Şərq məsələsi haqqında
Şihabəddin Sührəvərdinin elm aləminə hələlik 52 əsriməlumdur ki, bunlardan 15-i sufizmə, 13-ü peripatetizmə, 8-i işraqiliyə və digər 16-ı müxtəlif mövzulara həsr olunmuşdur. Filosofun fəlsəfi görüşləri (İşraq fəlsəfəsi) sufizmlə peripatetizm arasında orta mövqedə dayanır. Əslində İşraqilik fəlsəfəsi bu iki təlimin müqayisəli təhlinindən doğan, son nəticə olaraq zühur edən , yalnız Sührəvərdiyə məxsus yeni fəlsəfi sistemdir. \
Şərq fəlsəfəsi
Aristotelçilik ideyalarının Şərq dünyasında təməli qoyulduqdan sonra İslam bölgəsi fəlsəfəsi formalaşmağa başladı. Peripatetizimin hərfi mənası “gəziçərək öyrənənlər”dir. Aristotelin məktəbinin yerləşdiyi yerdə çox gözəl bağ vardı və Aristotel bu bağda gəzişərək mühazirələrini deyirdi . Elə buradan da Aristotelin ideya davamçıları gəzişərək öyrənənlər adlandırılmışdır. Bu fəlsəfi ideyalar Şərq dünyasında məşşailik adı ilə tanınırdı. Şərq peripatetik filosofları Antik fəlsəfəsinin təsiri altınqa qalaraq bu fəlsəfi ideyaları İslam dinin ehkamları ilə uzlaşdırmağa çalışırdılar. Bu metodun təməlini qoyanlar və onu davam etdirənlər çox və ya az dərəcədə bu məsələlərlə məşğul olduğundan onlar fərqli cəbhələrə ayrılırdılar. Şərq Peripatetiklərindən Əl-Kindinin, Fərabinin, İbn Sinanın, Bəhmənyarın, İbn Rüşdün və s.-lərinin adlarını çəkmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, bu dövrün xüsusiyyətinə uyğun olaraq bütün elmlər fəlsəfə ilə iç-içə öyrənildiyindən adlarını çəkdiyimiz filosoflar digər elm sahələrində böyük tədqiqatçı alimlər olmuşlar. Şərq peripatetik irsinin Azərbaycanda da böyük nümayəndələri yetişmişdir. Əbülhəsən Bəhmənyar Mərzban məşhur filosof İbn Sinanın sevimli tələbələrindən olmuş, həm də onun fəlsəfi irsinin bilavasitə davamçısı olmuşdur. Digər Azərbaycan filosofu Nəsrəddin Tusi də bu fəlsəfi məktəbin məşhur simalarındandır.
İşraqilik
Işraqilik fəlsəfi təliminin banisi azərbaycanlı filosof Şihabəddin Sührəvərdi əl-Məqtul hesab edilir (h.599/m.1155 – h.587/m.1191). Əsl adı Əbu-l Fütuh Yəhya b. Həbəş b. Əmirəkdir.
Əsərləri:
Həyakilu-n Nur
Pərtəvnamə (farsa dilində)
Əlvah-i imadiyyə
Təlvihat
Mahiyyəti etibarı ilə işraqilik məşşailikdən və yeni əflatunçuluqdan qaynaqlanır. işraqilərə görə həqiqətin bilgisi mənəvi kamillik, qəlbə gələn işraq yolu ilə əldə edilir. Bütün nurlar Nurlar nuru olan Nur əl-Ənvardan süzülür. Bu nur Tanrının özüdür. insan nura sahib ola bilirsə, o var olan hər şeyə və hətta əşyalara da hökm edə, onları dəyişdirə bilər. İnsan kəşf yolu ilə tədricən zülmətdən nura yüksəlir. İşraqilərə görə insanın bədəni maddidir və bütün maddi olanlar zülmətdir. ruh bədəndən fərqli olaraq mücərrəd bir varlıqdır. ruh Sührəvərdiyə görə nurdur. o nurani bir cövhərdir və ölümə məhkum deyil. Nurlar nuru olan Nur əl-Ənvar heç nəyə ehtiyacı olmayan ilkin səbəb, bütün nurların özündən ayrıldığı nur, Vacib olan varlıqdır.
