Rəna həsənova coğrafiyadan məsələlər
Coğrafiya haqqında ilk biliklər qədim Babilistanda yaranmışdır. Sonralar Yunanstanda, Romada, Çində, Misirdə ətraf ərazilər və təbiətdə baş verən hadisələr haqqında geniş məlumatlar toplanmışdır.
Coğrafiyanın vəzifələri, sahələri və inkişaf tarixi.
Coğrafiya – Yer kürəsinin təbiətini öyrənən elmlərdən biridir. Sözün hərfı mə’nası “Yeri təsvir etmək” deməkdir. Yunancadan “qeo” – yer, “qrapho” – təsvir edirəm kimi tərcümə edilir. Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir.
Fiziki coğrafiya – Yerin coğrafi təbəqəsini, onun tərkibini, komponentlərini, onlar arasında olan əlaqələri, təbəqələrin inkişaf tarixini və istiqamətlərini öyrənir.
İqtisadi və sosial coğrafiya – təbii şərait və ehtiyatlardan istifadə edilməsini, təsərrüfatın və əhalinin yerləşməsi prinsiplə-rini öyrənir. İqtisadi coğrafiya terminini elmə 1760-cı ildə rus alimi М. В. Lomonosov gətirmişdir.
Tarixi metod vasitəsilə oby ekt və hadisədə müəyyən tarixi dövr ərzində baş verən dəyişikliklər öyrənilir və təhlil edilir. Məsələn, Qafqaz dağlarında buzlaqların sahəsinin azalmasını şəkillərin illər ərzində təhlilindən müşahidə etmək olar.
Kartoqrafk metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə və təhlilinə əsaslanır.
Müqayisə metodu obyekt və hadisələrin fərqli və oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə gəlməyə imkan verir.
Riyazi-statistik tədqiqat metodu – coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tədqiq edir. Nəticədə, öyrənilən obyekt və hadisələrin planlaşdırılması, layihələşdirilməsi həyata keçirilir.
Coğrafi modelləşdirmə real obyekt və hadisələrin modelinin hazırlanması və öyrənilməsinə əsaslanır. Coğrafi modellər qrafik və təsviri formada, həmçinin sözlər və simvollar vasitəsilə qurulur.
Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir; məsələn, su anbarının tikilməsi ilə ətraf ərazilərdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq mümkündür.
Aerokosmik metod vasitəsilə aero və kosmik şəkillərdən alınan informasiyalar əsasında müasir xəritələr tərtib edilir və coğrafi proseslər öyrənilir.
Çöl-tədqiqat metodları ilə ərazidə müşahidələr, yaxud cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanunauyğunluqlar müəyyən edilir.
Coğ rafiya elminin inkişafı
Coğrafiya haqqında ilk biliklər qədim Babilistanda yaranmışdır. Sonralar Yunanstanda, Romada, Çində, Misirdə ətraf ərazilər və təbiətdə baş verən hadisələr haqqında geniş məlumatlar toplanmışdır.
Beə III əsrdə Misirin İsgəndəriyyə şəhərində yaşamış qədim yunan alimi Eratosfen (e.ə. 276-194) «Coğrafiya» sözünü elmə gətirmiş, bu sahədə ilk kitab yazmış öz dövründə məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. Bu xəritədə Köhnə Dünya adlanan Avropa, Qərbi Asiya və Şimali Afrika təsvir olunur. Eratosfen Yerin meridian çevrəsinin uzunluğunu (39 690 km) və Yer kürəsinin radiusunu (6310 km, bəzi mə’lumatlara görə 6844 km) hesablamışdır. Eratosfen belə hesab edirdi ki, Pireney yarımadasından qərbə tərəf üzməklə Hindistana çatmaq olar.
Eramızın əvvəllərində yaşamış Yunan mənşəli Роmа Alimi Strabon (e.ə 63 -24) İri həcmli «Coğrafiya» kitabını yazmışdır. 17 kitabdan ibarət Olan Strabonun bu əsərində qədim yunanlara məlum olan bütün ərazilər, о cümlədən Qafqaz Albaniyası təsvir edilmişdir.
Qədim yunan alimi Klavdi Ptolemey (90-168) də Misirin İsgəndəriyyə şəhərində yaşamışdır. O, səkkiz kitabdan ibarət “Coğrafiya” kitabını yazmışdır. Birinci kitabında Ptolomey coğrafiyanın öyrəndiyi sahələri göstərmiş, xəritə tərtib etmişdir. Coğrafiyanın xəritəşünaslıq və ölkəşünaslıq kimi iki sahədən ibarət olmasını qeyd etmişdir.
Ptolemeyin xəritəsində Eratosfenin xəritəsinə nisbətən Afrikada və Asiyada daha geniş ərazilər təsvir olunmuş, Yerin əyriliyi nəzərə alınıb, dərəcə toru çəkilmişdir. Alimin yaratdığı Geosentrik Sistem nəzəriyyəsinə (“Astronomiyanın əsas riyazi quruluşu” kitabında) görə Yer kürəsi kainatın mərkəzindədir. Günəş və digər göy cisimləri Yerin ətrafında fırlanır. Bu nəzəriyyəni Aristotelin də nəzəriyyəsi idi.
Orta əsrlər dövrü- V-XV əsrlər arası
Orta əsrlər dövründə coğrafiyanın inkişafında mühim mərhələyə qədəm qoyulmuşdur. Orta əsrlərdə polyak alimi N. Kopernik Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasına əsaslanan “heliosentrik sistem” nəzəriyyəsini irəli sürmüşdü (1443). Coğrafiyanın inkiafında rolu olan ərəb səyyah və dənizçilərindən ibn Rüşt , Əl-Məsudi, Yaqut Əl-Həməvi, İbn-Bəttutə və s misal çəkmək olar.
XV əsrin ikinci yarısında (1468-1474) Hindistana səyahət edən rus taciri A. Nikitinin coğrafi təsəvvürləri daha da genişləndirdi. Onun səyahəti haqqında məlumatlar “Üç dəniz arxasına səyahət” kitabında toplanmışdır.
