Press "Enter" to skip to content

Regionların inkişafının iqtisadi artımda rolu

Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması və inkşafı burada ümumi sosial-iqtisadi inkişaf səviyyəsini xeyli yüksəltməklə əhalinin “mərkəzəqaçma” meylini azaltmaqla yanaşı, bölgələrdə işsizlik probleminin həllinə də yardımçı ola bilər.

Sosial sferanın iqtisadiyyatı və onun idarə edilməsi/Regionların sosial-iqtisadi inkişafının dövlət tənzimlənməsi

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.
Regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrini abadlaşdırmaq, onların resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” təsdiq olunmuşdur. Bu Proqramda hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər müəyyən edilmişdir.
Hər iki proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Odur ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, eləcə də “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmışdır.
Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələr üzrə tərtib edilmişdir:
1. Ölkə əhəmiyyətli tədbirlər.
2. Bakı şəhərinin rayon və qəsəbələri üzrə tədbirlər.
3. Ölkənin iqtisadi rayonları üzrə tədbirlər:
3.1. Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri);
3.2. Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri);
3.3. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları);
3.4. Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri);
3.5. Quba-Xaçmaz iqtisadi rayonu (Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları);
3.6. Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları);
3.7. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları);
3.8. Kəlbəcər-Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları);
3.9. Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları);
3.10. Yuxarı Qarabağ iqtisadi rayonu (1) (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).
Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
• ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi;
• infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
• sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;
• iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi;
• ixracyönümlü məhsul istehsalının stimullaşdırılması;
• müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması;
• əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması;
• əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
• yoxsulluğun səviyyəsinin azaldılması.

Naviqasiya menyusu

  • Bu səhifə sonuncu dəfə 30 dekabr 2015 06:55 tarixində redaktə edilib.
  • Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
  • Gizlilik siyasəti
  • Vikikitab haqqında
  • Məsuliyyətdən imtina
  • Mobil görüntü
  • Tərtibatçılar
  • Statistikalar
  • Kuki məlumatı

Regionların inkişafının iqtisadi artımda rolu

İqtisadiyyatın dinamik inkişafı üçün onun dayanıqlı olması və şaxələndirilməsi zəruridir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi təmin olunmalıdır.

AZƏRTACxəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən edib, qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi nəzərdə tutulub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafın effektivliyi, dövlət büdcəsinin gəlirlərinin artırılması və bu gəlirlərin müxtəlif mənbələrdən formalaşdırılması baxımdan əhəmiyyətli hesab olunur. Artıq həyata keçirilən iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı sürətlənib.

Regionlarda iqtisadi aktivlik və vergi daxilolmaları artıb

Hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur və bu məsələ diqqət mərkəzindədir. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib.
Dövlət Proqramının uğurlu icrası öz növbəsində vergi daxilolmalarının artımına öz müsbət təsirini göstərib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq vergi orqanları tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına stimul verən tədbirlər görülür. Belə ki, gəlirlərin şəffaflaşdırılması və uçotun dürüstləşdirilməsi istiqamətində həyata keçirilmiş sistemli tədbirlər, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması nəticəsində vergi daxilolmaları artıb.
2018-ci illə müqayisədə 2020-ci ildə regionlardan vergi daxilolmaları 23,1 faiz artıb. Eyni zamanda, mərkəzləşdirilmiş büdcədən dotasiya almadan öz gəlirlərini yerli mənbələr hesabına təmin edən rayonların sayı 41-ə çatıb. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulundan əvvəlki 2003-cü illə müqayisədə 2020-ci ildə regionlar üzrə vergi daxilolmaları 23,2 dəfəyə yaxın artıb.
Proqnoz tapşırıqları cari ilin 6 ayında da uğurla icra edilib və ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 388,4 milyon manat proqnoza qarşı 462,6 milyon manat vəsaitin daxil olması təmin olunaraq, proqnozun icrası 74,2 milyon manat artıqlaması ilə və ya 119,1 faiz təmin edilib. Həmçinin yerli mənbələr üzrə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 milyon manat və ya 6,7 faiz çox vəsait daxil olub.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergi azad olmaları, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətlənməsində mühüm rol oynayır.
Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına 2021-ci ilin I rübündə qeyri-dövlət sektoru üzrə işçi sayları ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb, cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektor üzrə dövlət büdcəsinə 36,1 faiz, işsizlikdən sığorta üzrə isə 51 faiz çox vəsait yönləndirilib.
Hesabat dövründə regionlarda iqtisadi aktivlik müşahidə olunub, ötən ilin cari dövrü ilə müqayisədə vergiödəyiciləri tərəfindən təqdim edilmiş dövriyyə məbləğləri 21,6 faiz artıb. Habelə cari ilin iyulun 1-nə regionlar üzrə aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,6 faiz artıb, hesabat dövründə qeydiyyata alınan obyektlərin sayında isə ötən ilin analoji dövrü ilə müqayisədə 15,5 faiz artım müşahidə edilib.

Bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artması, bir tərəfdən büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərir, digər tərəfdən isə regionların maliyyə imkanlarının yaxşılaşmasına əsas verir.

Sənaye zonaları – iqtisadi perspektivlər

Prezident İlham Əliyev çıxışları zamanı daim qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər səsləndirib və onun önəmini vurğulayıb: “Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunub. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir”.
Dünya təcrübəsi göstərir ki, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Sənaye məhəllələrində və aqroparklarda fəaliyyət göstərən sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün genişmiqyaslı vergi güzəştləri mövcuddur. Sahibkarlığın inkişaf etdirilməsi regionların vergi potensialının artmasına səbəb olduğu kimi, vergi güzəştləri də sahibkarlığın inkişafını stimullaşdırır və iqtisadi risklərin minimuma endirilməsini təmin edir.
Vergi orqanları fiskal məqsədlərə xidmət etməklə yanaşı, regionların iqtisadi potensialının reallaşması və iqtisadi artımın təmin olunmasında qeyri-neft sektorunun payının artması istiqamətində fəal iştirak edirlər. Bu tendensiyanın davamlı olmasında isə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti var.

Regionların inkişafı dövlətin mədəni-iqtisadi inkişafının özəyidir

Şərqin hikmətini və müdrikliyini Qərbin müasirliyi və sürətli inkşaf tempini ozündə birləşdirən Azərbaycan hər kəsi nəinki öz tarixi, gözəlliyi və memarlığı,eyni zamanda iqtisadi inkşaf modeli ilə heyrətləndirməyi bacarır.

Trend-i buradan izləyin

Şərqin hikmətini və müdrikliyini Qərbin müasirliyi və sürətli inkşaf tempini ozündə birləşdirən Azərbaycan hər kəsi nəinki öz tarixi, gözəlliyi və memarlığı,eyni zamanda iqtisadi inkşaf modeli ilə heyrətləndirməyi bacarır.

Azərbaycan uğurlu neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması ilə ölkəyə xarici investisiyaların cəlb olunmasına nail oldu. Artan enerji gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın hərtərəfli inkişafına nail olmaq sonraki dövrdə Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrildi.

Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin son on ildə yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri oldu.

Rəqəmlər böyük inkşafdan xəbər verir

Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə bir neçə dövlət proqramı qəbul edildi ki, bu proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artdı.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 min daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradıldı, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə endi.

Bununla da Azərbaycanın maliyyə imkanlarını artdı, ölkəmiz transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməyə başladı, paytaxtda və regionlarda müasir infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb oldu.

Özünü doğrultmuş qaynaqlar

Beləliklə, ötən 10 il ərzində regionların inkşafına ümumilikdə 27 milyard manata yaxın vəsait ayrıldı və bu dövlət investisiyaları bölgələrin sosial-iqtisadi inkişafı üçün əsas təkan rolunu oynadı. Dövlət dəstəyinin uğurlu həyata keçirilməsində əsas nüanslardan biri hədəflərin düzgün müəyyənləşdirilməsi oldu.

Kənd təsərrüfatı regionların sosial-iqtisadi inkişafı üçün özül sayılır, belə ki torpaq əvəzolunmaz istehsal vasitəsidir və yüngül və yeyinti sənaye sahələrinin inkişafı aqrar sahədən kənarda mümkün deyil. Nəzərə alsaq ki, neft məhsulları istehsalı prosesindən başqa sənayenin bütün növ emaledici sahələri kənd təsərrüfatına bağlıdır bu baxımdan 2014-cü ilin “Sənaye ili” elan olunması da aqrar sektorun inkişafında mühüm rol oynadı.

Ölkəmizdə olan əlverişli iqlimi və torpaqları sitrus meyvələrindən alışılmış meyvələrə qədər geniş çeşidli məhsullar istehsal etməyə imkan verir. Həm yerli, həm də ixrac bazarları, eləcə də emal üçün məhsullar, şimaldan cənuba qədər uzanan xətt boyunca – şimalda Quba və Xaçmazdan cənubda Astaraya qədər olan ərazidən təchiz olunur. Olkəmizin Şimal və Aran iqtisadi zonalarında heyvandarlıq və süd istehsalı üçün də əlverişli təbii şərait mövcuddur. Eyni zamanda ölkəmizin zəngin florası da gəlirli tibbi və ənənəvi yağ bitkiləri sektorunun yaradılmasına imkan verir. Dünya Bankının hesablamalarına görə, Azərbaycanda bir sıra meyvə (alma, xurma, gilas, nar), alma və nar şirəsi, faraş kartof, fındıq, feyxoa, kivi, istixana şəraitində yerləşən pomidor və xiyar digər ölkələrlə müqayisəli üstünlüyə malikdir.

