Press "Enter" to skip to content

Şərq nağılları

[Elə dünən yoldaşlarla çimərliyə gedirdik, düz deyilən vaxtda artıq görüş yerində idim, amma yoldaşlar gəlib çıxana kimi bir saat Əzizbəyov ətrafında gün altında gəzib dolanmalı olmuşam. Hökumətin saldığı yeni park da səhra kimi bir yer imiş, nə qədər axtardım, kölgə tapmadım. İndi həmin yoldaşların adını çəkə bilməyəcəm, hamısı hörmətli gənc intellektuallardır, adlarını çəksəm, heç kəs inanmayacaq, nəticədə mən yalançı çıxacam. Amma gələn dəfə mən də belə bir görüşə ən azı yarım saat geciksəm yaxşıdır, yoxsa yenə vaxtında gəlib gün altında bir saat gözləsəm?]

Köhnə və yeni nağıllar

Böyük Vətən müharibəsi illərində almanlara əsir düşən sovet hərbçiləri üçün Berlin-Tempelhof aerodromunun yanında salınmış Liliental əmək düşərgəsində qazıntılar aparan arxeoloqlar olduqca maraqlı tapıntılar aşkara çıxarıb. Ekspedisiyanın rəhbəri Professor Reinhard Bernbek bu tapıntılardan biri haqqında danışanda təəccübünü gizlədə bilmir: Lufthansanın müəssisələrində işlədilən hərbi əsirlər üçün barakların tikintisində keyfiyyətsiz betondan istifadə olunub. Rəsmi sənədlərə inansaq, Lufthansa kifayət qədər sement alıb və onu barakların tikintisinə yönəldib, amma arxeoloqlar normal beton əvəzinə əsasən daş, qum, köhnə beton qalıqları və cüzi sement qarışdırılmış yararsız bir materialla qarşılaşıb.

Professor Bernbekin gəldiyi nəticə aydındır: sənədlər sırf formallıq üçün tərtib olunurdu, əslində isə sementi oğurlayırdılar. Kim? Çox güman ki, düşərgə rəhbərliyi. Obyektivlik üçün Professor Bernbek barakları inşa edən əsirlərin sementi oğurlayıb qara bazarda satışa çıxarması ehtimalını də səsləndirir – zatən obyektiv tarixçi bütün ehtimallara eyni nəzərlə baxmalıdır. Lakin nasist Almaniyasında əmək düşərgəsinə həbs olunmuş hərbi əsirlərin böyük həcmdə sementi oğurlayaraq qara bazarda satması imkanı mahiyyətcə dəvənin iynə gözündən keçməsinə bərabərdir. Yəni söhbəti haraya fırlatsaq, ortada Lufthansa tərəfindən ciddi korrupsiya əməli var.

Aşqabad-Bakı-Frankfurt reysi ilə uçan Lufthansa təyyarəsinin səmaya qalxması yarım saatdan çox gecikirdi. Axırda təyyarə kapitanı sərnişinlərə səsləndi: “biz on ildir Aşqabad reysi ilə uçuruq, amma ilk dəfə belə gecikirik, ona görə də anlayışla qarşılayacağınıza ümid edirəm” tipli bir elandan sonra təyyarə nəhayət havaya qalxdı.

Əgər mən onda bilsəydim ki, Lufthansa banal sement oğrusudur, təyyarə kapitanına heç vaxt inanmazdım. Amma inanmışdım.

Bizim gördüyümüz təhsil, təlim və tərbiyə qərblilərin məlahəti qarşısında tərksilah olmağımızın qarşısını ala bilmir.

Görüşə yarım saat gecikən alman tıxacda ilişib qaldığını desə, sidq ürəkdən inanarıq, amma yarım saat gecikən öz azərbaycanlımız olsa, yalan danışdığına və evdən yarım saat gec çıxdığına dərhal hökm verərik.

Gecikmək, işi başdansovdu yola vermək, tənbəllik, səriştəsizlik, məsuliyyətsizlik, yalançılıq və oğurluq, nadürüstlük və nankorluq – bütün bu kimi mənfi xüsusiyyətlər əslində irqindən, cinsindən, milliyətindən və mənşəyindən asılı olmayaraq hər bir insana xas ola bilər, amma biz qərbliləri bu günahlardan by default azad etmişik və bütün bu rəzilətləri azərbaycanlıların milli xüsusiyyətlərinə çevirmişik. Buna görə də azərbaycanlı həmişə gecikir, amma qərbli yubanır.

