Press "Enter" to skip to content

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

Çinin ilk dəfə 2020-ci ilin yanvar ayında virusun genetik strukturunu açıqladığı gündən bəri bütün dünyadan yüzlərlə laboratoriya, effektiv peyvənd istehsalı üçün səfərbər olundu. Artıq 2020-ci ilin sonlarına doğru bütün dünyadan 40-ı I və II klinik sınaq mərhələsində, 17-i isə II və III klinik sınaq mərhələsində olan ümumilikdə 57 peyvənd üzərində araşdırmalar davam etməkdəydi. Bəşəriyyət tarixinin ən sürətli peyvənd ixtirası yarışında hələ ki, bütün klinik mərhələləri tamamlayaraq yüksək nailiyyət qazanmış şirkətlər “Pfizer – BioNTech” (ABŞ – Almaniya), Oxford – AstraZeneca (Böyük Britaniya – İsveç), “Moderna” (ABŞ), “Gamaleya” (Rusiya), “Sinopharm” (Çin) və “Sinovac” (Çin) kimi nəhənglərdir.

Şərq qərb araşdırmalar mərkəzi

Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynamışdır. Bu böyük şəxsiyyətin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsi müstəsna əhəmiyyətə malikdir.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi məhz bu işlə – Azərbaycan xalqının ümummilli liderinin irsinin öyrənilməsi və təbliği ilə məşğul olan qurumdur.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 10 may 2004-cü ildən etibarən ümummilli liderimizin zəngin irsini – çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edən “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının əsasında yaradılmışdır. Qürur hissi ilə bildiririk ki, fəaliyyətdə olduğu illər ərzində planetin 200-dən artıq ölkəsindən yüz minlərlə oxucu kitabxanamızla tanış olmuşdur.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən regional bürolar, siyasətçilər, politoloqlar, diplomatlar və tarixçilər üçün ən müxtəlif dillərdə kitablar nəşr edən nəşriyyat qrupundan ibarətdir. Mərkəz həmçinin, orijinal tədris proqramları əsasında gənc müəllimlər, ali məktəblərin magistrantları və tələbələri üçün “Heydər Əliyev irsini öyrənirik” interaktiv kursları və yay məktəbləri təşkil edir, eləcə də planetin mühüm elmi mərkəzləri ilə internet körpülər yaradır.

Mərkəzin fəaliyyəti ekspertlərdən ibarət Elmi-Redaksiya Şurası tərəfindən istiqamətləndirilir. Şuranın əsas məqsədi qəbul olunan qərarların böyük səmərəliliyini və effektliliyini təmin etməkdən ibarətdir.

Vaksin diplomatiyası: Şərq – Qərb rəqabəti yeni müstəvidə

Çinin ilk dəfə 2020-ci ilin yanvar ayında virusun genetik strukturunu açıqladığı gündən bəri bütün dünyadan yüzlərlə laboratoriya, effektiv peyvənd istehsalı üçün səfərbər olundu. Artıq 2020-ci ilin sonlarına doğru bütün dünyadan 40-ı I və II klinik sınaq mərhələsində, 17-i isə II və III klinik sınaq mərhələsində olan ümumilikdə 57 peyvənd üzərində araşdırmalar davam etməkdəydi. Bəşəriyyət tarixinin ən sürətli peyvənd ixtirası yarışında hələ ki, bütün klinik mərhələləri tamamlayaraq yüksək nailiyyət qazanmış şirkətlər “Pfizer – BioNTech” (ABŞ – Almaniya), Oxford – AstraZeneca (Böyük Britaniya – İsveç), “Moderna” (ABŞ), “Gamaleya” (Rusiya), “Sinopharm” (Çin) və “Sinovac” (Çin) kimi nəhənglərdir.

Çin digər bütün sahələrdə olduğu kimi bu qlobal yarışda da öz mövqeyini qorumağa çalışaraq pandemiyadan dolayı xələl gəlmiş beynəlxalq nüfuzunu yenidən bərpa edəcək vaksinin hazırlanmasına ilk başlayan ölkələrdən biri olmuşdur və istehsal etdikləri peyvədin bütün dünyadan milyonlarla insana çatdırılmasını hədəfləyir. Bununla da, dünya əhalisinin 60 – 70%-nin virusa qarşı immun qazanmasıyla yoluxmanın sürətinin azalacağı və təsirlərinin də tədricən aradan qalxacağı təxmin edilir.

