Rlb-nin məzmununu e-poçt ünvanına necə göndərə bilərəm
Düzdü, ölkədə çox az sayda seçilməyən namizədlərə də geri dönüş edən işəgötürən (HR) var. Bəzən CV çox olduğu üçün, bəzən vaxtları olmadığı üçün, bəzən də sadəcə buna ehtiyac duymadıqları üçün seçilməyən namizədlərə seçilməmələri barədə geri dönüş etmirlər. Amma bu gün mövzumuz bu deyil.
“Linkedin”də işəgötürənə necə mesaj göndərmək olar: effektiv nümunələr və şablonlar
İngilizce akıcı konuşmaya giden yol DillBill’den geçiyor. 150TL İndirim kuponu ile abone ol.
Vaxtında, peşəkar və aydın şəkildə göndərilmiş bir InMail mesajı çox uzun yol qət edə bilər: təəccüblü deyil ki, işəgötürmə menecerlərinin 93 %-i bir vəzifəni doldurmaq istəyərkən “LinkedIn”dən istifadə edir.
İşəgötürənə göndərdiyiniz “LinkedIn” mesajı şirkətin haqqınızda ilk təəssüratı olacaq və bu ilk təəssürat yaratmaq sizin üzərinizə düşən iş olacaq. İlk mesajı uğurlu alındırmaq çətin ola bilər, xüsusən də ingilis dilini hələ öyrənirsinizsə.
“LinkedIn”də hər hansı bir işəqəbul meneceri ilə əlaqə qurmaq istəyənlər üçün bəzi effektiv şablonları təqdim edirik. Bunlar həm sizin peşəkar görünməyiniz, həm də ortaya lazım olan işi qoymağınız üçündür.
Amma əvvəlcə bəzi praktik məsləhətlərə baxaq:
“LinkedIn”də HR-la kontakt yaratmaq üçün effektiv məsləhətlər
“LinkedIn”də işəgötürənə mükəmməl bir mesaj göndərmək üçün bilməyiniz lazım olan hər şey buradadır. Amma gəlin əvvəlcə bəzi əsas suallara cavab verək.
LinkedIn InMail nədir?
InMail sosial media üçün iş platforması olan “LinkedIn”də mesajlaşma vasitəsidir. Kontaktınızda olan hər hansı bir LinkedIn istifadəçisinin mesaj qutusuna qısa bir qeyd göndərməyə imkan verir. “LinkedIn”in pulsuz versiyasını istifadə edirsinizsə, yalnız peşəkar bağlantılarınız olan insanlara mesaj göndərə bilərsiniz.
Linkedin InMail ilə kimə mesaj göndərə bilərəm?
“LinkedIn”dən pulsuz istifadə edirsinizsə, kontaktınızda olan hər kəsə, onların kontaktlarına və ümumiyyətlə, orada olan hər kəsə ismarıc göndərə bilərsiniz. Kontaktınızda olmayan bir işəgötürmə menecerinə mesaj göndərmək istəsəniz bunu bilmək vacibdir.
Platformadan yeni istifadə etməyə başlamısınızsa, lazım olan kontakt qurmaqları yaratmaq üçün ideal olan bir aylıq pulsuz Premium sınaq xidmətindən yararlana bilərsiniz.
Abunəlik almaq istəmirsinizsə, əvvəlki qaydada gedə bilər və bu işi oflayn edə bilərsiniz.
“LinkedIn” mesajını kimə yazmalıyam?
Müraciət etmək istədiyiniz şirkətin “LinkedIn”də bir çox işçisi varsa, işə götürmə qərarlarını kimin verdiyini söyləmək çətin ola bilər. Axı, “işə götürənlər” özlərinə qəribə vəzifə adları seçirlər. Müəyyən bir iş elanı ilə bağlı işəgötürmə menecerinə mesaj göndərmək istəyirsinizsə, bunu mətnin aşağı hissəsində bu mətni kimin yerləşdirdiyi ilə bağlı hər hansı bir məlumat olub-olmadığını yoxlayın.
