Hisse 01 uz qabigi
Ensiklopediya xarakteri daşıyan kitabın tərtibi zamanı toplanmış biliklərin sistemləşdirilməsinə
Rezo əliyev
2018-06-27 11:12:00
Almaniyada çalışan azərbaycanlı alim AzEdu.az-a danışdı: Xaricdə təhsilin səmərəsi, çətinlikləri və tövsiyələr
DOSYE: Doktor Rezo Əliyev 1968-ci ildə anadan olub. 1985-ci ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna (indiki ATU) eksperiment yolu ilə (yalnız iki imtahan verməklə) qəbul edilib, 1992-ci ildə məzun olub və elə həmin institutda da tədqiqatçı kimi əmək fəaliyyətinə başlayıb. Gənc tədqiqatçı 1995-ci ildə Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən layiq görüldüyü təqaüdə əsasən Frayberq Texniki Universitetinə ezam olunur. 1995-1997-ci illərdə bu universitetdə müxtəlif elmi tədqiqat layihələrində iştirak edir. 1997-ci ildə həmin universitetin doktoranturasına qəbul olunur. Maşınqayırmada yüksək texnologiyaların tətbiqinə dair yazdığı dissertasiyanı 5 yanvar 2001-ci il tarixində müdafiə edir və Almaniyada ilk azərbaycanlı olaraq, doktor-mühəndis elmi dərəcəsinə yiyələnir. Rezo Əliyev hazırda maşınqayırmada yüksək texnologiyalar sahəsində məşğul olduğu problemlər üzrə 60-dan çox elmi məqalənin və ondan çox patentin müəllifidir. Tərcümeyi halı 2007-ci ildə ABŞ-da çap olunmuş “Who’s Who in Science and Engineering 2008-2009“ kitabına daxil edilib. Alim 2001-ci ildən, avtomobillər üçün metal prototiplərin hazırlanması sahəsində dünyada aparıcı müəssisə sayılan, “3D Çapetmə” texnologiyasının tətbiqçisi olan ACTech GmbH firmasında çalışır. Əsas fəaliyyət sahəsinə firmadaxili yeni texnoloji proseslərin işlənməsi və tətbiqi ilə bərabər, müəssisə ilə elmi-tədqiqat institutları arasında aparılan elmi işləri və həmçinin müəssisənin patent işlərini koordinasiya etmək də aiddir. Rezo Əliyevin Azərbaycan ali məktəbləri ilə də sıx əlaqələri var. Məhz onun sayəsində maşınqayırmada mütərəqqi texnologiyalar və elmi metodlara dair dərslik və kitablar Azərbaycan dilində çap edilərək, Azərbaycan Texniki Universiteti və ADNSU-da təhsil alan tələblər üçün əlçatan olub. Alim Azərbaycanda keçirilən bir sıra elmi-texniki konfranslarda məruzələrlə çıxışlar edib. AzEdu.az adıçəkilən alimlə azərbaycanlı tələbələrin xarici ölkələrdə, xüsusən də Almaniyada necə təhsil almaları, həmçinin, oradakı universitetlərdə necə oxuya bilmələri və s. haqqında danışıb. „Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra gənclərin qarşısında təhsillərini xaricdə təkmilləşdirmək üçün geniş imkanlar açıldı. 1990-cı illərdə bu imkanlardan istifadə edənlərin sayı minimal olsa da, ölkədə artan maddi rifahın hesabına 2000-ci illərin əvvəlindən başlayaraq, təhsillərini xaricdə davam etdirməyə gedən gənclərin sayı sürətlə artmağa başladı. Bu yolda Alman Akademik Xidmətinin və onlarla birlikdə həyata keçirilən dövlət proqramının rolunu xüsusi qeyd etmək yerinə düşərdi. Ümumilikdə, xaricdə təhsil təkcə zəif təhsilə malik olan ölkələrdən inkişaf etmiş ölkələrə yox, həmçinin, əks istiqamətdə də baş verir. Bəs, xaricdə təhsilin üstünlükləri nədən ibarətdir? Rezo Əliyev bu barədə də ətraflı danışıb: “Avropada mütəxəssislərin həm ixtisas cəhətdən, həm də insani keyfiyyətlərini yüksəltmək baxımından, tələbələrin xaricdə qısa və ya uzunmüddətli təhsil almaları