Epidemiya ortaya çıxan gündən bəri Çin höküməti Koronavirus infeksiyası əleyhinə dərman istehsalı və müalicə tədbirləri üçün özəl və dövlət sektorunu əhatə edən 152 qurumun iştirakıyla 27 tədqiqat layihəsinə başlamışdır. Çinin əsas 3 peyvənd istehsalçısı – “Sinopharm”, “Sinovac” və “CanSino” şirkətləri III klinik sınaq mərhələlərini ümumilikdə 16 ölkədə on minlərlə könüllü üzərində həyata keçirdib. Şanxayda yerləşən dövlətə məxsus “Sinopharm” şirkəti istehsal etdiyi “BBIBP-CorV” vaksininin ölkə daxilində I klinik sınaq mərhələsini 2020-ci ilin Mart ayının sonlarında, II mərhələni isə 2020-ci ilin Aprel ayının ortalarında könüllülər üzərində tamamlamış və bununla da təcili istifadə proqramı çərçivəsində Çində və eləcə də bütün dünyada COVID-19 əleyhinə istehsal olunmuş ilk vaksini təqdim etmişdir.

2020-ci ilin sentyabr ayında Pekin şəhərində baş tutan Beynəlxalq Çin Ticarət Sərgisində Koronavirus infeksiyası əleyhinə “Sinopharm”ın təqdim etdiyi inaktiv üsulla hazırlanmış peyvənd.

Bundan başqa, 2020-ci ilin iyul ayından etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 125 millətdən olan 31000 könüllü üzərində sınaqdan keçirilən III mərhələ klinik testlərə əsasən “Sinopharm” vaksininin 86% təsirə malik olduğu müəyyən edilmişdir. 2020-ci ilin ortalarından başlayaraq dekabra qədər İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Mərakeş, Peru, Pakistan, Bəhreyn və Arjentina kimi inkişaf etməkdə olan ölkələrdə ümumilikdə 60000 könüllü üzərində tamamlanan III klinik test mərhələsində əldə edilən yekun nəticələrə əsasəsən vaksinin effektivlik dərəcəsinin 79.34% olduğu öz təsdiqini tapmışdır.

2020-ci il Sentyabr ayından başlayaraq BƏƏ-nin Səhiyyə Nazirliyi “Sinopharm” vaksininin həssas qruplar üzərində təcili vəziyyətlər üçün tətbiqinə rəsmi icazə vermişdir və bununla da Çin mənşəli peyvəndin ilk dəfə beynəlxalq arenada istifadəsinə start verilmişdir. 2020-ci ilin noyabr ayında Bəhreyn Şahzadəsi, BƏƏ-nin Baş Naziri və Vitse prezidenti, eləcə də Dubay Əmiri və bir neçə yüksək ranklı məmur peyvənd olunaraq “Sinopharm” vaksininin etibarlılığını nümayiş etdirməyə çalışıblar.

“Sinopharm” istehsalı “BBIBP-CorV” vaksini Çin tərəfindən istehsal olunmuş ən yaxşı 3 vaksindən biri hesab olunur və 2020-ci il iyul ayından başlayaraq bu günədək təcili istifadə proqramı çərçivəsində Çində 1 milyondan çox insan üzərində test edilmişdir. Xaricə səfər edən Çinli diplomat, tələbə və inşaat sektorunda çalışan işçilərə vurulmuş “Sinopharm” vaksini sayəsində onların xaricdə olduqları müddətdə COVID-19 infeksiyasına yoluxmadıqları müəyyən edilmişdir. Beləliklə, 2020-ci il dekabr ayının sonundan etibarən Çin höküməti, rəsmi olaraq “Sinopharm” vaksininin yüksək risk qrubuna aid insanlar tərəfindən istifadəsinə icazə vermişdir. Koronavirusun mutasiyaya uğrama tezliyini nəzərə alaraq, “Sinopharm” artıq növbəti yeni vaksinlərin üzərində işlər aparır. Pekin höküməti “Çin Yeni İli”nə qədər yəni 2021-ci il fevral ayının ortalarına kimi ölkə boyu 50 milyon insanın kütləvi vaksinasiyasını hədəfləyir. Digər Çin mənşəli korporasiyalarda olduğu kimi test nəticələrini və tibbi protokolları tam şəffaflığı ilə dünya ictimaiyyəti ilə paylaşmağa tələsməyən “Sinopharm” rəhbərliyi, eksperimentlərin nəticələri ilə bağlı ətraflı məlumatın qısa müddətdə nüfuzlu elmi jurnallarda dərc ediləcəyini bildirib.