Sorğunuz ümumi olsa və ya elanda bir ad tapa bilmirsinizsə, bu vəzifələrdən hər hansı biri üzrə şirkətin işçilərinin siyahısını axtarın:
• Head of Talent – İstedadlı işçilərin işə qəbul rəhbəri
• Recruiter – İşəgötürən
• Director of People and Talent – Xüsusi istedadlı işçilərin işə qəbulu üzrə direktor
• Human Resources / HR Manager – İnsan Resursları / İR Meneceri
• Recruitment Manager – İşə qəbul üzrə menecer
Bu vəzifələrdən hər hansı birində işləyən şəxsə mesaj göndərsəniz, çox güman ki, sizə kömək edə biləcəklər. Ya da ən azından bunu bacara biləcək biri ilə eyni şöbədə olacaqlar. Yaxud hər hansı bir sferada və ya məkanda çoxsaylı bizneslər üçün namizədlər axtaran işəqəbul mütəxəssisinə çıxmaq istəyə bilərsiniz.
Bu strategiya işəgötürənlə kontakt və ya keçmiş işçi kimi ortaq bir şey paylaşdığınız zaman daha yaxşı işləyir. Mesaj göndərmək istədiyiniz bir işəgötürənlə əlaqələndirmək üçün bir şey tapa bilmirsinizsə, “LinkedIn”də onların hər hansı bir işgüzar qrupda olub- olmadıqlarına baxın və əgər varsa, özünüz də bu qrupa qoşulun. Bu, söhbətə başlamaq üçün çox yaxşıdır.
2022-ci ildə LinkedIn mesajlarında simvol limiti varmı?
LinkedIn Inmail əvvəllər çox qısa və effektiv idi, hər ismarıc 300 simvoldan ibarət idi. Amma indi mövzu hissəsində 200 (subject line) və əsas mətndə (body) 1900 simvoldan istifadə etməyə icazə verilir. Bu o demək deyil ki, işəqəbul mütəxəssisinə uzun-uzadı ismarıc yazasınız.
Ən yaxşı mesaj qısa və məntiqli olandır. Özünüzü uzun-uzadı təqdim ehtiyac yoxdur. İşəgötürən sizi işə götürməkdə maraqlıdırsa, nailiyyətlərinizdən xəbərdar olmaq üçün profilinizə daxil ola bilər.
“LinkedIn”də işəgötürənə göndərmək üçün effektiv nümunə mesajlar
İndi mətnin əsas hissəsinə gələk. “LinkedIn”də ismarıcı düzgün şəkildə göndərməyə dair bir neçə nümunə təqdim edirik.
1. Şirkətdə uyğun bir işin olub olmadığını soruşmaq
Dear Yasmin Smith,
I know that you are probably busy, so I will keep this brief. I am a recent Engineering graduate from Cardiff University, and I am looking for my first full-time role. I deeply admire Mrs. Smoothies as a brand and have a profound respect for your mission to make delicious and sustainably sourced drinks. I would be delighted at the chance to put the skills I have learned to use with you. Are there any work opportunities available for someone of my skill set and experience level?
I see that you have no such positions advertised at the moment, but thought it would be worth reaching out in the event that something comes up in the near future. In any case, I would love to connect with you to stay abreast of new openings at Mrs. Smoothies.
Many thanks for your time and consideration.
Hörmətli Yasmin Smit,
Bilirəm ki, məşğulsunuz, buna görə də bu qısa məlumatı sizə təqdim edəcəyəm. Mən Kardif universitetinin mühəndislik üzrə məzunuyam və özümə ilk dəfə tam ştatlı iş axtarıram. “Mrs. Smoothies”ə bir brend olaraq heyranam, dadlı və ləziz içkilər hazırlamaq missiyanıza dərin hörmətlə yanaşıram. Öyrənib əldə etdiyim bacarıqlarımı sizinlə bölüşmək şansı əldə etsəm, çox məmnun olaraq. Sizdə mənim bacarıq və təcrübəmə uyğun iş imkanları varmı?