X-XI əsrlərdə Səmərqənddə yaşamış türk dünyasının görkəmli alimlərindən biri Əbu Rеyhan Biruni Şərqdə ilk dəfə gildən Yerin kiçildilmiş modelini – qlobusu düzəltmişdir. XIII əsrdə yaşamış Azərbaycan alimi Nəsirəddin Tusinin xidmətləri daha böyükdür. О, pоlyak alimi Kоpеrnikdən 500 il əvvəl Yerin Günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən əsaslandırmışdır. N.Tusinin tərtib etdiyi ulduzlu səmanın qlobusu – həmin dövrdə elmi nailiyyətlərin göstəricisidir. X əsrdə skandinaviyalılar Amerika qitəsində olmuşdular. Lеyf Еrikssоn dəstəsi ilə bu materikin şimal-şərqinə dəfələrlə səfər etmişdir. Орtа əsrlər dövründə Marko Polonun (XII əsr) adı ilə bağlanan “Böyük İpək Yolu” ölkələr arasında ticarət əlaqələrinin həyata keçirilməsində çox böyük əhəmiyyətə malik idi.
Böyük coğrafi kəşflər dövrü- XV-XVII
Böyük Coğrafi kəşflər dövrünə qədər və onun ilkin vaxtlarında coğrafiyada təsviretmə ənənələri qalmışdır. Bunlar ümumi fiziki coğrafiya (yerşünaslıq), və regional coğrafiyanın əsaslarını təşkil edirdi. Bu sahələrə aid zəngin məlumatlar toplanmışdır.
1492 ci ildə X. Kolumb – Hindistana dəniz yolu kəşf etmək məqsədi ilə Qərbə tərəf üzmüş və Amerika qitəsin kəşf etmişdir. Onun ilk kəşf etdiyi adaları Vest- Hind adlandırmışdır.
- Baham adaları, Kuba, Yamayka, Puerto-Riko adası və s.
- Saqras dənizini
- Şimali Passat cərəyanını kəşf etmışdır.
Amerika qitəsi isə Kolumbun yox Ameriqo Vespuçinin adı ilə Amerika adlandırılmışdır. Yeni Dünyanın kəşf edilməsi Avropa ölkələrinin iqtisadi və siyasi həyatına böyük təsir etdi. Ticarət yolları tədricən Aralıq dənizi hüdudlarından çıxaraq daha geniş əraziləri əhatə etməyə başladı. Bu isə bəzi ölkələrin coğrafi mövqelərinin yaxşılaşmasına səbəb oldu.
Yeni torpaqları müstəmləkələrə çevirən avropalılar bu əraziləri istismar etməklə təbii sərvətləri daşımağa başladılar. Bu, Avropa ölkələrinin gələcək iqtisadi inkişafının əsasını qoymuş oldu.
1498 – ci ildə Vasqo da Qama Hindistana gedən dəniz yolunu isə kəşf etmiş, Atlantik okeanı ilə Hind okeanı arasında əlaqənin olmasını müəyyən etmişdir.
1519- 1521 – ci illərdə Fernan Magellan ilk dünya səyahətini yerinə yetirdi, dünya okeanının vahidliyi sübut olundu, Yerin kürə şəklində olması təcrübi yolla aydınlaşdı, bundan başqa “Odlu Torpaq” adası və CƏnubi Amerika ilə arasında olan Magellan boğazı kəşf olundu.
XVII əsrin əvvəllərində holland səyyahı V.Yanson Avstraliya sahillərində olmuş, lakin buranı ada hesab etmişdir. 1642-ci ildə digər hollandiyalı səyyah A. Tasman Avstraliyanın şərq, şimal-şərq, cənub sahillərini və hazırkı Yeni Zelandiya və Tasmaniya adalarını kəşf etmişdir. Həmin dövrdə avropalılar kəşf etdikləri yeni ərazilərə öz vətənlərindəki adları verirdilər.
Abel Tasmanın səyahət marşurutu
V. Yansonun səyahət marşurutu
Мerkator ( 1512-1594 ) xəritələri toplu halında hazırlamış və onu “Атлас” adlandırmışdır.
Yeni dövr. XVII əsrdən sonrakı dövrlər
İngilis dəniz səyyahı Ceyms Kuk naməlum Cənub torpaqlarını axtarmaq və xəritəyə köçürmək üçün XVIII əsrin 60-70-ci illərində üç dəfə dünya səyahəti etmişdir. О, səyahət zamanı Sakit okeanın mərkəzi və qərb hissələrində yerləşən adaları öyrənmiş, Havay adalarını kəşf etmişdir. Yeni Zelandiyanın müstəqil iki adadan ibarət olması onun səyahətinin əsas nəticələrinə aiddir. Avstraliya materikininin öyrənilməsində Mikluxo- Maklayında böyük xidmətləri olmuşdur.
Ceyms Kukun səyahəti
Alman təbiətşünası A. Humbolt 1799-1804-cü illərdə Orinoko, Amazon çaylarını, Kotopaxi, Çimboraso və Meksikada olan vulkanları, Mərkəzi Amerika adalarını öyrənmişdir. O, materikdə iqlimin formalaşmasını, daxili və sahilboyu ərazilərdə iqlim şəraitində olan fərqləri göstərmişdir. A. Humboldt bitkilərin coğrafi enliklər və şaquli zonallıq üzrə yayılmasını öyrənmiş, materikin geoloji xəritəsini tərtib etmiş, okean cərəyanlarının materikin təbiətinə təsirini müəyyən etmişdir (Humbolt cərəyanı). XIX əsrin əvvəlində A. Humboldtun Cənubi Amerikaya səfərindən sonra iqlimşünaslıq və bitki coğrafiyası (biocoğrafiya) elmləri haqqında məlumatlar toplandı.
Cənub qütb sahəsində yerləşən Antarktida materikinin kəşfi də maraqlı olmuşdur. Bu ərazilərə səyahət etmək barədə heç kim düşünmürdü. Yalnız C. Kuk cənuba doğru daha çox irəliləmiş, lakin soyuq hava və ucsuz-bucaqsız buzlar onun Antarktidaya çatmasına imkan verməmişdi.
Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. Bellinshauzen və M. Lazarev tərəfindən kəşf edilmişdir.
