Press "Enter" to skip to content

Resulzade azerbaycan cümhuriyyəti

Resulzade, 4 Haziran 1918’de Azerbaycan ve Osmanlı devleti arasında imzalanan dostluk ve iş birliği anlaşmasına Azerbaycan adına imza attı.

Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Siyasi fəaliyyəti

“Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar.[1] Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.

Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəli
Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir.

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil “İrane Nou” 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”.[2] İranda həmin il mürtəce “Etidaliyyun” (“Mötədillər”) pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunmuşdur.

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə “Gənc türklər” təşkilatına rəğbət bəsləmiş, “Türk ocağı” cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olmuşdur.

Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi Azərbaycan qəzeti

Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi Odlu Yurd dərgisi
Türkiyədə Rəsulzadə hələ İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik Müsavat partiyasına” daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir.[3] Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir.

M.Ə.Rəsulzadənin Bakıya qayıdışı

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir.

Məhəmməd Əmin Rəsulzadə yoldaşları ilə
1917-ci ildə fevral burjua inqilabı baş verdi. Həmin ilin martında açıq fəaliyyətə başlamış “Müsavat” partiyasının orqanı “Açıq söz” qəzeti yazırdı:
“Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik”.[4]
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda “Azərbaycan qayəsi” məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin “Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini qəbul etdi.
Bu dövrdə M.Ə.Rəsulzadə özünün “Cəmaət idarəsi” və “Bizə hansı hökümət faydalıdır?” kitablarını çap etdirmiş, onun Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə “Şəkli idarə haqqında iki baxış” adı altında çap olunmuşdur.
May ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Qardaş köməyi” jurnalı çap olundu, ancaq jurnalın bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında “Müsəlman demokratik Müsavat partiyası” ilə “Türk Ədəm Mərkəziyyət partiyası” birləşib, “Türk Ədəm Mərkəziyyət partiyası “Müsavat” adı altında çıxış etməyə başladı.[5] Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.
1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.

Azərbaycan Demokratik Respublikası

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:
“Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor”.[6]
M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində “Dirilik” jurnalı səhifələrində qaldırdığı və sonralar 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan “Azərbaycan qayəsindən” söhbət açır. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı ki, edilən bütün ədalətsizliklər sona bitsin. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir:
“Biz o zaman, bizim üçün ən yaxşı məsələni – Azərbaycan muxariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq “Müsavat” partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır.”

Məhəmməd Əmin Rəsulzadə yoldaşları ilə
Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir[7].
Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır:
“M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik. “Müsavat” və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi”.[8] 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, “1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanında” qeyd edilib ki, M.Ə.Rəsulzadə BDU-nun Tarixi-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixindən” dərs demişdir.
O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, “Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar”.[9]
Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış “İstiqlal” jurnalında M.Ə.Rəsulzadənin “Azərbaycan respublikası” adlı əsəri işıq üzü görmüşdür.

Ədəbi fəaliyyəti

M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur.[12]. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)” kitabını Azərbaycan dilinə təcümə edib və “Təkamül” qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.
1908-ci il dekabrın 5-də Məhəmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” şüarı fikrini yaymağa başlamışdır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır.
M.Ə.Rəsulzadə Türkiyədə olarkən “Yeni lisançılar və türkçülər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil – ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o proletar ədibi M.Qorkinin “Ana” əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan “Dirilik”-in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin “Dirilik nədir?” adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi “Milli dirilik” başlığı altındakı baş məqalələrdə “Azərbaycan qayəsini” yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş “”Müsavat” partiyası keçmişdə və bu gün” adlı kitabında yazır ki, guya “1917-ci ilə qədər Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü”. By fikir özü-özülüyündə yanlış idi. Çünki Rəsulzadə 1911-ci ildə İstanbulda “Türk yurdu” jurnalında çap etdirdiyi “İran türkləri” məqaləsində Azərbaycan anlayışının həmçinin Qafqaz hissəsinə də aid olmasını qeyd etmişdir.
Onun “MAR”, “MAR-zadə”, “M.R-zadə” “Haman”, “Sosialist” və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.

