Rövşən novruzoğlu azərbaycan dövlətçiliyinin təhlükə mənbələri
2. Yerli şəraitdə yaranan küləklər. Bu küləklər səth örtüyü və relyefin müxtəlifliyi nəticəsində yaranır.
Ölkə ərazisində mövcud olan əsas küləklər aşağıdakılardır:
Azərbaycanda əsən küləklər, növləri – Onlardan qorunma qaydaları
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com -a verilən məlumata görə, planetar küləklər böyük sahələri əhatə edir.
Bunlara daimi olaraq müəyyən istiqamətə yönəlmiş passat küləklər, fəsillik dəyişmələrə məruz qalan mussonlar və brizlər daxıldir.
Yerli xarakter daşıyan küləklərin təsir dairələri kiçik olur və onlar gündəlik və ya qısamüddətli istilik dəyişmələrinin hesabına əmələ gəlir. Bunlara Orta Asiyada əsən afqanlı, Abşeron yarımadasında xəzri, gilavar, Şimali Qafqazda bora və s. küləklər misal ola bilər.
Azərbaycanda yaranan küləklər 2 qrupa bölünür:
1. Müxtəlif hava kütlələrinin Azərbaycana daxil olması nəticəsində yaranan küləklər.
2. Yerli şəraitdə yaranan küləklər. Bu küləklər səth örtüyü və relyefin müxtəlifliyi nəticəsində yaranır.
Ölkə ərazisində mövcud olan əsas küləklər aşağıdakılardır:
1. Xəzri – sürəti 35-40 m/san-yə çatan şimal və şimal-şərq istiqamətli güclü küləklərdir, yayda temperaturu aşağı salır, sərinlik gətirir, qışda isə havanı soyudur. Havanı təmizləsə də təsərrüfatlara ziyan vurur.
2. Gilavar – Azərbaycana cənub və cənub-şərqdən daxil olur, yayda hava qızır, qışda isə mulayimləşir, eyni zamanda bu tip küləklər havanı təmizləyir.
3. Dağ-dərə küləkləri – dağlıq ərazilərdə gün ərzində yer səthinin qeyri-bərabər qızması nəticəsində yaranır.
4. Briz – Xəzərin sahilində gün ərzində istiqamətini 2 dəfə dəyişir.
5. Fyon – ilin soyuq dövründə dağlarda əsən isti və quru küləkdir.
Tropik hava küləkləri Azərbaycan ərazisində isti və quru küləklərin yaranmasına səbəb olur.
Respublika ərazisində küləklərin sürətinin paylanmasında qeyri-bərabərlik müşahidə edilir. Belə ki, ən güclü küləklər Abşeron yarımadası və Qobustan üçün xarakterikdir. Burada şimal (xəzri) və cənub (ağ külək – gilavar) küləkləri geniş inkişaf tapmışdır.
Çoxillik məlumatlara görə, ölkə ərazisinin şərq hissəsində küləyin orta sürəti 6-7, qərb hissəsində isə 7-8 m/san təşkil edir. Abşeron üzərində küləyin maksimal sürəti böyükdür və tez-tez 25-30 m/saniyə çatır, bəzi hallarda isə hətta 40 m/san-ni keçir, belə ki, qasırğa xarakterli olur.
Naxçıvan MR-nın ərazisində və Gəncə-Daşkəsən bölgəsində küləklərin orta sürəti 3-5 m/san-yə, maksimal sürəti isə 15 m/san-yə çatır, digər bölgələrdə isə orta sürət 3 m/san-dən azdır.
Küləyin sürətinin 25 m/san-yə qədər və daha çox güclənməsi təhlükəli hesab edilir. Belə küləklər əhəmiyyətli dərəcədə dağıntılara – ağacların iri budaqlarının sınmasına, qoca ağacların kökündən çıxmasına, yüngül tikililərin dam örtüyünün qoparılmasına, pəncərələrinin isə sınmasına səbəb ola bilər. Sürəti 33 m/san və daha böyük olan küləklər qasırğa hesab olunur.
