Regionların iqtisadi inkişaf problemləri
Lakin bu da nəzərdən qaçmamalıdır ki, regionların inkişafı üçün həmin ərazilərə investisiyaların cəlbi olduqca əhəmiyyətlidir. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizminin uğurlu tətbiqi nəticəsində bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların hesabına ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, ətraf ərazilərinin, regionlarının da hesabına baş verir.
Trend-i buradan izləyin
Bakı. İlhamə İsabalayeva – Trend:
Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir.
Artıq gözlə görünən bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olublar. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.
Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca 4-cü dövlət proqramı icra edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
Ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyasının yatırılacağı gözlənilir.
Azərbaycanda regionların inkişafı üçün maliyyə vəsaitləri yalnız dövlət proqramları çərçivəsində ayrılmır. 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 milyard manatdan çox vəsait yönəldilib. Lakin bununla bərabər Prezidentin sərəmcamları ilə rayon və şəhərlərin inkişafına da milyon manatlarla vəsait ayrılıb ki, bu vəsaitlərin ayrılması da regionların sosial inkişafında mühüm rol oynayıb.
Yeri gəlmişkən qeyd edək ki, hələ 2003-cü ildə Prezident seçilən İlham Əliyev regionların inkişafı ilə məşğul olacağını, bunun üçün səylərini əsirgəməyəcəyini vəd etmişdi.
Bu vədini unutmayan Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edərkən onu bir daha xatırladıb və bildirib ki, Azərbaycan iqtisadiyyatı son 15 ildə dünya miqyasında rekord templərlə inkişaf edib: “Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək. Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm”.
Verilən vədin unudulmamasının, regionlara göstərilən qayğının nəticəsidir ki, artıq bir çox şəhər və rayonlarımız özləri qazanc əldə edərək artıq öz “kisələrindən yeyirlər”. Başqa sözlə, bu gün bəzi şəhər və rayonlarımız dövlət büdcəsindən asılı olmayaraq, öz gəlirləri ilə özlərini dolandıra bilirlər.
Hazırda ölkə üzrə 35 şəhər və rayon büdcədən maliyyələşmir. Gələn il isə bu rayonların sayı daha da artacaq. Bu sırada paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir rayonlarının da adları var. Ümumilikdə gələn il 39 şəhər və rayon dövlət büdcəsindən maliyyə vəsaiti almadan özünü yerli gəlirlər hesabına təmin edə biləcək.
Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.
4-cü proqramdan müsbət gözləntilərin oldğunu Prezident İlham Əliyev də xüsusi vurğulayıb. Prezident hesab edir ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaq: “Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır”.
Prezident rayon icra hakimiyyəti başçılarına xitabən bildirib ki, onlar vətəndaşların qayğıları ilə yaşamalıdırlar: “Siz onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək”.
Azərbaycanda regionların inkişafına yalnız dövlət dəstəyi göstərilmir. Bəzi beynəlxalq qurumlar da ölkəmizdə regionların inkişafında maraqlı olduqlarını bildirir və bunun üçün müxtəlif layihələr icra edirlər.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi və əməkdaşlıq şöbəsinin müdiri Simona Qattinin sözlərinə görə, Aİ-nin əsas məqsədlərindən biri regionların inkişafı ilə bağlıdır.
O əlavə edib ki, Aİ 2011-ci ildən Azərbaycanda kənd təsərrüfatı sektorunun və kənd yerlərinin inkişafına 17 milyon avro kredit ayırıb. Bura qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sahələri aiddir.
Mütəxəssislərin fikrincə, Azərbaycanda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib. Onların fikrincə, bu istiqamətdə “2004-2008-ci illər ərzində regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı ilk addım hesab oluna bilər. Lakin bu proqramın respublikanın ümumi regional inkişaf məsələlərinin həlli kimi qəbul olunması da düzgün deyil. Azərbaycanın regional inkişafında əsas istiqamətlər müəyyən olunmalı, məhz belə mərkəzlər respublikanın regional inkişaf strategiyasının əsasını təşkil etməlidir.
