Press "Enter" to skip to content

Riyaziyyatın milyon dollarlıq sualları

p = 3: 2 2 (2 3 −1) = 28

Riyaziyyatın ibtidai kursunun nezeri əsasları n.sadiqov

Ehtiyatda olan mayor Telman Orucov: “İsa Sadıqovun vətənpərvər olması və savadlı hərbçiliyi çox şübhəlidir”

Bəziləri deyir ki, İsa Sadıqov “ən savadlı hərbçidir, mərd və düzgün zabitdir”. Hətta o dərəcədə ki, öz ailəsini də Qazaxa gətirib ki, “geriyə yol yoxdur”.

Amma əslində isə İsa Sadıqov dar məqamda səngəri, əsgərlər, döyüş yoldaşlarını və Vətəni qoyub qaçanlardan biridir. O həmişə vəzifə düşgünü olub və ancaq öz rahatlığını düşünüb. Gəlin qısa olaraq onun “döyüş yolu”na nəzər yetirək.

Briqada komandiri vəzifəsində xidmət etmiş istefada olan polkovnik İsa Sadıqov birləşmə komandiri olduğu müddətdə hansı nailiyyətlər əldə edib? Ümumiyyətlə, Qazax rayonunda bir komandir kimi nə edib? Onun “qəhrəmanlıq” nümunələrindən birini yada salaq.

1993-cü ilin mart-aprel aylarında “Sərsəng” su anbarının müdafiəsi zamanı İsa Sadıqov 707 nömrəli briqadanın komandiri idi. Həmin dövrdə onu oraya müdafiəni möhkəmləndirmək məqsədilə göndərmişdilər. Ancaq ermənilər hücuma keçən kimi, o özü və rəhbərlik etdiyi şəxsi heyəti geri çəkilməyə, öz döyüş mövqelərini tərk etməyə başlayır. Bu zaman, İsa Sadıqov “öz briqadası” ilə 703 nömrəli briqadanın ön mövqeyində olmalı idi. Lakin, qoşunlarımıza kömək etmək əvəzinə, “daha vacib işlərinin olmasını” bəhanə edərək İsa Sadiqov döyüş meydanını tərk edərək arxaya döyüşdən uzaqda yerləşən briqadanın qərargahına qaçır.

Digər bir məqamı nümunə göstərə bilərəm. Gəncə-Goranboy ərazisində Borsunlu kəndi var. 1993-cü ilin iyun ayında Bakı şəhərinə öz qoşununu yürüdən qiyamçı Surət Hüseynovun rəhbərlik etdiyi qüvvələrin qarşısını almaq məqsədilə bu kəndin yaxınlığında müdafiə təşkil edilmişdi. Müdafiənin ümumi rəhbərliyi polkovnik Rüfət Əmirova həvalə edilmişdir. Lakin, Əbülfəz Elçibəyə öz “sadiqliyini” göstərən İsa Sadıqovun fəaliyyətsizliyi ucbatından, Surət Hüseynov Qazaxdan Gəncəyə qədər maneəsiz, müqavimətsiz gəlib çıxır. Onun qarşısını kəsmək üçün cəbhədən qüvvələr çıxarılaraq bu əraziyə gətirilir. Nəticədə cəbhədə müdafiə zəifləyir və bu da müharibənin gedişinə mənfi təsir göstərir.

Ə.Elçibəy hakimiyyətdən gedəndən sonra, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə Heydər Əliyev gəlir. İsa Sadıqov guya qiyamçıların silahsızlaşdırılması ilə məşğul olur, lakin elə onlar tərəfindən də həbs olunur və daha sonra “qaçır”.

OMON hadisələri zamanı 707 nömrəli motoatıcı briqadanın komandiri vəzifəsində olan İsa Sadıqov, OMON-a qarşı tədbir görmək komandasını heçə sayaraq onların Gürcüstana keçməsi üçün də lazımi şəraiti yaratmışdır. Hərbi and içən bir zabitin bu cür hərəkət etməsi xəyanətdən başqa bir şey deyildir.