Aralarında Türkiyə, İndoneziya, Brazilya və Filippin kimi yeni sənaye ölkələrinin olduğu bir qrup dövlət isə “Sinopharm”dan sonra COVID-19 əleyhinə vaksin istehsalında Çinin ən önəmli ikinci şirkəti olan “Sinovac” şirkətinə aid “CoronaVac” adlı vaksinin idxalı üçün namizədliyini bildirən ilk ölkələrdir, bununla yanaşı “Sinovac” adı çəkilən ölkələrdə bu günədək minlərlə könüllü üzərində klinik eksperimentlərini də həyata keçirdib.

“CoronaVac”-ın dekabr və yanvar aylarında elan edilən sonuncu mərhələsinin nəticələri müxtəlif ölkələrdə fərqli nəticələr göstərib. Türkiyədə aparılan testlər peyvəndin 91.25% effektiv olduğunu göstərməsinə rəğmən, İndoneziyada göstərilən nəticə 65,3% olub. Braziliyadakı müşahidələrə əsasən isə xəstəliyin yüngül keçirilməsi halında 78%, orta və ağır vəziyyətlərdə 100%, ümumilikdə isə orta hesabla 50.4%-lik təsirə malik olduğu müəyyən edilib.

Türkiyəyə “CoronaVac” vaksinin ilk partiyası dekabrın sonlarında çatdırılıb və yanvar ayından etibarən istifadəsinə başlanılıb. Ölkəmiz üçün ən adekvat vaksin olduğuna inanan Azərbaycan höküməti də artıq 2 milyon insan üçün nəzərdə tutulmuş 4 milyon doza “CoronaVac” idxal edib və çoxtərəfli “COVAX” platforması çərçivəsində daha 2 milyon doza da alınacaq. “TƏBİB” rəsmilərinin bildirdiyinə görə Yanvar ayının 18-dən etibarən könüllü əsaslarla və dövlət hesabına ilk olaraq xroniki xəstəlikləri olanlar və risk qrupunda olanlar üzərində tətbiqinə başlanılıb. İnaktiv platformada hazırlanması, istənilən yerə rahat şəkildə daşına bilməsi və ən əsası mövcud şəraitdə əldə olunması mümkün olan az saylı peyvəndlərdən biri olan “CoronaVac” Azərbaycan daxil yuxarıda adı çəkilən ölkələrin bu peyvəndə üstünlük vermələrindəki əsas amillərdir.

“Sinovac Biotech”ə aid istehsalat müəssisəsi.

“Sinopharm” və “Sinovac” istehsalı vaksinlər son 130 ildə vaksin hazırlanmasında istifadə edilən ənənəvi texnologiya əsaslanan, yəni inaktiv üsulla hazırlandığından daha təhlükəsiz hesab edilir və bundan başqa “CoronaVac”, “Moderna” və “Pfizer – BioNTech” peyvəndləriylə müqayisədə saxlanma şəraiti daha əlverişli və ən əsası daha az məsrəflidir. “Sinovac” və “Oxford-AstraZeneca” peyvəndləri standart soyuducuda 2 – 8 dərəcə arasında mühafizə edilə bildiyi halda, “Moderna”-a aid peyvəndin mənfi 20, “Pfizer – BioNTech” peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Dolayısıyla, son iki şirkətin təklif etdiyi vaksinlərin daşınma və saxlanması üçün tələb olunan şərtləri əksər ölkələr qarşılamaq iqtidarında deyil.