Mən Həmid Herisçinin və Ağalar Məmmədovun Azərbaycanda dominant intellektual diskursa qarşı tənqidlərini yaxşı anlayıram. Axundovun komediyalarından Səməd Vurğunun “Azərbaycan” şeirinə kimi yüz il çəkən millətyaratma prosesində maarifçi ziyalılarımızın bizlər üçün yazdığı proqram təminatı antivirussuz qalıb. Bu “milli antivirus” olmadığına görə də biz bir almanın gecikməyinə, bir fransızın zövqsüz olmağına, bir ingilisin ədəbsiz davranmağına, bir amerikalının oğru olduğuna inana bilmirik. Axı onlar azərbaycanlı deyil, niyə belə etsinlər?

Köhnə ziyalıların Qərb nağılları azmış kimi, bir də son zamanlar yeni ziyalıların Uzaq Şərq nağılları yaranır.

Dostumuz Cavid Ramazanov bu təmayülə haqlı olaraq qəzəblənir , amma necə deyərlər, qaş düzəldən yerdə vurub göz çıxardır: biz Cənubi Koreya və Sinqapur ola bilmərik, çünki “təkcə bir səbəb yetərlidir: biz disiplin cəmiyyəti deyilik”.

Cavidin qəzəbini mən də bölüşürəm. Bizə demokratiya, azadlıq və insan hüquqları əvəzinə Cənubi Koreya və Sinqapur təklif edən başıboşları və boşboğazları ayaqlarından asmaq lazımdır ki, bəlkə o boş başlarına bir az qan sızsın və o boş boğazları bəlkə mədə şirəsi ilə bir az islansın. Lakin icazə verin bir məqamla razılaşmayım – niyə axı disiplin, yəni intizam bizə tamam yad ünsür olsun ki? Niyə intizam ancaq protestant Avropasının və konfutsiçi Uzaq Şərqin inhisarındadır?

Məgər bu köhnə Qərb nağılları və yeni Şərq nağıllarının kökündə “biz tənbəlik, amma avropalılar işgüzar”, “yaponlar intizamlıdır, biz isə başıpozuq” kimi iddialar dayanmırmı?

İntizam heç kəsin anadangəlmə xüsusiyyəti deyil. İntizam – təhsil, təlim və tərbiyə, eləcə də özünütəhsil, özünütəlim və özünütərbiyə nəticəsində yaranan xüsusiyyətdir. Bu gün Azərbaycanda insanlarda intizam yoxdursa, deməli nə onların intizamlı olmasını tələb edən sistem mövcud deyil, nə də onların özündə intizam yaratması üçün motivasiya yoxdur.

Əlli ildən çox bir müddətdə fəaliyyət göstərən Bakı metropolitenində qatarların hərəkət cədvəli sərnişinlərə hələ də məlum deyilsə, insanlar görüş təyin edəndə öz vaxtını dəqiq necə planlaşdıra bilər? Strasburqda məsələn, heç yerə gecikmirdim, çünki tramvayların hərəkət cədvəlinə telefonda baxıb vaxtımı da ona görə uyğunlaşdırırdım. Amma gəlin indi məni bir də Bakıda görün.

[Elə dünən yoldaşlarla çimərliyə gedirdik, düz deyilən vaxtda artıq görüş yerində idim, amma yoldaşlar gəlib çıxana kimi bir saat Əzizbəyov ətrafında gün altında gəzib dolanmalı olmuşam. Hökumətin saldığı yeni park da səhra kimi bir yer imiş, nə qədər axtardım, kölgə tapmadım. İndi həmin yoldaşların adını çəkə bilməyəcəm, hamısı hörmətli gənc intellektuallardır, adlarını çəksəm, heç kəs inanmayacaq, nəticədə mən yalançı çıxacam. Amma gələn dəfə mən də belə bir görüşə ən azı yarım saat geciksəm yaxşıdır, yoxsa yenə vaxtında gəlib gün altında bir saat gözləsəm?]

Əgər sistem və ya mühit insanlardan intizamlı olmağı tələb edərsə, insanlar da zamana ayaq uydurmaq üçün mütləq intizamlı olacaqlar. Elə Cavidin öz yazısında nümunə göstərdiyi ASAN Xidmət mərkəzləri bizdə də intizamın mümkünlüyünə dəlil deyilmi?

