Press "Enter" to skip to content

Şərq qərb araşdırmalar mərkəzi az

1. İsrailin Suriyaya hərbi müdaxiləyə yol verməyəcəyi;

Azərbaycan Milli Elmlər Akademiyası

-Müasir dövdə Şərqdə gedən proseslərin Şərq-Qərb müna-sibətləri prizmasından tədqiqi.

1. A. Əzimov. İşraqiyyə və müasir qərb fəlsəfəsinin genezisi. Bakı, “Yeni nəsil” nəşriyyatı, 2003, 230 s.

2.D.Vəliyev. Azərbaycanın qlobal iqtisadiyyata inteq-rasiyası. Monoqrafiya, Bakı, “Adiloğlu” nəşriyyatı, 2008, 428 səh.

3.D.Vəliyev. Beynəlxalq iqtisadiyyat, Bakı, “Elm” nəşriy-yatı, 2012, 400 səh.

4. D.Vəliyev. Türk dünyası qlobal iqtisadi inkişaf yol-larında.(məqalələr toplusu), Bakı, “Zərdabi” nəşriyyatı, 2015, 504 səh.

5.M.Babaşlı. Qəlblərin kəşfi. İmam Qəzali. Tərcümə, Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2011, 600 səh.

6.M.Babaşlı (həmmüəllif), Ərəbcə-Azərbaycanca lüğət: siyasi, hərbi terminlər lüğəti və beynəlxalq təşkilat adları, Qafqaz Universitetinin nəşri, Bakı, 2012, 280 səh.

7.M.Babaşlı (həmmüəllif), ət-Tariq iləl-Arabiyyə (qeyri-ərəblərə ərəb dilinin tədrisi). I hissə, Qafqaz Universitetinin nəşri. Bakı, 2016, 132 səh.

8.M.Həmidov. Kipriklərin pıçıltısı. Mixail Nuaymə. Tər-cümə. Bakı, 2014, “Elm və təhsil” nəşriyyatı, 236 səh.

9.M.Həmidov. Xəzərin nəğmələri (şeirlər toplusu). Həsən Hami (Mərakeş Krallığının Azərbaycandakı səfiri, yazıçı) Ərəb dilindən tərcümə. “Mütərcim” nəşriyyatı, Bakı 2016, 152 səh.

Orientalstudies.az

2001-ci ildən etibarən fəaliyyət göstərən şöbənin tədqiqat istiqamətini “Şərq-Qərb” münasibətlərinin müqayisəli şəkildə araşdırılması təşkil edir. 2001-2011-ci illərdə f.ü.f.d. A.Əzimov şöbənin ilk müdiri olmuşdur. 2011-1016-cı illərdə şöbəyə dünya iqtisadiyyatı, Türkiyə və Azərbaycan iqtisadiyyatı üzrə tanınmış mütəxəssis, çox saylı sanballı tədqiqatların müəllifi, i.ü.e.d. D.Vəliyev rəhbərlik edib. Hazırda şöbəyə ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı rəhbərlik edir.

Şöbə yaradılarkən onun qarşısında Şərq ölkələrinin yeni dövr tarixi inkişafını, sosial, siyasi, iqtisadi, mədəni problemlərini Qərb ölkələri ilə müqayisəli şəkildə araşdırmaq vəzifəsi qoyulmuşdu. Əsas diqqət müasir və aktual beynəlxalq siyasi məsələlərə, həmçinin kulturoloji məsələlərə verilir. Müsəlman Şərqində siyasi proseslərə, qloballaşma və sivilizasiyalararası dialoq: “Şərq-Qərb” münasibətlərinin müasir problemləri haqqnda mövzulara xüsusi yer verilir. İnstitutunun ənənəvi istiqamətlərini nəzərə alaraq, həmin tədqiqat problematikası, əsasən, Türkiyə, İran və ərəb ölkələrinin timsalında araşdırılır. “Şərq-Qərb” çox geniş bir məfhum olduğuna görə həmin araşdırmaları şöbədə çalışan, müxtəlif elmləri və elmi istiqamətləri təmsil edən mütəxəssislər aparırlar.