Hazırda belə vakansiyalar üzrə iş elan etmədiyinizi bilirəm, amma yaxın gələcəkdə imkan yaranacağı təqdirdə əlaqə qurmağa dəyər olduğunu düşünürəm. İcazənizlə, “Mrs. Smoothies”in yeni açılışlarından xəbərdar olmaq üçün sizinlə əlaqə yaradardım.
Vaxtınıza və diqqətinizə görə çox sağ olun.
2. Vəzifə (vakansiya) üçün uyğun olub-olmadığınızı soruşmaq
Dear Yasmin Smith,
Please excuse my reaching out unintroduced. I see that you are the Hiring Manager at MK Communications and thought you might be able to help me. I am very interested in applying for the Social Media Manager role you currently have advertised, but my CV is not an exact match for the requirements laid out. I have three years of experience in a managerial role rather than the five stipulated in the advert, although I do have other relevant skills that might counterbalance this.
At a glance, would you still encourage me to apply for the position, or is this point considered indispensable in a successful candidate? I completely understand that you might not want to provide a judgment on this with only a brief overview of my situation, but any insights you can share would be greatly appreciated.
Thanks in advance,
Hörmətli Yasmin Smit,
Sizi tanımadan dəyərli vaxtınızı aldığım üçün üzürlü hesab edəsiniz. “MK Communications” şirkətində işəqəbul üzrə mütəxəssis kimi sizə yazmaqdan məmnunam və mənə kömək edə biləcəyinizi düşünürəm. Hal-hazırda elan etdiyiniz Sosial Media Meneceri vəzifəsinə müraciət etməkdə çox maraqlıyam, amma mənim CV-im qoyulan tələblərə tam uyğun gəlmir. 5 il nəzərdə tutduğunuz rəhbər vəzifələrdə mənim 3 illik təcrübəm var, lakin bunu kompensasiya edə biləcək digər müvafiq bacarıqlarım da var.
İlk baxışdan məni bu vəzifəyə müraciət etməyə təşviq edərdinizmi, yoxsa daha uğurlu bir namizəd axtaracaqsınız? Xahiş edirəm ki, hazırkı durumumu hərtərəfli qiymətləndirəsiniz, fikirləriniz mənim üçün önəmlidir.
3. İş elanını gördüyünüz bir iş haqqında başqa sual vermək
Dear Yasmin Smith,
I wondered if you might be able to help me. I noticed that The Nice Soap Company has recently placed an advertisement on Linkedin for a UX Designer. I have a question about the position, and since you are Head of Employee Success, thought you might be well-placed to advise.
Do you know if there is capacity to sponsor visa applications for this role? For context, I am a citizen of Indonesia.
Many thanks for your time in answering my question.
Hörmətli Yasmin Smit,
Mənə kömək edə biləcəyinizi düşünərək sizə yazıram. “The Nice Soap” şirkətinin bu yaxınlarda “Linkedin”də UX dizayner vəzifəsi üçün elan yerləşdirdiyini gördüm. Vəzifə ilə bağlı bir sualım var və İşçilərin müvəffəqiyyəti şöbəsinin direktoru olduğunuz üçün məsləhət verə biləcəyinizi düşündüm.
Bu vəzifədə viza müraciətlərinə sponsorluq etmək imkanı varmı? Yeri gəlmişkən, mən İndoneziya vətəndaşıyam.
Sualımı cavablandırmaq üçün vaxt ayırdığınıza görə çox sağ olun.
