Press "Enter" to skip to content

Azərbaycan ədəbiyyatı/Azərbaycan yazılı ədəbiyyatının qədim nümumələri

bütün bu elementləri mətbuatda öz doğma dilində müvafiq şəkildə

Pentada – beş sözlü birləşmə. Pepsepsiya

formada və digər sözlərlə təsviri şəklində verilməsi.

Perifraz (perifraza) –

1. Birbaşa adı əvəz edən təsviri ifa-

dədir ki, o, birbaşa adı çəkilməmiş predmetin əlamətlərini özündə

saxlayır. 2. Adi sözün (bəzi predmetlərin bir sözlə sadə işarələn-

məsi) təsviri ifadə ilə dəyişilməsindən ibarət trop növü. Müqayisə

Perifraz (perifrazlaşdırma)

– eyni fikrin digər sözlərlə eyni

Perifraz sistemi –

«məna↔mətn» modelində sinonimik de-

yimlər arasında sadə məna ekvivalentləri verən qaydalar toplusu.

Perifrazlamaq –

şərh etmək – perifraz şəklində şərh etmək;

başqa sözlərlə demək.

Perlokusiya

– nitq aktının nitqdənkənar nəticələr ilə əlaqəsi.

Persepsiya –

duyğu orqanları ilə gerçəkliyin qavranılması.

Kommunikasiya aktında əsasən görmə və eşitmə persepsiyası fərq-

Perspektivli –

gələcək, gözlənilən, nəzərdə tutulan, mümkün.

Peşə dialekti –

bir peşəni, yaxud məşğulluq növü altında

insanları birləşdirən sosial dialektin növündən biri.

Peşəkar dili –

1. Bir peşəyə məxsus dil vasitəsilə yaranmış dil

növü. Hal-hazırda bu növ dil ünsiyyət sistemində müxtəlif

jarqonlaşdırılmış (məsələn, dənizçilərin, hərbçilərin, tələbələrin və

b. dili) sahələrdə mövcuddur. 2. Bir peşəyə məxsus olan şəxslər

arasında istifadə edilən konkret dilin sosial dialekti.

Peşəkar leksika

– vahid peşədə birləşmiş insanların nitqində

istifadə olunan bu peşəkar qrupa aid olan leksika.

Peşəkar sinxron tərcümə –

beynəlxalq konfranslarda şifahi

tərcümənin elə növüdür ki, eşitməni eyni vaxtda qavrama vasitəsilə

(üstəgəl bəzən «vərəqdən» görmə ilə) şifahi məlumat üçün ilkin

mətnin tərcüməçini auditoriyadan təcrid edib kabinədən aparırlar ki,

bu proses zamanı fəaliyyətin ekstremal şəraitində hər hansı zaman

parçasında ciddi məhdudlaşmış həcmdə informasiya işlənib ha-

Peşəkar tərcümə –

1. Xüsusi hazırlıq, vərdiş və bacarığın di-

gər dildə yaradılmasına istiqamətlənmiş xüsusi dil fəaliyyəti. 2.

Müstəqil, sərbəst və obyektiv dəyər daşıyan tərcümə. Orijinal mətn-

dən, orijinaldakı bu və ya digər səbəbdən istifadə edə bilməyənlər

üçün daha çox və az şəkildə ekvivalent əvəzi. Onu elə bir

mütəxəssis yerinə yetirir ki, faktik olaraq o, bu xarici dili o qədər

yaxşı bilir ki, bu mətnin başa düşülməsində onun tərcümə olunma-

sına heç bir ehtiyac yoxdur.

Peşəkarlıq –

bu və ya digər peşəkar qrupun nitqinə xas olan

söz, yaxud ifadələr.

Kabinədən kənar «pıçıldama» sinxron tərcümə.

1. Dil işarəsinin tərəfindən biri onun iki aspektindən

biri kimi. 2. Dil hadisələrinin nəzərdən keçirilməsi üsulu, nəzər

nöqtəsi. 3. Bax: səviyyə.

Pleonazm (artıqlıq) –

1. Dil vahidinin daimi xassəsinin izafi

ifadəsi. 2. Çoxsözlük ifadəsidir ki, onlar təkmənalı və bununla da

artıq sözləri (əgər onlar üslubi tapşırıqlarla, məsələn, sinonimlər

əsasında qurulmuş qradasiyalardırsa) ifadə edir.

poetik əsər üçün xarakterik olan və məişət nit-

qində az işlənən söz, yaxud söz birləşməsi.

Poetik (metasemiotik) funksiya

– nitq deyiminin formasını

ifadə edən funksiya.

Poetik mətnin prozaik (nəsri) adaptasiyası –

Poetik tərcümə –

1. Poetik tərcümə bədii tərcümədən fərqli

olaraq publikanın zövqünə, bilik, təfəkkür səviyyəsinə, xarakter və

tələblərinə uyğun olmalıdır. 2. Bir dildən digər dilə, daha vacibi bir

mədəniyyətdən digərinə poetik əsərin poetik əsər kimi verilməsi və

qəbul edilməsi. 3. Poetik yaradıcılıq forması. Bununla belə, bu həm

də xalqdan xalqa, qəlbdən qəlbə ötürülən sosial kommunikasiyanın

xüsusi növüdür. Odur ki, mütərcimin ən böyük missiyası ondan

ibarətdir ki, o, şairin döyünən qəlbinin çırpıntılarını onun

şeirlərindən eşitməli və şairin qəlbinin bu döyüntüsünü öz xalqının

dilində mümkün olmayanı mümkün etməlidir. Əyintiyə yol

vermədən poeziyanı bir xalqın dilindən digər xalqın dilinə tərcümə

etməyi bacarmalıdır. 4. Bədii tərcümənin ən mürəkkəb növlərindən

Poeziya tərcüməsi

– etiraf etmək lazımdır ki, poeziyanın

tərcüməsi zamanı tamamilə spesifik problemlər yaranır. Belə ki,

ritm, ölçü, qafiyə və s. ifadə formaları auditoriyaya məlumatın ru-

hunu çatdırmaqda mühüm amillərdən biridir.

