DÇ-2022: İspaniya – Almaniya matçında qalib müəyyənləşməyib
1030-cu ildə Kordova xilafəti bir neçə əmirliklərə parçalandı. Bu parçalanma Rekonkista hərəkatının genişlənməsinə şərait yaratdı. 1085-ci ildə Toledo şəhəri tutuldu və Kastiliya krallığının paytaxtı oldu. Portuqaliya Lissabonu tutub paytaxt etdi. 1212-ci ildə səlibçilərin birləşmiş qüvvələri Las-Navas-deTolosa kəndi yaxınlığında müsəlmanları məğlub etdilər. XIV əsrdə Kastiliya Kordova və Sevilya şəhərlərini ələ keçirdi. Pireney yarımadasında yaranmış krallıqlarda Kortes, yəni İspaniyada qanunverici orqan yarandı. Kortes silki orqan idi.
Səudiyyə Ərəbistanı İspaniyadan hərbi gəmi alır
Səudiyyə Ərəbistanının İspaniyadan 5 ədəd hərbi gəmi satın alamasını nəzərdə tutan müqavilə Velihat Şahzadə Məhəmməd Bin Səlmanın İspaniyaya səfəri zamanı imzalanıb.
13.04.2018 ~ 07.02.2023
İspaniyaya səfəri zamanı əvvəlcə Kral Felipe tərəfindən qəbul edilən Bin Səlman, daha sonra özünü müşayiət edən nümayəndə heyəti ilə Baş nazir Mariano Rajoy və müdafiə naziri Maria Dolores Cospedal ilə bir araya gəlib. Danışıqlar qapalı qapılar arkasında baş tutub.
İspaniya Baş nazirlik yanında mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, Danışıqlar zamanı müdafiə sahəsində mütabiqət bəyannaməsi başda olmaqla iki ölkə arasında təyyarə səfərləri, mədəniyyət, elm, məşğulluq kimi bir çox sahədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşmalar imzalanıb.
Rəsmi xəbər agentliyi EFE də buldurub ki, nümayəndə heyətləri arasında keçirilən yığıncağa, Səudiyyə Ərəbistanına dəyəri 2 milyard avro olan 5 ədəd Avante 2200 tipli döyüş gəmisi satmaq və bu ölkədə bir donanma bazası inşa etmək istəyən Navantia şirkətinin nümayəndəsi Esteban Garcia Vilasanchez də qatılıb.
Agentliyin məlumatına görə hərbi gəmilər Cadiz şəhərində qayrılacaq. Bin Selman İspaniyaya səfərindən əvvəl də Fransa, ABŞ, İngiltərə və Misirdə olub.
DÇ-2022: İspaniya – Almaniya matçında qalib müəyyənləşməyib
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb. “Report”un məlumatına görə, görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb. Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub. Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər. Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb. Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. “Report”un məlumatına görə, görüşdə hesab bərabərləşib. Qarşılaşmanın 83-cü dəqiqəsində Niklas Füllkrüq Almaniyanın cavab qolunu vurub.
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. “Report”un məlumatına görə, görüşdə hesab açılıb. Qarşılaşmanın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı önə keçirən qola imza atıb.
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. “Report”un məlumatına görə, görüşün ikinci hissəsi başlayıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb.
