Resursların və məhsulların iqtisadiyyat
RELATIVE-PRICE VARIABILITY AND THE MISALLOCATION OF RESOURCES
Zənn edək ki, restoranın sahibi yanvarda yeni qiymətlərlə menyu çap edir və onları ilin sonuna kimi dəyişilməz saxlayır. Inflyasiya olmadığı zaman restorandakı nisbi qiymətlər, yəni başqa malların qiymətləri vasitəsilə ifadə edilmiş yeməklərin qiyməti bütün il ərzində dəyişilmir. Inflyasiyanın sürəti ildə 12% təşkil edərsə, restoranın nisbi qiymətləri avtomatik olaraq hər ay 1% aşağı düşəcək. Restoran qiymətləri yeni menyunun çıxışından sonra ilk aylarda nisbətən yüksək, ilin sonunda isə nisbətən aşağı olacaqdır. Nə qədər ki inflyasiyanın templəri yüksək olacaq, o qədər də nisbi qiymətlərin dəyişikliklərinin diapazonu geniş olacaqdır. Beləliklə, restoranda qiymətlər ildə yalnız 1 dəfə dəyişəcəksə, inflyasiya, nisbi qiymətlərin menyunun vaxtaşırı təzələnməsi nəticəsində olduğundan daha böyük miqyasda dəyişilməsinə gətirib çıxarar.
Dayanıqlılıq
Qorumaq, daha uzun müddət istifadə etmək, təkrar istifadə etmək
Qorumaq, daha uzun müddət istifadə etmək, təkrar istifadə etmək
Sənaye İnqilabından bəri iqtisadi artım təbii ehtiyatların hasilatı və istismarı ilə müşayiət olunur. Mütəxəssislər bu cür resursların tükənməsi və ətraf mühitin deqradasiyası ilə bağlı ekoloji problemlər barədə xəbərdarlıq ediblər.
Samsung Electronics bu xəbərdarlıqlardan xəbərdardır və geniş spektrli cavab tədbirləri həyata keçirir. Biz qaçılmaz tullantıları minimuma endirmək, məhsullarımızın ömrünü uzatmaq və istismar müddətini başa vurmuş məhsullardan yenidən istifadə etməyin yollarını axtarmaq üçün resurslardan səmərəli istifadə edir və texnoloji yeniliklər yaradırıq. Biz daha az resursla daha yaxşı məhsullar istehsal etmək və elektron tullantıları istifadə edilə bilən resurslara çevirmək üçün səylərimizi davam etdirəcəyik.
Biz qapalı tsikl iqtisadiyyatını hədəfləyirik
Böhran şəraitində ətraf mühiti qorumaq və resurslardan daha səmərəli istifadə etmək üçün Samsung Electronics diqqəti dairəvi iqtisadiyyata yönəltmək səyləri ilə məşğuldur. Resurslardan bir dəfə istifadə etmək və onları atmaq kimi ənənəvi təcrübədən kənara çıxaraq, Samsung məhsulların istifadədə qalmasını təmin etməyə çalışır. daha uzundur və bu resurslar məhsulun istifadə müddəti bitdikdən sonra onları bərpa etmək, təkrar emal etmək və təkrar istifadə etməklə ömrünün sonunda optimallaşdırıla bilər.
İstifadə olunan materialların növünü minimuma endirməklə və bərpa prosesini asanlaşdırmaq və tullantıların qarşısını almaq üçün montaj metodunu optimallaşdırmaqla biz resurslardan istifadəni minimuma endirən istehsal üsullarını inkişaf etdirmişik. İstifadə müddəti başa çatmış məhsulları toplamaqla biz qiymətli materialları bərpa edirik. Bu dairəvi iqtisadiyyat vasitəsilə Samsung istehsal üçün tələb olunan təbii resursların miqdarını azaldır, tullantıların yandırılması və ilkin hasilat nəticəsində yaranan istixana qazlarını və çirkləndiriciləri azaldır və zibilxanaların yaratdığı torpaq və yeraltı suların çirklənməsinin qarşısını alır. Bir sıra ciddi etibarlılıq testləri vasitəsilə məhsullarımızın dayanıqlığını gücləndirərək və davamlı proqram yeniləmələri də daxil olmaqla qlobal xidmət yerlərimiz vasitəsilə rahat təmir xidmətləri təqdim edərək, Samsung məhsullarımızın istifadə müddətini genişləndirir və eyni zamanda dövri iqtisadiyyata daha çox töhfə verir. resursları.
