Press "Enter" to skip to content

RƏB DİLİNİN QRAMMATİKASI 1 2 v Мод APK

Скачать 100% рабочие моды

Azərbaycan dilinin ilk elmi qrammatikası

Azərbaycan dünya mədəniyyəti xəzinəsinə çox dahilər vermişdir: Əbülhəsən Bəhmənyar Azərbaycani, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, böyük türkoloq Mirzə Kazım bəy.
XIX yüzillikdə Rusiyada şərqşünaslıq elminin yaradıcılarından biri olan Mirzə Məmmədəli Qasım oğlu Kazım bəy Dərbənddə böyümüş, ilk təhsilini ailə içində – dövrünün əsilli-nəsilli məşhur ziyalısı, islam mədəniyyətinin böyük bilicisi, atası Hacı Qasımdan alan gənc Məmmədəli, ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, hətta 17 yaşında “Опыт грамматики арабского языка” аdlı (ərəb dilində) ilk əsərini yazmış, ömrünün son günlərinə qədər çox sevdiyi pedaqoji fəaliyyətindən ayrılmamışdır.

Mirzə Kazım bəyin elmi həyatında və hərtərəfli inkişaf edən ensiklopedik bir alim kimi yetişməsində XIX əsr Rusiya ictimai-siyasi mühitinin böyük rolu olmuşdur. Böyük alim, şərqşünas, filosof, hüquqşünas, tarixçi, pedaqoq, ən başlıcası, türk dillərinin mahir tədqiqatçısı – dünya şöhrətli türkoloq Mirzə Kazımbəy qazandığı uğurlara görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, İngiltərə, Fransa, Almaniya, Danimarka, Amerika Birləşmiş Ştatları, eləcə də Yaxın və Orta Şərq ölkələrinin akademik təş­ki­lat­larının, elmi cəmiyyətlərinin üzvü seçildi. Əsərləri İngiltərədə, Fransada, Almaniyada rus, ingilis, alman, fransız, ərəb, fars, türk, Azərbaycan dillərində çap olundu.