Şihabəddin Sührəvərdinin elm aləminə hələlik 52 əsriməlumdur ki, bunlardan 15-i sufizmə, 13-ü peripatetizmə, 8-i işraqiliyə və digər 16-ı müxtəlif mövzulara həsr olunmuşdur. Filosofun fəlsəfi görüşləri (İşraq fəlsəfəsi) sufizmlə peripatetizm arasında orta mövqedə dayanır. Əslində İşraqilik fəlsəfəsi bu iki təlimin müqayisəli təhlinindən doğan, son nəticə olaraq zühur edən , yalnız Sührəvərdiyə məxsus yeni fəlsəfi sistemdir. \
Sufizm
Ərəb dilindən hərfi mənada təsəvvüf sözündən qaynaqlanaraq, “yun paltar geyinmək” deməkdir. İslamiyyətin ilk çağlarında Mədinədə kimsəsiz və toplu halda yaşayan, özünü ancaq dinə və Quran elmlərinə həsr edən və Məhəmməd (s.ə.s.) peyğəmbərin də çox hörmət etdiyi camaata “Suffə əhli” deyilirdi.
Təsəvvüfün ümumdünya mistisizmi ilə oxşar əlamətləri olsa da təsəvvüf özünün bütün tərəfləri ilə islamidir.
İslamın yayılması ilə Xilafət ölkələrində daha çox mistik təlim kimi özünü biruzə verən sufizm bütün inanan möminləri “mənəvi kamillik” yoluna dəvət edirdi. Təsəvvüfün başlanğıcı şəriət, sonu həqiqətdir. Mənəvi kamillik yoluna qədəm qoyaraq təsəvvüfə baş vuran insan bir çox hal və məqamlardan keçməli, Tanrıya qovuşmaq yolunda ruhunu inkişaf etdirməli, maddi olan bədənini tərbiyə etməli, nəfsini və şəhvət hissini boğmalıdır. Ruhi inkişaf mərtəbəsində yüksələn sufi bütün mənfur xislətlərdən xilas olaraq Tanrı dərgahına ucalmaq kimi şərəfli bir məqama çataraq həqiqətin bilgisinə vaqif olur.
Tanınmış sufilərdən Yunus Əmrə, Rəbiə əl-Ədəviyyə, Mövlana Cəlaləddin Rumi, Cüneyd əl-Bağdadi, Bəyazid Bistami Əbunəcib Sührəvərdi və s. ləri məşhurdur.
Orta əsr Şərq fəlsəfəsi
Fəlsəfi fikir orta əsrlərdə Şərq ölkələrində də geniş surətdə inkişaf etmişdir. Bizansda görkəmli filosof İoann Damaskin fəlsəfənin 6 mühüm tərifini vermişdir:
fəlsəfə varlığın təbiəti haqqında bilikdir;
fəlsəfə ilahi və bəşəri işlər, yəni bütün gözə görünən və görünməyənlər haqqında bilikdir;
fəlsəfə ölümdə məşqlərdən ibarətdir;
fəlsəfə Allaha oxşamaqdan ibarətdir;
fəlsəfə bütün elm və incəsənətin başlanğıcıdır;
fəlsəfə hikmətsevərlikdən ibarətdir.
Həqiqi hikmət isə Allaha məhəbbət olduğundan, məhz o, əsil fəlsəfədən ibarətdir.
Şərq fəlsəfəsində geniş şöhrət tapmış mütəfəkkirlərdən Farabini, İbn Sinanı, İbn Rüşdü xüsusilə qeyd etmək olar. Farabini ikinci Aristotel adlandırırdılar. O, idrak nəzəriyyəsi məsələlərindən danışarkən elmi ən böyük idrak vasitəsi adlandırmışdır. Onun fikrincə, elmlər nəzəri (məntiq və təbiət elmləri və metafizika) və əməli (etika və siyasət) elmlərə bölünürlər. O, məntiqi zəkanın əsası kimi qeyd etmişdir. Onun fikrincə, məntiq insan idrakının prinsiplərini izah etdiyi kimi, etika da insanın davranış qaydalarını göstərməlidir. Şərq aləmində Farabinin davamşısı, öz dövrünün ensklopediyası, filosof və həkimlərin “knyaz”ı adlandırılan Buxaralı İbn-Sina olmuşdur. Onun fikrincə, dünya əbədi və məhvedilməzdir, onun heç nədən yaradılması ideyası cəfəngiyyatdan başqa bir şey deyildir. Onun fəlsəfəsinin ən orijinal hissəsi varlıq haqqında təlimdən ibarətdir. İbn Sina iki varlığı nəzərdən keçirir: zəruri varlıq və mümkün varlıq.