1872-1876-cı illərdə İngiltərənin “Çellencer” tədqiqat gəmisinin səyahətindən sonra okeanoqrafiya (okeanologiya) elmi sürətlə inkişaf etmişdir.
Torpaq coğrafiyası elmi XIX əsrin sonu, XX əsrin əvvəlində VV Dokuçayevin Rusiyanın Avropa hissəsində apardığı tədqiqatlardan sonra yaranmışdır. 1760-cı ildə М. В. Lomonosov ” iqtisadi coğrafiya ” terminini elmə gətirmişdir. Sonrakı dövrlərdə bu elm sahəsi iqtisadi və sosial coğrafiya adlanmışdır.
Maqnit qütbləri – Şimal maqnit qütbü 1831-ci ildə ingilis qütb tədqiqatçısı Con Ross , cənubdakı maqnit qütbü isə 1841-ci ildə Ceyms Ross tərəfindən fəth edilmişdir.
Qitələrin öyrənilməsi
Afrika materikinin öyrənilməsində rolu olan səyyahlar- D. Livinqston, V. Yunker, H. Stenlinin rolu böyük olmuşdur. 1849-1873-cü illərdə ingilis David Livinqston Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdir. Səyyah ilk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçmişdir. O, Konqo, Zambezi çaylarının yuxarı axarlarını, Nyasa və Tanqanika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdir. Bu ərazilər XIX əsrin 70-ci illərində Stenlinin başçılığı ilə öyrənilmişdir.
Amerikanın öyrənilməsi – A. Humbolt, E. Bonplan, N.Vavilov, C. Kabot, Hudzon, Bering, Baffin, Makkenzi
Türk səyyahı Piri Rəis Atlantik okeanının çox mükəmməl xəritəsin hazırlamışdır
Avrasiyanın şimal-şərq hissələri – XVII – XVIII əsrlərin ən mühüm coğrafi kəşflərinə Avrasiyanın şərq hissəsinin, Amerikanın Sakit okean sahillərinin öyrənilməsi, fransızların Sakit okeanda apardığı tədqiqatları aid etmək olar. Avrasiyanın ucqar şərq nöqtəsinə rus dənizçisi S.İ.Dejnyov hələ XVII əsrin ortalarında çatmışdır və ya fəth etmişdir. İki materik arasında olan Berinq boğazı XVIII əsrin əvvəlində kəşf edilmişdir. Az sonra Asiyadan Amerika sahillərinə rus dənizçisi V.Berinqin başçılığı ilə çatmaq mümkün olmuşdu.
Avstraliyanın öyrənilməsi- Yanson, Tasman, C. Kuk
Antraktidanın öyrənilməsi – Bellinshauzen, Lazaryev, Amundsen, Skot
Azərbaycanda coğrafiya elminin inkişafı
Nəsirəddin Tusi (1201-1274) 1259-cu ildə Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmış, Yerin fırlanması və ölçülərini müəyyən etmiş, coğrafi məntəqələrin koordinatlarını vermişdir.
Əbdurrəşid Bakuvi – Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Салех ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Həmin kitabın əlyazması Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur. (Abidələrin “xülasəsi və qüdrətli hökmdarların möcüzələri”)
Hacı Zeynalabdin Şirvani (XIX əsr) mənşəcə Azərbaycan türklərindən olan məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair.Böyük səyahət yolu keçmişdir.
Bu yol 60 min km uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın Tropik meşələrindən, Hind okeanı adalarından keçib. О, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanmışdır.
Abbasqulu Ağa Bakıxanov- XIX əsr (1794- 1837) Azərbaycanın tarixi, Ictimai-iqtisadi inkişafı haqqında «Gülüstani-İrəm», Xristofor Kolumbun Amerikanı kəşf etməsi haqqında «Qəribə kəşflər», Kainatın Heliosentrik Sistemi haqqında «Kainatın sirləri» əsərlərini yazmışdır.
Həsən bəy Zərdabinin (1842-1907) əsərlərində Azərbaycanın təbiəti haqqında zəngin məlumatlar vardır. zəngin məlumatlar vardır.
Qafur Rəşad Mirzəzadə (1884-1943) XX əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitabın müəllifidir («Qafqaz coğrafiyası», «Ümumi coğrafiya»).
Baharlının coğrafiya kitabı qadağan olunmuşdur (1921)
(Səbəb siyasi baxışlarına görə. 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur) 1937-ci ildə repressiya qurbanı olmuşdur.
Respublikamızda coğrafiya elminin forma-laşması XX əsrin 30-cu illərində başlansa da, 50- 60-cı illərdən sonra sürətlə inkişaf etmişdir.
Relyef i-Budaq Budaqov və Müseyib Müseyibov,
İqlimi- Ənvər Şıxlinski və Əliabbas Mədətzadə,
Çayları – Saleh Rüstəmov, Fərda İmanov tərəfindən öyrənilmişdir.
Xəzər dənizini – Qasım Gül,
Тоrpaq örtüyünü- Həsən Əliyev, Məmməd Salayev,
İqtisadi coğrafiyasını- Hadı Əliyev, Əbdürrəhim Hacızadə, Asəf Nadirov tədqiq etmişlər
Qeyd: Online dərslərə qoşulmaq istəyənlər əlaqə saxlaya bilərlər.
Əlaqə nömrəsi: Whatsap – 055-534-81-70
Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)
Bu dövrdə soyuq və şaxtalı təbiəti olduğuna görə Yerin indiyə qədər az öyrənilmiş qütb zonalarına diqqət artırılır. Avropadan Hindistana və Çinə şimal yolunun axtarışı bu məsələni sürətləndirir. Bununla bağlı Murmansk və Arxangelskinin kiçik limanlarında tez-tez iri xarici gəmilər görünməyə başlayır. Bütün cəhdlərə baxmayaraq yalnız 1878-1879-cu illərdə İsveçlərin təşkil etdikləri ekspedisiya Şimal yolu ilə Berinq boğazına qədər gedib çıxa bilir. Arktikanın mənimsənilməsi ilə bağlı aparılan belə ciddi işlərdə norveçli səyyah Frityof Nansenin (1861-1930) xidmətləri danılmazdır. Nansenin itlər qoşulmuş xizəkləri Qrenlandiya sahillərini gəzmiş, onun buz topalarını öyrənmiş və sonralar gəmi ilə Qara dənizindən Laptevlərə qədər hərəkət etmiş və buzların dreyfinin istiqamətini müəyyənləşdirmişdi. Bu böyük səyyah-coğrafiyaşünas Rusiyanın Volqaboyunda quraqlıqdan aclıq çəkən insanlara əvəzsiz yardım göstərmişdir. Yenə də norveçli səyyah Raul Amundsen «Yoa» gəmisində (1903-1906) Amerikanın şimal sahillərini dolanaraq Berinq boğazından keçib San-Fransiskoya gəlmişdir. Beləliklə, Amundsen ilk dəfə Şimal-Qərb keçidi (Hindistana və Çinə gedən yol) adlanan yola çıxmışdır.