4. İş axtarışınızda müstəqil bir işəgötürəndən kömək istəmək
Dear Yasmin Smith,
Please excuse my messaging you out of the blue. I noticed that you are a top recruiter in the New York carpet trading industry, and have worked with a number of companies that I admire, so I thought you seemed like a great person to reach out to! I am a Carpet Salesman with three years of industry experience and a degree in Carpet Selling Studies, and I am currently on the lookout for a new position.
I wondered if you might be able to assist me in my search? Even if I am not a suitable candidate for any open roles you have at the moment, I would be immensely grateful for any insights you can share from a recruiters’ perspective. I can be reached at [email protected] if you would prefer to have this discussion over email.
Many thanks for your consideration.
Hörmətli Yasmin Smit,
Gözlənilməz müraciətim üçün üzr istəyirəm. Sizin Nyu-Yorkun xalça ticarət sənayesində ən yaxşı işəgötürən olduğunuzu və heyran olduğum bir çox şirkətlə çalışdığınızı gördüm, buna görə də kontakt yaratmaq üçün düzgün şəxs olduğunuzu düşündüm. Mən üç illik satış təcrübəsi və xalça satışı araşdırmaları ixtisasına malik olan bir satıcıyam. Hazırda yeni iş axtarıram.
Bilmək istərdim ki, axtarışımda mənə kömək edə bilərsiniz mi? Hal-hazırda sahib olduğunuz hər hansı bir açıq vəzifəyə uyğun bir namizəd olmasam belə, bir işəgötürən baxımından tövsiyələrinizi almaq istərdim. Bu müzakirəni e-poçt vasitəsi ilə etmək istəsəniz, [email protected] ünvanına yaza bilərsiniz.
Diqqətinizə görə çox sağ olun.
5. Elanını gördüyünüz vakansiyanın hələ də açıq olub-olmadığını soruşmaq
Dear Yasmin Smith,
I am hoping to apply for the position of Ski Instructor which I saw Snowy Days had advertised on LinkedIn’s jobs board. However, I noticed that the advertisement was placed over a month ago now, on February 22nd. I just wondered whether the vacancy has already been filled?
Many thanks for your help. If you are still accepting applications, then I very much hope we will be in touch a lot more!
Hörmətli Yasmin Smit,
“Snowy Days” şirkətinin “LinkedIn”də elan verdiyini gördüyüm Xizək müəllimi vəzifəsi üzrə vakansiya elan etdiyini gördüm. Amma deyəsən, reklamı bir aydan əvvəl – 22 fevralda yerləşdirilib. Bilmək istərdim ki, vakansiya hələ də davam edirmi?
Köməyiniz üçün çox sağ olun. Hələ də müraciətləri qəbul edirsinizsə, ümid edirəm ki, daha çox əlaqə saxlayacağıq!
Ən xoş arzularla,
6. Staj (internship) imkanları haqqında soruşmaq
Dear Yasmin Smith,
I am currently in my second year of a Security Risk Management degree at Copenhagen University, and am seeking opportunities to develop my research skills in a professional context. Do you have any vacancies for interns this summer?
I have been following Egg Limited on LinkedIn for some time, and have a deep respect for the company as a leading voice in the Professional Services industry. I would be particularly keen to learn from departments that deal with financial risk management. I know that you must receive many such inquiries, but if you would be prepared to discuss this with me further, I would be delighted to send over my CV and some letters of recommendation from my professors.
Thank you for your consideration, I hope very much to hear from you soon.
Hörmətli Yasmin Smit,
Mən hal-hazırda Kopenhagen universitetində Təhlükəsizlik risklərinin idarə edilməsi ixtisası üzrə təhsilimin ikinci ilindəyəm və tədqiqat bacarıqlarımı peşəkar inkişaf etdirmək üçün imkanlar axtarıram. Bu yay təcrübəçilər üçün vakansiyalarınız varmı?