M.Kazım bəyin rus və dünya türkoloji mühitində böyük sensasiyaya səbəb olan “Türk-tatar dilinin ümumi qrammatikası” (Kazan, 1839, 1846) kitabı mükəmməl, vacib və fundamental əsər kimi Rusiyada iki dəfə ən böyük ödüllərdən sayılan Demidov mükafatına layiq görülmüşdür. İkinci nəşrindən cəmi iki il sonra alman dilinə tərcümə edilərək Avropanın ali məktəblərində dərslik kimi öyrədilən bu kitab, iki əsrə yaxındır ki, Azərbaycan dilinə çevrilməmişdi.
Sevindirici haldır ki, son dərəcə əhəmiyyətli və ağır məsuliyyət tələb edən bu iş artıq reallaşdı. 178 il sonra tədqiqatçı-alim, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov əsəri, nəhayət, ana dilimizə layiqli şəkildə tərcümə edə bildi. O, kitabı geniş tədqiq və şərhlərlə tərcümə edib. Əsər nəşriyyatda nəfis şəkildə çap olunmuşdur. Tərcümə, tədqiq və şərhdən ibarət irihəcmli monoqrafiya elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Tərcümə yalnız “quru” çevirmə olmadığı üçün, düşünürəm ki, tədqiqatçı-alim əsərə “Mirzə Kazımbəy. Türk-tatar dilinin ümumi qrammatikası. Tərcümə, tədqiq və şərh (Bakı, 2017. 1007 səh.)” adını verməsində haqlıdır, çünki əsər, həqiqətən də, tədqiqat və şərhlərlə zəngindir.
Hər şeydən əvvəl, professor İdris Abbasov Mirzə Kazım bəyin dil məsələlərinin həssaslığını, onun linqvistik üslubunu, hər dil nümunəsinə fərdi yanaşma səriştəsini (əsərdə belə hallar – yerli kiçik xalqların dil materialları ilə müqayisələri çoxdur) mənimsəyə bilmişdir. Bu səbəbdən, əsərdə dil faktlarının izahı, hətta onların canlı danışıq variantlarının tədqiq və şərhləri oxucu-mütəxəssisi qane etdiyi kimi, mütərcimi də keyfiyyətli dilçi kimi səciyyələndirir. Fikrimizcə, bu təbiidir və mütərcimin həssas, dilçi səriştəsindən xəbər verir.
Əsərin digər səciyyəvi cəhətlərindən biri budur ki, tədqiqat Avropa mənşəli zəngin elmi və təcrübi türkoloji mənbələrlə müqayisəli şəkildə aparılmışdır. Demək lazımdır ki, bu istiqamətdə mütərcimin uğuru göz önünə gəlir. Ümumən, onu vurğulamağı vacib hesab edirəm ki, Mirzə Kazım bəyin yaradıcılığına “baş vurmaq” o qədər də asan iş deyil. Bunu mən, hələ 1960-cı ildə “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri və “Müasir Azərbaycan dili” adlı diplom işi yazarkən duyub hiss etmişdim. Amma sağ olsun mənim müəllimlərim, professor Əlövsət Abdullayev, professor Fərhad Zeynalov! Onlar diplom işini yazmaq üçün mənə elə bir plan-prospekt vermişdilər ki, çətinlik çəkmədən diplom işini yazdım və bütün imtahan komissiyasının üzvləri yekdilliklə onu “mini dissertasiya” hesab etdilər. O zaman həmin iş diplom işi səviyyəsində olmalı idi. Bu gün, Allaha şükürlər olsun ki, dövlətimiz elmin inkişafı üçün hər cür şərait yaratmışdır. Bizə qalır şəraiti dəyərləndirib, bu kimi işlərin ağırlığından qorxmadan titanik zəhmətə çiyin vermək! Alqışlanası haldır ki, professor İdris Abbasov belə bir işi öhdəsinə götürmüş və uğurla başa çatdırmışdır. Əhsən!
İdris Abbasov türkologiya ilə əlaqədar dünyanın müxtəlif xalqlarına məxsus alimlərin – latın dilində H.Miqiza, F.Meninski, ərəb dilində Sibaveyhi, Xəlil ibn Əhməd əl-Fərahidi, İbn Malik, Abbas Həsən, Qasim əl-Muradi, Süyuti, fransız dilində İ.Holderman, M.Viqye, A.Jober, Jan-Şarl dö Bess, A.Fayzmayer, L.Dübö, Şarl Vyot, M.Nassif , ingilis dilində A.Davids, italyan dilində K.Komidas və digərlərinin əsərlərinə müraciətlər etmiş, M.Kazım bəylə yanaşı, onların da əsərlərini araşdırmışdır. Qarşıya qoyduğu məqsədə çatmaq üçün İ.Abbasov latın, ərəb, italyan, fransız, türk, ingilis, rus, ispan dili qrammatikalarını müqayisəli tədqiqata cəlb etmişdir. Əsərin ədəbiyyat siyahısında onların dəqiq adları verilmişdir.
Kitabın tərcümə, tədqiq və şərhində terminlərin dəqiqləşdirilməsi üçün İ.Abbasovun tez-tez ən mötəbər mənbələrə müraciət etməsi, araşdırmanın dəqiqliyinə xidmət etməyə yönəlmişdir. Kitabı oxuduqca, müəllifin bir sıra qaranlıq məqamlara ay­dın­­lıq gə­tir­mək üçün müxtə­lif mən­bə­lər­də araş­dırma­la­rını in­ten­siv surətdə da­vam et­dirdiyinin şahidi oluruq. Məsələn, tədqiqatçı-alim qeyd edir ki, M.Kazım bəyin işlətdiyi felin azaltma dərəcəsinə Ural-Al­tay dil­lə­rin­də da­ha çox rast gə­li­nir. Belə ki, o, Yev­ge­ni Sı­pa­nov, Ma­ya Yam­bu­la­to­va, Alek­sandr Po­pov, Vla­di­mir Rad­na­yev və di­gər­lə­ri­nin əsər­lə­ri­ni