Rodos nəhəngi
Bu yaxınlarda internetdə 100 milyondan çox adamın iştirak etdiyi Müasir dünyanın «yeddi möcüzəsi» də seçilib:
Dünyanın 7 möcüzəsi
Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər — Misir fironlarının sərdabələri təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmışdır. Bu zaman fironların hakimiyyəti hədsiz-hüdudsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabələr fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi.Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilmişdir.
Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir ve tunc o dövrde məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazim gəlirdi. Adları tarixdə qalmiş ehram inshaatçıları aclıqdan ve dözülməz zəhmətden məhv olurdular.
Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda serdabə qane etməmiş və o, serdabənin yanına bütöv qayadan yonulmuş daş «keşikçi» qoymağı əmr etmişdir. «Keşikçi» insan başlı ve aslan bədənlidir. O, Sfinks adlanir.
Təbii ki,belə hallar insanda çox suallar doğurur,yəni o zamanlarda tunc alətlər,buldozerlər ve ona benzer qurğular olmadığı halda bəs misirlilər bu piramidaları necə tikiblər? Bəzi arxeoloq ve araşdırmaçıların sözlərinə görə misirlilər qeyri-adi güclərdən istifadə ediblər.Bəzi fərziyyələrə görə, guya, misirlilər sehrli iksir düzəldib və bu iksirləri içib.İksir onlara insanda ola bilməyəcəyi dərəcədə güc verib və beləcə onlar bu piramidaları tikiblər.Bəzi fərziyyələrə görə isə, sehrlərdən istifadə edib bir daşı yerindən oynada biliblər və beləcə o piramidaları tikiblər.Bəzi ferziyyelere görə isə, guya, misirlilər göydən qeyri-adi qüvvələrlə bir başa təmasda olublar ve bu göydə yaşayan qeyri-adi qüvvələr misirlilərə piramidanı tikməkdə kömək ediblər.Arxeoloqların araşdırmalarına görə Misirdə tikilən əsas böyük və yanbayan duran 3 piramida məhz göydəki Sirius ulduzunun duruşu istiqamətində tikilib.Arxeoloqlar bu piramidaların içərisinə girəndə isə, piramidanın içində bir otağa daxil olublar və bu otaqda isə göyə baxmaq üçün bir deşik varmış. Arxeoloqlar bu deşikden göyə baxanda sadəcə Sirius ulduzunu görüblər.Təsəvvür eləyin ki,bir otağa girmisiniz və başınızın üstündə tavanda bir deşik var və o deşikdən də göyə baxmaq olur, amma o deşikdən-olduğunuz yerdən baxanda sadəcə göydə Sirius ulduzunu görürsünüz..Misirlilər bu deşiyi sadəcə Sirius ulduzuna baxmaq üçün düzəldiblər.
2-ci möcüzə Semiramidanın asma bağları
Dünyanın ikinci «möcüzəsi» — Semiramidanın asma bağları — Qədim Şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşmişdi. Efsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə, bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altı mərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydan tikilmişdi. Bu meydan 6 cərgə pilləvari terras (səki) qalxırdı. Kərpicdən tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi.Yüzlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı.
3-cü möcüzə Artemidanın Efes şəhərindəki məbədi
Qədim yunan ilahəsi Artemidanın Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü «möcüzəsi» sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözel naxışları və qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasiz barbarlıq rəmzi olmuşdur.
4-cü möcüzə Olimpiyadakı məbəddə Zevsin heykəli
Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltaraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü «möcüzə» idi. Qızıldan, fil sümüyündən ve qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyetdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı. Zevsin başı,qolları,sinəsi fil sümüyündən yonulmuşdu.Saqqalı qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı haşiələnmiş, sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.
5-ci möcüzə Halikarnasda Mavsolun məqbərəsi
Beşinci «möcüzə» Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) olmuşdur. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi.Məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. İkinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan dörd atlı araba Halikarnas məqbərəsini tamamlayırdı (Mavsolun ve Artemisiyanın heykəlleri məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır. Mavsolun adından «mavzoley» sözü yaranmışdı.
6-cı möcüzə Rodos nəhəngi
Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmir. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dunyanın ən böyük heykəlini qoymağa qərara alırlar.Heykəltaraş Xarosun yaratdığı və «Rodos nəhəngi» adlanan bu heykəl altıncı «möcüzə» idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəlde gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstuüə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardır. Bu, günəş allahı Heliosun təsviri idi. Ada sakinləri onu öz himayəçisi sayırdılar.
