Press "Enter" to skip to content

Qlobal şəbəkələr/Kommutasiya üsulları

Şəkil 5.4. ÜKS-li şəbəkənin işləmə rejimlərinin nümunələri

RƏQƏMLI KOMMUTASIYADA SIQNALLAŞMA

Kommutasiya olunan telekommunikasiya şəbəkəsi avtomatik telefon stan-
siyalarından və müxtəlif sistem qovşaqlarından ibarətdir.
Birləşmənin yaradılması və ayrılması etaplarında qarşılıqlı təsir və infor-
masiya verilişi üçün lazım olan siqnalların cəmi telefon siqnallaşma sistemi adla-
nır [1,5,10,11, 19,56,65,90].
Düz və əks istiqamətlərdə abunəçi və birləşdirici xətlər üzrə ötürülən siq-
nallar 3 qrupa bölünür:
– xətti siqnallar;
– idarəetmə siqnalları;
– informasiya (akustik) siqnalları.
Xətti siqnallar birləşmənin yaranma momentindən xətlərin azad olmasına
qədər xətlər üzrə hər iki istiqamətlərdə ötürülür.
Xətti siqnallar birləşmənin yaranma fazasını təyin edir. Bu siqnallar birləş-
mənin aşağıdakı əsas etaplarını qeyd edir:
– məşğulluq;
– otboy;
– ayrılma və s.
Idarəetmə siqnallarına ikitərəfli – həm düzünə, həm də əks istiqamətlərdə
birləşmə yaradılması prosesində stansiyanın idarəedici qurğuları ilə abunəçi apa-
ratları arasında, həmçinin qovşaqların və stansiyaların IQ-ları arasında ötürülən
siqnallar daxil edilir.
Əsas idarəetmə siqnalları dedikdə ünvan informasiyası adlanan nömrə yı-
ğımı siqnalları başa düşülür.
Bu siqnallardan başqa müasir rəqəmli ATS sistemlərində çağırışın (abunə-
çinin) kateqoriyası haqqında siqnallar, şəhərlərarası və beynəlxalq rabitə zamanı
nömrənin təyini avadanlığının (NTA) sorğu siqnalı, yaradılan birləşmənin növü
və idarəedici informasiyanın veriliş üsulu haqqında siqnallar və s. ötürülür.
Informasiya (akustik) siqnalları əsasən əks istiqamətdə ötürülür, yəni ATS-
dən telefon abunəçisinə və yaradılan birləşmə haqqında abunəçilərə informasiya
verməyə xidmət edir:
– “stansiyanın cavabı”
– “çağırış göndəriş”
– “çağırış göndərişə nəzarət”.
Proqramla idarə olunan ATS-lərə yerli birləşmə ilə məşğul olan çağırılan
abunəçini zonadaxili, şəhərlərarası və beynəlxalq çağırışın və s. daxil olması
haqda xəbərdar edən akustik siqnallar ötürülür. Bu siqnal növlərinin hər birinin
tərkibi aşağıdakılardan asılıdır:
– şəbəkənin stansiya və qovşaqlarının kommutasiya avadanlıqlarının tipin-
dən;
– telefon şəbəkəsində istifadə olunan veriliş sistemlərinin tipindən;
– şəbəkənin və onun ayrı-ayrı hissələrinin strukturlarından (yerli, zona, şə-
hərlərarası);
– idarəedici qurğuların (IQ) qurulma üsullarından (fərdi, ümumi, proqram
və s.);