araş­dır­­dıq­ca, fe­lin növlə­ri haq­qın­da da­ha ma­raq­lı mənzərələr göz önündə canlanır. Bu məqsədlə İ.Abbasov Ural-Altay dillərinin dialekt və şivələrindən gətirdiyi misallarla fikrini əsaslandırır. Göstərilir ki, ko­mi di­lin­də, ona qo­hum olan ud­murt di­lin­dən fərq­li ola­raq, kod (кодь) suf­fik­si­nin əla­və­si ilə hə­rə­kə­tin azalt­ma də­rə­cə­si­ni ifa­də edən for­ma mövcud­dur. Fe­lin neyt­ral də­rə­cə­si for­mal şə­kil­də ifa­də olun­muş di­gər iki də­rə­cə­nin düzəl­dil­mə­si üçün əsas və ori­yen­tir ro­lu­nu oy­na­yır. Hət­ta nitq­də ço­xalt­ma də­rə­cə­si tez-tez si­fə­tin müqa­yi­sə də­rə­cə­si ilə qar­şı­laş­dı­rı­lır. Fin-uqor dil­lə­rin­dən olan müa­sir ma­ri di­lin­də fe­l şə­­kil­­çi­­lə­ri çox­funk­si­ya­lı xa­rak­te­rə ma­lik­dir. Ey­ni şə­kil­­çi­­nin həm söz­düzəl­di­ci, həm də for­ma­də­yiş­di­ri­ci funk­­si­ya da­şı­­dı­­ğı­­na tez-tez rast gəl­mək olur. Yaxud kal­mık dilinin qrammatikasında təkrarlı fellər felin məlum, məchul, orta və qayıdış növlərindən əmr formasına müvafiq şəkilçilərin artı­rıl­ması yolu ilə düzəlir və s.
Professor İ.Abbasovun latın dilinin qrammatikasına müraciət etməsi fel haq­qın­da linq­vis­tik ba­xış bu­ca­ğı­nı bir qədər də ge­niş­lən­di­rir. O qeyd edir ki, isim, ya­xud si­fət­lər­dən düzə­lən fel­lər de­no­mi­na­tiv (de­no­mi­na­ti­ves) ad­la­nır. Di­gər fe­l­lər­dən düzə­lən fe­l­lər ya tək­rar­lı (fre­qu­en­­ta­­ti­ve), ya baş­lan­ğıc (in­cep­ti­ve), ya ar­zu (de­si­de­ra­ti­ve), ya azalt­­ma (di­mi­nu­ti­ve), ya da şid­dət­lən­dir­mə (in­ten­si­ve) fe­l­lə­ri ki­mi təs­nif olu­nur.
İdris Abbasov göstərir ki, M.Kazım bəy “Şərq dilləri qrammatikasının bəzi labüd terminləri” ifadəsini işlədəndə ənənəvi ərəb dili qrammatikasına xas istilahları nə­zərdə tuturdu. O, çox haqlı olaraq belə qənaətə gəlir ki, Avropada Türk-Azərbaycan dilinin qrammatikasına dair M.Kazım bəydən əvvəl yazılan əsərlərdə sintaksisə dərindən təmas edilməmişdir. Məhz ilk dəfə olaraq M.Kazım bəy Azərbaycan dilinin sintaksisini sistemli şəkildə təqdim etməyə nail olmuşdur. Bu zaman o, ərəb, rus və qərb dilçiliyinin elmi nailiyyətlərindən yaradıcı şəkildə faydalanmış, Azərbaycan dili sintaksisinin aydın mənzərəsini yarat­ma­ğa çalışmışdır. İ.Abbasov müasir tədqiqatçı üçün çətin anlaşılan ərəb dili qram­matik terminlərinin, daha doğrusu, M.Kazım bəyin sintaksis bölümündə işlətdiyi, ancaq çox vaxt izahını vermədiyi qrammatik istilahların şərhini vermişdir.
İ.Abbasovun oxuculara təqdim etdiyi M.Kazım bəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyasında hər bir dil hadisəsinin araşdırılmasında koqnitiv və kommunikativ təhlillər verilmiş, hər bir dil hadisəsi koqnisiya (idrak prosesilə) və kommunikasiya (nitq aktı ilə) hadisələri ilə əlaqəli şəkildə tədqiqatdan keçirilmişdir. Bu zaman tədqiqatçı-alim qrammatikanın həm də fəlsəfi mahiyyətli olmasını göz önünə gətirərək, xüsusən fransız filoloqlarının (Dyödone Tyebo kimi), filosoflarının (Antuan Destü dö Trasi kimi) düşündürücü mülahizələrinə də istinadlar verməklə, tədqiqatın nəzəri mahiyyətini oxucuya təqdim edə bilmişdir.
Professor İ.Abbasovun M. Kazım bəyin çoxəhatəli və zəngin dil materiallarına verdiyi şərhlər yalnız şərh deyil, sözün həqiqi mənasında dərin təfəkkürlü bir alimin özünəməxsus orijinal aydınlaşdırmaları, elmi-nəzəri nəticələridir. Mən bu fundamental əsəri XXI əsr Azərbaycan dilçiliyində və ümumən türkologiyamızda uğurun başlanğıcı hesab edirəm.
Əsərin elmi redaktoru akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, bu əsər Azərbaycan dilçilik elmində uğurlu bir hadisədir və hər cür mükafata layiqdir. Monoqrafiya XIX əsrin ən böyük poliqlot alimi, işıqlı bir ziyalı, ilk dəfə şərq dillərini Avropa dilləri ilə müqayisəli istiqamətdə tədqiq edən Mirzə Kazım bəyin təkrarsız təcrübəsinin məhsulu olan “Türk-tatar dilinin ümumi qrammatikası” fundamental əsərinin dünyanın çoxsaylı dilləri ilə müqayisəli şəkildə araşdırılmasına həsr edilmiş aktual bir tədqiqatdır. Həcm etibarilə də seçilən (1007 səhifə) bu fundamental əsərdən Türk-Azərbaycan dili tarixinin mütəxəssisləri, dilçi-filoloqlar, türkoloqlar, dil nəzəriyyəçiləri, şərqşünaslar, ərəbşünaslar, ümumən Şərq və Avropa dilləri üzrə müxtəlif profilli dilçi-tədqiqatçılar, tərcüməçilər faydalana bilərlər.