Bu istiqamətlərin düzgün müəyyən edilməsinin nəticəsidir ki, artıq regionlar inkişafı ümumilikdə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətli paya malikdirlər.
Lakin bu da nəzərdən qaçmamalıdır ki, regionların inkişafı üçün həmin ərazilərə investisiyaların cəlbi olduqca əhəmiyyətlidir. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizminin uğurlu tətbiqi nəticəsində bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların hesabına ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.
Regionlarda həmçinin iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır.
Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasının əsas uğurlu nəticələrindən biri yeni iş yerlərinin yaradılmasıdır. Belə ki, 2004-cü ildən 2019-cu ilin ötən dövrü də daxil olmaqla ölkədə 2,3 milyon yeni iş yeri yaradılıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub.
Onun sözlərinə görə, ötən illər ərzində Prezident İlham Əliyev ilk növbədə regionlarda həyata keçirilən sosial layihələri önə çəkməklə Azərbaycanın sosial dövlət kimi öz öhdəlikərinə sadiq qaldığını bir daha diqqətə çatdırıb:
“Hələ 2003-cü ildə dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan təkcə Bakıdan və Abşeron yarımadasından ibarət deyil, Azərbaycanın bütün regionları inkişaf etməlidir. Doğrudan da, iqtisadiyyatın rəqabət qabiliyyətli olması və bütün milli resursların iqtisadi inkişafa cəlb edilməsi baxımından regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bugün milli iqtisadiyyatımızın hazırkı mərhələsində inkişaf göstəricilərinin təmin olunması prosesində heç şübhəsiz ki, regionların inkişafı ilə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarının da mühüm rolu olub. Regionların inkişafı və regionda sosial-iqtisadi münasibətlərin regional xarakterə uyğun olaraq tənzimlənməsi bütövlükdə iqtisadiyyatımızı rəqabət qabiliyyətli etməklə bərabər, eyni zamanda, iqtisadi proporsionallığı da qoruyan mühüm faktor kimi çıxış edir”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
antifenu
Azərbaycanın regionlarında dayanaqlı sosial-iqtisadi inkişafı təmin edən istehsal infrastrukturunun yaradılması və onun təkmilliyinin artırılmasının investisiya problemlərinin təhlili müasir dövrdə əhəmiyyətlidir. Daha geniş çərçivədə investisiya qoyuluşlarının institusional mühit problemləri, onun vergiqoyma ilə bağlı məsələləri, regional inkişafın stimullaşdırılmasında dövlət investisiya fondlarının rolu və əhəmiyyəti məsələləri təhlil olunmalıdır, həmçinin regional istehsal infrastrukturunun sistemi mükəmməlliyinə və inkişafının investisiya təminatlığına təsir edən amillər müəyyən olunmuş və bu sferada daha əlverişli şəraitin formalaşdırması yolları göstərilməlidir. Bununla belə, regional avtonomiyanın genişləndirilməsi və istehsal infrastrukturunu təkmilləşdirilməsi istiqamətində yerli resurslara əsaslanan, xarici bazarlara çıxışı olan rəqabətqabiliyyətli yeni istehsal strukturlarının qurulması da vacibdir.
Ümumiyyətlə 2003-cü ildən indiyədək Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır. Bu proseslərin daha səmərəli və davamlı edilməsi məqsədi ilə regionlara investisiya axını gücləndirilməlidir. Regional iqtisadiyyatın nəzəri və təcrübi gerçəklikləri regional inkişafın sonrakı mərhələlərində onun daha çox daxili resurslar hesabına irəliləyişini təşfiq edir. Buna görə də gələcəkdə regional iqtisadi inkişafın hərtərəfli təminatı üçün yalnız mərkəzi transfertlərdən deyil, eyni zamanda daha çox lokal resurslardan qaynaqlanan investisiya mənbələrindən də istifadə edilməlidir.