Baxmayaraq ki, “Sinovac”a aid peyvəndlərin bu günə qədər hər hansı gözlənilməz əks-təsiri və zərəri müəyyən olunmayıb, lakin dünyanın bir sıra ölkəsində o cümlədən Azərbaycan və Türkiyədə Çin istehsalı peyvəndlərə, xüsusən də “Sinovac”a qarşı inamsızlq geniş vüsət alıb. “Sinovac” istehsal etdiyi peyvəndin etibarlılığını müdafiə etsə də, testlərlə bağlı paylaşdığı nəticələrin əldə olunmasında şəffaflığı təmin etməməyi, eksperimentlərin keçirildiyi ölkələrdə açıqlanan nəticələrdə kəskin fərqin olması və bütün bunlarla yanaşı şirkət adının uzun illər korrupsiya ittihamlarında hallanması ona qarşı olan spektik yanaşmanın arxasında duran əsas səbəblərdir.

1999-cu ildə Yin Weidong tərəfindən Pekində əsası qoyulmuş “Sinovac” şirkəti yoluxucu xəstəliklər sayəsində müxtəlif növ dərman vasitələrinin tədqiqatı, istehsalı və satışı sahəsində fəaliyyət göstərən böyük resurslara sahib özəl qurumlardan biridir. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H1N1 donuz qripi, H5N1 quş qripi virusu və digər mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır. Yoluxucu xəstəlikliklərlə mübarizədə böyük təcrübəsinə baxmayaraq, şirkət həmçinin dövlət orqanlarına və müxtəlif qurumlara verdiyi rüşvət qalmaqallarıyla da xatırlanır. 2016-cı ildə “Sinovac” Çinin Dövlət Qida və Dərman İdarəsinə SARS və Donuz qripi əleyhinə vaksinlərin istifadə edilə bilməsi üçün tələb olunan lisenziyanın alınması naminə verdiyi külli miqdarda rüşvət, şirkətin beynəlxalq aləmdəki imicinə olduqca mənfi təsir göstərmişdir. Aparılan istintaqların nəticəsində “Sinovac”ın qurucusu və icraçı direktoru Yin Weidong, yuxarıda adı çəkilən xəstəliklər əleyhinə vaksinin istifadəsini təmin edəcək icazənin əldə olunması üçün 2002-ci ildən 2011-ci ilədək Dövlət Qida və Dərman İdarəsinin Bioloji Məhsullar şöbəsinin direktoru Yin Hongzhang-a 9 il ərzində 83.000 dollardan çox rüşvət verdiyini etiraf etmişdir. Bundan başqa Çinin bir sıra hökümət nümayəndəsi və xəstəxana rəhbəri də 2008-2016-cı illər ərzində “Sinovac” əməkdaşlarından rüşvət aldıqlarını etiraf etmişdir. Nə “Sinovac” idarə heyəti, nə də hökümət rəsmiləri tərəfindən Yin Weidong-a qarşı hər hansı ciddi bir tədbir görülməsə də, Yin Hongzhang “Sinovac” daxil ümumilikdə 8 şirkətdən yarım milyon dollardan çox rüşvət aldığına görə 10 il müddətində həbsə məhkum edilmişdi. “Sinovac” isə korrupsiya ilə bağlı 2017-ci ildən bəri apardığı şirkətdaxili təhqiqatın nəticələrini bu günə qədər açıqlamaqdan boyun qaçırır.

2020-ci ilin sentyabr ayında Pekində “Sinovac”ın qurucusu və icraçı direktoru Yin Weidong COVID-19 əleyhinə vaksinin hazırlanmasıyla bağlı mətbuata məlumat verir.