dövlətlər səviyyəsində dəstəklənən bir məsələdir. Bu baxımdan AB fəaliyyət göstərən proqramlar, əsasən də birbaşa bu məqsədə xidmət edən ERASMUS təhsil proqramının imkanlarından yararlanan tələbələr öz vətənlərini bir müddətə tərk edib, başqa mədəniyyət və təhsil səviyyəsinə malik olan ali məktəblərə üz tuturlar. Xaricdə təhsil ilk növbədə mütəxəssislərdə mədəniyyətlərarası kompetensiyaların və müstəqilliyin inkişafına önəmli dəstək olur. Başqa ölkənin vətəndaşları ilə ünsiyyətdə olmaq, onların dilini, mədəniyyətini və iş vərdişlərinə yiyələnmək gənclərə qloballaşan dünyada öz layiqli yerini tutmaqda peşə biliyi ilə bərabər, lazımlı olan ən dəyərli keyfiyyətlərdir. Xaricdə təhsil alan tələbələr qarşıya çıxan problemləri sərbəst həll etmək məcburiyyətində qaldıqlarından, onlarda xüsusi təşkilatçılıq və məsələləri sərbəst həll etmək qabiliyyətləri formalaşır. Xarici dildə elmi ədəbiyyatları oxuyub başa düşmək və məsələlərin həllində effektiv tətbiq etmək vərdişlərinə evdə təhsil almaqla yiyələnmək mümkün deyil. Xaricdə təhsilin ən üstün cəhətlərindən biri də tədris metodikasının fərqli olmasından ibarətdir. İnkişaf və tətbiq dərəcəsindən asılı olaraq ölkələr elmi biliklərin tələbələrə aşılanması və əldə olunan vərdişlərin praktiki tətbiqinə fərqli yanaşırlar. Eyni təhsil sisteminə malik olan iki ölkəni tapmaq çətindir. Çünki, ümumi təhsil strategiyası eyni olsa da, ölkələrdə bu strategiyaların tətbiqinə yanaşma müxtəlif səpkidə baş verir. Bu Boloniya prosesinin müddəalarını həyata keçirməyi üzərinə götürmüş ölkələrdə mövcud olan tədrisin səviyyəsində özünü aydın göstərir. Xaricdə təhsil almış mütəxəssislər bir üstünlüyə də malikdirlər ki, onlar təhsil müddətində yaşadıqları ölkədəki qurumlar ilə özləri və vətənləri üçün faydalı əlaqələr yaratmaq imkanına malikdirlər. Qeyd olunan bu üstünlüklərin əldə olunması üçün Almaniyaya təhsilə gəlməklə bizim gənclər öz potensiallarını artırmaq üçün əlverişli şərait əldə etmiş olurlar. Bundan əlavə Almaniya ali məktəblərində təhsil xərcinin çox kiçik həddə olması müxtəlif maliyyə imkanlarına malik olanlar üçün də gözəl fürsət yaradır”. “Almaniyada təhsilə getmək istəyənlər nəyi nəzərə almalıdırlar?” sualına doktor maraqlı cavablar verir: “Xaricə təhsilə getmək maddi imkandan əlavə, gənclərdən doğma ailələrini tərk edib, qərib məmləkətdə qarşıya çıxa biləcək problemlərdən qorxmayaraq, uzaq yola çıxmağa cəsarət tələb edir. Göründüyü kimi, yeniyetmələr üçün belə bir qərarın qəbulu elə də asan olmur. Ona görə də xaricdə oxumaq qərarını vermiş gənclər mütləq bu uzaq və məsuliyyətli yola yaxşı hazırlaşmalıdırlar. Almaniyanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında keçirilən kiçik bir sorğu göstərir ki, buraya gələn gənclər tədrisə alışma prosesində əsasən dil amilini önə çəkirlər. Azərbaycanda dil kurslarına gedib sertifikata yiyələnməklə işi bitmiş hesab edənlər üçün Almaniyada təhsilə başlamaq müəyyən çətinliklərlə müşaiyət olunur. Təcrübələr göstərir ki, dil kurslarında aşılanan dil bilikləri təhsil üçün yalnız baza sayıla bilər. Bir çoxları danışma qabiliyyətini ali məktəbdə tədrisə başlayanda təkmilləşdirməyi, oxuya-oxuya öyrənməyi asan sanırlar. Əlbəttə, bu dili inkişaf etdirməyin bir yoludur. Təsəvvür etmək çətin deyil