Poeziyanın nəsrlə tərcüməsi –

bax: nəsr tərcüməsi (prozaik

çox dil bilən adam.

Poliloji nitq

– üç və daha artıq söhbətdə iştirak edən insanlar

arasında gedən dil ünsiyyəti formalarından biri; kollektiv ünsiyyətin

1. Danışan və qulaq asan bir sıra adamlar arasında

gedən söhbət. Danışanların sayı (ikidən artıq) bu prinsipi

dəyişdirmir. 2. Çoxsaylı insanlar arasındakı söhbət. Müqayisə et:

Polisemiya –

leksik vahidlərin çoxmənalılığı.

Postalqoritmik mərhələ –

baza dilində (BD) linqvistik va-

hidlərin seçilməsində bir sıra statistik – leksikoqrafik məsələlərin

nəticələrinin qiymətini və təsvirini özündə birləşdirir.

Postredaktə –

maşın tərcüməsindən sonra mətnin insan tərə-

findən redaktə olunması.

ilkin qəbul edilmiş nəzəri müddəa.

Pozulmuş semasioloji əlaqə

– dil işarələrinin denotatla əlaqə-

sidir ki, kommunikant tərəfindən qəbul edilmir.

praktik cəhətdən səmərəli nəticə verməni ta-

nıyan və ona əsaslanan praqmatizm.

Praqmatik adaptasiya –

1. Alıcının informasiya ehtiyatını

nəzərə alan ilkin mətnin dəyişdirilməsi. 2. Praqmatik mənanın ilkin

deyimin dəyişdirilməsi uçotu ilə verilməsi. Praqmatik adaptasiya

mətnə əlavə elementlərin qoşulması, elementlərin digər dildə

izafiliyi nöqteyi-nəzərdən buraxılması və eyni zamanda sematik

Praqmatik adekvat tərcümə –

ilkin deyimdə olan praqmatik

mənanın verilməsi tələblərinə cavab verən tərcümə.

Praqmatik ekvivalentlik –

bax: ekvivalentliyin növləri.

Praqmatik məna –

müxtəlif alıcılar və alıcılar qrupu tərəfin-

dən deyimdə dil informasiyasının spesifik qavrayışını özündə

birləşdirir. Praqmatik məna praqmatik məna ilə müəyyənləşir.

Praqmatik münasibətlər –

semiotikada bu və ya digər işarə

sistemindən istifadə edən işarələr və şəxslər arasında münasibətlər.

Praqmatika –

1. Dilin dildən istifadə edən bu və ya digər

şəxsə münasibətini tədqiq edən və seçən dil tədqiqatının plan və as-

pektlərindən biri. 2. Dilçiliyin dil işarələrinin nitqdə iştirakını və da-

nışanın işarələri arasında münasibətləri öyrənən sahə. 3. Bu və ya

digər elmi müddəanın praktik səmərəsi. 4. Müəyyən edilmiş obyekt-

lərə görə dil vahidi münasibətlərini öyrənən semantikanın bölməsi.

Predikativ rəmz –

predikatların yazılışını özündə birləşdirən

və rəmzlər qrupuna aid olan tərcüməçilikdə tez yazmanın rəmzi.

prosesdə iştirak edən əşyaları və canlıları özündə

birləşdirən semantik kateqoriya.

Predmet situasiyası –

1. Deyimdə predmetlər və onlar ara-

sında təsvir olunanlar. 2. Deyimdə gerçəkliyin təsvirinin bir hissəsi.

3. Mətndə özünü əks etdirən situasiya.

Presizion informasiya –

deyimdə informasiya bazası. Yadda

saxlama üçün mürəkkəbdir və şifahi tərcümədə xüsusi çətinlik

yaradır. O, söz və say presizion informasiyalara bölünür.

Presizion sözlər –

ümumişlək sözlərdən fərqli olaraq bir-

mənalı olub, adətən, konkret assosiasiyalar yaratmır. Şifahi tərcü-

mədə isə müəyyən çətinliklər yaradır. Presuppozision sözlərə şəxs

adları, həftənin günləri və ayları, eləcə də saylar aiddir.

Presuppozisiya (önmövqe) –

1. Cümlənin məna komponenti-

dir ki, o cümlənin məna cəhətdən qeyri-konkret qəbul edilməməsi

üçün həqiqi, doğru olmalıdır. 2. Kommunikantın həyat təcrübəsi

nəticəsində yaranan həcm kompetensiyasının sabitliyi olub, özünə

nitq situasiyasının şəraitini də əlavə edir. Presuppozisiya, həm də

kommunikasiyanın digər iştirakçılarının presuppozisiyası haqqında

təsəvvürləri də birləşdirir. Onun məzmunu əksər hallarda şəxsiyyə-

tin milli-mədəni keyfiyyətlərindən asılıdır.

