Olimpiadaların qızıl qaydaları – beynəlxalq uğurun şərtləri
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də oflayn qaydada əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.
Sabahdan respublika fənn olimpiadalarına qeydiyyat başlanır
Sabah respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Şagirdlər portal.edu.az platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.
Qeydiyyat noyabrın 24-dək davam edəcək.
Noyabrın 25-28-də olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi baş tutacaq. Noyabrın 29-dan dekabrın 7-dək isə buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesi həyata keçiriləcək.
Olimpiadada iştirak etmək istəyən şagirdlərin qeydiyyatlarının tamamlandığına dair onların “Şəxsi kabinet”lərindəki əlaqə nömrələrinə SMS bildiriş göndəriləcək, eyni zamanda, qeydiyyat pəncərəsində “Qeydiyyatınız tamamlandı” yazısı görünəcək.
2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də oflayn qaydada əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.
Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.
Fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və onların cavabları ilə linkdə tanış olmaq mümkündür.
Olimpiadaların “qızıl qaydaları” – beynəlxalq uğurun şərtləri
Olimpiadalar respublika və beynəlxalq olmaqla iki yerə bölünür. Hər birinin xüsusi şərtləri və qaydaları olan olimpiadaların məqsədi şagirdlərin intellektual bacarıqlarını ortaya qoymaq, onlarda tədqiqatçılıq bacarığını və məntiqi inkişaf etdirməkdir.
Respublika fənn olimpiadaları
Respublika fənn olimpiadaları ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilir. Rayon turu, Respublika mərhələsinin yarımfinal və final turu olmaqla 3 mərhələdən ibarətdir. Riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə keçirilir. Burada yalnız yuxarı sinif şagirdləri iştirak etsə də, xüsusi istedada malik aşağı sinif şagirdlərinin də iştirak etmələrinə icazə verilir.
Beynəlxalq olimpiadalar
Beynəlxalq olimpiadalar bir qədər qarışıq sturuktura malik olub, hansı ölkədə yaranması və hansı fənn üzrə keçirilməsinə görə müxtəlif növlərə bölünür. Çoxlarına mürəkkəb görünən bu sturuktur isə əslində çox sadədir.
AzTehsil.com AzEdu.az-a istinadən Beynəlxalq Olimpiadada iştirak etmək istəyən şagirdlər üçün onların növləri, keçirilmə qaydaları barədə məlumatları təqdim edir.
Beynəlxalq arenada keçirilən riyaziyyat olimpiadaları
Riyaziyyat üzrə keçirilən beynəlxalq olimpiadalar IMO – Beynəlxalq Riyaziyyat Olimpiadası, BMO-Balkan Riyaziyyat Olimpiadası, IZHO- Rautıkov Riyaziyyat Olimpiadası, EGMO-Avropa Qızlar Riyaziyyat Olimpiadası, JBMO-Yeniyetmələrin Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası olmaqla bölünür. Yəni, ölkəni beynəlxalq arenada riyaziyyat üzrə təmsil etmək istəyənlər bu olimpiadalarda iştirak etməlidirlər.
Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO – İnternational mathematics olympiad) məktəblilər arasında keçirilən ən qədim bilik yarışıdır. İlk dəfə 1959-cu ildə Ruminiyada 4 ölkənin iştirakı ilə keçirilən olimpiadada son illər 100-dən çox ölkə iştirak edib. Bu olimpiada hər il fərqli ölkədə olmaqla iyulda keçirilir.
Beynəlxalq Riyaziyyat olimpiadasında hər ölkə 1 rəhbər, 1 müavin və maksimum 6 şagirdlə iştirak edir. Qaydalara görə, yaşı 20-dən çox olmayan istənilən məktəblilər bu bilik yarışında iştirak edə bilər.
Olimpiada zamanı şagirdlərə iki fərqli gün hərəsində 3 sual olmaqla 6 tapşırıq təqdim edilir. Sualların həlli üçün şagirdlərə 4 saat 30 dəqiqə zaman verilir. 6 suala bu qədər vaxt verilməsini nəzərə alsaq, sualların nə dərəcədə çətin olması və məntiqi təfəkkürə əsaslanması aydın olar. Olimpiadanın rəsmi dili ingiliscə olsa da, rəhbərlərin tərcümə etdiyi tapşırıqlar iştirakçılara ana dilində təqdim olunur.
Olimpiadada iştirak edən şagirdlərin ən çoxu yarısı mükafatlandırılır. Qaliblər I,II,III dərəcəli diplom və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar.
1992-ci ildən etibarən bu elm yarışında iştirak edən azərbaycanlı şagirdlər 8 gümüş, 33 bürünc olmaqla cəmi 41 medal əldə ediblər.
