Press "Enter" to skip to content

UNEC-də Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunan konfrans keçirilib

Mövcud fabriklərdə 4 formada boyama prosesi baş verir:

Tekstil sənayesinin Türk Şurası ölkələrinin inteqrasiyasındakı rolu

Bu gün də vacib tekstil məhsulu hesab edilən xalça tarixən türk toplumlarının həyatının hər sahəsində böyük bir əhəmiyyətə sahib olub. XX əsrin ortalarında Altay dağlarında yerləşən Pazırıq kurqanlarında aparılan arxeoloji tədqiqat nəticəsində tapılmış eramızdan əvvəl 5 və 6-cı əsrə aid olan xalça nümunələri bunu sübut edir. Tarixi İpək Yolunun üzərində yerləşən bu ölkələrin ticarətində xalçaçılıq, ipəkçilik, pambıq və digər bu kimi sahələrə aid məhsullar xüsusi çəkiyə malik olub. İndiki dövrdə ticari əlaqələr yenə də Tarixi İpək yolunun çərçivəsində artıq müasir tələblərə uyğun iş bölgüsü və keyfiyyətli xammala ehtiyacın təmin olunmasında öz təzahürünü tapa bilər. Dünyada ən rəqabətli sahələrdən biri hesab olunan tekstil sənayesi hal-hazırda Türk Şurası ölkələrinin iqtisadiyyatında önəmli yer tutur. Belə ki, bu sənayenin inkişafı üçün gərəkli olan əsas resurslara (keyfiyyətli xammal və işçi qüvvəsi, ucuz enerji resursları, hədəflənən ixrac bazarlarına yaxınlıq, logistika infrastrukturu) malik olan bu ölkələr sektorun gələcəyi baxımından böyük potensial vəd edir. Tekstil sənayesinin əsas xammalı olan pambığın istehsalı və ixracı baxımından da çoxillik mədəniyyətə sahib olan Türkiyə (988 min tonla dünya altıncısı), Özbəkistan (640 min tonla dünya yeddincisi) və Türkmənistan (300 min tonla dünya onuncusu) dünyada ixracata görə ilk onluqda qərarlaşır.

Ölkələr üzrə tekstil sənayesinin vəziyyətinə ümumi baxış:

Tarixi pambıqçılıq regionu olmuş və Sovet İttifaqı zamanı ən böyük pambıq istehsalçısı olan Özbəkistan son illərdə pambıq ixracatını azaldaraq, bunu ölkə içində öz tekstil sənayesi üçün xammal olaraq istifadə etməkdədir. Dövlət yerli istehsalatı artırmaq niyyətilə yerli və xarici sahibkarlar üçün müxtəlif təşviq proqramlarıyla çıxış edir. Ölkədə türk sahibkarlar tərəfindən investisiya qoyularaq yaradılmış çoxsaylı tekstil müəssisəsiləri fəaliyyət göstərməkdədir. 2018-ci ildə təqribən 1,2 milyard dollarlıq tekstil məhsulu ixrac edən Özbəkistan bir sıra təşviqedici layihələrlə 2019-2025-ci illər arasında bu rəqəmi 7 milyard dollara çatdırmağı hədəfləyib.

Tekstil sənayesi Türkmənistanın qaz və neft ixracından sonra ən çox gəlir gətirən 2-ci sahəsidir. Müstəqillik illərindən bugünədək tekstil sektoruna 2 milyard dollar həcmində investisiya qoyularaq, ölkədə iş qüvvəsinin önəmli qismi istehsalata cəlb olunmuşdur. Türkmənistan sadəcə xammalla deyil, həmçinin xammal məhsulları üzərində əlavə dəyər yaradaraq ixrac potensialını artırmaqdadır. Ölkədə mühüm irsi dəyər hesab olunan xalça toxuma sahəsinə böyük önəm verilir və Türkmənistanın Xalı Nazirliyinin nəzdində fəaliyyət göstərən Türkmənxalı Dövlət Qurumu ölkənin bütün əyalətlərində xalça emalı üçün geniş şəbəkə yaratmışdır. Dərisi və yunu baxımından məşhur olan qaragül sortu qoyunçuluq da ölkədə inkişaf etmişdir. Məhz bu növdən hazırlanan müxtəlif geyimlər çox məşhurdur. Türkmənistanda tekstil sənayesinə ən çox qoyulan xarici sərmaye Türkiyə mənşəlidir. Ölkədə son texnologiyalara uyğun, 100% ekoloji cəhətdən təmiz məhsullar istehsal edən tekstil müəssisələri (sap fabrikləri, parça zavodları və s.) fəaliyyət göstərir. Belə ki, ölkənin tekstil sənayesinin məhsulları (pambıq da daxil) ABŞ, Kanada, Rusiya və İngiltərə başda olmaqla 100-dən çox ölkəyə ixrac edilir. 2018-ci ildə Azərbaycan və Türkmənistan arasında Lapis Lazuli marşrutunun açılması, eləcə də digər nəqliyyat infrastrukturları Türkmənistan məhsullarının daha qısa zamanda Türkiyə və Avropa bazarlarına çıxmasında önəmli rol oynamış və tekstil sənayesində yüksək rəqabət kriteriyalarından hesab olunan məhsulların daşınma vaxtını və yolunu qısaldaraq ölkəyə yeni imkanlar qazandırmışdır.