Produktiv (məhsuldar) leksika

– çoxlu informasiyanı asso-

siasiya edən, buna görə də deyimin konstruksiyalaşması üçün sər-

bəst istifadə edilən leksika.

proksemanın emik vahidi, daha doğrusu, ünsiy-

yətin xarakterinə müvafiq olan kommunikantın ətrafında özünəməx-

sus kommunikativ aktın iş məkanı keyfiyyətini saxlayan fiziki pa-

rametrlərə malik vahid. Daha doğrusu, proksema – bu verbal və

qeyri-verbal kommunikativ davranışda məkan realizasiyası fonudur.

Proksemika –

insan davranışının məkan parametrlərini öyrə-

1. Konkret EHM komanda sistemi ilə yazılmış

qaydalar sistemi. 2. Maşın dilində verilmiş məsələlər həllinin alqo-

Proqramlaşdırıcı linqvistika –

bu elə alqoritm linqvistikası-

hərəkət, hadisə və s. bildirən semantik kateqoriya.

Prospektiv –

strukturun növbəti elementinə işarə edən.

Protokol tədbir

– işgüzar ünsiyyətin daha məhdud formal şə-

raitdə – qəbullar, banketlər, prezentasiyalar və s. formasında aparı-

Protomətnin mövcudluğu –

bu, mətnyaradıcılıq fəaliyyətidir

ki, metamətni yaradan subyekt (bax, metamətn subyekti). Metamətn

yaradılmasında əldə rəhbər tutulan aspektlər – əlaqənin semantik,

üslubi, aksioloji, müəllif strategiyası və imkanı. Protomətni –

metamətn münasibətlərini biz invariant və variant arasında

münasibət kimi müəyyənləşdirə bilərik. Metamətnin şərti mövcud-

luğu – protomətndir. Protomətnin mühüm komponenti metamətndə

semantik (yerdəyişmə) ötürmələrin köməyilə realizə olunur. Meta-

mətn protomətni onun üslubunun, (tematik və dil quruluşu)

modelləşdirmə yolu ilə reallaşdırır, protomətnin üslubi

modelləşdirilməsi eksperiment xarakteridir. Belə ki, metamətn pro-

tomətni mütləq şəkildə nə yenidən yarada, nə də təkrar edə bilər

(tərcümə heç bir halda orijinalı olduğu kimi əks etdirə bilməz).

Metamətn müəllif strategiyasının dəyəridir, o orjinala söykənir.

Müəllif aşkar, yaxud gizli mətnlərarası əlaqələr görə bilər. Onun

həlli bəzi hallarda üslubi priyom xarakteri daşıyır. Müxtəlif mətnlər

arasında münasibətlər mətnin ayrı-ayrı elementləri səviyyəsində,

yaxud elə bütöv mətn üzərində qurula bilər. Metamətnlə protomətn

arasındakı münasibətləri transformasiya xarakteri nöqteyi-nəzərdən

interpretasiya etmək olar ki, onu metamətndə (imitativ, selektiv, re-

duasiya və komplementar əlaqə səviyyəsində) həyata keçirmək olar.

Prozaik tərcümə –

köməkçi tərcümə. O yalnız tanışlıq funk-

siyası yerinə yetirir və buna görə də, adətən, poetik tərcüməni tam

şəkildə əvəz edə bilməz. Buna görə də şairlərin prozaik (nəsrlə) tər-

cüməsini yalnız poetik mətnin bədii nəsr vasitələri ilə oxucuları xa-

ricidilli orijinalın məzmunu ilə tanış etməkdir. Nəsrlə tərcümə ikinci

dərəcəli xarakterə malikdir və poetik orijinal haqqında yalnız ya-

xınlaşdırıcı təsəvvür yaradır.

Psevdotərcümə –

bax, tərcümə simulyasiyası.

Psixolinqvistika –

1. Məzmun nöqteyi-nəzərdən və kommu-

nikativ dəyərdən nitq aktının konkret kommunikativ fikrə, daha

doğrusu, təbii dilin köməyilə verilən məlumatın təbiətini və xas-

səsini nitqin yaranması prosesini öyrənən dilçilik sahəsi. 2. Nitq

prosesi, onun yaranması və qəbulu nöqteyi-nəzərdən elm bölməsi.

Psixoloji xəbər

– psixoloji mahiyyətə görə şüurda sıraya görə

ikinci yaranmış və ona əks üzvüdən, psixoloji mübtədadan fərqlən-

dirmə, yalnız dayanma mövqeyinə görə hansı nitq hissəsi (söz

birləşməsi) ifadə olunma.

Psixoloji mübtəda –

psixoloji mahiyyətə (yükə) malik və

şüurda sıraya görə yaranmış ilkin təsəvvür.

Publisistik mətnin tərcüməsi –

əgər publisistik mətni müxtə-

sərlik, artıq sözlərdən kənarlaşmaya can atma fərqləndirirsə,

tərcüməçi də eyni müxtəsərliyə can atmalıdır. Adətən, publisistik

mətndə terminlərdən asancasına istifadə özünü göstərirsə və onlar

bununla məişət sözlərinə yaxındırsa, belə olduğu halda, tərcüməçi

bütün bu elementləri mətbuatda öz doğma dilində müvafiq şəkildə

verməyi bacarmalıdır, o, burada mövcud terminologiyadan istifadə

etməlidir. Obrazlı ifadələr, danışıq-məişət ifadələrinin, mətndəki

emosional rəngli xüsusiyyətli yerlər xarici ölkə publisistikası üçün

xarakterikdir və tərcümə mətnin belə hissələrinin başqa şəklə salın-

masına yol verilməməlidir. Publisistik mətndəki mürəkkəb cümlə-

lərdə sintaksis tamlığı xüsusilə mühümdür. Odur ki, mürəkkəb

cümlələrin tərcüməsi zamanı qeyri-müəyyənliklərdən, qarma-qarı-

şıqlıqlardan qaçıb, daha uzun cümlələri hissələrə bölüb ilə əvəz

etmək məqsədə uyğundur.