1995-ci ildə baş vermiş OMON hadisələrindən sonra Artilleriya İdarəsinin Qərargah rəisi vəzifəsinə təklif edilməsinə baxmayaraq o Vətənin dar günündə Gürcüstana qaçmağa üstünlük verir. Maraqlısı isə odur ki, fərari əsgərləri utandırmaq üçün onları yığaraq Qazaxda “parad” təşkil edən bir şəxsin özü də fərarilik edir. Bundan sonra İsa Sadıqov siyasi arenaya atılmaq iddiası ilə Gürcüstanda deputat seçilmək üçün siyasi partiya yaradır. Gürcüstanda 2 il qaldıqdan sonra Bakıya qaytarılır və fərarilik etdiyi üçün 23 yanvar 1996 ildə 3 il müddətinə azadlıqdan məhrum edilir.

İsa Sadıqov onu tanıyanlar tərəfindən “savadsız, vəzifə və hakimiyyət hərisi, analitik düşünmə və təhlil aparmaq qabiliyyəti olmayan, maddi marağını üstün tutan, qorxaq, vətənini satan biridir. Hərbiçi olduğunu desə də hərbi xidmətə yox, daha çox siyasətə meyllidir. Külək vuran bayraq kimi, vəziyyət hara dəyişdisə, o istiqamətə əyilən” bir insan kimi xarakterizə edilir.

2014-cü ildə belə bir xəbər yayılır ki, guya polkovnik İsa Sadıqovun rəhbərliyi ilə Çeçenistan, Azərbaycan və dünyanın bir çox ölkələrindən könüllülər toplandığı “Qafqaz legionu” yaradılır. Bu legion Ukraynada Rusiya qoşunlarına qarşı mübarizə aparacaqdır. Belə şayiələr yaymaqla “öz ordusunu” qurmağa çalışan “lider”in hansı planlarının olduğunu isə təsəvvür etmək çətin deyil.

İ.Sadıqovun ümumi “həyat və yaradıcılığına” göz gəzdirəndə diqqət çəkən maraqlı nüanslar çoxdur. 24 iyun 1958-ci ildə Gürcüstanda anadan olub. 2001-ci ildən siyasi sığınacaq almağa nail olaraq Norveçdə yaşayır. Tiflisdəki məktəbi bitirəndən sonra Almaniyada (1979-1984 illər), Gəncədə (1984-1986 illər, onlardan 1985-1986 illər Xankəndində), Leninqrad şəhərinin hərbi akademiyasında (1986- 1989 illər), Çexoslovakiyada (1989-1991 illər), Qafqaz hərbi dairəsində (1991-1992 illər) xidmət edib. Daha sonra isə Azərbaycana gələrək Milli Ordu sıralarına daxil olub. Deməli, 1979-dən 1991-ci ilədək, yəni 12 il davam edən ümumi xidmətinin 7 ilini xarici ölkələrdə yaşayıb, 3 ilini isə akademiyada “oxuyub”. Bu da cəmi 10 il edir. Yerdə qalan 2 ilin 3 ayını çıxmaqla (məzuniyyət 45 gün illik), cəmi 1,5 il xidmət etmiş adam, polkovnik rütbəsi alıb, hələ də narazıdır? Bəs bu 2,5 ildə hərb sənətinin “dahiliyini” o harada öyrənib ki, Norveçdən Azərbaycanda gedən proseslərə diqqətlə nəzarət edir? Çünki Tiflisdə hərbi məktəbdə və akademiyada “təhsil” aldığı müddətdə də bir çox sərgüzəştlərlə doludur.

Dəfələrlə Azərbaycana qayıdacağını bəyan edən İ.Sadıqov artıq on ildən çoxdur ki, onun cızma qaralarını oxuyan və absurd fikirlərlə dolu videopaylaşmalarını izləyən lakin onu yaxından tanımayan insanları aldatmaqda davam edir.