Son illərdə Azərbaycan tekstil sənayesinin inkişafına xüsusi diqqət ayırıb. Ölkədə zəngin tarixi ənənələrə malik ipəkçilik, pambıqçılıq və digər tekstil sənayesinin alt sektorları bərpa olunaraq inkişaf etdirilir. Bu məqsədlə ölkə xarici satış bazarlarına fokuslanaraq ixracat həcmlərini ilbəil artırmaqdadır. 2019-cu ildə 124 milyon dollarla pambıq mahlıcı ölkənin qeyri-neft malları ixracı üzrə 4-cü yerdə qərarlaşır. Azərbaycan da yuxarıda adları çəkilən digər ölkələr kimi həm pambıq həm də tekstil sənayesinin digər çoxçeşidli məhsulları ilə daxili bazarın tələbatını ödəyir, habelə son texnologiyalara cavab verməklə Avropa, Rusiya və digər regionlara ixrac edir.

Tekstil sənayesi yuxarıda adı keçən ölkələrə nisbətən Türkiyə Respublikasında daha güclü inkişaf etmişdir və ölkə iqtisadiyyatının lokomotiv sahələrindən biridir. Belə ki, bu sahə ölkə ixracatının 17%-ni təşkil edir və ölkə əhalisinin məşğulluğunda ilk sırada yer tutur. Əsas xammal – pambıq ehtiyacının yarısına qədəri yerli istehsal hesabına qarşılansa da, Türkiyə, illik 700 min tonla (2019-cu ildə) dünyada ən çox pambıq idxal edən 6-cı ölkədir. Türkiyə pambığı əsasən ABŞ (50%), Braziliya (12%) Yunanıstan (9%), Türkmənistan (5%) və Azərbaycandan (5%) idxal edir. Ölkə eyni zamanda parça istehsalında istifadə olunan avadanlıq və boyaq maddələrinin təminatında xaricdən (əsasən Avropa) asılıdır. 2007-ci il etibarilə Avropa Birliyi bazarına kvotasız ixracat həyata keçirməyə başlayan Çin qarşısında Türkiyə, keyfiyyəti aşağı salaraq qiymətdə rəqabət etmə yolunu deyil, markalaşma və məhsullar üzərində əlavə dəyər yaratma yolunu seçmişdir.

Regional inteqrasiyanın ölkələr üçün faydaları

Getdikcə qloballaşmadan regionlaşma müstəvisinə keçid edən ümumdünya ticarət sisteminin tələbi və diktəsi ilə, ölkələrin iqtisadi sektorları arasında regional inteqrasiya artıq məcburi xarakter daşıyır və bir çox sahələr, eləcə də tekstil sənayesi üçün olmazsa olmaz seçimə çevrilmişdir. Xüsusilə rəqabət gücünü artırmaq üçün regional inteqrasiya önəmli bir strategiyadır. Regional inteqrasiyanın əsas motivi ixrac məhsullarını şaxələndirmək, istehsalçılar üçün satış və mənfəətləri artırmaq, istehlakçı qruplarına uyğun qiymət siyasəti tətbiq etmək, ölkələrin Ümumi Daxil Məhsul göstəricilərini və əhalinin məşğulluğunu artırmaqdır. Tekstilin strateji xammalı olan pambıq bitkisi əlavə dəyər yaratma və məşğulluq baxımından böyük iqtisadi önəmə sahib bir məhsuldur. Pambıq, emal baxımından pambıqtəmizləmə sənayesinin, lifi ilə tekstil sənayesinin, toxumu ilə qida, yağ və yem sənayesinin və linteri ilə də kağız sənayesinin xammalıdır. Tekstil sənayesi də öz növbəsində kənd təsərrüfatı və heyvandarlıq, neft-kimya, tibb, inşaat və avtomobil sənayesi ilə qarşılıqlı əlaqədədir. Tekstildə baş verən hər hansı bir inkişaf bu sektorlara da qısa, orta və uzun vədədə fayda gətirəcəkdir. Sözügedən ölkələr arasında regional inteqrasiyanı reallaşdırmaq üçün vacib olan məqamlara diqqət yetirsək görərik ki:

UNEC-də Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunan konfrans keçirilib

UNEC-də Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunan konfrans keçirilib UNEC-lə istehsalat arasında elmi praktiki əməkdaşlığın möhkəmlənməsi üçün belə tədbirlərin ənənəvi olaraq hər il keçirilməsi təklif olunub

15 May , 2017 10:41

https://static.report.az/photo/f014c411-6c16-4495-aaff-51bbefdfa999.jpg

Bakı. 15 may. REPORT.AZ/ UNEC-də görkəmli dövlət və elm xadimi, əməkdar həkim, professor Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunan “Respublikada qida və tekstil sənayesinin inkişaf perspektivləri” mövzusunda I Respublika elmi-praktik konfransı keçirilib. UNEC-in Marketinq və Kommunikasıya Departamentindən “Report”a verilən məlumata görə, UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov Prezident İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını alimin ölkədə səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymət adlandırıb. Konfransın mövzusunun əhəmiyyətindən danışan S.Yaqubov Prezident İlham Əliyevin qida və tekstil sənayesinin inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Konfrans işini plenar iclas və bölmələrdə davam etdirib. Plenar iclasda Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, texnika elmləri doktoru Tariyel Pənahov, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, professor Pənah Muradov, Müdafiə Sənayesi Nazirliyi, Cihaz İstehsalat Birliyi “Peyk” zavodunun direktoru Səyavuş Əliyev, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru, professor Rəsul Balayev və Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov məruzələrlə çıxış ediblər. Bölmə iclaslarında UNEC, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Neft və Sənaye Universitetinin nümayəndələri, tekstil və qida sənayesi müəssisələrinin rəhbər işçiləri profillərinə uyğun mövzularla çıxış ediblər. Çıxışlar ətrafında müzakirələr keçirilib, təkliflər səsləndirilib. Qida təhlükəsizliyi və toxuculuq sənaye məhsullarının keyfiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin gələcəkdə istehsalatla əlaqəli aparılmasının təkmilləşdirilməsi tövsiyə olunub. UNEC-lə istehsalat arasında elmi praktiki əməkdaşlığın möhkəmlənməsi üçün belə tədbirlərin ənənəvi olaraq hər il keçirilməsi təklif olunub.

Müstəqillik dövründə Azərbaycanda tekstil sahəsinin inkişaf yolu

Tekstil sənətinin başlanğıc tarixini öyrənmək üçün bir çox araşdırmalar aparılıb. Bir çox arxeoloqlar düşünürdü ki, tekstilin tarixi yunun yaranma tarixi ilə bağlıdır. Bəzi arxeoloqların fikrinə görə, Neolit dövründə Orta Asiyada qoyun təsərrüfatı geniş inkişaf etmişdir. Bəzi mənbələrdə isə, eramızdan əvvəl 2000-ci illər Qədim Misir toxuculuğun mərkəzi hesab olunduğundan, tekstilin tarixinin məhz buradan başladığı güman edilirdi.
Toxunmuş parçalar e.ə 6500-cü ildə istifadə edildiyinə dair arxeoloji tapıntıların olması, toxuculuğun ən az e.ə 8000 il əvvəl məlum olduğu faktını sübut edir.

