Press "Enter" to skip to content

Onlayn riyaziyyat

Dərslər Whatsapp və ya Microsoft Team’s proqramında, həftədə 2 dəfə, 1 saat keçirilir. 5,6,7,8 ci siniflər

Riyaziyyat

Riyaziyyat — real həyatın miqdar və fəza münasibətlərinə dair məsələlərin həllinin bu obyektlərin xassələrini zərurət üzündən ideallaşdırma yolu ilə tapılmasına əsaslanan elm, təbiət elmlərinin bazisi.

Əsas məlumatlar

Adətən tədqiq olunan obyekt və proseslərin ideallaşdırılmış xüsusiyyətləri aksiomlar şəklində formalaşdırılır. Bundan sonra isə bu aksiomlar əsasında dəqiq yollarla digər məntiqi cəhətcə doğru xassələr (teoremlər) əldə edilir. Bu nəzəriyyə ümumilikdə tədqiq olunan obyektin riyazi modelini əmələ gətirir.

Riyaziyyatda ilkin fəza və miqdar münasibətlərindən çıxış edərək daha abstrakt münasibətlər alınır ki, bu da müasir riyaziyyatın predmetidir.

Ənənəvi olaraq riyaziyyat 2 hissəyə – nəzəri və tətbiqi riyaziyyata bölünür. Nəzəri riyaziyyat riyaziyyatın strukturu daxilində ciddi analiz aparılmasını həyata keçirir. Tətbiqi riyaziyyat isə riyaziyyatla əlaqəli digər elm və mühəndis sahələri üçün öz modellərini təqdim edir.

Riyaziyyatın sahələri

Riyaziyyat elmi aşağıdakı sahələrə bölünür:

  • Riyazi analiz
  • Diferensial tənliklər
  • Riyazi fizika
  • Həndəsə və topologiya
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • Riyazi məntiq, cəbr və ədədlər nəzəriyyəsi
  • Tətbiqi riyaziyyat
  • Diskret riyaziyyat və riyazi kibernetika

Orta məktəblərdə əsasən elementar riyaziyyat öyrədilir. Onun tərkibinə aşağıdakılar daxildir:

  • hesab
  • elementar cəbr
  • elementar həndəsə: planimetriya və stereometriya
  • elementar funksiyalar nəzəriyyəsi və analizin elementləri.

Ali məktəblərdə ixtisasdan asılı olaraq aşağıdakılar tədris olunur :

  • Riyazi analiz
  • Cəbr
  • Analitik həndəsə
  • Xətti cəbr və həndəsə
  • Diskret riyaziyyat
  • Riyazi məntiq
  • Diferensial tənliklər
  • Diferensial həndəsə
  • Topologiya
  • Funksional analiz və inteqral tənliklər
  • Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi
  • Xüsusi törəməli tənliklər
  • Ehtimal nəzəriyyəsi
  • Riyazi statistika
  • Təsadüfi proseslər nəzəriyyəsi
  • Variasiya hesabı və optimallaşdırma üsulları
  • Ədədi üsullar
  • Ədədlər nəzəriyyəsi

İnkişaf tarixi

İlk rəqəmlərin və say sistemlərinin meydana gəlməsi

Ədəd və ölçüyə aid anlayışların meydana gəlməsi Daş Dövrünə qədər uzanır. Yüz min illərlə insanlar heyvanların yaşadığı vəziyyətdən fəqli olmayan bir şəkildə mağaralarda yaşamışlar. Öz enerjilərinin çoxunu yemək tapmağa sərf edirdilər. Ov etmək və balıq tutmaq üçün silahları, bir-biriləri ilə əlaqə qurmaq üçün isə danışıq dilini inkişaf etdirdilər. Daş Dövrünün sonlarına doğru yaradıcı sənətlərlə heykəllər və rəsmlər yaradaraq öz yaşayışlarını rəngləndirdilər. Tunc dövründə isə ticarət elə inkişaf etdi ki, yüzlərcə kilometr uzaqlıqdakı kəndlər belə ticarət əlaqələrinə girirdilər. Tuncun əridilməsi ilə bu metallardan alətlər və silahlar düzəldilirdi. Bu da ticarətin və yeni dillərin daha da inkişaf etməsinə şərait yaradırdı. Şəraitdən asılı olaraq əllə tutula və gözlə görülə bilən əşyaları təyin etmək üçün bəzi rəqəmsal terminlər ortaya gəlirdi. Riyaziyyatın da ilk dəfə ortaya çıxdığı vaxt Tunc Dövrüdür.

