Romanlar kitablar azrbaycan
© 2013 Azərbaycan Yazıçılar Birliyi
Roman
Romanlar insan beyni və yaradıcılığının çata biləcəyi ən uca zirvədir. Heç olmayan insanları, onların heç vaxt yaşamadıqlarını digər insanlara danışan yazarlar ən gözəl söz və diləklərə layiqdirlər. Onlar bizə öz həyatımızdan bezdiyimiz zaman sığına biləcəyimiz bir həyat verirlər. Çünki bəzən qatillərlə dolu küçələr, dalanlar və ən dəhşətli hadisələrin yaşandığı otaqlar belə bizi gerçək həyatın pis üzündən ayırır. Bəlkə də gerçək olmaması kitabların elə ən gözəl tərəfidir. Roman oxuyan insanlar daha təcrübəli olur, bir məsələyə daha çox aspektdən baxa bilirlər. Bəlkə də oxuduğu hansısa kitab ona bir məsələni açmaqda kömək edir. Məsələn, cinayət xəbərləri ilə qarşılaşan kitabsevər hadisələrə Herkül Puaronun gözüylə baxmağa başlayır. Çox çək-çevirdən sonra isə “Kaş Puaro yaşayardı” deyir və məsələnin üstünü bağlayır. Diqqət edin, Puaro obrazının yaradıcısının yox, məhz o məşhur dedektivin həyatda olmasını arzulayır. Çünki bir yazar obrazı ilə danışır və kitabsevər də yazardan daha çox obraza aşiq olur.
Romanlar
Roman oxuyan insanlar daha həssas olurlar. Çünki onlar oxuduqları kitablarda qarşı tərəfin də nə hiss etdiklərini bilirlər. Onların düşüncələrini oxuyurlar. Onların hiss etdiklərini duyurlar. Bir hadisənin başqa üzlərini araşdırırlar. Ya da bir insanın dediyi bir sözü deyil, sözü niyə dediyini düşünürlər. Buna görə də, kitab oxuyan insanlar empatiya daha güclü olur. Onlar sadəcə birtərəfli deyil, hər insanın yerinə düşünürlər. Roman oxumaq gözəldir. Roman yazmaq isə, üstünlükdür. Romanları oxumaq gözəldir, amma yazarların beyninin içində dolaşmaq möhtəşəm olardı. Təsəvvür edin, bir məkanda bir neçə həyat. Yaddaşınızın xatırlamadığı obrazlar, hadisələr, gözlərinizin görmədiyi dəhşətlər və qulaqlarınızın heç vaxt eşitmədiyi səslər ətrafınızda dolanır. Kitabın içində girib yaşamaq deyil, məhz belə bir yazarın beynində dolaşmaq insana verilə biləcək ən gözəl hədiyyə olardı.
Romanlar kitablar azrbaycan
Mir Cəfər Seyid (Mircəfər Əyyub oğlu Seyidov) 1952-ci ildə anadan olmuşdur. Uzun müddət mətbuat və nəşriyyat sahəsində çalışmışdır. Hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyir. 14 kitabın müəllifidir.
Günel İmran – Qapqara Günəş
08.04.2016 17:55 | Baxış sayı: 20969
Mir Cəfər – Kərbəla
07.04.2016 15:22 | Baxış sayı: 45110
Sübh günəşinin qırmızılı-sarılı şəfəqləri ucu-bucağı görünməyən səhranı bir dəniz kimi ləpələndirirdi. Sıralanmış qum təpələri şahə qalxmış dalğaları, ağ binalar və yaşıl xurma ağacları ilə uzaqdan seçilən Mədinə şəhəri isə bu qum dənizində lövbər salmış gəmini xatırladırdı.
Zülmətə Açılan QAPI – Roman
30.06.2014 11:25 | Baxış sayı: 33220
QАPI
sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış
qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu
(каntаtа. rоmаn.)
CƏNNƏT ÇİÇƏYİ – ROMAN
16.04.2014 13:48 | Baxış sayı: 63824
Firuz Mustafanın “Cənnət çiçəyi” adlı çoxqatlı və gərgin süjetə malik əsərinin qəhrəmanı Cavad Əmirxanlı vicdanlı insan və istedadlı bir alim kimi ətrafında baş verən haqsızlıqlarla razılaşa bilmir, ağır psixi sarsıntılar keçirir və nəticədə, üzləşdiyi real situasiyadan baş çıxara biməyərək virtual-sürreal bir aləmə çəkilməyi qərara alır. Amma öz fantaziya və təsəvvüründə yaratdığı dünyada da onu itki və faciələr təqib edir. Cavad Əmirxanlının “əbədi ömür” barədə irəli sürdüyü elmi layihə müasirləri tərəfindən birmənalı və ciddi qəbul olunmur. Çoxları onun ağlının çaşdığını zənn edir. “Cənnət çiçəyi”nin qəhrəmanı isə sonacan öz ideyaları və idealları uğrunda mübarizə aparmaq qərarında israrlıdır.
Əsərdə təkcə nəsrin deyil, digər ədəbi janrların imkanlarından da istifadə edilmiş, yeri gəldikcə poetik və dramatik nüanslara, habelə roman qəhrəmanının apardığı elmi araşdırmaya geniş yer verilmişdir.
Ənvər Seyidov – Gürzə
30.12.2013 15:41 | Baxış sayı: 25973
© 2013 Azərbaycan Yazıçılar Birliyi
Bütün hüquqlar qorunur.
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumatı internet səhifələrində istifadə etdikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Comments are closed, but trackbacks and pingbacks are open.