Press "Enter" to skip to content

Kimya – Abituriyentlər üçün dərs vəsaiti PDF

Azərbaycanda təhsil islahatının ilk günlərindən bu məsələlərə xüsusi əhəmiyyət verilmiş, təhsildə “. bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm şərt kimi qarşıya qoyulmuşdur. «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanarkən tələbyönümlülük əsas prinsiplərdən biri kimi nəzərə alınmışdır. Bunun üçün aşağıdakı tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülmüşdür:

Kurikulum nədir?

«Kurikulum» latın sözü olub, mənası «kurs», «yol» deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.

Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar «təhsil planı» kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: «Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir» (Ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, «Təhsil», 2005). Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi”(“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı, ”Hüqüq ədəbiyyatı”,2009). Göründüyü kimi, kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur. Hazırda müstəqil Azərbaycan Respublikasının təhsil sistemi digər prinsiplərlə yanaşı, həm də demokratik və humanist prinsiplər üzərində qurulur. Onun nəticəsidir ki, Azərbaycanda tələbyönümlü kurikulumların yaradılması istiqamətində iş aparılır. Artıq ölkəmizin tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-çı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir. Azərbaycanda hazırlanmış kurikulumlar təhsilin məqsəd və məzmununu, təlim strategiyalarını, qiymətləndirmə mexanizmlərini əhatə edir. Maraqlı tərəflərdən biri olan valideynlərin də tələbatlarına, arzu və istəklərinə uyğun qurulur
Milli Kurikulumun hazırlanmasında nəzərə alınmış tələbyönümlülük prinsipinin mahiyyətini necə başa düşmək olar?

Dünyanın təhsil quruculuğu təcrübəsində iki mühüm prinsipin olduğu məlumdur. Bunlardan birincisi təklifyönümlülükdür. Bu prinsipə əsasən, təhsil sahəsində görülən işlər yuxarıdan verilən tapşırıq və göstərişlər əsasında qurulur. Bu zaman təhsildə maraqlı olan, daha çox ictimaiyyəti təmsil edən tərəflərin ehtiyacları arxa planda qalır. Belə yanaşma qeyri-demokratik xarakter daşıdığından təhsildə şagird marağının aşağı düşməsi, valideyn-məktəb münasibətlərinin formal qurulması ilə nəticələnir.

İkincisi isə tələbyönümlülükdür. Bu prinsip təhsildəki bütün fəaliyyətlərin tələbatlar əsasında qurulmasını zəruri şərt kimi qarşıya qoyur. Bu zaman cəmiyyətin, o cümlədən marağı olan insanların ehtiyac və tələbatlarının öyrənilməsi ön plana çəkilir. Təhsilin məzmun və strateji cəhətdən qurulmasında ona istinad edilir.

Azərbaycanda təhsil islahatının ilk günlərindən bu məsələlərə xüsusi əhəmiyyət verilmiş, təhsildə “. bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm şərt kimi qarşıya qoyulmuşdur. «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanarkən tələbyönümlülük əsas prinsiplərdən biri kimi nəzərə alınmışdır. Bunun üçün aşağıdakı tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülmüşdür:

•ilkin olaraq, təhsilin bütün sahələrinin, o cümlədən ümumi təhsilin vəziyyəti öyrənilmiş, onun hazırkı durumu müəyyənləşdirilmişdir;

•qloballaşma şəraitində Azərbaycan cəmiyyətinin inkişaf istiqamətləri öyrənilərək ümumiləşdirilmiş, yeni kurikulumlardakı standartların hazırlanmasında onlar nəzərə alınmışdır

•cəmiyyəti, xüsusən təhsildə maraqlı olan tərəfləri təmsil edən işçi qrupları yaradılmış, yeni kurikulumların hazırlanmasında onların qüvvəsindən istifadə olunmuşdur;

•kurikulumların hazırlanmış layihə variantlarının daha geniş miqyasda müzakirə olunmasına diqqət yetirilmişdir.Milli Kurikulumda tələbyönümlülük müəyyənləşdirilərkən Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında təsbit olunmuş demokratikləşdirmə və humanistləşdirmə prinsiplərinə istinad edilmişdir.

Mənbə:Kurikulum.az
KuriKulum Dərslikləri:

Kimya – Abituriyentlər üçün dərs vəsaiti PDF

(yeni təhsil proqramı (kurikulum) üzrə imlahanlara hazırlaşanlar, yuxan sinif şagirdləri və müəllimlər üçün vəsait)
Ümumtəhsil müəssisələrində tətbiq edilən tənn kurikulumunun təlim nəticələrinə əsaslanan, tədris prosesində mənimsənilmiş bilik və bacarıqların yoxlanılması və qivmətləndirilməsinə yönəlmiş bu vəsait Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri, texnika uzrə təlsəfə doktoru M.M. Abbaszadənin ümumi rəhbərlivi ilə hazırlanmışdır. Vəsaitin metodiki və texniki cəhətdən hazırlanmasına texnika üzrə fəlsəfə doktoru T.A. Bədəlov və A.M. Batıve\’a rəhbərlik etmişlər.
Vəsait kinna fənni üzrə məzmun standartlarına uyğun olaraq, ”Ümumi kimya”, ”Qt’vri-üzvi kimya” və “Üzvi kimya ‘ hissələrinə ayrılmaqla 31 bölmədən ibarətdir. Vəsaitdə hər bir mövzunun şərhi müxtəlif formalı və tipli tapşınqlar, həmçinin situasiya tapşırıqları ilə tamamlanır.
Vəsait qəbul imtahanlarına hazırlaşanlar, orta məktəb şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuşdur.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Kimya – Abituriyentlər üçün dərs vəsaiti PDF

Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Riyaziyyat dərs vəsaiti yeni təhsil proqrami kurikulum üzrə

Daha ətraflı

Daha ətraflı

Daha ətraflı

Daha ətraflı

Tədbirlər

Faydalı

Media

Tədris resursları
mərkəzi
  • Afiyəddin Cəlilov 86
  • +994 12 599 08 08
Təhsil texnologiyaları mərkəzi
  • Fətəli Xan Xoyski 109
  • +994 12 599 08 08
    daxili 67 00
Elmi pedaqoji tədqiqatları mərkəzi
  • Zərifə Əliyeva 96
  • +994 12 599 08 08
İnsan resursları
mərkəzi
  • Mir Cəlal Paşayev 71
  • +994 12 599 08 08
Metodik dəstək və peşəkar inkişaf mərkəzi
  • Mir Cəlal Paşayev 71
  • +994 12 599 08 08

© Azərbaycan Respublikasının Təhsil İnstitutu 2023. Müəllif hüquqları qorunur.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi internet saytı. Saytın idarəetməsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.