Press "Enter" to skip to content

Rasim kərimlinin

Vəfadar eşqiylə coşub çağlasan,
Gözünün yaşının silər ağlasan.
Vəfasız gözələ könül bağlasan,
Aləmi üstünə güldürəcəkdir.

Mikail Mirzə Rasim Kərimlinin Şeri “Nə Fayda” 03.02.2016

“Nə fayda”
Elinə, gününə yanmayan bir kəs
Tutaq ki, sultandı, xandı nə fayda?
Gənclikdə özünü xar eyləyənlər
Çallaşan vaxtında qandı, nə fayda?
Yeri ayrıcadır dünya üzündə
Qəlbi xainin də, könlü düzün də.
Hamının əksi var elin gözündə
Alçaqlar adını dandı, nə fayda?
Rasiməm dar gündə insana dayaq
İnamın yoxdursa imtahan et, bax.
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli günlərdə yandı nə fayda?

Most recent Elchin Khalilov channel videos

  • Göylər88
  • Xəlil Rza. Unuduldum
  • Miikail Mirzə Qarabaq Haqda

Subscribe to our Telegram channel! @thewikihow_en subscribe Stay tuned on round-the-clock video trends selection!

Explore more videos from Elchin Khalilov

Video Views Date
201 033 03.02.2016
Mikail Mirze Yaxşılıq Şeri – Mİkail Mirzə ilə Xəlil Rzanın söhbəti
4 450 03.02.2016
Süleymani Havası – Göylər toyu gözəl Süleymani rəqsi
2 431 03.02.2016
Qoşa Nağara – Göylər toyu 1988ci il

Поделиться с друзьями:

Скопировать ссылку Добавить временную метку Включение данной опции позволит добавить к ссылке время начала воспроизведения видео, где H:M:S – часы:минуты:секунды

Копировать

Фото обложки и кадры из видео

Скопировать ссылку

Mikail Mirzə Rasim Kərimlinin Şeri “Nə Fayda” 03.02.2016, Elchin Khalilov

Аналитика просмотров видео на канале Elchin Khalilov

Гистограмма просмотров видео «Mikail Mirzə Rasim Kərimlinin Şeri “Nə Fayda” 03.02.2016» в сравнении с последними загруженными видео.

Теги:

Mikail Mirze Mikail Mirza Mikail Mirzə Mikayil Mirzə Mikayil Mirze Mikayil Mirza Göylər Şamaxı Toy Kənd Toyu Gözəl Şer Şerler Şerlər еще Azərbaycan Şairləri Azərbaycan Şerləri Rasim Kərimli Rasim Şair Rasim Rasim Kerimli Qəzəl Sheir Sher Şer Sevgi Şerləri Məhəbbət Nüsrət Kəsəmənli Yetim Eyvaz Eyvaz Ramiz Rövşən Səməd Vurqun Semed Vurqun Səməd Vurğun Nə Fayda Tovuz Tovuz Şairləri Tovuz Aşıqları Aşıq Havası

Rasim kərimlinin

Dünya mərdlər dünyasıdır – Rasim Kərimlinin şeirləri

MANERA.AZ “Unudulmazlar” rubrikasında Rasim Kərimlinin şeirlərini təqdim edir:

Min yaşasın

Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.

Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.

Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.

El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.

Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.

Qurban olum

Vətən sənin torpağının
Qüdrətinə qurban olum
Koroğlunun, Babəkinin
Qeyrətinə qurban olum

Nurlu yolu, haqqın yolu,
Bir sahilsiz çayın qolu
Dünya dolu, tarix dolu
Şöhrətinə qurban olum

Dəfinə var dənizində,
Hər dağında, hər düzündə
Nəyin yoxdur yer üzündə
Sərvətinə qurban olum

Aşıb-daşan illərinin,
Nəğmə qoşan dillərinin
Nur çeşməli göllərinin
Hikmətinə qurban olum

Yaz arzulu, yaz diləkli,
Duz-çörəkli, düz çörəkli
Rasim deyər, dağ ürəkli
Millətinə qurban olum

Səndən savayı

Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.

Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.

Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı.

Hər incə mətləbi anlamaz naşı,
Tez düşər, tez düşər kaman əlindən.
Könlüm zirvələrlə görüşmək istər,
Yol tapa bilmirəm duman əlindən.

Ziyarət etdirən bağı bar imiş,
Ən uca dağların başı qar imiş.
Nə yaxşı, dünyada yaxşı var imiş,
Yoxsa tərk olardıq yaman əlindən.

