İranın diplomat “fədailəri”: Avropaya qoyulan bomba “Vaşinqton Post”da
-Macarıstan Azərbaycana dost ölkədir və siyasi əlaqələrimizin yüksək səviyyədə olması buna bariz nümunədir. Azərbaycanda Macarıstan haqqında həmişə xoş təəssüratlar olub. Sizcə bunun səbəbi kimi tarixi əlaqələrdir, yoxsa başqa səbəblər var?
Azərbaycan XİN başçısı: “Regionda münaqişələr Aİ ilə çoxtərəfli əməkdaşlığa mane olur”
Azərbaycan XİN başçısı: “Regionda münaqişələr Aİ ilə çoxtərəfli əməkdaşlığa mane olur” “Aİ-Azərbaycan arasında ikitərəfli əməkdaşlığı təşviq edəcək hüquqi bazanın təkmilləşdirilməsi üçün fəal dialoqa hazırıq”
5 Sentyabr , 2016 15:09
https://static.report.az/photo/d19ef617-4cb5-41aa-8ead-574b27ed0f05.jpg
Bakı. 5 sentyabr. REPORT.AZ/ “Biz bu il Avropa İttifaqı-Azərbaycan əlaqələrinin tarixində iki önəmli mərhələni qeyd edirik: 1996-cı ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasının iyirmi illiyi və 2006-cı ildə enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasının on illiyi”. Azərbaycan XİN-dən “Report”a verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqına üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə Bratislavada keçirilən qeyri-rəsmi görüşdə çıxışı zamanı deyib. “Ötən 20 ildən çox dövrdə Aİ-Azərbaycan əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdib və tədricən ortaq maraq doğuran bir çox sahələrdə genişmiqyaslı tərəfdaşlığa çevrilib. Hər iki sənəd bu prosesə çox böyük töhfə verib. Biz bir çox müxtəlif sahələrdə aşkar ortaq maraqlara sahibik və əməkdaşlığımız üçün hələ çox imkanlar mövcuddur. Riqa Sammiti çərçivəsində tərəfimizdən Strateji Tərəfdaşlıq Sazişi layihəsinin təqdim edilməsi ikitərəfli əlaqələrə verdiyimiz önəmi bir daha təsdiq edən aydın siqnal oldu. Aİ və ona üzv dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib məqamlarından biridir. Biz Strateji Tərəfdaşlıq Sazişinin Aİ-Azərbaycan əlaqələrinin hərtərəfli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi əsas yaradacağına inanırıq və danışıqlar aparılması üçün mandatın Aİ Xarici Əlaqələr Şurası tərəfindən rəsmi qaydada təsdiq edilməsindən sonra rəsmi danışıqlar prosesinin başlanmasını gözləyirik . Biz bunun tezliklə baş verəcəyinə ümidvarıq. Mövcud reallıq və niyyətləri özündə əks etdirəcək və hələ uzun müddət Aİ-Azərbaycan arasında ikitərəfli əməkdaşlığı təşviq edəcək hüquqi bazanın təkmilləşdirilməsi üçün fəal dialoqa hazırıq. Xanım Mogerininin Bakıya səfəri zamanı aparılmış müzakirələr Aİ-Azərbaycan əlaqələrinə yeni bir dinamiklik gətirdi. Qarşıdakı aylar parlamentlərarası əlaqələr də daxil olmaqla, ikitərəfli siyasi gündəlyimizdə önəmli perspektivlər vəd edir və biz bu prosesdə səylərimizi əsirgəməyəcəyik. Parlament Əməkdaşlıq Komitəsinin üzvləri parlamentlərarası dialoqun canlandırılması məqsədilə bu ay Bakıya səfər edəcək. Biz həmçinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu missiyasının Bakıya qarşıdakı səfərinə Aİ üzv dövlətlərilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparmaq üçün daha bir imkan kimi baxırıq. Biz Aİ ilə əlaqələrimizi Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əsasda