Bir müddətdir “LinkedIn”də “Egg Limited”i izləyirəm və peşəkar xidmətlər sektorunda aparıcı səs kimi şirkətə dərin hörmətim var. Xüsusilə maliyyə risklərinin idarə edilməsi ilə məşğul olan şöbələrdən nələrsə öyrənmək istərdim. Bilirəm ki, belə sorğular çox alırsınız, amma mənimlə daha ətraflı müzakirə etməyə hazır olsanız, öz CV-mi və professorlarımdan bəzi tövsiyə məktublarını göndərməkdən məmnun olaram.
Diqqətinizə görə təşəkkür edirəm, ümid edirəm ki, tezliklə sizdən xəbər alacağam.
Xülasə
“LinkedIn”də elə bir düstur yoxdur ki, onu ismarıclara tətbiq edib 100 % ümid etdiyiniz nəticəni alasınız, amma bu məsləhətlər və şablonlar məqsədə çatmaq üçün ən düzgün vəa faydalı nümunələridir.
E-poçt üzərindən böyük bir əlavə necə göndərə bilərəm?
Bütün İnternet e-poçt xidmətlərinin eki poçtla göndərildiyi zaman nə qədər eki ola biləcəyinə dair məhdudiyyətlər var. E-poçt üzərindən böyük bir əlavə göndərmək istəyirsinizsə (məsələn, 20 MB-dan çox), başqa bir paylaşma metodundan istifadə etməlisiniz. Aşağıda nə qədər əlavə göndərə biləcəyiniz və faylları paylaşmağın digər yolları haqqında əlavə məlumat verilmişdir.
Elektron poçt eki ölçüsü nədir?
Bütün e-poçt xidmət təminatçıları fərqli əlavə limitlərinə malikdirlər. Aşağıdakı cədvəldə bu hədlər göstərilir.
Bu məhdudiyyətlər alınan mesajlar üçündür. Gmail kimi bir e-poçt xidmətindən istifadə edirsinizsə və fərqli bir provayderi olan birisinə böyük bir əlavə göndərirsinizsə, daha kiçik bir limit ölçüsünə sahib olduğu üçün işləməyəcəkdir.
E-poçt Təminatçısı | Əlavə limiti |
---|---|
AOL | 25 MB |
Hotmail | 10 MB |
Gmail | 25 MB |
GoDaddy | 20 MB |
Mail.com | 50 MB |
Outlook.com | 10 MB |
Yahoo poçtu | 25 MB |
Zoho Mail | 12 MB |
Çox böyük bir əlavə göndərdiyim zaman nə olur?
Çox böyük bir əlavə göndərirsinizsə, aşağıdakı səhvlərdən biri ilə e-poçt xidmətindən geri dönə bilərsiniz.
Bir xidmətin bir e-poçt göndərməsi də mümkündür, yəni alıcınız göndərdiyiniz mesajı almayacaq və sizə xəbər verilmir.
Əlavə e-poçt səhvləri çox böyük
- 552: Mesaj ölçüsü icazə verilən maksimumdan çoxdur.
- Qoşma ölçüsü icazə verilən həddən artıqdır.
- Sistem çatdırıla bilməz, mesaj ölçüsü gedən mesaj ölçüsü limitini aşır.
- Göndərməyə çalışdığınız mesajın ölçüsü serverin qlobal ölçü həddini aşır. Mesaj göndərilmədi; mesajın ölçüsünü azaltın və yenidən cəhd edin.
Böyük qoşmalar üçün hansı xidmətlərdən istifadə edə bilərəm?
Hansı xidmətdən istifadə etməyiniz paylaşmağa çalışdığınızdan və alıcınızın kompüterində və ya cihazında nəyə giriş əldə etməsindən asılıdır. Aşağıda tövsiyə olunan qaydada xidmətlərin siyahısı verilmişdir.