ki, təhsilə başlandığı anda mühazirə və praktiki dərslərdə verilən məlumatların vaxtında və düzgün başa düşülməməsi tələbənin digərlərindən geri qalmasına gətirib çıxarır. Bir çox hallarda yeni dilə alışmaq üçün bütöv bir semestr vaxtın itirilməsi qaçılmaz olur. Buna görə də xaricdə təhsilə hazırlaşma prosesində dilə xüsusi önəm vermək lazımdır. Seçilmiş ixtisasa uyğun kitablara öncədən nəzər salmaqla müəyyən terminologiya bazasının yaradılmasına çalışmaq lazımdır. Təhsili ingilis dilində başlamaq və ya davam etdirmək istəyəndə dil məsələsi xüsusi diqqət tələb edir. Tədris ingilis dilində olsa da universitetdən kənarda gündəlik ünsiyyətlə bağlı alman dilinə olan ehtiyacı ödəmək üçün tələbələrin ümumi danışıq dilini bilmələri tövsiyyə olunur. O da məlumdur ki, tədris prosesində praktika yerlərinin tapılmasında əsas üstünlük alman dilinə verildiyindən ingils dilində təhsil alan tələbələrin qarşısına müəyyən problemlər çıxır. İngilis dilində praktika təklif edən müəssisələrin sayı çox azdır. Bu baxımdan ingilis dilində tədris almaq istəyənlərin üzərinə iki qat yük düşür. Digər tərəfdən əlavə olaraq alman dilinin öyrənilməsi onların gələcək karyeralarında müsbət rol oynaya bilər”. Rezo müəllim Almaniyada faydalı təhsilin əsas kriteriyalarından biri kimi lazımı bilik səviyyəsinin, normal dünyagörüşü göstəricilərinin vacibliyini qeyd edir. Onun sözlərinə görə, xüsusən də Almaniyada magistratura pilləsində oxuyanlar üçün bu amil son dərəcə önəmlidir: “İkinci amil kimi tələbələr bilik bazasını qeyd edirlər. Bu məsələdə iki məqamı fərqləndirmək lazımdır: seçilmiş peşə üzrə biliklər və bu biliklərlə davranmağın elmi metodları. Lazım olan bilik bazası Almaniyada magistr pilləsində oxuyanlar üçün bakalavr pilləsində oxuyanlara nisbətən daha önəmlidir. Başlıca problem ondan ibarətdir ki, Azərbaycanda və xaricdə bakalavr pilləsində keçilən fənlərin adları üst-üstə düşsə də onlar tərkibcə kəskin fərqlənə bilərlər. Almaniyada ali təhsil pilləsində dərslər çox çevik tərtib olunur. Biliklərin dərs prosesində tələbələrə çatdırılması metodu və tələbələrin bu bilikləri mənimsəmələrinin yoxlanması kriteriyaları Azərbaycanda mövcud olan praktikadan fərqlənir. Hər hansı bir mövzunu əzbərləyib müəllimə danışmaqla burada qiymət almaq şansı demək olar ki yoxdur. Hər bir sahədə, əsasən də texniki elmlərdə tədrisin böyük hissəsini praktiki məşğələlər təşkil edir. Bu yolla tələbələrin söhbət gedən mövzunu yaxşı başa düşməsi və yadda saxlaması üçün əlverişli zəmin yaranır. Tələbələrin mövzuları sərbəst işləmələri onların fərdi qabiliyyətlərini inkişaf etdirir. Belə baxanda bu vərdişlərin kökü hələ orta təhsildə qoyulur. Verilmiş mövzu ətrafında alman ədəbiyyatlarından biliklərin toplanması, strukturlaşdırılması və prezentasiyasına uşaqlıqdan alışmış alman tələbələri əlbəttə müəyyən üstünlüklərə malik olurlar. Qeyd olunan sonuncu çətinlik Azərbaycan təhsilində elmi metdoların nisbətən aşağı səviyyədə öyrədilməsi ilə bağlıdır. Buna görə də Almaniyada təhsilə gəlməyə hazırlaşan gənclərin bu sahədə mövcud ədəbiyyatlara nəzər salmaları məsləhət görülür (Tövsiyyə olunan ədəbiyyat: Əliyev, R. Elmi işlərin yerinə yetirilməsi metodikası. Baku, Alatoran yayinlari, 2016, 168 S.). R.