Press "Enter" to skip to content

Resusların v mhsulların dövrüyysi iqtisadiyyat

tadbirkorlikka 4) qobiliyati.

Iqtisodiy resurslar va ularning turlari

Iqtisodiy resurslar – ehtiyojlarini qondirish maqsadida ishlab chiqarish uchun ishlatiladi tabiiy va inson quvvatlarini, barcha turlari.

Zamonaviy ishlab chiqarish mahsulotlari va xizmatlari – ko’p turli mahsulotlar yaratadi. Shuning uchun, ishlatiladigan resurslar miqdori ishlab chiqarish hajmi kabi katta bo’lishi kerak. Aslida, shuningdek, deyiladi iqtisodiy resurslar, ishlab chiqarish omillarini boshqa tovarlar ishlab chiqarish uchun ishlatiladi, turli manfaatlar bor. Ular barcha bir necha yirik guruhlarga birlashtirildi. ning batafsil ularga qaraylik.

Iqtisodiy resurslar va ularning turlari

Bu nom barcha turdagi birlashtiradi : tabiiy resurslardan minerallar, er maydoni, o’rmon, suv, o’simlik va hayvonot dunyosi, iqlimi va dam olish imkoniyatlari.

turli xil yo’llar bilan tabiiy, iqtisodiy resurslar, iqtisodiy faoliyatida ishtirok:

– ishlab chiqarish amaldagi doirasida bo’lib, ular ishlab chiqarish inshootlari joylashgan zudlik hududini qo’yish;

– manbalari sifatida mineral resurslar qazib olish sanoati sohasida ishlatiladi;

– sanoat faoliyati ob’ektlari qishloq xo’jaligi vakili sifatida.

Yer – bu foydalanuvchilar va davlat tomonidan himoya ehtiyot davolash kerak, shuning uchun u, cheklangan va deyarli almashtirib bo’lmaydigan manba hisoblanadi. Tufayli har yili olti milliondan ortiq gektar yopiq dunyoda qishloq xo’jaligi muomaladan er beparvolik bilan. Qishloq xo’jaligi uchun mos butun yurtni yo’qotib, ikki va bir yarim asr insoniyat xatarlar keyin bu stavka, At.

resurs Bu turdagi ishlab chiqarish (iqtisodiy) faoliyati bilan shug’ullanuvchi odamlarni o’z ichiga oladi. texnologik va avtomatlashtirish qaramay, ishlab chiqarish jarayonida mehnat o’rni kamaytirish emas. Buning sabablari, birinchidan, vazifalar murakkabligi ortib borayotgan talabni qondirish uchun zamonaviy ishlab chiqarish hal qilish. Ikkinchidan, ish, ko’proq va ko’proq aqlli bo’lishini ruhiy kuch ortib bormoqda. Misol uchun, atom energiyasi, havo transporti, boshqalar ham – Uchinchidan, ko’plab sohalarda yuqori xatarlar va majburiyatlari bor

ish, lekin rivojlanishi ishchilar darajasini aks ettiradi, butun inson kapitali, balki faqat – odamlar muayyan texnik va tashkiliy bilim va ko’nikmalarini, madaniyat to’g’ridan-to’g’ri keluvchilar, va, chunki, endi ishga iqtisodiy resurslar deb qabul qilinadi.

resurslardan bu turi uchun mavjud ishlab chiqarish vositalari (investitsiyalari va kreditlari shaklida foydalanish uchun ularni berib, banklar va shaxslarni boshqarish mablag’lari) (uskunalar, mashinalar, asbob-uskunalar, transport vositalari, binolar va inshootlar) va moliyaviy quvvatiga.

tadbirkorlikka 4) qobiliyati.

Bu iqtisodiy resurslar alohida turkumidagi boshqa ajratilgan va qor ishini yo’lga qo’yish hamda samarali boshqarish uchun qobiliyati bor. Emas, balki har bir kishi, shuning uchun muvaffaqiyatli tadbirkorlar barcha manfaatdor shaxslar emas bo’lishga tadbirkorlik tabiiy qobiliyatini ega. Muvaffaqiyatli ish faoliyati, ishlab chiqarish texnologiyalari, ilm tashqari, shuningdek, xavf ishtahani, ishlab sezgi, ko’nikma va e’tiqodini o’z zimmasiga olmaydi.

axborot iqtisodiy resurslar ehtiyojlari, quvvatlari, ishlab chiqarish va boshqaruv texnologiyalari, narxlar va boshqalar bilim o’z ichiga oladi dunyoni egalik, ma’lumotlarni egalik: Bugungi jamiyatda to’liq quyidagi tamoyilini amalga oshirildi. Shuning uchun, bu axborot jamiyati deyiladi. Muhim bugun kompyuter texnologiyasidan, tarmoq ma’lumotlar saqlash va uzatish tizimiga ega.