Şöbə çərçivəsində aparılan araşdırmaların ümumi prinsipi Şərqin və Qərbin bir- birinə tarixən qarşılıqlı təsiri və bu təsirin həm pozitiv, həm də neqativ cəhətlərini arasdırmaqdır. Şöbə tərəfindən hazırlanan tədqiqatların məqsədi Qərb və Şərq mədəniyyətlərini dünya mədəniyyətinin iki müxtəlif və vacib hissələri kimi bir vəhdət şəkilində göstərməkdir.

Şöbənin əsas fəaliyyət istiqamətləri bunlardır:

– Şərq və Qərb sivilizasiyalarının ayrı-ayrı cəhətlərinin müqayisəli və çoxtərəfli təhlili;

– Şərq-Qərb sivilizasiyalararası münasibətləri və Azərbaycan;

– Qərb mədəniyyətinin Şərq ölkələri tərəfindən sintez edilərək qavranılmasının, Şərq və Qərb ölkələri arasında

münasibətlərin tarixi gedişi və təcrübəsinin təhlili;

– Qərb dəyərlərinin, qloballaşmanın Şərqdə gedən siyasi, iqtisadi, mədəni və sosial proseslərə təsirinin araşdırılması;

– Şərqin zəngin irsinin Qərb ölkələrində gedən mədəni, iqtisadi, sosial və siyasi proseslərə təsirinin təhlili;

– Beynəlxalq əlaqələrin “Şərq-Qərb” arasındaki qarşılıqlı münasibətlər prizmasından tədqiqi;

– Müasir dövdə Şərqdə gedən proseslərin Şərq-Qərb münasibətləri prizmasından tədqiqi.

Keçən müddət ərzində şöbədə Şərq və Qərbin fikri, mədəni, ədəbi və s. istiqamətlərinin müxtəlif aspektlərini əhatə edən “Müasir Azərbaycan şüurunda Şərq-Qərb paradiqmasının qavranması”, “İşraqilik və XX əsr Qərb fəlsəfəsinin inkişafı”, “Dinlərarası münasibətlər və kütləvi informasiya vasitələri”, “Şərq-Qərb” paradiqması və gender problemləri” (f.ü.f.d. A.Əzimov), “Vahid dünya konsepsiyası kontekstində mədəniyyətlərarası dialoqun yeri və önəmi”, “Qloballaşma problemlərinin həllində Şərq-Qərb əməkdaşlığı: zərurət və perspektivlər” (i.ü.f.d.M.Babaşlı), “Türkiyədə modernləşmə prosesinin kulturoloji təhlili(R.Rzayeva), “XVIII-XIX əsrlər Qərbi Avropa ədəbiyyatında Şərq motivləri”, “Ərəb üzri lirikası və orta əsrlər Avropa poeziyası”,”Sufulik və Qərbi Avropa ədəbiyyatı” (A.Cəbrayılova), “Aida İmanquliyevanın “Qələmlər birliyi və Mixail Nuaymə” əsərində Mixail Nuaymə yaradıcılığının səciyyəvi xüsusiyyətləri” (X.Əliyeva), “Türkiyə-Avropa Birliyi iqtisadi münasibətlərinin tədqiqi tarixi” (E.Səmədov), “Nizar Qəbbani yaradıcılığında Əndəlüs motivləri” (K.Şərifov) “XXI əsrin əvvəllərində ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri və beynəlxalq terrorizm problemi”, “Ərəb ölkələrində ictimai rəy və Xəzər ətraf beynəlxalq əlaqələr”, “Müasir mərhələdə Şimali Afrika ölkələrində siyasi islam” (S.İbrahimova), “ABŞ-da islam”, “Britaniyada islam”,“Avropa Şurası və müsəlman Şərqi ölkələrində mühacirət problemləri” (N.Əlizadə); “XXI əsrin əvvəllərində Avrasiyada inteqrasiya və Xəzər dənizi hövzəsində beynəlxalq münasibətlərin perspektivləri” (Q.Rzayev), mövzularında araşdırmalar aparılmış və əldə olunmuş nəticələr elmi dövriyyəyə buraxılmışdır.