27.Nisbi qiymətlərin dəyişkənliyi və resursların səmərəsiz yerləşdirilməsi
RELATIVE-PRICE VARIABILITY AND THE MISALLOCATION OF RESOURCES
Zənn edək ki, restoranın sahibi yanvarda yeni qiymətlərlə menyu çap edir və onları ilin sonuna kimi dəyişilməz saxlayır. Inflyasiya olmadığı zaman restorandakı nisbi qiymətlər, yəni başqa malların qiymətləri vasitəsilə ifadə edilmiş yeməklərin qiyməti bütün il ərzində dəyişilmir. Inflyasiyanın sürəti ildə 12% təşkil edərsə, restoranın nisbi qiymətləri avtomatik olaraq hər ay 1% aşağı düşəcək. Restoran qiymətləri yeni menyunun çıxışından sonra ilk aylarda nisbətən yüksək, ilin sonunda isə nisbətən aşağı olacaqdır. Nə qədər ki inflyasiyanın templəri yüksək olacaq, o qədər də nisbi qiymətlərin dəyişikliklərinin diapazonu geniş olacaqdır. Beləliklə, restoranda qiymətlər ildə yalnız 1 dəfə dəyişəcəksə, inflyasiya, nisbi qiymətlərin menyunun vaxtaşırı təzələnməsi nəticəsində olduğundan daha böyük miqyasda dəyişilməsinə gətirib çıxarar.
«Nə olsun ki?» – deyə siz maraqlanarsınız. Iş ondadır ki, bazar iqtisadiyyatında məhdud resursların bölüşdürülməsi nisbi qiymətlərə uyğun həyata keçirilir. Bu və ya digər əmtəə və xidmətlərin əldə edilməsi haqqında qərar qəbul edərkən istehlakçılar bu və ya digər məhsulların qiymət və keyfiyyətini müqayisə edirlər. Istehlakçı seçimi müxtəlif firma və müəssisələr arasında məhdud istehsal amillərinin bölüşdürülməsini müəyyən edir. Əgər inflyasiya nisbi qiymətlərin dəyişməsinə gətirib çıxarırsa, istehlakçılar təhrif olunmuş məlumat əsasında qərarlar qəbul edirlər və buna görə də resursların ən yaxşı bölüşdürülməsində bazar iqtisadiyyatının imkanları azalır.
Inflyasiya vergisinin doğurduğu təhriflər-INFLATION-INDUCED TAX DISTORTIONS
Demək olar ki, bütün vergilər insanların davranış stimulunun təhrifinə gətirib çıxarır və onları adət etdikləri davranış tərzini dəyişməyə vadar edir. Bunun nəticəsində resursların bazar bölgüsünün effektivliyi aşağı düşür. Inflyasiya şəraitində bəzi vergilərin fəaliyyəti xüsusi aktuallıq kəsb edir. Problemin kəskinliyi onunla şərtlənir ki, çox vaxt bu faktor vergi qanunlarını tərtib edənlərin nəzərindən qaçır.
Vergi qanunvericiliyini öyrənən iqtisadçılar bu nəticəyə gəliblər ki, inflyasiya əmanətlərin verdiyi gəlirlərə vergiqoymanın faktiki güclənməsinə gətirib çıxarır.
Inflyasiyanın yığıma stimulu necə aşağı saldığına bir misal kimi kapitalın artımı ilə bağlı vergi kodeksinin gəlirlərə (yəni aktivlərin alındığı qiymətləri üstələyən satış qiymətlərindən olan gəlirlərə) olan yanaşmasını göstərmək olar. Təsəvvür edin ki, 1980-ci ildə siz əmanətinizin bir hissəsini Microsoft Korporasiyasının aksiyasını 10 dollara əldə etmək üçün istifadə etdiniz və 2000-ci ildə həmin aksiyanı 50 dollara satdınız. Mövcud vergiqoyma qaydasına müvafiq olaraq sizin kapitalın artımından 40 dollar təşkil edən gəliriniz gəlir vergisi ödənilən ümumi məbləğə daxil edilməlidir. Amma təsəvvür edin ki, 1980-ci ildən 2000-ci ilə qədər qiymətlərin ümumi səviyyəsi iki dəfə artıb. Ona görə də 1980-ci ildə sizin tərəfdən qoyulmuş 10 dollar, onların alıcılıq qabiliyyətinin yenidən hesablanması nəzərə alındıqda, 2000-ci ildə 20 dollara ekvivalentdir. Siz öz səhminizi 50 dollara satdıqda sizin real gəliriniz yalnız 30 dollar təşkil edir. Lakin vergi kodeksi inflyasiyanı nəzərə almır və sizi 40 dollar məbləğində olan gəlirdən vergi ödəməyə borclu edir. Beləliklə, inflyasiya kapitalın artımından olan gəlirin miqdarının şişirdilməsinə gətirib çıxarır və bu növ gəlirlərdən vergiqoymanı əsassız çoxaldır.