ƏRƏB DİLİNİN QRAMMATİKASI 1 2 v Мод APK

Но Аллахадир хвалит, хвалит его имя от Него, и я хочу пожелать. Например, badərindən bad əməllərimizdən
God sığınırıq. Боже, как hidayətə 1
yönəltmişsə, никто
azdıra не любит azdırmışsa, никто hidayətə отправить не может. Я свидетельствую, что Бог, кроме истинного Бога, кроме Аллаха, и нет, – это одно или нет, и я свидетельствую, что Мухаммед является его рабом и посланником

Ссылки для скачивания
Версии истории
Комментарии
alan Apr 11, 2021 very very good
jack Apr 12, 2021 good

Leo Jun 30, 2021 I really enjoyed visiting your site it was amazing. If you want to download or visit for any information about Shadow fight 2 or its latest version Or if you want to download visit here Shadow Fight 2 Mod Apk-unlimited money-Latest Version.

Ярый_Отец_Ютуб Jul 20, 2021 Спасибо все работает!
Jul 23, 2021

Евгений Nov 18, 2021 Мы пробрасываем лиды из ФБ в телегу и гугл таблицы через Webjack. Сервис работает как часы.Можно получить месяц халявы и бесплатную настройку по промокоду semen21 напишите его в чат техподдержки на сайте

jack Nov 19, 2021 fine
Scorpion Dec 12, 2021 Обновите мод пожалуйта
123 Dec 19, 2021 123
Илья: sms-yalive.ru -пишитепоможем Jan 9, 2022 Мне тут помогли спасибо.

pomoshvzloma Mar 3, 2022 Профессиональные услуги взлома:Социальные сетипочтымессенджеры и другоеОБРАЩАТЬСЯ:*Почта: pomosh.vzlomagmail.com*Вконтакте:vk.com/pomosh.vzloma*Телеграмм:pomoshvzloma

pomoshvzloma Mar 4, 2022 Профессиональные услуги взлома:Социальные сетипочтымессенджеры и другоеОБРАЩАТЬСЯ:*Почта: pomosh.vzlomagmail.com*Вконтакте:vk.com/pomosh.vzloma*Телеграмм:pomoshvzloma

pomoshvzloma Apr 13, 2022 Профессиональные услуги взлома:Социальные сетипочтымессенджеры и другоеОБРАЩАТЬСЯ:*Почта: pomosh.vzlomagmail.com*Вконтакте:vk.com/pomosh.vzloma*Телеграмм:pomoshvzloma

pomoshvzloma May 13, 2022 Профессиональные услуги взлома:Социальные сети почты мессенджеры и другоеОБРАЩАТЬСЯ:*Почта: pomosh.vzlomagmail.com*Вконтакте:vk.com/pomosh.vzloma*Телеграмм:pomoshvzloma

Web Jun 4, 2022 Как легально взломать My singing monsters.1. Заходим в настройки2. Жмём на приглашение 3. Вводим код 1011591292JG4. Радуемся поступлению алмазов.

