Ekspertlər: Şərq Tərəfdaşlığı proqramının məqsədləri indi daha çox geosiyasi məsələlərə yönəlib – ŞƏRH
Bakı. 19 may. REPORT.AZ/ Şərq Tərəfdaşlığı proqramının əvvəlcədən bəyan edilən məqsədlərinin əsl məzmununu dəyişdirən rəsmi Brüsselin diqqəti hal-hazırda daha çox geosiyasi məsələlərin həllinə yönəlib. Bu barədə “Report”-a 21-22 may tarixində Riqada Şərq Tərəfdaşlığı sammitinin keçirilməsi məsələsini şərh edən ekspertlər bildiriblər. “Əvvəlcədən Azərbaycan Respublikası həm Avropa İttifaqı, həm də Azərbaycan üçün maraq kəsb edən bir sıra layihələrin həyata keçirilməsi üçün qurumla müxtəlif sahələrdə sıx əməkdaşlıq etməyi öz qarşısına məqsəd kimi qoyub. Konkret olaraq, bu elmi və humanitar sahələrdə mübadilə, eləcə də viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələlərdir”, – politoloq Fikrət Sadıxov “Report”a bildirib. O vurğulayıb ki, Azərbaycan Ermənistandan fərqli olaraq heç zaman Avropa İttifaqına daxil olmaq və Aİ ilə assosiativ müqavilə imzalamaq arzusunu bəyan etməyib. Ermənistan həmin müqaviləni imzalamağa söz versə də, sonradan Avrasiya İqtisadi Birliyinə (AİB) meyl göstərib və birliyə daxil olduğuna dair müqavilə imzalayıb. “Bizim kifayət qədər sabit mövqeyimiz var və biz heç kimi aldatmırıq. Biz Aİ qarşısında heç bir öhdəlik götürmədən, hər hansı bir quruma daxil olmaq və hansısa bir əlavə müqavilə, yaxud saziş imzalamaq vədlərini vermədən Avropaya inteqrasiya kursunu seçmişik”, – politoloq vurğulayıb. O əlavə edib ki, Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur. Öz növbəsində, Ukrayna İctimai Münasibətlər Mərkəzinin direktoru Yevgeni Maqda bildirib ki, Şərq Tərəfdaşlığı proqramı özünün bütün imkanlarını gerçəkləşdirə bilməyib. “Bunun obyektiv və subyektiv səbəbləri var. Buna misal olaraq, Aİ-nin yeni üzvlərin qəbulu ilə bağlı problemləri operativ şəkildə həll edə bilməməsini, Köhnə Avropa ölkələrinin Mərkəzi Avropanın “yeni dirçəlməyə başlayan” ölkələrinə qarşı qısqanclığını göstərmək olar. Subyektiv olaraq, Rusiya Aİ ilə əməkdaşlıq edən ölkələr qarşısında seçim qoyaraq, postsovet məkanında öz nüfuzunu artırmağa çalışır”, – Y.Maqda qeyd edib. O hesab edir ki, Riqa sammiti bu məsələdə dönüş nöqtəsi olacaq. “Şərq Tərəfdaşlığı bütün iştirakçı ölkələrə öz fəaliyyətinin məqsədəuyğunluğunu və perspektivlərin reallığını nümayiş etdirməlidir, əks halda layihə sırf formal xarakter daşıyacaq”, – ekspert deyib. O qeyd edib ki, Şərq Tərəfdaşlığı proqramı daha çox geosiyasi məsələlərin həllinə yönəlməyə başlayıb, layihənin iqtisadi tərkib hissəsi isə onun müəlliflərinə ünvanlanan çoxlu sayda suallar doğurur. “Əslində, əvvəlcədən bəyan olunan məqsədlərin əsl məzmununun tamamilə başqa substansiya ilə əvəz olunduğu aydın şəkildə görünür”, – mərkəzin rəhbəri vurğulayıb. Bununla yanaşı, azərbaycanlı politoloq Tofiq Abbasov bildirib ki, Şərq Tərəfdaşlığı proqramının məqsədi altı postsovet dövlətindən ibarət qrupu Rusiyanın təsir orbitindən çıxarmaq və onları tez bir zamanda Aİ-yə yaxınlaşdırmaqdan ibarətdir. “Buna görə də belə bir sual yaranır ki, Şərq Tərəfdaşlığı layihəsinin müəllifləri üçün vacib olan nədir: altı yeni dövlətin rifahı, yoxsa onların Rusiyadan uzaqlaşması?! Ukraynanın, eləcə də Moldovanın və Gürcüstanın nümunəsi onu göstərir ki, Brüssel fəaliyyətini əvvəlcədən iqtisadi deyil, geosiyasi məsələlərin həllinə yönəldib. Burada, ilk növbədə, Rusiyanın ticarət bazarının məhdudlaşdırılması amili əsas rol oynayır”, – ekspert qeyd edib.