“Tekstil” sözü toxunmuş parça mənasını ifadə edir. Bununla yanaşı, tekstil termini bütövlükdə lif, fitil, təbii və ya əl istehsalı ipliklər və xammal kimi istifadə olunan bir çox məhsulu da əhatə edir. Tekstil sektoru lifdən başlayaraq iplik, parça, hazır geyimlərə qədər uzun bir istehsal prosesindən ibarətdir. Bu prosesə iplik, toxunmuş və toxunmamış parçalar, trikotaj, krujeva, toxuculuq, tikmə, parçalardan hazırlanmış mebel və əşyalar (oturacaqlar, xalçalar, pərdələr və s.), trikotaj məhsulları və digər geyimlər, ev tekstili məhsulları (xalçalar, dəsmallar, çay dəsmalları, yataq örtükləri) və s. aiddir.

Başqa bir təriflə tekstil, lif və ya fitil istehsalçılarının və istehsalında istifadə olunan xammal, proses, avadanlıq, quruluş, bacarıq, texnologiya, işçi heyəti və əlaqədar təşkilatların xarakteristikasıdır. Tekstil sənayesi, əvvəlcə müxtəlif lif növlərini ipliyə çevirmək, sonra müəyyən naxış və rənglərdə birləşdirərək parça və sonra son məhsul əldə etməkdən ibarət olan dünyanın ən qədim istehsal fəaliyyətidir.

Tekstil sənayesi yüngül sənayenin ən əsas sahələrindən biridir. Dünyanın ən qədim sənaye sahəsi olan tekstil sahəsində olan dəyişikliklər 18-ci əsrdə İngiltərədə baş vermiş sənaye inqilabına səbəb olmuşdur. Uzun illər boyu tekstil sənayesi Avropa və Asiyanın inkişaf etmiş ölkələrində, həmçinin, ABŞ-da iqtisadiyyatın aparıcı sektoru olub. Lakin 20-ci əsrdə onun ÜDM-də və iqtisadiyyatdakı rolu getdikcə azalmağa başlayıb və əsrin ikinci yarısında isə uzunmüddətli durğunluq dövrü yaşayıb. 21-ci əsrin əvvəllərindən isə bu sahədə yenidən canlanma yaranıb, amma buna baxmayaraq, əvvəlki rolunu bərpa etməsi mümkün olmayıb.

Azərbaycan tarixən coğrafi mövqeyinə və xammal ehtiyatlarına görə tekstil sahəsinin bir çox sahələrinin yaradılması, inkişafı üçün yüksək potensiala malik olub. Azərbaycanda tekstil sənayesi müstəqillik dövrünü yaşamağa başladığı zaman ciddi tənəzzül yaşayan sahələrdən birinə çevrilib. Halbuki XIX əsrin sonunda Zaqafqaziyada ən böyük pambıq parça fabriki və Azərbaycanda ilk tikiş fabriki Bakı şəhərində yaradılıb. 1913-cü ildə Azərbaycanda 300 ton xam ipək, 22 min ton pambıq mahlıcı, 4 min ton yun istehsal edilib ki, bu da ümumrusiya istehsalının müvafiq olaraq 79 faiz, 10 faiz və 2 faizinə bərabər olub.

Sovet dövründə də bu sahə xeyli inkişaf etdirilib. 1925-ci ildə Gəncədə mahud fabriki istifadəyə verilib. Tut bağlarının salınması və baramaçılığın inkişafı sayəsində Azərbaycanda ipək sənayesi formalaşıb və ipəkçiliyin mərkəzi iqlim şəraitinə görə Şəki şəhəri seçilib. 1931-ci ildə burada ipək kombinatı fəaliyyətə başlayıb.

Daha sonra “Sumqayıt Toxucu”, H.Z.Tağıyev adına Toxuculuq tikiş kombinatı, “Mingəçevir Toxucu”, “Gəncə Toxucu”, “Şəki-tikiş”, “Bakı Toxuculuq Qalantereya”, “Sumqayıt Xovlu İplik”, “Puta-Əyrici”, “Şəki Toxucu Xırdavat”, “Bakı Toxucu”, “Bakı Tekstil Fabriki”, “Bakı Tikiş Evi”, “Bakı Toxucu-Tikiş”, “Bakıxanov Trikotaj” kimi müəssisələr yaradıldı.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra tekstil sahəsi daha da inkişaf edib. 2015-ci ildən bu günə qədər Azərbaycanda tekstil sahəsinin inkişaf etdirən bir sıra addımlar atılmaqdadır. Belə ki, tekstil sənayesinin təbii xammal bazası olan pambıq istehsalının artırılması üçün genişmiqyaslı tədbirlər görülməsi nəticəsində bu sahənin inkişafı daha da sürətləndi. 2018-ci ildə sahələrdən 230 min tona yaxın pambıq yığılıb. Azərbaycanda əsasən yüksək keyfiyyəti ilə seçilən pambıq növləri becərilsə də, bu sahədə məhsuldarlıq kifayət qədər aşağıdır. Ötən il hər hektardan orta məhsuldarlıq 17 sentner təşkil edib ki, bu da dünya üzrə orta göstəricidən iki dəfə aşağıdır. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi məhsuldarlığın elmi əsaslarla yüksəldilməsi sahəsində çoxsaylı tədbirlər planlaşdırır.