Publisist tərcümə –

publisist əsərlərin, ictimai-siyasi ədəbiy-

yatın, tənqidin və natiq nitqinin tərcüməsi.

Punktuasiya (durğu işarələri) –

rubrika elementi və struktur

formalaşdırma: durğu işarəsi müəyyən semaktik-sintaktik və funk-

sional-kommunikativ əhəmiyyətə malikdir. O, maşın tərcüməsi məq-

sədləri ilə və durğu işarələrinin konfrontasiyası (qarşıdurması) zamanı

ələvə (yardımçı) dilin modelləşdirilməsi zamanı nəzərə alınır.

dilin təmizliyini, toxunulmazlığını saxlamaq cəhdi,

dildə hər hansı yeniliklərə qarşı mübarizə (neologizmlər, xarici dil-

dən alınmalar) ədəbi dili normalaşmamış, leksik və qrammatik ele-

mentlərin daxil olmasından qoruma.

– nəzər nöqtəsi, baxış bucağı

1. Tezlik lüğətlərində sözformaların sıra nömrəsi. 2.

Ranq tezlik lüğətlərində ranjirə olunmuş cərgədə sözformanın

ortaya çıxmasında (mətndə işlənməsində) və sözformaların mütləq

tezliyinin azalması cərgəsində sözformanın sıra ardıcıllığı. 3. Tezlik

siyahısında lüğət vahidinin sıra nömrəsi. Tezlik siyahısının ranq

ranjirə edilməsi adi ardıcıl nömrələmədən onunla fərqlənir ki, eyni

tezlikli lüğət vahidlərinə ayrı-ayrı ranqlar deyil, intervallar ranqı

verilir. 4. Tezlik lüğətində sözdən sonra duran rəqəm və tezliyə

işarə edən (istifadə olunan) bu sözün mətndə rast gəlinməsidir

(əsərdə mətnlər cəmi, informasiya massivi və s.).

Ranq tezlik lüğəti

– 1. Lüğət vahidlərinin azalma tezliyi üzə-

rində qurulmuş lüğət. 2. Ranq üzrə sözlərin, daha doğrusu, onların

işlədilməsi (rast gəlinməsi) tezliyi üzrə olan tezlik lüğəti. 3. Azalma

tezliyi sırası üzrə quruluş lüğət vahidləri olan tezlik lüğəti.

Reaksiya – 1.

Adətən reaksiya dedikdə bir məlumata «cavab»

nəzərdə tuturuq. 2. Bax, həm də ünsiyyət effekti.

Real aktantlar –

situasiyanın substantiv elementləri, subyekt,

obyekt, substansiya prosesinin həyata keçirməsini əngəlləyən,

yaxud ona kömək edən məkan, yaxud zaman konkretləşdiriciləri və

1. Başqa dildə danışan insanların praktik nitqində

mövcud olmayan predmet, əşya anlayışı, situasiya bildirən söz,

yaxud realiyalar. 2. Zahiri linqvistika və tərcüməşünaslıqda, məsə-

lən, hər hansı ölkənin dövlət quruluşu, hər hansı xalqın tarixi və

mədəniyyəti, konkret dilin daşıyıcısı olan dil əlaqələri nəticəsində

bu dildə öz əksini tapmış müxtəlif çeşidli faktorların öyrənilməsi. 3.

Sözün normativ mənası üçün əsas kimi xidmət edən maddi mə-

dəniyyət əşyaları. 4. Həyat və məişət milli-spesifik xüsusiyyətlərini

bildirən sözlər. 5. Oijinal mətnində realizə olunan mədəni kod ele-

Realilər tərcüməsinin əsas üsulları –

1. Transliterasiya və

transkripsiya. Realiyanı bildirən konkret sözün ya yazıda onun kö-

künün öz dilində, yaxud öz dilində şəkilçilərlə birlikdə bilavasitə

istifadə olunması. 2. Yeni sözün, yaxud mürəkkəb sözün, yaxud söz

birləşməsinin elementlər əsasında və morfoloji münasibətlərdə mü-

vafiq predmetin, artıq dildə real şəkildə mövcud olanların bildiril-

məsi. Əsas etibarı ilə belə tərcümə təsviri, perifrastikdir. 3. Bir-

birinə xarici dildəki realilə yaxın olan, lakin funksiya etibarı ilə

uyğun olmayan-oxşayan tərcümədir ki, o kontekstdə dəqiqləşdirilir

və bəzən təxmini yaxınlıq bildirir, ifadə edir. 4. Hiponimik üsul-

ümumiləşdirilmiş – yaxınlaşdırıcı növ anlayışını bildirən, ifadə edən

tərcümə. Xarici dildəki sözlər tərcümə dilində cinsi anlayış bildirən

sözlərlə verilir. Belə üsul reali adları ilə bağlı təsəvvürləri

kasadlaşdırır, çünki tərcümə dilində ümumi anlayışdar konkretliyin

itməsinə gətirib çıxarır

sözlər – ilkin dilin daşıyıcılarının praktik təcrübəsində

mövcud olmayan və buna görə də ekvivalentlərə malik olmayan

əşyaları, hadisə və anlayışları bildirən sözlər. Bax: realilər.