Döyüşdən qaçan, fərarilik edən Sadıqovun Azərbaycana qayıtmağa nə cəsarəti çatar, nə də o ağalarının hesabına yaratdığı isti və rahat şəraiti tərk edər.

Riyaziyyatın milyon dollarlıq sualları

Sizcə bir riyaziyyat sualı nə qədər çətin ola bilər ki, indiyədək öz həllini tapmasın?

Bəzən bir cümləlik görünən məsələnin onlarca səhvəlik həlli, isbatı ola bilər.

Hər biri üçün 1 milyon dollar mükafat qoyulmuş 6 ədəd isbatı tapılmayan suallar! 21 ci əsrdə hələdə belə sualların olması bir çox insana qəribə gələ bilər.

‘‘Open Problems‘‘ deyilən bu sualları hətda başa düşmək üçün belə riyaziyyatla bağlı bir çox məlumat sahibi olmalısız.Belə suallardan ən məşhurları Alman riyaziyyatçısı David Hilbertin 1900-cü ildə yayımladığı 23 sualı və Clay Mathematics Institute’nin Millennium Prize Problems 7 mükafatlı sualıdır.

Hər biri üçün 1 milyon dollar mükafat qoyulan suallardan 6sı hələdə öz həllini gözləyir.

Bu suallardan yalnız biri Poincare hipotenizi 2002-ci ildə rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll olunduqdan 4 il sonra 2006-cı ildə qəbul olunmuşdur, ancaq Grigori 1 milyon dollar və riyaziyyat sahəsinin nobeli sayılan Fields mükafatından imtina etmişdir.

Poincare hipotenizi: Qapalı iki ölçülü səthlər üzərində hər bir çevrə bir nöqtəyə büzüşə bilirsə bu səth kürədir. Poincare hipotenizi həmin vəziyyətin üç ölçülü səthdə də eyni olduğunu iddia edir.

Grigori cavab olaraq bu şəkili çəkmişdir: rəngli çevrələrin heç biri səthdən ayrılmadan bir nöqtəyə büzüşməz.

Open Problems’ dən olan suallaradan biridə: tək sayda mükəmməl ədədlər varmı?

Mükəmməl ədəd özü xaric bütün müsbət bölənlərinin cəminə bərabər ədəddir.Başqa cür desək mükəmməl ədəd bütün müsbət bölənlərinin cəminin yarısına bərabərdir.

Məsələn 6 mükəmməl ədəddir 1+2+3=6. Bunun üçün Evklidin 2 p −1 (2 p −1) düsturundan istifadə etmək olar (burada p sadə ədəddir).

p = 2: 2 1 (2 2 −1) = 6

p = 3: 2 2 (2 3 −1) = 28

p = 5: 2 4 (2 5 −1) = 496

p = 7: 2 6 (2 7 −1) = 8128

Bu zaman cüt mükəmməl ədədlər alınır. Sual olunur: tək sayda mükəmməl ədəd varmı? Bir çoxları az sayda və ya heç olmadığını düşünürlər.

Bu tipli suallardan biridə əkiz ədədlərlə bağlıdır. Fərqləri 2 ə bərabər olan iki sadə ədədə əkiz ədədlər deyilir (n və n+2). Məsələn 3 və 5, 5 və 7, 11 və 13.

Buradakı problem isə sonsuz ədədlər içərisində əkiz ədələrin omasının hələdə isbat olunmamasıdır.

Zaman-zaman bir çox insanlar məşhur olmaq üçün həllini tapdıqlarını iddia edərək müxtəlif televiziya verlişlərinə qonaq olurlar.

Bu tipli suallar elimin bir çox sahəsində mövcuddur.