51
– bu siqnalların veriliş üsullarından və s.
Xətti siqnallar aşağıdakı üsullarla verilir:
1. Ikiməftilli fiziki dövrələr ilə (abunəçi xətti üzrə) – Şleyf üsulu.
2. Kanalları tezliyə görə bölünən (KTB) veriliş sistemlərində 3825 hs tez-
liklə ayrılmış siqnal kanalı ilə tezlik üsulu.
3. Rəqəmli veriliş sistemində (RVS) ayrılmış siqnal kanalı (IKM-in 16 ka-
nalı) ilə yayılma (qoyma) üsulu (siqnal N6).
4.Ümumi siqnalizasiya kanalı (ÜSK) üzrə (siqnal N7) ikili kodla.
Siqnallaşma sistemləri aşağıdakılar üçün fərqləndirilir:
– yerli şəbəkələr üçün (ŞTŞ və KTŞ);
– zonadaxili (regional) şəbəkələr üçün;
– şəhərlərarası şəbəkələr üçün;
– beynəlxalq şəbəkələr üçün.
Şəkil 5.1-də yerli şəbəkədə verilən siqnalların tərkibi təsvir olunmuşdur.

1.Станс. чаьрышы
3. Нюмря йыьымы
7. Ялаг. сахлама
9. Аб. 1 отб. вермя
2.Станс. жавабы
6. ЧЭ-ня нязарят
12. Аб. 2 отб. вермя
13. Аб. 2 мяшьулдур
4. Аб. 2 чаьырыш
10. Аб. 1 отбой
5. Аб. 2 жаваб
8. Ялаг. сахлама
11. Аб. 2 отбой
АТС
.
.
.
.
.
.
.
ГрА ХА
Аб.1

Şəkil 5.1. Şəbəkədə siqnalizasiya mübadiləsi sxemi.

5.2. Mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş
siqnallaşma sistemləri

Elektromexaniki sistemli ATS-lərin BX ilə stansiyalar arasında rabitə ya-
ratmaq üçün siqnallaşma sistemlərindən istifadə olunur [1-5,10,80,98].
Bu siqnallaşma sistemlərində xətti siqnallar və idarəetmə siqnalları, danı-
şıq siqnalları ötürülən xətt və kanallar ilə ötürülür, yəni mərkəzləşdirilməmiş sis-
temlərdə siqnal informasiyası fərdi danışıq kanalları, yaxud da ayrılmış siqnal
kanalları üzrə ötürülür.
Mərkəzləşdirilmiş siqnallaşma sistemlərində birləşmənin yaranma prose-
sində adətən iki funksiya yerinə yetirilir:
– xətti siqnallaşma;
– idarəedici (registlərarası) siqnallaşma.
Ümumi idarə olunan ATS-də isə mərkəzləşdirilmiş siq-nallaşma sistemlə-
rindən istifadə edilir.
Bu halda siqnalların verilişi üçün xüsusi ümumi siqnallaşma kanalı (ÜSK)
təşkil edilir. ÜSK üzrə bir, yaxud bir neçə qrup kanalları ilə birləşmənin yaradıl-