2.1.ABŞ iqtisadiyyatının müasir vəziyyəti

ABŞ dünya iqtisadiyyatının sözsüz lideri olub, isteh­salda və iqtisadi inkişafda bütün ölkələri üstələyir. ABŞ sənaye mal və xidmətlərinin dünyada ən iri isteh­sal­çı­sıdır. Dünyanın ümumi ÜDM-də ölkənin payı 25%, dün­ya ixracında 12,6%-dir. 1996-cı ildən 2000-ci ilə qədər dövlətin real ÜDM artımı digər inkişaf etmiş ölkələrlə mü­qa­yisədə daha yüksək idi. 2000-ci ildə o 5% təşkil et­mişdir (Kanadada 4,7%, Almaniyada 3,1, Böyük Brita­niyada 3%). Bu, 1984-cü ildən sonra ən yüksək göstərici idi. Iqtisadi artım templərinin yüksəlməsinə ev təsərrüfatı sektorunda istehlak tələbinin artımı (5,3%) və ümumi yatırımların əsas kapitalda artımı (10,2%) səbəb olmuş­­dur. Qeyd etmək lazımdır ki, 2001-ci ildə ÜDM –in ar­tım tempi dərhal ikinci rübdə 5,6%-dən üçüncü rübdə 2,7%-ə düşmüş (gözləndiyindən də güclü şəkildə – 3,6%) və son altı ildə ən aşağı səviyyəyə enmişdir. Gözlənilən 5,1% əvəzinə 2001-ci ildə iqtisadi artım 3% olmuşdur. Real ÜDM-in 1996-cı ildən 2001-ci ilə qədərki artım dinamikası Amerika iqtisadiy­yatının dövriliyini və 2001-ci ilin enişini təsdiq edir. Artıq 2002 və 2003-ci illərdə artım 2,3%-ə qə­dər azalmışdır (cədvəl 2.1.).

Cədvəl 2.1
ABŞ-da real ÜDM-un artımı, %

1991-ci ilin mart ayından 2001-ci ilin mart ayına qədər ABŞ-ın milli təsərrüfatının yüksəliş dövrü dinc dövrün ən uzunmüddətlisi hesab olunur. Ölkə iqtisa­diy­ya­tının dövrü xarakteri nəzərə alınarsa, 2001-ci ilin mart yüksəlişindən sonra 2002-ci ilin payız enişinin olacağını və həmin dövrün də yük­səlişlə əvəzlənəcəyini gözləmək olardı. Son zamanlar Amerika iqtisadiyyatında dövrlərin sayı azalmışdır. Bu, onların müddət etibarilə artması haq­qında danışmağa imkan verir (cədvəl 2.2).