M.Ə.Rəsulzadənin mühacirət dövrü
1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.
1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” kitabı çap edilir. “Əsrimizin səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir. 1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda “Yeni Qafqasya” jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.
M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurd” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş “İslam-türk ensiklopediyasının” 1-ci cildində “Azərbaycan ləhcəsi” adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə “Azərbaycanın kültür kələnkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və “Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti
MENU0:00
Məhəmməd Əmin Rəsulzadənin “Amerikanın Səsi” radiosu vaitəsiylə Azərbaycan xalqına müraciətinin lent yazısı
Bu faylın oxunmasında problem var? Bax media kömək.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan respublikası” məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında “Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid” məqalə də onun qələmindən çıxmışdır. İkinci Dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. Təkcə buradan M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığına bələd olmaq olar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz” (1932-1938) və fransızca buraxılan “Prometey” (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və s. qeyd etmək olar. Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.

Vəfatından sonra
Vəfatı ilə bağlı Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və bununla da öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə “Sühən” jurnalında yazırdı:
“Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir”.[13]

Məhəmməd Əmin Rəsulzadənin cənazəsi Əsri məzarlığına aparılarkən
1978-ci ildə Ankarada M.Ə.Rəsulzadənin “Milli təsanüd” (“Milli həmrəylik”) adlı kitabı nəşr olunmuşdur. 1985-ci ildə Oksfordda M.Ə.Rəsulzadənin “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə “Əsrimizin Səyavuşu” və 1990-cı ildə isə “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür. 1993-cü ildə Türkiyə Respublikasında tikilmiş məktəbə (Mehmet Emin Resülzade Anadolu Lisesi) adı verilmişdir.
Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalamışdır.[14]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalamışdır.[15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli sərəncam imzalamışdır.[16]

Xronoloji fəaliyyəti
1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb.
1903-cü ildə ilk məqaləsi “Şərqi-Rus” qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqilabçılar Komitəsini qurub.
1906-cı ildə “Təkamül” proqramını yazıb.
1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunub.
1908-ci ildə İranda çalışıb (1908 – 1911), Səttarxan hərəkatında yaxından iştirak edib.
1910-cu ildə İran Demokrat Partiyasını yaradıb.
1911-ci ildə Rusiya səfirliyinin tələbi ilə İrandan qovulub.
1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə “Türk yurdu” dərgisində maraqlı məqalələrlə çıxış edib.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
1917-ci ildə Müsavat Partiyasının sədri olub.
1918-ci il, may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib. ADR-i (Azərbaycan Demokratik Respublikasını – Müsəlman Şərinqdə ilk demokratik dövlət) qurub.
1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.
1920-ci il 27 aprel işğalından sonra həbs edilib, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib.
1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.
1923-cü ildə İstanbula qayıdıb.
1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib.
1938-ci ildə Polşada (1938-1940);
1940-cı ildə Rumıniyada olub (1940-1943)
1947-ci ildə Ankaraya dönüb.
1952-ci ildə Ankarada “Azərbaycan” dərgisini yaradıb.
1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib.

Əsərləri
1910 — “E’tidaliyyun” Partisinin Tenkiti, Tehran. (fars.)
1911 — Seadeti-Beşer, Ardebil. (fars.)
1912 — Acı bir həyat, Bakı.
1917 — Şekli-İdare Hakkında İki Bakış (Ahmetbey Salikov’la birlikte), Moskva.
1917 — Bizə hansı hökümət yararlıdır. Bakı.
1923 — Azərbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve İndiki Veziyyeti, İstanbul.
1925 — Esrimizin Siyavuşu, İstanbul.
1925 — İstiqlal Mefkuresi ve Gençlik.
1928 — Kafkasya Türkleri, İstanbul.
1927 — Azərbaycan Misak-ı Millisi.
1928 — Milliyetçilik ve Bolşevizm.
1930 — Kafkaz Problemi İle Elakedar Olarak Panturanizm, Paris. (rus.)
1933 — Azerbaycan Cumhuriyeti Hakkında, Berlin. (alm.)
1938 — Azerbaycan Problemi, Berlin. (alm.)
1939 — Azerbaycan’ın Hürriyyet Savaşı, Varşava. (pol.)
1949 — Azerbaycan’ın Kültür Gelenekleri, Ankara.
1950 — Çağdaş Azerbaycan Edebiyatı, Ankara.
1951 — Çağdaş Azerbaycan Tarihi, Ankara.
1951 — Azərbaycan şairi Nizami (Nizaminin 800 illik yubileyi (1141-1941) münasibətiylə), Ankara.
1991 — Azərbaycan Cümhuriyyəti Tarixi. Bakı.
1993 — İran Türkleri, İstanbul.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın 1993-2006-cı illərdə dövriyyədə olmuş 1000 Manatlıq əskinazı üzərində