Müasir Çin səhiyyə sistemi korrupsiyadan ən çox əziyyət çəkən sahələrdən biri olmuşdur. Ölkədəki səkkiz dərman şirkətindən 800.000 dollardan çox rüşvət alaraq standartlara cavab verməyən dərman preparatlarının istifadəsi üçün lisenziya təmin etdiyi sübuta yetirilən Çinin Dövlət Qida və Dərman İdarəsinin rəhbəri Zheng Xiaoyu və həmin qurumun dərman preparatlarının qeydiyyat şöbəsinin direktoru Cao Wenzhuang 2007-ci ildə edam edilmişdir. Eyni ildə mərkəzi hökümət beş dərman istehsalçısının lisenziyasını ləğv etmiş, 128 istehsalçıya isə inzibati cəza vermişdir. Rüşvət verdiyi və eyni zamanda son testləri tamamlanmamış antibiotikləri xəstələr üzərində tətbiq etdiyi sübuta yetirilən “Anhui Huayuan Bioloji Əczaçılıq” şirkətinin rəhbəri Qiu Zuyi də təzyiqlərə tab gətirməyərək 2006-ci ildə özünə qəsd etmişdir. Bundan başqa, 2018-ci ildə “Sinopharm” şirkəti də difteriya, tetanus və göyöskürək kimi xəstəliklər əleyhinə istehsal etdiyi 400000 preparatda yaşanan keyfiyyət problemlərinə görə məhsulları satışdan geri çəkmişdir. COVID-19 əleyhinə peyvənd istehsalı ilə məşğul “Wuhan Bioloji Məhsullar İnstitutu” da 2018-ci ildə istehsal etdiyi standartlara uyğun olmayan preparatları minlərlə uşağa vurmuşdu. Eyni ildə bir digər peyvənd istehsalçısı “Changsheng Biotexnologiya” şirkətinin aşağı keyfiyyətli peyvəndlərini körpələrdə istifadə etməsindən dolayı müəssisənin sədri Gao Junfang daxil 18 şirkət əməkdaşı həbs edilmiş və şirkətə 1.3 milyard dollarlıq pul cəzası verilmişdir.

2012-ci ildə Xi Jinping-nin hakimiyyətə gəlməsiylə müasir Çin tarixində ən geniş miqyaslı antikorrupsiya dövlət siyasətinə start verilir və yuxarıda sadalanan halların qarşısının alınması və dolayısıyla yerli məhsulların keyfiyyətinin artırılması da dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu siyasi kursun davamı olaraq, 2017 və 2019-cu illərdə ölkə boyu peyvənd istehsalı, saxlanması və satış fəaliyyətlərinin tənzimlənməsinə ciddi nəzarət edəcək qanun layihələri də qəbul edilmişdir.

Çində “Sinopharm” və “Sinovac” şirkətlərindən başqa bir neçə şirkət də Koronavirusa qarşı peyvəndin sınaqlarını həyata keçirdir. “CanSino Biologics” istehsalı “Convidiecea” vaksini III klinik sınaqlarını Rusiya, Arjentina, Çili, Meksika, Səudiyyə Ərəbistanı və Pakistanda 40000 könüllü üzərində həyata keçirtməyə davam etməkdədir. “CanSino” peyvəndi “Sinovac” və “Sinopharm” vaskinlərindən fərqli olaraq inaktiv üsullu deyil, “Astrazeneca”, “J&J” və “Gamaleya” (Sputnik V) şirkətlərində olduğu kimi viral vektor üsulu ilə hazırlanıb. “CanSino” peyvəndinin digər iki yerli vaksinlə müqayisədə Çində daha məhdud çərçivədə – yalnız hərbidə istifadəsinə icazə verilib. “Convidiecea”nın istehsalı Çində Ebola əleyhinə vaksinin hazırlanmasında önəmli rol oynamış hərbi infeksionist Chen Wei-in rəhbərliyi altında mümkün olmuşdur.

Hal-hazırda bütün dünyadan 7 milyard dozadan çox vaksin sifarişi verilmişdir ki, bu sifarişlərin də böyük hissəsi, hər biri 90%-dan yuxarı effektivlik göstərmiş “Pfizer”, “Moderna” və “AstraZeneca” üçlüyünün payına düşür və daha çox inkişaf etmiş ölkələri əhatə edir. Adı çəkilən korporasiyalar 2021-ci il üçün 3 milyard civarında insanın immunizasiya ehtiyacını ödəyəcək 5 milyard dozadan çox peyvənd istehsalını hədəfləyir.

Çinli vaksin istehsalçılarına gəldikdə isə “Sinopharm” 1 milyard, “Sinovac” 600 milyon və “CanSino” 300 milyon doza illik istehsal həcmiylə, bütün dünyadakı ümumi sifarişin az bir hissəsini təşkil edir və daha çox inkişaf etməkdə olan ölkələri əhatə edir. İstisna hal kimi, Macaristan höküməti “Sinopharm” peyvəndinin alınmasında şirkətlə ilkin razılığa gəlmiş Avropa İttifaqından olan yeganə dövlətdir. Serbiya da yanvar ayının ortalarında Çindən bir milyon doza “Sinopharm” vaksini qəbul etmiş ilk Avropa dövləti olmuşdur. Sinqapur, Malayziya və Filippin də qərb mənşəli peyvəndlərlə yanaşı “CoronaVac” peyvəndini almaq üçün “Sinovac”la da müqavilə bağlamışdır.

