Rəcəb ayının bəzi müstəhəb əməlləri
2. Qüsl etmək.
Peyğəmbər (s)-dan rəvayət olunmuşdur ki, Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl edən şəxs, o aydan çıxanda, dünyaya gələndə pak olduğu kimi günahlardan paklanar.3. İmam Hüseyn (ə)-ın ziyarəti.
Rəcəb ayının gündəlik duaları
Hədis və rəvayətlərdə Rəcəb ayının hər günündə oxunan çoxlu dualar nəql olunur. İmam Sadiqin(ə) səhabələrindən biri ondan xahiş edir ki, Rəcəb ayı üçün bir dua öyrətsin. İmam(ə) namazlardan sonra ona bu duanı oxumağı tövsiyə edir:
“Bismillahir-Rəhmanir-Rəhim. Ya mən ərcuhu li kulli xeyr və amənə səxətəhu ‘ində kulli şərr. Ya mən yu’til-kəsirə bil qəlil.Ya mən yu’ti mən səələh. Ya mən yu’ti mən ləm yəs’əlhu və mən ləm yə’rifhu təhənnunən minhu və rəhməh. Ə’tini bi məs’ələti iyyək cəmi’ə xeyrid-dunya və cəmi’ə-xeyril axirəh. Vəsrif ‘ənni bi məsə’ləti iyyək cəmi’ə şərrid-dunya və şərril-axirəh. Fəinnəhu ğeyru mənqusın mə ə’təyt və zidni min fəzlikə ya Kərim” (sonra imam Sadiq (ə) sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxudu:) “Ya zəl cəlali vəl-ikram, ya zən-nə’mai vəl-cud, ya zəl-mənni vət-təul, hərrim şeybəti ‘ələn-nar”. (Əgər kiminsə saqqalı yoxdursa, saşından tutub duanın sonunda “şeybəti” yerinə “şəri” desin)
Hz.Rəsuləllah(s) isə buyurub ki, hər kəs aşağıdakı duanı 100 dəfə oxuyub sədəqə ilə başa vursa, Allah-təala Öz rəhmət və məğfirətini onun üzərinə aşar. Hər kəs bu duanı 400 dəfə oxusa, ona yüz şəhid savabı verilər:
“Əstəğfirullahəl-ləzi la ilahə illa hu, vəhdəhu lə şərikə ləhu və ətubu ileyh”
Peyğəmbərimiz(s) həmçinin bu ayda 1000 dəfə “La ilahə illəllah” və 1000 dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikram min cəmi’iz-zunubi vəl asam” zikrlərini oxumağı tövsiyə edib.
Bu ayın digər əməlləri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün “Məfatihul-cinan” kitabına müraciət edə bilərsiz.
Rəcəb ayının bəzi müstəhəb əməlləri.
Rəcəb ayının əməlləri iki qismdir.
Birincisi qism: Bu mübarək ayın birinci qism əməlləri o əməllərdən ibarətdir ki, ayın bütün günlərində yerinə yetirmək olar və müəyyən bir günə məxsus deyil. Məsələn bura bəzi dualar daxildir ki, inşallah onları da saytımızda yerləşdirəcəyik.
İkinci qism əməllər Rəcəb ayının hər gün və gecələrinə aid olan əməllərdir.
Rəcəb ayının birinci gecəsinin əməlləri:
1. Ayı gördükdə desin: Allahummə əhilləhu ələyna biləmni vəl imani vəs səlaməti vəl islam rabbi və rabbukəllah əzzə və cəll.
2. Qüsl etmək.
Peyğəmbər (s)-dan rəvayət olunmuşdur ki, Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsl edən şəxs, o aydan çıxanda, dünyaya gələndə pak olduğu kimi günahlardan paklanar.
3. İmam Hüseyn (ə)-ın ziyarəti.
4. Məğrib namazından sonra 20 rukət həmd və ixlas surəsi ilə namaz qılmaq. Bu namazı qılarsa özü, ailəsi, malı və övladı hifz olunar, qəbr əzabından amanda qalar və sirat körpüsündən asanlıqla keçər. (Bu namaz sübh namazı kimi qılınır, -2 rukətli 10 namaz)
5. İşa namazından sonra 2 rukət namaz qılsın, bu namazın birinci rukətində “Həmd”dən sonra bir dəfə “ələm nəşrəh”, 3 dəfə ixlas”İxlas” surəsini oxusun. İkinci rukətdə “Həmd”dən sonra “ələm nəşrəh”, “İxlas” və “Muəzzətəyn -yəni “Nas” və “Fələq” surələrini oxusun. Namazın salamını verdikdən sonra 30 dəfə “La ilahə illəllah” deyib, 30 dəfə salavat göndərsin.