“Şərq Tərəfdaşlığı” proqramı əməkdaşlıq üçün vacib platformadır” – Aİ səfiri
“Report” xəbər verir ki, bunu ADA Universitetində “Şərq Tərəfdaşlığı” proqramının fəaliyyətinə həsr olunmuş tədbirdə çıxış edərkən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.
O deyib ki, hazırkı şəraitdə bu proqrama daxil olan ölkələr arasında münasibətləri inkişaf etdirmək üçün potensial mövcuddur: “Ötən ilin dekabr ayında keçirilmiş “Şərq Tərəfdaşlığı” zirvə görüşü Aİ ilə tərəfdaş ölkələr arasında strateji əməkdaşlıq sahəsində dəyişikliklərə səbəb olub. Belə ki, zirvə görüşü zamanı Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına 2 milyard avrodan çox vəsait ayırmaq niyyətində olduğu açıqlanıb”.
Onun sözlərinə görə, hazırda proqramın əsas diqqəti Ukraynanın dəstəklənməsinə ayrılıb: “Biz bu çətin günlərdə Ukraynanı dəstəkləyir və Rusiyanı işğalçılıq fəaliyyətini dayandırmağa və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq”.
Səfir Azərbaycan ilə əməkdaşlıq çərçivəsində Aİ-nin tələblər üçün “Erasmus mundus”, “Erasmus+” və digər proqramlar təklif etdiyini, tvininq layihələri həyata keçirdiyini vurğulayıb.
“Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Aİ investisiya baxımından vacib mənbədir”, – P.Mixalko diqqətə çatdırıb.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına 2009-cu ildə start verilib. Onun əsas məqsədi 6 ölkə – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirməkdir.
Ekspertlər: Şərq Tərəfdaşlığı proqramının məqsədləri indi daha çox geosiyasi məsələlərə yönəlib – ŞƏRH
Bakı. 19 may. REPORT.AZ/ Şərq Tərəfdaşlığı proqramının əvvəlcədən bəyan edilən məqsədlərinin əsl məzmununu dəyişdirən rəsmi Brüsselin diqqəti hal-hazırda daha çox geosiyasi məsələlərin həllinə yönəlib. Bu barədə “Report”-a 21-22 may tarixində Riqada Şərq Tərəfdaşlığı sammitinin keçirilməsi məsələsini şərh edən ekspertlər bildiriblər. “Əvvəlcədən Azərbaycan Respublikası həm Avropa İttifaqı, həm də Azərbaycan üçün maraq kəsb edən bir sıra layihələrin həyata keçirilməsi üçün qurumla müxtəlif sahələrdə sıx əməkdaşlıq etməyi öz qarşısına məqsəd kimi qoyub. Konkret olaraq, bu elmi və humanitar sahələrdə mübadilə, eləcə də viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələlərdir”, – politoloq Fikrət Sadıxov “Report”a bildirib. O vurğulayıb ki, Azərbaycan Ermənistandan fərqli olaraq heç zaman Avropa İttifaqına daxil olmaq və Aİ ilə assosiativ müqavilə imzalamaq arzusunu bəyan etməyib. Ermənistan həmin müqaviləni imzalamağa söz versə də, sonradan Avrasiya İqtisadi Birliyinə (AİB) meyl göstərib və birliyə daxil olduğuna