Şöbənin keçici plan işləri qismində “Qloballaşma və sivilizasiyalararsı dialoq: “Şərq-Qərb” aspektləri mövzusu çərçivəsində “Qloballaşma prosesləri və Şərq”(şöbə müdiri, i.ü.e.d. D.Vəliyev) mövzusunun birinci mərhələsi başa çatmış və əldə olunan nəticələr elmi dövriyyəyə buraxılmışdır.

Şöbədə yerinə yetirilən tədqiqatlar arasında Şərq-Qərb paradiqmasının ən universal modelin müəyyənləşdirməsi baxımından “İşraqilik və XX əsrin qərb fəlsəfəsinin inkişafı”, həmçinin ərəb və türk dünyaları arasında tarixi münasibətlərin indiki vəziyyəti və bu münasibətlərdə Qərbin rolunun araşdırılması baxımından “Ərəb ölkələrində ictimai rəy və Xəzər ətrafı beynəlxalq əlaqələr” mövzuları Azərbaycan elmi üçün əhəmiyyət kəsb edir. Həmçinin Şərq-Qərb dialoqunun geopolitik və kulturoloji aspektləri probleminin öyrənilməsi çərçivəsində “Qloballaşma problemlərinin həllində Şərq-Qərb əməkdaşlığı: zərurət və perspektivlər” mövzusunun əhəmiyyəti qeyd olunmaldır.

Şöbə müdiri D.Vəliyev və i.ü.f.d. M.Babaşlı Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edirlər. D.Vəliyevin “Beynəlxalq iqtisadiyyat” və “Beynəlxalq maliyyə” adlı dərslikəri Təhsil Nazirliyinin qrifi ilə nəşr edilmişdir.

Hal-hazırda şöbədə aşağıdakı istiqamətlər üzrə tədqiqatlar aparılır:

1.“Qloballaşma prosesləri və Şərq” mövzusu çərçi vəsində “Qlobal maliyyə böhranının Şərq ölkələrinə təsiri” (i.ü.e.d. D.Vəliyev);

2. “Beynəlxalq terrorizm və onunla mübarizədə Şərq və Qərb əməkdaşlığının əhəmiyyəti” (i.ü.f.d. M.Babaşlı);

3.“Aida İmanquliyeva tərəfindən “Qələmlər Bir liyi”nin tədqiq edilməsi” (X.Əliyeva);

4. “Ərəb Şərqinin siyasi həyatı Nizar Qəbbani yaradıcılığında” (K.Şərifov);

5. “Şərq-Qərb münasibətləri kontekstində Misirdə si yasi islamın yaranması və inkişafı” (k.e.i. Sevda İbrahimova);

6. “Avropa Şurası və müasir mərhələdə müsəlman Şərqi ölkələrində mühacirət problemləri” (N.Əlizadə);

7.“Türkiyə-Avropa Birliyi iqtisadi münasibətlərinə aid elmi ədəbiyyat sənədlərinin biblioqrafiyası” (E.Səmədov);

8. “Türkiyə Cümhuriyyətinin 2000-ci illərdə sosial-iqtisadi inkişafının əsas istiqamətləri” (H.Günəşli);

9. “Tənzimat dövrü türk nəsrinin formalaşmasına qərb ədəbiyyatının təsiri” (Ü.Səmə dova);

Şöbə əməkdaşlarının elmi tədqiqatlarının ardıcıllığnın təmin edilməsi və kadr potensialının gücləndirilməsi məsələsi də qarşıda duran vəzifələr arasındadır. Bununla əlaqədar aşağıdakıları qeyd etmək olar:

1. İ.ü.f.d. M.Babaşlı “Dinin tarixi və fəlsəfəsi” ixtisası üzrə “Şərq və qərb etik fikrində islam əxlaqı məsələləri (ən yeni dövr)” mövzusunda fəlsəfə elmlər doktorluğu üçün dissertasiya işini davam etdirir.