Redaktəönü –

mətnin maşına, maşın tərcüməsinə daxil edil-

məsinə qədər qabaqcadan redaktə olunması.

Redusiya olunan əlaqə –

mətnlərarası invariantın semantika-

sının saxlanılması zamanı mətnin ayrı-ayrı səviyyəsində aksent

edilən iki mətn arasındakı münasibətlər.

– 1. İlkin sənədin müxtəsər izahını əks etdirən ikinci

sənəd. Referatın əsas məqsədi – izah olunan işin əsas müddəaları ilə

tanış etməkdən ibarətdir. Materialın müxtəsər izahı olan referat. Tə-

biidir ki, ilkin sənədi əvəz edə bilməz və, adətən, referatın öyrənil-

məsinin əsasında ilkin sənədin tam, yaxud qismən tərcüməsinin

məqsədəuyğunluğu ilə bağlı nəticələrə gəlmək olar. 2. Referatın

əsas təyinatı – materialı əvəz etməkdir. Buradan aydın olur ki,

referat materialın daha qənaətli vasitəsi olub onun məzmununu tam

şəkildə əhatə etməlidir. Resenziyadan fərqli olaraq, referatın başlıca

təyinatı, hər şeydən öncə, materialın məzmununun açılmasına

xidmət etməlidir. Bununla belə, referatdada materialın ümumi şəkil-

də dəyərləndirilməsi arzu olunur. Referat nəzərdən keçirilən mə-

qalə, yaxud kitabda hansı yeniliklər var, orada əksini tapan

materialın xüsusiyyəti nədən ibarət olması çatdırılmalıdır. Referatın

dəyəri, ilk növbədə, onunla müəyyənləşdirilir ki, orada oxucu üçün

maraq doğuran orijinalın məzmunu daha dərin və geniş şəkildə

açılmış olmalıdır. 3. Tam izahına görə orijinalın məzmununu əks et-

dirən referat informativə və indikativə bölünür; izah olunan sənəd-

lərin kəmiyyətinə, sayına görə bu sənədlər – monoqrafik, məlumat

və xülasəyə, referatda izah olunan materialın xarakterinə görə isə

referat – üzərində işin ardıcıllığı. 4. Hər hansı məsələnin mahiyyə-

tinin müxtəsər izahı. 5. Elmi işin, kitabın və s. müxtəsər şifahi, ya-

xud yazılı izahı. 6. Ədəbi və digər mənbələrə əsaslanan hər hansı

mövzuya həsr olunmuş məruzə. 7. Mənbənin qısa, bütün toxunulan

məsələlərlə bağlı hər nə varsa dəyərləndirilməsidir ki, o mənbənin

qiymətləndilməəsi və referatın nəticələri ilə müşayiət olunur.

Referat çıxarma –

mətndə tanışlıqla bağlı nitq fəaliyyətinin

mürəkkəb növüdür ki, mətndə onda olan verilmiş informasiyanın,

yaxud əsas məzmunun yazılı şəkildə verilməsi məqsədini güdür.

Referat-xülasə –

referat-xülasədə onun əsas müddəaları ma-

terialın olduqca yığcam şəkildə təqdim olunması ilə bərabər bütün

ikinci dərəcəliləri atılır. Referat – xülasədə materialın məzmununun

daha yüksək dərəcədə ümumiləşdirilməsi tələb edilir, nəinki referat

– konspektdə. Bax: indikativ tərcümə.

Referat-konspekt –

referat-konspektdə əslin yığcam şəkildə

onun materialını möhkəmləndirən mühüm müddəaları gətirilir. Bax:

Referat üzərində işin ardıcıllığı –

1. Referat üçün nəzərdə

tutulmuş sənədi diqqətlə oxumaq. 2. Tamamlanmış fikri əks etdirən

sənədin mətnini bölmək. Məqalələr, konfranslardakı çıxışların ste-

noqramlarında və digər həcimcə böyük olmayan sənədlərdə bu

məna hissələri adətən abzasa, yaxud abzaslar qrupuna müvafiq olur.

Kitablarda belə parçalara ya fəsil, ya da mətnin struktur vahidi mü-

vafiqdir. 3. Referat üçün nəzərdə tutulan sənədin planını tərtib

etmək. 4. Referat üçün nəzərdə tutulmuş sənədin məqsədini və

başlıca mənasını formalaşdırmaq. 5. Referatın planını hazırlamaq. 6.

Referatı tam həcmə riayət edilməklə yazmaq. 7. Zəruri olduqda

referata əlavələr etmək. Əlavələrdə müəllifin nəzərə çarpacaq

səhvləri, fakt və hadisələrin ənənə şəklində təhrif edilməsi, oxucunu

faktın qiymətləndirilməsində yeni yanaşmaya cəlb etmək.