Cədvəl 2.2
ABŞ-da iqtisadi dövrlərin sayı

1854 -1919
1919 -1945
1945 -1991
1991 -2001
1854 -2001

ABŞ-da ilkin inflyasiya şərtlərinin aradan qaldırılma siyasəti öz nəticələrini verdi. Neft qiymətlərinin kəskin artı­mına və əmək bazarındakı gərginliyə baxmayaraq, infl­ya­siya əhəmiy­yətsiz dərəcədə idi. Qeyri-stabil ünsürlərin (neft və ərzaq məhsulları) nəzərə alınmaması şərtilə hesab­lanan istehlak qiymətlər indeksi 1999-cu ildə 1,9% yüksəlmişdir (1998-ci ildə 2,2%, 1992-ci ildən 1999-cu ilə qədərki dövrdə 2,3%). Bu, daxili istehsalçılara ləngidici təsir göstərən aşağı idxal qiymətləri ilə, emaledici səna­yedə sərbəst istehsal güclə­ri­nin mövcudluğu ilə, xüsusi halda intensiv investi­siyalara görə, əmək haqqı artımının inflyasiyaedici təsirini qismən kompen­sa­siya edən məh­sul­darlıq artımı ilə izah olunur. ABŞ-da istehlak qiy­mət­lərinin artımı 2002-ci ildə 3,4 % təşkil etmişdir. Standar&Poors proqnozuna görə bu göstərici 2,3% olmalı idi. Ölkədə inflyasiyanın sürətlən­məsinin daxili səbəbləri iş­siz­liyin azalmasında və əhalinin istehlak xərclərinin art­masında idi. Inflyasiya proseslərinin intensivliyinin daha obyektiv indikatoru olan ÜDM deflya­to­ru 2001-ci ildə ikinci rübdə 2,4%-dən üçüncü rübdə 2,0%-ə qədər azalmışdır. Lakin 1998 və 1999-cu illə müqayisədə bu göstərici əhə­miyyətli dərəcədə artmışdır. 1998-ci ildə ÜDM deflyatoru 1,2%, 1999-cu ildə 1,4% təşkil edirdi.
Iqtisadi yüksəliş ABŞ-da məşğulluqla bağlı vəziy­yətin gələcəkdə yaxşılaşmasına zəmin yaratdı. 2000-ci ildə orta illik işsizlik səviyyəsi işçi qüvvəsi sayının 4% -nə qədər enmiş (1999-cu ildə – 4,2%, 1998ci ildə 4,5%, 1997-ci ildə 5,0%, 1996-cı ildə 5,4%) və 1969-cu ildən son­ra minimal olmuşdur. Istehsal gücü­nün yüklənmə əmsalı 82,1%-ə çatmışdır. Işsizlik səviyyəsi 2001-ci ildə art­mış və 4,8% olmuş, 2002-ci ildə isə 5,8%-ə çatmış­dır. Bu, ümumi resessiya və faciəvi 11 sentyabr hadisəl­ə­ri ilə əla­qədar idi. Nəticədə, avqust ayında işsizlik 0,4% olduğu hal­da, sentyabr ayında 0,5%-ə qədər artmışdır. Beşillik dövr çərçivəsində işçi qüvvəsinin az ixtisaslı və marjinal qruplarının əmək ödənişlərinin artma tenden­siyasının sax­lanması şərti ilə real əmək haqqının artımı və kasıblıq həd­dindən aşağıda yaşayanların paylarının azalması (1997-ci ildə 13,3%, 1998-ci ildə 12,7%) davam edirdi. Qeyd etmək lazımdır ki, son 5 ildə əmə­yin ödənişi onun məh­sul­dar­lığından daha tez artır. 1999-cu ilin üç rübündə bu göstərici uyğun olaraq 4,6% və 2,8% idi.
ABŞ-ın iqtisadi artımının mühüm indikatoru ma­liy­yə bazarlarındakı vəziyyətdir. Müxtəlif sahələrin şirkət­lərini daha müntəzəm şəkildə təmsil edən Dow Jones Industrial səhm­lə­ri­nin indeksi 1998-ci ilin mayında 9000 həddini keçmiş, 2000-ci ilin yanvarında isə 10000 həddini aşmış, 11772 həddinə çatmışdır. Lakin 2001-ci ildə 9973 həddinə qədər enmə baş vermişdir. Bu, əvvəlki iki ilin ən aşağı həddi idi. Dow Jones 2000-ci ilin oktyabr ayından ilk dəfə olaraq 10000 həddindən düşmüşdür. Bu zaman indek­sin bütün 30 ünsürünün qiymətdən düşməsi baş ver­mişdir. Ən böyük enmə bank sektorunda baş vermiş və buna səbəb Yaponiya iqtisadiyyatında böhranın güc­lən­məsi olmuşdur. Yüksək texnologiyalı korporasiya səhm­lərinin, o cümlədən aparıcı internet – provayderlərin üs­tün­lük təşkil etdiyi Nasdaq indeksi – birjadankənar kompyuter sisteminin aparıcı indeksi 1998-ci ilin səviy­yəsini, demək olar ki, iki dəfə artırmış və 1999-cu ilin IV rübündən başlayaraq, ardıcıl şəkildə 3, 4, 5 minlik həddi keçmişdir. Nasdaq 2000-ci ildə il ərzində dəyişmələrlə 55%-ə düşmüşdür. 