Azərbaycan tekstil bazarının böyük bir hissəsini korporativ geyimlər təşkil edir. Korporativ geyimlər hazır parçadan məhsulların tikişindən və hazır məhsulların üzərinə loqoların vurulmasından ibarətdir. Bu məhsullara tələbatı olan sahələr kimi xidmət sektoru (restoran, otel və s.), arxa ofis əməkdaşları istisna olmaqla bank, sığorta və s. digər sektorlar, hərbi sahə, elektronika mağazaları, tibb sahəsi və s. aid etmək olar. Azərbaycanda bu fəaliyyəti həyata keçirən çoxsaylı böyük və kiçik müəssisələr mövcuddur. Lakin bazarın daima böyüməsi və yenilənməsi səbəbilə, bu sahə potensialı yüksək sahədir.

Bakı və Sumqayıt tekstil sektoru üçün ən əlverişli zona hesab olunur. Xüsusilə də Sumqayıtda bu cür müəssisələrin tikilməsi üçün kifayət qədər sahə var. Bundan əlavə, ərazi qiymətləri daha ucuzdur. Bakı ərazisində kəndlərdə də geniş ərazilər mövcuddur. İşçilərin gediş-gəliş rahatlığı, eləcə də məhsulların daşınması üçün mərkəzə yaxın və ya rahat bölgələr seçilməlidir.

Tekstil sahəsinin Azərbaycandakı inkişafı sürətlənməsinə və dünyada tanınmasında bir çox şirkətlərin əhəmiyyətli təsir payı var. Belə müəssisələrdən biri də Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən “Gilan” tekstil parkıdır. Park dünya bazarında tanınan və Azərbaycanı tanıdan şirkətlərdən biridir və böyük sürətlə inkişaf etməkdədir. Müəssisə 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərir.

Ölkədə ev tekstili – yataq dəstləri, əl və bədən dəsmalları və s. kimi məhsulların istehsalında GİLTEX 65-70 faiz bazar payına malikdir. GİLTEX-in istehsal etdiyi parçalar BTE (Bakı Tikiş Evi) başda olmaqla bir çox firmalara hazır geyimlərin istehsal edilməsi üçün satılır. GİLTEX-in istehsal etdiyi iplik Türkiyəyə, boyalı və basqılı parçalar Rusiya və Ukraynaya ixrac edilir.

Dövrün tələbatına uyğun olaraq müəyyən tələbatlarda ortaya çıxmağa başladı. COVİD-19 pandemiyası ilə mübarizə məqsədilə müəssisənin nəznində tibbi maskaların istehsalı təşkil olunub.

İplik fabriki. İplik fabrikində 100 faiz pambıq və qarışıq tərkibli toxuma və hörgü təyinatlı karde və kompakt penye ipliyin ring ipəyirmə üsulu ilə istehsalı həyata keçirilir. Əsas xammal kimi Azərbaycan pambıq mahlıcı istifadə olunur. Fabrik ən yeni texnoloji standartlara cavab verən dünyaca məşhur istehsalçılar Rieter (İsveçrə), Muratec (Yaponiya), Electo-Jet (İspaniya), XORELLA (İsveçrə) və s. şirkətlərinin avadanlıqları ilə təchiz edilmişdir. Fabrik nəzdində fəaliyyət göstərən laboratoriyada USTER (İsveçrə) şirkətinin avadanlıqları və yoxlama metodları istifadə olunur. İplik fabrikinin aylıq istehsal gücü 330 ton iplikdir.