Məşhur bir riyaziyyatçı olan Adam Smitin “insan ağlının məhsulu ən dəqiq düşüncələrdir” deyə izah etdiyi rəqəmsal terminlərdən istifadə çox yavaş-yavaş inkişaf edirdi. Rəqəm köklərinin izlərinə qədin Yunan və Kelt dillərində rast gəlinir. Rəqəm anlayışı inkişaf etdirildikcə toplama üsulu ilə daha da böyük rəqəmlər meydana gəlməyə başladı. Məsələn, 2 ilə 1 toplanaraq 3, 2 ilə 2 toplanaraq 4, 2 ilə 3 toplanaraq 5 əldə edildi. Bəzi Avstraliya qəbilələrindən örnəklər:

Murray qəbiləsi: 1=enea,2=petçeval,3=petçeval-enea,4=petçeval-petçeval.
Kamilaraoi qəbiləsi: 1=ma,2=bulan,3=quliba,4=bulan-bulan,5=bulan-quliba.

Sənətlərin və ticarətin sürətlə inkişafı rəqəm və ədəd anlayışının dəqiqləşməsinə yardım etdi. Rəqəmlər iki əlin barmaqları vasitəsi ilə təsvir edilirdi. Beləliklə say sistemləri yarandı. Məsələn, Amerika hinduları 307-lik say sistemindən istifadə etmişlər. 20-lik say sistemindən isə Meksikada Maya qəbiləsi və Avropada Keltlər istifadə edirdilər. Rəqəmləri hesablamaq üçün onlar hissələrə bölündülər. Sayma üçün üstü düyünlü ipdən, taxta üzərində düymələrdən istifadə edilirdi.Bu alətlərin köməyi ilə rəqəmsal qeydlər tutulurdu. Bu metodlardan istifadə tədricən rəqəmlər üçün müəyyən işarələrin meydana gəlməsi prosesini sürətləndirdi. Daş Dövrünə aid ən qə hesablama çubuğu 1937-ci ildə Vestonikada qazıntı zamanı aşkar edilmişdir. Hesablama çubuqlarının və daha sonralar isə abakın meydana gəlməsi tez-tez söylənilən “qədim zamanlarda saymaq üçün barmaqlardan istifadə edilirdi” cümləsi keçərliliyini itirmiş oldu. Bu dövrdən sonra rəqəmlər mərtəbələrə görə ifadə edilməyə başlanıldı. Bu isə daha böyük rəqəmlərin meydana gəlməsinə şərait yaratdı. Beləcə, qədim riyaziyyat meydana çıxdı. 14 rəqəmi bəzən 10+4, bəzən 15-1 olaraq göstərilirdi. Ancaq 20-nin 10+10 deyil 2×10 deyə ifadə edilməsi ilə vurma əməli də meydana gəlmiş oldu. Vurma əməlindən sonra isə bölmə əməlinin də yaranması Şimali Amerika qəbilələrində ilk kəsrlərin meydana gəlməsini sürətləndirdi.

Riyaziyyat bizim eradan əvvəl

Eradan əvvəl cisim anlayışı yarandı. İnsanlar cisimlərin uzunluqlarının və içindəkilərin ölçülməsinin lazım olduğunu bildikdə ümumilikdə insan vücudunun hissələrindən istifadə edirdilər; barmaq, ayaq və qarış kimi sadə ölçülərdən istifadə edilirdi. Yavaş-yavaş arşın, qulac kimi ölçü sistemləri meydana gəlirdi. Ev inşa edərkən qədim Hind kəndliləri də, Orta Avropada qütb evi inşa edənlər də ölçüləri düz xətlər boyunca və yerə görə düz bucaq altında qurmaq üçün bəzi qaydalar yaratdılar. Beləliklə, qədim həndəsə elmi və simmetriya kəlməsi yaranmağa başladı. Bəzi tarix öncəsi rəsmlərdə üçbucaq rəqəmlər, bəzilərində isə “müqəddəs” ədədlər yer almağa başladı. Bunların çox gözəl nümunələrinə Minos və Qədim Yunan vazalarında, daha sonra isə Bizans və Ərəb mozaikalarında, Fars və Çin divar xalılarında rast gəlinir.

