Press "Enter" to skip to content

Regionların 2019-2023 inkişafı dövlət proqramı

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Demokrat.az xəbər verir ki, dəyişikliklə fərmandan Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-smaq-təlim mexanizminin qurulması, Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması sözləri çıxarılıb.

Demokrat.az

Regionların 2019-2023 inkişafı dövlət proqramı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərmana əsasən “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib.

Bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək, İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək, Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etmə.k tapşırılıb.

Son xəbərlər

  • 11:38 | Azərbaycanın təbəssümdən ötə bir şeyə ehtiyacı yoxdur
  • 11:29 | “Amazon” daha 9 min nəfəri işdən çıxaracaq
  • 11:09 | Bakıda avtomobildən 10 min manat oğurlandı
  • 10:59 | Zəlzələdən zərərçəkənlərin kommunal borcları silindi
  • 10:35 | “Dördtərəfli görüşün tarixi razılaşdırılır” – Rusiya XİN
  • 10:23 | Ceyhun Bayramov Beynəlxalq Donorlar Konfransında iştirak etdi
  • 10:14 | Abşeronda şəhid ailələri bayram günlərində ziyarət edildi – Fotolar
  • 10:05 | “Bu ölkələr Ukrayna məsələsində vasitəçi ola bilməz”
  • 09:54 | Novruz bayramı Şəkidə yüksək əhval-ruhiyyə ilə qeyd edildi – Fotolar
  • 09:40 | “Böyük dəbilqə” üçün millimizin heyəti açıqlandı
  • 09:22 | Yaponiyanın Baş naziri gözlənilmədən Kiyevə getdi
  • 09:11 | Azərbaycana yaz gəldi.
  • 09:00 | “Araz”dan daun sindromlu gənclərə özəl layihə – “Günəşin övladları”
  • 20.03.2023 23:51 | 99-cu gündə 3 saat. – Şuşadan videoreportaj
  • 20.03.2023 23:28 | Şarl Mişeldən Novruz bayramı ilə bağlı paylaşım
  • 20.03.2023 23:00 | Bəzi yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
  • 20.03.2023 22:29 | Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video
  • 20.03.2023 22:15 | İtkin düşən 4 yeniyetmə tapıldı – Fotolar + Yenilənib
  • 20.03.2023 22:12 | Rusiya və Çin liderlərinin görüşü 4, 5 saatdan sonra bitdi – Yenilənib
  • 20.03.2023 21:57 | Baydendən Novruz təbriki
  • 20.03.2023 21:31 | Azərbaycandan zəlzələ bölgəsi üçün 100 milyonluq yardım
  • 20.03.2023 21:16 | Türkiyədə sel nəticəsində ölənlərin sayı artdı
  • 20.03.2023 20:55 | “XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilə bilər” – Lavrov
  • 20.03.2023 20:34 | Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Video
  • 20.03.2023 20:18 | Bu məhsulların istehsalı artıb
  • 20.03.2023 19:53 | Dəhlizdən Novruz keçir. – Fotosessiya
  • 20.03.2023 19:52 | “Neftçi”nin legionerləri yumurta döyüşdürdü – Video
  • 20.03.2023 19:30 | Bayram günləri rayonlarda hava necə olacaq?
  • 20.03.2023 19:03 | Azərbaycan XİN-dən Mirzoyana – Cavab
  • 20.03.2023 18:50 | Ölkədə avtomobil benzininin istehsalı azalıb
  • 20.03.2023 18:33 | “Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi
  • 20.03.2023 18:22 | “Bu, Mirzoyanın nə qədər həyasız olduğunu bir daha ortaya qoyur”
  • 20.03.2023 18:02 | Ərdoğan zəlzələnin vurduğu ziyanın məbləğini açıqladı
  • 20.03.2023 17:32 | Faktiki hava açıqlandı
  • 20.03.2023 17:11 | Son sutkada vaksin vurulmayıb
  • 20.03.2023 17:07 | Yoluxanların sayı açıqlandı
  • 20.03.2023 16:54 | “Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin edilir”
  • 20.03.2023 16:42 | Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçdi
  • 20.03.2023 16:01 | XİN Ermənistanın sərhəddəki hərbi təxribatı ilə bağlı məlumat yaydı
  • 20.03.2023 15:48 | Kamran Əliyev İlyas İsmayılovla görüşüb medal təqdim etdi – Fotolar
  • 20.03.2023 15:27 | Rusiya və Ermənistan XİN başçılarının Moskvada görüşü oldu
  • 20.03.2023 15:26 | RR Constructions “Kubinka”da yaşayış kompleksi tikir – Video
  • 20.03.2023 14:42 | Göyçayda ağır qəza, ölən var
  • 20.03.2023 14:34 | Bakının mərkəzini çirkab suları basdı – Video
  • 20.03.2023 14:15 | Rusiyada məmurlara “iPhone”la bağlı – Xəbərdarlıq
  • 20.03.2023 13:57 | İdmançılarımız Ermənistana gedəcək? – Rəsmi açıqlama
  • 20.03.2023 13:46 | ​Si Cinpin Rusiyadadır – Video
  • 20.03.2023 13:19 | “Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar
  • 20.03.2023 13:18 | Yavaşın sözləri qalmaqal yaratdı – Kılıçdaroğlu hərəkətə keçdi
  • 20.03.2023 13:10 | Nizaməddin Quliyevin qardaşı oğlu faciəvi şəkildə öldü – Foto

Regionların 2019-2023 inkişafı dövlət proqramı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Sənəddə qeyd edilir ki, fərmanla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabineti Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Reyting.az

Comments are closed, but trackbacks and pingbacks are open.