Press "Enter" to skip to content

Təhsil Tələbə Kredit Fondu & Kimlərə Kredit Veriləcək? – 2023

“YAŞAT” Fonduna müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi qaydaları:

Şəhid ailələri və yaralılar yardım üçün “YAŞAT” Fonduna necə müraciət edə bilərlər?

Milli.Az Trend-ə istinadən bildirir ki, Şəhid ailələri və yaralılar elektron qaydada fonda müraciət edə biləcəklər.

“YAŞAT” Fonduna müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi qaydaları:

Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir.

Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.

Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Dövlət Agentliyinin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Dövlət Agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:

Bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;

müraciətin ilkin və ya təkrar olması;

müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;

himayəsində azyaşlı uşağın olması;

ailədə əmək qabiliyyətli şəxslərin sayı;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;

dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.

Müraciətlərə baxılma qaydası və dəstək göstərilməsi müddəti

Dövlət Agentliyi daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir.

Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı müraciət edən şəxsə bank vasitəsilə təqdim olunur.

Eyni müraciətlə bağlı Fondun vəsaiti hesabına və ya müvafiq dövlət orqanının (qurumunun) əvvəllər yardım etdiyi, habelə müraciətdə göstərilən dəstəyin verilməsi üçün Fondun balansında kifayət qədər vəsait olmadığı hallarda, müraciət edən şəxsin razılığı ilə alternativ maliyyələşdirmə üsulu tətbiq olunur. Alternativ maliyyələşdirmə üçün şəxsin müraciəti Fondun rəsmi internet səhifəsində yerləşdirilir və onun fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsinə imkan yaradılır.

Milli.Az

Təhsil Tələbə Kredit Fondu & Kimlərə Kredit Veriləcək? – 2023

Bildiyiniz kimi 17 İyunda ölkə başçısının fərmanı ilə Təhsil Tələbə Kredit Fondu yaradıldı. Bəs bu yeni fond tələbələrə nə vəd verir? Tələbə krediti kimlərə veriləcək? Tələbələr bu fonddan necə yararlana biləcəklər? Bu kimi suallar tələbələri ən çox maraqlandıran məqamlardandır. İndi isə bu kimi suallarınıza ətraflı cavab tapa biləcəksiniz.

Tələbə Krediti Nədir?

Əsasən ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kreditlər hər smestr üzrə veriləcəkdir. Elektron qaydada müraciət edə biləcəksiniz. Təhsil haqqını maddi cəhətdən ödəməkdə çətinlik çəkən tələbələr bu kreditlərdən yararlana biləcəklər. Kreditin 2 növü mövcuddur: sosial tələbə kredit növüstandart tələbə kredit növü. Fərqləri isə ondan ibarətdir ki, hər bir kredit növünün öz tələbə kateqoriyası vardır. Ünvanlı sosial yardım alan ailələrin üzvü olan və əlillik dərəcəsi olan tələbələr sosial tələbə kredit növünə aid olan kreditlərdən istifadə edə biləcəklər. Digər tələbələr isə standart tələbə kredit növündən yararlana biləcəklər. Bütün ali təhsil və orta ixtisas təhsil müəssisələrində əyani və ödənişli təhsil alan tələbələrin bu kredit növlərindən yararlanması nəzərdə tutulmuşdur.

Faizlər olacaqmı?

Faizlərin hesablanmasına aid qərarlar hələ qəbul edilməsədə, kiçik məbləğlər və güzəştlər nəzərdə tutulmuşdur. Standart tələbə kredit növündə əgər sizin smestr imtahanlarında ki ortalama qiymətinizin 91 baldan yuxarı olarsa faizlər hesablanmayacaqdır. Sosial tələbə kredit növündə isə bu bal 71 olaraq nəzərdə tutulmuşdur. Bütün smestrlər üzrə isə sosialda 50% güzəşt , standartda isə 25% güzəşt nəzərdə tutlmuşdur. Əgər sizin akademik borcunuz varsa sizə kredit verilməyəcəkdir.

Krediti almaq üçün nə edilməlidir?

Kreditdən yararlanmaq üçün bəzi qaydalar müəyyən edilmişdir:

  • Əgər sizin yaşınız 18dən aşağıdırsa, siz valideynlərinizlə notariusa gedib kreditdən yararlanmaq üçün valideynlərinizin icazəsini almalısınız.
  • Banklara müraciət etməklə siz bu kreditdən yararlanmaq üçün banklara razılıq verməlisiniz ki , sizin fərdi məlumatlarınıza baxilsın.
  • Gələcəkdə işlədiyiniz zaman isə aylıq gəlirinizdən 20% ödəməklə krediti ödəməlisiniz.

Sizi maraqlandıra biləcək bəzi suallara cavab:

  1. Krediti nə vaxtdan ala bilərəm? Yeni tədris ilindən sentyabr ayından etibarən bu kreditlərdən yararlana bilərsiniz. Universitetlər başlayandan 4 gün sonra elektron qaydada müraciət edə bilərsiniz.
  2. Qəbul imtahanlarında yüksək bal toplamalıyam? Bəli, bu kreditlərin verilməsində ilkin şərt hesab olunur.
  3. Banklarda kredit məbləği mənə veriləcək? Xeyr, bank tərəfindən birbaşa ali təhsil müəssisəsinə ödəniləcək.
  4. Məbləğ bir dəfəlik ödəniləcək? Xeyr, məbləğ hər tədris ili üzrə ödəniləcək
  5. Özəl universitetlərdə təhsil alan tələbələrədə kredit veriləcək? Bəli, istər dövlət, istərsədə özəl universitetlərdə də təhsil alan tələbələr kredit növlərindən yararlana biləcəklər.
  6. Kreditə necə və haradan müraciət etməliyəm? Təhsil Nazirliyinin rəsmi saytında https://edu.gov.az/ Menyu bölməsinə daxil olub, Ali Təhsil kateqoriyasını seçməklə Tələbə Kredit Fondundan müraciət edə bilərsiniz.

Və son olaraq qeyd etmək istəyirəmki, siz universiteti bitirdikdən sonra 2 il müddət ərzində sizdən heçbir ödəniş tələb olunmur. 10 il sizə müddət verilir və bu müddət ərzində kiçik ödənişlərlə kredit borcunuzu qaytara bilərsiniz. Təhsil yolunuzda uğurlar!

Comments are closed, but trackbacks and pingbacks are open.