Bunun üçün, ilk növbədə yerli ehtiyatlar və iqtisadi potensialdan maksimum səmərəli istifadə əsasında xarici bazarlara belə çıxışı olan, rəqabətqabiliyyətli regional istehsal infrastrukturunun təkmilləşdirilməsinə nail olunmalıdır. Bu problem isə yalnız institusional mahiyyətli, maliyyə-iqtisadi və vergi təyinatlı deyil, həm də geniş mənada elmi aktuallıq kəsb edən bir məsələdir. Bundan irəli gələrək, Azərbaycanın regionlarında dayanaqlı sosial-iqtisadi inkişafın daha səmərəliliklə davamlı təmin edilməsi,rəqabət qabiliyyətli regional istehsal infrastrukturunun təkmilliyinin artırılmasının investisiya problemlərinin təhlili və bundan irəli gələnmüvafiq əlverişli vergi mühitinin yaradılması, biznes işinin yaxşılaşdırılması bizim də tədqiqat mövzumuzun predmetinə çevrilmişdir.
Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil etmişdir. Bu isə ümumi investisiyaların 83%-nə bərabərdir. Ümumilikdə, son beş il ərzində regionlara 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulmuşdur.
İnvestisiya qoyuluşları 2009-2010-cu illərdə də artmışdır Ötən ildə də investisiya siyasətinin əsas prioritet istiqamətləri infrastrukturun inkişafı, investisiyanın qeyri-neft sektorunun və regionların inkişafına yönəl-dilməsinin stimullaşdırılması, regionlar arasında investisiyaların bölgüsünün optimallaşdırılması, ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin gücləndirilməsi təşkil etmişdir. 2009-cu ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 7,4 mlrd. manat əsas kapitala investisiya yönəldilmişdir. Bu vəsaitin 27%-i neft sektorunun, 73%-i isə qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Əsas kapitala yatırılmış vəsaitin 79,9%-ni daxili investisiyalar, 20,1%-ni isə xarici investisiyalar təşkil etmişdir. Bütün bunlar bir daha onu göstərir ki, respublikamızda uğurlu investisiya siyasəti aparılır. Görülən bu işlərin miqyası və əhəmiyyətini bir daha vurğulayaraq, həm də qeyd olunmalıdır ki, regionlara özəl biznesin investisiyalarını artırmaq, yerli istehsal infrastrukturunun yaxşılaşdırmaq üçün hələ də qarşıda birsıra vəzifələr durur. Bunun üçün ilk növbədə sahibkarlara verilən iqtisadi imkanları daha dayüksəltmək lazımdır.
Regional istehsal infrastrukturunun investisiyalar baxımından iqtisadi və institusional problemləri sırasında bir sıra intellektual bazar seqmentlərinin müəyyən regionlarda genişliklə təşkil edilməməsi, konsaltinq, injiniriq kimi xidmətlərin daha çox mərkəzdən alınması durur. Bu isə onu göstərir ki, regionlarda bazar strukturu tam dolğun spektrdə formalaşdırılması üçün görüləsi işlər vardır. Göründüyü kimi, burada investisiya problemi ilə yanaşı, institusional əlverişlilik mühiti və normativhüquqi baza, vergiqoyma məsələri də az əhəmiyyət daşamır. Qeyd edilməlidir ki, respublikamızda investisiya qoyuluşları haqqında geniş bir qanunvericilik şəbəkəsi formalaşmışdır. «İnvestisiyaların qorunması haqqında», «İnvestisiya fondları haqqında» qanunlar və digər müvafiq normativ-hüquqi aktlar burada fəaliyyətin nizamlanmasında mühüm əhəmiyyətlidir. Lakin bütün bunlar qloballaşma prosesindən qaynaqlanaraq, daim təkmilləşməli və reallıqlarla adekvatlıq təşkil etməlidir. Ona görə də, bu istiqamətdə biznes şəraitinin genişləndirilməsi üçün mühüm olaraq, həm də institusional mühitin yaxşılaşdırılması, bank, kredit, maliyyə-vergi sisteminin daha da təkmilləşdirilməsi ehtiyaclıdır.
