Press "Enter" to skip to content

Regionlarn sosialiqtisadi inkiafnn dvlt tnzimlnmsi Azrbaycan Respublikas regionlarnn

Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələrdən ibarətdir: • Ölkə əhəmiyyətli tədbirlər, • Ölkənin iqtisadi rayonları üzrə tədbirlər: • Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları); • Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri); • Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri); • Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları); • Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri); • Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları); • Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları); • Kəlbəcər-Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları); • Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları); • Yuxarı Qarabağ iqtisadi rayonu 1 (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Artıq gözlə görünən bir faktdır ki, bölgələrimizdəki vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olub. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.

Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili Manset.az-a açıqlamasında bildirib ki, Dövlət Başçısının iqtisadi siyasətində regionların sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər xüsusi bir yer tutur:

“Məhz 2004-cü ildən etibarən bu istiqamətdə qəbul olunan dövlət proqramları regionların sosial-iqtisadi inkişafında və həm də regionların iqtisadi inkişafda payında mühüm irəliləyişlərin əldə edilməsinə səbəb olub.

Hazırda bildiyiniz kimi, 4-cü Dövlət Proqramı icra olunur. 2019-2022-ci il regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı 2019-cu ildə qəbul olunub. Bu il artıq sonuncu ildir ki, dövlət proqramı icra olunur. Dövlət Proqramında bütövlükdə regionların sosial-iqtisadi inkişafı üçün 96 istiqamət üzrə tədbirlərin həyata keçirilməsi də planlaşdırılıb”.

Millət vəkili əlavə edib ki, keçən dövr ərzində bütövlükdə hər bir istiqamət üzrə xeyli işlər görülüb:

“Regionların həm sosial-iqtisadi inkişaf göstəricilərində, həm də regionların iqtisadi inkişafda payında bu icra olunmuş tədbirlər mühüm nəticələrə gətirib çıxarıb. Bütövlükdə regionların həm qeyri-neft sektorunun inkişafında, gənclərin və qadınların regional inkişafda rolunun artırılması istiqamətində, peşə təhsili və kadr hazırlığının inkişafı istiqamətində, maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində, turizmin inkişafı istiqamətində, sosial müdafiənin gücləndirilməsi, yeni iş yerlərinin açılması, məşğulluğun artırılması istiqamətində, ekologiya və təbii sərvətlərdən istifadə istiqamətində, yol təsərrüfatının və nəqliyyatın inkişafı istiqamətində, enerji təchizatının yaxşılaşdırılması istiqamətində, suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində və əhalinin təhlükəsizliyinin qorunması istiqamətində proqram çərçivəsində xeyli işlər görülüb”.

Komitə sədrinin sözlərinə görə, dövlət büdcəsindən son 4 il ərzində bu istiqamətdə də xeyli vəsait ayrılıb:

“Bu vəsaitin icrası nəticəsində regionların sosial-iqtisadi inkişafında nəticələr əldə olunub. Bütövlükdə Azərbaycanın 2022-ci il iqtisadi yekunları xeyli müsbətdir. Belə ki, ümumdaxili məhsulumuz biz bütövlükdə böhran və çətinliklərə baxmayaraq 4,6 faiz artıb, qeyri-neft sektorumuz 9,1 faiz artıb və bu artımın fonunda regionlarda əsasən insanların məşğul olduğu kənd təsərrüfatı sahəsində məhsul istehsalı 3,4 faiz artıb ki, bu da həm görülən tədbirlər, həm tətbiq olunan innovativ tədbirlər, həm də əhalinin və insanların bütövlükdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması ilə bağlı həyata keçirdiyi fəaliyyət nəticəsində bu inkişafa nail olunub”.

Tahir Mirkişili vurğulayıb ki, işğaldan azad olunmuş həmin ərazilərin bərpa olunması ilə bağlı da xeyli işlər görülür:

“Büdcə vəsaitlərinin bir hissəsi həm də bu istiqamətə ayrılır. Həmin ərazilərdə infrastrukturun yenidən qurulması, əhalinin köçürülməsi, təhlükəsizliyinin təmin olunması, iki istiqamətdə Azərbaycan dövlət büdcəsindən xeyli vəsait xərclənir”.