Zəruri varlıq şəksiz varlıq olmaq etibarı ilə mənəvi mahiyyətdir. Mümkün varlıq isə maddi dünyadır. Onların arasındakı daimi əlaqə, təbiətlə ruhun əlaqəsinə oxşayır.
Azərbaycanda fəlsəfi fikrin inkişafı
Azərbaycanda da fəlsəfi fikir şərq ideyasında meydana gəlib inkişaf etmişdir. Fəlsəfənin əsas sahəsi olan idealizm tuturdu. XI-əsrdə Azərbaycanda fəlsəfənin inkişafı Ə.Bəhmənyarın adı ilə bağlıdır. Onun bir sıra qiymətli əsərləri olmuşdur. Bunların içərisində “Təhsil kitabı” mühüm yer tutur. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölünür. O, əqli idrakı şeylərin mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırılmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş və onun vəzifələrinə geniş yer vermişdir. XII əsrdə Azərbaycanda fəlsəfi fikrin nümayəndələrindən biri Nizami Gəncəvi olmuşdur. O, idealist xarakterli olub, varlığın 4 ünsürdən ibarət olduğunu göstərmişdir (torpaq, su, hava, atəş). Onun fikrincə, Allah dünyanı ilahi hökm ilə yaratmışdır. Onun dediyinə görə kainat həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya doğru qurulmuşdur. Birinci hal Allahın yaradıcılıq işi ilə, ikinci hal isə peyğəmbərin meracı ilə əlaqədardır.
XIII əsrdə yaşamış Azərbaycanın ən görkəmli ensiklopedik zəkalı alimi, filosofu Nəsrəddin Tusinin fəlsəfi görüşləri fikir tarixində mühüm yer tutur. Onun 30-dan çox əsəri olmuşdur. “Əxlaqi Nasiri” əsəri xüsusilə mühüm yer tutur. Nəsrəddin Tusi varlığa yüksək qiymət verərək onu zəruri və mümkün varlıq olmaqla iki yerə bölmüşdür. Onun fikrincə, zərurı varlıq Allah, mümkün varlıq isə gerçək aləmdir. O “Əxlaqi Nasiri” əsərində əxlaqın saflaşdırılmasına həsr etmişdir. O, cəmiyyətlə insan və insanla cəmiyyət arasındakı münasibətləri də qeyd etmişdir.
XIX əsr – XX əsrin əvvəllərində dövlətlərarası münasibətlər
XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropanın böyük ölkələri dövlətlərarası münasibətlərdə hakim rol oynayırdı. Sənaye çevrilişinin genişlənməsi müstəmləkələr ələ keçirmək uğrunda mübarizəni kəskinləşdirdi. Bu mübarizə hərbi-siyasi blokların yaranmasına səbəb oldu.
I Napoleon müharibələri
1804-cü ildə imperator titulunu qəbul edən I Napoleon bütün Avropanı özünə tabe etmək istəyirdi. Bunun üçün isə əvvəlcə Böyük Britaniyanı məğlub etmək lazım idi. Buna cavab olaraq Böyük Britaniya, Avstriya, İsveç və Rusiya ona qarşı növbəti koalisiya qurdular. 1805-ci ildə Trafalqar döyüşündə ingilis donanması qalib gəldi. Lakin Napoleon Avstriya və Rusiyanı Austerlits döyüşündə məğlub etdi. 1806-cı ildə Müqəddəs Roma imperiyasına rəsmən son qoyuldu. Sonra Prussiya məğlub edildi. I Napoleon dövlətlərarası münasibətlərdə Vestfaliya sülhündən sonra yaranmış status-kvoya (mövcud vəziyyətə) son qoydu.