Rasim, bu dünyanın nurudur insan,
Kim bilməz qədrini yaratsan, yansan.
Sən elin, Vətənin haqqını dansan,
Yıxılsan tutarmı zaman əlindən?

Yetirin dərdimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən zərə
Misgər bazarında üz verilmədi.

İstəsən qəlbinə nur ələsin dağ.
Zirvəyə qartalın gözləriylə bax.
Günəşin nurunu sevməz yapalax.
Əzəldən bayquşa göz verilmədi.

Rasim, tək olanda hünər də laldı,
Yalqızın talehi gümana qaldı.
Qarğa qarıldadı, mükafat aldı.
Biçarə bülbülə söz verilmədi

Çağlamaq eşqiylə coşur ürəyim,
Hər yanı bənd alıb çağlamaq olmur.
Qeyrətsiz deyirlər ağlayan kəsə,
Dərd deşir sinəmi ağlamaq olmur.

Alçaqlar ucalıb, ucalar enib,
Məhəbbət məhv olub, sədaqət sönüb.
Hamı ac aslana, ac qurda dönüb,
Heç kimə etibar bağlamaq olmur.

Qanqaldan qiymətsiz olub qızılgül,
Sərçənin əlinə su tökür bülbül.
Bu dərddən od tutub alışır könül,
Haqsızı haqq ilə dağlamaq olmur.

Köpəklər qurdlarla aşnalıq qatıb,
Sürünü dəyərə-dəyməzə satıb.
Tülkülər, çaqqallar o qədər artıb,
Bir toyuq, bir cücə saxlamaq olmur.

Rasim öz piltəsi əridər şamı,
Saxlasa qabığı saxlar badamı.
Qammazlar bir kökə salır adamı,
Əllicə yaşı da haqlamaq olmur

Elinə, gününə yanmayan bir kəs
Tutaq ki, sultandı, xandı nə fayda?
Gənclikdə özünü xar eyləyənlər
Çallaşan vaxtında qandı, nə fayda?

Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də.
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı, nə fayda?

Rasiməm dar gündə insana dayaq,
İnamın yoxdursa imtahan et, bax.
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli günlərdə yandı nə fayda?

Bildirəcəkdir

Məsəl var:”Dost olmaz qurddan qoyuna”,
Yadlar yadlığını bildirəcəkdir.
Xəbisin əlinə fürsət keçəndə
Adını hər yerdən sildirəcəkdir.

Vəfadar eşqiylə coşub çağlasan,
Gözünün yaşının silər ağlasan.
Vəfasız gözələ könül bağlasan,
Aləmi üstünə güldürəcəkdir.

Vaxt ola, yol tapam, zirvədə duram,
Alçağa, satqına bir divan quram.
Düşməndən qorxmuram,”dost”dan qorxuram,
Məni yaxın dərdi öldürəcəkdir.

Sarsılmaz dost dostdan aralanmasa,
Aslanlar oyanmır yaralanmasa.
Özü bölünməsə, paralanmasa,
Rasim, kim ürəyi böldürəcəkdir.

Mikail Mirzə Rasim Kərimlinin şeiri

Смотреть видео Mikail Mirzə Rasim Kərimlinin şeiri на videozubrit бесплатно

236 | 13
Elchin Khalilov | 10 год.

Скачать / Конвертировать
Поделиться этим видео
Описание видео

Uyub yad sözünə, yaman sözünə,
Məni qəm oduna salan necəsən?
Tərlan gəncliyimi güdaza verib,
Sən etdin ömrümü talan necəsən?

Qarşından yetim tək boynumu burdum,
Yolunda özümü min oda vurdum.
Mən səndən səadət, nicat umurdum,
Sən etdin ömrümü talan necəsən?

Baxmadın ahıma, amanıma sən,
Döndün yaxın ikən yamanıma sən.
Nə qəsddir eylədin bu canıma sən,
Ağlımı başımdan alan necəsən?

Hanı qəlbindəki eşqin dənizi,
Mənə çoxmu gördün o gül bənizi?
Deyirdin ölüm də ayırmaz bizi,
Eşqi, məhəbbəti yalan

Gözünün sevinci yaşdırmı indi?
Yerim ürəyində boşdurmu indi?
Günün-güzəranın xoşdurmu indi?
Tənhalıq fəryadı çalan necəsən?

Rasim, yar deyil ki yarından doyan,
Ömrü oyun sayan, oyuncaq sayan,
Özünü tənələr altında qoyan,
Bəxtinin düşməni olan necəsən?

Comments are closed, but trackbacks and pingbacks are open.