2. Elmi işçi E.Səmədov “Türkiyə-Avropa Birliyi gömrük münasibətləri” mövzusunda dissertasiya işi üzərində işləyir.

3. Elmi işçi H.Günəşli 2014-cü ildə doktorantura pilləsinə qəbul olmuş və “Beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyə-ABŞ əməkdaşlığı” mövzusu üzrə tədqiqat aparır.

4. Baş laborant Ü.Səmədova “Tənzimat dövrü türk nəsrinin formalaşmasına qərb ədəbiyyatının təsiri” mövzusunda dissertasiya işi üzərində işləyir.

Şöbənin əməkdaşlarından kiçik elmi işçi Xuraman Əliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi adını almaq üçün “Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqatçısı kimi” mövzusunda dissetasiya işi müzakirə edilərək müdafiəyə buraxılmışdır.

Ümumiyyətlə, hal-hazırda şöbədə Şərq və Qərb münasibətlərinin aktual problemləri üzrə elmi-tədqiqat işləri üzərində tədqiqat aparan 15 doktorant və dissertant fəaliyyətdədir.

Şöbə əməkdaşlarından i.ü.e.d. D.Vəliyev fəlsəfə üzrə elmlər doktorluğu üzrə 5, i.ü.f.d. M.Babaşlı 4 dissertanta elmi rəhbərlik edir. Dissertantlar üçün müəyyən edilmiş mövzular şöbənin istiqamətinə uyğun olaraq seçilir və məsələnin Şərq-Qərb kontekstində öyrənilməsinə xüsusi diqqət yetirilir. İslamda və xristianlıqda qadının hüquq və vəzifələri, insan sevgisi, dünya anlayışı kimi aktual məsələlər müqayisəli şəkildə elmi tədqiqata cəlb edilir.

Şöbə plan işi üzrə elmi tədqiqatların yerinə yetirilməsini və əməkdaşlarının elmi əsərlərinin nəşrini təmin etməklə yanaşı, institut səviyyəsində keçirilən elmi tədbirlərin təşkilinə də öz töhfəsini verir. Qardaş Türkiyənin tarixində əlamətdar bir hadisə olan Türkiyə Cümhuriyyətinin elan olunmasının 90 illiyi münasibəti ilə AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz Universitetinin 2013-cü ilin 28 oktyabrında birgə təşkilatçılığı ilə keçirilmiş “Türkiyə Cümhuriyyəti-90” mövzusunda beynəlxalq konfransın təşkilində şöbə əməkdaşları yaxından iştirak etmişlər.

Şərq-Qərb əlaqələrinin qarşılıqlı təsirinin müxtəlif problemlərinə dair tədqiqat aparan şöbə əməkdaşları “Elmi araşdırmalar” və “İpək yolu”, “Journal of Qafqaz University” elmi toplularında maraqlı elmi məqalələr çap etdirirlər. Şöbənin elmi əməkdaşları Türkiyə, Rusiya, Qazaxıstan və Azərbaycanda keçirilən elmi konfrans və simpoziumlarda fəal iştirak edirlər.

Ümumiyyətlə, “Şərq-Qərb” şöbəsi fəaliyyətə başladığı dövrdən etibarən burada çalışan əməkdaşlar Şərq və Qərb əlaqələrinin qarşılıqlı təsiri mövzusuna həsr olunmuş otuzdan çox kitab, iki yüzdən artıq elmi məqalə (o cümlədən xaricdə) çap etdirmişlər.

Bakı-Ankara-Moskva arasında gizli anlaşma var

Axar.az xəbər verir ki, bu sözlər Şərq-Qərb Araşdırmalar Mərkəzinin təhlilində yer alıb.