Məsələ ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Ekspert Vüqar Bayramov qeyd edir ki, hazırda ixrac olunan əsas kənd təsərrüfatı və qida məhsullarına meyvə və tərəvəz, şəkər, bitki yağı, spirtli və spirtsiz içkilər və s. daxildir. Ancaq emal esaslı sənaye sahələrinin yarılması regionların inkşafına təkan verəcək. “Kənd təsərrüfatı məhsullarının xammal formasında xarici bazarlara çıxarılması bəzən itkilər gətirir. Ancaq emal olunmuş, konservləşdirilmiş məhsulların xarici bazarlara çıxarılması üçün regionlarda aqroparkların yaradılması regionlara həm investisiya axınına həm də məhsullarımızn Avropa bazarlarına çıxarılmasına imkan verəcək.”

Kənd təsərrüfatı məhsullarının ixracat istiqaməti olaraq MDB ölkələri, əsasən Rusiya və eləcə də şərqi Avropa ölkələri prioritet göstərilir. Rusiya, Gürcüstan və Türkiyə ilə sərhəddə ortaq kənd təsərrüfatı məhsulları bazarları təşkil olunması serhed rayonların daha da inkşaflna yardımçı ola bilər.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilib və bu il ilk aqroparkın əsasının da qoyulması nəzərdə tutulur. Eyni zamanda 2015-ci ildə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatı yaradılacaq. Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması, daşınması, ixracı və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində “fermer mağazaları” da fəaliyyət göstərəcək “yaşıl market” kompleksi istifadəyə veriləcək”.

Yeni texnologiyaların cəlbi

Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bugün, Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlər sənayeləşmənin mərkəzi regionları kimi sürətlə inkişaf edir.

Bu gün qeyri-neft sektorunun inkişafı üçün bölgələrin sənaye potensialı çoxdur. Həmin potensial qara və əlvan metallurgiyanın, tibb sənayesinin, maşınqayırmanın, xüsusən kənd təsərrüfatı texnikası və avadanlığı, cihazqayırma, alətqayırma, vaqonqayırma və s. sənaye sahələrini inkişaf etdirməyə imkan verir. Hal hazırda Azərbaycanda avtomobil, traktor və motorla hərəkət edən müxtəlif hərbi texnika və s. istehsal edilir. Tədricən həmin məhsulların əsas hissələrini də respublikanın özündə istehsal etməklə maşınqayırmanı iqtisadiyyatın çox vacib sahəsinə çevirmək mümkündür.

Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin yaradılması və inkşafı burada ümumi sosial-iqtisadi inkişaf səviyyəsini xeyli yüksəltməklə əhalinin “mərkəzəqaçma” meylini azaltmaqla yanaşı, bölgələrdə işsizlik probleminin həllinə də yardımçı ola bilər.

Sənaye sektorunun yeni ünvanları olan Daşkəsən, Gədəbəy, Naxçıvan, Neftçala, Mingəçevir postsənayeləşmənin vahid kompleksə çevrilməsində strateji rola malikdir. Belə ki, bu il yaradılacaq ilk sənaye məhəlləsi məhz Neftçalada həyata keçiriləcək. Sənaye məhəllələrinin Gəncəətrafı rayonlarda, eləcə də Şirvan şəhərində və Siyəzən rayonunda yaradılması planlaşdırılır. Bu ərazilərdə həm yerli, həm də xarici investorlara güzəştlərin müəyyənləşdirilməsində məqsəd orada cəlbedici investisiya mühiti yaratmaqdır.

İnkişaf imkanları geniş olan sahələrdən biri də filiz-çıxarmadır. Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin geniş yataqları mövcuddur. AzərGold QSC-nin yaradılması ölkəmizdə əlvan metal yataqlarının öyrənilməsi, kəşfiyyatı və bütövlükdə bu sahədəki istehsalın formalaşdırılmasına xidmət edəcək.

Eyni zamanda son onilliklərdə ölkəmizdə çox sayda qızıl yataqları kəşf olunub. Azərbaycanın qızıl ehtiyatlarının bir hissəsi işğal olunmuş ərazilərdə qaldığı üçün həmin ehtiyatları hasil etmək mümkün deyil. Ancaq işğaldan azad edildikdən sonra bu rayonların inkşafının artırılması istiqamətində AzərGold mühim rol oynaya bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.