dair müqavilə imzalayıb. “Bizim kifayət qədər sabit mövqeyimiz var və biz heç kimi aldatmırıq. Biz Aİ qarşısında heç bir öhdəlik götürmədən, hər hansı bir quruma daxil olmaq və hansısa bir əlavə müqavilə, yaxud saziş imzalamaq vədlərini vermədən Avropaya inteqrasiya kursunu seçmişik”, – politoloq vurğulayıb. O əlavə edib ki, Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur. Öz növbəsində, Ukrayna İctimai Münasibətlər Mərkəzinin direktoru Yevgeni Maqda bildirib ki, Şərq Tərəfdaşlığı proqramı özünün bütün imkanlarını gerçəkləşdirə bilməyib. “Bunun obyektiv və subyektiv səbəbləri var. Buna misal olaraq, Aİ-nin yeni üzvlərin qəbulu ilə bağlı problemləri operativ şəkildə həll edə bilməməsini, Köhnə Avropa ölkələrinin Mərkəzi Avropanın “yeni dirçəlməyə başlayan” ölkələrinə qarşı qısqanclığını göstərmək olar. Subyektiv olaraq, Rusiya Aİ ilə əməkdaşlıq edən ölkələr qarşısında seçim qoyaraq, postsovet məkanında öz nüfuzunu artırmağa çalışır”, – Y.Maqda qeyd edib. O hesab edir ki, Riqa sammiti bu məsələdə dönüş nöqtəsi olacaq. “Şərq Tərəfdaşlığı bütün iştirakçı ölkələrə öz fəaliyyətinin məqsədəuyğunluğunu və perspektivlərin reallığını nümayiş etdirməlidir, əks halda layihə sırf formal xarakter daşıyacaq”, – ekspert deyib. O qeyd edib ki, Şərq Tərəfdaşlığı proqramı daha çox geosiyasi məsələlərin həllinə yönəlməyə başlayıb, layihənin iqtisadi tərkib hissəsi isə onun müəlliflərinə ünvanlanan çoxlu sayda suallar doğurur. “Əslində, əvvəlcədən bəyan olunan məqsədlərin əsl məzmununun tamamilə başqa substansiya ilə əvəz olunduğu aydın şəkildə görünür”, – mərkəzin rəhbəri vurğulayıb. Bununla yanaşı, azərbaycanlı politoloq Tofiq Abbasov bildirib ki, Şərq Tərəfdaşlığı proqramının məqsədi altı postsovet dövlətindən ibarət qrupu Rusiyanın təsir orbitindən çıxarmaq və onları tez bir zamanda Aİ-yə yaxınlaşdırmaqdan ibarətdir. “Buna görə də belə bir sual yaranır ki, Şərq Tərəfdaşlığı layihəsinin müəllifləri üçün vacib olan nədir: altı yeni dövlətin rifahı, yoxsa onların Rusiyadan uzaqlaşması?! Ukraynanın, eləcə də Moldovanın və Gürcüstanın nümunəsi onu göstərir ki, Brüssel fəaliyyətini əvvəlcədən iqtisadi deyil, geosiyasi məsələlərin həllinə yönəldib. Burada, ilk növbədə, Rusiyanın ticarət bazarının məhdudlaşdırılması amili əsas rol oynayır”, – ekspert qeyd edib.
Politoloq Zamir Karajanov: “Şərq Tərəfdaşlığı” proqramı unudulmağa doğru gedir”
Qazaxıstanlı politoloq Zamir Karajanov Avropa İttifaqının (Aİ) gələcək taleyindən, Azərbaycanın bu qurumdakı fəaliyyəti və “Şərq Tərəfdaşlığı” proqramının perspektivi haqqında fikirlərini bölüşüb.