qurduğumuzu vurğuladıq, lakin biz çoxtərəfli əməkdaşlığın potensial və əhəmiyyətini heç zaman istisna etməmişik. Biz həmişə bunun ortaq maraq doğuran sahələrdə konkret öhdəliklər əsasında praktiki tədbirlər vasitəsilə nəticələr verə biləcək mümkün və real layihələrin əməli həyata keçirilməsi yolu ilə reallaşdırılmasını dəstəkləmişik. Bu xüsusda Cənub Qaz Dəhlizinin vaxtında reallaşdırılması strateji əhəmiyyətə malikdir. Fikrimizcə nəqaliyyat çoxtərəfli əsasda Şərq Tərərfdaşlığı cərçivəsində maraqlı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirəcək daha bir önəmli sahədir. Lakin regionda uzunsürən münaqişələr çoxtərəfli əməkdaşlığa mane olur. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazılığı digər Şərq Tərərdaşlığı ölkərinin ərazi bütövlüyündən heç də az əhəmiyyət daşımır. Biz Aİ-nin bu yaxınlarda qəbul edilmiş Qlobal Strategiyasında bu əsas prinsiplərə açıq dəstəyini alqışlayırıq. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılması Aİ-nin Cənubi Qafqazda və ondan kənarda regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədlərinə xidmət edəcək” – E.Məmmədyarov bildirib.
İranın diplomat “fədailəri”: Avropaya qoyulan bomba “Vaşinqton Post”da
2016-cı ildə İran Rusiya ilə birlikdə qiyamçıların hərbi dayaq postunu mühasirədə saxlayarkən yüzlərlə mülki şəxsi qətlə yetirərək vəhşilik törədiblər.
İranlı dissidentlərin verdiyi hesabat İslam rejimi sərt xətt tərəfdarlarının xarici ölkələrdə diplomatiya adı altında əməliyyatlar apardığını göstərir. İran Milli Müqavimət Şurasının verdiyi hesabata görə, Avstriyadan Albaniya və İraqa qədər ekspansionist (zorakı) İran səfirlikləri öz planlarının işləyib–hazırlandığı yerə çevirərək fəaliyyət göstərdikləri xarici ölkələrdə onların daxili işlərinə qarışır və müxalifəti təqib edirlər. Bu əməliyyatlar İranda böyük casus şəbəkəsi olan MEK-in tərkibində həyata keçirilir.
“İran: Terror və Nizamsızlıq” adlı hesabat İranın İraq, Suriya, Livan və Yəməndə reallaşdırdığı xarici müdaxilələrin təsvirini və İranın Avropa ölkələrində terroru maliyyələşdirməyə dair planlarını təqdim edir.
Hesabatda bəyan edilir ki, “İran əhalisinin əksəriyyəti yoxsulluq şəraitində yaşadığı zaman mollalar Yaxın Şərqdə özlərinin təcavüzkar siyasətlərini reallaşdırmaq üçün milyardlarla ABŞ dolları xərcləyirlər. İslam rejimi rəsmiləri bildiriblər ki, əgər İran, ölkəsinin hüdudlarından kənarda müharibələri qızışdıra bilmirsə, onda ölkəsinin daxili həyati əhəmiyyətli problemlərini həll etməyə çalışacaq. Regionda baş verən münaqişələr İran molla rejiminin ölkə daxilindəki böhrandan diqqətini yayındırır”.
İran Milli Müqavimət Şurasının təqdim etdiyi 57 səhifəlik hesabat Molla hakimiyyətinin xaricdə fəaliyyət göstərən İranın dövlət orqanlarına birbaşa göstəriş verməsindən və muzdlulara xarici ölkələrdə terror əməliyatlarını törətmək göstərişi verməyindən bəhs edir. Bu qurumlara daxildir: nüfuzlu təhlükəsizlik aparatı İslam İnqilabı Keşikçiləri Korpusu; güclü xarici hərbi təxribatçı dəstə Qüds qüvvəsi; Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi və onun əməliyyat dəstəsi; Xarici Kəşfiyyat və Hərəkat üzrə Təşkilat.