Millət vəkili qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icra olunması əlaqədar qoyulan hədəflərə nail olunması üçün 2019-cu ildən etibarən bu günə qədər xeyli səy də sərf olunur:

“Bütövlükdə əldə olunan nəticələr xeyli müsbətdir. Həm sənayenin inkişafında, regionlarda sənaye parklarının qurulmasında, sənaye parklarında rezidentlərin sayının artırılmasında, həm kənd təsərrüfatının inkişafının sürətləndirilməsində, həm yeni iş yerlərinin açılmasında, həm regionlarımızda qaz, elektrik, su, yol infrastrukturunun yenidən qurulmasında görülən işlər bütövlükdə Azərbaycan regionlarının inkişafını təmin edəcək mühüm tədbirlərdir”.

Komitə sədri hesab edir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlər başçısının siyasəti bundan sonra da davam edəcək:

“Çünki regionların inkişafı bütövlükdə Azərbaycanın tarazlı iqtisadi inkişafına nail olmaq üçün əsas şərtlərdən biridir. Bu, həm də dövlətin iqtisadi siyasətinin də mühüm istiqamətlərindən biridir.

Bütövlükdə xarici investisiyaların cəlb olunması, özəl sektorun inkişaf etdirilməsi Azərbaycan iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, həm də qəbul olunmuş yeni qanunlar, xüsusən də mikro kiçik orta sahibkarlığın inkişafı haqqında qanuna, dövlət-özəl tərəfdaşlıq haqqında qanun bütövlükdə sahibkarların regionlarımızın inkişafına da gələcəkdə də öz mühüm töhfəsini verməyə imkan verəcəkdir”.

Gülçin Nağıyeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Regionlarn sosialiqtisadi inkiafnn dvlt tnzimlnmsi Azrbaycan Respublikas regionlarnn

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyrineft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3, 2 dəfə, o cümlədən qeyri-neft sektoru 2, 6 dəfə, sənaye 2, 7 dəfə, kənd təsərrüfatı 1, 5 dəfə, investisiyalar 6, 5 dəfə, əhalinin gəlirləri 6, 5 dəfə, orta aylıq əməkhaqqı 5, 5 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1, 2 milyondan çox yeni iş yeri, 55, 6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5, 3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır

Azərbaycan Respublikası Konstitusiyasının 109 -cu maddəsinin 3 -cü bəndini rəhbər tutaraq, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyrineft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə qərara alıram: 1. “Azərbaycan Respublikası regionlarının 2014 -2018 -ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2. 1. aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün; 2. 2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etsin;

2. 3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə investisiyaların cəlb edilməsi məqsədi ilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparsın; 2. 4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 fevral 2014 -cü il

Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələrdən ibarətdir: • Ölkə əhəmiyyətli tədbirlər, • Ölkənin iqtisadi rayonları üzrə tədbirlər: • Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları); • Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri); • Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri); • Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları); • Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri); • Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları); • Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları); • Kəlbəcər-Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları); • Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları); • Yuxarı Qarabağ iqtisadi rayonu 1 (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).

Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir. Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin icrası hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən təmin ediləcəkdir.

Ümumilikdə, ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, Ümumi Daxili Məhsul (ÜDM) 3, 2 dəfə, adambaşına ÜDM-in həcmi 2, 8 dəfə, qeyri-neft sektoru 2, 6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12, 9 % təşkil etmişdir.

Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu son 10 ildə 1, 5 dəfə, taxıl istehsalı 43, 9 faiz, kartof istehsalı 29, 1 faiz, tərəvəz 17, 8 faiz, bostan məhsulları 20, 5 faiz, meyvə və giləmeyvə 49, 1 faiz, üzüm istehsalı isə 2, 4 dəfə artmışdır. Ağcabədi və Beyləqan rayonlarında iri özəl taxılçılıq təsərrüfatları yaradılmış və hər hektardan rekord həddə – 55 sentner taxıl tədarük olunmuşdur. İri özəl taxılçılıq təsərrüfatlarının ölkənin digər rayonlarında da yaradılması 6 istiqamətində işlər aparılır və hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında 5 iri özəl fermer təsərrüfatlarının yaradılması işləri yekunlaşmaq üzrədir

Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcəkdir. Sənayeləşmə siyasəti çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: • ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixracyönümlü sənaye məhsulları istehsalı sahələrinin yaradılmasının təşviqi; • qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s. ) inkişaf etdirilməsi; • istehsal sahibkarlığının dəstəklənməsi üzrə dünya təcrübəsində müvəffəqiyyətlə tətbiq edilən təşkilati modellərin, o cümlədən sənaye parkları və biznes-inkubatorların yaradılması işlərinin davam etdirilməsi; • özəlləşdirməyə açılmış sənaye müəssisələrində daha da şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi; • mövcud sənaye müəssisələrində istehsalın texnoloji cəhətdən yenidən qurulması və ixtisaslı kadrlarla təminat mexanizminiın hazırlanması.

Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 10 il ərzində 8, 3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir. Nəqliyyatın hərəkətinin tənzimlənməsi və idarə olunması məqsədilə Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılmışdır.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirmə mənbələri “Azərbaycan Respublikası regionlarının 2014 -2018 -ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur: • Azərbaycan Respublikasının dövlət büdcəsi; • büdcədənkənar dövlət fondları; • mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların vəsaitləri; • Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaitləri; • yerli və xarici sahibkarların vəsaitləri; • beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri; • qanunvericiliklə qadağan olunmayan digər mən

Nəticə Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 14 aprel 2009 -cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009 -2013 -cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etdi. Yeni proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ökədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004 -2008 -ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006 -2007 -ci illər üzrə sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın uğurlu icrası sayəsində isə artıq ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdu. “Azərbaycan Respublikası regionlarının 2009 -2013 -cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” isə həm də icrası başa çatmış əvvəlki iki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edir.

Ədəbiyyat azerbaijans. com president. az

«Regionların iqtisadi və sosial inkişafının tənzimlənməsi» fənni üzrə metodik göSTƏRİŞ

ÖN SÖZ
Ölkəmiz davamlı iqtisadi inkişafa ümummilli liderimiz Heydər Əliyev tərəfindən düzgün əsaslandırılaraq müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin ugurlu davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasına nail olmuşdur.Müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişafının modeli də strategiyanın təməli üzərində qurulmuş, son onillik ərzində ölkəmiz iqtisadi inkişafın nəticələrinə nail olmuşdur.

Bazar iqtisadiyyatına keçidin indiki mərhələsində iqtisadiyyatın dövlət tənzimlənməsi məsələlərini tədqiq edən alimlərin çox hissəsi qeyd edirlər ki, dövlətin regional və sahə siyasəti olmadan bu dövrdə yeniləşməyə nail olmaq mümkün deyildir. Keçmiş sosialist ölkələrindən olan iqtisadçıların əksəriyyətinin fikrincə bu mərhələdə dövlətin rolu daha da çoxdur, daha genişdir.

Dövlət bölməsinə dair müasir nəzəriyyələrinə görə inkişaf etmiş bazar mühitində dövlət iqtisadiyyatın institutsional-hüquqi strukturunu təmin etməlidir. Bu məqsədə nail olmaq üçün dövlət bir sıra funksiyaları yerinə yetirməlidir ki, bunların arasında regional siyasət mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir ki, regional proporsiyaları, iri şəhərlərin inkişafını təmin etmək, azsaylı xalqların həyat səviyyəsini yüksəltmək, ekstremal şəraitdə yaşayan əhali qruplarının şəraitini yaxşılaşdırmaq üçün regional siyasət zəruridir. Bu baxımdan regionların sosial-iqtisadi inkişafının tənzimlənməsinin nəzəri-metodoloji məsələlərinin, habelə regional siyasət problemlərinin öyrənilməsi «İqtisadiyyatın dövlət tənzimlənməsi» ixtisasını alan tələbələr üçün vacibdir.

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı»nın (2004-2008-ci və 2009-2013-cü illər) həyata keçirilməsi ilə əlaqədar regional problemləri öyrənmək daha zəruridir.