Resulzade azerbaycan cümhuriyyəti

Məhəmməd Əmin Rəsulzadənin sağlığında 27 kitabı (onlardan 6-sı Azərbaycanda, 11-i Türkiyədə, 4-ü Fransada, 2-si Almanyada, 2-si Polşasa, 2-si isə İranda) çap olunub. 6 tərcüməsi (fars və rus dillərindən) 9 şeiri nəşr edilib. Bundan əlavə o 2 pyes yazıb. Nəşr olunan 1149 yazısından 1-i tərcümə 9-u şeir, qalanları müxtəlif mövzulu əsərlər, məqalələr, araşdırmalar və yazılarıdır.

Azərbaycanda çap olunmuş kitabları

  1. “Qaranlıqda işıqlar” Pyes. Bakı, 1908
  2. “Nagəhan bəla” Pyes. Bakı, 1908
  3. “Acı bir həyat”. Bakı, 1912
  4. “Şəkli-idarə Haqqında iki baxış”. Bakı 1917 (“Açıq Söz” Mətbəsi)
  5. “Cəmaət İdarəsi”. Bakı 1917
  6. “Bizə hansı idarə faydalıdır?” Bakı 1917
  7. “Azərbaycan təşəkkülündə Müsavat”. Bakı, 1920
  8. “Azərbaycan Cümhuriyyəti”. Bakı, 1990 (nəşrə hazırlayan Asif Rüstəmli)
  9. “Stalinlə ixtilal xatirələri”. Bakı, 1991 (nəşrə hazırlayan Nasib Nəsibzadə)
  10. “Əsrimizin Səyavuşu, Azərbaycan Cümhuriyyəti, Çağdaş Azərbaycan tarixi, Çağdaş Azərbaycan Ədəbiyyatı”, Bakı 1991
  11. “Azərbaycan şairi Nizami”. Bakı, 1991
  12. “Bolşeviklərin şərq siyasəti”. Bakı, 1994
  13. “Azərbaycan Davası”. Bakı, 1996 (nəşrə hazırlayan Nəsiman Yaqublu)
  14. “Azərbaycan şairi Nizami”. Bakı, 2008
  15. “Milli Birlik”. Bakı, 2009
  16. “Azərbaycan milli hərəkatı”. Bakı, “Elm” 2009
  17. “Bir türk millətçisinin Stalnlə İxtilal xatirələri”. Bakı, 2011
  18. “Azərbaycan şairi Nizami”. Bakı, 2011 (Bilim dinləyicisi. Ph.Dr. Yadigar Türkel)
  19. “Qafqaz Türkləri”. Bakı, 2012
  20. “Panturanizm. Qafqazın sorunu”. Bakı, 2012
  21. “İran Türkləri”. Bakı, 2013
  22. Seçilmiş əsərləri, l cild, Bakı 1992 (1903 – 1909)
  23. Seçilmiş əsərləri, ll cild, Bakı 2001 (1909 – 1914)
  24. Seçilmiş əsərləri, lll cild, Bakı 2012 (1915 – 1916)
  25. Seçilmiş əsərləri, lV cild, Bakı 2013 (1917 – aprel 1918)
  26. Seçilmiş əsərləri, V cild, Bakı 2014 (1918)

Seçilmiş əsərlərini nəşrə prof. Şirməmməd Hüseynov hazırlamışdır.