Balkan Riyaziyyat Olimpiadası (BMO – Balkan mathematics olympiad) şagirdlər arasında regional olimpiadadır. Əsasən Balkan ölkələri arasında keçirilən bu olimpiada ilk dəfə 1984-cü ildə Yunanıstanın paytaxtı Afinada baş tutub. Balkan ölkələri ilə yanaşı Avropa, Asiya, Afrikadan olan şagirdlərin də qonaq qismində iştirakına icazə verilir. Hər il növbəli olaraq balkan ölkələrinin birində baş tutan yarışda 30-a yaxın ölkədən 150-dən çox şagird iştirak edir.
Beynəlxalq Riyaziyyat olimpidasından fərqli olaraq Balkan Riyaziyyat olimpiadasında imtahan 1 gün olur. 4 saat 30 dəqiqə ərzində cavablandırmaq üçün şagirdlərə 4 tapşırıq təqdim edilir.
Olimpiadada iştirak edən şagirdlərin 3/4 hissəsi mükafatlandırılır. Qaliblər I,II,III dərəcəli diplom və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar. Olimpiadanın 1 sualını tam həll edən şagirdlərə isə “Həvəsləndirici Sertifikat” təqdim edilir.
Balkan riyaziyyat olimpiadasında da ölkələr eyni tərkiblə iştirak edirlər.
Azərbaycan məktəbliləri 2008-ci ildən etibarən bu yarışda iştirak edirlər. 1 qızıl, 7 gümüş, 22 bürünc medal olmaqla cəmi 30 medal əldə edilib.
Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO – Junior Balkan mathematics olympiad) aşağı sinif şagirdləri arasında keçirilən regional yarışdır. Keçirildiyi tarixədək yaşı 15 olmayan hər şagird burada iştirak edə bilər.
Keçirilmə qaydaları Balkan riyaziyyat olimpiadası ilə eynidir.
Əsasən Balkan ölkələri arasında keçirilən bu olimpiada ilk dəfə 1984-cü ildə Yunanıstanın paytaxtı Afina baş tutub. Balkan Riyaziyyat olimpiadasında olduğu kimi imtahan bir gün olur. Amma 4 saat 30 dəqiqə ərzində şagirdlərə cavablandırmaları üçün 4 tapşırıq təqdim edilir. Qalibin müəyyən olunma qaydaları və heyətin tərkibi Balkan olimpiadaları ilə eyniyyət təşkil edir.
Azərbaycanlılar 2011-ci ildən etibarən bu olimpiadada iştirak edirlər. Nəticə isə 1 qızıl, 9 gümüş, 13 bürünc olmaqla cəmi 23 medaldan ibarət olub.
2012-ci ildən keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadası məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. İlk dəfə 2012-ci ildə İngiltərədə reallaşan bu olimpida ciddi marağa səbəb olub. 2017-ci il İsveçrədə keçirilən olimpiadada artıq 43 –dən çox ölkə iştirak edirdi.
Həmvətənlərimiz bu olimpiadada 2016-cı il idən iştirak etsələr də, 2017-ci ildə iki “Həvəsləndirici Serifikat”-a layiq görülüblər.
Respublika fənn olimpiadası qaydalar
İki gün öncə Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə müvafiq fənlər və siniflər üzrə keçid faizi aşağıdakı kimi müəyyənləşdirilib.
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və kimya fənləri üzrə 50%, fizika və tarix fənləri üzrə 30%, Biologiya fənni üzrə 9-cu sinif 30%, 10-cu sinif 40%, 11-ci sinif 50%, Coğrafiya fənni üzrə 9-cu sinif 40%, 10-cu və 11-ci siniflər 50%, İnformatika fənni üzrə 9-cu və 10-cu siniflər 50%, 11-ci sinif 30 % müəyyən edilib.
Rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli Təşkilat komitələrinə göndərilib.
Bu mərhələni adlayan şagirdləri isə növbəti turun təşkili qaydalaraı maraqlandırır.
AzEdu.az məlumat verir ki, republika mərhələsinin yarımfinal turu martın 2-ci bazar günü müəyyən edilmiş mərkəzlərdə keçirilir. Bu mərkəzlər müxtəlif bölgələrdəki ümumi təhsil müəssisələri arasından seçilir.
Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilir. Rayon mərhələlərində hər fəndən sualların ən azı 60%-nə düzgün cavab vermək şərtilə, hər sinif üzrə ilk 3 yeri tutmuş şagird yarımfinalda iştirak hüququ qazanır.
Gəncə və Sumqayıtdan hər sinif üzrə ilk 5, Bakıdan isə hər sinif üzrə ilk 20 yeri tutan şagird yarımfinalda iştirak hüququ qazanır.
Bu mərhələnin yarımfinal turunda suallar münsiflər heyəti tərəfindən siniflər üzrə, məktəb proqramına uyğun tərtib edilir. Əvvəlki turla müqayisədə nisbətən çətinləşdirilmiş 10 qapalı test formatında hazırlanır. Şagirdlərə fəndən asılı olaraq 30-40 sual təqdim olunur və cavablandırmaq üçün 3 saat vaxt verilir.
Comments are closed, but trackbacks and pingbacks are open.