52
ması üçün lazım olan bütün siqnallar ötürülür. Burada siqnallar ikili kodla ötürü-
lür. Hər siqnala onun hansı danışıq kanalına aid olduğunu göstərən ünvan verilir.
Siqnalın kodu, ünvanı və ehtiyac olduqda lazım olan əlavə informasiya
siqnal vahidini (SV) təşkil edir.
Beləliklə, ÜSK üzrə bütün informasiya SV-nin tərkibində, yəni siqnal va-
hidi ilə (SV) verilir.
ÜSK üzrə mərkəzləşdirilmiş siqnallaşma mərkəzləşdirilməmiş siqnallaşma
sistemləri ilə müqayisədə aşağıdakı xüsusiyyətlərə malikdir:
– birləşmənin kiçik zamanda yaranmasını təmin edən siqnalların yüksək
veriliş sürəti;
– kodların böyük sayda ehtiyatı olduqda praktik olaraq siqnalların məhdud
tərkibi;
– sadələşdirilmiş xətt komplektləri;
– tonal tezlikli (TT) kanalların ikitərəfli istifadəsinin mümkünlüyü;
– TT kanallarının çox sadə quruluşu;
– ötürülən siqnalların danışıq siqnallarına və əksinə təsirin olmaması;
– ÜSK ilə bütün şəbəkə hüdudlarında əlavə xidmətlərin realizasiyası.
Bir neçə mərkəzləşdirilməmiş (R1 və R2) və mərkəzləşdirilmiş (N6 və N7)
siqnallaşma sistemləri araşdırılmışdır və BTI tərəfindən onların telekommunika-
siya şəbəkələrində istifadəsi təklif olunmuşdur.
Milli şəbəkələrdə R2 mərkəzləşdirilməmiş siqnallaşma sistemləri əsasən
elektromexaniki sistemlərinin ATS-ləri ilə rabitə üçün istifadə olunur.
Eyni zamanda bu sistemlər ÜSK-nın təşkili iqtisadi cəhətdən səmərəli ol-
madıqda və dəstədə BX-lərin sayı az olduqda eyni tipli stansiyalarla rabitə üçün
istifadə olunur.
Mərkəzləşdirilmiş siqnallaşma sistemləri proqramla idarə olunan eyni tipli
stansiyalarla rabitəni təmin edir.
Çağırışa xidmət zamanı qarşılıqlı təsir siqnalının nümunəsi şəkil 5.1-də
göstərilmişdir.
Rəqəmli ATS-də analoq BX-lər mərkəzləşdirilməmiş siqnallaşma ilə danı-
şıq siqnallarının analoq-rəqəm çevrilməsini təmin edən qurğulara qoşulur.
Elə bu qurğularda xətti siqnalların çevrilməsi, həmçinin bu siqnalların və
dekad kodla verilən idarəetmə siqnallarının IKM traktının siqnal kanallarına da-
xil edilməsi baş verir.
Rəqəmli ATS-in digər stansiyalarla IKM xətləri ilə rabitəsi zamanı dekad
kodla verilən idarəetmə siqnalları və xətti siqnallar IKM traktının siqnal kanalı
ilə ötürülür [3, 36, 61].
R1 və R2 siqnalları haqda geniş məlumat [10]verilir.

5.3. Ümumi kanallı siqnallaşma sistemləri

Proqramlı idarəetmə və rəqəmli-elektron idarəedici qurğuların müasir
kommutasiya sistemlərində tətbiqi, stansiyalar arasında idarəetmə siqnallarının
daha effektiv verilişi üsullarının istifadəsinə imkan verir [1,10-13,
56,67,87,90,105].
Müasir kommutasiya sistemlərində bütün siqnalları bütövlüklə danışıq ka-
nallarından ayırmaq mümkündür və nəticədə bir neçə yüz danışıq kanalına xid-
mət edə bilən verilənlərin ötürülməsinin xüsusi ayrılmış kanalı ilə vermək olar.

53
Bu kanallara ümumi kanallı siqnallaşma (ÜKS) deyilir və aşağıdakı kimi istifa-
də edilir:
– fiziki xətlərlə;
– standart Tonal Tezlikli telefon kanalı (300-3400 hs);
– tezlik veriliş sisteminin kanalları;
– zaman sisteminin rəqəm kanalları.
ÜKS ilə istənilən tərkibli siqnalları vermək olar, lazım gəldikdə isə bu tər-
kibi asanca genişləndirmək olar.
Siqnallar böyük sürətlə əsasən rəqəm kanalları və yaxud fiziki xətlər ilə
verilə bilər.
Rəqəmli kommutasiya sistemlərində (RKS) ÜKS sisteminin qurğusu ava-
danlığı (ÜKSSQ) birbaşa kommutasiya sahəsinə (KS) qoşulur.
Bu KS daim onu ÜKS ilə xidmət olunan kanal dəstələrini təşkil edən IKM
sistemlərinin siqnal, yaxud 16-cı kanalına birləşdirir.
ÜKS rəqəmli ATS-lərinə təşkili şəkil 5.2-də göstərilib.