XIX əsrin sonuna yaxın Yerin qütblərini kəşf etmək uğrunda mübarizə özünün kulminasiya nöqtəsinə çatır. Özü də bu yarışda ön plana elmi maraqlardan daha çox yox, milli və şəxsi nüfuzlar çəkilmişdir.
Amerikalı Robert Piri (1856-1920) həyatının 23 ilini Şimal qütbünün öyrənilməsinə həsr etmişdir. Bir neçə ciddi cəhətlərdən sonra Robert Piri nəhayət, 1909-cu ildə tarixdə ilk dəfə olaraq Şimal qütbündə olur. Cənub qütbünə isə kimin tez çatacağı uğrunda gedən mübarizə faciə ilə nəticələnir. Norveçli Raul Amundsenin başçılıq etdiyi ekspedisiya itlər qoşulmuş xizəklərlə 1911-ci ilin dekabrında Cənub qütbünə çatır, orada məktub və çadır qoyub geri dönür. At qoşqu heyvanları qoşulmuş xizəklə yola düşən ingilis Robert Skotun (1868-1912) ekspedisiyası bir aydan sonra gəlib cənub qütbünə çatır və burada Norveç bayrağını görür. İngilislər gecikdiklərinə görə mənəvi cəhətdən dərin sarsıntı keçirirlər və geri qayıdarkən yolda həlak olurlar.
Beləliklə, qütblərin kəşfi uğrunda gedən böyük epopeya başa çatır, lakin həmin dövrdə onların elmi cəhətdən öyrənilməsi hələ aparılmırdı. Yalnız sonralar yeni texniki avadanlıqlarla təchiz olunan ekspedisiyalar Arktika və Antarktikanın əsaslı öyrənilməsinə başlayırlar.
XIX əsrin sonu, XX əsrin başlanğıcında Rusiyada coğrafiya elminin inkişafı rus coğrafiya məktəbinin əmələ gəlməsi ilə səciyyələnirdi. Bu baxımdan rus alimi D.N.Anuçinin (1843-1923) yaratdığı məktəb xüsusilə seçilirdi. Anuçin yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əhəmiyyəti olan universitet coğrafiya məktəbini yaratmışdır. Bu məktəb əvvəlcə Moskva Universitetində yaranmış, onun təsiri ilə sonralar Rusiyanın digər universitetlərində məktəblər meydana gəlmişdir.
1884-cü ildə Moskva Universitetində tarix və filologiya fakültəsində coğrafiya kafedrası açılır. Ona rəhbərlik etmək üçün D.A.Anuçin dəvət olunur. Sonralar bu kafedra coğrafiya, antropologiya və etnoqrafiya kafedrasına çevrilir və fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə keçirilir, kafedranın nəzdində coğrafiyanın müxtəlif sahələrini əhatə edən yeni fənlərin tədrisinə başlanır. Alim burada ümumi fiziki coğrafiya, Rusiyanın fiziki coğrafiyası, xarici ölkələrin coğrafiyası, yerşünaslığın tarixi, Rusiyanın etnoqrafiyası, ümumi etnoqrafiya, antropologiya və s. kimi fənnlərdən mühazirələr oxuyur. Sonralar Anuçinin səyi sayəsində coğrafiyanın tarixi və metodologiyası, hidrologiya, kartoqrafiya, geomorfologiya, diyarşünaslıq və başqa fənlər də tədris planına daxil edildi. Kafedrada aparılan ilk elmi iş antropologiya və etnoqrafiyaya aid olmuşdur. D.N.Anuçin insanın mənşəyi, qədim tarixi, etnogenezisi və müxtəlif xalqların həyatı və mənşəyi problemlərinin öyrənilməsinə böyük maraq göstərmişdir. Onun coğrafi əsərlərində insan problemləri ön planda olub, həm ümumi hissədə (yerşünaslıqda), həm də xüsusi hissədə (diyarşünaslıqda) çox mühüm yer tutur.
D.N.Anuçin praktika üçün labüd olan orijinal və konkret tədqiqatların aparılmasını coğrafiya elminin əsas vəzifələrindən və onun inkişafı üçün əsas şərtlərindən biri hesab etmişdir. Bu məqsədlə o Volqanın və Qərbi Dvinanın yuxarılarını coğrafi cəhətdən öyrənmişdir. Bu çayların yuxarı axarının gəmiçilik üçün və Rusiyanın Mərkəzi rayonunun içməli su ilə təmin edilməsi üçün böyük əhəmiyyəti var idi. Həmin tədqiqatların nəticələri onun bir sıra əsərlərində şərh edilmişdir.
Alim Rusiyada limnologiya (gölşünaslıq) elminin əsasını qoymuş və öz tələbələrini də bu sahəyə yönəltmişdir. O, gölə bütöv coğrafi sistem kimi baxıb onun relyefdən, çay şəbəkəsinin konfiqurasiyasından, yeraltı suların rejimindən, iqlimindən, insanın fəaliyyətindən və s. amillərdən asılı olduğunu qeyd edirdi. A.N.Anuçinin coğrafiyanın metodologiyası və elmi tədqiqat metodları haqqındakı mülahizələri coğrafiya elminin tarixində mühüm yer tutur. O, qeyd edir ki müasir coğrafiya qapalı elm olmayıb hər biri ayrı-ayrılıqda inkişaf edə bilən bir sıra elmlərin kompleksidir. Bu cəhətdən coğrafiya müstəsna deyildir. Bir çox elm sahələri də zaman keçdikcə yeni elm sahələrinə bölünmüşdür.Onun fikrincə, coğrafiya iki hissədən – ümumi coğrafiyadan (yerşünaslığdan) və xüsusi coğrafiyadan (diyarşünaslıqdan) ibarətdir. Ümumi coğrafiyaya o, astronomik coğrafiyanı (riyazi coğrafiyanı), geofizikanı (yerin fizikasını), fiziki coğrafiyanı (oroqrafiya, okeanoqrafiya, iqlimşünaslıq), bioloji coğrafiyanı və insan coğrafiyasını aid edirdi.