7-ci möcüzə İsgəndəriyyədəki mayak
Eramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim Yunanıstanın ən böyük mayakını tikmişdi. Dünyanın yeddinci «möcüzəsi» sayılan bu qüllənin hündürlüyü 120 metrdir. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.
Bu yaxınlarda internetdə 100 milyondan çox adamın iştirak etdiyi Müasir dünyanın «yeddi möcüzəsi» də seçilib:
- Böyük Çin Səddi,
- Hindistanda Tac Mahal mavzoleyi,
- Roma Kolizeyi,
- İordaniyada qədim Petra şəhəri,
- Rio-de-Janeyro (Braziliya) üzərində ucalan İsa heykəli
- inklər məxsus abidələr – Maçu-Pikçu (Peru)
- mayya hindu sivilizasiya abidəsi — Çiçen-İtsa (Meksika).
Məsləhət gördüyümüz kitab:
Elçin Ələkbərzadənin «Dünyanın 7 möcüzəsi və 33 mözüzə insan» kitabında dünyanın 7 möcüzəsi: Misir piramidaları, Zevsin Olimpdəki heykəli, Semiramidanın asma bağları, İskəndəriyyə mayakı, Qalikarnas mavzoleyi, Rodosda geliosun 36 metrlik bürünc heykəli və Efesli Artemidanın məbədi haqqında təfərrüatı ilə məlumat verilmişdir. Bundan əlavə qeyri-adi, möcüzəvi qabiliyyətlərinə görə adları tarixə düşmüş 33 möcüzə insan haqqında müfəssəl informasiya yer almışdır.
- Teqlər:
- Möcüzələr
- , dünyanın yeddi möcüzəsi
- , maraqlı faktlar
- , 7 möcüzə
- , dunyanin 7 mocuzesi
Rodos nəhəngi
Şagirdlər öz qeydlərini oxuyurlar.
Suallar: – Artemis məbədi kimin şərəfinə tikilmişdi?
– Artemis məbədinin içində nə var idi?
– Dünyanın dördüncü möcüzəsinin adı nədir?
– Zevs kim idi?
– Zevsin heykəlini təsvir edin.
Ən vacib iki məlumat BİBÖ cədvəlinin 3-cü sütununda qeyd olunur.
Beşinci möcüzə də Yunanıstanda yaranmışdı. Bu, Halikarnas şəhərində Mavsol adlı padşah üçün ucaldılan məqbərədir. Mavsolun adından mavzoley sözü yaranmışdır.
2300 il bundan əvvəl sərkərdə Demetri Yunanıstandakı Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmir. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara alırlar. Rodos nəhəngi adlanan bu heykəl dünyanın altıncı möcüzəsi sayılır. 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Ada sakinləri onu özlərinin himayədarı sanırdılar.
Təxminən Rodos nəhəngi ilə eyni vaxtda İsgəndəriyyə şəhərinin kənarında Qədim Yunanıstanın ən böyük mayakı tikilmişdi. Dünyanın yeddinci möcüzəsi sayılan bu qüllənin hündürlüyü 120 metrə çatırdı. Onun zirvəsində gəmilərə yol göstərən tonqal yanırdı.
Şagirdlər öz qeydlərini oxuyurlar.
Suallar: – Dünyanın beşinci möcüzəsinin adı nədir və harada yaranmışdır?
– Dünyanın altıncı möcüzəsi nəyin şərəfinə qoyuldu?
– Rodos heykəlinin hündürlüyü nə qədər idi?
– Dünyanın yeddinci möcüzəsi nə vaxt tikilmişdir?
– İsgəndəriyyə mayakının hündürlüyü nə qədər idi?
– Dünyanın yeddinci möcüzəsi hansı məqsədlə tikilmişdi?
Ən vacib iki məlumat BİBÖ cədvəlinin 3-cü sütununda qeyd olunur.
Şagirdlər iş dəftərində (səh. 74-75) verilmiş cədvəli diqqətlə nəzərdən keçirdikdən sonra 1- 8-ci tapşırıqları yerinə yetirə bilərlər.
Əlavə tapşırıqlar:
1. Dünyanın birinci, üçüncü və sonuncu möcüzələrinin yaranma tarixini “Milad oxu”nda qeyd edin.
2. “Dünyanın yeddi möcüzəsi” ifadəsi neçənci əsrdə yarana bilərdi?