arianathazeplova91gmail.com Jun 5, 2022 Arianathazeplova91gmail.com
Ухй Jun 13, 2022 У Wed мать сдохла
raze_xmail.ru Jul 10, 2022 Обновите пожалуйста до последней версии!
CreativPro Jul 14, 2022 обновите мод пожалуйста до 3.1.1

dferdsgmail.com Aug 20, 2022 Взлоm паролей на почтовых сервисахи соц сетях.Распечатка СМСWhatsAppViberTelegram.Оплата по факту!Гарантия 100%.mail_crackrocketmail.com

Скачать 100% рабочие моды

Azərbaycan dilinin qrammatikası – incə məqamlar

3) -da, -də bağlayıcısı aid olduğu sözdən ayrı yazılır.

Sən də, mən də bunu bilirik.

1) -ki bağlayıcısından sonra vergül qoyulur.

Məsələn: Düşünürəm ki, bu ədəbiyyatdır.

2) -ki ədatından sonra vergül qoyulmur.

Məsələn: Bu ki ədəbiyyatdır!

Diqqət! “o ki, qaldı ədəbiyyata” yox, “o ki qaldı ədəbiyyata, … ” olmalıdır.

3) -ki şəkilçisindən sonra vergül qoyulmur.

Məsələn: Dünənki hadisə …

-mı, -mi, -mu, -mü ədatı aid olduğu sözə bitişik yazılır.

Məsələn: Gəldinmi? Gördünmü?

-mı, -mi, -mu, -mü ədatı yalnız -da, -də ədatından sonra gəldikdə ayrı yazılır.

Məsələn: Sən də mi gəldin?

Share this:

Bunu bəyən:

Bəyən Yüklənir.

Oxşar

Öğretmenim növbəti dərsimiz nə vaxt olacaq?
sadə adların qaydası necedir
Sadə adlar? Bu kateqoriya ilə tanış deyiləm. Bəlkə “mürəkkəb adlar”ı nəzərdə tutursunuz?

Torpaq uğrunda ölən varsa Vətəndir şerin bu misrasındakı vergüllər haqda həmişə mübahisə edirdik sinif yoldaşlarımla. Mənim versiyam: Torpaq, uğrunda ölən varsa, Vətəndir – idi. Yəni, – Uğrunda ölən varsa, torpaq Vətən olur. uşaqlar iddia edirdilər ki, Torpaq uğrunda ölən varsa, Vətəndir – mən bu versiyanı belə başa düşürəm, kim torpaq uğrunda ölsə O vətəndir. Sizcə bəs?

İkivuriki, senin versiyanda torpaqdan sonra vergul qoyulub bu da onu xitaba chevirir. “Torpagh”in xitab olmasinda bir problem yoxdu o halda ki, “Veten” sozu “Vetensen” yazilsin. Yeni: “Torpaq, ughrunda olen varsa Vetensen!” Oxshar cumle ile desek: Natiq, ughrunda olen varsa oghulsan!” ves. Amma Torpaq ughrunda olen varsa, Vetendir!” Achilishi torpaghin ughrunda olen varsa, Vetendir (Vetene chevrilir)… Umumi cumlenin menasi bosh torpaq parchasi ile Fexr edilen Veten sozlerinin ferqinden behs edir… Ona gore de, duzgun versiya seni chadirmasin! Yeni burda torpaq ughrunda olen adam veten olmur, hemin adam öıüb torpaghi Veten chevirir. Umid edirem komek oldu…
Ureyim achildi lap. ��

Salam. Xeyr, mənim versiyamda “Torpaq” xitab deyil.
Uğrunda ölən varsa, Torpaq Vətəndir. İndi Torpaq sözünü önə keçirsək, gərək cümlələri bir-birindən ayıraq…. Amma götürsək ki, torpaq uğrunda ölən (adam) Vətən olur, onda düzdür �� hərçənd ki, hər torpaq uğrunda ölən də vətən olmur :)))

Torpaq uğrunda ölən varsa,vətənrir Şair burda ,məncə, demək istəyir ki, torpağı vətən edən şəhid qanıdır.Şair torpağa XİTAB etməyib. -SA felin şərt şəklinin şəkilçısındən istıfadə edib .

Comments are closed, but trackbacks and pingbacks are open.