A.N.Anuçin Rusiya coğrafiyasına xidmət edən böyük elmi məktəb yaratmışdır. Bu məktəbin yetişdirmələrindən L.S.Berq, A.S.Barkov, V.V.Boqdanov, M.A.Boqolepov, M.S.Bodnarski, A.A.Borzov, S.Q.Qriqoryev, A.N.Cavaxaşvili, A.A.İvanovski, B.F.Dobrınin, A.A.Kruber, S.V.Çefranov, İ.S.Şukin və b. coğrafiya elminin inkişafında böyük rol oynamışlar.
Rusiyada coğrafiya elminin inkişafına güclü təsir göstərmiş alimlərdən biri də V.V.Dokuçayev olmuşdur (1846-1903). L.S.Berq onu yüksək qiymətləndirmiş, coğrafiyanın müasir istiqamətinin banisi hesab etmişdir. B.B.Polınov isə Dokuçayevi öz dövrünü qabaqlayan coğrafiyaçı adlandırmışdır.Dokuçayev coğrafiyada landşaftlar nəzəriyyəsinin ən görkəmli nümayəndələrindən biri idi. Landşaftın mənşəyini və inkişafını öyrənən bu nəzəriyyə coğrafi obyektlərin mürəkkəb qarşılıqlı əlaqələrini aydınlaşdırır, orada gedən prosesləri dərk edir, bu prosesləri yalnız məkan cəhətdən deyil, zamana görə də araşdırır. Beləliklə də öz dövrünü xeyli qabaqlamış alim coğrafiyanı yeni baxımdan izah edir. 1879-cu ildə «Rus torpaqlarının kartoqrafiyası» adlı kitabını nəşr etdirən Dokuçayev, hələ o zaman belə bir müddəa irəli sürürdü ki, torpaqların tipləri və coğrafiyası planetimizin tarixi ilə genetik cəhətdən sıx bağlıdır. Onun rəhbərlik etdiyi ilk böyük kollektiv çöl işlərindən biri (1882-1885) Nijeqorodsk quberniyasının torpaqlarının iqtisadi cəhətdən qiymətləndirilməsi işinə həsr edilmişdir. Bu iş üçün hazırlanan proqram qiymətli tədqiqat üsulunun nümunəsi idi. Nijniy-Novqorod ekspedisiyasının materialları çoxlu xəritələrlə birlikdə 14 cilddə çap olunmuşdur. Ekspedisiyanın gedişində torpaqşünaslığın əsas müddəaları işlənib hazırlanmışdır. Bu müddəaların məğzi odur ki, torpaq iqlimdən, relyefdən, ana suxurlardan (geologiya) və orqanizmlərin fəaliyyətindən asılı olan müstəqil təbii-tarixi cisimdir. Sonralar belə bir ekspedisiya Poltava quberniyasında da (1888-1894) aparılmışdır ki, onun da materialları 16 cilddə iri miqyaslı xəritələrlə nəşr olunmuşdur. Aparılan hər bir ekspedisiya Dokuçayevin tələbələri və əməkdaşları üçün çox gözəl kompleks tədqiqat tərkibi idi. Peterburq universitetində bu məlumatların bazasında xüsusi torpaq qiymətləndirmə laboratoriyası yarandı.
Üçüncü böyük kollektiv çöl işi Rusiyanın çöllərində su və meşə təsərrüfatının öyrənilməsinə və saya salınmasına həsr olunmuş xüsusi ekspedisiya idi (1802-1897). 1891-ci ilin güclü quraqlıq və aclığından sonra işə başlamış bu ekspedisiya quraqlıqla mübarizə aparmaq üçün çox iş gördü. O, çöllərin təbii təbii ehtiyatlarını, xüsusən su ehtiyatlarını və torpaqlarını öyrəndi və quraqlığın qarşısını almaq üçün dəyərli təkliflər irəli sürdü. Bu ekspedisiyanın nəticələri 18 buraxılışdan ibarət «Əsərlərdə öz əksini tapdı. Dokuçayevin elmi yaradıcılığının və ideyalarının inkişafının ən yüksək zirvələrindən biri onun «Rus qaratorpağı» (1883) əsəridir. O, bu əsərində yazırdı ki, Qaratorpaqların dəqiq coğrafiyası olmadan onların mənşəyi haqqındakı məsələni düzgün həll etmək olmaz; Rusiyada məlum olan yabanı bitkilərin və vəhşi heyvanların yayılması torpaqların coğrafiyası ilə əlaqədardır.
Alim ilk dəfə olaraq oroqrafik, geoloji və tarixi xüsusiyyətlərinə görə Rusiya Qaratorpağının təbii rayonlaşdırılmasını aparmış, hər rayonun dəqiq xarakteristikasını vermiş, torpağın quruluşu və qalınlığı ilə relyef arasındakı əlaqələri göstərmiş, qaratorpaqların məkan və zaman münasibətlərini aydınlaşdırmışdır.Dokuçayev torpağın təbii-tarixi cisim olması, torpağın yaşı və inkişaf sürəti anlayışlarını elmə daxil etmişdir. Onun fikrincə, torpaq müstəqil təbii törəmə-cisim olub, suxurların, iqlimin, bitki və heyvanat aləminin, ölkənin geoloji yaşının və məhəllin relyefinin əlaqədar məcmusunun məhsuludur. Başqa sözlə, torpaq ana suxurun, iqlimin, orqanizmlərin zamana zərbinin (vurulmasının) funksiyasıdır (hasilidir). Alim öz elmi konsepsiyasına uyğun olaraq, ilk dəfə torpaqların inkişafı proqnozunu vermişdir. O göstərirdi ki, bu proqnozu obyektlərin və təbii hadisələrin yaşını, onların inkişaf sürətini öyrənməklə zamanın və məkanın analizi və sintezi sayəsində vermək olar.