Azərbaycan ədəbiyyatı/Azərbaycan yazılı ədəbiyyatının qədim nümumələri

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi E.Ə. VI əsrdə Midiya dövləti ərazisində meydana çıxmış və müəllifliyi Zərdüştə aid edilən “Avesta”dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. Zərdüştün xeyir qüvvələrin başçısı Ahura Mazdaya (Hörmüzd) müraciətləri şəklində yazılmış “Avesta”da qədim insanların dünyanı və cəmiyyəti idarə edən xeyir və şər qüvvələr haqqında təsəvvürləri bədii-obrazlı şəkildə əks olunmuşdur. “Avesta”nın bədii cəhətdən ən gözəl hissəsi olan “Qatlar”da Zərdüştün insan və cəmiyyət, təbiət və fərd haqqında fəlsəfi-əxlaqi düşüncələri öz əksini tapmışdır. “Avesta” ilkin halında, bütöv şəkildə bizə gəlib çatmamışdır. Bu əsər E.Ə. IV yüzillikdə Makedoniyalı İskəndər tərəfindən yandırılmış və onun mətnindən yalnız ayrı-ayrı fraqmentlər atəşpərəst kahinlərin yaddaşında qorunub saxlanaraq sonralar bir yerə toplanmış və pəhləvi dilinə tərcümə edilmişdir. “Avesta”da Azərbaycan xalqının mifoloji dünyagörüşünün mühüm cəhətləri əks olunaraq dövrümüzə qədər gəlib çatmışdır. Xüsusən, dünyanın yaranması, ilk insanın meydana çıxması, bəşəriyyətin “qızıl dövrü”, ilk günah və Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər dünya xalqlarının mifologiyasında geniş yayılmış ünsürlərdəndir.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları B.E. XI yüzilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Ənənəyə görə, dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basat Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.

Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, “Dəli Domrul” boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir. “Kitabi-Dədəm Qorqud” eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında “Dədə Qorqud” eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində “bəraət” ala bilmişdir.

“Avesta”dan sonra ümumtürk kontekstində Azərbaycan yazılı ədəbiyyatının örnəkləri E.Ə. 328-ci ildə Çin qaynaqlarında verilmiş bir türkcə atalar sözü və ortaq türk ədəbiyyatları statusunda qələmə alınmış, B.E. VI-VIII əsrlərinə aid olan daş üzərində yazılardır. Bu yazılar hökmdarlara epitafiya-salnamə xarakteri daşısa da, onların bədii məziyyətləri də yüksəkdir və həmin dövrdə türk ədəbi dilinin inkişafı, obrazlar sisteminin formalaşması haqqında müəyyən təsəvvür yaradır. aşğarlı Mahmudun əsəri isə türk mifologiyası və folklorunun bir çox örnəklərini yazıya alıb sabitləşdirməsi ilə əhəmiyyət kəsb edir. Məsələn, E.Ə. VII-VI yüzilliklərdə yaşamış türk hökmdarı Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağı qədim türk bədii təfəkkürünün bütün incəlik və gözəlliyini təravətli halda bizə çatdırır.

Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V yüzilliyə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şairi Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.

VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan şairlərindən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün böyük filoloji olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində görkəmli xidmətləri vardır. Onun “Şərhül-Həmasə” adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.

XI yüzillikdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən – dəri dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın bizə gəlib çatmış “Divan”ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır.

1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI yüzilliyin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və realilər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Mübaliğəsiz demək olar ki, Qətran Təbrizi poeziyasının dili – azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, ümumiyyətlə, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün “Səyahətnamə” əsərində qeyd etmişdir.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir. Daha çox arxaik sözlərdən istifadə yolu ilə yaradılan və buna görə də dərin fəlsəfi məzmun və mündəricə ifadəsində çətinlik çəkən farsdilli Xorasan ədəbi məktəbindən fərqli olaraq, Azərbaycan ədəbi məktəbinin nümayəndələri dəri dilində qələmə aldıqları poetik əsərləri ərəb söz və ifadələri hesabına zənginləşdirməklə onu yeni inkişaf mərhələsinə qaldırmış, ən incə poetik mətləblərin və dərin fəlsəfi fikirlərin ifadəsi üçün mükəmməl bir hala salmışlar. Saray ədəbi mühitində – XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (-1190), İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər.

XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.

Filologiya məsələləri, №5, 2017

unudulmuş faktlarla bağlı olub, xüsusi adların motivasiyası ilə əlaqədardır.

Onları etimoloji cəhətdən analiz etdikdə frazeoloji vahid olduqları üzə çıxır.

Belə frazeologizmlər sinxron planda öz motivasiyalarını itirirlər. Məsələn,

ingiliscə “Hobson’s choice” ifadəsinə baxdıqda görürük ki, o, kiminsə

seçkidə iştirak etməməsidir. Hobson həqiqətdə at saxlayan bir insanın

soyadıdır, kim ki, öz müştərilərinə atı seçmək hüququ vermir. Tez-tez

frazeologizmin tərkibində olan xüsusi adlarda güclü mənaya malik, leksik

nöqteyi nəzərdən boş, ümumi mənası çox az halda müşahidə olunan,

mücərrəd məna daşıyan sözlər olur. Etimoloji cəhətdən analiz etdikdə bizdə

şübhəsiz bir maraq oyanır ki, xüsusi adlar frazeoloji vahidlərin bir

Filologiya məsələləri, № 5, 2017

komponentidir, yəni, frazeoloji nöqteyi nəzərdən baxılsa da onlar xüsusi ad

kimi öz əhatəsini qoruyur.

1. Frazeoloji vahidlər birbaşa dinlə bağlanır.

Frazeoloji vahidlər belə formada bütün ölkələrin dilində mövcuddur və onun

tarixi xristianlıqla bağlıdır. Digər dillərdə ilk əvvəllər o diqqəti cəlb etməyib;

təkcə ingilis bibliyasından başqa. İdiomatik ifadələr ingilis dilinə dini

nöqteyi nəzərdən daxil olub və bugün ingilis dilində olan frazeoloji

birləşmələr bibliyanın səhifələrində də öz əksini tapır. O vaxtdan bəri ingilis

məktəblərində bibliya xüsusi ilə öyrədilir. Hər il bibliyanın yeni nəşrləri

buraxılır və bu da xalqın ayrı-ayrı yaş dövrlərinə uyğun şəkildə nəşr edilir.