A) M.ə. III əsrdə (doğru cavab)
B) M.ə. VI əsrdə
C) M.ə. XXVIII əsrdə
3. Dinlədiyiniz mətndə yadınızda qalan, lakin iş dəftərində verilmiş cədvəldə öz əksini tapmayan məlumatları dəftərdə qeyd edin.
4. Dünyanın yeddi möcüzəsini bildirən adların ensiklopedik lüğətini hazırlayın (şagirdlərə bildirilir ki, bu lüğətdə möcüzələrin adları əlifba sırası ilə düzülməli və qarşısında müvafiq möcüzə haqqında ətraflı məlumat verilməlidir).
5. Verilmiş sözləri izah edin və cümlələrdə işlədin:
firon, ehram, karxana, məbəd, piramida, mavzoley, mayak, məqbərə
Cütlərlə iş. Şagirdlər cütlərlə işləyərək dinləmə mətni üzrə öz qeydlərini ümumiləşdirir, onları iş dəftərindəki cədvəllə müqayisə edir və mövzu üzrə məruzə hazırlayırlar. Bir neçə cütlüyün məruzəsi dinlənilir. Qalan şagirdlər məruzədəki boşluqları öz əlavələri ilə doldururlar.
Oxu
Müəllim: – Dünyanın 7 möcüzəsindən hansı indiyədək qorunub saxlanılır?
– Dünyanın hansı möcüzələri indiki Türkiyənin ərazisində yerləşib? (Halikarnas mavzoleyi, Artemis məbədi)
– Bunlardan hansı qədim yunan ilahəsinin şərəfinə tikilib? (Artemis məbədi)
Rodos nəhəngi
Dünya özü başdan-başa möcüzədir. Hər günü bir başqa havada, fərqli bir çalarda, hər gülü, çiçəyi bir ayrı qoxuda. Bu dünyanın qeyri-adilikləri sayıldıqca bitməz, xarüqəladə gözəllikləri baxıldıqca doyulmazdır.
İnsan zəkası bu fövqəladə dünyanı yeni gözəlliklərlə bəzəyir. Bəzən isə bəşər övladının düşüncələri, əməyi ilə qurulduğu heyrət doğuran əsərlər ortaya çıxır. Görünür, insan ağlı, idrakı çox mümkünsüzləri gerçəkləşdirməyə qadirdir. İnsan əli ilə yaradılan belə möcüzələrin ən qədimlərinin sorağı isə antik dövrlərdən gəlir. Təbiət hadisələri, siyasət oyunları, qovğalar əksəriyyətini məhv etsə də, texnikanın inkişaf etmədiyi vaxtlarda necə yaradıldığı heyrət doğuran o abidələr unudulmadı. “Tarixin atası” Herodot, eləcə də bir sıra qədim tarixçilər və səyyahlar tərəfindən tərtib olunan məşhur qədim abidələrin siyahısına adları qədim dünyanın yeddi möcüzəsi kimi düşdü. Həmin siyahıda altıncı sırada yazılmış möcüzənin izləri bizi Rodos adasına aparır.
Gözəl təbiəti, qədim ab-havası ilə bu gün də diqqəti cəlb edən, açıq havada muzeyi xatırladan Rodos adası. Yunanıstanın Aralıq və Egey dənizinin suları ilə əhatələnən bu adanın paytaxtı Rodos şəhəridir.
Antik dövrdə təşərrüfat, sənət və ticarət inkişaf etmiş Yunanıstanda bir sıra şəhər-dövlətlər yaranmışdı. Şəhər- dövlətlərin sistemi torpaqlarda hakim idi. Milet, Samos, Efes kimi, Rodos da şəhər-dövlət idi. Belə vəziyyət Rodosun iqtisadi cəhətdən möhkəmlənməsinə də şərait yaratdı. Misirlə aparılan ticarət əlaqələri genişləndi və inkişaf etdi. Ancaq Makedoniyalı Antigonidlerin miladdan əvvəl 305-ci ildə Misirlə olan birliyi və münasibətləri pozmaq naminə şəhəri mühasirəyə almaq cəhdləri müharibənin başlanmasına səbəb oldu.
Miladdan əvvəl III əsrdə bu adaya hücum edən sərkərdə Demetri yerli əhalini məğlubiyyətə uğrada bilmədi. Adanı yadellilərə verməyən rodoslular qələbə sevincindən vəcdə gəldilər. Onlar adanın müdafiəsi şərəfinə dünyanın ən böyük heykəlini ucaltmaq qərarını verdilər.