Əliyev Almaniyada uğurlu təhsilə başlamaq üçün bir neçə tövsiyəni də oxuculardan əsirgəmir: “Almaniyada uğurlu təhsilə başlamaq üçün gənclərin seçdikləri ixtisasda öyrənilən fənlərin modullarına baş vurmaları və imkan daxilində bu ixtisasa hazırlıqlarını qiymətləndirməyə cəhd etməlidirlər. Almaniyada universitetlərin sərbəst fəaliyyət göstərmələri, onların tədris proqramları arasında da özünü göstərir. Yəni ali məktəb seçimində onun hansı şəhərdə yerləşməsi və prestijindən öncə təklif etdiyi ixtisas proqramlarını öyrənmək və yalnız uyğun gələn ali məktəbləri seçmək məqsədəuyğundur. Almaniyada xarici tələbələr arasında keçirilən bir sorğunun nəticəsini də nəzərinizə çatdırmaq istərdim. Xarici tələbələr bir başa tədrislə bağlı çətinliklərlə bərabər yaşamağa otağın tapılmasını da xüsusi qeyd edirlər. Böyük şəhərlərdə sərfəli otağın tapıla bilməsi çox vaxt tələbənin həmin şəhərdə təhsil alması üçün həll edici rol oynaya bilər. Ona görə də universitet seçimində təhsil müddətində qalmağa yer haqqında da öncədən düşünmək pis olmazdı. Bu haqqda həmin şəhərlərdə yaşayan azərbaycanlı tələbələrdən sosial şəbəkələr üzərindən əlaqə saxlamalqa məlumat almaq olar. Almaniya gəlmək istəyən tələbələr bir başa Almaniyada fəaliyyət göstərən “Azərbaycanlı tələbələr və elmi işçilər” birliyinə müraciət etməklə də bu və ya digər məsələlərlə bağlı qısa zamanda dolğun cavablar ala bilərlər.
Hisse 01 uz qabigi
ölçülərinin verildiyi beynəlxalq standartlar ədəbiyyat siyahısında göstərilmişdir.
Kitab maşınqayırma ixtisasları üzrə təhsil alan tələbələr, bu sahədə çalışan
mühəndislər və həmçinin bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Kitabın çapında göstərdiyi maliyyə yardımına görə müəllif
AzTU-nun maşınqayırma fakültəsinin məzunu
cənab Sərxan Hüseynova öz dərin minnətdarlığını bildirir
Rezo Əliyev, 2012
Bakı «APOSTROFF», 2012
“Maşınqayırma leksikonu” kitabının I hissəsinin davamı olaraq çap olunan bu kitab əlifba sırası
ilə tərtib olunmuş məlumatları əhatə edir. Maşınqayırma sahəsi üzrə təhsil alan tələbələrin
aidiyyatı olan elmi sahələr haqqında biliklərini zənginləşdirmək məqsədilə bütün ixtisas fənlərinə
toxunan anlayışların bir kitabda toplanması zərurəti müəllifin kitabın tərtibi üzrə gördüyü işlərin
əsas mahiyyətini təşkil etmişdir. İstər maşınqayırma, istərsə də onunla əlaqədə olan elm
sahələrində son illərdə əldə olunmuş nailliyyətlər kitabda öz əksini tapmışdır. Belə ki, azərbaycanlı
gənclərə nəinki təkcə Avropa ali texniki məktəblərində maşınqayırma ixtisasları üzrə təhsildə
aşılanan biliklər, həmçinin bu sahədə fəaliyyət göstərən böyük müəssisələrin istehsal proseslərində
tətbiq tapmış mütərəqqi texnologiyalar və konstruksiyalar haqqında əsas məlumatlar da əlçatan
Kompyuter texnologiyasının maşın istehsalı prosesinə getdikcə daha çox müdaxilə etməsi
kağızsız texnologiyaların inkişafı ilə bərabər, insan əməyinin yüngülləşdirilməsinə və
məhsuldarlığın artırılmasına xidmət edən avtomatlaşdırılmış avadanlıqların və texnologiyaların
tətbiqinə imkan yaratmışdır. Nəticədə CAx adı altında birləşmiş kompyuterləşmiş istehsal
texnologiyaların yaranmasına və praktikada tətbiqinə yol açılmışdır. Bu sahədə mövcud
ədəbiyyatlar əsasında toplanmış anlayışların bu kitaba daxil edilməsi ilə müəllif onun daha da
dolğun olmasına cəhd etmişdir.