Şərq riyaziyyatı

Şərq riyaziyyatı elmi əsaslı idi. Təqvimin hesablanması, tarlaların ölçülməsi, vergilərin toplanması artıq daha mükəmməl riyazi biliklər tələb edirdi. Odur ki, ilk dəfə Qədim Şərqdə arifmetika cəbrə çevrilməyə başladı. Qədim Misir riyaziyyatı ilə əlaqədar bilgilərin çox hissəsi iki qaynağa dayanır. Bunlar 85 məsələni əhatə edən Rhind papirusu və 25 məsələni əhatə edən Moskva riyazi papirusudur. Buradakı əlyazmalar yazılarkən içindəki məsələlər bəlkə də lap qədimlərdən bəri bilinirdi. Amma bu papiruslarda istifadə edilən say sistemi 10-luq say sistemi idi. Papiruslarda hər rəqəmin öz simvolu var idi. 10 rəqəmindən böyük rəqəmlər üçün isə ayrıca simvollardan istifadə edilirdi. Bu cür sistemləri Roma rəqəmləri sistemindən bilirik: MDCCCXXVII=1878. Bu sistemdən istifadə edən misirlilər vurmanı toplamalarla əvəz edən və əsasən toplamadan ibarət olan arifmetika yaratdılar. Məsələn, misirlilər 3-ü 13-ə vurmaq üçün 3×4=12, 3×8=24, 24+12=36, 36+3=39 kimi bir metoddan istifadə edirdilər. Göründüyü kimi cavab eynidir. Qədim Misir riyaziyyatının ən önəmli kəşfi kəsrlərlə edilən hesablamalardır. Bütün kəsrlər payı bir olan başqa kəsrlərin toplamı şəklində yazılırdı. Qədim Misirlilər ilk dəfə olaraq silsilə anlayışını və həndəsi olaraq artan bir ardıcıllığın düsturunu kəşf etmişdilər.

Mesopotamiya riyaziyyatı

Mesopotamiya riyaziyyatı Misir riyaziyyatının heç bir vaxtda gəlib-çatmadığı bir səviyyəyə çatdı. Burada yüzillər içində belə irəliləmələr aşkar bilinir. Eradan əvvəl 2100-cü illərə aid qədim mətnlərdə belə hesab izləri açıq-aydın görünür. Bu mətnlərdə 10-luq sistemin üzərinə 60-lıq sistemin əlavə edildiyi vurma cədvəlləri var idi. Hətta qüvvət üstü anlayışı belə mixi yazılarla təsvir edilmişdi. Amma bu onların riyaziyyatının tipik xüsusiyyəti deyildi. Qədim Misirlilər daha böyük hər rəqəmi yeni bir simvol ilə işarə edərkən, Şumerlilər eyni işarədən istifadə edərək qiymətini tapdıqları yerə görə təyin edirdilər. Ayrıca 60-lıq say sistemi insanlığın əldə etdiyi qalıcı bir mənfəət oldu. Günümüzdə istifadə etdiyimiz saatın 60 dəqiqə və 3600 saniyəyə bölünməsinin də, dairənin 360 dərəcəyə, hər dərəcənin 60 dəqiqəyə, hər dəqiqənin də 60 saniyəyə bölünməsinin də kəşfləri qədim Şumerlilərə məxsusdur.

Cəbr haqqında

Cəbrin əsaslarını əl-Xarəzmi təşkil etmişdir. Cəbr sözü də Xarəzminin “Əl-kitabüll-Muhtasar fi Hisabil Cəbri vəl-Mükabelə” (Cəbr və Tənliklərə aid kitab) adlı əsərindən gəlməkdədir. Bu əsər eyni zamanda şərq və qərbin ilk müstəqil cəbr kitabı olmuşdur. Əl-Xarəzmidən başlayaraq cəbr çox dəyişmiş və inkişaf etmişdir. Ayrıca Cəzərinin Kitabül-Hiyal adlı kitabında da cəbrlə əlaqədar məlumatlar vardır.

Cəbr quruluş və əlaqə ilə əməliyyat aparan bir riyaziyyat budağıdır. Bilinməyən qiymətlərin, simvol və hərflərlə işarələnərək qurulan tənliklərlə tapılması ya da bilinməyənlərin arasındakı əlaqənin tapılması əsasına dayanır. Tənlik qurma və həll etmə, həll metodlarını axtarma və tənliklərlə və oradan hərəkət funksiyaları ilə üç əsas müddəa ilə xarakterizə edilir.