6. Aşağıdakı duanı oxumaq:
Allahummə inni əsəlukə bi ənnəkə məlikun və ənnəkə əla kulli şəyin muqtədirun və ənnəkə ma təşau min əmrin yəkunu, Allahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir rahməti salləllahu ələyhi və alihi ya Muhəmməd ya Rasuləllahi inni ətəvəccəhu bikə iləllah rabbikə və rabbi liyuncihə bikə talibəti, Allahummə binəbiyyikə Muhəmmədin vəl əimməti min əhli bəytihi salləllahu ələyhi və ələyhiməncih talibətih
İmam Sadiq (ə): “Allah yalnız bu ümmətə 3 dəyərli ay əta etmişdir ki, onlar “Rəcəb”, “Şaban” və “Ramazan” aylarıdır. Üç gecə bəxş etdi (ayın 13,14 və 15-ni), həmçinin 3 surə əta etmişdir: “Yasin”, “Mulk” və “Tovhid”. Buna görə kim bu üç fəzilətlə cəm olsa bu ümmətin ən yaxşıları arasında olar.
İmamdan soruşdular: “Buna necə nail ola bilərik?”
Buyurdu: “Bu üç ayların yuxarıda qeyd olunan gecələrində namaz qılmaq, belə ki, 13-cü gecədə 2 rukət- hər rukətdə “Həmd”dən sonra bu üç surəni (“Yasin”, “Mülk” və “Tovhid”) oxumaq, 14-cü gecədə 4 rukətli (hər 2 rukətdə bir salam) namaz, hər rukətdə “Həmd”, “Yasin”, “Mülk” və “Tovhid” surələrini oxumaq, 15-ci gecədə 6 rukət (hər 2 rukətdə bir salam)həmin qayda ilə namaz qılmaq”
İmam bu namazların fəziləti barədə buyurdu: “Bunlara əməl edən kəs bu ayların fəzilətini qazanmış olar və Allah şirkdən başqa onun bütün günahlarını bağışlayar”.
Bu gün Əli (ə)-ın viladət günüdür. Bu gün və sonrakı iki gündə oruc tutmağın böyük savabı var. Kim ki, “Ummu Davud”un əməlini yerinə yetirmək istəyirsə bu gündə oruc tutsun”.
14-cü gün
Bu gündə oruc tutmaq savabdır. Allah bu gündə oruc tutana gözlərin görmədiyi, qulaqların eşitmədiyi bir mükafat əta edər”.
Bu bir dəyərli gecədir ki, bir neçə əməli var:
1. Qüsl
2. Əhya (Gecəni oyaq qalıb ibadət etmək)
3. İmam Hüseyn (ə)-ın ziyarəti
4. Altı rukət namaz qılmaq (yuxarıdakı qayda ilə)
5. 30 rukətli namaz- hər rukətdə 1 dəfə “Həmd” surəsi, 10 dəfə “Tovhid” surəsini oxumaq (Peyğəmbərdən bunun böyük savabı olduğunu nəql etmişlər)
6. On iki rukət namaz (hər iki rukətdə bir salam) Hər rukətdə 1 dəfə “Həmd” və “Surə” deyilir. Namazlardan sonra “Həmd”, “Fələq”, “Nas”, “Tovhid” və “Ayətəlkursu”, həmçinin “Qədr” surələrinin hər birini 4 dəfə oxu, sonra 4 dəfə de:
سُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ وَ لاَ اِلهَ إِلاَّ اللهُ وَاللهُ اَکْبَر
“Subhənəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər”
Sonra de:
أللّهُ أللّهُ رَبِّی، لا أُشْرِکُ بِهِ شَیْئاً، ما شاءَ اللهُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ
“Allahu, Allahu rabbi, lə uşriku bihi şəyən, mə şəəllahu və la həvlə və la quvvətə illa billahil əliyyil əzim”
Mübarək bir gündür, bir neçə əməli var:
1. Qüsl etmək
2. İmam Hüseyn (ə)-ın ziyarəti
Məhəmməd ibn əbu Nəsrdən rəvayətdir ki, İmam Rza (ə)-dan soruşur: “Hansı ayda imam Hüseyn (ə)-ın ziyarəti daha yaxşıdır?” Buyurdu: “Rəcəbin ortası, və Şabanın ortası”.