Dünyanın ən güclü dəniz donanmasına malik olan İngiltərəni məğlub edə bilməyəcəyini anlayıb ona qarşı qitə blokadası tətbiq etdi. Fransadan asılı və müttəfiq dövlətlərə Böyük Britaniya ilə ticarət əlaqələri saxlamaq qadağan olundu. I Napoleonun hərbi strategiyası sürətli hərəkətə və qələbə üçün qüvvələri bir cəbhədə cəmləşdirməyə əsaslanırdı. 1807-ci ildə Rusiyanı məğlub edərək Tilzit sülhü bağlayan I Napoleon onu da qitə blokadasına qoşulmağa məcbur etdi. Lakin qitə blokadası iqtisadi cəhətdən güclü olan Böyük Britaniyaya deyil, Fransa və ondan asılı olan dövlətlərə mənfi təsir göstərdi. Rusiya qitə blokadasını pozaraq Böyük Britaniya ilə əlaqələri yenidən qaydaya saldı. Bu və Avropada bir sıra məsələlərdə mənafelərin toqquşması 1812-ci ildə I Napoleonun Rusiyaya yürüşünə səbəb oldu. O, Moskvanı ələ keçirsə də, lakin qışın düşməsi və rusların partizan müharibəsi taktikasından istifadə etməsi bu yürüşün uğursuzluğu ilə nəticələndi. I Napoleona qarşı Avropa dövlətlərinin yeni koalisiyası yarandı. 1814-cü ildə müttəfiqlər Parisə daxil oldular və I Napoleonu hakimiyyətdən kənarlaşdırdılar.
Vyana konqresi
1814-cü ildə bütün Avropa dövlətləri Vyana konqresində toplandı. Konqresin məqsədi I Napoleon müharibələrindən sonrakı dövlətlərarası münasibətlərin yeni qaydalarını müəyyən etmək idi. Konqresdə aparıcı rolu İngiltərə, Rusiya, Avstriya və Prussiya oynayırdı. Konqresin qərarına görə, I Napoleondan geri alınan ərazilərdə etnik prinsip əsasında dövlətlərin yaradılması deyil, onların monarxiyalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu. Fransanın inqilabdan əvvəlki sərhədləri bərpa edildi. Rusiya Polşanın bir hissəsini ilhaq etdi. Böyük Britaniya Malta, Seylon və Afrikanın cənubuna sahib oldu.
Vyana konqresinin qərarına əsasən, alman dövlətləri konfederasiyada birləşdi. Ümumi müdafiə prinsipinə əsaslanan Almaniya konfederasiyasında Avstriya və Prussiya əsas rol oynayırdı.
1814–1815-ci illər Vyana konqresindən sonra Avropada münasibətlər müntəzəm olaraq çağırılan konqreslərlə tənzimlənməyə başlandı. Güc tarazlığına və monarxiyaların hakimiyyətini qoruyan legitimliyə (qanuniliyə) əsaslanan dünya düzəni quruldu. Bu sistemin əsasını qoyanlardan biri Avstriya imperiyasının Xarici İşlər naziri Klemens Metternix idi. XIX əsrin birinci yarısında Avropada dövlətlərarası münasibətlər “Metternix sistemi”nə görə tənzimlənirdi. Bu sistem monarxiya sülalələrinin legitimlik prinsipinə əsaslanırdı. Yəni hər bir dövlət hakim sülalənin hökmdarına məxsus hesab edilirdi.
“Şərq məsələsi”
XIX əsrdə dövlətlərarası münasibətlərdə “Şərq məsələsi” önəmli yer tuturdu. Siyasi anlayış kimi ilk dəfə Rusiya tərəfindən Vyana konqresində irəli sürülmüş bu məsələdə məqsəd Osmanlı dövlətinin ərazilərini işğal etmək və bölüşdürmək idi. Çar Rusiyasının İstanbulu və boğazları işğal etmək istəyi Qərbi Avropa dövlətlərinin maraqlarına uyğun deyildi.
