Qanda şəkəri necə salaq
Səhər yeməyindən əvvəl şəkərin səviyyəsi həm kişilərdə həm də qadınlarda 3.3-5.5 mmol / l olması normaldır. Yeməkdən 10-15 dəqiqə sonra qan şəkəri yüksəlir, 1 saat ərzində maksimuma çatır və bir neçə saatdan sonra normaya düşür. Gələcəkdə şəkərli diabet və mədəaltı xəstəliklərini müalicə etməmək üçün gün ərzində məqbul miqdarda şirniyyat istehlak edilməlidir.
“Necə gizlədə bilib, hələ də şokdayam” – Xoşqədəm Hidayətqızı
“Artıq bu şəhərdə sevdiklərimdən biri əskikdir. O sənsən, Ellada”.
Day.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu gün xərçəngdən vəfat edən jurnalist Ellada Mustafayeva haqda paylaşıb. Aparıcı kədərini bu sözlərlə dilə gətirib:
“Onunla yollarımız “Xəzər”də kəsişdi, elə orada da ayrıldı. Amma dostluğumuz davam etdi. Ən yaxın sirdaşım, məsləhət verənim, uğuruma sevinib, uğursuzluğuma kədərlənənim. Özümü bu qədər yalnız hiss etməmişdim, onun ölümü mənə çox pis təsir göstərdi. Axı 35 nə yaşdı ki? İstedadlı, işini sevən, ədalətli və dürüst insan! Atamın xəstəliyini bilib, çox məyus olmuşdu. Öz xəstəliyindən isə kəlimə belə kəsməyib. Necə gizlədə bilib, hələ də şokdayam. Daim üzü gülən, mənə edilən haqsızlığa kədərlənsə də, onu büruzə verməyən, səbirli olmağı məsləhət görən Elladam, sənin çox darıxacağam. Məsləhətlərini, tənqidini, uğuruma sevinib, həyəcanlanmağını. İşıqlı, nur üzlü Elladam, məkanın cənnət olsun”.
Qanda şəkəri necə salaq?
Ağız boşluğunda quruluq, susuzluq, artan iştah, həddindən artıq idrara çıxma, dəridə qaşınmalar, yaraların geç sağalması, yorğunluğun artması, zəif görmə – bu simptomlar qanda qlükoza səviyyəsinin artdığını göstərir.
Ev şəraitində şəkəri neçə aşağı salmağın yollarını bilməklə, siz qanda şəkərin səviyyəsini, mədəaltı vəzinin ifraz etdiyi insulinin normasını nəzarətdə saxlaya bilərsiniz.
Diabetin növləri: 1-ci tip və 2-ci tip şəkərli diabet.
1-ci tip – şəkərli diabet zamanı karbohidratlı qida qəbulundan sonra, qanda şəkərin səviyyəsi qalxır və orqanizmin qidanı mənimsəməsi üçün, orqanizm insulin qəbuluna ehtiyac duyur.
2-ci tip – şəkərli diabetdə orqanizmin əzələləri insulin qəbuluna həssaslığı çox aşağı olur. Bu tip xəstəlik növü irsi ötürülə bilir.
Onun inkişafı bədən çəkisinin artırılması, uzun müddətli stres, steroid hormonlarının qəbulu, viruslu infeksiyalar zamanı baş verir. Diabet xəstəsi həkim nəzarəti altında müalicə edilməlidir, əks halda qan damarlarına, böyrəklərə, görmə və sinir sisteminin funksiyalarına zərər yetirilə bilər.
Səhər yeməyindən əvvəl şəkərin səviyyəsi həm kişilərdə həm də qadınlarda 3.3-5.5 mmol / l olması normaldır. Yeməkdən 10-15 dəqiqə sonra qan şəkəri yüksəlir, 1 saat ərzində maksimuma çatır və bir neçə saatdan sonra normaya düşür. Gələcəkdə şəkərli diabet və mədəaltı xəstəliklərini müalicə etməmək üçün gün ərzində məqbul miqdarda şirniyyat istehlak edilməlidir.
Həkimlər sağlam gənclərin gündə 80 qram şəkər qəbul etmələrini məsləhət görürlər. Bir çay qaşığı 7 qr şəkər tozu tuta bilir, buna görə çay və ya qəhvədə istifadə olunan şəkərin normanın üstündəki şirinliyini hesablamaq heçdə çətin deyil. Bədənin vitaminlər, minerallar qəbul etməsi üçün şirniyyatların istehlakını məhdudlaşdıran və eyni zamanda pəhrizli şirin təbii məhsullardan istifadə edə bilərsiniz: ərik, üzüm, xurma, alma, armud, gavalı qurusu, yerkökü, bal rasionunuza daxil edin.
Sağlam olun!
Comments are closed, but trackbacks and pingbacks are open.