Bəs biz Cənubi Koreya və Sinqapur yolu ilə gedə bilərikmi?

Ən asanından başlayaq. Cənubi Koreya soyuq müharibə illərində ABŞ-ın Uzaq Şərqdə kommunizmə qarşı platsdarmı, forpostu idi, ona görə də Cənubi Koreyanın iqtisadi inkişafında və dövlət kimi güclənməsində amerikalılar az qala koreyalılar qədər maraqlı idilər. ABŞ 1946-1978-ci illər arasında təkcə Cənubi Koreyaya bütün Afrika qitəsinə göstərdiyi iqtisadi yardım həcmində maliyyə vəsaiti yatırmışdı . ABŞ öz bazarını Cənubi Koreya məhsullarına açmışdı, koreyalılarla elmi-texniki əməkdaşlıq edirdi, üstəlik onların bütün hərbi-müdafiə ehtiyaclarını qarşılayırdı. Cənubi Koreya möcüzəsinin arxasında duran şərtlər məhz bunlar idi.

Sinqapur bir az daha mürəkkəb məsələdir, amma o da möcuzə deyil . Beynəlxalq dəniz ticarət yolları üzərində əlverişli mövqedə yerləşən liman şəhər (cəmi milyon yarım sakin ilə), bu coğrafi mövqenin böyük iqtisadi potensialını anlayan vizyonlu, iradəli və səriştəli lider, onun gələcəyə baxışını anlayan və bölüşən daxili və xarici müttəfiqlər. İndi nə lazımdır? İnkişafa aparan lazımlı tədbirləri planlaşdırıb həyata keçirmək və inkişafa mane olan lazımsız əngəlləri aradan qaldırmaq.

Bəs biz Cənubi Koreya və Sinqapur yolu ilə gedə bilərikmi? Əlbəttə, nəzəri olaraq mümkündür, amma pişiyin boynundan zınqırovu kim asacaq?

Bakıda qəbulların birində təsadüfən alman beton eksperti ilə qarşılaşmışdım. İkimiz də bərk içkili idik, ona görə də söhbətin Putin, Kafka və Appenvayer dəmiryol stansiyasında velosiped dayanacağı kimi mövzular arasında var-gəl etməsi heç də təəccüblü gəlmirdi. Söhbətin axırına doğru məni narahat edən bir mövzu barəsində sual verdim: Berlin divarı 30 il əvvəl sökülüb, amma necə olur ki, Berlində hələ də həmin divarın betonundan hazırlanan suvenirlər satırlar? Onlar saxtadır, yoxsa həqiqi?

Alman beton eksperti bir balaca fikirləşib qərarını verdi: həqiqidir. Sonra da əlavə etdi: bunu sizə alman beton eksperti deyir, nəzərə alın!

İndi sizcə, mən alman beton ekspertinə inanmışdımmı?

Nağıllar

Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.

Yaz

Bаlаcа Lеyli bаğdа оturub quşlаrа tаmаşа еdirdi. Quşlаr qаnаdlаrı ilә bir-birini sığаllаyır, dimdiklәşir, nәğmә охuyurdulаr: Yаz gәlmişdir, yаzzz… yаzzz! Sоyuğu аzzz. аzzz! Gеcәlәri bәyаz. bәyаzzz!

«Atanın üç məsləhəti» nağılı

Q ədim zamanlarda qоcа bir kişi vardı. O öz оğlаnlаrı ilә birlikdə yаşаyırdı. Bu qоcаnın ölüm vах gәlib çаtır. Оğlаnlаrının ikisini dәyаnınа çаğırıb dеyir: – Әziz bаlаlаrım, vаr-dövlәtimi sizә qоyub gеdirәm. Аncаq siz bu dövlәtlә vаrlаnmаyаcаqsınız.

«Üç qarpız toxumu» nağılı

Biri varmış, biri yoxmuş, bir kasıb kəndli varmış. Onun bir parça torpağı varmış. Gecə-gündüz dinclik bilmədən kəndli bu torpaqda çalışarmış. Günlərin bir günü, bahar gələndə kəndli torpağı şumlamağa başladı. Baxıb gördü göydə ağ leylək uçur.

Uzunqulaq Dovşan və boynu uzun Zürafə

Biri var idi, biri yox idi. Bir meşədə iki dost olan bir dovşan və bir zürafə var idi. Onlar şox mehriban idilər. Bir gün dovşan zürafəni evinə qonaq çağırdı.