Başqa misal əmanətlər üzrə faiz gəlirinə vergiqoymaya aid edilir. Gəlir vergisi nominal faiz dərəcəsi ilə hesablanmış əmanətlərdən alınan gəlirlərdən tutulur. Halbuki nominal dərəcənin bir hissəsi, sadəcə olaraq, inflyasiyadan yaranan itkilərə verilən konpensasiyadır. 27.1-ci cədvəldə verilən miqdari nümunəni gözdən keçirək. Orada Iqtisadiyyat 1 və Iqtisadiyyat 2 kimi qeyd olunan, hər birində gəlir vergisinin dərəcəsi 25% təşkil edən iki iqtisadiyyatın müqayisəli məlumatları təhlil edilir. Iqtisadiyyat 1-də inflyasiya yoxdur, real və nominal faiz dərəcəsi isə 4%-ə bərabərdir. Bu şəraitdə Iqtisadiyyat 1-də 25%-lik gəlir vergisi real faiz dərəcəsini 4%-dən 3%-ə endirəcək. Iqtisadiyyat 2-də real faiz dərəcəsi, həmçinin 4%-ə bərabərdir, lakin inflyasiyasının tempi 8% təşkil edir. Fişer effektinə uyğun olaraq nominal faiz dərəcəsi 12%-ə çatacaq. Çünki gəlir vergisi haqqında qanun bu 12%-i gəlir kimi qəbul edir və dövlət ondan 25%-i öz xeyrinə götürür. Nəticədə verginin ödənilməsindən sonra nominal faiz dərəcəsi 9%-ə, real isə 15%-ə qədər aşağı düşəcək. Beləliklə, 25%-lik gəlir vergisi zamanı Iqtisadiyyat 1-də real gəlir faizi 4%-ə, Iqtisadiyyat 2-də isə yalnız 1%-ə bərabərdir. Vergilərin ödənilməsindən sonra real faiz gəlirinin kəmiyyəti vəsaitlərin əmanətlərə yönəldilməsində əsas stimul olduğundan inflyasiyasız Iqtisadiyyat 2-də əmanətlərin cazibəliyi inflyasiyalı Iqtisadiyyat 1-dən yüksəkdir.
Cədvəl 27.1.
Əmanətlərə vergi qoyulmasına inflyasiyanın təsiri
Iqtisadiyyat 1
(qiymətlər stabildir), %
Iqtisadiyyat 2
(inflyasiya), %
İnsan Resurslarının 3 ənənəvi və 3 müasir rolu
İnsan Resursları (HR) mövcud olduğu təşkilatda/şirkətdə öz öhdəliklərini yerinə yetirmək üçün ənənəvi olaraq bu 3 rolu oynayır:
1. Xidmət (Service): HR başlıca olaraq təşkilat üçün bir qrup müştəriyə xidmət verir. Bu müştərilər kimlərdir? Üst səviyyəli menecerlər, xətt menecerləri, işçilər, eyni səviyyəli menecerlər, müxtəlif departamentlər, müxtəlif hüquqi qurumlar, işçilərin ailələri bu müştəri qrupuna daxildir. Misal üçün, HR işçilərin əmək haqqı, məzuniyyətlər, iş növbələri ilə bağlı suallarını cavablandıraraq bu rolunu oynamış olur.
2. Nəzarət (Control): HR nəzarət rolunu həyata keçirmək üçün işçilərin xidməti fəaliyyətini/performansını ölçür, onların verilmiş hədəflərə nə dərəcədə çatdığını, hansı çatışmazlıqların olduğunu müəyyən edir. HR-ın bu cür fəaliyyətlərinə nümunə olaraq yeni performans qiymətləndirmə sisteminin hazırlanmasını göstərmək olar.