СХТ
ИКМ бирляшдирижи хятляр
Р/А
Аналог бирляшдирижи хятляр

16 КСГ
ДКСГ
ЙКССГ

Şəkil 5.2. Siqnalizasiya kanallarının rəqəmli
ATS-lərə qoşulması

Şəkildən göründüyü kimi, kommutasiya sahələrinə birləşən IKM (BX) və
analoq BX son xətt traktının (SXT) və rəqəm/analoq (R/A) çeviricilərinin kö-
məyi ilə mərkəzi idarəedici qurğularla (MIQ) üç əsas qurğuların köməyi ilə apa-
rılır:
– ÜKS sistemin qurğuları (IKM traktları);
– Danışıq kanalı üzrə siqnallaşma qurğuları (DKSQ) – tonal tezliyi ilə;
– 16 IKM kanalı ilə siqnal qurğuları (16 KSQ).
Rəqəmli ATS-lərdə IKM sistemlərinin 16-cı kanalları kommutasiya sahə-
sinin KS vasitəsi ilə daim 16 KSQ qurğusuna kommutasiya olunur.
16 KSQ qurğusuna daxil olan siqnalların emalı və analizi həyata keçirilir
və bu qurğulardan siqnallar qarşı ATS-lərə ötürülür.
Adətən 16 KSQ qurğusuna 2048 kbit/s tezlikli qrup traktı qoşulur ki, onda
31 IKM sisteminin 31 onaltıncı kanalı və bir sinxronizasiya kanalı olacaq.

54
Deməli, bir 16 KSQ 930 tonal tezlikli kanala xidmət edir. Impuls kod mo-
dulyasiyalı (IKM) birləşdirici xətlər (BX) kommutasiya sahəsinə (KS) son xətt
traktın (SXT) vasitəsilə daxil olur.
Rəqəmli ATS sistemlərində ÜKS üzrə siqnalların verilişi üçün xüsusi
ÜKSSQ avadanlığı nəzərdə tutulmuşdur (şəkil 5.3). Bu avadanlıq aşağıdakılar-
dan ibarətdir:
– bufer yaddaş qurğusu (BYQ);
– səhvdən mühafizə qurğusu (SMQ);
– idarəedici qurğular (IQ);
– yerli ATSE-lər üçün modemlər (M);
– ümumi kanal qurğusu (ÜKQ).
ÜKS aparaturası MIQ-ə elektron idarəedici maşınların (EIM) periferiya
hüquqlarına (ixtiyar, qanun, haqq) əsasən multipleks kanalı vasitəsilə (şəkildə
ştrixlə göstərilmişdir) qoşula bilər.
Yarımstansiyalarla rəqəmli ATS-lərin arasında rabitə ümumi idarəetmə ka-
nalları (ÜIK) ilə yaradılır və ümumi kanal qurğusunun (ÜKQ) köməyi ilə müba-
dilə aparır. ÜKS üzrə siqnalizasiya sisteminin təşkili keyfiyyətcə yeni məsələ –
ÜKS şəbəkəsinin qurulmasını ortaya qoyur.

КС
ИГ
ЦКГ
ЦКГ хятти
КС
БХК
ПИГ
ЦКГ
МИГ
БЙГ
Ш
СМГ
М
И Г
БХ
АТС
ЦКС каналы
ЦКС
БХК
КС
ПИГ
МИГ
М
СМГ
БЙГ
И Г
ЦКС
АТС
БХ
Йарым
стансийа

ÜKS şəbəkəsi kommutasiya qovşaqlarını (stansiyaları) öz aralarında bir-
ləşdirən ÜKS-lərin cəmidir (şəkil 5.4).

Bu cür şəbəkələrin iki iş rejimi mövcuddur:
– əlaqəli rejim;
– əlaqəsiz rejim.
Əlaqəli rejimdə (şəkil 5.4a) ÜKS şəbəkəsinin strukturu onun xidmət etdiyi
rabitə şəbəkəsinin strukturu ilə tam üst-üstə düşür. Burada siqnallaşmanın etibar-
lığını artırmaq məqsədilə hər ÜSK ehtiyatlaşdırılır.
Əlaqəsiz rejimdə isə (şəkil 5.4b) ÜKS kanalları, xidmət olunan, yaxud da-
nışıq kanal dəstələri ilə üst-üstə düşməyə bilər.