V.V.Dokuçayev Rusiyada baş verən 1891-ci il quraqlığını və məhsul qıtlığını izah etməyə yönəldən «Bizim çöllər keçmişdə və hazırda» əsərində quraqlıq kimi bəlanın səbəbini iqlimin dəyişməsində deyil, insanların təbii mühiti korlamalarında, meşələrin qırılmasında, insanın çölə mənfi təsirində görürdü. Hər şeydən əvvəl, çöllərə su çıxarmağı və su ehtiyatlarını qorumağı vacib hesab edirdi. Bu məqsədlə də çayların axarını nizama salmağı, yarğanları, qobuları ləğv etməyi, su ehtiyatlarını qorumağı, süni göllər yaratmağı, artezian quyuları qazmağı, meşə salmağı, əkinçiliyi nizama salmağı, yeni şəraitə müvafiq aqrotexniki üsullardan istifadə etməyi və hər yerin təbiətinə müvafiq mədəni bitkiləri seçməyi lazım bilirdi. O, hər sahənin xarakterini, 4-5 il ərzində onun fiziki və iqtisadi coğrafi xüsusiyyətlərini kompleksliliyini öyrənməyi və bunun üçün ölkədə təcrübə stansiyaları şəbəkəsi yaratmağı təklif edirdi.
V.V.Dokuçayev yeni torpaqların əmələgəlmə səbəbini canlı aləmlə cansız aləmin münasibətində görürdü. Yaradıcı insanı bu münasibətlərin ən yüksək zirvəsi hesab edirdi. O, zonallıq qanununu kəşf etməklə torpaqşünaslığın əsası sayılan yeni bir elmi-təbii qurşaqlar (zonalar) haqqında elm yaratdı. Bu daha çox coğrafiyaya aid məsələ idi.
Alim təbii zonanı təbiətin müxtəlif elementlərinin qanunauyğun və qarşılıqlı əlaqələrinin təzahür sahəsi kimi müəyyən etmişdir. Əlaqələri öyrənmək, zonalıq daxilində təbii elementlərin və təbii hadisələrin qarşılıqlı əlaqələrinin qanunauyğunluğunu açmaq deməkdir. Başqa sözlə, coğrafi zona mürəkkəb təbii kompleksdir. Dokuçayev göstərirdi ki, torpaq bütün təbiətin güzgüsüdür. O, Yerin şimal yarımkürəsində hər birinin özünəməxsus aqrotexniki təsərrüfat qaydaları, elmi təcrübə stansiyaları, xüsusi vəzifələri olan 5 təbii zonaya ayırmışdır. Hər zona müxtəlif fiziki coğrafi, geoloji, tarixi həm də iqtisadi fərqlərə malikdir. Bu fərqləri dərindən və dəqiq öyrənmək tələb olunur. V.V.Dokuçayevin zonalar haqqında söylədiyi fikirlər indi də öz əhəmiyyətini itirməmişdir. O yazırdı ki, nəzərdən keçirilən təbii zonanın kənd təsərrüfatının istiqaməti, həmçinin təcrübə sahələrinin məqsədi və vəzifələri, aqronomik məktəblər onun yerli şəraitinə – fiziki coğrafiyasına, tarixinə, etnoqrafiyasına və iqtisadiyyatın ən xırda məsələlərinə uyğun kəskin zonal xarakter daşıyır.
V.V.Dokuçayev tərəfindən ayrılan və aşağıda göstərilən zonalar sadəcə təbii kompleksin təsviri deyil, o eyni zamanda hər zonaya müvafiq əkinçiliyin ümumi qaydasının, bitkilərin məqsədyönlü yerləşdirilməsinin qanunauyğunluğunun tapılması idi. Dünyanın əsas zonalarını (Şimal yarımkürəsində) Dokuçayev aşağıdakı kimi müəyyənləşdirmişdi:
1. Şimal zonası (tundra, meşə-tundra). Burada torpaqlar, adətən bataqlıqdır az inkişaf etmişdir və turşdur. Bu torpaqlardan kənd təsərrüfatında istifadə etmək üçün onların aerasiyası tələb olunur.
2. Meşə zonası (çimli, podzol, nisbətən kasıb torpaqlar). Belə torpaqlar yaxşı şumlanıb, lazımi kübrələrlə təmin edildikdə məhsuldar olur. Bu zona əkinçiliyin aparılmasına görə minerallaşdırma zonası adlandırılmışdır. Bu torpaqlardan səmərəli istifadə etmək üçün onu əhəng, fosfor, kalium, azot və s. ilə kübrələmək, mineral tərkibini zənginləşdirmək lazımdır.
3. Qaratorpaq zona. Ölkənin əsas əkinçilik zonasıdır. Bu zonanın torpaqlarının çox zaman dənəvər strukturu olmur. Bu torpaqlardan istifadə etmək üçün onların dənəvər strukturunu bərpa etmək lazımdır. Belə torpaqlar olan zonaya fiziasiya zonası deyilir.
4. Süni suvarmaya ehtiyacı olan səhra və yarımsəhra torpaqlar. Dokuçayev bu zonanı «hidrasiya» zonası adlandırır.
5. Qırmızı və ya laterit torpaqlı səhra və yarımsəhra zonası – günəşin mədəni bitkilərə intensiv təsir göstərdiyi zona («heliasiya»).
Dokuçayev elmi fəaliyyətə təbiətçi kimi başlamışdır. O, təbiət vasitəsilə insan dünyasını dərk etmiş və insan elementi onun yaradıcılığında getdikcə daha çox yer tutmuşdur. Sonralar o öyrəndiyi təbii aləmlə insan aləmini birləşdirməyə çalışmışdır. Dokuçayev coğrafiyanın tədqiqat obyektini müəyyənləşdirmək məqsədilə landşaft terminini «geomorfasiya» termini ilə əvəz etmişdir ki, bu da müasir «geosistem» termininə müvafiqdir.