Xidmət | Qəbul edilmiş sənədlər və üstünlüklər |
---|---|
Google Disk | Bu gün, bir çox xidmətlərindən ən az biri üçün Google hesabına sahib olmaq yaygındır. Xüsusi interfeys və bəzi xüsusi məhdudiyyətlərlə 15 GB pulsuz yaddaş təmin edən Google Drive-a girişə icazə verir. |
Dropbox | Dropbox, pulsuz 2 GB və 16 GB-a qədər pulsuz yaddaş qazana bilmə imkanı ilə təmin edilən başqa bir əla xidmətdir. Ayrıca, bir Dropbox hesabı ilə, digərləri ilə faylları paylaşa bilərsiniz. |
YouTube | Bir video əlavə etmək istəyirsinizsə, YouTube-dan daha yaxşı bir onlayn xidmət yoxdur. Bundan əlavə, əksər insanların anlamadığı şey, YouTube videolarını xüsusi hala gətirməkdir, yəni yalnız video bağlantısını paylaşdığınız insanlar baxa bilər. |
OneDrive | Windows 10, Windows 8 və bütün Office 365 istifadəçiləri 5 GB pulsuz bulud anbarı təklif edən OneDrive-a giriş imkanı əldə edirlər. OneDrive e-poçt vasitəsilə əlavə olaraq göndərilə bilməyən böyük faylları (maksimum 10 GB ölçüyə qədər) paylaşmağı asanlaşdırır. Office 365-ə abunə olmusunuzsa, istifadə etmək üçün 1 TB OneDrive yaddaşınız var. |
Rlb-nin məzmununu e-poçt ünvanına necə göndərə bilərəm
İş elanlarında işəgötürənlər əlaqə vasitəsi olaraq, əsasən, e-mail istifadə edirlər.
Bu günə qədər neçə belə e-mailə CV atmısınız? 10, yoxsa 50? Bəlkə daha çox? Bəs neçəsinə geri dönüş edilib? “Mənfi də olsa, cavab versəydin barı” dediyiniz də olub?
Düzdü, ölkədə çox az sayda seçilməyən namizədlərə də geri dönüş edən işəgötürən (HR) var. Bəzən CV çox olduğu üçün, bəzən vaxtları olmadığı üçün, bəzən də sadəcə buna ehtiyac duymadıqları üçün seçilməyən namizədlərə seçilməmələri barədə geri dönüş etmirlər. Amma bu gün mövzumuz bu deyil.
Bu gün “CV necə göndərilməlidir?” sualını araşdıracağıq. CV göndərərkən nə edə bilərsiniz ki, diqqət çəksin? CV göndərmək üçün qaydalar varmı?
Doğru mail seçimi edin.
CV-nizi göndərəcəyiniz e-poçt ünvanı kiçik bir detal kimi görünsə də, çox vacibdir. Ad soyad görünməyən qarışıq simvol və rəqəmlərlə yaradılan e-poçtlar müsbət təəssürat oyatmır. Ona görə də, e-poçt ünvanı yaradarkən ad soyadınızın aydın göründüyündən əmin olun. (Məsələn: resul.resulov@. )
Gəlin, bu vəziyyətə insan resursları mütəxəssisinin gözündən baxaq. Kompüterində bir bildiriş alır, poçt qutusuna daxil olur. Qarşılaşdığı səhnə “r20013019@gmail.com”-dən gələn bir məktubdur. Məktubu açır içində bir CV. Yaxşı, bəlkə də, bu CV-yə baxarsınız, amma qarşı tərəfin (HR-ın) ilk təəssüratını təsəvvür edirsiniz? Bir də o CV-nin heç açılmamaq ehtimalı var.
“Mən universiteti uğurla bitirmiş və az-çox təcrübəsi olan bir adamam, niyə sadəcə e-poçt adına görə məni seçməsinlər ki?” desəniz, belə cavab verə bilərik: Şirkət sizi işə götürərkən o vəzifəni sizə əmanət edir, çox şeyə cavabdeh olursunuz. Ancaq siz bu etdiklərinizlə deyirsiniz ki, mən bu işə vaxtımı ayıra bilmərəm. Bəlkə də, çox kiçik detal kimi görünür, amma vacibdir.