Miladdan əvvəl 304-cü ildə sülh şəraitində hərbi materiallar əridilməyə başlandı. Həmin materiallardan Rodos heykəlinin tikintisinə başlandı. Bu böyük iş – nəhəng abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə etibar edildi. Xares abidəni on iki ilə hazırladı.
Heykəl üçün gözəgörümlü yer seçildi. Ancaq Rodos nəhənginin dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulması yeganə məlumat deyil. Əzəmətli abidənin limanın girəcəyində ucaldığı barədə də xəbərlər günümüzə qədər gəlib çatıb. Deyilənə görə, Rodoslu Kolossun heykəli o qədər iri idi ki, ayaqlarının arasından limana gəlib-gedən gəmilər keçirdi. Roma ədəbiyyatında da Rodos nəhəngi belə rəvayət olunurdu.
Hündürlüyü 36 metr olan tunc heykəldə günəş allahı Helios təsvir edildi. Rodos əhalisi onu öz himayəçisi hesab edirdi. Gənc oğlan kimi təsvir olunan abidənin başını günəş şüalarının rəmzi sayılan nurlu bir tac bəzəyirdi. Bu işıq saçan allah Rodos adasından neçə-neçə kilometr uzaqdan görünürdü. Nəhəng heykəl Rodos adasındakı insanlar üçün birliyin simvolu oldu.
Çox keçmədi ki, bu heykəl barədə xəbərlər dünyanın hər yerinə yayıldı. Ancaq şöhrəti dillərə düşmüş Rodoslu Koloss abidəsi cəmi 66 il mövcud oldu. Belə ki, miladdan əvvəl 225-ci ildə Rodos adasını sarsıdan dəhşətli zəlzələyədək rodoslulara qürur verən nəhəng Rodos ayaq üstə möhkəm dayandı. Həmin il baş verən zəlzələ nəticəsində şəhərin böyük hissəsi dağıldı. Heykəlin ayaqları sındı və yıxıldı. Rodoslular nəhəngi ayağa qaldırmağa çox səy göstərdilər. Xeyirxah qonşularının bu işdə onlara kömək etmək istədiyi də məlumdur. Misir hökmdarı bir neçə yüz talantlıq mis, bir də ustalar göndərdi. Amma vəziyyət dəyişmədi. Bir məlumata görə də, rodoslular şəhərin yenidən qurulması və heykəlin bərpası üçün Misir hökmdarından istədikləri yardımı bir kahinin yaydığı dedi-qodu səbəbindən almadılar. Tarixçi Strabonun məlumatına görə, abidəni rodoslular “baxıcı” məsləhəti ilə qaldırmadılar.
Nəhəng heykəl düşdüyü yerdə, adanın əsas görməli yeri olan kiçik körfəzin sahilində qaldı. Miladın I əsrində Rodosa gedən Böyük Plini abidəni bu vəziyyətdə gördü. Tək bircə baş barmağını iki əl ilə qucaqlamaq mümkün olan heykəlin əzəməti Pliniyə çox maraqlı və qeyri-adi göründü. Zaman keçdi. Nəhəng Rodos qaldığı yerdə paslandı, haqqında isə saysız-hesabsız rəvayət uydurmaqda davam etdilər.
Heykəl dənizin sahilində yıxılmış vəziyyətdə min il qaldı. 653-cü ildə ərəblər Rodosu fəth etdilər. 997-ci ildə kasıblaşmış ərəb canişini onu bir tacirə satdı. Tacir heykəli əritmək üçün doğrayıb hissələrə böldü. Qədim əlyazmalarda göstərilir ki, heykəlin hazırlandığı tuncun daşınması üçün 900 dəvə lazım olub.
Amma Rodoslu Kolossun tarixdən izləri silinmədi. Əlində tutduğu məşəllə limana gələn gəmilərin yolunu işıqlandıran Rodos nəhənginin yaddaşlarda yeri də işıqlı oldu.
Bu gün azadlığın və Amerika Birləşmiş Ştatlarının (ABŞ) simvollarından biri olan Manhettendə, NyuYork limanında yerləşən neoklassik heykəl antik dövrün Rodos nəhəngini xatırladır. 1886-cı ildə ucaldılmış əsərdə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. Qırılmış zəncir onun ayağının üstünə sərilib. Bir əlində üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata – qanunların yazıldığı tablet tutub. Azadlıq heykəlinin digər əlində isə Rodoslu Koloss kimi azadlıq məşəli var.
Comments are closed, but trackbacks and pingbacks are open.