Alim, coğrafiya elminin obyektini təyin edərək təbii zonalar haqqındakı təlimi irəli sürmüşdür. Təbii zonallıq istər üfüqi, istərsə də hündürlük istiqamətində olub təbiətin bütün elementlərini əhatə edir. Quruda olduğu kimi okean və dənizlərdə də təbii zonallıq qanunu qabarıq surətdə özünü büruzə verir. Zonaların daha dəqiq öyrənilməsi və burada bəzi dəqiqləşdirmələr edilməsi tələb olunur. Zonallıq qanunu təbiət elementlərinin qarşılıqlı əlaqələrinin qanunudur, o, eyni zamanda müəyyən ərazidə insanın həyatı və fəaliyyəti qanunudur. O, sahə və zaman qanunudur.
Qərbi Avropanın mütərəqqi fikirli alimlərindən biri alman Oskar Peşel (1826-1875) Ritterin idealist fikirlərinə qarşı çıxmış, Humboltun «müqayisə coğrafiya» metodunu yer səthinin nisbətən kiçik olan konkret tiplərinə tətbiq etmiş və fiordların, adaların, çay vadilərinin, dokların təsvirini vermiş, insan və təbiət münasibətləri məsələsində insanın rolunu yüksək qiymətləndirmişdir.
Peşelin davamçısı Bonn, Leypsiq, Berlin universitetində professor işləmiş və Çinə səyahətlər edərək Lyoş vilayətləri və relyef formalarını tədqiq etmiş Rixthofen (1833-1905) coğrafiyaya Yerin mənzərəsi ilə qarşılıqlı əlaqədə olan müxtəlif hadisələri öyrənən elm kimi baxmış, xüsusilə Yer səthini formalaşdıran proseslərə, xüsusən geoloji proseslərə daha çox əhəmiyyət vermiş, relyefin başqa təbiət ünsürləri ilə əlaqəsini tədqiq etmişdi. İnsanın üzvü və qeyri-üzvü aləmlə qarşılıqlı əlaqələrini müəyyənləşdirməyi coğrafiyanın ali məqsədi saymışdı. O, coğrafiya elmləri sisteminə insan coğrafiyasını da daxil etmiş, antropologiya, etnoqrafiya, statistika kimi sosial elmlərlə təbiət elmləri arasında birlik yaratmışdır. Coğrafi tədqiqatın miqyasını təyin edərək göstərmişdi ki, coğrafi tədqiqat aparmaq üçün konkret və geniş ərazi, böyük rayon, böyük landşaft və s. kimi miqyaslar götürmək daha yaxşıdır. Rixthofenin xidmətlərindən biri onun regional coğrafiyanı ümumi coğrafiyaya qarşı qoymayıb, onların qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərib birgə tədqiqat aparmaları ideyasını irəli sürməsindədir.
Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844-1904) antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi.
O, mütərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası nümayəndələrindən) fərqli olaraq antropocoğrafiyanı Darvin nəzəriyyəsi ilə bağlamışdır. Ratselə görə, insanların məskunlaşması və fəaliyyətini öyrənmək üçün Darvin nəzəriyyəsindən istifadə etmək lazımdır. Bununla da o, sosial darvinizmin əsasını qoymuşdur. Ratsel ömrünün ikinci yarısında «Antropocoğrafiya» adlı 2 cildli əsər nəşr etdirdi. Bu əsərin əsas ideyası bundan ibarətdir ki, insan və heyvanların həyatında, onların məskunlaşmasında, ətraf təbiətlə qarşılıqlı əlaqələrində bir çox ümumiliklər var, həm insanlar, həm də heyvanlar, hər ikisi daim həyat uğrunda, yaşamaq uğrunda mübarizə aparmalıdır. 1897-ci ildə Ratselin «Siyasi coğrafiya» əsəri çapdan çıxdı. Bu əsərdə o, dövləti Yerlə bağlı olan bir orqanizmə oxşadırdı. Dövlət bir orqanizm kimi ya yaşayıb böyüməli, yaxud da məhv olmalıdır. Salamat qalması üçün isə dövlət öz həyat sahəsini genişləndirməlidir. Beləliklə, Ratsel mürtəce «həyat üçün məkan» ideyasına gəlib çıxdı ki, bundan da 30 il sonra alman faşizmi geniş istifadə etdi. Onun fikirləri hələ öz vaxtında Preston Ceyms və s. kimi böyük coğrafiyaşünaslar tərəfindən tənqid olunmuşdu. Lakin vaxtilə onun tələbəsi olmuş Ellen Çörçill Simpl (1863-1932) ABŞ-da onun fikirlərini təbliğ edirdi.
Məşhur fransız coğrafiyaşünası, Sarbon Universitetinin kafedra müdiri Vidal-de-la Blaş (1845-1919) coğrafiyanın vəzifəsini insanın onu əhatə edən mühitlə münasibətini öyrənməkdə görürdü. O, bu məqsədlə bir-birinə oxşar kiçik sahələri dəqiq öyrənməyi lazım bilirdi. Hər iki sahədə insan özünə xeyir verən, ona lazım olan imkanları öyrənməlidir. Coğrafiyada bu istiqaməti possibilizm adlandırırlar.
Coğrafiyaçının mütərəqqi cəhətlərindən biri insan ilə təbiət arasında hərtərəfli əlaqələrin mövcud olduğunu təsdiq etməsi idi. Lakin bu əlaqələrdə həlledici rolu təbiətin təsirində gördüyünə görə o, coğrafi determinizmə qapılırdı.
Alim Fransada «İnsan coğrafiyası» məktəbini yaradanlardan biri idi. Bununla belə o, Ratselin siyasi coğrafi ideyalarını qəbul etməmişdir. Digər tərəfdən, onun coğrafiyası Elize Reklünün insan coğrafiyasından konservatizminə, təsvirçiliyinə və siyasi cəhətdən bir sıra nöqsanlarına görə seçilirdi.