Güclü küləklər zamanı təhlükəli hadisələrdən qorunmaq üçün aşağıda qeyd edilən ehtiyat tədbirlərinə riayət etmək lazımdır:
– hadisə barədə məlumatınızin olması üçün radio və televiziyanı izləyin. Bəzən mülki müdafiə və fövqəladə halların yerli xidmət idarələri tərəfindən radio və televiziya vasitəsilə təhlükəli hadisələr zamanı davranış qaydaları barədə operativ məlumatlar verilir;
– bütün nəfəslikləri və pəncərələri bağlayın. Yapışqanlı lent ilə pəncərənin şüşələrini diaqonalları üzrə bərkidin. Əgər güclü külək zamanı pəncərənin şüşələri sınarsa, onda qırıqları az olacaqdır və onlar sizin mənzilinizdə – evinizdə xaotik (qarma-qarışıq) şəkildə uçmayacaqdır. Bu halda şüşə qırıntıları ilə yaralanma – kəsilmə riski – təhlükəsi minimal olacaqdır;
– imkan daxilində elektrik cərəyanını və qazı kəsin və su kəmərinin üstünü örtün. Qabaqcadan 5-7 saatlıq su və ərzaq, həmçinin şam və başqa işıq və istilik mənbələri ehtiyatını tutun. Əgər imkan vardırsa ayrıca quraşdırılmış elektrik qidalanma mənbəyindən – onu qabaqcadan uzun müddətə (24 saatdan çox) hazırlamaqla istifadə etmək olar. Şiddətli külək əsdikdə onu işə salmaq məsləhət deyildir, belə ki, bu çoxlu narahatçılıqlar törədə bilər və həyat üçün əlverişsiz şərait yaradar. Yadda saxlayın ki, təhlükəli küləklər əsdikdə istənilən elektrik enerjisi mənbələri söndürülməlidir;
– əgər bağ eviniz və ya mənzilinizdən yuxarıdan gələn antenna və istənilən başqa xətt keçirsə, daha yaxşı olar ki, onu batareyaya və ya istənilən boruya yaxın qoyun, bu halda onlar elektrik dövrəsini yerlə birləşdirəcəkdir. Təhlükəli küləklər zamanı bütün tip rozetkalara (telefon rozetkası istisna olmaqla), metal boru və naqillərə – məftillərə yaxınlaşmaq olduqca arzuolunmazdır;
– güclü küləklər zamanı birmərtəbəli evlərdə dam örtüyünün qoparılması təhlükəsi mövcuddur. Bu ona görə baş verir ki, küçədə əsən külək daxildə olan havaya nisbətən dam örtüyünə daha az təzyiq göstərir. Ona görə də daxildəki hava tavanı xaricə sıxaraq təsir edir. Buna baxmayaraq, güclü küləklər zamanı binanın daxilində və xaricində təzyiqi bərabərləşdirmək üçün pəncərəni açmağa dəyməz. Əgər evin dam örtüyü dağılmışdırsa – qopmuşdursa, onda evin başqa sığınacaqlarında (stol altında, şkafda) gizlənmək lazımdır. Təhlükəli küləklərdən qorunmaq üçün ən təhlükəsiz yer pəncərədən aralıda olan yerlərdir – ayaqyolu, koridor və evdə qurulmuş şkaflardır;
– əgər təhlükəli hadisə artıq sovuşmuşdursa və eviniz salamat qalmışdirsa, xilas olmağa ehtiyacı olan adamlara kömək etmək üçün tədbirlər görün. Evinizdə generator vardırsa, artıq onu işə salmaq olar. Bu zaman yadda saxlamaq lazımdır ki, əgər evinizdə qaz kəməri vardırsa, onda generatoru işə salmazdan əvvəl onun saz vəziyyətdə olmasına əmin olmalısınız;
– adətən, təhlükəli küləklər dayandıqdan sonra, küçəyə çıxan zaman yenə də diqqətli olmaq lazımdır;
– qırılmış naqilə (məftilə), yellənən lövhəyə və s. yaxınlaşmamalısınız, sizə şübhəli görünən çəp dayanan dirəklərə və başqa qurğulara, tikililərə yaxın getməkdən çəkinməlisiniz;
– əgər güclü külək haqqında xəbərdarlığı küçədə ikən almısınızsa, yubanmadan küçə qapısında və ya möhkəm binada daldalanın. Şəhərlərdə bu, xüsusi olaraq təchiz edilmiş mülki müdafiə və fövqəladə hallar üçün sığınacaqlar ola bilər;
– güclü küləklər barədə xəbərdar edilməmisinizsə və ya belə xəbərdarlığı eşitməmisinizsə, onda təhlükəli külək yaxınlaşan zaman pəncərədən və başqa təhlükəli yerlərdən aralanın, həmçinin təcili olaraq suyu, qazı və elektrik cərəyanını kəsin. Qasırğa və s. təhlükəli küləklərin qurtarmasını mənzilinizdə gözləyərək özünüzün və sizinlə hal-hazırda bir yerdə olanların həyatı üçün mühüm olan bir şeyi yaddan çıxarmayın: təhlükəsiz yerə keçin və təhlükəli küləyin kəsməsini orada gözləyin. Təhlükə sovuşduqdan sonra yemək (əgər o xarab olmamışdırsa), içməli su və bu halda digər lazım ola biləcək şeyləri (fənər, şam və s.) axtarmaq lazımdır;
– yadda saxlamaq lazımdır ki, əgər mənziliniz və ya eviniz güclü zədələnmişdirsə, güclü küləkdən sonra təcili olaraq oranı, təhlükəli yer olduğuna görə, tərk etməlisiniz. Bu zaman özünüzlə sənədlərinizi və ehtiyat yemək götürməlisiniz;
– əgər güclü külək sizi kənd yerində, tarlada və ya meşədə yaxalamışdırsa, onda ildırım – şimşək zərbəsindən müdafiə tədbirlərinə əməl edin. Çürümüş və yaşlı, xüsusən də tək olan ağaclardan uzaqda dayanın. Əgər şiddətli külək sizi yolda yaxalamışdırsa, yolun kənarına enin və yamacda uzanın. Bu ən təhlükəsiz yerdir;
– siz avtomobildə olarkən təhlükəli hadisə baş vermişdirsə, onda təcili olaraq avtomobildən düşün, bütün pəncərələri bağlayın və ondan uzaqlaşaraq yolun kənarına – yamacına enin. Belə ki, külək avtomobili yoldan çıxara və ya çevirə bilər.