  • AÇAR SÖZLƏR
  • 1 milyon
  • millennium prize problems
  • milyon dollarliq suallar
  • open problems
  • riyaziyyat

Каталог статей

Ali riyaziyyatın əsasları ( 70 saat ) 1. Düz xəttdə, müstəvidə, fəzada koordinat sistemi. Polyar koordinat sistemi. Koordinat sistemləri arasinda əlaqə düsturları. 2. Düz xəttin ümumi tənliyi. 3. Bir nöqtədən keçən, verilmiş istiqamətdə olan düz xəttin tənliyi. İki nöqtədən keçən düz xəttin tənliyi. Düz xəttin parçalarla tənliyi. 4. II tərtib xətlər. Çevrə, ellips, parabola, hiperbola. 5. Matrislər. Matrisin ranqı. Matrislər üzərində əməllər. 6. Determinant, II və III tərtib determinantların hesablanması 7. Determinantın xassələri. 8. Minor və cəbri tamamlayıcı. 9. Tərs matris. 10. Xətti tənliklər sistemi.Genişlənmiş matris. Xətti tənliklər sisteminin həll üsulları. Qauss üsulu. 11. Kramer qaydası. Tərs matris üsulu. 12. Cəbri xətti tənliklər sisteminin bazis və dayaq həlləri. 13. Kəsilməzlik və kəsilməz funksiyalar haqqında teoremlər. 14. Funksiyanın limiti. Limit haqqımda teoremlər. 15. Qeyri müəyyənliklərin açılışı üçün Lopital qaydası. 16. Rasional ifadələrin limiti. 17. Törəmə və diferensial. Diferensialın həndəsi mənası. Diferensialın xassələri. 18. Funksiyanın diferensiallanması ilə kəsilməzliyi arasındakı asılılıq. 19. Yüksək tərtib törəmələr. II tərtib törəmənin mexaniki mənası. 20. Funksiyanın törəmə vasitəsi ilə araşdırılması. 21. İbtidai funksiya və onun tapılma qaydaları. Qeyri-müəyyən inteqral, onun xassələri. 22. Müəyyən inteqral və onun tətbiqləri. 23. Əvəzetmə üsulu, hissə-hissə inteqrallama. 24. Müstəvi fiqurların sahəsi. Polyar koordinatlarla sahənin hesablanması. Fırlanma cisimlərinin həcmi. 25. İkiqat inteqral anlayışı. Düzbucaqlı koordinat sistemində ikiqat inteqral. 26. İkiqat inteqralın həndəsi və fiziki mənası. 27. Əyrixətli inteqral, onun fiziki mənası. 28. Xüsusi törəmələr xüsusi diferensial.Tam diferensial və onun tətbiqi. 29. Qeyri-müəyyən funksiyanın diferensiallanması. 30. Diferensial tənlik anlayışı. Sadə diferensial tənliklarin həlli. 31. Dəyişınlərinə ayrılan dif. tənliklər. . 32. Dif.tənliklərin qurulmasına aid məsələlər həlli. 33. Bircins, xətti,qarışıq dif.tənliklər. Onların həlli. 34. II tərtib dif.tənliklər. Bircins II tərtib dif.tənliklər. 35. Xüsusi törəməli diferensial tənlik anlayışı.

Порядок вывода комментариев:

13 avara telebe (20.12.2015 15:26)

ikiqat inteqral tapildi cox sukur

12 Riyazzade (04.04.2014 17:19)

hele bu cur berbat bir internet sehifesi gormemisdim.

11 Riyazzade (04.04.2014 17:12)

BUNLARI NECE OXUYA BILEREM?

10 Riyazzade (04.04.2014 17:11)

9 HKJ (18.09.2013 20:13)

MEN NECE OXUYUM BUNLARI

8 İslamov Yaşar Surxay oğlu (17.10.2012 09:12)

Məni qane edir

7 TELEBE11 (27.03.2011 19:37)

bu movzularin adi var chox gozel..bes hardan oxuya bilerik movzular haqqinda etrafli ve izahli wekilde??

6 TELEBE11 (27.03.2011 19:36)

Comments are closed, but trackbacks and pingbacks are open.