Ona görə də onlar 1853-cü ildə Rusiyanın Osmanlı dövlətinə qarşı başladığı Krım müharibəsində Osmanlı dövlətini müdafiə etdilər. Başlıca döyüş meydanı Krım olduğu üçün belə adlanan bu müharibədə Böyük Britaniya, Fransa və Sardiniya Rusiyaya qarşı vuruşdu. Rusiyanın məğlub olduğu müharibə 1856-cı ildə Paris sülh konfransı ilə başa çatdı. Konfrans Vyana konqresindən sonra Avropada yaradılmış güc tarazlığını yenidən nizama saldı.
Balkan yarımadası və Osmanlı dövlətinin ərazi bütövlüyü konfransda iştirak edən Avropa dövlətlərinin ortaq təminatı altına alındı. Müqaviləyə görə, Qara dəniz bütün dövlətlərin hərbi gəmilərinə qapalı elan edildi. Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququnu itirdi. Osmanlı dövləti bu müharibədə qalib gəlsə də, ilk dəfə olaraq xarici dövlətlərdən borc almışdı.
Balkanları təsir dairəsinə almaq istəyən Rusiya 1877-ci ildə yenidən Osmanlı dövlətinə qarşı müharibəyə başladı. İstanbula doğru irəliləyən rus qoşunlarının hücumunu dayandırmaq üçün İngiltərə donanması işə qarışdı. 1878-ci ildə imzalanan San-Stefano sülhünə görə, Osmanlı dövləti bir sıra ərazilərini itirdi.
Rusiyanın Balkanlarda möhkəmlənməsi və Şərqi Anadoluda bir sıra əraziləri işğal etməsi İngiltərənin, Almaniyanın və Avstriya-Macarıstanın mənafeyinə zidd idi. Ona görə də San-Stefano sülhünün şərtlərinə yenidən baxılması üçün 1878-ci ildə Berlin konqresi çağırıldı. Konqresin qərarlarına görə, Serbiya, Çernoqoriya (Montoneqro) və Rumıniyanın müstəqilliyi tanındı. Bolqarıstan Osmanlı dövlətindən asılı knyazlığa çevrildi. Qars, Ərdahan və Batum Rusiyaya ilhaq edildi. San-Stefano müqaviləsindən fərqli olaraq, Makedoniya, Şərqi Anadoluda Bəyazid Osmanlı dövlətində qaldı.
Berlin konqresinin qərarlarına görə, Kipr Böyük Britaniyaya icarəyə, Bosniya-Hersoqovinanın idarə edilməsi isə müvəqqəti olaraq Avstriya-Macarıstana verildi.
Konqresin qərarları Rusiyanın Almaniya və Avstriya-Macarıstanla ziddiyyətlərinin artmasına səbəb oldu.
Güc tarazlığından rəqabət mübarizəsinə
1862-ci ildə Otto fon Bismark kansler təyin edildikdən sonra Prussiya Almaniyanın birləşdirilməsi üçün fəal siyasət yürütməyə başladı. Prussiyanın güclənməsi Fransanı narahat edirdi. Almaniyanın birləşdirilməsi Fransanın mənafeyinə zidd idi. 1866-cı ildə Avstriyanın məğlub edilməsindən sonra Almaniyanın birləşdirilməsi üçün Prussiyanın qarşısında maneə olan yeganə qüvvə Fransa idi. III Napoleon Prussiyaya qarşı müharibə üçün bəhanə axtarırdı. İspaniya taxtına namizədlik uğrunda mübarizə müharibənin başlanmasına bəhanə oldu. Nəticədə 1870–1871-ci illər Fransa–Prussiya müharibəsi baş verdi. Fransanın məğlub olduğu bu müharibənin bitməsi ilə Almaniyanın birləşdirilməsi başa çatdırıldı. Tərəflər arasında bağlanmış sülh müqaviləsinə görə, Almaniya Elzas və Lotaringiyanı ilhaq etdi. Fransa ona təzminat verməli oldu. Almaniyanın birləşdirilməsi nəticəsində Vyana konqresindən sonra Avropada yaranmış güc tarazlığı dəyişdi.