Ensiklopediya xarakteri daşıyan kitabın tərtibi zamanı toplanmış biliklərin sistemləşdirilməsinə
böyük əhəmiyyət verilmişdir. Anlayışlar müəyyən mətnlərlə izah olunmaqla bərabər, hesabat
sxemləri, diaqramlar, cizgi və şəkillərlə də zənginləşdirilmişdir.
Əsasən Avropada çap olunmuş elmi işlərə söykənən bu kitabın hazırlanmasında Azərbaycan
texniki ali məktəblərinin maşınqayırma üzrə tədris proqramları, dərsliklər, standartlar, texnoloji
normativlər və bu kimi mənbələr də nəzərə alınmışdır. Bununla kitabdakı məlumatlara hər iki
tərəfin malik olduqları biliklərin sintezi kimi də baxmaq olar.
Rezo Əliyev
Rezo Rəhim oğlu Əliyev — Almaniyada qazanılmış texnika üzrə “Doktor-mühəndis” elmi dərəcəli, azərbaycan əsilli alman mühəndisi.
Həyatı və elmi fəaliyyəti
Rezo Əliyev 20 aprel 1968-ci ildə Gürcüstanda anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna eksperiment yolu ilə (yalnız iki imtahan verməklə) daxil olaraq tələbə adını qazanır. 1992-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirir və fərqlənən məzunlar arasından seçilərək həmin ali məktəbdə gənc tədqiqatçı kimi işlə təmin olunur. 1992-1995-ci illərdə AzTU-da professorHəsən Hüseynovun rəhbərliyi altında elmi-tədqiqat işi ilə məşğul olur. Bu dövrdə maşınqayırma sahəsində aparıcı elmi jurnallarda bir çox elmi məqalələrlə çıxış edir.
Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən layiq görüldüyü stipendiyaya əsasən 1995-ci ildə Frayberq Texniki Universitetinə ezam olunur.1995-1997-ci illərdə bu universitetdə müxtəlif elmi tədqiqat layihələrində iştirak edir. Frayberq Texniki Universitetinin maşınqayırma fakültəsinin elmi şurasının qərarı ilə 1997-ci ildə həmin universitetdə doktoranturayaqəbul olunur. Maşınqayırmada yüksək texnologiyalar sahəsində yazdığı dissertasiyanı 5 yanvar 2001-ci il tarixində müdafiə edərək, Almaniya Federativ Respublikasında ilk azərbaycanlı olaraq “Doktor-mühəndis” elmi dərəcəsinə yiyələnir. Maşınqayırmada yüksək texnologiyalar sahəsində məşğul olduğu problemlər üzrə 60-dan çox elmi məqalənin və ondan çox patentin müəllifidir. Elmi fəaliyyətinə dair biblioqrafiya vikikitabda yerləşdirilmişdir. Tərcümeyi halı və elmi fəaliyyət sahəsi haqqında məlumatlar 2007-ci ildə ABŞ-da çap olunmuş “Who’s Who in Science and Engineering 2008-2009“ kitabına daxil edilib.
2001-ci ildə Rezo Əliyev avtomobil sənayesi üçün metal prototiplərin hazırlanması sahəsində dünyada aparıcı müəssisə sayılan, “3D Çapetmə” texnologiyasının tətbiqçisi olan ACTech GmbH firmasına işə dəvət olunur. Burada o, alman həmkarları ilə birgə Frayberq Texniki Universitetində çalışdığı dövrdə yeni işlədiyi və patentləşdirilən frezləmə texnoliogiyasının bazasında yeni istehsal sahəsibnin yaradılması ilə məşğul olur. Həmin ildə təməli qoyulan qəliblərin frezlənməsi şöbəsində effektiv hazırlama üsulunun tətbiqi ili indiyə qədər minlərcə avtomobil hissələri hazırlanmışdır. Rezo Əliyevin davamlı apardığı elmi-tədqiqat işləri şöbədə tətbiq olunan frezləmə texnologiyasının digər üsullarla rəqabətə davamlılığını artırmışdır.
Onun əsas fəaliyyət sahəsinə firmadaxili yeni texnoloji proseslərin işlənməsi və tətbiqi ilə bərabər, müəssisə ilə elmi-tədqiqat institutları arasında aparılan elmi işləri və həmçinin müəssisənin patent işlərini koordinasiya etmək də aiddir. Son illər Almaniyada istehsal proseslərinin uğur açarı sayılan “3D Çapetmə” texnologiyası ilə bağlı görülən elmi işlərin koordinasiyası, firmanı uyğun elmi konfranslarda və peşəkar görüşlərdə təmsil etmək Rezo Əliyevə tapşırılıb.