Məlumat üçün bildirək ki, küləyin sürəti 1806-cı ildə ingilis admiralı F.Bofort tərəfindən təklif edilən və hal-hazırki dövrdə azacıq dəyişdirilməklə qəbul edilmiş 12 ballıq şkala ilə ölçülür.
Xüsusilə, qasırğa və tufan (F. Boforta görə 12 ballıq külək) üçün 1946-cı ildə 6 bölgü qəbul edilib və şkala 17 ballıq olub. 9, 10 və 11 ballıq küləklər fırtına, 12, 13, 14, 15, 16 və 17 ballıq küləklər isə qasırğa və tufan adlandırılıb.
Azərbaycan dövlətləri
Azərbaycan xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasının nəzarəti altına keçmişlər.
Şimali Azərbaycan ərazisində
- Bakı xanlığı — XVIII əsrdə Azərbaycanın şərq hissəsindəki xanlıqlardan biri. XVIII əsrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yaradıldı. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi.
- Cavad xanlığı — bir çox Azərbaycan xanlıqları kimi İran şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi.
- Dərbənd xanlığı — XVIII ərdə indiki Azərbaycan ərazisində mövcud olan xanlıqlardan biri. Azərbaycanın ən qüdrətli xanlıqlarından biri sayılan Dərbənd xanlığı 1918-ci ildə Rusiyaya birləşdirilib. Rusiyaya birləşdirilərkən Dərbənd xanlığının sahəsi 7 min kv. km. idi.
- Gəncə Xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan Xanlıqlarından biridir. Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.
- Irəvan xanlığı (ingiliscə: Erivan khanate) — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır vilayətini əhatə etmişdir.
- Lənkəran xanlığı və ya Talış xanlığı — Azərbaycan xanlıqlarından biri olmuşdur.
- Naxçıvan xanlığı — 1747-1828-ci illərdə Azərbaycan ərazisində mövcud olmuş feodal dövləti. 18-ci əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd idi.
- Qarabağ xanlığı — 1748-1805-ci illərdə müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş feodal dövlət, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir.
- Quba xanlığı — XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü.
- Şamaxı xanlığı — XVIII əsrdə indiki Azərbaycan ərazisində feodal dövlət olmuşdur. Şamaxı xanlığında iihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
- Şəki xanlığı — paytaxtı Nuxa (Şəki) şəhəri olmaqla, 1445-ci ildə yaranmışdır.
Cənubi Azərbaycan ərazisində
- Ərdəbil xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri.
- Marağa xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin 20-ci illəri). Cənubdan Saqqız mahalı, şərqdən Miyanə, şimaldan Təbriz, qərbdən Urmiya gölü və Sulduz mahalı ilə hüdudlanırdı. Mərkəzi Marağa çəhəri.
- Maku xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — 1922-ci il). Mərkəzi Maku çəhəri. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı.
- Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, Şərqdən Lənkəran xanlığı, cənubdan Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.
- Sərab xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Təbriz, Marağa xanlıqları və İranla hüdudlanırdı. Mərkəzi Sərab çəhəri.
- Təbriz xanlığı – mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan xanlıqlarından biridir. Ən görkəmli xanlarından biri Əmir-Aslan Xan olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.
- Urmiyə xanlığı (ingiliscə: Khanate of Urmia) – XVIII əsrin ortaları və 1868/1869-cu illər arasında, mərkəzi Urmiyə şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri olmuşdur.
- Xoy xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin ortaları — sonları). Mərkəzi Xoy şəhəri. Naxçıvan, Maku, Urmiya, Təbriz xanlıqları və Türkiyə ilə hüdudlanırdı.
Azərbaycanın müasir tarixi
- Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) 1918-1920
Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) — Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu. - Azərbaycan SSR (1920-1991)
Azərbaycan Sovet Sosialist Respublikası - Azərbaycan Milli Hökuməti (1945-1946)
Azərbaycan Milli Höküməti (AMH; ingiliscə: Azerbaijan People’s Government; rusca: Азербайджанское народное правительство) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına və bilavasitə Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. Sovet ordusu İrandan çəkildikdən sonra, dekabr 1946-da İran ordusunun hissələri Təbriz şəhərinə daxil olaraq Azərbaycan Milli Hökümətinə son qoymuşlar. - Müstəqil Azərbaycan (18 oktyabr 1991-ci il)-hazırda mövcud olan bu ölkədə yaşayırıq.
- Teqlər:
- Azərbaycan tarixi
- , Azərbaycan
Comments are closed, but trackbacks and pingbacks are open.