Əgər ad soyadınızın aydın göründüyü bir mail hesabınız yoxdursa, bu yazını oxuduqdan sonra açmağınızı tövsiyə edirik.
Mailin mövzu hissəsi boş qalmasın.
Mövzu (subject) hissəsi mailin niyə açılmalı olduğu haqqında mesaj verir. Bir çox hallarda namizədlər sadəcə CV göndərməklə kifayətlənirlər. CV nə üçün atılıb, hansı vakansiya üçün atılıb? Bilinmir. Ola bilər ki, şirkətdə bir neçə vakansiya olsun. Ona görə də ilkin olaraq e-poçt göndərərkən mövzu hissəsi (subject) boş qoyulmamalı, iş elanında qeyd olunan vəzifənin adı yazılmalıdır.
CV adını tənzimləyin
CV-niz sizin “şəxsiyyət vəsiqəniz”dir və sizi təmsil edir. Qarşı tərəfin sizi necə tanıması orada yazılanlardan asılıdır. Yaxşı, bu vəsiqə kimə aiddir? Yaratdığınız fayllar internetdən götürülmüş hazır formalardırsa, yüklənəndə “cv.pdf” , “125455214.pdf”, “sample cv”, “cv_example” kimi adlarda olurlar. Hazırladıqdan sonra buna fikir verməsəniz və bu şəkildə saxlasanız, qarşı tərəfə “sample_cv” şəklində bir sənəd göndərəcəksiniz. Bu cür sənəd adları mənfi təəssürat yaradır. Bu səbəbdən öz CV-nizi mütləq “Adınız və Soyadınız-CV” olaraq saxlamalısınız. ( ResulResulov_CV)Hər şeyi etdik. Bəs maildə nə yazaq?
İndi gəldik sonuncu mərhələyə. Bunu da uğurla dəf etsəniz, müsahibəyə çağırılma şansınız yüksək olacaq. Peşəkar görünüşlü bir mail adresi, mövzusu, məzmunu aydın və kimə məxsus olduğu bilinən bir CV göndərilməyə hazırdır. Ancaq göndərmədən əvvəl maildə bir neçə cümlə və ya müşayiət məktubu yaza bilərsiniz. Amma bunlar saytlarda olan hazır məktub şablonları olmasa, sizin üçün yaxşı olar. Şirkət xüsusiyyətlərindən asılı olmayaraq hər yerə eyni şəkildə göndərilən həmin avtomatik mesajlar, təəssüf ki, çox şablon və sıxıcıdır. Bəziləri çox peşəkar görünsə də, onları birbaşa Ctrl+C etməməyinizi tövsiyə edirik.
Əmin olun ki, sizdən başqa heç kim sizi daha düzgün ifadə edə bilməz. Bu səbəbdən bu işi niyə istədiyinizi bir neçə gözəl cümlə ilə izah etsəniz, bu işi səmimi qəlbdən istədiyiniz başa düşüləcəkdir. Səmimilik deyəndə emojilərlə bəzədilmiş mail də nəzərdə tutulmur. Ciddiliyi qoruyaraq və səmimi fikirlərinizi ifadə etdiyiniz mail çox uyğun olacaqdır. Bütün bu prosesləri nəzərdən keçirdikdən sonra maili rahatlıqla göndərə bilərsiniz.
Bu məqalə ilə “Nə üçün göndərdiyim maillərə cavab verilmir? sualına cavab verməyə çalışdıq. Əlbətdə bütün bunlar sizi birbaşa işlə təmin etmir. Burada CV-nin məzmunu da nəzərə alınmalıdır. Ancaq CV-nizin açılması,oxunması baxımından təqdimat önəmlidir və siz bu təqdimatı maildə edirsiniz. Sırf yuxarıda sadaladığımız səbəblərdən onlarla mail açılmır.
Comments are closed, but trackbacks and pingbacks are open.