Toxuma fabriki. Burada Almaniya istehsalı olan Karl Mayer markalı arğac hazırlama və haşıl dəzgahları, Belçikanın Picanol parça toxuma maşınları, Almaniyanın Mayer&Cie hörgü maşınları, İtaliyanın İtema markalı dəsmal toxuma maşınları ilə təchiz olunmuş aylıq 1.400.000 poqon metr xam toxuma parça, 135 ton hörgü parça, 80 ton dəsmal istehsal etmə gücünə malik bir istehsalat qurulmuşdur. Bu dəzgahlar geniş çeşidli və yüksək keyfiyyətli toxuma özəlliyinə malikdir. İstehsal olunan məhsullar əsasən 100 faiz pambıq tərkiblidir. Xam toxuma parçalar 90 sm-dən 340 sm-ə qədər enində toxuna bilər və kreton, ranfors, satin, yollu satin, qabardin, ripstop və s. növləri əhatə edir. Fabrikdə interlok, lakost, süprəm, ikiiplik, ribana və kaşkorse hörgü parçalar, düz və jakkardlı xovlu dəsmallar istehsal edilir. Ümumi istehsal sahəsi 20.000 m2 yaxındır.oya fabriki. Boya fabriklərinin aylıq istehsal gücü 1.400.000 poqon metr toxuma parça, 135 ton hörgü parça, 80 ton dəsmal, 53,5 ton iplik, ümumi istehsal sahəsi 13.000 m2 təşkil edir. Fabriklər dünyada ən yaxşı kimi tanınan istehsalçıların avadanlıqları ilə təchiz olunub.

Mövcud fabriklərdə 4 formada boyama prosesi baş verir:

1. Reaktiv boya və basqı
2. Piqment basqı
3. Dispers boya
4. İndantren boya

Fabriklər nəznində rəng çalışmaları, digər sənaye testlərini həyata keçirən iki laboratoriya fəaliyyət göstərir. Boya fabriklərinin və bütün “Gilan” tekstil parkının əsas özəliyindən biri müəssisənin dizayn studiyasıdır. Şirkətin dizaynerləri dünya tekstil trendlərini təqib edir, bəzən isə onları qabaqlayaraq müəssisə və onun müştərilərinə əlavə üstünlük qazandırır.

Tikiş fabriki. Tikiş fabrikində əsasən işçi geyimləri (uniformalar) və hərbçilər üçün xüsusi geyimlər tikilir. Fabrikin ev tekstili sahəsində yataq dəstləri və dəsmallar istehsal olunur. Aylıq istehsal gücü 91.000 ədəd şərti köynək, 70 ton dəsmal, 22.000 dəst yataq dəsti, 18.000 ədəd yorğan, 30.000 yastıq tikməyə imkan verir. Tikiş fabriki Almaniyanın Bullmer avtomatik kəsim avadanlığı, Yaponiya istehsalı Juki tikiş maşınları, Almaniyanın Veit press və ütüləmə avadanlığı, ABŞ-ın Barudan və Yaponiyanın Tajima tikiş naxışı və Türkiyənin Sulfet basqı naxışı dəzgahları ilə təchiz edilib. Fabrikdə dəsmalların avtomatik tikişini həyata keçirən Kanadanın Automatex avadanlığı, yataq dəstlərini avtomatik tikən Almaniyanın Texpa avadanlığı, yorğan və yastıq istehsalını təmin edən İspaniyanın Masias dəzgahları istifadə olunur.

Tibbi maska fabriki. COVİD-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə “Gilan” tekstil parkı nəzdində tibbi maskaların istehsalı təşkil olunub. Digər fabriklərdən fərqli olaraq, bu fabrikin xammalı müəssisə nəzdindəki başqa fabrikin istehsal etdiyi məhsul deyil, tamamən xaricdən alınır və toxunmamış parçadır. Günlük istehsal gücü 300.000 ədəd tibbi maska təşkil edir. Maskalar üçqatdır və orta qatı filtr funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir.

Rəqabət qabiliyyətli istehsal müəsisələrinin yaradılması və inkişaf etdirilməsi ölkə iqtisadiyyatının neft sənayesindən asılılığını aradan qaldırır. Bu tip müəsisələrin yaradılması insanların işlə təmin olunmasına müsbət və əhəmiyyətli təsir göstərir. Müəssisələrin düzgün və müasir səviyyədə inkişaf etdirilməsi rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Bu da dunya bazarına çıxışı təmin edir.

Pərvin NAMAZOVA,
İqtisad Universiteti Magistratura Mərkəzi fakültəsinin 2-ci kurs tələbəsi

Comments are closed, but trackbacks and pingbacks are open.