Tək Suriyada İslam İnqilabı Keşikçiləri Korpusu 100 mindən çox qoşuna nəzarət edir. Suriyada iranlılar Bəşər əl-Əsədin hakimiyyətdə qalması üçün onun qoşunları ilə birlikdə döyüşərək Birləşmiş Ştatların dediyi kimi “minlərlə günahsız insanı qətlə yetiriblər”.
İran Milli Müqavimət Şurasının İran “diplomatlar”ının fəaliyyətinə dair göstərdiyi bəzi hadisələr: Əsədullah Əsədi İranın Avstriyanın paytaxtı Vyana şəhərində “konsul” kimi fəaliyyət göstərir. Əsədi partlayıcı maddələr üzrə ekspertdir və 2004-2008-ci illərdə İraqda yerləşən Amerika hərbi qüvvələrinin öldürülməsində “həlledici rol” oynayıb. Avropa hüquq-mühafizə orqanları Əsədini həbs ediblər. Əsədullah Əsədi Paris yaxınlığında İran Milli Müqavimət Şurası üzvlərinin keçirdiyi böyük izdihamı dağıtmaq üçün bomba qoyulan maşın hücumunun gizli rəhbəri olub. İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi Vyanadakı İran səfirliyini iranlı dissidentlərə hücum etmək üçün təşkilati işlərin mərkəzi edib. Almaniya məhkəməsi bu ay Əsədinin Belçikaya ekstradisiya edilməsi barədə qərar verib.
İran kəşfiyyat və təhlükəsizlik naziri müavini Qulamhüseyn Məhəmmədnia 2016-cı ildən İranın Albaniyada səfiri vəzifəsində çalışır. Nə üçün Albaniya İrana bu qədər əhəmiyyətlidir? 2016-cı ildə İran MEK-in qərargahının İraqdan Tiranaya köçürülməsini başa çatdırdı. MEK İran Milli Müqavimət Şurası üzvlərinə qarşı bir neçə əməliyatlar keçirib. İran Milli Müqavimət Şurası bildirir ki, İranın Albaniyadakı səfirliyi getdikcə İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi agentlərinin nəzarəti altına keçməyə başlayıb.
İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Əməliyyatlar İdarəsinin rəhbəri Reza Əmiri Moğadam xarici ölkələrdə “diplomat” kimi yerləşdirilib. Reza Əmiri Moğadam 2007-ci ildə Birləşmiş Ştatların İraqdakı səfiri ilə görüşmək icazəsi alıb. İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Avropada fəaliyyət göstərən agentləri Tehranda onunla görüşərək hesabat verirlər. İran Milli Müqavimət Şurasının verdiyi hesabata görə, Reza Əmiri Moğadam xarici ölkələrdə İran tərəfindən reallaşdırılan terror əməliyatlarının əsas fiqurudur.