Rusiyada antropocoğrafiya məktəbinin nümayəndələri sayılan A.A.Kruber, İ.P.Siliniç və b. insanların təbiətdən asılı olmasını iddia edir, təbii qüvvələrə onun dəyişdirici təsirini nəzərə almırdı, müti surətdə təbiətə uyğunlaşdıqlarını qəbul edirdilər. Onlar da təbiət qanunlarının insan coğrafiyasına aidliyi fikrini irəli sürürdülər, insanların məskunlaşmasını və bir sıra həyati məsələlərini yaşamaq uğrunda mübarizə qanunu ilə izah edirdilər. Bəzən bu cəmiyyətdə baş verən dəyişiklikləri əhalinin sıxlığının artması ilə bağlayırdılar. Onlar təbiət və cəmiyyət arasında ümumi ahəngin olmasını qəbul edirdilər.
Fransız akademiki Emmanyuel Marton (1873-1955) fiziki coğrafiyanın tanınmış tədqiqatçılarından biri olmuşdur. O, bir sıra qiymətli əsərləri ilə çox tanınmış, ümumi coğrafiya ilə yanaşı geomorfologiya və iqlimşünaslıqla da məşğul olmuşdu. Əqidəsinə görə o da «insan coğrafiyası» məktəbinə mənsub idi. Onun «Mərkəzi Avropanın coğrafiyası» əsəri qiymətli tədqiqat nümunəsi kimi çox maraqlıdır.
Coğrafi determinizm (coğrafi fatalizm) XIX əsrin axırlarında ABŞ-da geniş vüsət almışdı. Onun ilk nümayəndəsi E.Hantinqtonun (1876-1948) fikrincə, təbii şərait cəmiyyətin inkişaf səviyyəsini, iqtisadiyyatı, mədəniyyəti və məişəti müəyyənləşdirir. O, elmi-texniki tərəqqinin əleyhinə çıxıb iddia edir ki, elmi-texniki tərəqqi şəraitində kütləvi əmtəə istehsalı ucuz başa gəlir, həddindən artıq çox mal istehsal olunur, satış qiymətləri aşağı düşür. Bu da kapitalizm üçün yüksək qazanc əldə etməyə mane olur. Elmi-texniki tərəqqi iqtisadi böhranlara səbəb olan bəladır. O, zəif inkişaf etmiş ölkələrin sənayeləşdirilməsinin əleyhinə çıxaraq, onları qabaqcıl ölkələrin aqrar xammal bazasına çevirməyi lazım bilir. Hantinqton da bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin gəlirinin artmasına kömək etməyə çalışırdı. O, sənaye sahələrini inkişaf səviyyəsinə görə təsnifləşdirərək, aşağıdakı qruplara bölür: 1) yalnız əl əməyindən istifadə edən ibtidai tipli sənaye; 2) mexaniki dəyirman, taxta zavodu, filiz əridən, konserv istehsal edən sadə tipli sənaye; 3) qaz zavodu, su kəməri, poliqrafiya sənayesi, dəmir yolu, çuqun əridən zavodu olan ictimai tipli sənaye; 4) bütün başqa sahələri olan kompleksli inkişaf etmiş sənaye. Bu təsnifata görə təbii şəraiti və təbii ehtiyatları zəngin olan sahədə qurulan sənaye ən əlverişli tip hesab edilir. Hər hansı rayonda iqlim şəraitinin mürəkkəbliyini onun inkişafına mane olan əsas amil sayırdı. Beləliklə, o, sosial-iqtisadi mərhələlərin inkişafına tarixi baxımdan yanaşmır, onu iqlim şəraiti ilə bağlayır, sənayenin yerləşdirilməsini coğrafi fatalizm nöqteyi-nəzərdən izah edir, iqlimin insan fəaliyyətinə optimal təsirini axtarırdı. Bununla əlaqədar o, invayronmetalizm (bizi əhatə edən təbii mühit) məktəbinin əsasını qoyur. Bu məktəbə görə insanlar ətraf mühitlə sıx münasibətdədirlər, təbii mühit təsərrüfat fəaliyyətinə güclü təsir edir. Bu məktəbin ABŞ-da banisi E.Ç.Simpl idi. Bəzi müəlliflər insan davranışının bütün tərəflərini ekoloji səbəblərlə izah etməyə çalışırdılar.
Coğrafi determinizmə cavab olaraq possibilizm (mümkün olan) tezisi irəli sürüldü. Bu tezisə görə, insan təbiətin passiv yox, fəal agentidir.
Müasir geosiyasət nəzəriyyəsinin davamçısı və təşkilatçısı Simpl və kontr-admiral Alfred Mexen öz nəzəriyyələrini xeyli mürəkkəbləşdirirlər. Məsələn, Mexen dəniz qüvvələri nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə, sahil zonaları xalqlarının tarixinə, xarakterinə təbii şərait güclü təsir göstərir. İngilis X.Makkinder «Tarixi coğrafiyanın əsasları» adlı kitabında coğrafi mövqeyin hər hansı bir dövlətin taleyində həlledici rolunu şişirtmişdir. Onun coğrafiyasındakı ətalət ideyası mövcud dövlətlərin ağalığını saxlamaq siyasətini güdürdü.
Geosiyasət (geopolitika) nəzəriyyəsi ilə isveçli sosialist Yohan Kyellen (1864-1922) də məşğul olmuşdur. O, «Böyük məmləkətlər» kitabında coğrafi mövqeyin dövlətlərin həyatında həlledici rolunu isbat etməyə çalışmışdır. O göstərmişdir ki, imperialist dövlətlərinin vəzifəsi coğrafi bloklar, özü də hərtərəfli inkişaf etmiş bloklar yaratmaqdır.
Alman imperializmi geosiyasət nəzəriyyəsindən əməli işdə geniş istifadə edib, ona əsaslanaraq faşist dövlətini yaratmış və imperialist müharibələri törətmişdir. Faşist Almaniyası akademiyasının prezidenti Karl Haushoferin (1869-1946) «Hərbi geopolitika» əsərində əsas məqsəd faşizmin planlarının həyata keçirilməsinə ideoloji baza yaratmaq idi. Bu məsələdə Haushofer vulqar coğrafiyadan istifadə etmiş, coğrafi mövqeyin guya həlledici rol oynaması ideyasını əsaslandırmışdır.
Coğrafiya tarixi,
Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
Comments are closed, but trackbacks and pingbacks are open.