Rezo Əliyevin eyni zamanda Azərbaycan ali məktəbləri ilə də sıx əlaqələri var. AzTU və ADNSU ilə olan sıx əməkdaşlıq sayəsində elmi biliklərin və təcrübələrin mübadiləsi, maşınqayırma sahəsində mütərəqqi texnologiyaların və elmi metodların kitablar şəklində Azərbaycanda çap edilməsi və bunun bu sahələrdə təhsil alan tələblər üçün əlçatan edilməsi baş tutmuşdur. Azərbaycanda keçirilən bir sıra elmi-texniki konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Həm Almaniyada, həm də Azərbaycanda təhsil alan tələbələrlə sıx əlaqəyə malikdir.
Elmi-yaradıcılıq işləri
Seçilmiş elmi məqalələri
Pedaqoji fəaliyyəti
Rezo Əliyev 1992-95-ci illərdə AzTU-da çalışdığı zaman “Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə sistemləri” fənnindən mühazirə və məşğələ dərslərinin təşkili və keçirilməsini icra edib. Frayberq Texniki Universitetində 1995-2001-ci illərdə “Maşınqayırma texnologiyası” və “Maşınqayırmada CAD” fənnləri üçün metodiki göstərişlərin hazırlanması və bu fənlər üzrə məşğələ dərslərinin keçirilməsində iştirak edərək, layihə və diplom işlərinə rəhbərlik edib.
Vikipediyada fəaliyyəti
Rezo Əliyev 11 iyul 2007-ci ildən Azərbaycanca Vikipediyada Rezo adı ilə aktiv fəaliyyət göstərir. Vikipediyada indiyə qədər 500-dən çox texniki yönümlü irihəcmli məqalələrin yaradılması və təkmilləşdirilməsi ilə məşğul olmuşdur. Azərbaycan dilində qarşılığı olmayan bir neçə yeni texniki terminin azərbaycan dili leksikonuna daxil etmiş və bu haqqda vikipediyada məqalələr yaratmışdır.
İctimai fəaliyyəti
Almaniyada çalışdığı müddətdə alman təhsil sistemində sezdiyi fərqlər, orada tətbiq olunan və Azərbaycan tələbələri üçün faydalı olan metod və vərdişlər haqqında vaxtaşarı Azərbaycan mediasında məqalələrlə çıxış etmişdir.Bu yolla təkmil təhsil sistemləri haqqındakı biliklərin Azərbaycana transfer edilməsinə öz töhfəsini vermişdir.
Son 25 ildə o, Almaniyada azərbaycanlı diaspor qurumlarının yaranması, formalaşması və fəaliyyəti haqqında öz müşahidələrini şəxsi bloqunda oxucularla bölüşür.Rezo Əliyev Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə aktiv əlaqəyə malikdir. Bu qarşılıqlı münasibətin bəhrəsi kimi 2007-ci ildə “Almaniyada təhsil alan tələbələr və elmi işçilər birliyi” təsis olunub və Frayberq şəhərinin məhkəməsində qeydiyyatdan keçmişdir. Rezo Əliyevin diaspora fəaliyyəti son illər bu birliyin təşkil etdiyi tədbirlər çərçivəsində özünə yer alır. “Almaniyada Təhsil Alan Tələbələr və Elmi İşçilər Birliyi” hal-hazırda Almaniyada aktiv fəaliyyət göstərən və yüzlərlə azərbaycanlı gənci müəyyən bir məqsəd ətrafında birləşdirən və vaxtaşırı Almaniyanın müxtəlif şəhərlərində tədbirlər keçirən yeganə tələbə təşkilatıdır.
Almaniyada yaşadığı müddətdə onlarca azərbaycanlı tələbə, elmi işçi və universitet müəllimlərinin Almaniya ali məktəblərində qısa və uzun müddətli elmi staj keçmələrinə yardım etdmişdir. Bu işlərin sayəsində bir neçə aərbaycanlı gəncin Almaniyada magistraturada və doktoranturada təhsili baş tutmuşdur. Eyni zamanda o, təmasda olduğu alman ali məktəb işçilərinin də Azərbaycana səfərləinin və bu görüşlərin faydalı təşkilində iştirak etmişdir. Dəfələrlə alman professorlarının Azərbaycanda keçirilən elmi konfransalrda iştirak və çıxış etməsini təşkil etmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.