Tamahkar Qarışqa

Biri var idi, biri yox idi. Meşələrin birində acgöz, tamahkar bir qarışqa var idi. O özü üçün qışa xeyli azuqə yığmışdı. Lakin bununla belə onun gözü doymurdu. Yuvasında çörək, buğda, düyü əlindin yer yox idi. Amma bütün bunlar ona azlıq edirdi. Bir gün o yenə sübh tezdən durub, yemək axtarmaq …

Arı və Gül

Biri var idi, biri yox idi. Çəmənlərin birində gözəl, Nazlı adında bir gül var idi. Çəmənlərdəki bütün güllər ona həsəd aparardılar. Bu gül bütün günü özünü tərif edib öyünürdü. Bir gün yenə əlinə güzgüsünü alıb dedi: — Görəsən dünyada mənim kimi gözəl, nazlı gül varmı? Gorəsən kimin belə gözəl gözləri, …

Bulud

Biri var idi, biri yox idi, uzaq-uzaq dağlar arxasındakı diyarda bir padşah var idi. Gözünün biri bozardığından adına kor padşah deyərdilər. Günlərin bir günü padşah münəccimləri başına yığıb, dedi: — Bir rəml atın, görün gözümün dərmanı nədir? Münəccimlər rəml atıb dedilər: — Qibleyi- aləm, sənin gözünün dərmanı Ağ dəryadakı qızıl …

«Əlcək» nağılı

Bir kəndli baba meşə ilə yol gedirdi, onun itidə yanında qaçırdı. Baba az getdi, çox getdi, birdən kəndli babanın əlcəyinin bir tayı düşdü yerə. Kəndli baba iti ilə yolunu davam etdi. Bir siçan əlcəyi gördü, içinə girdi və dedi: — Mən burda yaşayacam. Bu vaxt bir qurbağa – hop-hop — …

«Yuxu» nağılı

18/08/2018 Nağıllar, Videolar Комментарии к записи «Yuxu» nağılı отключены

Biri var idi, biri yox idi. Yusif adında bir oğlan var idi. Yusifin fincanı qırılmışdır. O, anası və atasından ona təzə fincan almalarını istəmişdir. Anası və atası Yusifi marketə apardılar və onun istədiyi fincanı aldılar. Onlar marketdən çıxanda Yusif atasına dedi: -Ata, olar zooparka gedək? -Bəli, olar. Onlar zooparka getdilər. …

Qızıl Şamdan

Bir padşah var idi. Onun gözləri ağrıyırdı, nə qədər həkim gəlirdisə sağalda bilmirdi. Yenə bir gün həkim gəlir, padşahın gözlərinə baxıb deyir: — Padşah sağ olsun, gözlərinin dərmanını bilirəm. Amma o, əlçatmaz, ağılkəsməz bir yerdədir. Padşah deyir: — Sən yerini de, mən tapdıraram. Həkim deyir: — Ağ dəryada bir xallı …

Şərq nağılları – FOTO

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

  • “Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO
  • Hazal qızı ilə yeni görüntülərini paylaşdı – FOTO
  • Gəlinlərinin bakirə çıxmasını belə qeyd etdilər – Sosial şəbəkədə qəribə VİDEO
  • Zeynlə Selena sevgilidir? – FOTO
  • Türkiyə səmasında qeyri-adi görüntü: Planetlər yan-yana. – VİDEO – FOTO
  • “Arka sokaklar” izləyicilərinə xoş xəbər