55
А
Б
а)
А
Б
б))
В
А
Б
в)
В
Г
Д
– Коммутасийа стансийасы;
– Сигнал верилиш мянтягяси;
– Данышыг каналы;
– ЦКС каналы;

Şəkil 5.4. ÜKS-li şəbəkənin işləmə rejimlərinin nümunələri

Birinci halda iki məntəqə arasında məlumatların veriliş marşrutu həmişə
qeyd olunaraq qalır.
Ikinci halda məlumatların veriliş marşrutu qabaqcadan müəyyən olunmur
(şək. 5.4v).
Əlaqəsiz iş rejimində bir kommutasiya sahəsində bir neçə ardıcıl birləşmiş
ÜKS iştirak edir.
Beləliklə, proqramla idarə olunan stansiyalarda abunəçiləri çox geniş əlavə
xidmət növləri ilə təmin etmək mümkündür ki, bunu elektromexaniki sistemlər-
də etmək qeyri-mümkündür.
Nəzərə alsaq ki, burada siqnallar mərkəzi prosessorlarda yaranır və başqa
rəqəmli ATS-lərin mərkəzi prosessoruna yollanır, bu siqnallar birbaşa prosessor-
lar arasında yaranmış ayrıca veriliş kanalı ilə ötürülə bilər. Bu siqnallaşmaca
ümumi kanal siqnallaşması (ÜKS) deyilir.

5.4. BTI-nin 6 N-li siqnallaşma sistemi

6 N-li siqnallaşma sistemi Beynəlxalq Telekommunikasiya Ittifaqı (BTI)
tərəfindən 1972-ci ildə təklif olunmuşdur [1,3, 10-12, 81,87]. Bu sistemdə üç cür
vahid siqnaldan istifadə olunur (şəkil 5.5):
– əsas siqnal vahidi (ƏSV);
– sinxronlaşdırıcı siqnal vahidi (SSV);
– təsdiq siqnal vahidi (TSV).
Əsas vahid siqnal çoxsiqnallı, yaxud bir siqnallı ola bilər. Hər siqnal vahidi
(SV) 28 bitdən ibarətdir.
Başlıq 5 bit təşkil edir və siqnalın xarakterini təyin edir. Ümumiyyətlə, 32
müxtəlif başlıq mümkündür.
Kod üçün 4 bit (16 kod) ayrılır və onun ardınca ünvan gəlir:

Код
Каналларын
цнваны

сайы
5 4 11 8
Битляр

Синхронлашдырылмыш
ардыжыллыг (сыра)
Ващид
сигналын
нюмряси
Мцдафия
ССВ

Qlobal şəbəkələr/Kommutasiya üsulları

İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:

  1. kanalların kommutasiyası;
  2. məlumatların kommutasiyası;
  3. paketlərin kommutasiyası.

Kanalların kommutasiyası

Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir . Kanalların kommutasiyası zamanı ardıcıl birləşmə və verilənlərin ötürülməsi prosesi şəkil 2b-dəki zaman diaqramında göstərilib.

Burada ai abonenti ilə aj abonenti arasında əlaqənin yaradılması tələb olunur. A qovşağı aj abonentinin ünvanına uyğun olaraq ai abonentini B qovşağı ilə birləşdirir. Sonra birləşmənin qoşulması əməliyyatı B, C və D qovşaqları ilə təkrarlanır. Nəticədə ai və aj abonentləri arasında birbaşa əlaqə kanalı yaranmış olur. Kommutasiyanın sonunda D qovşağı (və ya aj abonenti) əks əlaqə siqnalı göndərir, bu siqnal qəbul edildikdən sonra ai abonenti verilənləri aj abonentinə ötürməyə başlayır. Verilənlərin ötürülmə vaxtı ötürülən məlumatların uzunluğundan və kanalın ötürmə sürətindən asılıdır. Şəkildəki U1 qiyməti məlumatın aj abonentinə çatdırılma müddətini təyin edir.