Həndəsə haqqında

Həndəsə (geometriya) – fiqurlar arasındakı əlaqələrlə məşğul olan bir elm olmaqla yanaşı riyaziyyatın bir alt növüdür. Geometriya sözü yunanca geo-yer və metro-ölçmə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yunan tarixçisi Herodota görə Həndəsənin başlanğıc yeri Qədim Misir olmuşdur. Ona görə də həndəsə sözü Misir mənşəlidir. Bu sözdən istifadə Əflatun, Aristotel ve Salesə qədər gedib çıxır. Yalnız Evklid geometriya sözünün yerinə Elements sözünü də əlavə etmişdir. Elements sözünün yunancası stoicheia sözüdür.

Riyaziyyatda istifadə olunan ədədlər

>,1.21\,\!> >,3,\pi \,\!> >>\,\!>
Natural ədədlər Tam ədədlər Rasional ədədlər Həqiqi ədədlər Kompleks ədədlər

Onlayn riyaziyyat

☆QRUP DƏRSLƏRİ☆ ●5-8ci siniflər həftədə 2 dəfə 2 saat 50 azn. ●9-11ci siniflər həftədə 3 dəfə 2 saat 60 azn. ☆FƏRDİ DƏRSLƏR☆ ●5-8ci siniflər həftədə 2 dəfə 2 saat 60-70azn ●9-11ci siniflər həftədə 3 dəfə 2 saat

Riyaziyyat fənni üzrə hazırlıq 5-9 -cu siniflər üçün onlayn riyaziyyat dərsləri

Azərbaycan dili Riyaziyyat ingilis dili fənlər üzrə paket olaraq Abituriyent hazırlığına start verdik. Bizimlə hədəfimiz çatmaq istəyirsinizsə vaxt itirmədən onlayn dərslərimizə qatılın sizdə zirvəyə iri addımla

5-9 ci sinif şagirdləri üçün riyaziyyat hazırlığı. Dərslər illərlə sınanmış, şagirdlər tərəfindən daha rahat başa düşülən xüsusi qayda və metod ilə keçirilir. Hər mövzu sonu və ay sonu sınaqlar işlədilir,sınağın

İbtidai sinif və riyaziyyat müəllimləri üçün riyaziyyat fənnindən sertifikasiya hazırlığı Abituriyent hazırlığı

RİYAZİYYAT dərsləri: • Müəllimin təhsili: Bakı Dövlət Universiteti, Mexanika Riyaziyyat fakültəsi, Riyaziyyat müəllimi ixtisası • 11-ci siniflər üçün YENİ 0-DAN BLOK QRUPU açılır. Dərslər həftədə 3 dəfə, hər dəfə 2

Riyaziyyat hazirliq qruplari yigilir.Endirimlerimizden yararlanin.Qrup heftede 2 gun 20 manat Heftede 3 defe 30 manat

Fizikadan onlayn dərslərimiz var Həftədə 2 dəfə 1 saat yarım fərdi 50AZN di qrupla 40AZN fizikanı zəyif bilirsənsə heç narahat olma gel mənimlə öyrən fizikanı ilk dərs ödənişsizdi Dərsdə işlənəcək testlər

Онлайн уроки английского языка для 1-8 классов. Для дополнительной информации пишите в ватсапп

Regionlarda və xaricdə yaşayan və ya başqa səbəbdən kurslara gələ bilməyən tələbələr üçün onlayn rus dili dərsləri təşkil olunur. Tez bir zamanda rus dilini öyrənmək istəyirsinizsə, buyurub gələdə bilərsiniz. Baki

Kurslara vaxt itirmədən həm sərfəli həm də keyfiyyətli şəkildə dərs verən kurs axtarırsızsa Bizə qoşulun. Dərslər barəda etraflı məlumat üçün indi zəng et.

İlk öncə qeyd edim ki, kurs deyil, qrammatika keçirilmir və bu dərslər canlıda, zoomda və ya zəng və səs ilə keçirilmir. Siz hazır məlumatları alırsız və öyrənirsiz. Qeyd: Əgər telegram istifadə etmirsiniz və yükləmək

Vergi sahəsi üzrə peşəkar olmaq istəyən şəxslər qeydiyyatdan keçməyə tələsin! Təlim vergi mütəxəssisi və ya bu sahədə çalışan və özünü təkmilləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulub. Təlim Onlayn və əyani

İşləmək istəyirsiniz? Və bütün iş elanlarında komputer kursu tələb edirlər? Elə isə ofis proqramlarını yüksək səviyyədə öyrənmək istəyən hər kəsi kursumuza dəvət edirik MS office proqramlarına aşağıdakılar

Dərslər: • Həftədə 2 dəfə 1 saat yarım olmaqla fərdi, qrup və onlayn şəkildə keçirilir. • Şagirdin arzusu ilə dərs müddəti artırıla bilər. • Dərslərin keyfiyyətinə tam zəmanət verilir. • Mövzular tam başa düşülənə

Dərslərimizdə şagirdlərin ev tapşırıqları izahlı yolla başa salınır. Qrammatika üstün səviyyədə tədris olunur. Dilin təkmilləşdirilməsi üçün testlər atılır. 1-2 aydan sonra nəticəni özünüz də görə bilərsiniz.