İranın İraqdakı səfiri İrac Mascedi həm də Qüds Qüvvəsinin veteran komandiridir. Qüds Qüvvəsi Birləşmiş Ştatlar qoşunlarına qarşı bomba ilə hücum edib. İrac Mascedi həmçinin, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general-mayor Qasım Süleymaninin baş müşaviridir. İslam İnqilabı Keşikçiləri Korpusu özünə Birləşmiş Ştatların düşməni kimi fəaliyyət prinsipi seçib. O, İraqda 100 mindən artıq müxtəlif Şiə yaraqlılarına nəzarət edir. Pentaqon hesab edir ki, İran anti-Amerika meylli iraqlılara kömək edərək yola qoyulan bombalar vasitəsilə 500 nəfər Birləşmiş Ştatlar əsgərini qətlə yetiriblər. İran müxalifətinin verdiyi hesabata görə, “İran rejiminin İraqda törədilən bütün terror əməliyatları İrac Mascedi tərəfindən idarə olunaraq nəzarət edilir. Molla rejiminin terrora nəzarət edən əsas fiquru səfir adı altında İraqın daxili işlərinə müdaxilə etməkdə davam edir”. General Süleymani İraqa çox səfər edib. Sonuncu dəfə onun İraqa bu ilin avqust ayında səfər etdiyi bildirilir. Adıçəkilən hesabatda bildirilir ki, “Qasım Süleymani İraqda İran rejiminin mövqeyini gücləndirmək üçün müxtəlif partiya və qrupları təhdid edir”. İranın ən böyük mübahisə apardığı yer Suriyadır. 2016-cı ildə İran Rusiya ilə birlikdə qiyamçıların hərbi dayaq postunu mühasirədə saxlayarkən yüzlərlə mülki şəxsi qətlə yetirərək vəhşilik törədiblər. İran Milli Müqavimət Şurası ehtimal edir ki, İran Suriyada baza qurmaq, qoşunlara ödəniş etmək və gəmi silahları əldə etmək üçün 100 milyard Amerika dolları ayırıb. Birləşmiş Ştatların dəstək verdiyi Əsəd əleyhinə döyüşən qiyamçılardan ələ keçirdiyi Raqqa şəhərini və qəddar İŞİD-dən azad olunan digər şəhərlər də daxil olmaqla İran Suriyanı beş hərbi əməliyatlar zonasına bölüb. General Süleymani İranda Əfqanıstan, Pakistan və İraqdan olan döyüşçülərə, o cümlədən İranın maliyyələşdirdiyi Livanın Hizbulla ordusuna nəzarət edir.
İran Milli Müqavimət Şurası bildirir ki, MEK 270 üzvü ilə birlikdə özünün yeni qərargahını Albaniyada yerləşdirdikdən indiyə kimi İran özünün əsas fəaliyyət elementlərini çılpaqlığı ilə ortaya qoyaraq “iki diplomatik heyətini Avropada fəaliyyət göstərən ən mühüm səfirliklər” kimi üzə çıxarır.
Daha sonra hesabatda qeyd edilir: “2017 ildə Molla rejiminin Avstriyadakı səfirliyində kəşfiyyat şöbəsinə rəhbərlik edən Müstafa Rudəki sonradan İranın Albaniyadakı səfirliyində kəşfiyyat şöbəsinə rəhbər təyin edilib. Bu vəzifələrdə çalışarkən Mustafa Rudəkiyə MEK əleyhinə artan casusluq və terror fəaliyyətinə qarşı mübarizə aparmaq tapşırılıb”.
Hesabatda deyilir ki, bu ilin mart ayında alban hüquq-mühafizə orqanları Novruz şənliklərində yük maşınını partlatmağı planlaşdıran iki İran agentini həbs edib.