Məlumatların kommutasiyası

Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir. Məlumatın başlığında məlumatı qəbul edəcək aj abonentinin ünvanı göstərilir. A qovşağı məlumatı göndərən ai abonenti tərəfindən generasiya olunan məlumatı qəbul edirək öz yaddaşında saxlayır. Sonra məlumatın başlığını araşdırır və onu B qovşağına aparan ötürülmə marşrutunu təyin edərək ora göndərir. B qovşağı məlumatı yaddaşında yerləşdirir və onu analoji prosedura ilə C qovşağına, C qovşağı isə D qovşağına göndərir. Məlumatın qəbul edilməsi, araşdırılması və ötürülməsi prosesi ai abonentindən aj abonentinə qədər marşrutda olan bütün qovşaqlarda ardıcıl təkrar olunur. U2 –nin qiyməti məlumatların kommutasiyası zamanı verilənlərin çatdırılma müddətini təyin edir.

Paketlərin kommutasiyası

Paketlərin kommutasiyası məlumatları müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementləri –paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir. Şəkil 2-də göstərilən diaqramların müqayisəsindən görünür ki, hər hansı bir məlumatın çatdırılma vaxtı paket kommutasiyası üsulunda ən kiçik olur. Hesablama şəbəkələrində paket kommutasiyası verilənlərin ötürülməsinin əsas üsuludur. Bu, paket kommutasiyası zamanı verilənlərin VÖŞ vasitəsilə ötürülməsi zamanı gecikmələrin az olmasına və aşağıdakı səbəblərə əsaslanır.

Birincisi, kanal kommutasiyası üsulu tələb edir ki, kanalı yaradan bütün əlaqə xətləri eyni öturmə qabiliyyətinə malik olsun, bu da VÖŞ-ün strukturuna olan tələbı sərtləşdirir. Məlumatların və paketlərin kommutasiyası isə verilənlərin istənilən ötürmə qabiliyyətli əlaqə xətləri ilə ötürülməsinə imkan verir.

İkincisi, verilənlərin paket şəklində ötürülməsi verilənlər axınının multipleksləşdirilməsi üçün ən yaxşı şərait yaradır, yəni kanalın iş vaxtının bir neçə verilənlər axınının eyni vaxtda ötürülməsi üçün öz aralarında bölünməsini təşkil edir.

Üçüncüsü, paketlərin kiçik ölçülü olması verilənlərin aralıq qovşaqlarda yadda saxlanılması üçün kiçik ölçülü yaddaş ayırmağa imkan verir. Bundan əlavə paketlərdən istifadə edilməsi verilənlər axınının idarə edilməsi məsələsini də asanlaşdırır.

Dördüncüsü, əlaqə xətləri ilə verilənlərin ötürülmə etibarlığı böyük deyil. Tipik əlaqə xətti hər bitə 10-4 – 10-6 xəta ehtimalı ilə verilənlərin ötürülməsini təmin edir. Ötürülən məlumatların uzunluğu nə qədər böyük olsa onun əngəllərlə korlanma ehtimalı artır.

Bütün bunlar hesablama şəbəkələrində informasiya ötürülməsi üsulu kimi paket kommutasiyasından istifadə edilməsini vacib edir.

80-cı illərdə praktiki olaraq paketlərin kommutasiyası ilə işləyən yalnız X.25- qlobal şəbəkə texnologiyasından istifadə olunurdu. Bu gün seçim xeyli artıb, X.25 şəbəkələri ilə yanaşı Frame Relay, ATM texnologiyalarından da istifadə olunur. Bununla yanaşı qlobal komputer şəbkələrində TCP/ İP texnologiyasından da geniş istifadə olunur ki, buna İnternet şəbəkəsini misal göstərmək olar. Bu şəbəkələr haqqında qısa məlumat verək.