Regionların iqtisadi inkişaf problemləri
“Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün fərqli təşviq və güzəşt mexanizmlərinin tətbiq edilməsi və bunun genişləndirilməsi yaxşı olardı”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişaf proqramıları çərçivəsində rayonlarda infrastrukturun formalaşdırılması müşahidə edilib:
“Praktik olaraq son 15 ildə rayonların infrastrukturunun formalaşdırılması və bu konteksdən daxili və xarici investisiyanın cəlb edilməsi üçün potensial formalaşıb. Artıq yeni mərhələdə formalaşmış infrastrukturun dəyərə çevirilməsinə ehtiyac var. Rayonlara həm yerli, həm də xarici investisiyanın cəlb edilməsi çox vacibdir. Xüsusən nəzərə alaq ki, bu gün bütövlükdə biznesin əhəmiyyətli hissəsi Bakının payına düşür. Praktik olaraq paytaxt biznesinin 80%-dən çox hissəsini özündə cəmləşdirir. Bu konteksdən, təbii ki, rayonlarda formalaşmış infrastrukturun artıq dəyərə, o cümlədən məhsul və xidmət istehsalına çevrilməsi çox vacibdir. Bu baxımdan da rayonlarda investisiyanın təşviq edilməsi çox mühümdür. Biz xüsusən də regionlarda fəaliyyət göstərən sahibkarlar üçün daha çox güzəştli kreditlərin verilməsini təklif edirik. Nəzərə alsaq ki, Mərkəzi Bankın məlumatına görə, bütövlükdə kredit portfelinin 81%-i Bakının payına düşür, 19%-i isə rayonlarda yaşayan vətəndaşlarımıza təklif olunur, bu baxımdan bunun da əsas səbəblərindən biri girov mexanizmidir. Girov mexanizminin təkmilləşdirilməsi və rayonlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarının artırılması çox vacibdir. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün fərqli təşviq və güzəşt mexanizmlərin tətbiq edilməsi və bunun genişləndirilməsi yaxşı olardı. Düzdür, rayonlarda fəaliyyət göstərən sənaye məhəllələrində belə güzəştlər var. Amma bu güzəştlərin dairəsinin genişləndirilməsi lazımdır. Çünki nəticə etibarı ilə inkişafla yanaşı, həm də balanslı iqtisadi inkişafın daha yaxından dəstəklənməsinə ehtiyac var və bunun da əsas yollarından biri bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün təşviq mexanizminin genişləndirilməsi, rayonlara daha çox sərmayənin cəlb edilməsi, daha çox özəl sektorun, yeni iş yerlərinin yaradılmasına nail olunmasından ibarətdir”.
Sahibkarlar, fermerlər, kəndlilər fəaliyyət göstərməkdən çəkinir.
İqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov isə hesab edir ki, ölkədə hər bir sosial iqtisadi inkişafın kökündə ölkədəki hüquqi mühit, məhkəmə hüquq sisteminin vəziyyəti durur:
“Yəni o ölkədə inkişaf olur ki, paytaxt, yaxud region fərqi olmadan məhkəmələr yaxşı işləyir, səmərəli, qanuni, müstəqil, məhkəmə qərarları lazımı şəkildə icra olunur. Bir sözlə, qanunçuluq var. Bunlar olmayan yerdə heç bir sosial iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu bizdə çox ciddi problemdir.
Regionlarda isə xüsusi ilə ciddi problemdir. Çünki biz bilirik ki, yerli icra hakimiyyəti başçıları regionun ağasıdır. Onlar məhkəməyə, hətta notariuslara – bütün hüquqi sistemə – məhkəmələr, icra şöbələri, məhkəmə qərarlarının icrası ilə məşğul olan şöbələrə təsir göstərir. Bir sözlə, həmin yerlərdə hüquqi təminatı həyata keçirən qurumlara. Belə vəziyyətdə dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlar işləmir. Niyə? Çünki hər hansı iqtisadi fəaliyyətlə məşğul olmaq müəyyən investisiyanın qoyulmasını tələb edir. Sahibkar da biləndə ki, pulu qoyacaq, dövlət ona dəstək olacaq, ucuz güzəştli kreditlər verəcək və s. amma sabah onun hüquqları pozulanda onun müdafiəsində problemlər olacaq, onda maraq azalır.