Çin, kütləvi immunizasiya proqramı çərçivəsində yerli məhsullara üstünlük verərək əsasən “Sinopharm” və “Sinovac” peyvəndlərindən istifadə edəcək. Həmçinin, “Astrazeneca” peyvəndlərinin də Çində 2021-ci ilin ortalarında istifadəsinin təsdiqlənəcəyi və Çinin “Shenzhen Kangtai Bioloji Məhsullar” şirkəti tərəfindən kütləvi istehsal ediləcəyi bildirilib. Bunlarla yanaşı Çinin “Şanxay Fosun Əczaçılıq Grupu” 100 milyon doza “Pfizer – BioNTech” peyvəndi sifariş etməyi planlaşdırır.

Bundan əlavə ÇXR-in dövlət başçısı Xi Jinping, Cənubi Amerika və Karib ölkələrinin Çin mənşəli vaksinlərdən yararlana bilmələri üçün 1 milyard dollar kredit təklif etmiş və eyni zamanda Afrika ölkələrinin pandemiya nəticəsində zərər görmüş iqtisadiyyatlarının bərpası üçün 2 milyard dollar həcmində büdcə ayırmışdır.

Bir çox ölkədə yüksək yoluxma həddindən dolayı yaranmış kritik sosial-iqtisadi vəziyyət və yüksək tələbat müqabilində məhdud istehsal həcmi, Çin mənşəli peyvəndlərin dünya bazarındakı payını tədricən artıracağını göstərir.

Harvard Universiteti, ABŞ

qədim tarixin izləri füsunkar təbiət

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz.

şimal-qərb marşrutu qədim İpək yolu boyunca

Qafqazın ən böyük şəhərindən dağlar qoynuna uzanan səfər

İstər şərab zavodlarına səfər etmək, istər tarixi abidələri araşdırmaq, istərsə də yerli yeməkləri dadmaq, yaxud Qafqaz dağlarında gəzintiyə çıxmaq olsun – Bakı və Balakən arasındakı marşrut hər kəs üçün maraqlı olacaq. Cazibədar Şəki şəhərində İpək yolu atmosferini hiss edə, ucqar dağ kəndlərində qədim sənətkarlıq nümunələri ilə tanış ola, Qəbələdə dağ meşələrində ağacların arasında gizlənmiş göl və şəlalələri özünüz üçün kəşf edə və açıq hava fəaliyyətlərindən həzz ala bilərsiniz.

Şimal-qərb marşrutuna

bir daha bax

İqlim

Bu bölgənin relyefi dağlar və düzənliklərdən ibarətdir. Yüksək dağlıq ərazilərdə hava sərin və rütubətli, düzənliklərdə isə isti və quru olur. Cənub marşrutundan sonra yağıntının ən çox düşdüyü ərazi olan Şəki-Zaqatala da bu marşruta daxildir.

Təbii ehtiyatlar

Şəki-Zaqatala regionuna məxsus ərazinin 27%-i meşə massivləri ilə örtülüb və belə ərazilərin əksəriyyəti Balakən və Zaqatala rayonlarında yerləşir. Dağlıq ərazilər müalicə əhəmiyyətli mineral sularla zəngindir.

Səyahət imkanı

Zaqatala və Qəbələdə Beynəlxalq Hava limanları fəaliyyət göstərir. Bakıdan Tbilisiyə dəmir yolu və avtomobil magistralı da var. Bakı Beynəlxalq Avtovağzalından hər gün bütün şəhərlərə avtobuslar yola düşür. Taksi xidmətlərindən və icarə avtomobillərdən istifadə etmək də mümkündür.

İqtisadiyyat

Bütün marşrut boyunca kənd təsərrüfatı, xüsusilə taxıl təsərrüfatı, üzümçülük və heyvandarlıq geniş yayılmışdır. Şamaxı, Şəki, Lahıc və Basqal tarixən toxuculuq və sənətkarlıq mərkəzləri hesab olunmuşlar. Şimal-qərbdə tütün, çay yetişdirilir və bu region fındıq istehsalının mərkəzi sayılır.

Comments are closed, but trackbacks and pingbacks are open.