Rouən Skaboraf (Rowan Scarborough)
The Washington Times
Qeyd: “The Washington Times” Amerikanın yeritdiyi siyasətə dair maraqlı mövzularla çıxış edən Birləşmiş Ştatların gündəlik qəzetidir. 17 may 1982-ci ildə Birləşmiş Kilsənin (dini və siyasi baxışlar) rəhbəri San Main Mun (Sun Myung Moon) tərəfindən yaradılıb. Birləşmiş Kilsə 1954-cü ildə Koreyada yaradılıb və Yevangelik xristianlara aiddir. “The Washington Times” 2010-cu ilə kimi Birləşmə hərəkatı ilə əməkdaşlıq edən beynəlxalq media korporasiyası Dünya Xəbərləri Kommunikasiyası tərəfindən idarə olunub. 2010-cu ildə Mun və keçmiş icraedicilər “The Washington Times”ı aldılar. İndi “The Washington Times” Birləşmə hərəkatının filialı Holdinq Əməliyyatları tərəfindən idarə olunur. Qəzetin gündəlik nəşri paytaxt Vaşinqton şəhərində, o cümlədən Merilənd (Maryland) və Vircinia (Virginia) ştatlarında paylanır. “The Washington Times” həftəlik kiçik formatda da nəşr olunaraq auditoriyaya təqdim olunur. Mühafizəkar mövqeli kimi tanınan bu qəzet Amerikanın keçmiş prezidenti Barak Obamanın Birləşmiş Ştatlarda doğulmadığı və onun gizli Müsəlman olması barədə məxfi informasiyaları dərc edib. Vaşinqton şəhərində Nyu-York prospektində mənzillənən “The Washington Times” 2013-cü ilin noyabr ayına olan məlumata görə, gündəlik 59185 tirajla nəşr olunur. Qəzetin baş redaktoru Kristofer Dolandır (Christopher Dolan).
Copyright © 2007-2023 Bütün hüquqları qorunur. Yeni Çağ Media
Macarıstanın ölkəmizdəki səfiri: Avropaya Azərbaycanla sıx əlaqədə olmaq lazımdır
Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, cənab Viktor Sederkenyi Ölkə.Az-a müsahibə verib.
Oxu.Az həmin müsahibəni təqdim edir:
“Avropaya Azərbaycanla sıx əlaqədə olmaq lazımdır”
-Qədim Türk xalqı Azərbaycanla və Hunn ölkəsi olan Macarıstanla tarixi əlaqələr mövcuddur. Cənab səfir, xalqlarımız arasındakı tarixi əlaqələri necə xarakterizə edərdiniz və müasir dövrümüzdə bu əlaqələrin inkişafı barədə danışardınız.
-Hərçənd ki, diplomatlar elmi məsələlərə toxunmamalıdırlar. Həqiqətən də biz macarlar, elə siz də azərbaycanlılar hunnları bizim tarixi əcdadlarımız hesab edirik. Belə bir fikir var ki, biz macarların azərbaycanlıların türk kökləri ilə bir çox oxşarlıqlarımız vardır, bu oxşarlıqlar adətlərimizdə, dilimizdə özünü göstərir. Bir çox sözlərimiz eynidir. Biz bununla fəxr edirik və əcdadlarımızın adət-ənənələrini qoruyub saxlayır. Bütün bunlar bu gün bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasına köməkdir.
-Macarıstan Azərbaycana dost ölkədir və siyasi əlaqələrimizin yüksək səviyyədə olması buna bariz nümunədir. Azərbaycanda Macarıstan haqqında həmişə xoş təəssüratlar olub. Sizcə bunun səbəbi kimi tarixi əlaqələrdir, yoxsa başqa səbəblər var?
-Əlbəttə, ümumi tarixi köklərimiz Azərbaycanla bu günkü əlaqələrimizin vacib faktorudur. Ancaq bu günkü çağırışları da nəzərə almaq lazımdır. Bizim hökümət 7 il əvvəl Şərqin açılışı “çağırışı” elan etdi və bu çağırışda Azərbaycan strateji istiqamətdir. 2014-cü ildə Prezident İlham Əliyev rəsmi görüşə gələndə biz birlikdə Strateji Müttəfiqlik Deklarasiyası qəbul etdik. Həmin vaxtdan başlayaraq bizim əlaqələr yüksələn xətlə inkişaf edir, rəsmilərin görüşləri daha aktiv olub, parlament üzvlərinin, işgüzar dairələrin, mədəniyyət nümayəndələrinin görüşləri artmışdır və mədəni əlaqələr yenilənmişdir.
2016-cı ilin martında bizim Baş Nazir Azərbaycanı ziyarət etmişdir. Bu zaman yeni iqtisadi müqavilələr imzalanmış, gələcəkdə görüləcək yeni layihələrin istiqaməti göstərilmişdir. Azərbaycan bu istiqamətdə də bizim strateji müttəfiqimizdir.