3. Tövsiyə (Advice): HR işçilərlə bağlı olan məsələlərdə xətt menecerlərinə məsləhətlər verir, onlara yardım edir. Necə? İşçilərlə bağlı məsələlərdə məlumat toplayaraq, problemləri müəyyənləşdirərək, konkret həll yolları göstərərək. Bu zaman HR birbaşa müdaxilə etmir, cavabdeh müvafiq menecerlər olur. HR məhsuldarlığı və iş məmnuniyyətini artırmaq üçün digər idarəçi şəxslərə dəstək olur. Bu cür fəaliyyətlərə misal olaraq işçilərin narazılıqlarının aradan qaldırılması üçün lazımi tədbirlərin, siyasət və prosedurların hazırlanmasını göstərmək olar.
Hal-hazırda da bu rollar HR-lar tərəfindən həyata keçirilir, amma müasir dövrdə İnsan Resurslarından daha strateji və əhatəli şəkildə dizayn edilmiş rolları oynamağı gözlənilir. Bu 3 rol aşağıdakı kimi təsnif edilir:
1. Strateji (Strategic): HR təşkilat üçün strateji rol oynamaq məqsədi ilə daha uzun müddətli düşünməli və hərəkət etməlidir. Bu şəkildə HR doğru təşkilati mədəniyyətin və strukturun yaradılmasına töhfə vermiş olacaq. Bu fəaliyyətləri həyata keçirə bilmək üçün də HR təşkilatın ümumi vəziyyətinə, əməliyyatlar apardığı çevrəyə/mühitə, rəqabətdə olduğu oyunçulara, təşkilatın fəaliyyətlərinə təsir edə biləcək trend və hadisələrə hakim olmalıdır. İnsan Resursları istedadları idarə etməklə, təşkilata dəyişikliklərə hazırlanmaqda köməklik göstərməklə, strateji hədəflərə çatmaq üçün lazım gələcək bilik və bacarıqları əvvəlcədən müəyyənləşdirərək işçiləri bu istiqamətdə hazırlamaqla, eyni zamanda xidməti fəaliyyətin/performansın qiymətləndirilməsi sisteminin strateji hədəfləri dəstəkləyəcək şəkildə dizayn edilməsi ilə strateji rol oynamış olur.
2. Əməliyyata aid (Operational): Bu rolunu həyata keçirmək üçün HR təşkilatın hədəflərinə çatmasına, işçilərin bu hədəflərə dəstək verməsi üçün motivasiyasının artırılmasına dəstək olur və bu zaman digər menecerlərlə daha sıx əməkdaşlıq edir. Çünki menecerlər İnsan Resursları ilə bağlı siyasət və prosedurları yerində birbaşa tətbiq edən şəxslərdir. İşçilər onlara lazım olan bilikləri nə qədər effektiv şəkildə mənimsəyərsə, qarşıya qoyulan hədəflər də o dərəcədə səmərəli şəkildə əldə olunar. Qısası, HR İnsan Resursları strategiyasının mükəmməl şəkildə tətbiq edilməsinə nail olaraq bu rolunu tamamlaşım olur.
3. İnzibati (Administrative): Təşkilatın maliyyə hədəflərinə töhfə verə bilmək üçün HR-ın daha az zaman və resurs sərf etməli olduğu rolu inzibati roludur. Təbii ki, bu da inzibati rolun keyfiyyətsiz şəkildə yerinə yetirilməsi demək deyil. Sadəcə İnsan Resursları yuxarıda verilmiş digər iki istiqamətdə daha ciddi dəyər yarada bilmək üçün bu işlərlə müəyyən vasitələrin köməyi ilə daha az məşğul ola bilər. Misal üçün, müəyyən proqramlar vasitəsilə işçilərlə bağlı uçotların aparılması, işçilərin özləri ilə bağlı məlumatları sistemdə vaxtaşırı yeniləməsi kimi. Eyni zamanda, bəzi fəaliyyətlər də kənardan üçüncü şəxs vasitəsi ilə həyata keçirilə bilər (outsourcing). Misal üçün, işə qəbul, təlim və tədris, əmək haqqı və digər ödənişlərlə bağlı anket sorğuları, hüquqi proseslərin həyata keçirilməsi kimi.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.