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. “Report”un məlumatına görə, görüşün ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. “Report”un məlumatına görə, görüş saat 23:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək İspaniya və Almaniya yığmalarının start heyətləri açıqlanıb. “Report”un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar: Almaniya: Manuel Noyer, Tilo Kerer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Tomas Müller İspaniya: Unay Simon, Dani Karvahal, Rodri, Emerik Lyaport, Jordi Alba, Qavi, Serxio Busgets, Pedri, Marko Asensio, Dani Olmo, Ferran Torres Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İspaniya XI-XV əsrlərdə
İspaniya klassik feodalizmə keçid dövründə. Ərəblər VIII əsrdə Pireney yarımadasını tutub Burada Kordova xilafətini yaratdılar. Bu xilafət 300 il mövcud olmuşdu. Kordova xilafətinin müsəlman əhalisi mavrlar adlanan ərəblərdən və Şimali Afrikanın bərbər adlanan tayfalarından ibarət idi. Bu dövrdə ərəblər İspaniyanı Əndəlus adlandırırdılar. Əndəlus İspaniyanın cənubunda tarixi vilayət idi. Burada əkinçilik, sənətkarlıq inkişaf etmişdi. Ərəblər buraya xurma, çəltik, şəkər qamışı, nar, tut və s. gətirmişdilər. Əkinçilikdə süni suvarmadan istifadə edilirdi. Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin yaranması və genişlənməsinə səbəb oldu. Kordova şəhəri həm sənətkarlıq və ticarət . mərkəzi, həm də xilafətin paytaxtı idi. Burada mədəniyyət də inkişaf etmişdi. Kordovada Əmir kitabxanası (400 min kitab var idi) və Universiteti daha çox məşhur idi. Müsəlman memarlığının ən gözəl nümunələri Qranada hakimlərinin Əlhambra sarayı – Qırmızı saray (XIII-XV əsrlər), Seviliyada Əlkəsar saray-qalası (XII əsr) və Kordova məscidi idi.
Müsəlmanlara qarşı səlib yürüşü. Rekonkista
Əndəlusda müsəlman xilafətinin zəifləməsindən istifadə edən xristian kilsəsi rekonkista (Müsəlman əhalisinin zorla Pireney yarımadasından çıxarılması) hərəkatmı genişləndirdi. Kilsə Pireney yarımadasında bütün xristianları ərəblərə qarşı birləşdirə bildi. Rekonkista nəticəsində xristian feodalları yeni torpaq ələ keçirir, kəndlilər torpaq almaqla yanaşı, şəxsən azadlıq əldə edirdilər. Mavrların əlindən alınmış şəhərlərə özünüidarə hüququ verilirdi. Bu hərəkatda Pireneyin yerli xristian əhalisi ilə yanaşı, fransızlar, italyanlar da iştirak edirdilər. Roma papası buradakı müsəlmanlara qarşı səlib müharibəsi elan etmişdi. Rekonkistanın gedişində Pireney yarımadasının simalında Kastiliya və Araqon, Pireney dağlarında Navarra, XIII əsrdə yarımadanın qərbində Portuqaliya krallıqları yarandı.
1030-cu ildə Kordova xilafəti bir neçə əmirliklərə parçalandı. Bu parçalanma Rekonkista hərəkatının genişlənməsinə şərait yaratdı. 1085-ci ildə Toledo şəhəri tutuldu və Kastiliya krallığının paytaxtı oldu. Portuqaliya Lissabonu tutub paytaxt etdi. 1212-ci ildə səlibçilərin birləşmiş qüvvələri Las-Navas-deTolosa kəndi yaxınlığında müsəlmanları məğlub etdilər. XIV əsrdə Kastiliya Kordova və Sevilya şəhərlərini ələ keçirdi. Pireney yarımadasında yaranmış krallıqlarda Kortes, yəni İspaniyada qanunverici orqan yarandı. Kortes silki orqan idi.
Pireney yarımadasında xristian dövlətlərinin yaranması.
Pireney yarımadasında müsəlmanların əlində ancaq Qranada əmirliyi qalmışdı. 1479-cu ildə Kastiliya hökmdarı İzabella ilə Araqon hökmdarı Ferdinand evləndi və hər iki krallıq vahid İspaniya dövlətində birləşdi, mərkəzləşmiş dövlət yarandı. Navarra İspaniya və Fransa arasında bölüşdürüldü. İspaniya 1492ci ildə Qranada müsəlman əmirliyini tutdu. Müsəlmanlar və yəhudilər xristian kilsəsi tərəfindən zülm və təhqirlərə məruz qaldılar. Onların bir çoxu Şimali Afrikaya köçdülər.
İspaniyada güclü katolik kilsəsi yaradıldı. Ölkədə güclü inkvizisiya məhkəməsi təşkil edildi. İnkvizisiya məhkəməsinə qəddar Tomas Torkvemada başcılıq edirdi. Ölkədə bidətçilərə qarşı qəddar autodafe (Bidətçilərin tonqalda yandırılması) həyata keçirildi.
Comments are closed, but trackbacks and pingbacks are open.