XƏBƏR LENTİ

  • Bakıda “Mercedes” ticarət mərkəzinə girdi – FOTO
  • “Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO
  • İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib
  • Hazal qızı ilə yeni görüntülərini paylaşdı – FOTO
  • Şabranda qatar traktorla toqquşdu, ölən var
  • Azərbaycan sərhədini pozan 5 pakistanlı saxlanıldı – FOTO
  • Gəlinlərinin bakirə çıxmasını belə qeyd etdilər – Sosial şəbəkədə qəribə VİDEO
  • Zeynlə Selena sevgilidir? – FOTO
  • Britaniyalı mütəxəssislər hərbçilərimizə təlim keçdi – FOTO
  • Xankəndi yolunda etiraz aksiyası 104 gündür davam edir – FOTO
  • Türkiyə səmasında qeyri-adi görüntü: Planetlər yan-yana. – VİDEO – FOTO
  • “Məni ittiham etsələr, ölkədə ölüm və dağıntılara səbəb ola bilər. ”
  • Fransanın “Arte” telekanalında Qarabağla bağlı film nümayiş olundu – VİDEO
  • Mənzurənin yeməyinə dərman qatıblarmış – Səbəb dəhşətə gətirir
  • Profilində narkotiki təbliğ etdi, həbs olundu – FOTO
  • “Arka sokaklar” izləyicilərinə xoş xəbər
  • Türkiyədə yenə zəlzələ olub
  • ABŞ hipersəs raketinin “AGM-183A” modelini sınaqdan keçirib
  • 55 yaşlı kişi bıçaqlanıb
  • AVRO-2024: Türkiyə Ermənistanla qarşılaşacaq
  • Avropa İttifaqı Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ
  • Güneylilər bu gün böyük aksiyaya çıxır – Proqram açıqlandı
  • İrana ŞOK ZƏRBƏ – İslam İnqilabı Keşikçiləri Korpusunun obyektləri VURULDU
  • Zelenski: “Ukrayna hələlik əks-hücuma başlaya bilməz”
  • 00:50 8 146 Azərbaycanlı müğənni ailəsi ilə AĞIR QƏZAYA DÜŞÜB: 6 nəfərdən 5-i ölüb – FOTO
  • 24 Mart 13:40 5 634 “2500 elə mənim cibimdə olur, o nə puldur”
  • 24 Mart 11:52 3 785 “Dilarə ilə qışqırırdıq, Oqtay susurdu…” – FOTO
  • 24 Mart 11:28 2 996 İranın Azərbaycanla bağlı QORXUNC PLANI – Rejim Bakıya zərbə vurmaq üçün.
  • 24 Mart 16:40 2 736 Brilliantdan Dilarəyə təsəlli: “Biz də qəzada itirmişik. ” – VİDEO
  • 00:01 2 589 Günün qoroskopu: həddən artıq çox iş görməyə çalışmayın
  • 24 Mart 12:50 2 322 Qarabağda vurulmuş İran sərnişin təyyarəsi: ermənilər etiraf, İran təkzib edir – FOTO
  • 21 Mart 19:34 35 171 Doğum ilinizin son rəqəmi həyatınız haqda məlumat verir – SİRLİ RƏQƏM
  • 24 Mart 09:05 13 653 Turan Oqtay Əliyevin dəfn kadrlarına ÜSYAN ETDİ: Haqqımı halal etmirəm – FOTO
  • 21 Mart 12:00 13 145 Aktrisası olduğu teatrın qarderobunda işlədi, acınacaqlı halda dünyasını dəyişdi, anası ilə eyni qəbirdə basdırıldı
  • 22 Mart 19:45 11 002 Oqtay Əliyev faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ: Dilarə Əliyeva və Mehriban Zəki isə. – VİDEO – FOTO – YENİLƏNİB
  • 20 Mart 22:20 9 232 “Demişdim, ya ayın 7-si, ya da 8-i öləcək, elə də oldu…” – Zirəddin
  • 23 Mart 11:40 8 468 Yeni qərardan sonra manatı nə gözləyir?
  • 00:50 8 146 Azərbaycanlı müğənni ailəsi ilə AĞIR QƏZAYA DÜŞÜB: 6 nəfərdən 5-i ölüb – FOTO
  • 22 Mart 11:40 Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapdı
  • 24 Mart 12:50 Qarabağda vurulmuş İran sərnişin təyyarəsi: ermənilər etiraf, İran təkzib edir – FOTO
  • 22 Mart 21:22 Rusiya yaxında böyük hücuma keçəcək – ABŞ
  • 24 Mart 17:36 Fransada etiraz aksiyalarında 457 nəfər həbs edilib
  • 24 Mart 12:40 Sabah Bakıda 23° isti olacaq
  • 23 Mart 06:33 Roza Zərgərlinin konsertində 200-ə yaxın tamaşaçı yer olmadığına görə qapıdan qayıdıb
  • 24 Mart 13:06 “Qarabağ” – “Qalatasaray” matçına getmək istəyənlərin nəzərinə!

TOP VIDEO

  • 11:12 “Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO
  • 10:36 Gəlinlərinin bakirə çıxmasını belə qeyd etdilər – Sosial şəbəkədə qəribə VİDEO
  • 10:12 Türkiyə səmasında qeyri-adi görüntü: Planetlər yan-yana. – VİDEO – FOTO

SORĞU

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Comments are closed, but trackbacks and pingbacks are open.