-Dövlət və hökumət Başçılarının görüşləri göstərir ki, bizim ölkələr arasında əlaqələr inkişaf edir. Cənab Səfir, Sizcə ölkələrimiz arasında iqtisadi, siyasi və humanitar sahədə inkişafı artırmaq üçün daha nə etmək olar?
-Qeyd etdiyim kimi, bizim əlaqələr yüksək səviyyədə və çox möhkəm əsasdadır. Təkcə Xarici İşlər Nazirləri bu il ərzində 4 dəfə görüşmüşlər. Bu görüşlər həm Budapeştdə həm də Beynəlxalq tədbirlərdə olmuşdur. Bu ilin martında Bakıda Macar Mədəniyyəti Günləri keçdi, minlərlə insan bu tədbirləri ziyarət etdi.
Təhsil sahəsində yüksək nailiyyətlərimiz vardır, xeyli azərbaycanlı tələbələr Macarıstan Universitetlərində təhsil alırlar.
Bizim ölkələr arasında heç bir anlaşılmamazlıq yoxdur və əlaqələrimizin hüquqi bazası möhkəmdir. Hökumətlərarası İqtisadi Komissiya müvəffəqiyyətlə vəaliyyət göstərir. Deyim ki, bu komissiyanın bizim tərəfdən həmsədrləri hökumət Nazirləridir ki, bizim hökumətdə bu çox nadir haldır. Ancaq strateji müttəfiqlərimizlə belə nümayəndəlik təyin olunur. Bu faktın özü macar tərəfin Azərbaycana olan yüksək diqqətin təzahürüdür.
Budapeşt və Bakı arasında birbaşa aviareys var ki, bu da bizim əlaqələrin daha möhkəm olmasına kömək edir, vətəndaşların bizim ölkəyə səyahətini asan edir, turizmin inkişafına da böyük dəstəkdir. Bakıda Macarıstanın ticarət evi fəaliyyət göstərir. Bizdə olan məlumata görə tezliklə Azərbaycanın da ticarət nümayəndəsi Budapeştdə öz fəaliyyətinə başlayacaqdır.
Qeyd edim ki, ölkələrimiz arasında ticarət dövriyyəsi bizi qane etmir. Bu bizim nə siyasi, nə də iqtisadi əlaqələrimizi əks etdirmir. Həmin istiqamətdə qarşımızda böyük işlər durur.
-Macarıstan Azərbaycan-Ermənistan arasında olan Dağlıq Qarabağ probleminin həqiqətlərinin dünyaya çatdırılmasında böyük töhvələr verdi. Bir diplomat kimi Siz bu problemin həllini necə görürsünüz?
-Bu sualınıza mənim cavabım çox qısa olacaq. Macarıstan bu problemin yarandığı gündən öz münasibətini bildirmişdir. Bu konflikt Azərbaycanın ərazi bütövlüyü əsasında Sülh yolu ilə həll olunmalıdır.
-Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində Macarıstan xüsusi yerdədir. Macarıstanın Avropa İttifaqına və Avroatlantik Məkana inteqrasiyasında rəsmi Bakıya dəstəyi nə dərəcədədir?
-Macarıstan Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsində xüsusi ilə maraqlıdır. İndiki zamanda Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında müttəfiqlik müqaviləsi haqqında danışıqlar gedir. Biz bu danışıqları hər cür təqdir edirik və hesab edirik ki, Avropaya Azərbaycanla sıx əlaqədə olmaq lazımdır. Avropaya Azərbaycanla energetika və rabitə, həmçinin ticarət sahəsində əlaqələr xüsusi ilə lazımdır. Hesab edirik ki, Azərbaycan Avropanın strateji istiqaməti olmalıdır.