2001-ci ilin apre­lində bu fond indeksi ilin əvvəlindən 25% itirmiş və 1998-ci ilin dekabrından ilk də­fə olaraq 2000 həddindən aşağı düşmüş­dür. Bu, 2000-ci ildə martın 10-da əldə edilmiş 5048 zirvə­sindən 2,5 dəfə aşağı idi. 2000-ci ilin martından 2001-ci iln martına kimi Amerikanın fond bazarı 5 trilyondan çox saxta var-dövlət itirmişdir.
2000-ci ildə ABŞ-ın xarici ticarətində mal və xid­mətlərin balans kəsiri özünün bütün tarixindəki ən mak­si­mal səviyyəsinə – 368,9 milyard dollara çatmışdır (1999-cu ildə 265 milyard dollar). Kəsirin artması bütünlüklə malların xarici ticarəti hesabına baş verdi. Malların id­xa­lının onların ixra­cın­dan üstünlüyü 449 milyard dollar təşkil etdi, yəni 100 milyard dollardan çox artdı, xidmətlərin balansı üzrə müs­bət saldo isə dəyişməz qaldı. ABŞ-ın cari əmə­liy­yatlarının hesab kəsiri UDM 4,3%-ni təşkil etdi. 1999-cu ildə bu rəqəm 3,4% idi. Xarici əlaqələrin balans­laş­dırılmazlığının əsas mənbələri Yapo­niya, Qərbi Avropa və yeni sənaye ölkələri ilə ticarətdəki passivlərdir. Dünya üzrə bütün birbaşa xarici investisiyaların üçdə biri ABŞ-ın payına düşür. Son onillikdə ölkəyə yatırılan birbaşa xarici inves­tisiyalar hər il artırdı. 1996-cı ildə onlar 77 milyard dollar, 1998-ci ildə 189 milyard dollar olmuş, 1999-cu ildə rekord səviyyəyə 277,5 milyard dollara çatmışlar.
XX əsrin sonu ABŞ üçün ümumi qloballaşma şə­raitində, o cümlədən maliyyədə iqtisadi inkişafla yadda qaldı. Amerikanın mal istehsalçıları dünya iqtisadiyyatının tə­ləblə­rinə daha çox istiqamətlənirlər. Xarici iqtisadi əlaqələrdə həlle­dici rolu transmilli korporasiyalar (TMK) oynayır. Ölkənin xarici ticarət dövriyyəsinin üçdə ikisi on­ların payına düşür. TMK xarici müəssisələrinin satış həcmi isə ABŞ ÜDM-nin üçdə birinə bərabərdir. Bundan başqa, ABŞ iqtisadiyyatın yeni tələblər strukturuna keçidi üzrə dünyəvi prosesə liderlik edir. Bu prosesdə impuls rolunu informasiya sferasının çox sürətli inkişafı oynayır. 1999-cu ilin əvvəlində Internetdən isti­fadə edən insanların sayı 70 milyon nəfər idi. Informasi­ya­nın əldə edilməsinə və ötü­rülməsinin həcminə və sürətinə qoyulan məhdudiyyətlər texno­loji baxımdan aradan qaldırılmış, bazar personal kompyuterlərlə zənginləşmişdir. Yeni kütləvi elektron qurğularına daha böyük tələbat yaranmışdır. Bunun­la əlaqədar olaraq, informasiyanın məzmun problemləri, əha­linin maarifçi, elmi və mədəni dəyərləri əldə etməklə bağlı hazırlıq səviyyəsi problemləri, informasiya təhlü­kə­sizliyi, intel­lektual mülkiyyətin əhəmiyyətinin dəyişilməsi, həyat tərzinin və əmək şərtlərinin, xarakterinin dəyişilməsi ilə bağlı problem­lər birinci plana keçdi.