0-dan keçirilən dərslər Sərbəst Danışıq 100 % Gözəl Tərcümə 100% Qısa vaxtda əla nəticə 100% Qurani-Kərimin öyrənilməsi 100% Qurani-Kərimi sərbəst oxumaq 100% 3000-4000 arası söz bazasına sahib olmaq 4 ay

Onlayn və ya fərdi şəkildə. 0 dan öyrənmək, tez bir müddətdə peşəyə sahib olmaq. 10 gün və ya 3 ay.

☆QRUP DƏRSLƏRİ☆ ●5-8ci siniflər həftədə 2 dəfə 2 saat 50 azn. ●9-11ci siniflər həftədə 3 dəfə 2 saat 60 azn. ☆FƏRDİ DƏRSLƏR☆ ●5-8ci siniflər həftədə 2 dəfə 2 saat 60-70azn ●9-11ci siniflər həftədə 3 dəfə 2 saat

Imtahana az bir muddet qalib. Bu muddet erzinde tekrar test islemek isteyenler muraciet etsinler. 9-cu sinif buraxiliw Abituriyentler. Yalniz xanimlar muraciet etsin zehmet olmasa. Onlayn olaraq heftede 2defe Qrup

Riyaziyyat qruplari yigilir.Kursu bitirenler sertifikatla temin olunur.Dersler whatsapp ve ya zoomla kecirilir. İSKRA KURSU Heftede 2 defe 20 man qrup Heftede 2 defe 55 man ferdi

Riyaziyyat qruplari yigilir.Qrupda maksimum 6 usaq olur.Dersler zoom ve ya whatsappla kecirilir.whatsappda yazin. Ferdi : Həftədə 2 dəfə 35 manat Həftədə 3 dəfə 45 manat Qrup: Həftədə 2 dəfə 20 manat Həftədə 3

Azerbaycan dili ,Riyaziyyat hazirligi onlinen Dersler zoom ve whatsapp uzerinde canli kecilir,hem serfeli hem keyfiyyetli sizinde ovladiniz Riyaziyyat ve Azerbaycan dili fennini sevmirsen onda bizimle derslere qowulun

Dərslər Whatsapp və ya Microsoft Team’s proqramında, həftədə 2 dəfə, 1 saat keçirilir. 5,6,7,8 ci siniflər

Eziz valideyinler övladınızın tedris bünövresini düzgün qurmaq isteyirsiniz? O zaman men pedaqoq Lamiyyə müəllimə İbtidai sinif, 5-6-cı sinif riyaziyyat və məntiq fənlərini şagirdlere eyani ve online dersleri tedris

Riyaziyyat hazırlığı Tərəqqi-1 Tədris Mərkəzi sizləri riyaziyyat kursuna dəvət edir. • Buraxılış imtahanlarına hazırlıq • Qəbul imtahanlarına hazırlıq • Fənn hazirliği • MİQ hazırlığı • İngilis dilində riyaziyyat

Digər elanlar

onlayn riyaziyyat

onlayn riyaziyyat kurslari 2023 , Bakida onlayn riyaziyyat kurslar, onlayn riyaziyyat dərsləri ucuz qiymete onlayn riyaziyyat kurslar keçirilir . onlayn riyaziyyat xidmeti. Azerbaycanda ucuz qiymete onlayn riyaziyyat . Online hazirliq kurslari.

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Şagirdlər və abituriyentlər üçün riyaziyyat fənni üzrə vəsait nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi təhsil müəssisələrinin doqquzuncu sinif şagirdləri üçün riyaziyyat fənni üzrə vəsait nəşr edilib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Nəşrin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları yer alıb.

Vəsaitdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, eləcə də pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər. Nəşri DİM-in binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Bizi sosial şəbəkələrdə izləyin

Comments are closed, but trackbacks and pingbacks are open.