Bazar iqtisadiyyatının kökündə 3 təməl var. Birincisi, mülkiyyətin müdafiəsi, ikincisi, bağlanılan müqavilələrin icrasının təminatı, üçüncüsü də sağlam rəqabət mühiti. Bunlar olmasa, orada necə fəaliyyət göstərəcəklər? Sabah istəlinən məmur onun mülkiyyətini əlindən alsa, onunla bağlanılan müqavilələri kimsə icra, məhkəmə müdafiə etmirsə, yaxud da qeyri-sabit rəqabət aparılırsa hansı təşəbbüskarlıqdan danışmaq olar? Bunlar yoxdursa, orada nə faliyyət, nə inkişaf? Hesab edirəm ki, birinci növbədə ölkədə bu təmin olunmalıdır, qalan məsələlər – proqramlar, güzətli kretitlər, reginonlarda daha yüksək maaş verilməli, məmurlar, hətta vəkillər üçün yaxşı şərait yaratmaq lazımdır. Bu gün regionlarda vəkillər işləmək istəmir. Regionlarda vəkil azdır. Düzdür, Vəkillər Kollegiyası əlindən gələni edir, amma bunu sözü gedən qurum təkbaşına edə bilməz. Regionlarda təminat olmalıdır. Bu da regonlarda ciddi problemdir. Azərbaycanda ədalət mühakiməsinə nail olmaq çətindir, regonlarda isə ikiqat çətindir, buna görə də vəkillər regionlara getmək istəmir. Onların maddi təminatından tutmuş, başqa hər bir məsələyə kimi öz həllini tapmalıdır ki, regionlarda insanlar iqtisadi aktivliyi göstərsinlər. Mən daha çox bu yöndə görürəm inkişafı. Digər məsələlər isə ikinci dərəcəlidir. Amma təəssüf ki, bizdə hələlik hökumətimiz məsələni başqa cür qoyur. Və təəssüf ki, bizdə daha çox proqramlara, güzəştli kreditlərin verilməsinə üstünlük verirlər. Bu məsələlərə isə diqqət edilmir. Ona görə də sahibkarlar, fermerlər, kəndlilər nəsə bir fəaliyyət göstərməkdən çəkinir.
Azərbaycanda ən böyük problem nədir? İqtisadi fəaliyyət subyektləri fəaliyyətlərini üzünmüddətli perspektiv nöqteyi-nəzərindən qurmurlar. Çünki inam yoxdur, hamı qısa müddətdə “qazanım, götürüm” prinsipinə üstünlük verir. Bu da hamısı ölkədəki məhkəmə, hüquq sisteminə inamsızlıqla bağlıdır”.
Ən böyük problemlərdən biri – ipoteka kreditləşməsi.
İqtisadçı alim Nazim Bəydəmərli hökumətin əlində olan təşviq alətlərindən bir neçəsinin məlum olduğunu açıqlayıb:
“Hökumətin əlində olan təşviq alətlərindən bir neçəsi məlumdur. Uzun illərdir ki, vergi dərəcələrinin müxtəlif olması regionlarla böyük şəhərlər arasında tətbiq edilir.