3.Cənab Salmanın namazını qılmaq
Bu günün mühüm əməllərindən biri “Ummu Davud” duasıdır. Əllamə Məclisinin dediyinə görə Şeyx Səduq, Şeyx Tusi, Seyyidbin Tavus (r) mötəbər sənədlərlə onu nəql etmişlər. Bu əməl hacətlərin qəbul olunması, qəm-qüssənin aradan getməsi və zalımların zülmündən amanda qalmaq üçün təsirlidir. (Əllamə Məclisinin “Zadul-məad” kitabında dediyinə görə bu dəfələrlə təcrübə olunmuşdur)
Məbəs gecəsi ilin mühüm aylarındandır və çox dəyərlidir. Bu gecə üçün əməllər nəql olunmuşdur:
1. Qüsl etmək müstəhəbdir
2. Şeyx Tusi İmam Cavad (ə)-dan nəql etmişdir ki, o həzrət buyurur: “Rəcəb ayındakı bu gecə saçan hər bir şeydən yaxşıdır. 27-ci gecənin sübhü Peyğəmbər risalətə seçilmişdir. Həqiqətən bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 ilin əməli əcrinə bərabərdir”
O həzrətdən sual olundu: “Bu gecədə hansı əməl daha yaxşıdır?”
Buyurdu: “İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rukət namaz qıl, hər rukətdə “Həmd” və bir kiçik surələrdən oxu. Hər iki rukətdə namazın salamını verdikdən sonra otur və 7 dəfə “Həmd” və “Fələq” və “Nas”, “Tovhid” və “Kafirun, “Qədr” və “Ayətəlkursu”nü hər birini 7 dəfə oxu. O vaxt nə hacətin varsa Allahdan istə.
3. Möminlərin əmiri Əli (ə)-ın ziyarəti bu gecədə ən fəzilətli əməllərdəndir. O həzrət üçün bu gecədə 3 ziyarət nəql olunmuşdur.
İmam Sadiq (ə)-dan rəvayətdir ki, Məbəs günü şərafətli gün kimi qeyd olunmuşdur. Hər halda böyüklər bu gün üçün əməllər zikr etmişlər:
1. Qüsl etmək
2. Oruc. Bu gün ilin dörd günündən biridir ki, həmin günlər oruc tutmağın böyük savabı vardır.
İmam Sadiq (ə)-dan rəvayətdir ki, bu gündə oruc tutan kəsə Allah 70 ilin orucunun savabını verər.
3. Çoxlu salavat göndərmək
İmam Sadiq (ə): “Bu gündə oruc tut və Muhəmməd və onun ailəsinə çoxlu salavat göndər”.
4. Peyğəmbər və Əli (ə)-ı ziyarət etmək
5. On iki rukətli namaz
Rəyyan bin Salətdən nəql olunur ki, imam Məhəmməd Nəqi (ə) Bağdadda olanda rəcəb ayının ortası və 27-ci günü oruc tutdu və buyurdu ki, 12 rukət namaz qılaq (hər iki rukətə bir salam), hər rukətdə 1 dəfə “Həmd” və “Surə” oxumaq. Namazlardan sonra “Həmd”, “Tovhid”, “Fələq”, “Nas” surələrinin hər birini 4 dəfə oxumaq. 4 dəfə belə de:
لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ
“Lə iləhə illəllahu vəllahu əkbər və subhənəllahi vəlhəmdulilləhi və lə həvlə və lə quvvətə illə billəhil əliyyil əzim”
4 dəfə:
اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً
“Allahu Allahu rəbbi uşriku bihi şəyən”
Bu gündə Salmanın namazını qılmaq, həmçinin oruc tutmağın çox savabı var. İmam Rza (ə) buyurur: “Hər kəs rəcəbin axırıncı günü oruc tutsa Allah onun günahlarını bağışlayar”.
Allah bütün dua və ibadətlərinizi qəbul etsin, inşallah!
Comments are closed, but trackbacks and pingbacks are open.