  • Teqlər:
  • ABŞ iqtisadiyyatı

MƏQALƏLƏR

Rəsul Balayev: Rəqəmsal iqtisadi mühitdə təhlil və özünəməxsusluqların genenizi

  • 06.05.2021

İnformasiya cəmiyyətinin üstünlüklərinin və iqtisadiyyatın innovasiya potensialının reallaşdırılması rəqəmsal texnologiyaların geniş arealda və fəal tətbiqi sayəsində mümkün olur. Artıq rəqəmsal iqtisadiyyat anlayışı elmi publisistikadan elmi dövriyyəyə keçmiş və onun mahiyyətinin açıqlanmasına aşkar ehtiyac vardır. Rəqəmsal texnologiyaların sosial-iqtisadi münasibətlərə təsiri özünü kifayət qədər əyani surətdə göstərsə də, onların qiymətləndirilməsinin metodiki və informasiya problemləri, hələ ki, öz həllini gözləyir.
Rəqəmsal iqtisadiyyat anlayışına yanaşmaların müxtəlifliyi gözlənilən olsa da, onun meydana gəlməsindən keçən dövr ərzində həmin fərqlərin azalmaması arzuedilən deyildir. Son onilliklərdə elmi dövriyyəyə elmi publisistikadan daxil olan “anlayışların” artması da bu məsələdə az əhəmiyyət kəsb etmir. İnnovasiya iqtisadiyyatı, informasiya iqtisadiyyatı, yeni iqtisadiyyat, rəqəmsal iqtisadiyyat və bu kimi digər anlayışların bir çox hallarda eyni mənada işlənməsi də onların elmi dövriyyəyə təklif edilməsinə baxmayaraq, məhz elmi publisistikada populyarlaşdırılmasının nəticəsidir. Digər səbəb iqtisadiyyat anlayışının genişliyində, onun iqtisadi həyat kimi sinonimlərinin mövcudluğudur.

Niyə rəqəmsal iqtisadiyyat?
Rəqəmsal iqtisadiyyat anlayışının dəqiqləşdirilməsinə təcrübi yanaşmalara gəldikdə isə onları fərqləndirmək olar. Rəqəmsal iqtisadiyyat dar mənada qəbul edildikdə, yəni rəqəmsal texnologiyalara əsaslandıqda, o, yalnız elektron mal və xidmətləri (deyək ki, distant təhsil, teletəbabət, qlobal şəbəkələrdə göstərilən ənənəvi xidmətlər və s.) əhatə edir. Rəqəmsal iqtisadiyyat geniş mənada götürüldükdə rəqəm texnologiyalarının tətbiq edildiyi iqtisadi fəaliyyətləri əhatə edir. Bu halda rəqəmsal iqtisadiyyatı mövcud (hazırda mövcud iqtisadiyyatı ənənəvi, analoq, artım iqtisadiyyatı və s. adlandırırlar) iqtisadiyyatın informasiya-kommunikasiya texnologiyaları ilə əhatə olunan hissəsi kimi də təqdim edirlər. Formallaşan, yəni əhəmiyyətli dərəcədə məntiqi sxemlərə çevrilə bilən iqtisadi fəaliyyətlərin rəqəmsal iqtisadiyyata aid edilməsi cəhdləri də vardır və zənnimizcə, bununla yalnız bəzi qeyd-şərtlərlə razılaşmaq olar.
Qlobal şəbəkələrin bütün planeti əhatə etməsi, informasiyanın inkişafın əsas və məqbul şəraitdə tükənməyən resursuna çevrilməsi müasir dövrün reallığıdır. Rəqəmsal iqtisadiyyat və internet iqtisadiyyatının sinonim kimi işlədilməsi də təsadüfi deyildir. Məsələ ondadır ki, hər iki halda fəaliyyətin səmərəliliyi rəqəmsal (şəbəkə) texnologiyalarının malik olduğu üstünlükləri reallaşdırmaqla əldə edilir. Unutmaq olmaz ki, virtual iqtisadi mühitin mərkəzi məkanı olan, istehsalçı ilə istehlakçının qarşılaşdığı “virtual bazar” da şəbəkə imkanlarından yararlanmaqla fəaliyyət göstərir. Bu bazarda malın axtarışı və seçilməsi, alğı-satqı, ödəmələrin vaxtında həyata keçirilməsi, konyunkturun monitorinqi kompüter şəbəkələri vasitəsilə, süni intellekt elementlərindən istifadə edilməklə həyata keçirilir.
İnternetin ictimai həyatın bütün sahələrinə nüfuz etməsi təkcə onun faydalılığı ilə deyil, bu şəbəkədə insanlarda erkən yaş dövrlərində asılılıq yarada bilən üsul və vasitələrdən uzun müddət nəzarətsiz istifadə edilə bilməsi ilə əlaqədar olmuşdur. Əyləncə və biznes maraqlarını qorumaqla, istər-istəməz istehlakçı cəmiyyətə xas meyilləri təşviq edən informasiya rəngarəngliyinin şəxsi təması əvəzləməsi adi istifadəçilər üçün gözlənilməz olmuşdur. Haqqında danışılan informasiya kaleydeskopunun şəxsi təması birgəyaşayışın mənəvi əsasları üçün təhlükə yaradacaq həddə əvəzləməsi isə gələcəkdə arzuolunmaz meyillərə rəvac vermişdir.