Türkiyədə çap olunmuş kitabları

  1. “Azərbaycan Cümhuriyyəti (keyfiyyəti – təşəkkülü və şimdiki vəziyyəti)”. İstanbul, 1923
  2. “Əsrimizin siyavuşu”. İstanbul, 1923
  3. “İstiqlal məfkurəsi və gənclik”. İstanbul, 1925
  4. “Rusiyada siyası vəziyyət”. İstanbul, 1925
  5. “İxtilalçı sosyalizmin iflası və demokratiyanın gələcəyi”. İstanbul, 1928
  6. “Milliyet və bolşevizm”. İstanbul, 1928
  7. “Şəfibəyçilik”. İstanbul, 1934
  8. “Azərbaycan kültür ənənələri”, Ankara, 1949
  9. “Çağdaş Azərbaycan ədəbiyyatı”. Ankara, 1950
  10. “Çağdaş Azərbaycan tarixi”. Ankara, 1951
  11. “Azərbaycan şairi Nizami”. Ankara, 1951
  12. “Milli təsanüd”. Ankara, 1978
  13. “Azərbaycan kültür gələnəkləri və Çağdaş Azərbaycan ədəbiyyatı”. Ankara, 1984
  14. “Əsrimizin siyavuşu”. Ankara, 1989
  15. “Azərbaycan Cümhuriyyəti (keyfiyyəti – təşəkkülü və şimdiki vəziyyəti)”. İstanbul, 1992 (Yenidən çapa hazırlayan Yavuz Akpınar)
  16. “Azərbaycan problemi”. Ankara, 1996 (Almancadan türkcəyə tərcümə edən P. Mete, S. Şimşir)
  17. “Bir türk millətçisinin Stalinlə ixtilal xatirələri”. İstanbul, 1997 (yenidən çapa hazırlayan S.Şimşir)
  18. “İran türkləri”. İstanbul, 1993 (çapa hazırlayan Y. Akpınar)
  19. “Qafqaz türkləri”. İstanbul, 1993 (çapa hazırlayan Y. Akpınar)
  20. “M.Ə. Rəsulzadənin Məclisi-Məbusan qonuşmaları”. Ankara, 2003 (çapa hazırlayan S.Şimşir)
  21. “Rusiyada Siyasi vəziyyət”. İstanbul, 2005 (ikinci baskı)
  22. “Xatirələr və Qafqasya”. İstanbul, 2011 (çapa hazırlayan S.Şimşir)

İranda yayımılanan əsərləri

  1. “E’tidaliyyun” Partiyasının tənqidi. Tehran, 1910 (fars dilində)
  2. Seadeti-Beşer, Ərdəbil, 1911 (fars dilində)
  3. Tehran. “İran Məşrutə İnqilabından məlumatlar”. Tehran, 2006

Rusiyada yayımılanan əsərləri

  1. Aydin Balaev,Mamed Emin Rasulzade,1884-1955.Moskva,2009,Flinta.
  2. Mamed Emin Rasulzade.Sbornik proizvaedeniy i pisem.Sostavitel’,predislovie i primechaniya-S.Isxakov.Moskva,2010,Flinta
  3. Ramiz Abutalibov.Mamed Emin Rasulzade i Kavkazskaya Konfederatsiya.Moskva,2011.Izdatel’stvo “Sotsial’no- politicheskaya Misl'”
  4. “A.M.Topchibashi i M.E.Rasulzade.Perepiska 1923 – 1926”.Sostavitel’,predislovie i primechaniya S.M.Isxakov-Moskva,Izdatel’stvo “Sotsial’no-politicheskaya MISL’ “,2012
  5. Aydin Balaev.Mamed Emin Rasulzade.Na chujix beregax.Moskva,2013,”Maska”

Avropada yayımılanan əsərləri

  1. “Pantürkizm və Qafqasya problemi”. Rusca, Varşava, 1930
  2. “Azərbaycan müstəqillik uğrunda mübarizə”. Polyakca. Varşava, 1938
  1. “Çağdaş Azərbaycan ədəbiyyatı”. Yeni hərflərlə. Berlin, 1936
  2. Resulzade M. E. Das problem Azerbaidshan. Berlin, 1938

Bəzi kitabların fotoları

Azerbaycan Cumhuriyeti’nin kurucusu Mehmet Emin Resulzade

Müslüman doğunun ilk demokratik cumhuriyeti kabul edilen ve 28 Mayıs 1918’de bağımsızlığını ilan eden Azerbaycan Cumhuriyeti‘nin kurucusu Mehmet Emin Resulzade, vefatının 65. yılında anılıyor.