Söhbət daha çox sadələşdirilmiş vergidən gedir. Eyni zamanda müxtəlif subsidiya və datasiyaların verilməsi. Uzun illərdir əvvəllər Sahibkarlığa Kömək Milli Fondu, indi Sahibkarlığın İnkişaf Fondu, aqrolizinq, aqrarkredit təşkilatları və s. kimi bir çox alətlər vasitəsi ilə hökumət regionların inkişafına dəstək verməyə cəhd edir. Bizim müşahidə etdiyimiz nəticələr ondan ibarətdir ki, açılışında ölkə başçısı iştirak etmiş müəssisələr belə bir müddətdən sonra dayanır və işləmir. Lenti kəsilir, bir neçə ay işləyir və dayanır. Bu onu sübut edir ki, heç bir bazar araşdırması aparılmadan, eyni zamanda böyük emal müəssisələrinə, hansına ki, regionların sosial iqtisadi inkişafı layihəsi çərçivəsində həm də kreditlər ayrılır, kreditlər ayrılan zaman banklar sanki kampaniyaçılıq alətindən istifadə edir və yuxarılara xoş görünmək üçün müxtəlif müəssisələrə vəsait ayırırlar. Bu, əsasən məmur sahibkarlığına məxsus olan müəssisələr olur. Adətən məmur sahibkarlığı sıradan çıxarılanda, daha doğrusu, kimsə vəzifədən çıxarılanda bu müəssisələr çökməyə başlayır. Biz bunu dəfələrlə müşahidə etmişik. İri çinli məmurlara məxsus olan müəssisələr sonradan dayanır. Məsələn, adətən rayonlarda icra başçısı, müxtəlif inzibati vəzifələri daşıyanlar, hansı ki əvvəlki illərdə daha çox bizneslə məşğul olurdular. Əslində Maliyyə Nazirliyinin və Hesabalama Palatasının hesabatlarında da yoxlamaların nəticəsi olurdu ki, səmərəsiz istifadələr, kağız üzərində əkin sahələri şişirdilir, nəticə etibarı ilə müxtəlif kampaniyaçılıq aparılır və dövlət vəsaiti mənimsənilir. Dövlət büdcəsi vasitəsi ilə müxtəlif datasiyalar verilir. Yanacağın, sürtük yağlarının, o cümlədən gübrənin müəyyən bir hissəsi dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Bu ənənə yenə də davam edir. Çünki real sahibkarlığın işləməsi üçün rəqabət mühiti lazımdır. Real sahibkarın böyük vəsaitlərə çıxışı olmur. Ona görə də balaca müəssisələr də maya dəyəri çox, əmək tutumlu olduğuna görə istehsalı texnika ilə yüngülləşdirmk mümkün olmadıqda rəqabət apara bilmir. Müşahidə etdiyimiz ondan ibarətdir ki, bazarlarda, marketlərdə biz istehlakçılar daha çox xarici ölkələrdə istehsal olunan məhsulardan istifadə etmək məcburiyyətində qalırıq, alış-veriş mərkəzlərində bu daha çox gözə çarpır. Demək olar, bizim istehlak səbətimizin ən azı 70-80%-i xarici ölkələrdə istehsal olunmuş məhsullardır. Əgər ölkədə istehsal olunmuş məhsul adı ilə nəsə çıxarılırsa, onun xammalına baxanda görürük ki, o da xaricdən gəlib. Bu baxımdan təşviq hərtərəfli olmalıdır. Bunun üçün məmur sahibkarlığı ləvg olunmalı, inhisarçılıq aradan qaldırılmalı, icazələrin, lisenziyaların asanlaşdırılması həyata keçirilməli və real sahibkarların resurslara çıxışı asanlaşdırılmalıdır. Ümumilikdə, ölkədə kredit faizləri aşağı salınmalıdır. Onun üçün bir çox addımların atılması vacibdir. Xaricdə saxlanılan vəsaitlərin ucuz, uzunmüddətli sənaye, emala və digər sahələrə istehsala yönləndirilməsi üçün proseslər asanlaşdırılmalıdır. Pul baha olmamalıdır. Azərbaycanda isə bu, çox bahadır. Daha çox bu tipli layihələrdən “yararlanaraq” həmin vəsaitlər müxtəlif yerlərə çıxarılır və bu və ya digər formada tikintiyə qoyulur. Çünki ölkədə ən böyük problemlərdən biri ipoteka kreditləşməsinin zəif olmasıdır. İpoteka kreditləşməsi ona görə zəifdir ki, pul bahadır. Pul ona görə bahadır ki, biz banklarda, maliyyə sektorunda inhisarçılığı görürük. Pulun baha olması iqtisadiyyatda dirçəlməni məhdudlaşdırır, eyni zamanda iqtisadi böhranlar, pandemiya və digər problemlər zamanı qaytarılmayan kreditlərin faizi artır və insanların real gəliri az olduğuna görə banklar da riskləri göz önünə gətirərək daha ehtiyyatlı davranmağa üstünlük verirlər”.
Comments are closed, but trackbacks and pingbacks are open.