1870-ci ildən 1890-cı ilə qədər Avropada dövlətlərarası münasibətlərə Bismarkın xarici siyasəti təsir etdi. O, Avstriya və Fransanın məğlubiyyətindən sonra yaranan güc tarazlığını saxlamağa çalışırdı. Əvvəlcə Fransanın təcrid olmasını təmin etdi. Onun Avropanın digər monarxiyaları ilə əlaqələrini kəsmək üçün ölkədə respublika rejimini dəstəklədi. Bismark İngiltərənin böyük iqtisadi gücünə, müstəmləkələrinin genişliyinə və dünyanın ən güclü dəniz donanmasına sahib olmasına əsaslanan üstünlüyü ilə hesablaşırdı.
«Almaniyanın geosiyasi* mövqeyi»
“[. ]Coğrafî mövqeyimiz səbəbi ilə məqsədimizə nail olmaq üçün digər dövlətlərdən daha çox çalışmalıyıq. Avropanın mərkəzində yerləşirik. Ən az, üç cəbhədən hücuma məruz qala bilərik. Halbuki Fransanın müdafiə ediləcək yalnız şərq, Rusiyanın isə qərb sərhədləri var. Bundan başqa, dünya tarixinin ümumi gedişi, coğrafî mövqeyimiz və bəlkə də, almanların digər millətlərlə müqayisədə bu günə qədər birliyə malik olmaması səbəbindən düşmənlərin yaratdığı təhdidlərə digər xalqların olmadığı qədər açığıq. Tanrı qonşuluğumuza fransızlar kimi ən təcavüzkar xalqı yerləşdirmişdir. Ötən əsrlərdə bu gün çatdığı səviyyələrə çatacağı xəyal belə edilə bilməyəcək Rusiyanın müharibəpərəst fəaliyyəti genişlənmişdir. İki yandan da təhdid altındayıq”.
Bismarkın parlamentdəki çıxışından.
1888-ci il. Tarix. İstanbul, 2002, səh. 217
Bu dövrdə İngiltərə münaqişələrdə iştirak etməmək üçün təcridçilik siyasəti yürüdürdü. İngiltərənin Avropadakı tarazlığa önəm verməsi də Bismarkı bu tarazlığı pozmamağa məcbur edirdi.
Bismark tarazlığı qorumaq üçün müxtəlif dövlətlərlə ittifaqlar qururdu. 1879-cu ildə Avstriya-Macarıstanla müqavilə bağlandı. 1882-ci ildə İtaliya da bu ittifaqa qoşuldu və “Üçlər ittifaqı” yarandı. Müxtəlif mənafeləri olan dövlətlərin bir ittifaqda birləşdirilməsi Bismarkın diplomatik ustalığını göstərirdi. Onun imperatorla fikir ayrılığına görə 1890-cı ildə istefasından sonra Almaniya dünya miqyasında imperialist siyasətini gücləndirdi. Bu isə onun rəqibləri olan Fransa, Rusiya və İngiltərənin yaxınlaşmasına səbəb oldu. 1890-cı illərin birinci yarısında Fransa və Rusiya ittifaq müqaviləsi imzaladı. Bununla da, Bismark tərəfindən həyata keçirilən Fransanın təcridedilmə siyasətinə son qoyuldu.
Böyük dövlətlər arasında rəqabət
XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropanın böyük dövlətləri arasında rəqabət kəskinləşdi. 1873–1895-ci illərin iqtisadi böhranı satış bazarları və xammal ehtiyacını zəruri problemə çevirdi. Müstəmləkələr sahəsində rəqabət daha güclü idi. Böyük dövlətlərin hamısı öz müstəmləkə ərazilərini genişləndirməyə çalışırdılar. Bu isə Avropa dövlətləri arasında mənafelərin toqquşmasına və ziddiyyətlərin kəskinləşməsinə səbəb olurdu. İngiltərə və Rusiya hələ XIX əsrin ikinci yarısından etibarən Əfqanıstan uğrunda mübarizəyə başlamışdılar. İngilislər Hindistanın sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır, Rusiya isə Hind okeanına yaxınlaşmaq istəyirdi. Afrikada Fransa və İngiltərə mübarizə aparırdı. Rəqabət mübarizəsi iqtisadi və hərbi sahələrdə də gedirdi. Bu amillər dövlətlərarası münasibətlərdə gərginliyi artırır və yeni ittifaq sistemlərinin yaranmasına şərait yaradırdı. Almaniyanın güclənməsi qitədə heç bir dövlətin güclənməsini istəməyən İngiltərənin də ənənəvi xarici siyasətinə zidd idi.