Mobil rabitə texnologiyaları

Mobil telefonlar nisbətən yaxın zamanlarda meydana çıxsa da, artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mobil rabitə (mobile communication) dedikdə biri və ya bir neçəsinin yeri dəyişilə bilən abonentlər arasındakı radio rabitəsi nəzərdə tutulur. Mobil rabitənin növlərindən biri hücrəsəl rabitədir (cellular Communications). İndi insanların əksəriyyəti bu və ya digər dərəcədə hücrəsəl rabitə operatorlarının xidmətlərindən yararlanır. Bu rabitə növü çox böyük sürətlə bir neçə istiqamətdə inkişaf edir. Bir tərəfdən mobil rabitə operatorlarının təqdim etdiyi xidmətlərin çeşidi artır. Digər tərəfdən mobil telefon aparatlarının özlərinin funksional imkanları genişlənir. Üçüncü istiqamət — telefonların ölçülərinin kiçilməsi isə artıq müəyyən həddə çatıb və daha həlledici amil hesab edilmir.Mövcud hücrəsəl rabitə standartlarının rəngarəngliyinə (GSM, CDMA . ) və onların həyata keçirilmə xüsusiyyətlərinin çoxluğuna baxmayaraq, belə sistemlərin qurulması və işləmə alqoritmləri bir çox cəhətdən bənzərdir.Məlumdur ki, hər hansı ərazini nəzəri olaraq eyni formalı zonalara bölmək üçün (zonaların kəasişməməsi və heç bir boş sahənin qalmaması şərti ilə) üç düzgün həndəsi fiqurdan istifadə etmək olar: üçbucaq, kvadrat və altıbucaqlı. Bu örtüklərin içərisində ən səmərəli olanı altıbucaqlıdır. Səbəb isə çox sadədir: dairəvi əhatə sahəsi olan baza stansiyalarını (antenləri) məhz altıbucaqlıların mərkəzində yerləşdirməklə ərazini, demək olar ki, ideal örtmək mümkündür.
Eyni zamanda çoxlu sayda abonentə xidmət göstərilməsi tələb olunduğu yerlərdə daha kiçikölçülü zonalar yaradılır. Bu halda ilkin altıbucaqlı kiçikölçülü yeddi altıbucaqlıya (pikohücrələrə) bölünür. Bu zaman şəbəkənin qalan strukturu pozulmur. Əlbəttə, düzgün həndəsi formalı iş zonalarına nail olunması praktikada heç də həmişə mümkün olmur. Radiodalğaların yayılma məsafəsi ərazinin relyefindən — təpələrdən, yarğanlardan, dağlardan, böyük binalardan və başqa maneələrdən asılıdır. Onlar iş zonalarının formasını təhrif edir və baza stansiyalarını ciddi həndəsi nizamla yerləşdirməyə imkan vermir.
Hücrəsəl sistemin əsas elementləri bunlardır: abonent avadanlığı (mobil radio-telefonlar), xidmət ərazisində yerləşdirilmiş baza stansiyaları şəbəkəsi və kommutasiya mərkəzi.
Hər bir baza stansiyası çoxkanallı qəbuledici-ötürücü qurğudur və hər qurğu öz hücrəsinin hüdudlarındakı abonentlərə xidmət göstərir. Bütün baza stansiyaları xüsusi rabitə xətləri (naqilli və ya radio-rele) vasitəsilə kommutasiya mərkəzi ilə birləşdirilir.
Kommutasiya mərkəzi şəbəkənin idarəolunmasını təmin edir və, əslində xüsusi avtomat telefon stansiyasıdır. Orada hücrəsəl şəbəkənin bütün abonentləri haqqında məlumat saxlanılır, abonentlərin erişim hüquqları yoxlanılır və onlar tanınır (kimliyi müəyyənləşdirilir), informasiya emal edilir və saxlanılır.