Nəticədə isə, onlar danışıqlarında bibliyanın tərkibində işlənən ifadələrdən

istifadə edirlər. Eləcə də, ingilis ədəbiyyatında əsərlərdə bibliya ilə sıx

əlaqəsi olan ifadələrdən geniş şəkildə istifadə olunur. Bibliya ilə bağlı olan

frazeoloji ifadələr aşağıdakılardır:

A doubting Thomas – inanılmaz, şübhə edilən insan

2. Frazeoloji vahidlər və onların tərkibindən çıxan xüsusi adlar birbaşa

ingilis mifologiyası (mifonimlər) ilə bağlıdır.

İngilis dilində eləcə də digər avropa dillərində mövcud olan çox obrazlı

frazeoloji ifadələr antik mədəniyyətə bağlanırlar, onların kökü isə qədim

yunan-roman dillərinə daxildir. Bunların işərisindən bir hissəsi xüsusi adlarla

To give a sop to Cerberus – zəhmətsiz gəlir rahatlığı

3. Frazeoloji vahidlər, xüsusi adlar birbaşa məişətlə, ədəbiyyatla, ingilis

folkloruşünaslığı ilə bağlıdır.

Bu qrupa daxildir:

a) Ənənəvi məşhur kişi və qadın adları ilə bağlı frazeoloji vahidlər.

Geniş yayılmış ingilis adları nitqdə gündəlik işlənərək frazeoloji vahidlərin

komponentlərinə çevrildi və onlara xüsusi təsir bağışlayıcı və emosional

rəng qatdı. Məsələn, Betty, Tom, Jack, John, Mary və.s. kimi ingilis adları

insanların xarakterik xüsusiyyətlərini təyin etməyə imkan yaratdı. Təkcə

Jack adı ilə formalaşan çoxlu frazeoloji vahidlər vardır ki, onu ən çox şən

gənclərə, bir qədər hiyləgər, özgəsinə tələ quran gənclərə aid edirlər. Maraqlı

misal olaraq danışıq frazeologizminin etimologiyasına dair “Before you can

say Jack Robinson” – cəlb, anında, iki saniyəyə, bir göz qırpımında və.s.

mənalarını daşıyır. Vulqar sözlərin lüğətində (the Dictionary of Vulgar

Tongue, 1785) Jack Robinson adı öz tanışı ilə qısa müddətli görüşmək

b) Frazeoloji vahidlər həqiqi antroponimlər də ola bilirlər, yəni öz dövrü ilə

səsləşən, o dövrə uyğun monarxlar, siyasi xadimlər, alimlər, xeyirxah və

səfeh işlərlə məşğul olan adamların adı ilə bağlı olurlar.

Filologiya məsələləri, № 5, 2017

Bloody Mary – Kraliça Maria. Kraliça Maria Tudorun adı ilə

bağlıdır. Onun qəddar rəftarına görə Qanlı Meri ifadəsi meydana gəlmişdir.

Qanlı Meri içkidən düzəlmiş kokteyl və yaxud buzlu pomidor şirəsi mənasını

verir. Eyni zamanda, burada frazeologizmin metaforası üzə çıxır.

4. Toponimlərlə bağlı frazeoloji vahidlər ayrıca bir qrup təşkil edir. Bu təkcə

onomastika nöqteyi nəzərindən maraqlı deyil, həm də ölkəşünaslıq nöqteyi

nəzərindən maraqlıdır. Toponimlər əşyanı və onun fəaliyyətini bir-biri ilə

əlaqələndirərək dildə qorunub saxlanan funksiyaya malik mədəniyyət

komponentidir. Onlardan əksəriyyəti keçmiş dövrlə bağlı xalqların

miqrasiyası, yerdəyişməsi haqqında məlumatları cəmləşdirərək özündə

saxlayır. O zaman toponimlər nəinki dilin və nitqin, həmçinin ensiklopedik

məlumatların ixtiraçısı hesab edilir, əşya haqqında kompleks bilik verir. Bu

isə istənilən dildə işlənə bilir. Frazeologizmin daha bir qrupu olan realilər bir

başa coğrafi və ya tarixi ölkələrlə, adət-ənənələrlə, məişətlə və ayrı-ayrı

vilayətlərdə yaşayan əhalinin xarakterik xüsusiyyətləri ilə bağlıdır.

Toponimlərlə bağlı bütün frazeoloji vahidləri dörd yarımqrupa bölmək olar.

Birinci qrupa, küçə, rayon, Londonun hissələrinin adları aiddir. Bu

rayonların hissələri bir başa qədim London və onun tarixi ilə bağlıdır. Bu

ifadələr bizə Londonla bağlı onun küçələrində, meydanlarında baş verən

hadisələrlə bağlı tarixi xatırladır.