Modern Azerbaycan milli kimliğinin oluşmasında büyük rol oynayan, basın ve siyasi faaliyetleriyle hayatı boyunca ülkesinin bağımsızlığı ve toplumun aydınlanması için çalışan Resulzade’nin anısı, hem Azerbaycan’da hem de hayatının bir kısmını geçirdiği Türkiye’de yaşatılıyor.

Azerbaycanlılar için bağımsızlığın sembolü olan bir slogan haline gelen “Bir kere yükselen bayrak, bir daha inmez” sözlerinin sahibi Resulzade, 31 Ocak 1884’te Bakü’nün Novhanı köyünde doğdu.

Genç yaşından itibaren siyasetle ilgilenen Resulzade, Çarlık rejimi aleyhtarı bazı siyasi parti ve örgütlerde çalışmalar yürüttü, çeşitli gazete ve dergilerde yazdı.

Çar rejiminin baskıları karşısında 1909’da İran’a giderek burada gazetecilik yapan, siyasetle uğraşan Resulzade, meşrutiyet rejimi feshedildikten sonra İran’da da baskılarla karşılaşınca 1911’de Türkiye’ye gitmek zorunda kaldı.

Resulzade, daha sonra Bakü’ye dönerek Müsavat Partisine üye oldu ve 1917’de bu partinin Genel Başkanlığına getirildi.

Milli Konsey, Azerbaycan Cumhuriyeti’nin kurulmasını ilan etti

Resulzade, 1918’de Azerbaycanlı aydınların oluşturduğu Milli Konseyin Başkanı seçildi ve 28 Mayıs 1918’de Milli Konsey, Azerbaycan Cumhuriyeti’nin kurulmasını resmen ilan etti.

Resulzade, 4 Haziran 1918’de Azerbaycan ve Osmanlı devleti arasında imzalanan dostluk ve iş birliği anlaşmasına Azerbaycan adına imza attı.

18 Haziran 1918’de Resulzade başkanlığındaki bir heyet, yeni kurulan Kafkasya devletlerinin tanıtılması için düzenlenen konferansa katılmak üzere İstanbul’a geldi. 15 Eylül 1918’de, “Kafkas İslam Ordusu” ismi verilen Osmanlı ordusu, Bakü’yü Ermeni ve Bolşevik çetelerden kurtardı ve bu haberi, Resulzade’ye dönemin Harbiye Nazırı Enver Paşa verdi.

Bakü’ye dönen Resulzade, hükümette yer almasa da Müsavat Partisi Genel Başkanı olarak parlamentoda aktif çalışmalar yürüttü, hükümetin faaliyetini yönlendirdi.

Resulzade, 1947’de Türkiye’ye yerleşti ve Türk vatandaşı oldu

Bolşeviklerin, Azerbaycan’ı işgalinin ardından tutuklanan Resulzade, Moskova’ya götürüldü. Stalin’in ısrarlarına rağmen Sovyetlerle iş birliği yapmayı kabul etmeyen Resulzade, Sovyetler Birliği’ni terk etti.

Fransa, Finlandiya, Polonya ve Almanya’da yaşayan Resulzade, Sovyet karşıtı yayımlar yaptı, Azerbaycan’ın işgal altında olduğunu dünyaya duyurmaya çalıştı.

Resulzade, 1947’de Türkiye’ye yerleşti, Bakanlar Kurulu kararıyla Türk vatandaşı oldu.

1949’da Ankara’da Azerbaycan Kültür Derneğini kuran Resulzade, kitaplar yazarak, konferanslar düzenleyerek ülkesinin durumunu anlatmayı sürdürdü.

Resulzade, 6 Mart 1955’de Ankara’da vefat etti ve cenazesi Cebeci Asri Mezarlığı’na defnedildi.

Resulzade’nin kurduğu ve merkezi Ankara’da bulunan Azerbaycan Kültür Derneği, Türkiye’de faaliyet gösteriyor. Türkiye’de birçok il ve ilçede ismine sokak ve caddeler olan Resulzade’nin anısı, isminin verildiği Ankara Çankaya’daki Mehmet Emin Resulzade Anadolu Lisesi’nde de yaşatılıyor.

Comments are closed, but trackbacks and pingbacks are open.