlayan kəsə,
Dərd deşir sinəmi ağlamaq olmur.
Alçaqlar ucalıb, ucalar enib,
Məhəbbət məhv olub, sədaqət sönüb.
Hamı ac aslana, ac qurda dönüb,
Heç kimə etibar bağlamaq olmur.
Qanqaldan qiymətsiz olub qızılgül,
Sərçənin əlinə su tökür bülbül.
Bu dərddən od tutub alışır könül,
Haqsızı haqq ilə dağlamaq olmur.
Köpəklər qurdlarla aşnalıq qatıb,
Sürünü dəyərə-dəyməzə satıb.
Tülkülər, çaqqallar o qədər artıb,
Bir toyuq, bir cücə saxlamaq olmur.
Rasim öz piltəsi əridər şamı,
Saxlasa qabığı saxlar badamı.
Qammazlar bir kökə salır adamı,
Əllicə yaşı da haqlamaq olmur.
Elinə, gününə yanmayan bir kəs
Tutaq ki, sultandı, xandı nə fayda?
Gənclikdə özünü xar eyləyənlər
Çallaşan vaxtında qandı, nə fayda?
Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də.
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı, nə fayda?
Rasiməm dar gündə insana dayaq,
İnamın yoxdursa imtahan et, bax.
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli günlərdə yandı nə fayda?
QURBAN OLUM
Vətən sənin torpağının
Qüdrətinə qurban olum
Koroğlunun, Babəkinin
Qeyrətinə qurban olum.
Nurlu yolu, haqqın yolu,
Bir sahilsiz çayın qolu
Dünya dolu, tarix dolu
Şöhrətinə qurban olum
Dəfinə var dənizində,
Hər dağında, hər düzündə
Nəyin yoxdur yer üzündə
Sərvətinə qurban olum.
Aşıb-daşan illərinin,
Nəğmə qoşan dillərinin
Nur çeşməli göllərinin
Hikmətinə qurban olum.
Yaz arzulu, yaz diləkli,
Duz-çörəkli, düz çörəkli
Rasim deyər, dağ ürəkli
Millətinə qurban olum.
MİN YAŞASIN
Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.
Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.
Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.
El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.
Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.
BULAQ KİMİ
Rasim kərimli
Kulis.az şair Rasim Kərimli haqqında maraqlı faktları təqdim edir.
Rasim Kərimli 1 may 1932-ci ildə Tovuz rayonu Düz Qırıqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Uşaqlıqdan saz, zurna-balaban çalan, Bakı Dövlət Universitetində oxuyarkən qarmon və pianino çalmağı öyrənən Rasim Kərimli universitetin bədii özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən biri olub.
Hələ orta məktəbdə oxuyarkən şeir yazan Rasim artıq mətbuatda çap olunur. Bir il Ağsu rayonunda müəllim işlədikdən sonra 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışır. Lakin bədii yaradıcılığı elmi yaradıcılığa üstün gəlir və tezliklə o, M. F. Axundov adına Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasına müəllim keçir. Bu vaxt Rasim artıq tanınmış şair idi.
Şairin əsərlərinin xalq ruhuna son dərəcə yaxın olması onların asanlıqla əzbərlənməsinə və xalq arasında yayılmasına şərait yaradırdı. Bu təsadüfü deyildi, uşaqlıqdan qonşuları Aşıq Nağının yanında aşıq havalarını və el şairlərinin şeirlərini əzbər öyrənməsi onun gələcək yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərir.
Bir neçə musiqi alətlərimizdə gözəl çalan Rasim Kərimli milli musiqimizin bilicilərindən idi. Həm buna, həm də şeirlərinə görə musiqiçilər və müğənnilərin əksəriyyəti onunla dostluq edirdi. Görkəmli sənətçilərimiz Habil Əliyev, Əlibaba Məmmədov, Teymur Mustafayev, Arif Babayev, Mayis Salmanov, Mayis Məmmədov və başqaları şairə xüsusi ehtiram göstərirdilər. Elə bir konsert, şənlik, toy olmazdı ki, Rasim Kərimlinin sözlərinə yazılmış mahnılar oxunmasın.
Şairin “Səndən savayı”, “Biləydin kaş”, “Bir qız bir oğlanındır”, “Qurban olum”, “Sənsiz”, “Min yaşasın”, “Axtarar səni”, Zümrüd Məmmədova və Təhmurazın oxuduğu çox maraqlı, dərin mənalı “Deyişmə” və başqa şeirlərinə bəstələnmiş mahnılar dillər əzbəri olub.
Rasim Kərimli “Dostluq ilk sözümdür”, “Şəfqət bulağım”, “Dünya mərdlər dünyasıdır”, “Biləydin kaş”, “İntizarda qoyma məni” adlı kitabların müəllifi olub.
Rasim Kərimli Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi – Azad xanın oğlu represiya qurbanı Rəşid ağa Cavanşirin qızı Zəminə bəyimlə evlənib.
Rasimin dərsləri o qədər maraqlı keçirdi ki, müəllimlər və başqa kurs tələbələri də onun dərsinə gəlirdilər. Bununla belə, bədii yaradıcılıq onun üçün hər şey idi. Rasimin yaradıcılığında, xüsusən də onun gəraylı və qoşmalarında Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif ruhu hiss olunur.
Keçən əsrin 60-70-ci illərində şəhərə gələn aşıqlar mütləq səhər-səhər qatardan düşən kimi Rasim Kərimlinin evinə gələrdilər. Təkcə ona görə yox ki, şair dəmiryol vağzalının lap yaxınlığında, yaşayırdı. Bir də ona görə ki, Rasimin dostları idilər. Ona baş çəkməyi özlərinə borc bilirdilər. Mikayıl Azaflı, Əkbər, İmran, Xanlar, Əlixan, Əli, Hüseyn Saraclı, Əmrah, Kamandar və başqaları onun daimi qonağı, ürək və yaradıcılıq dostları idilər.
Şairin həyat yoldaşı Zəminə xanımın obrazlı şəkildə dediyi kimi, evləri hələ o vaxtlar mövcud olmayan Aşıqlar Birliyinin filialı idi.
Yüzlərlə şeirin müəllifi olan şairi təəssüf ki, oxucular o qədər də yaxşı tanımayıblar. Rasim Kərimli 1996-cı il 24 iyunda vəfat edib.
Şairin ən məşhur şeirlərindən bir neçəsini təqdim edirik.
Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.
Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.
Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı
Elinə, gününə yanmayan bir kəs
Tutalım sultandı, xandı nə fayda?
Gənclikdə özünü xar eyləyənlər
Çallaşan vaxtında qandı, nə fayda?
Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də.
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı, nə fayda?
Rasiməm dar gündə insana dayaq,
İnamın yoxdursa imtahan et, bax.
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli günlərdə yandı nə fayda?
Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.
Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.
Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.
El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.
Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.
Vətən sənin torpağının
Qüdrətinə qurban olum
Koroğlunun, Babəkinin
Qeyrətinə qurban olum
Nurlu yolu, haqqın yolu,
Bir sahilsiz çayın qolu
Dünya dolu, tarix dolu
Şöhrətinə qurban olum
Dəfinə var dənizində,
Hər dağında, hər düzündə
Nəyin yoxdur yer üzündə
Sərvətinə qurban olum
Aşıb-daşan illərinin,
Nəğmə qoşan dillərinin
Nur çeşməli göllərinin
Hikmətinə qurban olum
Yaz arzulu, yaz diləkli,
Duz-çörəkli, düz çörəkli
Rasim deyər, dağ ürəkli
Millətinə qurban olum
Comments are closed, but trackbacks and pingbacks are open.