Rəqəmsal iqtisadiyyatda təhlil
Rəqəmsal iqtisadiyyatın inkişafı əlverişli rəqəmsal mühitin yaradılmasını tələb edir. Həmin mühit isə digər fəaliyyət istiqamətləri ilə yanaşı, dövlət-özəl bölmə tərəfdaşlığının dəstəklənməsini, ümumiyyətlə, dövlət strukturları, əhali və biznes subyektləri arasında səmərəli münasibətlərin qurulmasını nəzərdə tutmalıdır. İqtisadi münasibətlər sisteminin digər sektorlarına nisbətən rəqəmsal iqtisadiyyatda dövlət amilinin xüsusilə vurğulanması təsadüfi deyildir. Məsələ ondadır ki, rəqəmsal texnologiyaların tətbiqi arealını genişləndirmək imkanlarını, inkişaf etmiş ölkələrin təcrübəsindən göründüyü kimi, məhz dövlətin fəal iştirakı ilə gerçəkləşdirmək mümkün olur.
Təşəkkül mərhələsində olan rəqəmsal iqtisadiyyatın mövcud vəziyyətinin təhlili üçün özünəməxsus metodiki baza formalaşır. Doğrudur, həmin bazanın formalaşması sürəti arzuolunan deyildir. Bunun ilkin səbəblərindən biri rəqəmsal iqtisadiyyatın nəzəri-metodoloji bazasının formalaşmasının praktikadan geri qalmasıdır. Digər səbəb müvafiq verilənlər bazasının ənənəvi iqtisadiyyatın ənənəvi sektorlarına dair verilənlər bazaları ilə birgəliyinin təmin edilməsindəki ləngimələrdir. Daha dəqiq desək, həmin birgəliyin təmin edilməsi üzrə işlərin sürəti, rəqəmsal texnologiyaların iqtisadiyyatın bu və ya digər ənənəvi sektoruna nüfuz etməsi tempindən geri qalır. Nəticədə rəqəmsal iqtisadiyyatın verilənlər bazasının iqtisadiyyatın ənənəvi sektorlarına dair verilənlər bazaları ilə birgəliyinin təmin edilməsi istiqamətində görülməli işlər tamamlana bilmir.
Rəqəmsal iqtisadiyyatın təhlili məqsədilə əksər hallarda dörd qiymətləndirmə meyarından istifadə edilir: məşğulluq, məkan, texnoloji, iqtisadi. Rəqəmsal iqtisadiyyatın səmərəliliyinin məşğulluq meyarı ilə qiymətləndirilməsinə əsaslanan yanaşmada rəqəmsal texnologiyaların məşğulluğun səviyyəsi və strukturuna təsiri araşdırılır. Məkan meyarı üzrə qiymətləndirmə konkret halda rəqəmsal iqtisadiyyatın ərazi (coğrafi) xarakteristikaları təhlilə cəlb edilməklə aparılır. Rəqəmsal iqtisadiyyatın təhlili məqsədi ilə istifadə edilən texnoloji meyar üzrə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovasiyaların geniş istifadəçi kütləsi üçün əlyetənliyi qiymətləndirilir. Rəqəmsal texnologiyaların inkişafının qiymətləndirilməsinin iqtisadi meyarına gəldikdə isə, bu halda səmərəlilik ilkin yanaşmada məsrəf-buraxılış modeli üzrə müəyyən edilə bilər.
Müvafiq elmi təminatın hazırki vəziyyətində rəqəmsal iqtisadiyyatın inkişafını kəmiyyətcə qiymətləndirmək üçün birmənalı qəbul edilən indikatorlar sistemi olmasa da, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən tövsiyə olunan indikatorlar sisteminin təcrübədə tətbiqi məqbul hesab edilir. Həmin indikatorlar aşağıdakı istiqamətləri xarakterizə edir: iqtisadiyyatın yüksək texnoloji sahələrinin inkişafı, onun emal sənayesi məhsulları və xidmətlərində xüsusi çəkisi; elmi işləmələrə, proqram təminatının yaradılmasına, təhsilə və əlavə yenidən hazırlığa investisiyalar; informasiya-kommunikasiya avadanlıqlarının işlənib hazırlanması və buraxılışı; elm və yüksək texnologiyalar sahəsində yeni iş yerlərinin yaradılması və i.a.