Təhlildə Rusiya ilə İsrail arasında Suriyayla bağlı razılığın pozulduğuna görə Dəməşqin hərbi obyektlərinin bombalandığı bildirilib:

“Keçən həftənin ən səs-küylü hadisələrindən biri İsrail aviasiyasının Suriya paytaxtı yaxınlığındakı hərbi obyektlərə zərbə endirməsi oldu. Rusiya XİN-nin qəzəbli bəyanatından aydın oldu ki, aviazərbələr nəticəsində Rusiya istehsalı olan C 300 zenit-raket kompleksləri və onlar üçün ehtiyat hissələri sıradan çıxarılıb. Bu bəyanata İsrailin Baş naziri Benyamin Netanyahu isə daha da sərt cavab verərək bildirdi ki, onu Putinin nə düşündüyü maraqlandırmır. Sonra isə həmişə olduğu kimi, məsələnin müzakirəsi keçdi media müstəvisinə və məlum oldu ki, hələ bir neçə il əvvəl Rusiya ilə İsrail arasında iki bənddən ibarət öhdəliklər üzrə anlaşma olubmuş:

1. İsrailin Suriyaya hərbi müdaxiləyə yol verməyəcəyi;

2. İsraildəki qaz yataqlarının işlənməsində Rusiya şirkətlərinin iştirakı.

Mediada yayılan xəbərlərə görə, 1-ci bəndlə bağlı heç bir problem olmasa da, İsrail tərəfi 2-ci bəndi faktiki olaraq yerinə yetirməkdən imtina edib. Bundan narazı qalan Rusiya isə öz tərəfindən görürdüyü öhdəliyi – Suriyaya və Livana (daha doğrusu Hizbullaha) zenit-raket kompleksləri satmayacağını pozaraq, Suriyaya C 300 raket komplekslərinin verilməsini bərpa edib”.

Araşdırmalar Mərkəzi İsrail-Rusiya müttəfiqliyinin bitdiyini də qeyd edib:

“Həmişə olduğu kimi, bu dəfə də İsrail məsələni sadə, amma sınanmış yolla çözməyə – həmin raketlərin yerləşdiyi obyektləri bombalamağa qərar verib.

Beləliklə, bir sıra digər səbəblərlə yanaşı, Netanyahu-Obama şəxsi münasibətlərindəki gərginlik üzündən yaranmış İsrail-Rusiya müttəfiqliyi bitmiş sayıla bilər. Bu isə öz növbəsində Yaxın Şərqdə yaranmış mövcud duruma ABŞ-ın təsir imkanlarını yenidən artırır. Əslində, İsrailin başqa seçimi də yoxdur. Digər tərəfdən isə bu, həm də Putinin beynəlxalq aləmdə az-çox qalmış dayaqlarının itirilməsinə səbəb ola bilər. Amma nəzərə alsaq ki, İsrail həm də rəsmi Bakıya beynəlxalq dəstək məsələsində ciddi yardım göstərirdi, deməli, bu dəstəyi də itirilmiş və ya zəifləmiş saymaq olar. Səbəb isə təxminən belədir: əvvəllər Vaşinqtondakı bəzi yəhudi dairələri vasitəsilə (xüsusilə də AIPAC) ABŞ xarici siyasətinə təsir edərək Azərbaycana dəstək verən İsrailin indi özünün Vaşinqtonun dəstəyinə kəskin ehtiyacı yaranır”.

Şərq-Qərb Araşdırmalar Mərkəzi Türkiyə və Rusiya arasında əlaqələrin sürətlə artdığını deyib:

“Bu fonda Ərdoğan hökumətinin özünü necə aparacağını da söyləmək asan deyil. Hələlik bəlli olan budur ki, Türkiyə ilə Rusiya arasında siyasi və iqtisadi əməkdaşlıq sürətlə genişlənməkdədir. Digər tərəfdən isə son günlər rəsmi Bakının onsuz da anti-Qərb ritorikasındakı kəskinliyin artması dolayısı ilə Azərbaycan-Rusiya-Türkiyə üçlüyünün de-fakto yaranması barədə gizli anlaşmanın olduğuna işarə edir. Lakin neftin sürətlə ucuzlaşdığı bir dönəmdə bir tərəfdən iqtisadiyyatı neftdən asılı olan və neft gəlirlərindən daha sürətlə nüfuzunu itirən, mövqeləri zəifləyən Rusiyanın, digər tərəfdən isə bütün xarici siyasətini situasiyaya uyğun olaraq dəyişən manevrlər üzərində quran Türkiyənin yanında olmaq Azərbaycan üçün nə dərəcədə əlverişli ola bilər?”

Comments are closed, but trackbacks and pingbacks are open.