-Cənab səfir, Macarıstan Azərbaycan iqtisadiyyatının hansı sahələrinə infestisiya yatırmağa maraqlıdır?
-Azərbaycan iqtisadiyyatının bir çox sahələrinə bizim marağımız vardır. Bütün imkanları nəzərdən keçiririk. Macarıstanda qazındı xammalı yoxdur. Lakin, iqtisadiyyatın bəzi sahələrində bizim çox təcrübəmiz və texnologiyalarda böyük nailiyyətlərimiz vardır. Öz diqqətimizi iqtisadiyyatımızda böyük nailiyyətlərimiz olan istiqamətlərə yönəltmişik. Bu istiqamətlər farmakologiya, kənd təsərrüfatı məhsullarının qablaşdırılması və tikinti sahələridir. Yeni istiqamətlərdən biri də informasiya texnologiyaları xidmətidir. Sadəcə ticari əlaqələrdən birgə layihələrin inkişafına maraqlıyıq. Misal olaraq, Xızı rayonunda bizim Ekzim-Bankın krediti ilə böyük istilik kompleksi tikilir. Bundan başqa Macarıstanın Su-Kanal Korporasiyası ilə sizin “Azərsu” arasında yüksək əməkdaşlıq vardır.
-Tələbə mübadiləsi Sizi qane edirmi və bu mübadilənin artırılması üçün hansı addımların atılmasını planlaşdırırsınız?
-Əlaqələrin bu istiqaməti son illər çox yüksək inkişaf edir. Bu ildən başlayaraq Macarıstan azərbaycanlı tələbələr üçün 200 təqaüd təsis edib. Bu kiçik rəqəm deyil. Biz Azərbayacanın təhsil müəssisələri ilə əlaqələrdə maraqlıyıq. Xüsusi ilə türkologiya və ölkəşünaslıq ixtisasları üzrə. Keçmişimizdən bizə qalan nailiyyətləri öyrənmək bizim gələcəyimizə lazımdır və bu istiqamətdə görüləcək işlər çoxdur. Azərbaycan Dillər Universitetində uzun illərdir macarıstanlı rektor macar dilini tədris edir.
-Cənab səfir, rəsmi Budapeştin bu gün regionda baş verən həqbi münaqişələrə mövqeyi necədir?
-Hökumətimizin regionda baş verən münaqişələrə münasibəti birmənalıdır-Dövlətlərin ərazi bütövlüyü və bütün mübahisələrin Sülh yolu ilə həlli. Bu münaqişələr regionda böyük narahatçılıq yaradır və ölkələrin iqtisadiyyatına mənfi təsir edir.
-Cənab səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?
-Macarıstan Azərbaycandakı səfiri kimi mənim bəxtim onda gətirib ki, ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və mən çalışacağam ki, bu səviyyədə davam etsin və daha da yüksəlsin. Öz fəaliyyətim dairəsində diqqətimi iqtisadi inkişafı daha da yüksəlməsinə yönəldəcəm. Mədəni əlaqələrin daha sıx olmasına çalışacam, vətəndaşlarımız arasında daha sıx əlaqələrin yaranmasına və turist mübadiləsinin yüksəlmıəsinə çalışacam. Sizdə də, bizdə də, yüksəksəviyyəli kurort sahələri vardır.
Mən Azərbaycana cəmisi 2 aydır ki, təyin olunmuşam və bütün planlarım 4 ilə hesablanıb. Azərbaycanın müxtəlif rayonlarını görmək istərdim, onların iqtisadi potensialı ilə yaxından tanış olmaq və bizim müvafiq regionlarla əlaqələrin yaranmasına çalışacağam.
Əlbəttə ki, insanlarla şəxsi əlaqələrimin artmasına və Azərbaycanın mədəniyyət nümayəndələri ilə əlaqələrin artmasına çalışacağam. Planlar var, qalıb onların həyata keçirilməsi.
Comments are closed, but trackbacks and pingbacks are open.