Dance the Tyburn Jig – dar ağacından asılmaq, ölmək

Londonun rayonlarındakı küçələrin adları əhalinin sosial vəziyyəti və iş

rejimi ilə bağlıdır, nəticədə isə metonimik məna daşıyaraq söz frazeoloji

War dour Street English – nitq, qədim nitq

Frazeoloji vahidlərin ikinci yarımqrupuna qraflıqların, vilayətlərin,

rayonların, şəhərlərin, çayların adları daxildir. Onların adları isə, o

şəhərlərin, yaşayış məskənlərinin tarixi və adət-ənənəsi ilə bağlıdır. Məsələn,

“to fight like Kilkenny cats” frazeoloji birləşməsi ölənə qədər mübarizə

aparmaq. Kilkenni şəhər qarnizonundan olan bir neçə əsgər iki pişiyin

sümükdən ötrü dalaşdığını və son dəqiqəyə qədər mübarizədən əl

çəkmədiklərini göstərərək zabitə bildirmək istəyirdilər ki, ölənə qədər

mübarizə aparmaq lazımdır. Elə frazeoloji vahidlər də mövcuddur ki, onlar

ayrı-ayrı yerlərdən, rayonlardan, şəhərlərdən, kəndlərdən çıxaraq geniş

yayılır və hətta ölkənin müxtəlif vilayətlərinə qədər gedib çıxır. Məsələn, “to

grin like a Cheshire cat”. Qraf Çeşer hər zaman öz pendiri ilə şöhrət qazanıb.

Kleym firmaları Çeşer pendirlərini hazırlayan bir müəssisənin adıdır.

Coğrafi adlarla bağlı frazeologizmlər ayrı-ayrı yer adları və ya müəssisə

adları ilə əlaqələnirlər.

Shipshape and Bristol fashion – tam nizam-intizamlı, səliqəli

Filologiya məsələləri, № 5, 2017

Canterbury story – uzun, cansıxıcı nağıl

Frazeoloji vahidlər daxilində tez-tez işlənən “Dutch” sözü inkar məna

daşıyır. Bu sözün işlənməsi XVII əsrə məxsus ingilis-holland müharibəsi ilə

bağlıdır. Burada hollandlar pis insanlar hesab edilirlər və istənilən inkar

mənalı birşey holland sözünün epitetinə çevrilir. A Dutch reckoning –

sakinlərin ardı kəsilmədən yüksələn hesaba qarşı etirazı. Frazeoloji

vahidlərin yerdə qalan yarımqrupuna ölkə adları, Birləşmiş Krallıq adı

daxildir, the curse of Scotland, Prince of Wales, Irish bull. İngilis

hersoqluğunun adı Stratford shire, Brand ford shire. İngilislərdə zarafat

əlaməti olaraq yatmağa getmək ifadəsi belə tərcümə olunur – to be off to

Bedfordshire. Görünür ki, həqiqətdə belə hersoqluq yoxdur. Coğrafi

cəhətdən ingilislər shire sözünü ad kimi qəbul ediblər və bir sıra frazeoloji

ifadələr bu sözlə bağlıdır [10; 83]. Xüsusi adlarla yanaşı slanqlara nəzər

yetirdikdə görürük ki, o, danışanın emosional və ekspressiv xarakterini və

ona olan münasibəti ifadə edir. Xüsusi adların əhəmiyyəti dilin əsas planına

daxildir. Xüsusi adlar ayrı-ayrı nitq hissələrindən ibarət olsalar da bir-birləri

ilə xüsusi bir əlaqəyə malikdirlər.

1. Axundov A.A. Dil və cəmiyyət. Bakı – Yazıçı, 1992.

2. Qurbanov A. Ümumi dilçilik I hissə, Bakı, 1989.

3. Qurbanov. A Müasir Azərbayacan ədəbi dili, Bakı,1967.

4. Qurbanov A. Müasir Azərbaycan dilinin frazeologiyası, Bakı, 1963.

5. Arnold İ. V. The English word. M-L., 1966.

6. Rainey P.H. The origin of English surnames. – London, 1967.

7. Воронина А.С. Имена собственные в составе фразеологических

единиц. // ИЯШ, 2003, №4.

8. Гарагуля С. И. Имя личное как культурно-историческая категория

современного английского языка: автореферат. – М., МГПУ, 2000.

Phraseological units of onomastic components: bibleisms and

Wheather in ancient times, as well as in medival sources we are

facing spesific names – antroponyms and toponyms. The oldest use of

dictionaries and the examples of their vocabularies are the main proof of

them. Residental areas and the people has become a rite of the certain

historical titles. However, in ancient linguistics there was not any type of

Filologiya məsələləri, № 5, 2017

science which has to learn these fields. After a time, when the study of

linguistics began to evolve, as its many kind of fields, onomastics

established. Onomalogy is the history, geography, language and etnography

of the independent state, country or nation. So, it is difficult to imagine those

fields without onomastics. This shows that, onomastics is closely connected

with history, geography, linguistics and other sciences. As all units,

onomastic units consist of sound complex and they have meaning. In fact, it

is the main symptom which include them to the language system. As in

common words, in spesific names, onomastic units there are three main

features: sound compex, meaning and the sounrce of the meaning.

компоненты, библеизмы и

Топонимические и антропонимические названия – собственные

имена, встречаются как в древних, так и в средневековых источниках.

Составление древнейших словарей и примеры находящиеся в их

глоссариях являются еще одним доказательством данного факта.

Называть места обитания и людей определенными именами историчес-

ки сложившаяся традиция. Тем не менее, в лингвистике тех времен не

было единой науки для изучения этих областей. По истечении времени

и с развитием лингвистики была создана область ономастики, как

и многие другие ее области. Ономалогия составляет историю, геог-

рафию, язык и этнографию страны, народа, независимого государства.

Поэтому, трудно представить данные области без ономастики. В свою

очередь это указывает на несомненную тесную связь между

ономастикой и историей, географией, лингвистикой и другими облас-

тями науки. Как и все слова, ономастические единицы состоят из комп-

лекса звуков и имеют смысловое значение. Фактически, это основные

свойства которые включают их к языковой системе.

filologiya elmləri namizədi dosent

Comments are closed, but trackbacks and pingbacks are open.