Rəqəmsal mühit məhsulun istehlak dəyərinin artması istiqamətində həyata keçirilən tədbirlərə məsrəfləri azaltdıqca istehlak modellərinin dayanıqlığı artır. Bu baxımdan müvafiq mənbələrdə göstərildiyi kimi, dördüncü sənaye inqilabı daha davamlı istehlak nümunələrinə keçməklə aşağı qiymətlərlə istehlakın daha dayanıqlı modellərinə keçidi təmin edir ki, bu da öz növbəsində daha məsuliyyətli istehlaka səbəb olur.
Rəqəmsal məhsullar və xidmətlər bazarında vəziyyətin təhlili əməyin xarakterində baş verən dəyişikliklərə adekvat terminoloji dəqiqləşdirmələr tələb edir. Bu baxımdan, rəqəmsal iqtisadiyyatda “informasiya əməyi” anlayışı dəqiqləşdirilməlidir. “İnformasiya əməyi”nin, böyük ehtimalla fiziki və zehni əməyin arasında yer alan anlayış olduğunu söyləmək olar. Onu da qeyd edək ki, məşğulluğun strukturunda “informasiya əməyinin” fiziki əməyi əvəzləməsi tempinin davamlı surətdə yüksəlməsi rəqəmsal iqtisadiyyatda xidmət sahəsinin xüsusi çəkisinin artmasının əsas səbəblərindən biridir.
Rəqəmsal potensialın reallaşdırılmasının texnoloji imkanlarının iqtisadi səmərəliliyin dinamikasına təsiri birmənalı qiymətləndirilə bilən amil deyildir. Bununla belə, dinamikanın vektorunun təyin edilməsi və dəyişikliklərin kəmiyyətcə qiymətləndirilməsi – həll perspektivləri tamamilə fərqli olan məsələlərdir. Belə ki, birinci halda dinamikanın müsbət olub-olmadığını müəyyən etmək mümkün olsa da, onun kəmiyyət ifadəsini müəyyən etmək, hələ ki, zəruri dəqiqiliklə mümkün deyildir. Bununla belə, məhz rəqəmsal potensialın qiymətləndirilməsi istiqamətindəki tədqiqatların intensivləşməsinə artan diqqət başa düşüləndir. Məsələ ondadır ki, iqtisadi fəaliyyətin təşkilinin səmərəliliyi, rentabelliyi və məhsulun bazar perspektivləri müəssisənin (şirkətin) rəqəmsal potensialından bilavasitə asılıdır. Get-gedə inkişafın rəqəmsal potensialının maliyyə resursları, xammal təchizatı, təsərrüfatçılıqda tərəf-müqabillərlə münasibətlər qədər vacib, bəzən isə onlardan üstün olduğu üzə çıxır.
Rəqəmsal iqtisadiyyatın reallaşmasının əhatə dairəsi görünməmiş sürətlə genişlənir və demək olar ki, iqtisadi fəaliyyətin bütün sahələrinə müxtəlif templərlə nüfuz edir. Bununla belə, gözlənildiyi kimi, artan sırada elektron biznes və internet bankçılıq inkişaf tempinə görə irəlidədir. Başqa sözlə, rəqəmsal iqtisadiyyatın reallaşdığı sahələr ildən-ilə artır və hazırda daha çox inkişaf edən sahələrə aşağıdakıları aid etmək olar: elektron biznes, internet bankçılıq, sosial sahələr, təhsil, telekommunikasiya, informasiya sistemləri, sənaye.
Rəqəmsal iqtisadiyyatın özünəməxsusluqlarının müəyyən edilməsi onun bu və ya digər məkan və zamanda start vəziyyətinin qiymətləndirilməsini, onu şərtləndirən amillərin səciyyələndirilməsini tələb edir. Doğrudur, rəqəmli iqtisadi fəaliyyətlərin yayılması və inkişafının sürəti həmin qiymətləndirmə proseslərinə çevik və eyni zamanda, kompleks yanaşma tələb edir. Əks halda informasiya axınlarının güclənməsi fonunda qarşıya çıxan çətinliklər daha çox qeyri-müəyyənlik yarada bilər.

(ardı var)

Rəsul Balayev,
iqtisad üzrə elmlər doktoru,
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Rəqəmsal texnologiyalar və tətbiqi
informatika” kafedrasının professoru

Comments are closed, but trackbacks and pingbacks are open.