Oxu.Az-a müsahibəsində siyasi şərhçi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini 2008-ci ildə ölkədə baş vermiş iqtisadi böhranla və Aİ ölkələrində ümumdaxili məhsulun artım tempinin zəifləməsi ilə əlaqələndirib.
Politoloq hesab edir ki, Böyük Britaniyada sosial sahədə yaranan ziddiyyətlər orta təbəqənin böhranına səbəb oldu. Bu isə öz növbəsində populistlərin, millətçilərin və təcridetmə siyasətinə meyil edənlərin mövqeyini gücləndirdi. Nəticədə, bu qüvvələr parlament, bələdiyyə və referendumda qalib gəldilər.
Z.Karajanov Türkiyənin Aİ-yə olan marağının itməsini isə İttifaq ölkələrində hakimiyyətə gələn mühafizəkar qüvvələrin Avropa dəyərlərini bölüşməməsi ilə əlaqələndirib: “Türkiyə onların qarşısında müstəqil, öz müqəddəratını təmin etmək gücündə olan regional gücə çevrilmək istəyir”.
Politoloq fikrinin davamında Aİ-nin gələcək taleyi haqqında proqnozlarını da səsləndirib.
O hesab edir ki, Aİ-ni hesabdan silmək tezdir və qurumun böhrandan çıxmaq üçün imkanları və resursları qalır:
“Daxili ziddiyyətlər yetərincədir, xüsusən miqrasiya böhranı. Avropa İttifaqının gələcək taleyi quruma üzv olan ölkələrin siyasi elitalarının islahatlar aparmağa meyil göstərməsindən asılıdır. İslahat tədbirləri həyata keçirilməyəcəyi təqdirdə mərkəzdənqaçma tendensiyaları güclənəcək və bu neqativ ssenari tərəfdaşların, o cümlədən postsovet məkanında olan ölkələrdə də müşahidə olunacaq”.
Politoloq Prezident İlham Əliyevin “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcək, lakin qurumun üzvü olmağı planlaşdırmır” fikrinə də münasibət bildirib.
Z.Karajanov hesab edir ki, istər rəsmi Bakını, istərsə də Brüsseli Azərbaycanla Aİ arasında olan münasibətlər qane edir: “Avropa İttifaqı yeni üzvləri ehtiyatla qəbul edir. Birincisi, yeni tərəfdaş yeni problemlər deməkdir. İkincisi, qurumun genişlənməsi maliyyə xərcləri tələb edir. Buna misal olaraq, sərhəd nəzarətinin gücləndirilməsi, ətraf mühitin mühafizəsinə dair fəaliyyət və sair”.
Politoloq həmçinin qeyd edib ki, Aİ iddiaçı ölkədə üstünlük təşkil edən dəyərlərə diqqət edir və bunlar Avropa meyarlarına uyğun gəlməlidir.
Siyasi şərhçi “Şərq Tərəfdaşlığı” proqramı haqqında da fikirlərini bölüşüb. Politoloq hesab edir ki, “Şərq Tərəfdaşlığı” proqramı unudulmağa doğru gedir.
“Şərq Tərəfdaşlığı” proqramının əhatə etdiyi ölkələr arasında əlaqələr zəif inkişaf edib. Bu o deməkdir ki, ABŞ-ın dəstəyi olmadan proqramın mövcud olması mümkünsüzdür. Digər tərəfdən, etiraf etmək lazımdır ki, “Şərq Tərəfdaşlığı” layihəsi Rusiyanın postsovet məkanında olan nüfuzuna təsir etmək məqsədi ilə istifadə edilirdi”.
Politoloq ABŞ prezidentinin dünyanın demokratik ölkələrinin liderləri ilə deyil, Kim Çen Inla görüşməyə üstünlük verməsini onun “Şərq Tərəfdaşlığı” proqramına əhəmiyyət verməməsi kimi qiymətləndirir.
Rasim Babayev
Comments are closed, but trackbacks and pingbacks are open.