«Regionların iqtisadi və sosial inkişafının tənzimlənməsi» kursunun öyrənilməsi əyani və qiyabi təhsil alan tələbələr üçün nəzərdə tutulur.
Təkilf olunan metodik göstərişin üstün cəhəti nəzəriyyə ilə praktikanın əlaqələndirilməsidir.Belə bir vəsaitin çap olunmasını fənnin mənimsənilməsində çox əhəmiyyətli hesab edilir.

MÖVZU 1. REGİONAL İQTİSADİYYATIN NƏZƏRİ ƏSASLARI
Mövzunun proqram sualları

İqtisadi rayon anlayışı, rayon və region anlayışları, cəmiyyətdə rayonlaşmanın zəruriliyi, iqtisadi rayonların əlamətləri, funksiyaları. Rayon əmələgəlmənin amilləri, onların qarşılıqlı əlaqələri. İqtisadi rayonlaşmanın prinsipləri, növləri.

Rayonlaşmanın xarici təcrübəsi, xarici ölkə regionalistlərinin nəzəriyyələri. Planlaşdırma və tənzimləmə nöqteyi nəzərdən rayonlaşmanın növləri. Müxtəlif inkişaf səviyyələrinə malik ölkələrdə rayonlaşmanın xüsusiyyətləri.

Azərbaycanda rayonlaşmanın təkamülü; sovet hakimiyyəti qurulana qədər, SSRİ-nin tərkibində olduğu dövrdə, müstəqillik dövründə. Həmin dövrlərdə rayonlaşma nəzəriyyəsinin təkamülü. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı»nın tələblərinə müvafiq rayonlaşmanın inkişaf istiqamətləri.

  • İqtisadi rayon anlayışı, rayon və region anlayışları ;
  • Cəmiyyətdə rayonlaşmanın zəruruliyi;
  • İqtisadi rayonların əlamətləri, funksiyaları;
  • İqtisadi rayonlaşmanın prinsipləri, növləri, amilləri, onların qarşılıqlı əlaqələri ;
  • Rayonlaşmanın xarici təcrübəsi, xarici ölkə regionalistlərinin nəzəriyyələri;
  • Azərbaycanda rayonlaşmanın təkamülü; sovet hakimiyyəti qurulana qədər, SSRİ-nin tərkibində olduğu dövrdə, müstəqillik dövründə;
  • «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı»nın tələblərinə müvafiq rayonlaşmanın inkişaf istiqamətləri;
  • Müxtəlif inkişaf səviyyələrinə ölkələrdə rayonlaşmanın xüsusiyyətləri;
  1. Regionların sosial-iqtisadi inkişafın məqsədlərini sadalayın.
  2. Sosial-iqtisadi inkişafın meyarları hansılardır.
  3. Sosial-iqtisadi inkişafın idarə edilməsində hansı metodlardan istifadə olunur.
  4. Regional xüsusiyyətlər sosial-iqtisadi inkişafa necə təsir edir.
  5. Rayonlaşmada hansı amillər nəzərə alınır.
  6. Rayonlaşmanın zəruriliyi hansı amillərlə əlaqədardır.
  7. Rayonlaşmanın xarici təcrübəsini öyrənməkdə məqsəd nədir.
  8. Hansı ölkənin regionlaşma təcrübəsi respublikamıza yaxındır.
  9. Azərbaycanda elmi cəhətdən əsaslandırılmış rayonlaşma nə vaxt aparılmışdır.
  10. Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişaf dövlət proqramının işlənib hazırlanmasının zəruriyyəti nə olmuşdur.

Terminlər, anlayişlar

İqtisadi rayon, region, rayonlaşma sosial və inzibati struktur,ictimai şüur,qlobal, ümummulli,zehni potensial,regionnologiya,işgüzar aktivlik,iqtisadi metodlar, kartoqrafik metod,taksonlaşdirma ,regional iqtisadiyyat,iqtisadi riyazi metod,ƏİK- ərazi istehsal kompleksi,alt sistem,ərazi proporsiyaları.

  1. Bunlardan hansı region deyil.
  1. Bunlardan hansı iqtisadi rayon deyil?

Comments are closed, but trackbacks and pingbacks are open.