İngiltərə sənayesi Almaniya sənayesi ilə rəqabətdə uduzurdu. Həmçinin Almaniyanın öz hərbi dəniz donanmasını gücləndirməsi dənizlərdə hakim olan İngiltərəni narahat edirdi.
Bütün bu amillər hələ XIX əsrin sonlarına qədər düşmən olan dövlətləri: İngiltərə, Fransa və Rusiyanı yaxınlaşdırdı. Bu, XIX əsrdə İngiltərənin Baş naziri və Xarici İşlər naziri olmuş Henri Palmerstonun “İngiltərənin daimi dostu və düşməni yoxdur, daimi mənafeyi var” prinsipinin sübutu idi
XX əsrin əvvəllərində Fransa ilə Böyük Britaniya arasında yaxınlaşma başladı. Almaniyanın güclənməsi bu yaxınlaşmanın əsas səbəbi idi. Fransa və İngiltərə müstəmləkələrlə bağlı ziddiyyətlərdə razılığa gəldi və 1904-cü ildə Antanta* adlanan saziş imzaladı. Bu saziş Fransanın vasitəçiliyi ilə İngiltərə və Rusiyanın barışmasına da şərait yaratdı. 1907-ci ildə İngiltərə və Rusiya arasında müqavilənin bağlanması ilə Antanta ittifaqının yaranması başa çatdı. Beləliklə, Avropa bir-birinə düşmən olan iki bloka bölündü.
Böhranlar dövrü
XX əsrin əvvəllərində Avropada bir çox dövlətlərarası böhranlar baş verdi. Balkanlardakı vəziyyət sülh üçün daha böyük bir təhdid təşkil edirdi. Avstriya-Macarıstan və Rusiya Osmanlı imperatorluğunun zəifləməsindən istifadə edərək bu bölgədəki təsirlərini artırmağa çalışırdı. Rusiya 1904–1905-ci illər müharibəsində Yaponiyaya məğlub olandan sonra diqqətini Balkanlara yönəltmişdi. Burada slavyan xalqlarını, xüsusilə də müttəfiqi olan Serbiyanı himayə edirdi. Balkanlarda yaranacaq bir böhran mövcud ittifaqlar (Avstriya-Macarıstanın müttəfiqi olan Almaniya və İtaliya, Rusiyanın müttəfiqi olan Fransa və İngiltərə) arasında münaqişəyə səbəb ola bilərdi. 1908–1913-cü illər arasında Balkanlarda bir neçə böhran baş verdi:
• 1908-ci ildə Avstriya-Macarıstan Osmanlı dövlətinin zəifləməsindən istifadə edərək Bosniya-Hersoqovinanı ilhaq etdi. 1905-ci il inqilabı nəticəsində zəifləyən Rusiya buna müqavimət göstərə bilmədi.
• Osmanlı imperatorluğu Birinci Balkan müharibəsində (1912–1913) Balkan dövlətlərinin təşkil etdiyi ittifaq tərəfindən məğlub edildi.
Lakin qaliblər arasında işğal edilmiş ərazilərin bölüşdürülməsi uğrunda mübarizə 1913-cü ildə başlayan İkinci Balkan müharibəsinə səbəb oldu. Bu müharibə iki imperialist dövlətlər bloku arasındakı rəqabəti daha da dərinləşdirdi. Ardıcıl baş verən bu böhranlar ayrı-ayrı ölkələrdə millətçiliyi gücləndirdi.
“Şliffen planı parlaq olduğu qədər də strateji cəhətdən qüsurlu plan idi. Tarixi təcrübə Böyük Britaniyanın Belçikanın işğalı ilə razılaşmayacağını və müharibəyə daxil olacağını göstərirdi. Lakin bu həqiqət Kayzer və Alman Baş qərargahının diqqətindən qaçmış görünürdü”.
H.Kissincer. “Diplomatiya”, səh. 229
- Teqlər:
- tarix
- , XX əsr tarixi
- , beynəlxalq münasibətlər tarixi
- , siyasi tarix
Comments are closed, but trackbacks and pingbacks are open.