Onun başqa funksiyaları da vardır: mobil telefonların siqnallarının izlənməsi, telefon bir hücrədən başqasına hərəkət etdikdə estafetin başqa stansiyaya ötürülməsi, küylər və ya nasazlıqlar yarandıqda hücrələrdə kanalların kommutasiyası və ən başlıcası — hücrəsəl şəbəkə abonentinin yığdığı nömrəyə uyğun olaraq başqa abonent ilə bağlantı qurulması, yaxud şəhər, şəhərlərarası və ya beynəlxalq telefon şəbəkəsinə çıxılması.
Hücrəsəl şəbəkənin elementlərinin iş prinsipini sadə şəkildə belə təsvir etmək olar. Hər bir baza stansiyasında idarəedici adlandırılan xüsusi kanal var və bütün hücrəsəl telefonlar çağırış gözləyərək bu kanaldaki siqnallara «qulaq asır». Abonent zəng etmək istədikdə nömrəni yığdıqdan dərhal sonra radiotelefon avtomatik olaraq sərbəst kanal axtarmağa başlayır. Onu aşkarladıqda öz parametrlərini və yığılmış nömrəni baza stansiyası vasitəsilə hücrəsəl şəbəkə kommutatoruna ötürür. Abonentin parametrlərini yoxladıqdan sonra kommutasiya mərkəzi bağlantını həyata keçirir. Əks istiqamətdə — hücrəsəl şəbəkə abonenti çağırıldıqda kommutator belə bir abonentin olmasını öz verilənlər bazasında yoxlayır və radiotelefonu hər bir hücrədə axtarmağa başlayır. Abonentin radiotelefonu bu çağırışı idarəedici kanal vasitəsilə qəbul edərək onu təsdiqləyir və beləliklə də özünün hücrəsəl şəbəkədə yerini təyin edir. Bundan sonra kommutator verilmiş hücrədə boş danışıq kanalı tapır və bağlantını ona keçirir.
Kommutator bağlantını təşkil etməklə yanaşı, radiotelefonların siqnallarını rabitə prosesində də daim izləyir. Əgər avadanlıqlarda nasazlıq yaranarsa və ya küylər əmələ gələrsə, kommutator başqa bir boş kanal tapır və danışığı ona keçirir. Bağlantı prosesində abonentin öz yerini dəyişməsi siqnalların səviyyəsinin çox aşağı düşməsinə səbəb ola bilər. Onda kommutator bağlantını abonentə daha yaxın olan başqa bir baza stansiyasına keçirir. Bu keçirmə o qədər sürətlə baş verir ki, abonent bunu hiss etmir.
Mobil telefonların əlavə funksiyaları (kalkulyator, təqvim), demək olar ki, həmişə olmuşdur. Ancaq zaman keçdikcə buraxılan yeni intellektul modellər daha geniş imkanlara malik olmuşdur.
Ona görə də belə telefonların artan funksional imkanlarını və hesablama gücünü xüsusi vurğulamaq üçün «smartfon» (ingiliscə: smartphone — ağıllı telefon) termini daxil edilmişdir.
Smartfonlar adi mobil telefonlardan onlarda yetərincə inkişaf etmiş əməliyyat sisteminin olması ilə fərqlənir. Smartfonlann əməliyyat sistemləri adi mobil telefonların əməliyyat sistemlərindən fərqli olaraq, kənar gəlişdiricilərə (developer) açıqdır, yəni kənar gəlişdiricilər də smartfonlar üçün proqram təminatı hazırlaya bilər. Əlavə tətbiqi proqramların quraşdırılması smartfonların funksionallığını adi telefonlarla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdıra. Ancaq yeni model mobil telefonlarda da artıq sadələşdirilmiş brauzer və elektron poçtla işləmək üçün vasitələr vardır.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 11 — Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK

  • Teqlər:
  • mobil rabitə
  • , rabitə texnologiyaları

Comments are closed, but trackbacks and pingbacks are open.